"Şu gördüyün duman çıxan bacadan
Sən gəlmədən iniltilər çık ardı.
Gecik səydin, məzlumların fəryadı,
Yeri-göyü, k ainatı yakardı".
1918-1920-c i illərdə e rmən i genosidi, zo rakılıq, daşnak irticas ı
Cü mhuriyyət nəsrində mühüm yer tuturdu. Azərbaycanda istiqlaliyyət və
müstəqillik uğrunda mübarizə qərargahı - "İs mailiyyə"ni erməni daşnak-bolşevik
qaragüruhu 1918-ci ildə yandırmışdı ki, xalqımızın azadlığa ü midin i q ırsın lar.
Yazıçı Sey id Hüseyn bu tarixi faciəyə "həzin bir xatirə - "İsmailiyyə" adlı kiçik bir
hekayə ("Azərbaycan" qəzeti, 20, 25, 26 avqust 1919) həsr etmişdi. Bu xatirə hekayədə
İsmailiyyənin xaincəsinə və alçaq niyyətlə yandırılmasına qarşı xalq qəzəbi, həm də
azad və xoşbəxt gələcəyə böyük inam və dərin ümid hakimdir. Müəllif inanırdı ki, milli
əməllərimizin doğulduğu o möhtəşəm binanı, Azərbaycan hürriyyətini məhv etmək
olmaz, ona görə ki, bu fikirləri alə mə isbat edən bir həqiqət vardır. Nədir o həqiqət?
"Azərbaycan parlamenti üzərində üçrəngli və səkkiz guşə yıldızlı təməvvüc edən
Azərbaycan bayrağı".
İsmailiyyə binasının başına gələn dəhşətlərdən "İstiqlal" (1918-1920),
"Bəsirət" (1917-1920) qəzetlərində də qiymətli yazılar çıxmışdı.
1918-1920-ci illərdə milli mə ktəblərin istəyini ödəmək üçün yoldaşlıq,
mehriban münasibət mövzularında "Məktəb" jurnalında kiçik uşaq hekayələri, günəşli
nağıllar və yumorlu lətifələr çap olunurdu.
AXC dövründə bədii nəsr sahəsində axtarış aparılırdı. Bu illərin
ədəbiyyatında, o cümlədən də bədii nəsrdə, yeni ruhlu əs ərlər də yaranırdı, özü də bu
əsərlərin çoxu ənənəvi ailə-məişət, tarixi mövzularda idi. C.Məmmədquluzadə,
Ə.Haqverdiyev kimi realist yazıçılar həmin illərdə sadə, yumorlu və satirik hekayələr
yazırdılar. Bununla belə bu dövrü romansız düşünmək olmaz. A.Yusifzadənin "Sınıq
qanad" əsəri 1918-1920-ci illərdə A.Şaiq in "Əsrimizin qəhrəmanları"ndan sonra
meydana çıxan ikinci ro mandır.
Milli dirçəliş, istiqlal ideyası, ana dilimizə bağlılıq C. Məmmədquluzadə və
C.Cabbarlının dramatik əsərlərində də öz əksini tapmışdı. Demokratik respublikanın
qurulması və yaşadığı qısa zaman içərisində Azərbaycanın çağdaş gerçəkliyini göstərən
402
dramaturji irs kəmiyyətcə o qədər də zəngin deyildi. O dövrün zəruri və kəskin
problemlərinə əks-səda verən müəlliflər içərisində ən fəalları C.Məmmədquluzadə,
C.Cabbarlı və Mirzəbala Məmmədzadə idi.
M.Məmmədzadə "Bakı uğrunda müharibə" pyesi ilə uğurlu yol açmışdı.
Əsərdə xarici və daxili düşmənlərə qarşı mübarizə, Bakı azad ediləndən sonra Xalq
Cümhuriyyəti hökumətinin Bakıya köçürülməsi mərasimi və bir sıra sahələrdə
qələbənin təntənəsi əks olunurdu.
Gənc C.Cabbarlının "Ədirnənin fəthi", "Trablis müharibəsi", yaxud
"Ulduz" faciələri, İ.Aşurbəylinin "Azərbaycan" pyesi AXC dövrünün dəyərli səhnə
əsərləridir. Bunların arasında "Anamın kitabı" (C.Məmmədquluzadə) pyesi xüsusi
əhəmiyyət kəsb edir.
"Anamın kitabı" pyesi həm A zərbaycan dramaturgiyası tarixində unikal
hadisə, həm də doğma ana dilimizin başına faciələr gətirən səbəblərin güzgüsü idi.
İstiqlal bəyannaməsindən sonra M.Ə.Rəsulzadə, Ə.M .Topçubaşov,
N.Yusifbəyli, Ü.Hacıbəyov, C.Hacıbəyov, Ə.Ağaoğlu və digər milli mədəniyyət
mücahid lərinin səyilə Azərbaycan dili dövlət dili elan ed ild i. AXC -nin varlığı
dövründə yaranmış Bakı Dövlət Un iversiteti, A zərbaycan Dövlət Teatrı, Teatr
Xadimləri Cəmiyyəti, " Yaşıl qələm" ədəbi b irliyi ö z fəaliyyətləri ilə ictimai fikir və
mədəniyyət tariximizdə şanlı səhifələr açd ı.
1918-1920-c i illə r A zərbaycan teatrının inkişafında mühüm key fiyyət
dəyişiklikləri, teatr işinə dövlətin fəal müdaxiləsi, repertuarlarda Azərbaycan tarixi
və milli müstəqillik uğrunda hərəkatla bağlı o lan yeni səhnə əsərlərinin görünməsi
və ictimai həyatda onun rolunun artması ilə səciyyəvidir. Azərbaycan teatrının
qabaqcıl nümayəndələri cə miyyətdəki mütərəqqi dairələ rin yardımına arxalanaraq,
teatrın ideya-bədii səviyyəsini qaldırmaq və onu təş kilati cəhətdən
möhkəmləndirmə k üçün pərakəndə teatr truppalarının b irləşməsinə cəhd
göstərirdilər. "Nicat" və "Səfa" maarifçilik cəmiyyətlərinin qüvvəsi ilə aktyorların
mədəni və yaradıcılıq in kişafına qayğı göstərən "Müsəlman aktyorlar cəmiyyəti"
yaradıldı
24
.
Azərbaycan teatr truppasının yaradılması üçün göstərilən cəhdlər öz
bəhrəsini verdi. 1918-ci ilin oktyabrında Bakıda "Hacıboyov qardaşları"nın
müdiriyyəti tərəfindən yeni teatr truppası təşkil edildi Müsəlman səhnə sənətinin
bütün xad imləri istisnasız o laraq onun tərkibinə daxil oldular.
Azərbaycanın digər şəhər və qəzalarında da belə teatr truppaları təşkil
olundu. Şıışada "Hacıbəyov qardaşları"nın teatr müdiriyyətinin filialı təşkil edildi.
Azərbaycan hökuməti müsəlman teatr truppasını öz himayəsi altına
götürməyi qərara aldı. Nazirlər Şurası 1919-cu il noyabrın 17-də öz iclasında
maa rif, na zirin in türk opera-dra m teatrının təşkili haqqında məruzəsini dinləyərək,
Dövlət Türk-Opera-Dram Teatrının təşkil olunmasını nəzərdə tutan qanun layihəsini
bəyəndi
25
.
Beləliklə, türk (Azərbaycan. - Red.) teatrı ayrı-ayrı şəxslərin təsirindən
403
çıxarılıb dövlətin himayəsinə verildi. 1919-cu il oktyabrın 10-da dövlət teatrının
direktoru Q. N. Şərifzadə elan etdi ki, Azərbaycan Cümhuriyyəti Xalq Maarif
Nazirliyinin tapşırığına əsasən, bu gündən etibarən türk dilində olan opera, operetta və
dram tamaşaları dövlətin ixtiyarına keçəcəkdir. Bağlanan müqavilələrin və dövlət
xid mətinin şərtləri ilə tanış olmaq üçün aktyor və aktrisalar dövlət teatrına dəvət
edilirlər
26
.
Nazirlər Şurasının 1919-cu il 8 noyabr tarixli iclasında Dövlət Teatrının
bərpası üçün 300605 manat vəsait ayrıldı
27
.
Aktyorların bədii ustalığının və peşəkarlığının yüksəldilməsi əvvəlki kimi
mühüm problemlərdən biri olaraq qalırdı. Çünki H.Ərəblinski istisna olunmaqla,
aktyorlardan heç biri xüsusi peşə təhsili almamışdı. Ona görə də aktyorların peşə
hazırlığının yüksəldilməsi məqsədilə dram dərnəklərinin açılması məsələsi öz həllini
gözləyirdi.
Azərbaycan aktyorları Avropadakı həmkarlarından fərqli olaraq səhnə
məharəti kursları keçməmiş və səhnə sənətinin peşəkarlıq sirlərinə elmi cəhətdən bələd
olmamışdılar, həmçinin tarixin keçmiş ictimai və siyasi mərhələləri, xalqın musiqi irsi
barəsində kifayət qədər məlu mata malik deyild ilər.
Tələm-tələsik bir yerə toplanmış həvəskar aktyorları öz milli ədəbiyyat, dil
və mədəniyyəti ilə bilavasitə tanış etmək məqsədilə kursların açılması zəruri idi. Onlar
səhnə sənətinin sirləri və incəliklərini mənimsəməli, habelə incəsənətlə bağlı olan
psixologiya, tarix, dil və s. elm sahələri ilə tanış olmalı idilər. Ona görə də teatr
haqqında qanunların qəbul edilməsi ilə yanaşı, milli səhnə kurslarının açılması məsələsi
də az əhəmiyyət daşımırdı
28
. Hələ 1918-ci ilin əvvəllərində A. M. Şərifzadənin
təşəbbüsü ilə Bakıda incəsənət məktəbi yaradılmşdı
29
. Burada incəsənətin bu və ya digər
növləri üzrə ibtidai biliklər verilirdi. 1919-cu ilin sentyabrında "Hacıbəyov qardaşları"nın
müdiriyyəti "Türk (Azərbaycan - Red.) aktyorları ittifaqı" ilə birlikdə musiqi şöbələri olan
türk dram kursları açdı
30
.
Dram şöbəsinə A.M.Şərifzadə, H. Sarabski, komediya şöbəsinə M.A.Əliyev,
musiqi şöbəsinə Z. və Ü.Hacıbəyovlar, M.Maqomayev, Q.Primov, ədəbi şöbəyə isə
Ə.Müzn ib və R.Z.Əfəndi müəllim kimi dəvət olundular. Kurslara azərbaycanlı
həvəskar aktyorlar, habelə mü xtəlif millətlərdən olan aktrisalar cəlb edilmişdi
31
.
Teatr kollektivləri və digər mədəni müəssisələrin verg iyə cəlb edilməsi
incəsənətin mü xtəlif növlərin in in kişafına mane olurdu. Məsələn, teatr və
kinematoqraf kütləvi tamaşalardan əldə etdiyi gəlirin ço x h issəsini vergi kimi
ödəməyə məcbur o lur, ziyana düşür və öz kollektivlərin i saxlamağa maliyyə
imkanı tap madıqları üçün fəaliyyət çərçivələrini daraldırdılar. Biletlərə görə alınan
bu ağır verg ilər Bakı şəhər idarəsinin 1917-ci ilin dekabrında qəbul olun muş qərarı
ilə təyin ed ilmişdi. Sahibkarlar onların hədsiz dərəcədə yüksək olmasından
şikayətlənir və ləğvin i xah iş edirdilər
32
.
Bütün bunları nəzərə alan Maarif Nazirliyi teatrın inkişafına qayğı
göstərərək, parlamentə teatr verg isinin ləğv olun ması barəsində məru zə təqdim
404
etdi. Məruzədə bu vergilərin şişirdilmiş miqyasına dəlalət edən faktlar gətirilirdi.
Nəticədə parlament "Müsavat" fraksiyası tərəfindən təklif olun muş qanun
layihəsini qəbul etdi. Teatr tamaşalarına və kütləvi tamaşalara qoyulmuş dövlət
vergisi yarıbayarı azaldıldı.
33
1919-cu il o ktyabrın 24-də dövlət teatrın ın opera və operetta truppası teatr
mövsümünü açdı. Açılışda parlament və hökumət üzvləri, dövlət idarələri
qulluqçuları iştirak ed irdilər. Kiçik nitqlə çıxış edən Dövlət truppasının in zibat çısı
Rza Zəki Əfəndi tamaşaçıları son 15 il ərzində A zərbaycanda səhnə sənətinin
formalaşması tarixi ilə tanış edərək, Dövlət truppasının yaradılması ideyasının
həyata keçirilməsindən danışdı. Sonra böyük müvəffəqiyyətlə İsa bəy Aşur-
bəyovun tarixi mövzuda olan "Azərbaycan" pyesinin tamaşası göstərildi
34
.
Dövlət
teatrın ın
repertuarında
N.Nərimanovun
"Nadir
şah",
Ə.Haqverdiyevin "Bəxtsiz cavan", Türkiyə yazıçısı Namiq Kamalın "Akif bəy və
ya namus", N.Vəzirovun "Yağışdan çıxd ıq, yağ mura düşdük", Ü.Hacıbəyovun "O
olmasın, bu olsun", "Arşın mal alan", Z.Hacıbəyovun "50 yaşında cavan" kimi
əsərləri mühü m yer tuturdu. Xeyriyyə tamaşalarının təşkili teatrın praktikasında
tez-te z baş verən hadisəyə çevrild i. "Azə rbaycan" qəzetində həlak olmuş döyüşçü
ailələrinin xeyrinə təşkil olunan teatr tamaşaları barəsində çoxlu elan lar verilirdi.
Bu işdə Üzey ir və Zü lfüqar Hacıbəyov qardaşlarının truppası xüsusi fəallıq
göstərirdi. Məsələn, həlak o lmuş döyüşçü ailələrinin xeyrinə dövlət teatrın ın
direktoru Zü lfüqar Hacıbəyov tərəfindən təşkil ed ilmiş ta maşadan Azərbaycan
Ordusunun bölməsinə 22292 manat 80 qəpik pul vəsaiti verilmişdi
35
. 1919-cu ilin
martında Qazax seminariyasının şagird ləri tərəfindən N. Nərimanovun "Nadir şah"
pyesi oynanılarkən qadınlar kasıb şagirdlərin xeyrinə 4485 manat pul
toplamışdılar
36
. Ağdaşda yerli ziyalıların təşkil etdikləri xeyriyyə tamaşasından
toplanmış vəsait Dağıstanın Qırmızı Aypara Cəmiyyətinə göndərilmişdi
37
.
Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinə həsr olun muş dram
əsərləri yaradılırdı. Bu və ya digər tarixi hadisələrin yubiley ləri münasibəti ilə
Mirzə Bala Məmmədzadənin "Bakı uğrunda müharibə", İ.Aşurbəyovun
"Azərbaycan", C.Cabbarlının "Bakı müharibəsi", "Ədirnənin fəthi" kimi
vətənpərvərlik ruhunda yazılmış əsərlər oynanılırdı.
Teatrda tamaşaya qoyulan əsərlərin keyfiyyətinə, cə miyyətdə düzgün
bədii zövqün formalaşmasına xüsusi əhəmiyyət verilird i. Opera teatrı tərəfindən
səhnə əsərlərinin seçilməsi və on ların ədəbi və bədii keyfiyyətlərinə lazımi diqqət
yetirilməsi üçün xüsusi ədəbi ko missiya yaradılmışdı
38
.
Azərbaycanın mədəni həyatında teatr ço x böyük rol oynayırdı. Rəsmi
hökumət qəzetlərinin səhifələrində böyük elanlar, rolların ifaçıları barəsində zəru ri
informasiyala r çap olunurdu. Hüseyn Ərəb linskin in ölü münün cə miyyət və
hökumət dairələrində doğurduğu əks -səda burada teatra necə əhəmiyyət verildiy inə
dəlalət edir. Hüseyn Ərəblinskinin əzə mətli matəm mərasimində çıxış edən
M.Ə.Rəsulzadə aktyorun səhnədə və ədəbiyyatda misilsiz fəaliyyətinə yüksək
405
qiymət vermiş, A zərbaycanda səhnə sənətinin in kişafı və çiçəklən məsində onun
böyük xid mətlərin i qeyd etmişdi. Natiq xüsusi olaraq vurğulamışdı ki,
H.Ərəblinskin in ən böyük xid məti xalqa Azadlıq və Müstəqillik ruhu və
ideyalarının aşılan ması ilə əlaqədardır, Azərbaycanın müstəqillik ideyası
mədəniyyət xad imlərinin hesabına reallaşmışdı
39
.
H.Ərəblinskin in dəfnində Molla Əbdürrəhim Had ızadə, Bakı qubernatoru
Rəşid bəy A xundzadə, İran konsulu Mirzə Məhə mməd xan və başqaları iştirak
edirdilər
40
. "Azərbaycan" qəzeti bir sıra nö mrəsini bu kədərli hadisəyə hə sr
etmişdi. H.Ərəblinskiyə qəbirüstü abidə qoyulması və onun anasına maddi yardım
göstərilməsi məqsədilə "Hacıbəyov qardaşları"nın müdiriyyəti "Nadir şah" faciəsinin
tamaşasını təşkil etməyi qərara aldı
41
.
Azərbaycan teatrının qonşu ölkələrin incəsənət xadimləri ilə tarixi əlaqələri
davam edir və genişlənirdi. 1918-ci ilin oktyabrında Tiflisdəki müsəlman artistlərinin
truppası Türkiyəyə qastrola yola düşdü. Onun tərkibində S.Kirmanşahlı, M.Mərdanov,
İsfahanlı və başqaları kimi səhnə xadimləri çıxış edirdilər
42
. Təkcə İstanbulda
azərbaycanlı artistlərin qastrolları üç aydan çox davam etdi. Türkiyə qəzetlərindən biri
yazırdı ki, "Qafqazın zəngin səhnələrində, rusların və azərbaycanlıların köməyi ilə
tamaşalar verməyə alışmış bu aktyorlar bizim sınıq-salxaq dekorasiyalı səhnələrimizdə
qətiyyən Avropanı yamsılamadan öz milli xəzinələrindən götürülmüş və bizim ruhumuza
tamamilə uyğun olan tamaşalar verirlər"
43
.
Həmin günlərdə Azərbaycan incəsənəti Türkiyədə yüksək qiymətləndirildi.
Türkiyə jurnallarından biri yazırdı ki, Azərbaycan artistlərinin Türkiyədə qastrolları "bizə
qonşu olan, son illər ərzində xeyli mənəvi inkişaf istedadı nümayiş etdirmiş millətin
həyatı haqqında da bizdə təsəvvür yaranmasına kömək göstərəcəkdir. Bu qastrollar bizim
üçün Azərbaycanın teatrı və onun həyatının digər tərəfləri barəsində məlumatlar almaq
üçün gözəl vasitədir. Azərbaycan teatrı da sənətin nadir bir hissəsi kimi özündə
şübhəsiz inkişaf və artım mey lin i təzahür etdirir"
44
.
Ü.Hacıbəyovun başçılıq etdiyi artistlər truppası İranda oldu, bəzi çətinliklərə və
fanatiklərin müqavimətinə baxmayaraq, Rəşt və Ənzəli şəhərlərində teatr tamaşaları
verdi. 1920-ci ilin yazında Bakıdan Təbrizə teatr xadimləri qrupu göndərildi. Təbrizdə Şeyx
Məhəmməd Xiyabani onları qəbul etdi və onlara xeyli kömək göstərdi
45
.
Lakin 1918-1920-ci illərdə Azərbaycan teatrının inkişafını ziddiyyətlərdən
xali, hamar bir proses kimi təsəvvür etmək düzgün olmazdı. Ayrı-ayrı səhnə ustaları
arasındakı ziddiyyətdən doğan, bəzən toqquşmaya gətirib çıxaran umu-küsülər kifayət
qədər tez-tez baş verən hadisələrə çevrilmişdi. Hətta Mirzəağa Əliyev kimi aktyor
"Hacıbəyov qardaşları"nın müdiriyyəti ilə onun arasında yaranmış ixtilafla əlaqədar
olaraq, səhnəni müvəqqəti tərk etmişdi
46
. Müxalifət qəzetləri "Hacıbəyov qardaşları"nı
teatr işini inhisara almaqda, istedadlı aktyorları sıxışdırmaqda təqsirləndirirdilər. Teatr və
kino işçilərinin maddi vəziyyəti ağır idi. İş tətillərə qədər gedib çıxırdı.
1919-cu ilin aprelində teatr işçilərinin ümumi yığıncağında qərara alındı ki, əgər
teatr və kinematoqraf sahibləri əmək haqqını qaldırmasalar, qəti tədbir kimi tətilə əl
406
atılsın. Lakin bütün bu çətinliklərə və ziddiyyətlərə baxmayaraq, Azərbaycan teatr sənəti
bütövlükdə öz inkişafının yeni mərhələsinə qədəm basırdı.
Bu dövrdə kinematoqrafiya sənəti də inkişaf edirdi. Bakıda 16 kinematoqraf
fəaliyyət göstərirdi və onlardan ancaq ikisinin ("Muza" və "Mars") sahibi azərbaycanlı
idi
47
. 1918-ci ildə Ü.Hacıbəyovun "O olmasın, bu olsun" operettası ekranlaşdırıldı
48
.
Dostları ilə paylaş: |