§ 11. ƏHALİNİN TƏRKİBİNDƏ KƏMİYYƏT VƏ
KEYFİYYƏT DƏYİŞİKLİKLƏRİ
Azərbaycanda baş vermiş sosial-iqtisadi dəyişikliklər əhalinin say və silk
tərkib inin dəyiş məsində də öz əksin i tapmışdı. Kapita lizm dövründə Azərbaycan
əhalisinin say artımı əsasən sənaye, ticarət və kənd təsərrüfatında kap italizmin
inkişafı ilə bağlı idi. Əgər 1897-ci ildə Azərbaycan əhalisi 18767 min nəfər id isə,
1910-cu ildə 2317 min, 1913-cü ildə isə 2339 min nəfə r id i
263
. Əhalinin say artımı
təbii amillə yanaşı, Rusiyadan, Ermənistandan, Gürcüstandan, Dağıstandan,
Cənubi Azərbaycandan kəsbkarların, köçkünlərin Azərbaycana gəlməsi və
həmçinin çarizmin köçürmə siyasəti ilə bağlı idi.
Azərbaycanda yeni sənaye sahələrinin meydana çıxdığ ı yerlər həm
müflisləşmiş əkinçi əhalin in bir hissəsini, həm də Rusiya quberniyaları və Cənubi
Azərbaycan kəsbkarlarını cəlb edird i. Belə ki, Bakıda neft, Gədəbəy və
Qalakənddə mədən sənayelərinin in kişafı, Nu xa, Şuşa, Ordubad kimi şəhərlərdə
açılan kapitalist müəssisələrinin işçi qüvvəsinə olan tələbatı şəhərlərin böyüməsinə və
əhalisinin artmasına səbəb olurdu.
XX əsrin əvvəllərində şəhər əhalisinin sayı 220 min nəfər idisə, 1897-1908-ci
illərdə 355,7 min nəfərə, 1909-1917-ci illərdə isə 573,3 min nəfərə çatmışdı
264
. Bundan
başqa, şəhərtipli yaşayış məntəqələrində 20 min nəfər yaşayırdı
265
. Şəhər əhalisinin artım
sürəti bütün Azərbaycan əhalisinin artım sürətindən yüksək idi. 1896-cı ildə şəhər əhalisi
ümumi Azərbaycan əhalisinin 16,9 faizini, 1913-cü ildə isə artıq 23,8 faizini təşkil edirdi
266
.
Bu göstəriciyə görə Bakı quberniyası təkcə Peterburq quberniyasından geri qalırdı
267
.
Azərbaycanın şəhər əhalisinin çoxalması yerli əhalinin təbii artımına da təsir
edirdi. 1916-cı ildə onların xüsusi çəkisi Bakı quberniyasında 89,3 faizi, Yelizavetpol
quberniyasında isə 91 faizi təşkil edirdi
268
. Azərbaycanın başqa şəhərlərindən fərqli olaraq,
77
Bakı şəhərinin yeni əhalisi əsasən gəlmələrin hesabına formalaşırdı. Şəhər əhalisinin illik
artımı 1897-1903-cü illərdə hər il orta hesabla 6514 nəfər, 1903-1913-cü illər arası
onillikdə isə hər il 7213 nəfər idi.
Bakının beynəlxalq iri miqyaslı ticarət-sənaye mərkəzinə çevrilməsi böyük
sürətlə inkişaf edən şəhərlərə xas olan xüsusiyyətlə müşayiət olunurdu, yəni qadınlar
əhalinin ümumi artımında daha üstün mövqe tutmalarına baxmayaraq, sayca yenə də
kişilərdən az idilər.
Azərbaycanın əhali artımı Rusiyadakı artımdan yüksək idi. 1913-cü ildə
Azərbaycanda 57 min uşaq doğulmuşdu
269
. Əgər Rusiyanın Avropa hissəsində
doğulanların sayı hər 1000 nəfərə 439 idisə, onlardan 271-i ölür, cəmi 168—i qalırdısa
270
,
Azərbaycanda doğulanların sayı 442, onlardan ölənlər 255, qalanlar isə 187 idi
271
.
Azərbaycanda əhali etnik cəhətdən yekcins deyildi. Lakin milli azlıqların
çoxluğuna baxmayaraq, əhalinin böyük əksəriyyəti Azərbaycan türkləri idi. 1897-ci il
siyahıyaalmasının məlumatına görə, onların sayı 1400 mindən bir qədər ço x idisə
272
,1913-
cü ildə 15248 min
273
, 1917-ci il ərəfəsində isə 17535 nəfər idi
274
. Gəlmələr hesabına ikinci
yerdə olan ermənilərin sayı 1913-cü ildə 546,8 min
275
, üçüncü yerdə gedən rusların sayı isə
208,5 min nəfər idi
276
. Başqa millətlər və etnik qruplar isə azlığı təşkil edird i.
Kapitalist sənayesinin və kənd təsərrüfatının inkişafı savadlı adamlara tələbatın
artmasına səbəb olurdu. Belə ki, istehsalatda gedən texniki tərəqqi fəhlələr içərisində
təhsillilərin artması olmadan mümkün deyildi. Ona görə də islahatdan sonrakı dövrdə
əhalinin təhsil səviyyəsində müəyyən artım nəzərə çarpırdı. Ümu miyyətlə isə
savadlılıq aşağı dərəcədə idi. Kişi və qadınların savadlılığı arasında böyük fərq var idi.
1897-c i ildə kənd əhalisinin yaşı 9-49 arasında olanların cəmi 4,6 faizi, şəhər
əhalisinin isə 31,9 faizi savadlı idi. Ümumiyyətlə, Azərbaycan əhalisinin 9,2 faizi, yəni
kişilərin 13,1, qadınların isə 4,2 faizi
277
savadlı idi. Bu rəqəmlərə məktəb və mədrəsə
bitirib yazıb və oxumağı bilənlər daxil deyildi. Belə ki, rəsmi statistika onları savadsızlar
siyahısına daxil edirdi. Şəhər əhalisi içərisində yüksək savad səviyyəsinə görə Bakı
fərqlənirdi. Əgər XX əsrin başlanğıcına yaxın Bakı əhalisinin 32,4 faizi savadlı idisə,
1913-cü ildə artıq bu, 38,3 faizi təşkil edirdi
278
. Bakı savadlı əhalinin nisbətinə görə
Peterburq, Moskva və Xarkovdan geri qalırdı
279
. Ümumiyyətlə, XX əsrin əvvəllərində
Azərbaycanın müstəmləkə halında qalması da əhalinin savad dərəcəsinin aşağı
olmasına əsas səbəb idi.
XX əsrin əvvəllərində sənayenin inkişafına və şəhərlərin böyüməsinə
baxmayaraq, Azərbaycan əsasən aqrar ölkə olaraq qalırdı. 1897-1913-cü illərdə
Azərbaycanın kənd əhalisi artaraq 1502 mindən 1783 min nəfərə çatmışdı
280
. Buna
baxmayaraq, həmin dövrdə Azərbaycan əhalisinin ümumi sayı fonunda kənd əhalisinin nisbi
çəkisi 83,1 faizdən 76,2 faizə enmişdi. Bunun başlıca səbəbi müflisləşən kənd əhalisinin
bir qisminin şəhərlərə axını idi. Lakin bununla yanaşı, Azərbaycan əhalisinin 3/4-dən çoxu
kənd əhalisi idi.
Azərbaycan əhalisinin sosial tərkibində də əsaslı dəyişikliklər baş vermişdi.
Belə ki, əhalinin hakim təbəqələrini mülkədarlar və kapitalistlər təşkil edirdi. Onlar sayca
78
az olsalar da, çox böyük maddi dəyərlərin sahibi idilər. Azərbaycan əhalisinin böyük
kütləsini təşkil edən kəndlilər və fəhlələr milli sərvətlərin əsas istehsalçıları olmalarına
baxmayaraq, hüquqsuz vəziyyətdə idilər.
XX əsrin əvvəllərində Azərbaycanda kəndlilərin təbəqələşməsi, onların bir
qisminin kənd burjuaziyasına, əsas kütlənin isə yoxsul kəndli və muzdura çevrilməsi
prosesi xeyli sürətləndi. Müstəqil təsərrüfat sahibləri, qolçomaqlar, ticarət, sələm və kapital
nümayəndələri kənd burjuaziyasını təşkil edirdi. Kənd yoxsulları, torpaqsız və aztorpaqlı
kəndlilər isə öz əməklərini satmağa məcbur olurdular.
Burjua cəmiyyəti əhalisinin əsas hissəsini təşkil edən təbəqənin - fəhlə
təbəqəsinin yaranması Azərbaycan tarixində mühüm hadisə idi. Bu, kapitalist sənayesinin
sürətlə inkişafı, istehsalın və fəhlələrin səmərəli təmərküzləşməsi ilə bağlı idi. 1897-ci ildə
Azərbaycanda fəhlələrin sayı 150 mindən çox idi
281
. 1917-ci ildə onların sayı 240 minə çatdı
(180 min sənaye
282
, 60 min kənd təsərrüfatı fəhləsi). Kənd təsərrüfatında çalışan mövsümi
fəhlələri də nəzərə alsaq, fəhlələrin ümumi sayı 400-500 min nəfərə çatırdı.
Bakı fəhlələri Azərbaycan fəhlə kütləsinin böyük əksəriyyətini təşkil edirdi. Bakı
quberniyasında fəhlələrin xüsusi çəkisi 12 faiz idisə, Bakı şəhərində 29 faizə çatırdı
283
. 1913-
cü ildə Bakı fəhlələrinin ümumi sayı 109 minə çatmışdı
284
. Bakı fəhlələri çoxmillətli tərkibə
malik idi. Belə ki, 1900-cü ildə Bakı fəhlələrinin 33,8 faizini azərbaycanlılar, 25,3 faizini
ermənilər, 19,5 faizini ruslar təşkil edirdi
285
. Bu rəqəmlər 1913-cü ildə müvafiq olaraq 41, 27,8
və 17,2 faiz idi
286
.
1900-cü ildə Azərbaycan qəzalarında fəhlələrin 65,7 faizini azərbaycanlılar,
14,4 faizini ermənilər, 5,4 faizini ruslar və 14,5 faizini başqa millətlərin nümayəndələri
təşkil edirdi.
Sənayenin başqa sahələrində (mis istehsalı, bitki və heyvan məhsulları emalı,
nəqliyyat, balıq sənayesi və s.) azərbaycanlı fəhlələr sayca üstünlük təşkil edirdi. Neft
emalında, mexaniki emalatxanalarda, dəmir yol nəqliyyatında və s. rus fəhlələr daha çox idi.
Şəhərlərdə bu və ya digər təsərrüfat sahəsində çalışanlar heç bir istehsal sahəsi
ilə bağlı olmayan əhalidən sayca çox idi. Bakı şəhərində 1903-cü ildə birincilərin sayı 106,4
min, ikincilərinki isə 100,2 min nəfər idi. 1913-cü ildə bu rəqəmlər müvafiq olaraq 171 və
162,8 min nəfər təşkil edirdi
287
. Təsərrüfatın bu və ya digər sahəsində çalışan Bakı əhalisinin
72 faizini muzdlu fəhlələr, 10,5 faizini qulluqçular, 10,1 faizini xırda burjuaziya
nümayəndələri, sənətkarlar, kiçik tacirlər, nəqliyyatda çalışanlar və b., 6,5 faizini isə böyük
maddi nemət lərə malik olan burjuaziya təşkil ed irdi
288
.
Azərbaycanda Bakı ilə yanaşı, digər şəhər və qəzalarda da ticarət-sənaye
burjuaziyasının mövqeləri möhkəmlənirdi. Azərbaycan iqtisadiyyatının özünəməxsus
inkişaf şəraiti ilə əlaqədar olaraq, qəzalarda da burjuaziyanın tərkibi çoxmillətli idi.
Burjuaziyanın tərkibində əsas yeri azərbaycanlılar, rus və erməni kapitalı nümayəndələri
tuturdu.
Azərbaycan burjuaziyası içərisində ticarət burjuaziyası çoxsaylı idi. XX əsrin
əvvəllərində Bakı və Yelizavetpol quberniyalarında 22 mindən çox tacir var idi. Bakı
quberniyasında 15,2 min, Yelizavetpol quberniyasında 7,1 min. Onların 16 mini (72,7
79
faizi) şəhərlərdə, 61 mini isə (27,3 faizi) qəzalarda fəaliyyət göstərirdi.
Bakı tacirlərinin tərkibi daha müxtəlif idi. 1903-cü ildə burada olan 14,7 min
tacirdən 7 mini azərbaycanlı, 3,5 mini erməni, 2,41 mini rus, 1,8 mini isə başqa
millətlərin nümayəndəsi idi. Digər tərəfdən, bütün ticarət müəssisələrinin 52 faizi
azərbaycanlı, 27,2 faizi ermən i, 9,4 faizi rus tacirlərinə məxsus idi.
Azərbaycan milli burjuaziyasının ən nüfuzlu nümayəndələri H.Z. Tağıyev,
M. Nağıyev, Ş. Əsədullayev, A. Quliyev və başqaları idilər. Onların kapitalları 10 mln.
rubl idi. 1914-cü ildə Bakıda H.Z. Tağıyevin başçılığı altında M. Nağıyevin səhmdar
tacir bankı yarandı. Onun əsas kapitalı 3 mln. rubl idi
290
.
Azərbaycan burjuaziyası nümayəndələri arasında gəmi sahibləri Ş.
Əsədullayev, Dadaşov, Useynov, ipək müəssisələri sahibləri Mehdi Hacı Abdul oğlu,
Hacı Süleyman Hüseyn oğlu, un və düyü dəyirmanları sahibləri Ağabala Quliyev, M.
İbrahimov, M. S. Kərimov, tütün fabriki sahibi Şirinbəyov, mexaniki istehsal sahibləri
M. Muxtarov, S. Abdullayev və başqaları fərqlənirdilər.
Əgər əvvəllər ticarət kapitalı sahibləri öz sərmayələrini əsasən ticarət-sələm
əməliyyatlarına yönəldirdilərsə, artıq XX əsrin əvvəllərindən etibarən ticarət və
sələmçiliklə yanaşı, sənayeyə, nəqliyyata, tikinti işlərinə də kapital qoyur, bununla da
sənaye burjuaziyasının təmsilçiləri olurdular. Çarizmin müstəmləkə siyasəti nəticəsində
məhdudiyyətlərə məruz qalmasına, digər qrup sərmayə sahiblərinin ciddi rəqabətinə
baxmayaraq, Azərbaycan burjuaziyasının ipək, pambıq emalı, unüyütmə və düyü-çəltik
təmizləmədə, balıq sənayesi və ticarətdə mövqeləri güclü idi. Pambıq-parça istehsalı
Azərbaycan kapitalına məxsus idi. Onun xüsusi çəkisi Xəzər ticarət donanmasında da
yüksək idi. Məsələn, 1904-cü ildə gəmi sahiblərinin əldə etdikləri gəlirin 75 faizi yerli-
milli burjuaziya nümayəndələrinə məxsus idi
291
. Onlar bank-kredit, sənaye, ticarət və s.
sahibkarları olaraq Rusiyadakı iri burjuaziyanın tərkib hissəsi idilər.
80
II FƏSİL
Dostları ilə paylaş: |