AZƏRBAYCANIN SOSİAL-İQTİSADİ VƏZİYYƏTİ
(1901-1914-cü illə r)
§ 1. XALQ TƏSƏRRÜFATININ SOSİAL-İQTİSADİ
STRUKTURU
XX əsrin əvvəllərində Azərbaycanda xalq təsərrüfatın ın, o cü mlədən sənaye
və kənd təsərrüfatının inkişafi ayrı-ayrı sahə və mü xtəlif bölgələr ü zrə qeyri-
bərabər səviyyədə davam edirdi. Bu ənənə hələ XIX əsrin son rübündə
formalaşaraq, özünü çar Rusiyasının milli ucqarların iqtisadi "fəthi"ni gücləndird iyi
və rus kapitalizmin in milli ucqarların iqtisadiyyatını ö zünə tabe etdiyi dövrdən
daha bariz surətdə göstərirdi. A zərbaycan artıq Rusiya imperiyası sənayesi üçün
ucuz xa mma l mənbəyinə və əlverişli satış bazarına çevrilmişdi. İqtisadiyyatı da
müstəmləkə səciyyəsi daşıyan ölkədə yalnız Rusiya sənayesi üçün xammal və
yanacaq istehsal edən sənaye sahələri in kiş af edə b ilird i. Kənd təsərrüfatında da
sənayedə hakim olan qayda-qanunlar, imperiyanın ehtiyacını ödəməyə yönəldilmiş
tələblər həlledici idi və onlar A zərbaycanın mü xtəlif qəzalarında iqtisadiyyatın
inkişaf meyillərini müəyyənləşdirird i.
Sürətlə inkişaf edən Rusiya sənayesinin yanacağa böyük ehtiyacı var idi və
Abşeron yarımadası neft yataqları ilə zəngin olduğundan Bakı nəhəng neft sənayesi
mərkəzinə çevrilmişdi. Bununla əlaqədar olaraq, Bakıda həm neft sənayesinin, həm
də durmadan artan şəhər əhalisinin ehtiyaclarını ödəyən və onlara xid mət göstərən
digər istehsal sahələri də yeyinti, tikinti materialları, mədəni-məişət obyektləri də
çoxalırdı.
Azərbaycan qəzalarında da b ir sıra sənaye sahələri inkişafda idi. Zəngin mis
yataqları o lan Gədəbəydə güclənən dağ-mədən sənayesinin istehsal etdiyi məhsul
metropoliya sənayesi üçün zəruri xammal idi. Eyni sözləri regionlar ü zrə paylanan
pambıqçılıq və ipək sənayesi barədə də demək olar. Tikinti materialları, yeyinti,
yüngül və başqa sənaye sahələri isə Azərbaycanın sənaye həyatında o qədər də böyük
mövqe tutmurdu. Beləliklə, Azərbaycan sənayesinin müxtəlif sahələrinin inkişafında
hökm sürən qeyri-bərabərlik onun mü xtəlif regionlardakı xammal zənginlikləri ilə
bağlı idi. Məsələn, Bakıda neft, Gədəbəydə mis, Xəzər dənizi, Araz və Kür çayları
boyu ərazilərdə balıq, Şəkidə və Ordubadda ipək, Kür-Araz ovalığı bölgələrində
pambıq əldə edilirdi. Azərbaycanın digər hissəsi aqrar təsərrüfat sahəsi idi. Bu
15
yerlərdə əmtəə xarakterli kənd təsərrüfatı məhsulları istehsal olunurdu.
Azərbaycanın sənaye istehsalı üç iri kapitalist müəssisəsi növü ilə təmsil
olunmuşdu: 1) ayrı-ayrı şəxslərin mülkiyyətində olan müəssisələr; 2) ticarət evləri; 3)
səhmdar kampaniyalar. Sonuncu növ iki formada - ya səhmdar cəmiyyətləri və ya pay
şirkətləri kimi fəaliyyət göstərirdi. Qalan növlər isə kapitalistlərin dar və məh dud
cəmiyyətləri idi. Kapitalist müəssisəsinin ən ali forması olan səhmdar kampaniyaları
kapitalın geniş surətdə təmərküzləşməsini təmin edir, rəqabətə daha asanlıqla tab
gətirir, onun mülkiyyəti isə ictimailəşdirilmiş mülkiyyətə çevrilir, çox geniş sayda səhm
sahiblərini birləşdirirdi. Ticarət evləri bu cəhətdən səhmdar kampaniyaları ilə ayrı-ayrı
şəxslərin mülkiyyətində olan müəssisələr arasında orta mövqe tuturdu.
Səhmdar kampaniyaları özünün iqtisadi və təşkilati xüsusiyyətlərinə görə
maliyyə kapitalının yaranması prosesində də müəssisələrin əsas təşkilat forması idi.
Onlar ticarət evlərini, ticarət evləri isə təkbaşına çalışan xüsusi mülkiyyətçiləri
sıxışdırırdı. Buna baxmayaraq, kapitalist müəssisələrinin hər üç növdən olan müxtəlif
formaları yaşayır və sayca da artırdı
1
.
İri kapitalist müəssisələri əsasən maliyyə birliklərinin əllərində cəmləşmiş
neft sənayesi və onunla bağlı sənaye sahələrində təmsil olunmuşdu. Bu sahələr
neftçıxarma, neft emalı, buruqqazma, maşınqayırma, metaltökmə və qazan istehsalı,
təmir zavodlarını birləşdirən mexaniki istehsal müəssisələrindən; həmçinin iri tütün
fabrikləri, iri un və çəltik dəyirmanları, onlarla iri dəmiryol-nəqliyyat xidməti
müəssisələrindən və "Elektrosila"dan ibarət idi. Bakıda H.Z.Tağıyevin iri toxuculuq
fabriki, yüzlərlə gəmisi olan Bakı gəmiç iliyinə xidmət edən tərsanə fəaliyyət
göstərirdi. Xəzər dənizində və Volqa çayında bakılı sahibkarların yüzlərlə neftdaşıyan
gəmisi üzü rdü.
Azərbaycanın digər qəzalarında da iri kap italist müəssisələri var idi. Onlar
Gədəbəy və Qalakənd mis yataqları və misəritmə zavodları, əsasən bir neçə kapitalistin
ixtiyarındakı iri balıqçılıq vətəgələri, bəzi iri pambıq təmizləmə zavodları, Şəkidə və
Şuşada iri ipək sap fabrikləri və iri ticarət müəssisələrindən, bank və kredit
idarələrindən ibarət idi.
İri kapitalist müəssisələrinin əsas göstəricisi kapitalın mərkəzləşməsi və
təmərküzləşməsi idi. 1901-ci ildə Bakıda istehsal olunmuş neftin 70,5 faizi səhmdar
cəmiyyətlərinin payına düşürdü
2
. Xüsusi çəkisi sonrakı illərdə daha da artan səhmdar
cəmiyyətləri neft və onunla bağlı sənaye sahələri ilə yanaşı, digər təsərrüfat sa-
hələrində, həmçinin yeyinti və yüngül sənaye sahələrində də fəaliyyət göstərirdi.
İnhisarçı kapital öz fəaliyyətini əsasən torpaq sahiblərinə borc verməyə
yönəldərək, səhmdar torpaq bankları vasitəsilə kənd təsərrüfatı sahələrinə soxu lurdu.
Dəmir yol cəmiyyətləri dövlət-kapitalist müəssisələrinin xüsusi növü idi.
Bakı-Batumi neft kəməri, həmçinin rabitə vasitələri inhisarçılarla bağlı o lan dövlətə
məxsus idi.
Azərbaycan qəzalarında da kapitalın təmərküzləşməsi və mərkəzləşməsi
prosesi gedir, onlardakı ipək, dağ-mədən, balıq, pambıqtəmizləmə, sement istehsalı
16
sənayelərində və s. sahələrdə onlarla səhmdar cəmiyyət fəaliyyət göstərirdi. Lakin
qəzalarda, Bakıdan fərqli olaraq, səhmdar cəmiyyətləri yox, ticarət evləri üstün mövqe
tuturdu.
Azərbaycanda, o cümlədən Bakıda inhisar kapitalından kənarda qalmış və ayrı-
ayrı sahibkarların mülkiyyətində olan sənaye müəssisələri də var idi. Bu sənaye
müəssisələri sırasına Nu xa və Şuşa qəzalarında, Ordubadda, həmçinin Zaqatala
dairəsində olan xam ipək emalı fabriklərinin böyük hissəsi, Göyçay qəzası, Ağdaş, Kür-
dəmir və Hacıqabulda pambıqtəmizləmə zavodları, Şamaxı və Yelizavetpol qəzalarında
bəzi çaxır zavodları, Nuxa qəzası və Zaqatala dairəsində tütün fabrikləri, Bakıda və
qəzalarda kapitalist tipli yeyinti, yüngül sənaye sahələri, tikinti materialları istehsal
edən müəssisələr, mətbəələr və s. daxil idi.
Azərbaycan şəhərləri - Bakı, Şuşa, Gəncə, Şəki və başqaları kapitalist
şəhərləri idi. Həmin şəhərlərdə ticarət burjuaziyasını I və II dərəcə gildiya tacirlər,
həmçin in gildiyası olmayan alverçilər təşkil edirdilər.
Azərbaycan kənd təsərrüfatının bəzi sahələrində əmtəə istehsalı əmtəə-
kapitalist in kişaf səviyyəsinə yüksəlməsi ilə səciyyələnirdi. Təsərrüfatın
kapitalistcəsinə qurulması getdikcə güclənir və feodal istehsal münasibətləri
qalıqlarının tənəzzülünə səbəb olurdu.
Azərbaycanda böyük əksəriyyəti əhatə edən dövlət kəndlərində torpaq
sahibliyi dəyişikliklərə məruz qaldı. Torpağın sahibkarı olan dövlətlə onu becərən
kəndlilər arasındakı münasibətlər 1900-cü ilin mayında verilmiş "Xəzinə torpaqlarında
məskunlaşmış Cənubi Qafqaz dövlət kəndlilərinin torpaq quruluşu haqqında qanun" -da
öz əksini tapdı. Bu qanuna görə, dövlət kəndliləri şəxsən azad idilər. Lakin dövlət
torpağın mülkiyyətçisi olaraq qalır və bu torpaqlardan istifadə edən kəndlilər dövlət
xəzinəsinə torpaq vergisi ödəməli idilər
3
.
Xüsusi sahibkarlara məxsus kəndlərdə yaşayan kəndlilər isə, bəy
torpaqlarından istifadə etdiklərinə görə, bəy-mülkədarın mülkiyyət hüququna əsasən,
məhsul və pulla vergi ödəməli idilər. Bu vəziyyət 1912-ci ilə qədər davam etdi. 1912-
ci il qanunu ilə feodal torpaq mülkiyyəti ləğv edildi, kəndlilər öz pay torpaqlarının
sahibkarlarına çevrildilər. Buna baxmayaraq, torpaq sahibliyinin yarımfeodal xarakteri
var idi, belə ki, torpaq üzərində çarizmin sahibkarlıq hüququ və bəy-mülkədar torpaq
sahibliyi qalırd ı. Lakin bu dövrdə bəy torpaq sahibliyinin xarakteri müəyyən qədər
dəyişdi. Birincisi, bəy torpaqları artıq bəy nəslindən olmayanlara da satıla bilərdi.
İkincisi və ən başlıcası o idi ki, bəylərin bir q ismi əmtəə-pul münasibətlərinin
inkişafının təsiri altında, təsərrüfat yaratmağın torpağı icarəyə verməkdən daha əlverişli
və gəlirli olduğunu görərək, muzdlu əməyə əsaslanan təsərrüfatlar yaratdılar. Az sonra
onların bir qis mi kap italist təsərrüfatlarına çevrild i.
Azərbaycanda
təbəqələşmə
prosesinin
sürətlənməsi
nəticəsində
qolçomaqlardan, sələmçilərdən, dükançılardan, öz təsərrüfatını muzdlu əmək üzərində
qurmuş bəylərdən ibarət kənd kapitalistləri, öz əməklərin i satmaqla məşğul olan,
mu zdla işləyən torpaqsız və aztorpaqlı kəndli təbəqəsi formalaşdı. Lakin
17
Azərbaycanda muzdlu əmək üzərində qurulmuş böyük təsərrüfatlar deyil, kəndlinin öz
əməyi ilə becərdiyi kiçik təsərrüfatlar üstünlük təşkil edirdi. Azərbaycan xırda kəndli
təsərrüfatı ölkəsi olsa da, əmtəə istehsalının aparıcı xarakter aldığı, iqtisadiyyata
kapitalistcəsinə təsərrüfat qurmaq amilinin daxil olduğu bir şəraitdən kənarda qala
bilməyən kiçik kəndli təsərrüfatlarının böyük hissəsi kapitalın özünə yer edib hakim
mövqe tutduğu mühitə çevrilirdi. Rəqabət nəticəsində onların bir qismi varlanaraq
kənd burjuaziyasının sırasına daxil olur, torpaq sahəsini genişləndirir və muzdlu
əməyə əsaslanan təsərrüfatlar yaradırdı. Kənddə baş verən bu proseslər şüura təzə
məfhu mlar, ana dilimizə "qolço maq", " muzdur", " mu zdla işləyən kəndli" kimi yeni
söz və ifadələr gətirirdi.
Qeyd etmək lazımdır ki, Azərbaycan kəndində kapitalist tipli təsərrüfatlar
üstünlük təşkil etmirdi. Onların bütün təsərrüfatların cəmi 9 faizini təşkil etdiyini, lakin
məhsulun üçdə birini verdiyini nəzərə alsaq, bu təsərrüfatların xüsusi çəkisinin zəif
olmadığını görürük
4
.
Kənd təsərrüfatında sənaye və bank kapitalı ilə bağlı iri kapitalist
mülkiyyətləri də yaranırdı. Sənaye kapitalı, demək olar ki, kənd təsərrüfatının bütün
sahələrinə daxil olmuşdu. H.Z.Tağıyev, Qukasov qardaşları, A.M.Benkendorf və
başqaları xüsusən üzümçülük və şərabçılığa xeyli kapital qoymuşdular. Üzümçülükdə
və şərab istehsalında Tiflis sənayeçisi Saracov, Moskva sənayeçisi Şustov,
pambıqçılıqda "Savva Morozov, oğulları və K°-nın Nikolayev manufakturası şirkəti",
"Andrey Korzinkin və K°-nın Yaroslavl böyük manufaktura şirkəti", İ.K.Poznanskinin
pambıq-parça səhmdar cəmiyyəti, "Vladimir Alekseyev" firması, "Qafqaz pambığı"
səhmdar cəmiyyəti, "Voqau və K°-nın ticarət şirkəti" fəaliyyət göstərirdi. Sənaye
kapitalının təsiri Azərbaycandan çox-çox uzaqlara yayılaraq, bir ço x cəmiyyət və
şirkətlərlə əlaqədar olmuşdu
5
. Lənkəran qəzasında düyü almaqla məşğul olan bir çox
kontorlar fəaliyyət göstərirdi
6
. Bank kapitalı isə torpaq sahiblərinə mülklərini girov
qoymaq şərtilə borc verərək kənd təsərrüfatının inkişafına təsir göstərirdi.
XIX əsrin sonunda Yelizavetpol quberniyasında bəylər şəxs i
mü lkiyyətlərində olan 441 min desyatin torpağın ço xunu icarəyə verirdilər. Ancaq
XX əsrin əvvəllərində onların bir qis mi özləri torpağı becərməklə məşğul olmağa
başlayaraq təsərrüfatlarını kapitalist qaydasında qururdular. Məsələn, hələ 1917-ci
ildən öncə, Yelizavetpol qəzasında 51 bəy ailəsinin ixtiyarında olan 39 min desyatin
torpaq sahəsindən 13700 desyatinini mülkədar-bəylər özləri mu zd lu əmək tətbiq
etməklə becərirdilər.
Azərbaycanda ticarət və sələm kapitalı əsasən mübadilə dairəsində fəaliyyət
göstərirdi. Adətən kənddə eyni bir adam həm möhtəkir və həm də sələmçi olurdu.
Sələmçilər özlərin in kənd kapitalı ilə yanaşı, banklardan götürdükləri və kənd
təsərrüfatı məhsulları satan firmalardan aldıqları məbləğ hesabına fəaliyyət göstərirdi-
lər. Onlar kəndlilərin məhsullarını həmin firmalara sataraq, onların sahibi olan sənaye
sahibkarlarını kənd təsərrüfatına cəlb edirdilər. "Kaspi" qəzeti hələ 1901-ci ildə yazırdı
ki, "hara baxırsınızsa, kənd təsərrüfatının hansı sahəsinə müraciət edirsinizsə, orada
18
kəndlini ö z toruna salıb onu soran bu və ya digər hörümçəyi görərsiniz".
Azərbaycan kənd həyatına yaxından bələd olan görkəmli maarifpərvər Həsən
bəy Zərdabi yazırdı ki, "bizdə kənd təsərrüfatının bütün sahələri üzrə inhisarlar
mövcuddur"
7
, yəni kəndlilər öz məhsullarını ayrı-ayrı şəxslərə, firmalara satmağa
məcbur idilər. Hər firmanın isə "onlarca alıcıları var idi və onlar ölkənin bütün guşə-
lərini gəzərək avam ca maatı yumşaq hörümçək toruna salırdılar... Alın mış torpaq
məhsullarını Cənubi Qafqaz dəmir yolunun ən yaxın stansiyalarında hörümçək kimi
oturmuş öz ağalarına, alıcı ko missionerlərə təhvil verird ilər"
8
.
Kənd varlıları, zavod sahibləri, mü xtəlif sənayeçilərin və ticarət firmalarının
nümayəndələri olan alıcı-sələmçilər borc verməklə kəndliləri asılı vəziyyətə salırdılar.
"Bu əsarət... kənd təsərrüfatlarında kapitalizmin ilk addımlarından başqa bir şey deyildi"
9
. (H.Zərdabi).
Beləliklə, XX əsrin əvvəllərində əmtəə istehsalının geniş inkişafı, muzdlu
əməyin tətbiqi, bəy-mülkədar təsərrüfatlarının bir çoxunun kapitalist təsərrüfatı
sisteminə keçməsi, sənaye və bank kapitalının kənd təsərrüfatına sirayət etməsi və
nəhayət, ticarət-sənaye kapitalının güclənməsi nəticəsində Azərbaycan kəndində,
yarımfeodal torpaq sahibliyinin mövcud olmasına baxmayaraq, istehsal üsulu artıq
kapitalist istehsal üsulu idi. Əmtəə təsərrüfatının əmtəə kapitalist səviyyəsinə
yüksəlməsində alıcı-sələmçilər kapitalist istehsal üsulunun təşkilatçılarına çevrilirdi.
Həm də bu, o deməkdir ki, A zərbaycan kəndində kəndlilərin istismarı mahiyyəti
etibarilə kapitalist istismarı id i.
Bununla birlikdə Azərbaycanın sosial-iqtisadi strukturunda feodal
münasibətlərinin bəziləri qalmaqda idi və aşağıdakı sosial-iqtisadi uklad larla təmsil
olunurdu:
l . F e o d a l - a s ı l ı . Azərbaycan Sovet Rusiyası tərəfindən işğal olunana qədər
hələ də bəy-mülkədar latifundiyaları qalmaqda idi, kəndlilərin bir qismi şəxsən azad
olsalar da, bəy-mülkədarlardan -torpaq sahiblərindən bir növ asılı olub, istifadələrində
olan pay torpaqlarına görə onlara verg i ödəyirdilər.
2. Y a r ı m p a t r i a r x a l v ə y a r ı m n a t u r a l. Kiçik torpaq payları,
yaxud bir neçə baş qaramalı olan kəndlilər qapalı həyat sürürdülər. Onların təsərrüfatları
yarımnatural xarakter daşıyırdı, bir qismi öz ailə ehtiyacları üçün xalçaçılıqla, yaxud
digər ev əşyalarının istehsalı ilə məşğul olurdu. Belə təsərrüfatlar kənd təsərrüfatı
istehsalçılarının üçdə bir hissəsindən azını təşkil edirdi.
XX əsrin əvvəllərində kənd təsərrüfatında əmtəə istehsalı aparıcı rol
oynadığı bir şəraitdə həmin təsərrüfatlar istər-istəməz dar çərçivədə qala bilməzdi. Bu
dövrdə onların çoxu, heç olmasa, vergiləri, yaxud ailənin zəruri ehtiyaclarını ödəmək
üçün, ailə üzvlərinin yarımac qalmasına baxmayaraq, məhsulun bir hissəsini əmtəə
qismində satmalı olurdu. Bundan başqa, həmin təsərrüfatlar ticarət və sələm kapitalının
təsiri altına düşür, onların patriarxal özülləri kapitalist ukladının məcburən qəbul edilmiş
elementlərini sarsıdırdı.
Beləliklə, XX əsrin əvvəllərində Azərbaycanın şəhər və sənaye ocaqları
19
yerləşən bölgələrində kapitalist istehsal münasibətləri, feodal torpaq sahibliyinin
qismən qorunub saxlandığı kənd yerlərində isə qolçomaqların və varlı kəndlilərin
kapitalist tipli təsərrüfatları ilə yanaşı, möhtəkir-sələmçi kapitalın təsiri altında olan ki-
çik təsərrüfatlar da mövcud idi. Bütövlükdə götürdükdə isə ölkənin sosial-iqtisadi
strukturunda kapitalist istehsal üsulu hakim mövqe tuturdu.
Dostları ilə paylaş: |