224
təşkil edir. Parlamentə Zəngəzurdan iki və İrəvan quberniyasının
azərbaycanlılar yaşadığı hissəsində (Naxçıvan, Şərur, Ordubaddan söhbət gedir.- Red.) üç
nəfər millət vəkili seçilməli idi
225
. Amma Araz-Türk Respublikası aşağıdakı səbəblərə
görə tezliklə süquta uğradı: ermənilərin güclü hərbi və siyasi-diplomatik təzyiqi; ingi-
lislərin Azərbaycan tərəfi dəstəkləməməsi və ermənipərəst mövqe tutması; Azərbaycan
Xalq Cümhuriyyətinin bölgələri və oradakı dövlət quruluşu ilə kifayət qədər əlaqələrin
yaradılmaması, ona yetərincə hərbi-siyasi yardım göstərə bilməməsi və s.
Araz-Türk Respublikasının əhəmiyyətinə və onun qısamüddətli fəaliyyətinin
nəticələrinə gəldikdə isə o, Azərbaycan üçün çox gərgin bir dövrdə bölgənin azərbaycanlı
əhalisinin qüvvələrinin düşmənlərə qarşı birgə mübarizə aparılması məqsədilə
birləşdirilməsində müəyyən rol oynadı və ən başlıcası isə mahalın ermənilərin əlinə
keçməsinə imkan verməməklə onun toxunulmazlığını qorudu, bununla da Azərbaycanın
ərazi bütövlüyü təmin edildi.
Birinci dünya müharibəsi başa çatdıqdan sonra Qafqazda, o cümlədən də
Azərbaycanda möhkəmlənmək sahəsində təşəbbüsü ələ alan ingilislər öz məqsədlərinə
çatmaq üçün ermənilərdən də istifadə etməyə başladılar. Öz növbəsində lord Kerzonun
"...əlahəzrət hökumətinin başlıca məqsədi ermənilərin azad edilməsidir" - fikrindən
226
ruhlanan ermənilər də ingilislərin siyasətindən faydalanmağa çalışırdılar. Qarşılıqlı mənafe və
maraqların üst-üstə düşdüyü bir şəraitdə - 1919-cu ilin yanvarında Naxçıvan mahalına çox
az sayda ingilis hərbi qüvvələri gətirildi. Bununla eyni vaxtda isə Ermənistanın qoşun
hissələri Zəngəzur, Naxçıvan, Qarabağ bölgələrinə qarşı təcavüzü daha da genişləndirdilər.
Bu dövrdə Şərurda erməni nizami qoşunları üzərində mühüm qələbə qazanılsa da (yerli
sakin Məşədi Ələsgərin başçılıq etdiyi silahlı qüvvələr erməni əsgərlərinə divan tutmuşdu
və onlar 15 gün meyitlərin və yaralıların yığışdırılması ilə məşğul olmuşdular), bölgədə
vəziyyət gərginləşməkdə idi.
336
Belə bir şəraitdə ingilislər Naxçıvan mahalını müvəqqəti bitərəf zona elan edərək,
burada general-qubernatorluq yaratdıqlarını bildirdilər. Ermənilər üzərindəki Şərur
qələbəsindən sonra Naxçıvan mahalında yeni diktatura hökumətinin yaradıldığı elan
olunmuşdu. Bu hökumət isə mövcud gərgin vəziyyətdə Azərbaycan Xalq Cümhuriyyəti ilə
geniş əlaqələrin qeyri-mü mkünlüyü və s. səbəblərə İranla birbaşa münasibətlər yaratmağa
cəhdlər göstərmişdi. Yeni hökumətin başçısı Cəfərqulu xanın Naxçıvan-Şərur dairəsinin
ingilis- general-qubernatoruna yolladığı 1919-cu il 26 fevral tarixli məktubdan da göründüyü
kimi, İranla yaxınlaşmaq cəhdləri osmanlı ordularının getməsindən sonra bölgə üçün
ermənilər tərəfindən yaradıdılan təhlükədən və onun Azərbaycandan təcrid olunmasından
irəli gəlmişdi
227
. Məktubda həmçinin ingilis general-qubernatorundan mahalın bir hissəsi
olduğu ana torpaqla - Azərbaycanla birləşdirilməsi üçün şərait yaradılması xahiş
olunurdu.
İngilislərin Naxçıvanda qaldıqları müddət ərzində Azərbaycan rəhbərlərliyi bu
ərazi üzərində öz suveren hüquqlarını müdafiə edirdi. Dövlətin təhlükəsizliyinin təminatına
yardım göstərmək və bölgə əhalisinə qarşı ermənilərin törətdikləri vəhşiliklərin qarşısını almaq,
mahalı Şimali Azərbaycanın digər torpaqları ilə birləşdirmək sahəsində hökumət
müəyyən tədbirlər həyatda keçirirdi. Azərbaycan parlamentinin 1919-cu il yanvarın 8-i və
25-də olan iclaslarında Naxçıvan bölgəsi və ümumiyyətlə, keçmiş İrəvan quberniyasının
azərbaycanlı əhalisinin vəziyyəti ilə bağlı məsələlər müzakirə edildi
228
. Yanvarın 25-dəki iclasda
xüsusi bəyanatla çıxış edən M.Ə.Rəsulzadə .Ermənistan hökumətinin Naxçıvan və digər
qəzaların azərbaycanlı əhalisinə düşmən münasibət bəsləməsinə qarşı çıxaraq qəti tədbirlər
görməyə çağırdı.
Keçmiş İrəvan quberniyası türk-müsəlman əhalisinin vəziyyətin in öyrənilməsi,
ermənilərin onlara qarşı törətdikləri vəhşiliklərin qarşısının alınması, Azərbaycanın cənub-
qərb bölgələrinin ərazi toxunulmazlığının təmin olunması istiqamətində müəyyən tədbirlər
görüldü. Azərbaycan Cümhuriyyətinin Ermənistanda açılmış diplomatik nümayəndəliyi bu
işlərdə çox mühüm rol oynadı. Azərbaycan parlamentininın üzvü Məhəmməd xan Təkinski
1919-cu il yanvarın 29-da İrəvana səfir təyin edilmişdi
229
.
Azərbaycan hökuməti ilə Naxçıvan bölgəsi arasında əlaqələrin yarıdılması və
inkişafında, mahalın azərbaycanlı əhalisinin problemlərinin həllində keçmiş İrəvan
quberniyasından olan ictimai xadimlərin, ziyalıların və onların yaratdıqları mü xtəlif
təşkilatların səyləri də mühüm rol oynamışdı. Həmyerlilər cəmiyyəti idarə heyətinin
üzvü Mirabbas Mirbağırovun bölgədəki siyasi vəziyyəti öyrənmək, ingilislərin
buradakı siyasətlərinin məqsədini aydınlaşdırmaq məqsədilə 1919-cu ilin yanvar-
fevral aylarında Naxçıvana səfəri və onun yekunları barədə məruzəsi
230
Azərbaycan
hökuməti ilə mahalın azərbaycanlı əhalisi arasında əməli əlaqələrin yaradılması
yolunda atılmış birinci ciddi addım hesab oluna bilər.
Azərbaycan hökumətinin öz dövlət ərazisi Naxçıvan bölgəsində suveren
hüquqların ı həyata keçirməsi, mahalın idarə olun masında onun iştirakının təmin
edilməsi zə ruri məsələ idi. Bu zərurət müsəlman əhalisin in proble mlərinin çev ik
həllini, burada xüsusi general-qubernatorluğun təşkilin i şərtləndirird i. Cənub-
337
Qərbi A zərbaycanın (Naxçıvanın) Müvəqqəti hökumətinin işlər müd iri Behbudxan
Naxçıvanski 1919-cu il fevralın sonlarında Bakıda olduğu zaman öz missiyasının
məqsədlərini açıqlayaraq belə bir vacib məsələyə to xun muşdu ki, Naxçıvan, Şərur
və Ordubad qəzaları A zərbaycan torpaqları o lduqlarından Müvəqqəti hökumət
həmin ərazilərin "Cənub-Qərb i A zərbaycan" adı altında A zərbaycan Xalq
Cü mhuriyyəti ilə birləşməsi üçün onun rəhbərliyinə, ingilis ko man danlığ ına
müraciət etmək qərarına gəlmiş və onların razılığ ını almışdı
231
.
Azərbaycan hökuməti özünün 1919-cu il 28 fevral tarixli qərarı ilə Naxçıvan
general-qubernatorluğunu (arxiv sənədlərində " Cənub -Qərbi Azərbaycan general-
qubernatorluğu", habelə "Naxçıvan, Ordubad, Şərur-Dərələyəz və Vedibasar
rayonlarının müvəqqəti general-qubernatorluğu" adlanır) yaratdı
232
. Həmin qərara
əsasən də Bəhram xan Naxçıvanski general-qubernator, Kərim xan İrəvanski və
Hacı Mehdi Bağırov isə onun köməkçiləri təyin olundular, həmçinin yerli
hakimiyyətin təşkili və qoşun hissələrinin sa xlan ması üçün DİN-in 20 milyon
manatlıq fondundan 500 min manat pul ayrıldı
233
. General qubernatorluğun nəzdində 7
nəfərdən ibarət Şura formalaşdırıld ı.
Daha sonra respublika hökumətinin 1919-cu il 3 mart tarixli qərarına müvafiq
surətdə bölgədə nə qədər silahlı qüvvənin olmasını, onun necə təşkil edilməsi və
saxlan masını aydınlaşdırmaq məqsədilə general-qubernatorluğa nümayəndə
göndərilməsi Hərbi Nazirliyə tapşırıldı və əlavə olaraq daha 500 min manat vəsait
buraxılması razılaşdırıldı
234
. Doğrudur, Naxçıvan general-qubernatorluğu müəyyən obyektiv
(bölgənin Azərbaycan Cümhuriyyəti ilə sıx əlaqələrin qurulmasındakı çətinliklər) və
subyektiv (bölgədəki siyasi qüvvələr və nüfuzlu şəxslər arasındakı ixtilaflar) səbəblərə görə
geniş və səmərəli fəaliyyət göstərə bilməsə də, hər halda onun yaradılması və tədbirləri
bölgənin Azərbaycan hökuməti ilə əlaqələrinin möhkəmlən məsində müəyyən rol
oynadı.
Osmanlı qoşunlan getdikdən sonra Zəngəzur mahalında da siyasi –hərbi vəziyyət
xeyli kəskinləşdi, yerli türk-müsəlman əhalisi –azərbaycanlılar yenidən zorakılıq və
məhrumiyyətlərə məruz qaldılar. Müttəfiqlərin Azərbaycana gəlişi ilə bağlı fəallaşan
ermənilər yaranmış şəraiti özlərinin ərazi iddialarının reallaşması üçün əlverişli məqam
sayaraq müəyyən təxribatlara əl atdılar.
Ermənistan hökuməti tərəfindən ruhlandırılan, maliyyələşdirilən və təchiz
olunan Andronik və onun quldur dəstəsi Zəngəzurda yeni-yeni özbaşınalıq və
vəhşiliklər törədird i.
Andronikin Zəngəzurdakı "etnik təmizləmə" fəaliyyəti 1918-ci il noyabrın ikinci
yarısında özünün yeni, azərbaycanlı əhali üçün daha faciəli mərhələsinə başladı. Onun
quldur dəstələrinin 1918-ci il noyabrın 22-də Zəngəzur qəzasının Mərkəzi olan Gorusa
soxulması, azərbaycanlıların kəndlərini viran etməsi, əhaliyə divan tutması nəticəsində
qısa müddətdə burada 30-dan çox azərbaycanlı kəndi dağıdıldı
235
.
Andronikin quldur dəstələrinin Qarabağda və Zəngəzurda törətdikləri
özbaşınalıqlar və qanlı hadisələr barədə ayrıca məsələ Azərbaycan parlamentinin 1918-ci il
338
dekabrın 20-də keçirilmiş fövqəladə iclasında müzakirə olundu
236
. Hökumətin gördüyü tədbirlər
haqqında F.X.Xoyskinin çıxışı və onun müzakirəsindən sonra parlament Azərbaycanın
ərazi bütövlüyünün qorunması və təcavüzə məruz qalmış əhaliyə mənəvi və maddi
yardımın göstərilməsi istiqamətində aparılan işlərin gücləndirilməsi barədə qərar qəbul etdi.
Erməni silahlı dəstələrinin azğınlığı getdikcə daha dəhşətli xarakter alırdı. Bu
özbaşınalıqlara qarşı qətiyyətli mübarizə aparmaq üçün Nazirlər Şurası 15 yanvar 1919-cu il
tarixli iclasında Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları üzrə müvəqqəti general-
qubernatorluq yaradılmasını qərara aldı. Müvəqqəti general-qubernatorluğa fövqəladə
səlahiyyətlər verilməsi nəzərdə tutulmuşdu
237
.
Nazirlər Şurasının 1919-cu il 15 yanvar tarixli iclasında Xosrov bəy Sultanov
Qarabağın general-qubernatoru vəzifəsinə təsdiq edildi və aprelin 3-də onun səlahiyyətləri
müttəfiq qoşunlar komandanı tərəfindən də tanındı
238
.
Qarabağ general-qubernatorluğunun təşkilinin zəruriliyi aşağıdakı amillərlə
şərtlənirdi: 1) rəsmi İrəvanın hərtərəfli dəstəklədiyi ermənilərinin separatçılıq
hərəkətləri və yerli müsəlman əhaliyə qarşı törətdikləri zorakılıqlar; 2) Andronikin silahlı
quldur dəstələrinin mahallara soxulmasından sonra burada vəziyyətin daha da ağırlaş ması; 3)
həmin qəzaların, xüsusən də Zəngəzurun Gəncə qubernatorluğunun tabeçiliyində
olmasının çətinlikləri.
Qarabağ general-qubernatorluğunun yaradılması haqqında Azərbaycan hökumətinin
qərarı Qarabağda və Zəngəzurda müsəlman əhaliyə qarşı qırğınların genişlənməsinə yeni bir
təkan verdi. Andronikin quldur dəstəsi isə Zəngəzur istiqamətindən Qarabağın içərilərinə
doğru irəliləyərək qarşısına çıxan bütün kəndləri talan etdi. O, Şuşanın 35 kilometrliyinə
çatmışdı. 1919-cu il fevralın ikinci yarısında 200 nəfərlik ingilis qoşun bölməsinin Şuşaya
gəlməsi
239
silahlı quldur dəstəsinin irəliləməsinin qabağını aldı
240
.
1919-cu ilin aprel ayında Qarabağ ermənilərinin 5-ci qurultayı çağırıldı. Burada
başlıca olaraq erməni Azərbaycan münasibətləri müzakirə olundu. Şovinist-millətçi ünsürlərin
təsiri və təzyiqi altında qurultay belə bir qərar qəbul etdi ki, Azərbaycan hökuməti ilə əlaqəsi
olan hər hansı bir dövlət idarəçiliyi forması qəbul edilə bilməz
241
. Yəni qurultay bir daha
erməni qüvvələrinin təcavüzkar xəttini təsdiqlədi və ermənilərin Azərbaycan torpaqlarına
olan təcavüzkar iddialarından əl çəkməd iyini nümay iş etdirdi.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin öz ərazisində general-qubernatorluq
yaratmasını və X.Sultanovu ona başçı təyin etməsini Ermənistan hökuməti genişmiqyaslı
siyasi-diplomatik hay-küylə qarşıladı. Ermənistan XİN-nin beynəlxalq təşkilatlara və
dövrün sözükeçən nüfuzlu dövlətlərinə, Azərbaycan rəhbərliyinə ünvanladığı çoxsaylı
teleqram və etiraz notalarında, daşnak mətbuatında ("Vpered", "Aşxatavor" və s.)
Azərbaycan hökuməti "Ararat Respublikasının hüquqlarına qəsd etməkdə", qonşu xalqlar
arasındakı rnünasibətləri pozmaqda suçlandırılırdı. Vəziyyətdən yeganə ağıllı çıxış yolu
kimi, bölgə ermənilərinə ya hər hansı bir general-qııbernatorsuz yaşamaq imkanı verilməsi,
ya da heç olmazsa burada müvəqqəti ingilis general-qubernatorluğunun yaradılması məsləhət
görülürdü
242
.
Ermənistanın Azərbaycanın daxili idarəçiliyi işlərinə kobudcasına müdaxilə
339
cəhdlərinə qarşı xarici işlər naziri əvəzi A.Ziyadxanovun Ermənistan hökumətinə etiraz
notalarında Azərbaycan tərəfinin Qarabağ və Zəngəzura dair tarixi-etnik hüquqlarını bir
daha xatırlatmış, onun daxili işlərinə hər hansı müdaxiləyə yol verilməyəcəyini bildirmişdi.
Eyni zamanda o, bütün münaqişələri sülh yolu ilə həll etməyə tərəfdar çıxdığını bəyan
etmişdi. Bölgədə ikili siyasət yürüdən ingilislər əvvəlcə Zəngəzur qəzasının bir hissəsinin
Ermənistana verilməsini bildirsələr də, az sonra Azərbaycan hökumətinin Qarabağ
general-qubernatorluğu yaratmasını himayə etmişdilər
243
. Bu, erməniləri xeyli çaşdırmış və
narazı salmışdı. Onlar "müxtəlif dəlillər" gətirməklə və cürbəcür tədbirlərlə Böyük
Britaniya hökumətini öz "tarixi hüquqları"na inandırmağa, cəhdlər göstərmiş, müəyyən
şərtlər irəli sürmüşdülər.
Lakin ingilislər ermənilərin şərtlərini bəzən diplomatik üsulla, bir sıra hallarda
isə hədə yolu ilə rədd etmişdilər. Şatelvorqun 1919-cu il aprel tarixli bəyanatı ilə X.Sultanovun
general-qubernator vəzifəsinə təyinatını tanımaqla ingilislər Andronikin silahlı
dəstəsinin mahallardan çıxarılmasında israr etdilər
244
.
Ümumiyyətlə, Qarabağ və Zəngəzura dair ingilis siyasəti bütövlükdə ziddiyyətli
səciyyə daşımışdır. Bunu X.Sultanovun apardığı təhlil və gəldiyi nəticələr də yaxşı açıqlayır.
İngilislər vədlərinə xilaf çıxaraq, bölgələrdə hakimiyyəti əslində Azərbaycana deyil,
Erməni Milli Şurasına vermiş, hətta ermənilərin Qarabağ və Zəngəzurda möhkəmlənməsinə
mane olan bir şəxs kimi Xosrov bəyi vəzifəsindən kənarlaşdırmağa cəhd göstərmiş, bütün
bunlarla da ermənilərin edə çoxlu zorakılıq hərəkətlərinə yol verməsinə, Azərbaycan
hökumətini tanımamasına şərait yaratmışdılar. İyun ayının 4-də Qarabağ general-
qubernatoru Xosrov bəy Sultanovun Şuşa-Yevlax yolunun təhlükəsizliyinin təmin edilməsi
üçün Şuşa ətrafında və yol boyunca hərbi postlar yaratması erməni millətçilərini daha da
qəzəbləndirmiş və nəticədə onların silahlı bölmələri Azərbaycan hərbçilərinin postları
üzərinə hücum etmişdilər. Bu silahlı basqın zamanı 4 azərbaycanlı əsgər şəhid
olmuşdu
245
.
Azərbaycan əsgərlərinə qarşı belə təxribatın həyata keçirilməs kütləvi təcavüzün
başlanmasına bir işarə oldu. Ermənilər Şuşa-Yevlax yolu ilə hərəkət edən Azərbaycan
köçlərinin üstünə hücum çəkdilər. Köç adamları arasında da ölənlər və yaralananlar oldu. Bu
hadisələr böyük əks-səda verərək, bir sıra yaşayış məntəqələrində silahlı qarşıdurmaya
gətirib çıxartdı. Bəzi yerlərdə bu silahlı qarşıdurmanın kütləvi qırğınlara çevrilməməsi üçün
general-qubernatorun xahişi ilə qoşun bölmələri göndərildi. Lakin bütün münaqişə
məntəqələrinə hərbi qüvvələrin göndərilməsi mümkün deyildi. Çünki qoşunların
səpələnməsi Xankəndi qarnizonunun zəifləməsinə və ermənilər tərəfindən güclü
hücumlara məruz qalmasına səbəb ola bilərdi
246
.
Ermənilər ingilislərin himayəçiliyi ilə Naxçıvan mahalında öz "idarəçiliklərini"
yaratmağa cəhd göstərmişdilər. 1919-cu il aprelin 15-dən başlayaraq bölgənin ermənilərin
"idarəçiliyinə" keçməsi ilə bağlı xəbərlərin yayılması mahalda həyəcan yaratdığından
Azərbaycan Xalq Cümhuriyyətinin İrəvandakı diplomatik nümayəndəliyi rəsmi Bakı
qarşısında ermənilərin qanunsuz hərəkətlərinin dəf edilməsi barədə məsələ qaldırmışdı
247
. Bir
sıra ingilis-erməni birgə hazırlıq tədbirlərindən (general Devinin Naxçıvana səfəri, onun və
340
Dronun imzaladıqları əmr, Ermənistanın baş naziri Q.Xatisyanın bölgəyə gəlişi və s.)
248
sonra
1919-cu il mayın ortalarından iyulun axırlarınadək mahalda daşnak "idarəçiliyi" peyda oldu.
Belə bir şəraitdə mahalın azərbaycanlı əhalisi həm müxtəlif ünvanlara (Cənubi Qafqazdakı
Britaniya qoşunlarının komandanı general Koriyə, müttəfiq dövlətlərə, T.Xatisyana və
Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri M.Y.Cəfərova) yazılı etirazlar, Təbrizə
nümayəndə heyəti göndərdi, həm də Ordubadda, Şahtaxtıda və digər ərazilərdə erməni
"idarəçiliyinə" müqavimət göstərdi
249
. Qısa müddətli erməni "idarəçiliyi" zamanı bölgədə
törədilən özbaşınalıqlar, bir qədər sonra daşnakları qovmaq üçün yaranan əlverişli şərait
(ingilislərin getmələri; Azərbaycan Ordusu zabitlərinin yerli əhalini hərbi cəhətdən təşkil
etmələri; Ermənistanın öz qərb sərhədlərini möhkəmləndirmək məcburiyyətində qalması;
Vedibasar rayonunda ermənilərin məğlubiyyəti və s.) əməli addımlar atılmasını
şərtləndirirdi.
Müəyyən hərbi-maliyyə və siyasi-mənəvi səciyyəli hazırlıq işlərindən sonra
1919-cu il iyulun 19-25-də aparılan uğurlu döyüşlər erməni "idarəçiliyi"nin bölgədən
qovulması ilə nəticələndi. Mahalda daşnak "ağalığı"na son qoyulduqdan sonra siyasi
şəraitin yaxşılaşmasına müsbət təsir göstərən bir proses getdi erməni icmaları
yığıncaqlar keçirərək rəsmi sənədlərlə Azərbaycan hökumətini tanıdılar
250
.
Azərbaycan hökumətinin Dağlıq Qarabağ ermənilərinə münasibətdə yürütdüyü
sülhsevər siyasət bu diyarda mövcud olan ümumi vəziyyətin tədricən dinc məcraya
yönəlməsində mühüm rol oynadı, Dağlıq Qarabağda Azərbaycan Xalq Cümhuriyyəti
hakimiyyətinin bərqərar edilməsi perspektivinə yerli ermənilərdə müsbət münasibətin
formalaşmasına imkan verdi. Hətta danışıqların gedişində Azərbaycan hökuməti erməni
ruhanilərinin dəstəyini almağa nail ola bildi. Tezliklə Qarabağ ermənilərinin 7-ci qurultayı
ilə Azərbaycan hökuməti arasında 26 maddədən ibarət razılaşma bağlandı. Razılaşmada
göstərilirdi ki, məsələnin sülh konfransında qəti həllinə qədər Qarabağın dağlıq
hissəsinin, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarının erməni əhalisi bu ərazilərin
Azərbaycan Xalq Cü mhuriyyəti hüdudları daxilində olduğunu qəbul edir. Razılaşmanın
5-ci bəndinə əsasən Qarabağ general-qubernatorluğu nəzdində erməni və azərbaycanlı
əhalisini təmsil edən və hər tərəfdən üç nəfər olmaqla Şura yaradılması nəzərdə
tutulurdu. Ümumiyyətlə, razılaşmanın Azərbaycan üçün əhəmiyyəti onda idi ki, orada
Dağlıq Qarabağın erməni əhalisinə yalnız mədəni özünüidarəetmə hüququ verilirdi.
1919-cu il avqustun 19-da Dağlıq Qarabağ ermənilərinin 7-ci qurultayı
yekdilliklə Azərbaycan hökuməti ilə bağlanmış razılaşmanın şərtlərin i qəbul etdi
251
.
Beləliklə də Azərbaycanın ərazi bütövlüyünün rəsmən tanınmasının təmin
edilməsi etiraf olunurdu. Bu isə Azərbaycan dövlətinin sülhsevərliyi və demokratikliyinin
bariz nümunəsi idi. Lakin bununla belə, 1919-cu ilin yazında Paris sülh konfransında Azər-
baycan nümayəndə heyəti Ermənistan və İranın "öz tarixi torpaqlarını qaytarmaq" cəhdlərinə
qarşı ardıcıl siyasi-diplomatik mübarizə aparmaqda idi. Azərbaycan diplomatiyası Versalda
həm ermənilərin, həm də İranın Azərbaycan Xalq Cümhuriyyətinə qarşı irəli sürdükləri ərazi
iddialarını dəf etməyə müvəffəq ola bildi.
İngilislərin Şimali Azərbaycandakı mövqelərinin zəiflədiyi zaman yəni 1919-cu
341
ilin ikinci yarısında fəallaşan ABŞ hökuməti məlu m bölgələr, xüsusilə də Naxçıvan
bölgəsi ətrafındakı erməni-azərbaycanlı münaqişəsindən faydalanmağa çalışdı.
Naxçıvan ilə bağlı məsələlərdə əsasən ermənipərəst mövqe tutan ABŞ müəyyən
mülahizələrə (regiona kifayət qədər hərbi qüvvə gətirə bilməməsi, mahalın azərbaycanlı
əhalisinin çox güclü müqaviməti. Azərbaycan hökumətinin barışmaz mövqeyi və s.)
görə, ikili siyasət yürüdürdü. "Modus vivende" yaratmağı özünün Cənubi Qafqaz
missiyasının başlıca vəzifələrindən biri sayan müttəfiqlərin Ermənistandakı ali komissarı
polkovnik V.Haskel Zəngəzur və Qarabağı Azərbaycanın tərkib hissələri kimi tanıyaraq,
ermənilərlə müsəlmanlar arasında normal münasibətlər yaradılması adı altında Naxçıvan və
Şərur-Dərələyəz qəzalarının müvəqqəti xüsusi bitərəf zona elan edilməsi və burada
amerikan general-qubernatorluğu yaradılması təklifini irəli sürmüşdü
252
. Lakin mahalın
azərbaycanlı əhalisinin inadlı müqaviməti, Azərbaycan hökumətinin hərtərəfli ciddi
səyləri sayəsində ABŞ-ın müəyyən diplomatik gedişlərlə Naxçıvan bölgəsində
möhkəmlənmək siyasəti boşa çıxdı. Ermənilərin amerikanlar vasitəsilə Naxçıvana
yiyələnmək niyyətləri baş tutmadı.
1919-cu ilin payızında isə Ermənistanın Zəngəzurda növbəti və daha genişmiqyaslı
döyüş əməliyyatlarına hazırlıq tədbirləri, o cümlədən onların təbliği-ideoloji təminatı (Versal
konfransına və Qərb dövlətlərinin Qafqazdakı nümayəndələrinə təsir etmək cəhdi
"mübahisəli məsələlərin həlli" məqsədi ilə konfrans keçirmək təşəbbüsü və s.)
gücləndirildi.
Genişlənən erməni təcavüzünün qarşısını almağa gücü çatmayan Azərbaycan
kəndlərinin sakinləri yurdlarını tərk etməyə məcbur olurdular. Mövcud olan bəzi
məlumatlara görə, 1919-cu il oktyabr ayının əvvəllərində Zəngəzurun 110 böyük türk-
müsəlman kəndi məhv edilmişdi
253
. Bu kəndlərin sakinləri ya qırılmış, ya da dədə-baba
ocaqlannı tərk edərək qaçmağa məcbur olmuşdular. Yurdlarını tərk etmək məcburiyyətində
qalan əhalinin çoxu Qarabağa pənah gətirirdi
254
.
Zəngəzur qəzasından qaçqın düşənlərin sayı 60 minə çatmışdı. Rəsmi İrəvanın
Zəngəzur ermənilərini Azərbaycan hökumətini tanımamağa təhrik edən müxtəlif səpkili
hərəkətləri, buradakı qiyamçı silahlı qüvvələri açıq-aşkar siyasi-hərbi cəhətdən
dəstəkləməsi Azərbaycan rəhbərliyini Qarabağ general-qubernatorunun sərəncamına
verilən 1-ci alay diviziyasının komandiri general-mayor C.Şıxlinskinin komandanlığı
altında məhdud qoşun kontingentini 1919-cu il oktyabrın sonlarında bölgəyə göndərməyə
məcbur etdi.
Azərbaycan hökumətinin bu tədbirini Zəngəzurun daxili işlərinə müdaxilə və dinc
əhaliyə qarşı silahlı əməliyyat kimi qələmə verən Ermənistan Qafqazın hüdudlarından da
kənarda beynəlxalq diplomatik qalmaqal saldı. Ermənistanın Bakıdakı diplomatik
nümayəndəsi olan .Bekzadyan Ermənistan - Azərbaycan konfransının çağırılması ilə
əlaqədar 1919-cu il oktyabrın 12-13-də N.Yusifbəyli və M.V.Cəfərovla görüşərkən
ərazi mübahisələri ilə bağlı məsələlərə də toxundu
255
. Erməni tərəfinin konfrans çağırmaq
təşəbbüsündə Zəngəzur və Naxçıvana yiyələnmək niyyətini duyan Azərbaycan rəhbərliyi
artıq İrəvanın və Eçmiədzin qəzasının güzəştə gedildiyini xatırlatmış, Azərbaycanın
342
digər əzəli torpaqların ın - Qarabağ, Naxçıvan və Zəngəzurun ona mənsubluğu
barədə söhbətin belə yolverilməz olduğunu qəti bildirmişdi.
Zəngəzur ekspedisiyası erməni təbliğatının genişlənməsi nəticəsində çox böyük
rezonans aldığı üçün bu məsələ 1919-cu il noyabrın 19-da Dövlət Müdafiə Komitəsində də
müzakirə olundu. Qəbul edilmiş qərarda deyilirdi ki, yaranmış vəziyyəti nəzərə alaraq,
Zəngəzurda erməni silahlı qüvvələri ilə Azərbaycanın qoşun bölmələri arasında silahlı
qarşıdurmanın aradan qaldırılması üçün lazımi tədbirlər görülsün
256
.
1919-cu il noyabrın 23-də Azərbaycan və Ermənistan hökumətlərinin sədrləri
görüşdülər. ABŞ nümayəndələrinin vasitəçiliyi ilə təşkil edilmiş bu görüş başlıca olaraq
ərazi məsələlərinin müzakirəsinə həsr edilmişdi. Azərbaycan və Ermənistan hökumətlərinin
sədrləri Tiflisdə razılaşma imzaladılar. Həmin sənədin birinci bəndində deyilirdi ki,
Azərbaycan və Ermənistan davam edən qarşıdurmanı dayandırır və bir daha silah işlətməməyi
öhdələrinə götürür, müqavilənin başqa bir maddəsində isə bildirilirdi ki, hər iki respublika
bütün məsələləri, o cümlədən sərhəd məsələlərini sülh konfransında həll etməyi öhdələrinə
götürürdülər. Hər hansı bir məsələ mübahisə doğurduqda üçüncü tərəf kimi ABŞ
nümayəndəsinin fikri əsas tutulacaq
257
.
Əslində bıı saziş müvəqqəti xarakter daşıyırdı, çünki sazişə görə,
dövlətlərarası mübahisəli məsələlərin bütün ko mpleksini yaln ız qarşıdakı
Ermənistan-Azərbaycan konfransı həll edə bilərd i. Sazişin nəticələrinə gəldikdə isə
onlar Azərbaycan tərəfi üçün faydalı olmadı, əksinə onun siyasi və hərbi maraq larına
xələl gətird i. Ermənilərin səmimi olmalarına inanan və müttəfiqlərin müraciətlərini
əsas tutan Azərbaycan hökuməti razılaşdırılmış məsələlərin həllini gözləmədən öz
qoşun hissələrini Zəngəzurdan çıxartdı
258
. Saziş ərəfəsində və onun bağlandığı
günlərdə belə Zəngəzurda hərbi əməliyyatları davam etdirən Ermənistan hökuməti
bu şəraitdən faydalanaraq, dərhal bölgəyə əlavə n izami silahlı qüvvələr yeritdi, ada
hərbi əməliyyatların yeni və daha irimiqyaslı mərhələsinə başladı
259
.
1919-cu il dekabrın 14-ü ilə 21-i arasında Bakıda keç irilən Azərbaycan-
Ermənistan konfransında F.X.Xoyskinin ilk növbədə ərazi problemlərini müzakirə
etmək təklifi və M.Hacınskinin sərhəd mübahisələrini 23 noyabr sazişinə uyğun
olaraq həll etməyi konfransın əsas vəzifəsi sayması Ermənistan tərəfindən
(Arutünyants və Bekzadyan) ərazi mübahisələrinin qəti həlli üçün hələ lazımi şərait
və vaxtın yetişməməsi mülahizəsi ilə qarşılaşdı
260
. Ümu miyyətlə, bu konfransda iki
dövlət arasındakı gərgin münasibətlərə heç bir aydınlıq gətirmədi, mübahisəli
sərhəd-ərazi məsələlərinin, o cümlədən də Zəngəzur problemin in həllində əməli
işlərlə nəticələn məd i.
1920-c i il yanvarın ikinc i ya rısından etibarən Ermənistanın Azə rbaycana
qarşı yeni, daha faciəli bir təcavüzü baş verdi. Müşahidəçilər tamamilə haqlı olaraq
qeyd edirdilər ki, erməni təcavüzünün bu səhifəsi 1920-ci il yanvarın 11-də
müttəfiq dövlət tərəfindən Gürcüstanla bərabər, Azərbaycanın da müstəqilliyin in
de-fakto tanın ması ilə bağlı idi. Ermən i millətçi dairələ ri A zərbaycanın
müstəqilliy ini tanımaq və iddia etdikləri A zərbaycan torpaqlarından imtina etmək
343
fikri ilə qətiyyən razılaşmırd ıla r. Dövlət lər arasında sərhəd hələ dəqiqləşdirilməsə
də, ermənilər artıq bu məsələn in büsbütün onların xey rinə həll ed iləcəy inə ə min
deyildilər. Ona görə də müttəfiq dövlətlərin onlara ərazi məsələsində "səxavət"
göstərəcəklərini gözləmədən yenidən silah gücünə öz niyyətlərinə çatmağa cəhd
edirdilər
261
.
1920-ci il yanvarın 16-da Dövlət Müdafiə Komitəsi öz ic lasında
Zəngəzurda hərbi şəraitin yenidən mü rəkkəbləş məsini mü zakirə etdi. Burada
bildirilirdi ki, 1919-cu il noyabrın 23-də Tiflisdə imzalanan ra zılaş madan sonra
Azərbaycan öz qoşun hissələrini Zəngəzurdan geri çəksə də, Ermənistan tərəfi
nizami qoşun hissələrini nəin ki geri çağırmadı, əksinə onları möhkəmləndirdi.
Həmin vaxtdan keçən müddət ərzində Zəngəzurun daha 40-dək kəndi talan edilib
sakinləri qətlə yetirild i
262
.
Genişlənən erməni təcavüzünün dayandırılması üçün Azərbaycanın Xarici
İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinə etiraz notasında qətiyyətli şəkildə
Zəngəzurda genişlənməkdə olan talan q ırğın lara son qoyulmasını tələb etdi
263
.
Azərbaycan tərəfi ilə danışıq lara g irib mü xtəlif razılaş malar bağlasa da,
ayrı-ayrı dövlətlərin vasitəçiliy indən istifadə etsə də, ermən i millətçiləri öz
xislətlərindən əl çəkmirdilər və məqsədləri A zərbaycan tərəfini sakitləşdirmək,
onun diqqətini yayındırmaq, yeni qüvvələr toplayıb təcavüzü daha da
genişləndirmək id i. Yanvarda genişlənən təcavüzlər də ermənilərin bu ikiü zlü
siyasətinin davamı idi.
Zəngəzurda vəziyyət mürəkkəbləşən kimi Hərbi Nazirliy in məsul şəxsləri
bölgəyə ezam olundular.
Yanvarın 27-də general-leytenant M.Sulkeviç və süvari diviziyasının
ko mandiri general-mayor T.Novruzov Şuşaya gəldilə r. Və ziyyətlə tanış olduqdan
sonra M.Sulkeviç bölgədə hərbi texnikanın artırılmasın ı məqsədəuyğun bildi
264
.
Yanvar ayın ın sonlarında gərgin lik nisbətən səngidi və sakitliklə olundu.
Bundan faydalanan erməni qüvvələri d iqqəti öz ə mə llərindən yayındırmağa çalışır
və növbəti təcavüzə hazırlaşırd ılar. Mart ayının əvvəllərində əldə edilmiş kəşfiyyat
məlu matları da sübut edirdi ki, Qarabağ ərazisində kütləvi üsyan törətmək üçün ciddi
hazırlıq işləri aparılır
265
.
1920-c i ilin əvvəllərində Şima li Qafqa zda Qızıl Ordunun uğurlu hərbi
əməliyyatları Könüllü lər Ordusunun vəziyyətini yenidən xeyli ağırlaşdırdı. Həmin
ilin mart ayında denikinçilərə ağır zərbə vuruldu. Denikinin Azərbaycana qarşı
təcavüzü baş tutmadı. A zərbaycan Xalq Cü mhuriyyətinin müstəqilliy inə başqa bir
təhlükə - Sovet Rusiyası qoşunları yaxın laşmaqda id i.
Erməni millətçi dairələri bu vəziyyətdən istifadə etdilər. Martın 19 -da
erməni silahlıları hücum edərək 2 nəfər azərbaycanlı əsgəri qətlə yetirdilər
266
. Erməni
qüvvələrinin hücumu martın 22-də gecə saat 3-də eyni vaxtda Şuşa, Xankəndi, Əsgəran,
Xocalı və Tərtərdə yerləşən qoşun bölmələrinin üzərinə basqınla başladı.
Ermənilərin Qarabağda və Zəngəzurda böyük qüvvələri cəmləşmişdi. Ancaq
344
qarşıya qoyulan məqsədə çatmaq üçün onlar bu bölgəyə yeni-yeni qüvvələrin gətirilməsini
planlaşdırırdılar. Martın ortalarında Dilicandan Zəngəzura 7 min erməni silahlısı gətirilmişdi.
İrəvan quberniyasının Yenibəyazid qəzasından Qarabağa doğru çoxsaylı erməni silahlı
dəstələri yola düşmüşdü
267
.
Qarabağda ermənilərin təcavüzü genişlənən kimi yeni əlavə qüvvələrin
göndərilməsi qərara alındı və Azərbaycan Ordusunun bütün potensialı səfərbər edildi.
Erməni silahlı qüvvələrinin təcavüzünə qarşı aparılan mübarizəyə rəhbərlik etmək üçün
Baş Qərargahın rəisi general-mayor H.Səlimovun rəhbərliyi altında başqa bir xüsusi qərargah
da yaradıldı və o, martın 26-da Ağdamda yerləşdi
268
.
Qarabağdakı qüvvələrin daha da möhkəmləndirilməsi üçün Hərbi Nazirlik buraya
göndərilən qüvvələrin sayının artırılmasını məqsədəuyğun bilirdi. 8-ci Ağdaş piyada alayı
və Zaqatala alayının 700 nəfərlik Nuxa taboru da Qarabağa yollanmaq əmri aldı. Tezliklə
həmin qüvvələr Qarabağa gətirildi
269
.
Martın 26-da general H.Səlimov Ağdama çatan kimi Əsgəran yolunun
kəşfiyyatını apardı. Əsgəran ətrafındakı bütün yüksəkliklər erməni silahlılarının əlində
idi.
Martın 29-da Azərbaycan qoşun hissələrinin Əsgəran istiqamətində hücumu
başladı. Əsgəranın möhkəmləndirilmiş mövqelərinin tutulması üçün hücum şose yolu boyu
Xanabadadək aparılmalı idi. Döyüşə partizan dəstələri də cəlb edilmişdi. Onlar 3360 nömrəli
hündürlük istiqamətində hərəkət etməli idilər. Xramort kəndi istiqamətində Parlament
mühafizə dəstəsi, Daşbaşı kəndi istiqamətində isə Bakı piyada alayının bölmələri
irəliləməli idi.
Lakin ilk hücum uğurla nəticələnmədi. Aprelin 2-də Ağdama Zaqatala piyada
alayının, Şirvan alayının və Tərtər süvari alayının hissə və bölmələri gəlib çıxdı. Bu da
Ağdam dəstəsinin xeyli möhkəmlənməsinə imkan verdi
270
. Əlavə nizami qüvvələrlə
möhkəmləndirilən Ağdam dəstəsi aprel ayının 3-də yenidən Əsgəran istiqamətində
hücuma başladı. Erməni silahlı qüvvələri bütün imkanlarını səfərbərliyə alıb əvvəlki
hücumda olduğu kimi, Ağdam dəstəsinin qarşısını almağa çalışsalar da, gərgin
şəraitdə keçən döyüş Azərbaycanın qoşun bölmələrinin böyük uğuru ilə
nəticələndi. Xey li təlafat verən düşmən əvvəlcə Əsgəranı, sonra da Xocalını tərk
etməli bölgədə strateji əhəmiyyətə malik olan bu iki məntəqə Ağdam dəstəsi
tərəfindən azad edildi
271
.
Uğurlu yürüşə başlayan Azərbaycan qüvvələri aprel ayın ın 5-də Ağdama
daxil oldula r
272
.
Aprelin 9-dan 12-dək Şuşa yaxınlığındakı Keşişkənd ətrafında da gərgin
döyüşlər baş verdi. Bu döyüşlərdə Qarabağdakı erməni qüvvələrin in ən mühü m və
çox ciddi möhkəmləndirilmiş bazası məhv edildi
273
.
Martın 22-dən başlayaraq davam edən döyüşlər qoşun bölmələrini
yormaqla bərabər, onlara müəyyən maddi və canlı itkilər də verilmişdi. Döyüşlərin
davam etdirilməsi bu itkilərin bərpa olunmasın ı tələb edird i. Keşişkənd ətrafında
erməni qüvvələri güclü zərbə olsalar da, tamamilə məhv edilməmişdilər. Xırda
345
qruplarda birləşərək onlar Azərbaycan mövqeləri üzərinə öz hücumlarını davam etdi-
rirdilər. Belə hücu mların qarşısının qətiyyətlə alın ması üçün qoşun bölmələrin in
hərtərəfli təmin və təchiz edilməsi günün zəruri məsələsinə çevrilirdi.
Ancaq Hərbi Nazirliy in rəhbərliyi Qarabağa nəinki canlı qüvvə
göndərmək imkanına malik deyildi, əksinə, Qızıl Ordunun şimal sərhədlərinə
yaxınlaşması ilə buranın möhkəmləndirilməsi üçün Qarabağdan qüvvə
gətirilməsinin mü mkünlüyünü öyrənirdi. Aprelin 16-da hərb i nazirə göndərdiyi
teleqra mında general H. Səlimov bildirirdi ki, Şuşa və Xan kəndi ətrafında xırda
dəstələrdə birləşmi ermən i silahlıla rı sakit ləşmə k b ilmirlə r. Be lə və ziyyətdə
Qarabağdakı qüvvələrin zəifləd ilməsi arzuolunmaz nəticələrə gətirib çıxara bilərdi.
General H.Səlimov teleqramında daha sonra yazırdı: "Siyasi vəziyyət, şübhəsiz ki,
Sizin üçün daha aydındır. Ancaq cəsarət edərək öz fikrimi b ildirirəm ki, b iz iki
cəbhədə müharibə apara bilmərik və belə mübarizənin nəticələri bizim üçün çox pis
ola bilər. Qəti hücııma keçmək üçün əlavə kö məy in göndərilməsin i xahiş etmək
istərdim. Cəbrayıl dəstəsini möhkəmləndirmək üçün mənim indi heç nəyim
yoxdur"
274
.
Bolşevik qoşunları Azərbaycanın şimal sərhədlərinə yaxın laş dıqca,
erməni silahlı dəstələrinin fəallığı da artırdı. Gen iş cəbhədə Azərbaycan qoşun
bölmələrinin təzy iqinə davam gətirməyən erməni silahlıları ailələrini Zəngəzura
köçürüb kiçik dəstələrlə Azərbaycan kəndlərinə hücum ed irdilər.
Daha çox narahatçılıq və təşviş doğuran Cəbrayıl istiqamətində müdafiə
qüvvələrinin möhkəmləndirilməsi üçün döyüşçülərinin sayı ən azı min nəfərə çatan 2
piyada taborunun göndərilməsi tələb olunurdu. Canlı qüvvəyə olan ehtiyacın aradan
qaldırılması üçün H.Səlimov aprelin ikinci yarısında Şuşa qəzasında səfərbərliyin keçirilməsi
barədə əmr verdi.. Bu əmrə əsasən, 30 yaşınadək olan yerli əhali hərbi xid mətə cəlb
olunurdu
275
.
Azərbaycanın müdafiə qüvvələrinin Qarabağda sayca azalmasından erməni
silahlı dəstələri hər vasitə ilə istifadə etməyə çalışırdılar. Keşişkənd döyüşündən sonra
Ağdam dəstəsinin fəaliyyəti də əsasən müxtəlif məntəqələrdə fəallaşan erməni silahlı
dəstələrinin susdurulması ilə bağlı idi. Aprelin 18-dən 19-na keçən gecə erməni silahlı
dəstəsi Qaybalı kəndinə daxil olaraq onun bir hissəsini yandırdılar
276
.
Aprelin 24-də səhər tezdən 60 nəfərlik erməni silahlı dəstəsi Şuşikəndin şimal-
qərbindəki yüksəkliklərdə yerləşən çöl qarovul postlarına hücum etdi. Tezliklə bu hücum
dəf edildi. Elə həmin gün erməni silahlıları Kətik kəndi yaxınlığındakı yüksəkliklərdə olan
mövqelərə də hücum etdilər. Burada da onlar Azərbaycan döyüş çülərin in müdafiəsini
poza bilmədilər
277
.
Qarabağdakı uğurlu döyüşlərdən sonra Azərbaycan qoşunlan qarşısında Zəngəzur
istiqamətində hərbi əməliyyatlar keçirmək vəzifəsi qoyuldu. Aprelin 27-də Hərbi Nazirliyə
göndərdiyi teleqramda H.Səlimov bildirdi ki, onun dəstəsində qalan qüvvə yalnız Şuşa-
Ağdam yolunu qorumağa çatır. Həmin gün Bakıya göndərdiyi digər bir teleqramında isə
general H.Səlimov çətin vəziyyətdə olduğunu xatırladıb soruşurdu ki, ixtiyarında olan
346
qüvvə ilə Zəngəzura doğru hərəkət etsin, ya yox? 1919-cu il noyabrın 23-dək Zəngəzurda
mövcud olan vəziyyətin bərpası üçün orada əməliyyat keçirilməs inin və ya yalnız
sərhədlərin qorunmasının məqsədəuyğunluğu barədə H.Səlimov ona dəqiq göstəriş
verilməsini xahiş edirdi
278
.
Ümumiyyətlə, 1920-ci il aprelin sonunadək Azərbaycan Ordusu regiondakı 1919-
cu il noyabrın 23-nə olan vəziyyəti bərpa edərək ölkəsinin ərazi bütövlüyünü qorudu və
bununla da öz vəzifəsini şırəflə yerinə yetirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu zamanı onun ərazisi
113895,97 kv.km idi. Onun 9729767 kv.km mübahisəsiz, 16.598,30 km
2
-i mübahisəli
zonaları əhatə edirdi
279
.
Hərbi münaqişə Azərbaycan hökumətini əsas ordu qüvvələrini respublikanın
qərb sərhədlərində yerləşdirməyə vadar etdi ki, bu da sərhədlərinin xeyli zəifləməsinə gətirib
çıxartdı. Qarabağda qiyam Ermənistan hökuməti tərəfindən təşkil edilmiş məkrli planını
Sovet komandanlığı rəsmi İrəvanla birgə hazırlamışdı və Azərbaycana hücum edən XI Qızıl
Ordunun əməliyyatını asanlaşdırmaq məqsədini güdürdü. Lakin bunun fərziyyə deyil, fakt
olması sonralar Ermənistan hökumətinin 1920-ci ilin iyununda Moskvaya Millətlərin işi üzrə
Komissarlığa və RK(b)P təqdim etdiyi məktubunda təsdiq edilmişdir
280
.
Azərbaycanın sovetləşdirilməsi işində ermənilərin rolu Ermənistan hökuməti və
Qarabağ İnqilab Komitəsi XI Qızıl Ordu ilə bilavasitə əlaqələrin yaradılmasından ibarət olmalı
idi. İkitərəfli razılığa əsasən Azərbaycan hərbi qüvvələrinin böyük bir hissəsini Qarabağa
cəlb etmək və rus qoşunlarının Bakıya hücumunu yüngülləşdirmək məqsədilə Novruzun
birinci günü Qarabağda üsyan qaldırmaq qərarlaşdırılmışdı.
Azərbaycanın XI Qızıl Ordu tərəfindən istilası və kommunistlərin hakimiyyəti
ələ keçirməsi ölkənin ərazi bütövlüyünün tam təmin edilməsini başa çatdırmağa imkan vermədi.
Aprelin 28-də Hərbi Nazirliyin rəhbərliyi qoşun hissələrinə komandanlığı hakimiyyətə
gəlmiş Sovet orqanlarına təhvil verdi.
347
VIII FƏSİL
Dostları ilə paylaş: |