§ 7. İSTEHSALIN TƏMƏRKÜZLƏŞMƏSİ PROSESİNİN
GÜCLƏNMƏSİ
Neft istehsalının təmərküzləşməsi. Azərbaycanın neft sənayesinin
xüsusiyyətlərindən biri iri kap italist ko mpaniyaları qrupunu, eyni zamanda kiçik və
orta firmala rın böyük kütləsini özündə birləşdirməsi idi. Ayrı-ayrı ne ft
ko mpaniyalarının XIX əsrin 90-c ı illə rindən birləş mə səylərin in güclən məsi, XX
əsrin əvvəllərindən isə neft istehsalının təmərküzləşməsi daha geniş vüsət aldı.
Sənaye istehsalının inkişafının gedişi onun ayrı-ayrı sahələri daxilində
özünəməxsus təmərkü zləşməsi prosesində özünü göstərirdi. Bu şəraitdə ümu mi
istehsal həcmində neft hasilatı və emalı arasında mühüm dəyişiklik baş verdi.
Məsələn, 1890-1900-cü illərdə neft çıxaran müəssisələrin istehsal həcmi 12 dəfə,
neft emalı müəssisələrin inki isə 5 dəfə artmışdı. Əsas məsələ onda idi ki, b irinci
müəssisələrin sayı iki dəfə artmışdısa, ikincilər 1/3 dəfə azalmışdı
149
. 1900-1908-ci
illərdə isə neft hasil edən müəssisələrlə neft emalı müəssisələri arasındakı fərq
böyük deyildi.
Neft sənayesində təmərküzləşmənin xüsusiyyəti onda idi ki, bu prosesə əsasən
iri, getdikcə əhəmiyyəti artan firmalar cəlb olunmuşdu. İllər keçdikcə iri qruplaşan
firmalar dəyişirdi. XX əsrin lap başlanğıcında neft istehsalı ilə məşğul olan 152 firmadan
67-sinin hər birinin illik neft istehsalı 1 mln puddan çox idi və 570,7 mln pud neft hasil
etmişdilər ki, bu da ümumi məhsulun 93,3 faizini təşkil edirdi
150
. Onlardan ildə 5-10 mln
pud arasında neft çıxaran firmaların xüsusi çəkisi 20 faiz, 10-20 mln pud arasında neft
istehsal edən firmalarınkı isə 39,4 faiz idi. Əgər 1904-cü ildə hər biri ildə 20 mln puddan
çox neft hasil edən 9 firmanın ümumi məhsulda payı 54,5 faizə bərabər idisə, 1910-cu
ildə 7 firmanın payına 44 faiz düşürdü. Neft hasilatının təmərküzləşməsi bütün neft
sənayesinin təmərküzləşməsinin əsasını təşkil edirdi. Neft emalı sənayesində də təmər-
küzləşmə səmərəli olmuşdu. 1901-1911 -ci illər arasında ağ neft zavodlarının sayı 83-
dən 53-ə enmişdi. İşləməyən zavodların sayını (1901-ci ildə 14, 1909-cu ildə 52) nəzərə
alsaq, təmərküzləşmənin miqyası daha böyük idi. Ən iri neft emalı zavodları (ildə 5 mln
puddan artıq istehsalı olan) 1903-cü ildə bütün ağ neft istehsalının 63 fa izin i, 1909-cu
ildə isə 72 faizini verirdi
151
.
1911-ci ildə Bakı rayonunda 47 səhmdar neft sənayesi müəssisəsi var idi.
Onların əmlaklarının balans qiyməti 212,4 mln rubla bərabər idi və onlar bütün Rusiya
neft səhmdar cəmiyyətlərinin 77,6 faizin i təşkil edirdi
152
.
XX əsrin birinci onilliyindən fərqli olaraq, ikinci onilliyin müharibə ərəfəsində
neft istehsalının təmərküzləşməsi prosesi yeni mərhələyə qədəm qoydu. Bu
mərhələnin əsas xüsusiyyəti ondan ibarət idi ki, yeni cəmiyyətlərin yaranması ilə
köhnələrin yenidən qurulması prosesi gedirdi. Belə cəmiyyətlər köhnədən fəaliyyətdə
olan müəssisələrə, ticarət evlərinə əsaslanırdılar. Çar mütəxəssisləri yazırdılar ki, 23 il
müddətində (1890-cı ildən 1913-cü ilə qədər) 479 firmadan 298-i sıradan çıxmışdı
153
.
Lakin qeyd etməliyik ki, onların bir hissəsi ya sahibini, ya da adını dəyişmiş, bir təşkilat
57
kimi fəaliyyətdən qalmayaraq ya başqa qrupa keçmiş, yaxud da inkişaf edərək daha da
güclənmişdi. Deməli, müəssisələr yalnız öz lövhələrini dəyişmişdi. Məsələn,
N.Krasilnikovun Tiflis şirkətinin, Y.A.Mansvetovun və bir neçə başqasının firmalarının
adları 1913-cü ilə aid olan siyahıda artıq yox idi. Lakin onlar Lianozovla birləşmişdilər. Bu
münasibətlə məşhur mütəxəssis V.İ.Frolov yazırdı: "Bu o demək deyilmi ki, Lianozovla
bir firmada birləşənlər keçmiş daşnak firmalarındakından daha güclü yeni aqreqat
yaratdılar?"
154
Həqiqətən də öz fəaliyyətlərini dayandırmaq təhlükəsi qarşısında qalan kiçik
və orta firmalar daha güclü firmalarla birləşməyə can atırdı.
Müharibə ərəfəsində Azərbaycanın neft sənayesində neft çıxarmaqla məşğul
olan 173 firma fəaliyyətdə idi. Onlar hasil etdikləri neftin miqdarına görə beş qrupa
bölünürdülər. Birinci dörd qrupdakı 37 müəssisənin illik məhsulu 350 min pud, sonuncu
qrupdakı 136 müəssisənin isə illik məhsul istehsalı 69 mln pud idi
155
. Bu, neft istehsalı
sənayesinin iri firmaların əllərində cəmləşdiyini göstərir. Müharibəqabağı illərdə
firmaların yeni qruplaşması baş verdi, onların çoxu bu və ya digər güclü iri neft istehsalı
firması ilə birləşdi.
Bu dövrdə Azərbaycan neft emalı sənayesində də təmərküzləş mə prosesi gedir,
istehsal edilən məhsulların 65 faizini 6 iri neft emalı zavodu verird i ki, onun da 30 faizi
"Nobel qardaşları" və "S.M.Şibayev və K°" şirkətlərinin payına düşürdü
156
.
Neft ixracı da iri firmaların əllərində cəmləşməkdə davam edirdi. 1913-1914-cü
illərdə dəniz vasitəsilə neftin daşınmasına dair məlu matlar bunu bir daha sübut edir.
1913-cü ildə neft ticarəti ilə məşğul olan bütün firmalar 5,1 mln. pud 1914-cü ildə 9,8 mln
pud
157
, "Nobel qardaşları" şirkəti, müvafiq olaraq, 1,5 mln pud (29,7 faiz) və 4,5 mln pud
(46,7 faiz) ixrac etmişdi. "Nobel qardaşları" şirkəti müharibə ərəfəsi illərdə Bakıdan ixrac
olunan bütün neft məhsullarının üçdə birini çıxarmışdı; 1910-cu ildə 31 faiz, 1911-ci ildə
32 faiz, 1912-ci ildə isə 34 faiz
158
. Ölkənin daxili bazarlarında özlərinin hakim vəziyyətini
yaratmaq üçün ixracla məşğul olan iri firmalar nəqliyyat vasitələrinin çoxunu öz əllərində
cəmləşdirməyə çalışırdı. Məsələn, "Nobel qardaşları" şirkəti idarəsinin Bakı kontoruna
göndərdiyi məktubunda qeyd olunurdu ki, 1913-cü ildə Lianozovun on benzin sisterni,
hər sistern üçün gündə 1 man. 15 qəp. ödəməklə, "Nobel qardaşları" şirkətinə icarəyə
verilmişdi
159
. Bu icarənin məqsədi yükdaşıma vasitəsinin çatışmazlığı ilə əlaqədar olsa da,
başlıcası "rəqibə Bakıdan benzin və Suraxanı neftini ixrac etmək üçün bu sisternlərdən
istifadə etmək imkanı verməmək" idi. "Nobel qardaşları" şirkəti ilə "Okean" cəmiyyəti
arasında bağlanan üç naviqasiya müddətində (1914-1916-c ı illər) hər ili 5,3 mln
pud ma zut nəql et mə k üçün 8 gə mi icarəyə götürmək b arədə müqavilə də bu
məqsədi güdürdü
160
.
Neft istehsalının təmərkü zləşməsi p rosesinin nəticələrindən biri də
fəhlələrin iri firmalarda cəmləşməsi id i. 1907-ci ildə Bakının neft-mədən
rayonlarındakı 23 firmadan cəmi 26929 nəfər, yəni hər müəssisədə orta hesabla
1171 nəfər, qalan orta və kiçik müəssisələrin hər b irində isə 76 nəfər fəhlə
işləyird i
161
. Fəhlələrin təmərküzləşməsi neft emalı sənayesində daha yüksək
səviyyədə idi. Əgər 1912-ci ildə hər birində 500-dən ço x fəh lə çalışan mədən
58
müəssisələri bütün fəhlələrin 42,7 faizini təşkil ed irdisə, bu qədər fəhləsi olan emal
zavodlarında hələ 1910-cu ildə bütün fəhlələrin 57,2 faizi çalışırd ı. Fəhlələrin
təmərkü zləş məsinin özünəməxsus xüsusiyyətləri var idi. 500-dən bir neçə minə
qədər fəhləsi olan iri və ən iri zavodlardakından fərqli olaraq, mədən fəh lələri
dağınıq id i, onlar ayrı-ayrı firma və rayonlarda onlar və yü zlərlə mədənlərə səpə-
lən mişdilər.
Neft sənayesi fəhlələrin in təmərküzləş məsində tərəddüd nəzərə çarpırd ı.
1907-c i ildə 500 və daha çox fəhləsi o lan iri və on iri müəssisələr bütün
müəssisələrin 11,6 faizini təşkil edir və bütün fəhlələrin 67 faizini özündə
cəmləşdirirdi. 1910-cu ildə həmin müəssisələrdə fəhlələrin 40,4 faizi işləyirdi.
Fəhlələrin sayındakı azalma ölkənin siyasi və iqtisadi həyatında baş vermiş
dəyişikliklərlə bilavasitə bağlı idi.
Müharibə ərəfəsində də neft sənayesində fəhlələrin sayının tərəddüdü
mey lləri ö zünü göstərirdi. Materialların bahalaşması ilə əlaqədar o laraq, bir sıra
firma lar buruq qazıma işin i və neft hasilat ını ixt isara salmış, 1911-c i ildə təkcə
qazıma işində fəhlələrin sayı 40 faiz azalmışdı
162
. Bu, əsasən bir sıra firmaların
qazıma işindən imtina etməsi ilə bağlı idi. Lakin 1913-cü ildə fəhlə və
qulluqçuların sayı artaraq 45 minə (1903-cü ildə 28,6 min id i) çatdı. Onlardan neft
istehsalında 29 min, buruq qazımada 8,3 min, zavodlarda 4 min, yardımçı
müəssisələrdə 3,7 min fəhlə çalışırdı
163
.
Azərbaycan neft sənayesinin təmərkü zləşməsinin xarakteri ABŞ -dan
fərqli id i. ABŞ-da xırda istehsal üstünlük təşkil edir, iri kapital isə neft ixracını öz
əllərində cəmləşdirərək, neft istehsalı sahəsini öz nəzarəti altında saxlayırdı.
Azərbaycanda isə təmərküzləşmə prosesi neft işinin bütün sahələrini əhatə etmişdi.
Neftin iri neft kompaniyalarının əlində cəmləşmiş torpaqlardan çıxarılması, neft emalı və
onun daşınması üzərində nəzarəti asanlaşdırır, çox da böyük olmayan vəsait hesabına neft
sənayesində onların ABŞ inhisarları kimi aparıcı olmalarına şərait yaradırdı.
Dostları ilə paylaş: |