AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN SÜQUTU
1920-ci ilin yazından müsəlman partiya və qruplaşmaları -"Müsavat",
"Əhrar", "İttihad", sosialistlər, kommunistlər, bitərəflər arasında mübarizənin güclənməsi
respublikada siyasi durumu pozan və sabitsizliyi dərinləşdirən mühüm amillərdən biri
idi. Hakim "Müsavat" Partiyasında üzə çıxan ziddiyyətlər, dövlətin daxili və xarici
siyasətinin birmənalı qarşılanmaması fraksiya üzvlərinin sayına görə parlamentdə ikinci
yerdə olan "İttihad"ın parlamentin fəaliyyətinə təsirini gücləndirir və parlamentdə öz
şərtlərini diktə etməsi üçün şərait yaradırd ı.
"Müsavat" partiyası hələ 1919-cu ilin dekabrında beşinci hökumət kabinetini
təşkil edərək ittihadçıların müqavimətini neytrallaşdırmaq niyyəti ilə onlara koalisiya təklif
etmişdi. Belə ki, "Müsavaf‖ın konkret məqsədi "İttihad" partiyasının simasında
parlamentin sağ hissəsini özünə tərəfkeş etmək idi
1
. Lakin "İttihad" hökumətə daxil
olmaq təklifi müqabilində üç şərt irəli sürdü: 1) bütün müsəlman partiyalarının
koalisiyasına riayət olunsun; 2) daxili işlər naziri portfeli M.H.Hacınskiyə verilsin; 3)
dövlət nəzarəti vəzifəsi bu partiyanın nümayəndəsinə həvalə edilsin
la
.
Dövlət nəzarəti vəzifəsini ələ keçirən "İttihad" bununla da hökumətdə öz
gələcək fəaliyyətinin əsas istiqamətini - dövlət strukturlarındakı qanunsuzluqlarla
mübarizə aparmaq adı altında "Müsavat"ın əleyhinə kampaniyaçılıq istiqamətini
müəyyənləşdirdi. Bu geniş miqyaslı kampaniya daha çox təbliğat xarakteri daşıyırdı.
Onların fikrincə, pozuntular və korrupsiyanın daha çox baş verdiyi struktur Ticarət və
Sənaye Nazirliy i idi. Bu səbəbdən Nazirlik xüsusi hücumlara məruz qaldı. Nəticədə
1919-cu ilin fevralında əleyhinə kampaniya aparılan nazir müavini Y.A.Əliyev işdən
getməyə məcbur oldu. Digər sahələr üzrə geniş yoxlamalar və tədqiqatlar aparılmağa
başlandı. Bu kampaniyanın hökumətdən daha çox "Müsavaf‖a qarşı yönəldiyini
gizlətməyən ittihadçılar hesab edirdilər ki, sui-istifadə məsələlərinə görə müsavatçılar
daha çox məsuliyyət daşıyırlar. Hücumlar o səviyyəyə çatmışdı ki, "İttihad" siyasi
rəqibini dövlət vəsaitini qanunsuz olaraq özünün partiya təbliğatı üçün istifadə etməkdə
ittiha m edirdi
2
.
"İttihad"ın başladığı kampaniyanı Daxili İşlər Nazirliyində davam etdirən
M.H.Hacınskinin həyata keçirdiyi tədbirlər nəticəsində çoxlu məmur xidmətdən
kənarlaşdırıldı. M.H.Hacınskinin bu hərəkətləri, həmçinin fəhlə liderləri və
kommunistlərlə yaxınlaşması parlamentin müsavatçılar və bitərəflər fraksiyasında
etirazlara səbəb oldu. Onu bolşevizmə yuvarlanmaqda ittiham etməyə başladılar. Lakin
yoxlamalar bir sıra dövlət orqanlarının işində özbaşınalıq və korrupsiya faktları
olduğunu aşkarladı. Xarici işlər naziri F.X.Xoyskinin qohumu, hücum hədəfinə çevrilən
Qazaxın general-qubernatoru Aslan Xoyski ittihadçıların tələbi ilə, müsavatçılar və
bitərəflər fraksiyasının razılığı olmadan, M.H.Hacınski tərəfindən vəzifədən
kənarlaşdırıldı. Bu hərəkətlər sonuncunun nazir vəzifəsindən geri çağırılması üçün
414
daha bir bəhanə oldu.
"İttihad" partiyası bir sıra məsələlərə münasibətdə bir qədər bolşevikpərəst
mövqedən çıxış edirdi. Belə ki, "İttihad" qəzeti o vaxt rəğbətlə yazırdı: "Bolşevizm
müsəlmanlardan kənarda güclü qüvvə olduğuna və bütün bəşəriyyəti, o cümlədən
müsəlmanları əsarət və zülmün bütün formalarından, Avropa kapitalizmi və imperializ-
mindən azad etmək uğrunda mübarizə apardığına görə partiya tərəfindən müdafıə
edilir"
3
.
Dostları ilə paylaş: |