§ 10. ŞƏHƏRLƏR
XX əsrin əvvəllərində daxili bazarın yarandığı və qəzalarda kapitalist istehsal
münasibətləri üstün mövqe tutmağa başladığı şəraitdə Azərbaycan şəhərləri sürətlə
böyüməyə başladı. Artıq Azərbaycanın ondan artıq şəhəri də dünyanın neft mərkəzi olan
Bakı, Cənubi Qafqazın ən iri şəhərlərindən biri sayılan Gəncə ilə yanaşı, ticarət-sənaye
mərkəzinə çevrilmişdi.
Kiçik kəndli əmtəə istehsalçılarını müflisləşdirən proses və bununla əlaqədar
həm əkinçi, həm də qeyri-əkinçi kəsbkarlığı gücləndikcə, adamların iş üçün axışdığı bir
şəraitdə şəhər əhalisi artırdı. İri şəhərlərdə əhali artımı əsasən gəlmələrin hesabına olurdu.
Belə ki, 1913-cü ildə Bakı əhalisinin yalnız 32,7 faizi Bakıda və mədən-zavod
rayonlarında doğulmuşlar id i
238
.
Azərbaycanda şəhər əhalisinin artımı çox sürətlə gedirdi. Bakının əhalisi,
mədən-zavod rayonları nəzərə alınmadan, 1897-ci ildən 1915-ci ilədək 112,2 min
nəfərdən 262,4 min nəfərə, Gəncə şəhərinin əhalisi isə 33,6 min nəfərdən 59,7 min nəfərə
qədər artmışdı
239
.
1900-1915-ci illər arasında əhalisi sürətlə çoxaları digər Azərbaycan
şəhərlərindən Nuxanın əhalisi 28,4 mindən 52,2 minə, Şuşanınkı 25,6 mindən 43,8 minə,
Qubanınkı 17,4 mindən 26,9 minə, Şamaxınınkı 23 mindən 27,3 minə, Lənkəranınkı 10,6
mindən 17,8 minə çatmışdı. 1915-ci ildə Naxçıvanın əhalisi 9 minə yaxın, Ordubadın kı isə
6,5 min nəfər idi
240
.
Beləliklə, bu dövrdə Azərbaycanın şəhər əhalisi 2 dəfəyə qədər artmış, 1913-cü
ildə 1902-ci ildəki 305 min nəfərdən 556 min nəfərə çatmışdı
241
. 1902-ct ildə Bakı
quberniyası əhalisinin 22,5 faizi
242
, 1913-cü ildə 27,1 faizi şəhər əhalisi idi
243
. Yelizavetpol
quberniyasında şəhər əhalisinin xüsusi çəkisi 1902-ci ildə 9,5 faiz
244
, 1910-cu ildə isə 11,4
faiz o lmuşdu
245
.
Şəhər əhalisinin əsas kütləsini Azərbaycan türkləri təşkil edirdi. Şəhərlərin artımı
72
böyük mütərəqqi əhəmiyyətə malik idi. Azərbaycan şəhərlərinin xarici görünüşü isə öz
milli koloriti ilə fərqlənirdi. Xarakteri ölkənin sosial-iqtisadi inkişafındakı rolu ilə
müəyyənləşən bu şəhərlərin özünəməxsus xüsusiyyətləri də var idi: onlar ticarət-sənaye
mərkəzlərinə çevrilməklə yanaşı, hələ də bəzi kənd təsərrüfatı sahələrini özlərində
qoruyub saxlayırdı. Yalnız Bakı şəhəri bu nöqteyi-nəzərdən istisna idi.
Bu dövrdə A zərbaycan şəhərləri ö z təbii zənginliklərinə və Rusiya
bazarının tələblərinə uyğun olaraq ixtisaslaşırdı. Belə ki, Bakın ın sürətlə inkişafı
neft sənayesi və ona xid mət göstərən sənaye sahələri ilə bağlı idi. Nu xa və
Ordubad ipəkçilik mərkəzləri kimi məşhur idi. Gəncədə pamb ıq emalı sənaye
sahəsi üstünlük təşkil ed ird i və s.
Şəhərlərdə böyük əhəmiyyəti olan maliyyə-kred it və bank idarələrin in
yaranması isə mal-pul münasibətlərinin inkişafı ilə bağlı idi.
Bakı təkcə Azərbaycan və Cənubi Qafqazın deyil, Rusiya imperiyasının
ən iri şəhərlərindən biri id i. O, Azərbaycanda topdansatış ticarətinin ən mühüm
mərkəzi kimi Rusiyanın bir ço x ticarət-sənaye mərkəzləri ilə əlaqə saxlayırdı.
Müharibə ərəfəsində şəhərdə onlarla iri sənaye müəssisəsi var idi.
Azərbaycanın enerji bazasın ın inkişafı neft sənayesinin inkişafı ilə bağlı
idi. Bakı 1913-cü ildə öz elektrik stansiyalarının gücünə görə Rusiyada qabaqcıl
yerlərdən birin i tuturdu
246
.
Azərbaycanın ticarət əlaqələrində Bakı limanı mühü m ro l oynayırdı.
1910-cu ildə onun ma l dövriyyəsi 350 mln puda bərabər idi, halbuki Peterburq
limanında bu rəqəm 304,5 mln pud idi. Bakıdan göndərilən və buraya gətirilən
ma llar Rusiyanın da xili quberniyaları ilə bağlı idi. 1913-cü ildə Ba kı limanın ın
342,4 mln rublluq mal dövriyyəsinin 300 mln pudunu neft məhsulları təşkil edirdi.
Bakı limanı Həştərxan, Krasnovodsk və İran limanları ilə əlaqədə id i.
Bakıdan sonra ikinci ticarət-sənaye mərkəzi Gəncə id i. Gəncədə 1914-cü
ildə hər b irinin illik istehsal həcmi 180 min rubla çatan 8 pambıq emalı zavodu, 3
spirt və konyak zavodu, 37 çaxır istehsalı müəssisəsi, meyvə şirəsi, biyan kö kü
emal edən 23 zavod, 5 gön-dəri müəssisəsi, tütün fabriki, kərpic zavodu və s.
müəssisələr var idi
247
.
Gəncə həm də mühü m ticarət mərkəzi idi. 1914-cü ildə burada 1500
ticarət müəssisəsi var idisə, onlardan 56,2 faizini dükan lar, mağazalar, anbarlar
təşkil edirdi. Həmin il Gəncədə ticarət dövriyyəsi 14-16 mln rubla çatırdı. Sonra kı
illərdə bu rəqəm 2 dəfəyə qədər artmışdı
248
. Şəhərdə 2129 ticarət-sənaye
müəssisəsi fəaliyyət göstərirdi
249
. Doğrudur, onların əksəriyyəti kiçik müəssisələr idi,
lakin ticarət və sənaye kapitalın ın mərkə zləş məsi prosesi gedirdi. Sənət ka r lıq
Gəncə iqtisadiyyatının ayrılmaz hissəsi idi.
Gəncədən Moskva və Lodza pambıq emalı zavodlarının məhsulu, Rusiyanın
mərkəzi şəhərləri və Sibirə təzə meyvə, çaxır ixrac olunurdu. 1904-cü ildə Gəncədən
Rusiya fabriklərinə 34 min pud, 1913-cü ildə isə 239,870 min pud mahlıc aparılmışdı
250
.
Gəncənin xariclə ticarətində İran mühüm yer tuturdu. İrana əsasən taxıl və
73
heyvandarlıq məhsulları ixrac olunur, oraya yerli məhsullarla yanaşı, Rusiyadan gətirilmiş
mallar da yola salınırdı. Gəncə eyni zamanda böyük dəmir yol şəbəkəsi idi. 1883-cü ilə
nisbətən 1913-cü ildə Gəncə stansiyasına gətirilən malların miqdarı 15 dəfə, buradan
göndərilən malların miqdarı isə 30 dəfə artmışdı.
Şuşa Qafqazda ən böyük xalça istehsalı mərkəzi idi. Burada is tehsal olunan
xalçalar öz keyfiyyətinə görə ən yaxşı İran xalçalarından geri qalmır, Moskvaya,
Peterburqa və xaricə ixrac olunurdu. Şəhərdə 22 ipək emalı və ipəksarıyan fabrik, 3
spirttəmizləyən və konyak zavodu var idi. Burada xeyli sənətkar fəaliyyət göstərirdi.
Şəhərdə ticarət ildən-ilə genişlənirdi. Əsas ticarət malları barama, ipək, gön-dəri, yun,
pambıq və çaxır idi. Şuşada 1902-ci ildə 708, 1913-cü ildə isə illik ticarət dövriyyəsi 8,4
mln rubla bərabər olan 800 ticarət-sənaye müəssisəsi var idi
251
.
Nuxa ipək istehsalı və emalına görə təkcə Azərbaycanda deyil, bütün Qafqazda
əhəmiyyətli rol oynayırdı. İpək sənayesinin yüksək səviyyədə inkişafı, yararlı rabitə
yollarının olması şəhərin barama və ipək ticarəti üzrə mühüm bazara çevrilməsinə
səbəb olmuşdu. 1914-cü ildə burada 55 ipək emalı və ipəkəyirmə fabriki, ipək, ipək
istehsalı qalıqları və barama ticarəti ilə məşğul olan 21 müəssisə, 3 tütün fabriki, 24 gön-
dəri emalatxanası
252
, manufaktura malları ilə ticarət edən 63 müəssisə və s. var idi.
1910-cu ildə Nu xa kapitalisti Ə.Əhmədov şəhərdə elektrik stansiyası tikdirmiş di
253
. 1913-
cü ildə şəhərdə illik dövriyyə vəsaiti 3 mln rubldan çox o lan 962 ticarət-sənaye
müəssisəsi var id i
254
.
XX əsrin əvvəllərində Şamaxı şəhəri kənd təsərrüfatı məhsullarının və kustar
istehsalı mallarının mühüm mərkəzi idi. Buraya Şamaxı, Göyçay və Cavad qəzalarından
gətirilən müxtəlif mallar Bakıya, Cənubi Qafqazın müxtəlif rayonlarına, həmçinin
Həştərxana aparılırdı. Satışa buğda, arpa, düyü, meyvə, gön-dəri, yun, ipək, xalça-palaz, mis
əşyalar və s. çıxarılırdı. 1912-ci ildə Şamaxıda illik dövriyyəsi 1,2 mln. rubla bərabər olan 227
ticarət və sənaye müəssisəsi var idi
255
.
Lənkə ran balıq, ta xıl, meşə materialları satışı və ixrac ı ü zrə mühüm tica rət
mərkəzi idi. 1913-cü ildə burada 6 balıq sənaye kontoru, unla ticarət edən 3
müəssisə, meşə materialları ilə ticarət edən 3 müəssisə, 3 kənd təsərrüfatı alətləri
mağazası, bir pivə zavodu fəaliyyət göstərirdi
256
. Şəhərin ticarət-sənaye
müəssisələri sürətlə artırdı. XIX əsrin sonunda onların sayı 225 idisə, 1910-cu ildə
460 o lmuşdu. Burada 1912-ci ildə illik ticarət dövriyyəsi 1,2 mln rubla çatan 253
ticarət müəssisəsi var id i.
Quba bağçılıq və xalçaçılıqla məşğul id i. 1914-cü ildə burada meyvə və
qax ticarəti ilə məşğul olan 4, xalça -palaz satan 4 müəssisə, bir kənd təsərrüfatı
alətləri mağazası, 35 parça mağazası fəaliyyət göstərirdi. Meyvə ticarətindən ildə
450-500 min rubl gə lir götürülürdü. 1910-cu ildə şəhərdəki 329 tica rət
müəssisəsinin illik ticarət dövriyyəsi 1 mln rubla bərabər idi
257
. Bu illərdə Quba və
Lənkəranda kiçik elektrik stansiyaları tikilmişdi.
Naxçıvan, Ordubad və Zaqatala bağçılıq, üzü mçü lük, heyvandarlıq və
taxılçılıq ilə məşğul olurdu. Bu təsərrüfat sahələri tam əmtəə xarakterli idi. Öz
74
duzu ilə məşhur olan Naxçıvanda 1903-cü ildə 303,4 min pud duz istehsal
edilmişdi. Naxçıvanın spirt istehsalında mühüm çəkisi var idi. 1903 -cü ildə burada
5,8 mln qradus spirt çəkilmişdi
258
. Ordubad Azərbaycanın ipək sənayesi
mərkəzlərindən biri o laraq qalırd ı. Şəhərin sənaye müəssisələrinin məhsuldarlığı və
ticarət dövriyyəsi bir milyon rubla çatırdı.
XX əsrin əvvəllərində şəhərin ticarət və sənaye əlaqələrin in inkişafında
Azərbaycan iqtisadiyyatı üçün ümu mi proseslər öz əksini tapdı: bir tərəfdən,
Avropa-Rusiya, Şimali Qafqa z və Cənubi Qafqaz ilə ticarət ə laqələrin in
möhkəmlən məsi, digər tərəfdən, daxili A zərbaycan bazarının formalaşması.
Bu dövrün səciyyəvi xüsusiyyətlərindən biri ticarət evləri, firmaları,
səhmdar cəmiyyətləri tərəfindən həyata keçirilən topdansatış ticarətinin mühü m yer
tutması idi. Şəhərlərin hamısında xeyli xırda tacirlərin olması xırda ticarətin geniş
yayıldığını göstərir. Bu, əmtəəlik kənd təsərrüfatı malları istehsal edən qəzalarda
daha geniş inkişaf etmişdi. Mü xtəlif malların gətirildiy i, Azərbaycan qəzaları
tacirlə rin in fəa l iştira k etdiyi yarmarka lara və bazarlara gətirilən məhsulla rın ço x
hissəsi yerli tacirlərə məxsus idi.
Dəmir və şose yolların çəkilməsi, rabitə vasitələrinin təkmilləşdirilməsi şəhərlərin
həyatında mühüm rol oynayır, onların sürətli inkişafı ilə yanaşı, ticarətinin güclənməsinə
də təkan verirdi.
XX əsrin əvvəllərində meydana çıxan şəhər tipli ticarət-sənaye mərkəzləri
sırasına Gədəbəy, Salyan, Ağdam, Bərdə və Göyçayı daxil etmək olar. Hər birində 20
min və daha çox əhali yaşayan bu mərkəzlərdə kiçik, lakin böyük kapital dövriyyəsi olan
onlarla ticarət müəssisəsi yerləşirdi. Məsələn, 1912-1914-cü illərdə Salyanda 350 ticarət
və sənaye müəssisəsi var idi ki, onların illik dövriyyəsi 1,5 mln rubla çatırdı
259
.
XX əsrin əvvəllərində şəhər idarə sistemində elə bir dəyişiklik olmamışdı.
Hələ 1892-ci ildə tətbiq edilmiş "Şəhər əsasnaməsi" onun işlərində əhalisinin iştirakını
ixtisara salmaqla özünüidarə hüquqlarını daha da məhdudlaşdırmışdı. "Əsasnamə"
dumalara və şəhər idarə orqanlarına qubernator nəzarətini xeyli gücləndirmiş, yalnız
sərbəst əmlaklarının qiyməti 300 rubldan 2 min rubla qədər olan şirkət və idarələrin,
birinci və ikinci dərəcə ticarət-sənaye gildiya sahiblərin in seçki hüququnu saxlamışdı.
Bakı şəhər dumasında sənayeçilər, tacirlər, bina sahibləri və b. üstün mövqe
tuturdular. Bakı dumasına seçkilərdə iştirak etmək hüququ olanlardan 2807 nəfərin 50 min
manatlıq və daha çox daşınmaz əmlakı var idi. Onlar arasında H.Z.Tağıyev, Şəmsi
Əsədullayev, Hacıbaba Aşurov, Əli Abbas Dadaşov və başqaları öz daşınmaz əmlakların ın
çoxluğuna görə fərqlənirdilər.
"Şəhər əsasnaməsi"nin 44-cü maddəsində müsəlmanların özünüidarə
orqanlarında iştirakı məhdudlaşdırılırdı. İctimaiyyətin dəfələrlə vəsatət qaldırması
nəticəsində çarın 14 dekabr 1900-cü il fərmanı ilə dumada müsəlman deputatların sayı
50 faizə çatdırıldı.
Azərbaycanda müsəlmanların hüququnu məhdudlaşdıran hökumət tədbirləri Bakı
şəhər özünüidarəsində daha kəskin idi. Məsələn, 1902-1905-ci illərdə Bakı şəhər
75
dumasına seçilmiş qlasnılardan cəmisi 23-ü - yarıdan da azı azərbaycanlı idi. Yalnız
1905-1907-ci illər inqilabı hadisələri dövründə ictimaiyyətin təzyiqi nəticəsində Qafqaz
canişini güzəştə getməli oldu və 1907-1911-ci illərdəki seçkilər zamanı qlasnıların 45 nəfəri
(bütün deputatların 57,7 faizi) azərbaycanlı oldu. Onların 33 faizini alimlər, mühəndislər,
həkimlər, hüquqşünaslar, jurnalistlər və müəllimlərdən ibarət milli ziyalılar təşkil edirdi.
XX əsrin əvvəllərində Bakı şəhər dumasının ən ilk deputatları H.Məlikov
(Zərdabi), İsmayıl bəy və İbrahim bəy Səfərəliyevlər olmuş, Ə.Ağayev, Ə.Əmircanov,
M.Əsədullayev, Ə.Əhmədov, A.X.Axundov, Əjdər bəy və İsa bəy Aşurbəyovlar,
Ə.Aşurov, F.Vəzirov, M.F.Vəkilov, M.Hacınski, Ə.Topçubaşov və b. Bakı şəhər
Du masının üzv ləri seçilmişlər.
Şəhər özünüidarəsinin əsası qoyulduqdan 1911-1915-ci illər seçkisinə qədər
H.Z.Tağıyev onun ən nüfuzlu nümayəndələrindən biri idi. Dumanın işində İsrafil Hacıyev
fəal iştirak etmişdi. Azərbaycan burjuaziyasının, ziyalılarının digər nümayəndələri də
dumanın üzvü olmuşlar. Məşhur yazıçı Nəcəf bəy Vəzirov 10 il müddətində (1903-1913-cü
illər) dumanın katibi olmuşdu. Lakin azərbaycanlılar şəhər rəisi vəzifəsinə buraxılmırdılar.
Yalnız Kamil bəy Səfərəliyev qısa nıüddət (1905-1907-ci illər) Bakı şəhər başçısı vəzifəsini
icra etmişdir.
Gəncə və Şuşa şəhərlərində də ictimai özünüidarə (duma və idarə) mövcud
idi. "Şəhər əsasnaməsi" Gəncədə 1894-cü ildə tətbiq edilmişdi. 1917-ci ilə qədər Gəncə
dumasında azərbaycanlı qlasnıların sayı üstünlük təşkil etmişdir. Azərbaycanlı deputatlar
içərisində ziyalıların nümayəndələri 30 faiz idi. Gəncənin görkəmli ictimai xadimləri
Ə.Adıgözəlov (Gorani), H.Ağayev, A.Ziyadxanov, Əli bəy, Ələkbər bəy və Xudadat bəy
Rəfibəyovlar, A.Səfikürdski, Usub bəy və Nəsib bəy Usubbəyovlar, Ələkbər bəy, Ələsgər
bəy və Xəlil bəy Xasməmmədovlar, Hüseynqulu xan və Cavanşir xan Xoyskilər, Məm-
mədbağır Şıxzamanov və başqaları o lmuşlar.
Bakıdan fərqli olaraq Gəncə şəhər ictimai özünüidarəsinə əsasən azərbaycanlı
ziyalıların nümayəndələri Əsgər Ağa Adıgözəlov (Gorani), Adil xan Ziyadxanov və Xəlil
bəy Xasməmmədov başçılıq etmişlər.
1898-ci ildə Şuşada özünüidarə yaradıldı. Əbdürrəhim bəy Haqverdiyev, Haşım
bəy Vəzirov, Əbdülkərim bəy Mehmandarov və başqaları onun üzvləri idilər. 1904-1907-ci
illərdə Cavad bəy Səfərəlibəyov şəhər başçısı olmuşdu.
"Şəhər əsasnaməsi"nə əsasən quberniya mərkəzlərindəki idarədən fərqli olaraq,
öz vəsaiti az olan, ticarəti zəif inkişaf edən şəhərlərdə daha sadə özünüidarə sistemi tətbiq
edilirdi
260
, yəni 12-15 nəfərdən ibarət şəhər müvəkkilləri yığıncağı yaradılır, şəhərləri isə ya
bir və ya iki köməkçi ilə ağsaqqal idarə edirdi. Quba, Şamaxı, Nuxa, Lənkəran, Na xç ıvan və
Ordubadda da bu idarə sistemi tətbiq edilmişdi və müvəkkillərin əksəriyyəti
azərbaycanlı id i.
Şəhər büdcəsinin istifadəsində səriştəsizlik hökm sürürdü. Məbləğin
əksəriyyəti polis və qoşun saxlamağa xərclənird i. 1905 -ci ildə Bakı şəhər
dumasının bu istiqamətdəki xərci nəzərdə tutulandan 90 min rubl ço x olmuşdu
261
.
Bunun nəticəsində Bakı şəhər dumasının smetasında kəsir 1916-cı ildə 1900-cü
76
ildəki 55 min rubldan 1,2 mln rubla çatmışdı
262
. Eyni vəziyyət Gəncədə də mövcud
idi. Bu məsələ Bakı və Gəncə dumalarının yığıncaqlarında dəfələrlə qaldırılmış, hə-
min xərclərin şəhər büdcəsi hesabına deyil, dövlət xəzinəsi hesabına ödənilməsi
təklifi irəli sürülmüşdü.
Dumadakı ziyalı deputatların səyi nəticəsində Bakıda şəhər məktəbləri və
zəh mətkeşlərə
xid mət
edən
tibb-səhiyyə
idarələri
şəbəkəsi
nisbətən
genişləndirilmiş, kütləv i mədəni tədbirlər həyata keçirilmişdi.
Gəncə və Şuşa yerli şəhər özünüidarələri on ların sosial-iqtisadi və mədəni
inkişafında müəyyən rol oynamışdı.
Dostları ilə paylaş: |