Azərbaycan diLİ VƏ tariXİ


§ 1. AZƏRBAYCAN MÜHARİBƏ EDƏN DÖVLƏTLƏRİN



Yüklə 8,38 Mb.
Pdf görüntüsü
səhifə12/72
tarix25.12.2016
ölçüsü8,38 Mb.
#2847
1   ...   8   9   10   11   12   13   14   15   ...   72
§ 8. AZƏRBAYCAN NEFT SƏNAYESİNDƏ  MİLLİ KAPİTAL 

 

Azərbaycanda  iqtisadiyyatın  kapitalist  inkişafı  bir  çox  sosial  qrupların 



nümayəndələrini  müxtəlif  sahələrdə sahibkar  fəaliyyətinə  cəlb edirdi.  Bu qruplardan  ən 

kütləvisi  -  hələ  kapitalist  istehsal  münasibətlərinin  hakim  mövqe  tutmasından  qabaq 

formalaşmış  xırda  burjuaziya  əslində  əmtəə  təsərrüfatı  şəraitində  xüsusi  mülkiyyəti, 

həmçinin istehsal vasitələri olan, eyni zamanda istehsal prosesində iştirak edən azad xırda 

istehsalçıların  nümayəndəsi  idi.  Məhz  onlar  iri  burjuaziya  sırasına  daxil  olanların  əsas 

mənbəyini  təşkil  edirdilər.  Onlar  iri  kapital  sahibləri  mühitinə  təkcə  özlərinin  əmtəə-

istehsal  bacarıqlarını,  öz  müəssisələrini  yaratmaq  kimi  təşkilati  təcrübələrini  deyil, 

həmçinin milli ənənələrini də gətirirdilər. 

Bakı  neft  sənayesinin  kapitalist  inkişaf  yoluna  düşməsinin  lap    başlanğıc 

mərhələsində  burada  milli  kapitalın  xüsusi  çəkisi  yüksək  idi.  Hələ  70-ci  illərdə,  neft 

sənayesində  iltizam  sisteminin  ləğv  olunduğu,  neft  quyularının  və  neftverən  ərazilərin 

hərrac vasitəsilə xüsusi şəxslərə icarəyə verildiyi vaxt neft quyularının 88 faizi, hərrac za-

manı  ödənilmiş  məbləğin  94,5  faizi  yerli  sahibkarlara  məxsus  idi  ki,  onların  da  əsas 

kütləsini milli kapital nümayəndələri təşkil edirdi. Milli kapital nümayəndələri bu dövrdə 

neft emalı sənayesi sahəsində də aparıcı rola malik idilər. Bu dövrdə Bakının neft-mədən 

rayonunda fəaliyyət göstərən 46 neft emalı zavodundan 25-i, yəni 54 faizi milli kapital 

nümayəndələrinin sərəncamında idi. 

H.Z.Tağıyevin  1873-cü  ildə  yaratdığı  kiçik  neft  firması  əsrin  sonuna  qədər 

keçən müddətdə özündə neft istehsalı, buruq qazıma, neft emalı və onu daşımaq vasitələrini 

birləşdirən  iri  kapitalist  müəssisəsinə  çevrildi.  Bu,  istehsalın  ən  müasir,  eyni  zamanda 

bilavasitə istehlakçılıqla əlaqədar təşkilat forması id i. 

Kapitalist  təsərrüfat sistemini  dərindən öyrənən  H.Z.Tağıyev  qısa  müddətdə 

öz müəssisələrini dövrün tələblərinə uyğunlaşdıraraq böyük uğurlar qazana b ilmişdi. 

Eyni  yolu  keçmiş  digər  azərbaycanlı  sahibkarlardan  Şəmsi  Əsədullayev  XX 

yüzilliyin  əvvəllərində  öz  müəssisələri  əsasında  səhmdar  cəmiyyəti  yaratmışdı.  Onun 

yaratdığı  cəmiyyət  1913-cü  ildə  Bakıda  neft  hasilatının  60  faizinə  qədərini  öz  əlində 

cəmləmiş  12  firmadan  biri  idi.  1913-cü  ildə  "Ş.Əsədullayev"  cəmiyyəti  Ramanada, 

Sabunçuda,  Suraxanıda şəxsi  mülkiyyət və  icarə  əsasında  37 qazıma  buruğuna,  Bakıda 

zavod  və  mexaniki  emalatxanalara,  Xəzər  dənizində  gəmi  və  barjlara,  neft  çənləri  və 

kəmərlərinə, neft-mədən rayonunda torpaq sahələrinə, şəhərdə binalara malik idi.  

Muxtarov "Qazıma  istehsal  alətlərinin sahibkarları  sindikatı"nın  və  "Bakı  neft 

quyuları  qazan  istehsalçılar  cəmiyyəti"nin  ən  əsas  üzvlərindən  biri  idi.  Muxtarovun 

zavodlarının illik istehsal həcmi 2 mln rubla çatırdı. 1908-1910-cu illərdə Bakı neft istehsalı 

rayonunda  60  azərbaycanlı  sahibkar  fəaliyyət  göstərirdi  və  onların  sərəncamında  80 

firma var idi. Onlardan 8-i hər biri ildə 1 mln puddan çox neft istehsal edən sahibkarlar 

sırasına  daxil  idi.  1913-1914-cü  illərdə  neft  çıxarmaqla  məşğul  olan  165  neft 

firmasından  48-i,  yəni  30  faizi  azərbaycanlı  sahibkarların  sərəncamında  idi.  Neft  emalı 

sənayesi  sahəsində  isə  1906-cı  ildə  fəaliyyət  göstərən  77  zavoddan  20-si  milli 




 

 

63 



kapital  nü mayəndələrinə  məxsus  id i.  Bakıda  istehsal  olunan  ağ  neftin  beşdə  bir 

hissəsi onların payına düşürdü. 

Azərbaycanlı  sahibkarlar  neft  sənayesindən  əldə  etdikləri  külli  miqdarda 

vəsait hesabına yerli iqtisadiyyatın digər sahələrində də aparıcı mövqe tuturdular. 

Milli  kap italın  yüksək  inkişaf  mərhələsi  və  onun  qüdrəti  özünü  Tağıyev 

və  Əsədullayevin  şəxsi  bank  kontorları  əsasında,  M.Nağ ıyev,  M.Mu xtarov, 

F.Rüstəmbəyov  və  başqalarının  iştirakı  ilə  1914-cü   ildə  Bakı  Tacir  bankın ın 

yaradılmasında göstərdi.  Onun kapitalı 1914-cü  ildə  3  mln  1915-ci  ildə  isə 5  mln  

rubl idi. Bu  bankın məqsədi neft, pa mb ıq, balıq, dənüyütmə, me xan iki və s. istehsal 

sahələrində  ilk  növbədə  milli  kap ital  nümayəndələrinə  kö mək  et mək  id i.  Bunu 

təsdiqləyən  "Birja"  qəzet i  yazırd ı  ki,  bankın   müştərilərinin   böyük  əksəriyyəti 

müsəlman lardır. 

Beləliklə,  milli  burjuaziya,  müstəmləkə  məngənəsində  sıxılan  yaradıcı 

fəaliyyətinə  mane  olun masına  baxmayaraq,  iqtisadiyyatın  bir  sıra  sahəsində,  o 

cümlədən neft sənayesində müəyyən mövqe tutmağa nail olmuşdu. 

 

 



 

 

 



 

 


Yüklə 8,38 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin