Azərbaycan diLİ VƏ tariXİ


§ 3. AZƏRBAYCANIN XALQ TƏSƏRRUFATI MÜHARİBƏ



Yüklə 8,38 Mb.
Pdf görüntüsü
səhifə13/72
tarix25.12.2016
ölçüsü8,38 Mb.
#2847
1   ...   9   10   11   12   13   14   15   16   ...   72
§ 9. TİCARƏT, NƏQLİYYAT VƏ RABİTƏ 

 

Ticarət  XX  əsrin  əvvəlləri  Azərbaycan  ticarət  kapitalının  təmər-

küzləşməsi və  mərkəzləşməsi p rosesinin sürətlənməsi,  inhisar və kredit ticarətin in 

inkişafı, ticarət  müəssisələrinin sayının ço xalması,  iri topdansatış ilə yanaşı,  xırda 

ticarətin  də  inkişafı,  iri  şirkət  və  ko mpaniyaların  satışı  geniş  ölçüd ə təşkil  etməsi 

ilə,  həm  də  möhtəkirliy in  geniş  yayılması  ilə  xarakterizə  o lunurdu.  Bu  dövrdə 

daxili ticarətin təşkilat sistemi təkmilləşir, onun formaları genişlənir və keyfiyyətcə 

yeni məzmun kəsb edirdi. 

Azərbaycanda  ticarət  əlaqələri  başlıca  olaraq  inhisarlar  tərəfindən  təşkil 

edilir,  mal  aparılıb -gətirilməsi  işi  əsasən  ticarət  evləri,  səhmdar  cəmiyyətləri  və 

onların  nü mayəndələri  vasitəsilə  görülürdü.  A zərbaycanın  ticarət  əlaqələri 

coğrafiyasını  genişləndirir,  getdikcə  daha  ço x  qarşılıq lı  xarakter  daşıyır,  t icarətin 

stasionar  forması  inkişaf  edir,  milyonlarla  manat  ticarət  dövriyyəsi  olan  ticarət 

mərkəzləri  yaranır,  ticarətdə  kapitalist  münasibətlərinin  inkişafına  müsbət  təsir  

göstərən  əlverişli  şərait  formalaşırdı.  Bu  dövrdə  Azərbaycanın  mühüm  şəhərlərində, 

birinci  növbədə,  Bakıda  müasir  avadanlıqla  təchiz  olunan  ən  iri  universal  və 

ixtisaslaşmış  mağazaların,  passajların  sayı  çoxalır,  qəzalarda  da  illik  mal  dövriyyəsi 

böyük məbləğə çatan yüzlərlə ticarət müəssisələri açılırdı. 



 

 

64 



Bütün  Rusiyada  olduğu  kimi,  Azərbaycanda  da  ticarət  müəssisələri  beş 

dərəcəyə  bölünürdü.  Ticarət  müəssisələrinin  birinci  dərəcəlisində  topdansatış,  ikinci 

dərəcəlisində  topdan  və pərakəndə  satış,  üçüncü dərəcəsində  yalnız  pərakəndə  satış, 

dördüncü dərəcəlisində isə xırda satış təşkil edilirdi. Beşinci dərəcəyə malı yüklə və ya 

əllə  gəzdirib  satmaqla  məşğul  olanlar  daxil  idi.  Bundan  əlavə,  Rusiya  imperiyasının 

ərazisi  ticarət  və  sənayenin  inkişaf  səviyyəsinə  görə  5  sinfə  bölünürdü  ki,  burada  da 

birinci  sinif  istisna  olmaqla  qalanlarına  qoyulan  verginin  məbləği  mü xtəlif  idi. 

Azərbaycanda Bakı şəhəri ikinci, Bakı qəzası və Gəncə şəhəri üçüncü, qalan yerlər isə 

dördüncü sinfə aid edilmişdi. 

Bakı  quberniyasında  1900-cü  ildə  əlavə  vergiyə cəlb  edilən  və  mənfəətdən 

faiz  verən,  illik  dövriyyəsi  155,8  mln.  rubl  illik  mənfəəti  17,5  mln  rubl  olan  5468 

ticarət müəssisəsi, 1904-cü ildə isə illik dövriyyəsi 104 mln rubl, illik mənfəəti 11,4 mln 

rubl olan 5154 ticarət müəssisəsi var idi. Bakı quberniyasında olan ticarət müəssisələrinin 

böyük  əksəriyyəti  Bakı  şəhərində  və  Bakı  qəzasında  yerləşirdi.  Beynəlxalq  ticarətin 

mühüm mərkəzlərindən birinə çevrilən Bakı şəhəri Azərbaycan ticarətinin ümumi inkişaf 

meylini,  xarakterini  və  istiqamətlərini  müəyyən edirdi.  Bakı  quberniyasında  1900-cü 

ildə olan ticarət müəssisələrinin 63,7 faizi,  1904-cü  ildə isə  64,4  faizi  Bakı  şəhəri  və 

Bakı  qəzasında  yerləşirdi.  Ticarət  müəssisələrinin  illik  dövriyyəsinin  həcminə  görə 

Bakının xüsusi çəkisi daha böyük idi. Ticarət müəssisələrinin illik dövriyyəsinin 1900-

cü  ildə  88,4  faizi,  1904-cü  ildə  isə  87,7  faizi  Bakının  payına  düşürdü.  1910-cu  ildə 

Azərbaycanın hər  iki  quberniyasındakı  8311  ticarət  müəssisəsinin  36,6  faizi  Bakıda 

idi. 


Bakı  şəhəri  ticarət  müəssisələrinin  iriliyi,  müasir  avädanlıqla  təchizatı, 

ticarətin  təşkilində  mütərəqqi  formaların  tətbiqi  cəhətindən  də  Azərbaycanın  digər 

şəhərlərindən  fərqlənirdi.  Topdansatış  ticarət  müəssisələrinin,  demək  olar  ki,  hamısı, 

pərakəndə  satış  iri  ticarət  müəssisələrinin  isə  xeyli  hissəsi  Bakıda  yerləşirdi.  Bakı 

quberniyasında götürülən birinci dərəcəli ticarətə aid sənədlərin 1901-ci ildə 96,1,  1906-cı 

ildə isə 86,2 faizi Bakının payına düşürdü. 

1900-cü ildə Bakıda əlavə vergiyə cəlb edilən və mənfəətdən faiz verən 3438 

ticarət müəssisəsinin illik dövriyyəsi 137,7 mln, illik mənfəəti isə 16,3 mln rubl olmuşdu. 

Ticarət  müəssisələri üçün götürülən sənədlərin  miqdarı  1901-ci  ildə  6164,  1904-cü  ildə 

6576 və 1906-c ı ildə isə 4754 olmuşdur. 

Azərbaycanın  Yelizavetpol  quberniyasında  da  ticarət  müəssisələrinin  sayı 

çoxalır, illik dövriyyənin həcmi artırdı. Burada 1909-cu ildə 6970, 1912-ci ildə isə 9015 

ticarət sənədi əldə edilmişdi. Ticarət müəssisələrinin illik dövriyyəsi 1909-cu ildə 17 

mln, 1910-cü  ildə  isə  16,7  mln  rubl  idi.  Yelizavetpol quberniyasında  Gəncə,  Nuxa  və 

Şuşa şəhərləri öz qəzaları ilə birlikdə ticarətin inkişaf səviyyəsinə görə başqa qəzalardan 

kəskin surətdə fərqlənirdi. 

1909-cu  ildə  ticarət-sənaye  müəssisələrinin  22083  min  rubldan  ibarət  illik 

dövriyyəsindən  3989  min  rubl  Gəncə şəhərinə,  4  mln  rubl  Nuxa  qəzasına,  5760  min 

rubl isə Şuşa qəzasına aid idi. 



 

 

65 



Azərbaycanda birja, yarmarka və bazar ticarəti də xeyli inkişaf etmiş və ticarət 

dövriyyəsinin ümumi yekununda onların xüsusi çəkisi əhəmiyyətli dərəcədə artmışdı. 

Bakıda  hər  ilin  baharında təşkil  olunan  Nikolay  yarmarkasında  keçirilən  və 

ildən-ilə  genişlənən  ticarət  əməliyyatı  şəhərin  ticarət  dövriyyəsində  əhəmiyyətli  yer 

tuturdu.  Məsələn,  1903-cü  ildə  buraya  gətirilən  malların  məbləği  əvvəlki  ilə  nisbətən 

146,4  min,  satılan  malların  məbləği  isə  98,7  min  rubl  artmışdı.  Bu  yarmarkada yerli 

mallarla yanaşı, Saratov, Tiflis, Yekaterinodar, Yaroslavl, Yekaterinburq, İrkutsk, Rostov, 

Dağıstan və başqa yerlərdən gətirilən mallar da satılırd ı. 

Bakı birjasının mal dövriyyəsinin həcmi 1900-cü ildə 23,4 milyon, 1908-ci ildə 

55  milyon rubl, burada sövdə edilən neft məhsullarının miqdarı isə 1900-cü ildə 140,3 

milyon, 1910-cu ildə 213,9 milyon pud olmuşdu. 

Azərbaycanın  daxili  ticarətinin  yeni  bir  forması-istehlak  kooperasiyası 

meydana  gəlmiş və daxili  ticarətin  inkişafında onun əhəmiyyəti artmışdı. Artıq  1904-cü 

ildə  Bakıda  10  istehlak  kooperasiyası  var  idi.  İstehlak  kooperasiyalarının  illik  dövriyyə 

məbləği  də  artmaqda  idi.  1913-cü  ildə  Bakıda  12  istehlak  kooperasiyasının  illik  

dövriyyəsi  76  min  rub l  olmuşdu.  1913-cü  ildə  Azərbaycandakı  39  istehlak 

kooperasiyasından 28-i Bakı, 11 -i isə Yelizavetpol quberniyalarında idi. 

XX  əsrin  əvvəllərində  Azərbaycanda  ticarət  kapita lın ın  tə mər küzləşməsi 

və  mərkəzləş məsi  p rosesi  daha  da  sürətlənmişdi.  Lakin  əvvəllərdə  olduğu  kimi, 

yenə  də  inhisarçı  ticarət  əsasən  Bakı  şəhərində  in kişaf  edirdi.  Bakının  birja 

cəmiyyəti,  bank-kredit  müəssisələri  burada  ticarət  kap italının   təmərküzləşməsi 

prosesinin sürətlənməsinə təsir göstərirdi. Bakı şəhərində 1904-cü ildə 56, 1910-cu 

ildə 98, 1913-cü  ildə 200 ticarət evi var id i. On lardan  30-u  məhsulun istehsalı və 

tədavülü  ilə  məşğul  olurdusa,  170-i  bilavasitə  tədavül  dairəsində  fəaliyyət 

göstərirdi. 

Bakı  şəhərindəki  ticarət  evlərinin  diqqəti  cəlb  edən  cəhəti  onların  bütün 

ticarət sahələrinə nüfu z etmələri idi. Bu dövrdə neft məhsulları və digər mallarla da 

ticarət  edən  ticarət  evlərinin  sayı  da  sürətlə  artırdı.  Ancaq  neft  məhsulların ın 

ticarəti  ilə  məşğul  olan  ticarət  evləri  bütün  ticarət  evlərin in  1904-cü  ildə  51,8 

faizini (29 ticarət ev i), 1913-cü ildə isə 17,5 faizini təşkil edirdi. 1913-cü ildə Bakı-

dakı ticarət evlərin in 67-sin in hər birinin  kapitalı  50  min rubldan ço x id i.  Şəhərdə 

möhkəm  maddi-texn iki  bazaya  əsaslanan  ən  iri  topdansatış  ticarət  müəssisələri 

ticarət evlərinə  məxsus idi.  1913-cü ildə  Bakıda  mövcud olan 138 birinc i dərəcəli, 

yəni topdansatış ticarətlə  məşğul olan ticarət  müəssisələrinin  94-ü və ya 60,8 faizi 

ticarət evlərinə a id id i. 

Azərbaycanın  digər  şəhərlərində  də  ticarət  evləri  açılırdı.  1910-cu  ildə 

Azərbaycanda  olan  105  ticarət  evinin  98—i  Bakıda,  7-si  isə  digər  şəhərlərdə, 

məsələn, Gəncədə, Nu xada, Şuşa və Naxçıvanda yerləşird i. 

Neft  məhsulları  ticarətində  "Nobel  qardaşları",  "Mazut"  və  qismən  

"A.İ.Mantaşov və K°" səhmdar cəmiyyətləri həlled ici yer tuturdu. 

Nobel və Rotşild nəinki  Rus iyada inhisarçı  mövqe tutmağa, habelə dünya 



 

 

66 



neft  bazarını  Rokfellerin   A merika  "Ağ  neft  tresti"  ilə  bölüşdürməyə  müvəffəq 

olmuşdular. 

Neft  və  neft  məhsulları  ilə  bərabər,  metal  və  metal  məmu latı, 

pambıq-



parça  məmu latı,  qənd  və  un,  ət  və  ət  məhsulları  və  s.  malların   ticarətində  də 

inhisarlar  meydana  gəlmişdi.  Ne ft  və  neft  məhsullarının,  metal  və  metal 

məmu latın ın,  un,  çörək  və  çörək  məmu latın ın  və  digər  taxıl  məhsulların ın  

ticarətində sindikatlar yaran mışdı. 

Beynəlxalq ticarətin  mühüm  mərkəzinə çevrilən  Bakı şəhərində  tacirlərin sayı, 

onların  kapitalları daha sürətlə artır, ticarət  əməliyyatları  genişlənirdi.  1903-cü  ildə  Bakı 

şəhərində 14945 nəfər tacir var idisə, 1913-cü ildə onların sayı 19545 nəfərə çatmışdı. 

Bilavasitə  malların  alqı-satqısı  ilə  məşğul  olanlar  tədavül  dairəsində  çalışanların  83,1 

faizini təşkil edird i. 

Bakı tacirlərinin tərkibi çoxmillətli idi. Şəhər tacirləri arasında onlarca millətin 

nümayəndələrinə rast gəlinirdi. 1903-cü ildə 14945 tacirin 7084 nəfəri azərbaycanlı, 3559 

nəfəri erməni, 2489 nəfəri rus və 1873 nəfəri digər millətlərin nümayəndəs i id i. 

Azərbaycanın  digər  şəhərlərində  də  ayrı-ayrı  malların  ticarətində  həlledici 

mövqe tutan, Rusiyanın daxili rayonları və xarici ölkələrlə geniş ticarət aparan, çox böyük 

kapitalı olan tacirlər zümrəsi meydana gəlmişdi. 

Azərbaycanın  şəhər  və  qəzaları  arasında  mal  dövriyyəsinin  həcmi  xeyli 

genişlənmişdi.  Azərbaycan  kəndləri  sürətlə  artan  ticarət-sənaye  əhalisini  ərzaqla  təmin 

etməklə bərabər, şəhərlərdən də müxtəlif  istehlak şeyləri və istehsal alətləri əldə edirdilər. 

Bakı  ilə  Azərbaycan  qəzaları  arasında  nəqliyyat  vasitələrinin  ilbəil  yaxşılaşması  ticarət 

dövriyyəsinin artmasına müsbət təsir göstərdi. Məhsulun ticarətə daxil olan hissəsinin artım 

sürəti xeyli çoxaldı. 

Bu dövrdə Azərbaycanın  xarici ölkələrlə ticarət  əlaqələri  daha da genişlənmiş, o, 

dünya bazarına neft məhsulları, balıq məhsulları, ipək və s. ixrac etməklə bərabər, eyni zamanda 

xarici ölkələrdə istehsal olunmuş malların da mühüm istehlakçısına çevrilmişdi. 

Mühüm ticarət mərkəzi olan Bakıda bir-birinin ardınca təşkil edilən xarici şirkət və 

kompaniyaların  kontorları,  şöbələri  və  agentlikləri  şəhərin  əhalisini  və  Azərbaycanın  digər 

yerlərini  lazımi  mallarla təmin edirdi.  Bakı şəhərində bilavasitə  xarici firmalara  məxsus olan 

mağaza,  kontor,  anbar  və  s.  fəaliyyət  göstərirdi.  Birinci  dünya  müharibəsi  ərəfəsində  burada 

xarici ölkə tacirlərinə məxsus 389 ticarət müəssisəsi var idi. 

Əvvəllərdə olduğu kimi, yenə də Azərbaycanın ticarət əlaqələri dəniz və dəmir yol 

nəqliyyatı vasitəsilə təşkil edilirdi. Hər iki halda Bakı şəhəri müstəsna əhəmiyyət kəsb edirdi. 

XX  əsrin  əvvəllərində  Bakı şəhərinin  müxtəlif  malların ən  mühüm  istehlakçısına  çevrilməsi, 

ölkənin  daxili  rayonları,  eləcə  də  Rusiya  və  İran  arasında  ticarət-iqtisadi  əlaqələrin 

genişlənməsində rolunun yüksəlməsi onun mal dövriyyəsinin xeyli artmasına səbəb oldu. 

1900-cü  ildə  Bakıdan  dənizlə  353  milyon,  dəmir  yolla  isə  84,8  milyon  pud  mal 

aparılmış, buraya dənizlə 30,6 milyon, dəmir yolla 16,7 milyon pud mal gətirilmişdi. 1913-cü 

ildə Bakıdan dənizlə 307,7 milyon, dəmir yolla  isə 72,6  milyon pud  mal aparılmış, buraya  isə 

müvafiq surətdə 33 və 46,3 milyon pud mal gətirilmişdi.  




 

 

67 



Azərbaycanın ticarət əlaqələrinin  inkişafinda  Xəzər dənizi sahilində yerləşən digər 

limanlar - Lənkəran və Astara, habelə mühüm dəmir stansiyaları - Hacıqabul, Kürdəmir, Ucar, 

Yevlax, Gəncə, Ağstafa və da mühüm rol oynayırdı. Onlar Azərbaycanın, demək olar ki, bütün 

ərazisini Rusiyanın daxili rayonları və xarici ölkələrlə əlaqələndirirdi. 

Azərbaycandan neft məhsullarından əlavə ipək, pambıq, yun, taxıl, meyvə və onlarla 

digər  kənd  təsərrüfatı  məhsulları  aparılır,  buraya  əhalinin  istehlak  şeylərinə,  sənaye,  kənd 

təsərrüfatı,  nəqliyyat,  tikinti  və  istehsal  vasitələrinə  olan  tələbatını  ödəmək  üçün  çox  adda, 

müxtəlif növ və çeşiddə mal gətirilirdi. 

1909-cu  ildə  Ye lizavetpol  quberniyası  ərazisində olan dəmir  stansiyalarından 

8148 min və 1913-cü ildə 9972 min pud mal aparılmış, həmin illərdə müvafiq surətdə 6761 və 

11962 min pud mal gətirilmişdi. 

Azərbaycanın  ticarət  əlaqələrində  İran  yenə  də  mühüm  yer  tutur,  Bakı  şəhəri 

böyük  rol  oynayırdı.  1908-ci  ildə Azərbaycan  ərazisində olan bütün gömrükxanalardan 

İrana ixrac edilən 18710 min rublluq malın 11101 min rublluğu və ya 59,3 faizi Bakıdan yola 

salınmışdı.  həmin  gömrükxanalara  daxil  olmuş  18454  min  rublluq  malın  12327  min 

rublluğu və ya 66,8 faizi isə Bakıya idxal edilmişdi. 

Azərbaycandan  İrana  aparılan  malların  içərisində  neft  məhsulları,  qənd,  metal, 

pambıq-parça məmulatı, maşın və avadanlıq xüsusi yer tutur, oradan gətirilən mallardan isə 

düyü, meyvə, pambıq, balıq məhsulları və s. həlledici əhəmiyyət kəsb edirdi. 


Yüklə 8,38 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin