AZƏRBAYCANIN İCTİMAİ-SİYASİ HƏYATI (1900-
1914-cü illər)
§ 1. İNZİBATİ İDARƏÇİLİKDƏ DƏYİŞİKLİKLƏR
XX əsrin əvvəlləri in zibati-polis aparatının yenidən qurulması və onun
nəzarət-cəzalandırma funksiyaların ın genişləndirilməsi çarizmin ordu, jandarm,
polis, məh kəmə və ümu miyyətlə, bütün dövlət aparatını Rusiyada, o cümlədən də
Azərbaycanda gündən-günə artan azadlıq hərəkatın ı boğmağa yönəltməsi ilə
səciyyələnirdi. Hələ 1881-ci ildə qəbul olun muş və "müvəqqəti əsasnamə" adlanan,
əslində isə "Rusiya imperiyasının ən sabit, əsas qanunlarından biri" sayılan
gücləndirilmiş mühafizə haqqında əsasnamə 1902-1903-cü illərdə A zərbaycanın
bir ço x şəhər və qəzalarına şamil edildi.
Onun Bakı şəhəri və qəzasında 1902-ci ilin yanvarından, Gəncə, Şuşa,
Nuxada 1903-cü ilin sentyabrından tətbiq edilməsi o demək idi ki, Ba kı və Yelizavetpol
quberniyaları "ictimai qaydalara və asayişə zidd olan yığıncaq və toplantıların
iştirakçılarını, gücləndirilmiş mühafizə haqqında əsasnaməni "pozan" digər şəxsləri
500 rubladək cə rimələyə və ya 3 aylıq müddətədək həbs etdirə bilə rdilər".
1905-c i il fevra lın 26-da Qafqa zda canişinlik bərpa olundu. Canişin təyin
edilmiş qraf Vo rontsov-Daşkovun adına verilmiş çar reskriptində qeyd olunduğu
kimi, onun ən birinci vəzifəsi "Qafqazda təxirə salın madan dinclik yaratmaq" id i.
Canişin bu məqsədin həyata keçirilməsinə təkcə repressiyalar yolu ilə deyil,
həm də mü xtəlif qüvvələri zəiflədən və parçalayan manevrlər yolu ilə can atırdı.
Vo rontsov-Daşkov geniş təbliğ edilən ikiü zlü vədlər siyasəti yürüdür, məh kə mə və
zemstvo islahatları keçirəcəyinə, torpaq, silki məsələləri həll edəcəyinə və s. söz
verird i.
Liberal burjuaziya canişinə inanaraq, onu canfəşanlıqla tərifləyir, "bütün
Qafqazı xoşbəxt edəcək böyük islahatçı" adlandırırdı. Lakin vəd olunmuş islahatlardan
heç biri həyata keçirilmədi.
Zadəganlar təbəqəsi canişinliyə müvəqqəti bir təsisat kimi baxır, mərkəzi hərbi-
bürokratik aparatın Qafqaz işlərinə bilavasitə qarış masını canişinliyin hər hansı şəkildə
məhdudlaşdırılmasını istəmirdi. Ona görə də mütləqiyyət Rusiyadakı dekabr silahlı üsyanını
məğlubiyyətə uğradan kimi canişinliyin ləğv edilməsi məsələsi qaldırıldı. Lakin Nazirlər
Şurası bu orqanı saxlamaq qərarına gələrək göstərdi ki, onun fəaliyyəti "ümumdö vlət
siyasəti" ilə ən sıx şəkildə əlaqədar olmalı və mərkəzi hökumət tərəfindən
istiqamətləndirilməlid ir.
Çar hökuməti inqilabi çıxışlara və milli-azadlıq hərəkatına qarşı repressiyaları
kifayət hesab etməyərək, fövqəladə səlahiyyət verilmiş müvəqqəti general-qubernator
təsisatı yaratdı və bir çox quberniyalarda hərbi vəziyyət elan etməyə başladı. Artıq 1905-
81
ci ilin fevralında Bakı şəhəri və quberniyasında, 1905-ci ilin sentyabrında isə Yelizavetpol
quberniyasında hərbi vəziyyət rejimi tətbiq edildi. Yelizavetpol quberniyası ərazisində iki
müvəqqəti general-qubernatorluq yaradıldı. Bunlardan biri Zəngəzur, Cavanşir, Cəbrayıl
və Şuşa qəzalarını, o biri isə digər qəzaları əhatə edirdi.
Azərbaycanda, eləcə də Rusiyanın bir sıra digər rayonlarında hərbi vəziyyət
elan edilməsi hətta çar qanunvericiliyinə belə zidd idi. Bu qanuna əsasən, ancaq
müharibə dövründə, özü də ancaq hərbi əməliyyatlar gedən yerlərdə hərbi vəziyyət
rejimi tətbiq etmək olardı. Hərbi vəziyyət mütləqiyyətə fövqəladə orqanlar yaratmaq,
qol-budaqlı hərbi bürokratik və hərbi-məhkəmə orqanlarından inqilabi hadisələrin
iştirakçılarına divan tutmaq üçün istifadə etmək imkanı verirdi. Hərbi vəziyyət rejimindən
irəli gələn tədbirləri həyata keçirməli olan müvəqqəti general-qubernatorluq isə çox geniş
səlahiyyətə malik idi. O, yığıncaqları qadağan edə, sənaye və ticarət müəssisələrini
bağlaya, "etibarsız" şəxsləri quberniya hüdudlarından kənara sürgün edə və ya onlar
üzərində polis nəzarəti qoya, kütləvi axtarışlar keçirə bilərdi. Quberniyada yerləşən
qoşunlara ümumi komandanlığı da həyata keçirən müvəqqəti general-qubernatorluq
eyni zamanda cinayət işlərinin ümumi qanunlarla nəzərdə tutulmuş baxılma
instansiyasını dəyişib, onları hərbi məhkəmənin məh kəməsinə vermək, hərbi dövrün
cəzaların ı tətbiq etmək, onun fikrincə, "düşüncələrin qızışdırılmasına və asayişin
pozulmasına" səbəb ola biləcə k bütün işlərin bağlı qap ı a rxasında mühakimə
olunmasını tələb etmək hüququna malik id i.
Müvəqqəti general-qubernatorluq institutunun tətbiqi ilə yanaşı,
qubernator başda olmaq la, əvvəlki quberniya aparatı da fəaliyyət göstərirdi. O,
"qayda-qanun və dinclik yarat maq" işində müvəqqəti gcneral -qubernatorluğa tabe
idi. Qalan hər şeydə isə quberniya və qəza idarələri ancaq qubernatora tabe idi.
Müvəqqəti general-qubernatorluq yerli in zibati idarələrin vəzifəli şəxslərin i nəin ki
işdən uzaqlaşdıra, hətta cəzalandıra da bilməzd i. Qubernator belə tədbir lərin
görülməsi təklifləri ilə müvəqqəti general-qubernatorluğa müraciət etməli və ald ığı
cavabdan razı qalmasaydı, bu zaman can işinə təqdimat verməli id i. Müvəqqəti
general-qubernatorluq və qubernator arasında bütün bu və ya digər ixtilafla rı
canişin həll ed ird i.
Bakı şəhəri və quberniyasının general-qubernatoru, öz amans ızlığ ı ilə
məşhur olan knyaz A milaxvarinin ilk addımlarından biri repressiyaların
gücləndirilməsi və mütləq iyyətə qarşı silahlı çıxış larla bağlı baxılan işlərin hərbi
məh kəmələrə verilməsi haqqında 1905-ci il 25 fevral tarixli əmri o ldu.
Cəmiyyətlər və ittifaqla r haqqında müvəqqəti qaydalar adlandırılan sənəd
müvəqqəti general-qubernatorluğun inzibati ö zbaşınalığ ı üçün geniş meydan açırdı.
Bu qaydalar hakimiyyət orqanlarına "ictimai təhlü kəsizliyə və ya asayişə" təhlükə
yaratması bəhanəsi ilə cəmiyyət və ittifaqları bağlamaq hüququ verir, həmkarlar
ittifaq larının öz ü zvlə rin in ancaq iqtisadi mənafey ini qoru maqla məhdud laşdırır,
hökumət idarələri işçilərinin həmkarlar ittifaqlarına girməsini qadağan edir və bu
"Qaydaların" pozulması halın ın b ir il müddətinədək həbslə nəticələnə biləcəyini
82
nəzərdə tuturdu.
1905-c i il sentyabrın 22-də Peterburqda keçirilən müşavirədə Bakı
qarnizonu və polisinin gücləndirilməsi məsələsini qald ıran neft sənaycçiləri
qradonaçalnikliyin yarad ılması tələbin i irəli sürərək, onun saxlan ması xərclərin in
xeyli hissəsini öz üzə rlə rinə götürməyə hazır olduqlarını nümay iş etdirird ilə r. Ba kı
şəhəri və qəzasında inqilabi hərəkatla mübarizəni gücləndirmək üçün canişinin
1905-c i il 2 dekabr tarixli sərənca mı ilə bu bölgələ r " ictima i a sayiş və təhlü-
kəsizliyin mühafizəsi" baxımından Bakı quberniya idarəsinin ixtiyarından alındı və
müvəqqəti general-qubernatorluğun birbaşa idarəsinə verildi. Elə oradaca Vorontsov-
Daşkov tərəfindən təqdim edilmiş Bakı şəhəri və qəzasının idarəsi qaydalarında nəzərdə
tutulurdu ki, Bakı şəhəri qəzasına münasibətdə quberniya idarələrinin funksiyaları ancaq
inzibati idarəçilik üzrə cari yazışma ilə (özü də göstərilən yerlərdə ictimai asayiş və qayda-
qanunların mühafizəsinə aid olan bütün tədbirlər istisna edilməklə) məhdudlaşmalıdır.
Quberniya idarəsi müvəqqəti general-qubernatorluğun icazəsi olmadan Bakı şəhərində
pristavları belə dəyişdirə bilməzdi.
1906-cı il 28 oktyabr tarixli fərmanla Bakı şəhəri, ona bitişik neft-mədən və fabrik-
zavod rayonlarının idarəsi üçün Bakı qradonaçalnikliyi yaradıldı. Bu addım, şübhəsiz ki,
həmin ilin yayında Bakıda qalxan fəhlə tətil və nümayişlərinin yeni dalğası, fəhlələrin öz
əksini avqustun sonu-sentyabrın əvvəllərində Bakıda keçən siyasi tətillərdə tapan ictimai
fəallığının yeni yüksəlişi ilə əlaqədar idi.
Bakı qradonaçalnikliyinə canişinin təqdimatı ilə imperator tərəfindən təyin edilən
və qubernator səlahiyyətləri olan qradonaçalnik başçılıq edirdi.
Qradonaçalniklik, qradonaçalnikliyin idarəsi Bakı və Balaxanı-Sabunçu
polismeysterliklərindən ibarət idi. Qradonaçalnikin yanında inzibati və neft işləri üzrə
idarələr fəaliyyət göstərirdi. Bu idarələrdən birincisi qradonaçalnikin sədrliyi altında onun
köməkçisindən, Bakı və Balaxanı-Sabunçu polismeysterlərindən və qradonaçalnikliyin
dəftərxana müdirindən ibarət idi. O, kəndlər və kənd cəmiyyətlərinin idarəsi, polisin
fəaliyyəti və s. ilə bağlı məsələlərə baxırdı.
Neft işləri üzrə idarəetmənin tərkibinə yuxarıda sadalanan şəxslərlə yanaşı, bir
sıra hökumət məmurları (II Qafqaz dağ dairəsinin dairə mühəndisi, baş fabrik müfəttişi, Bakı
birja komitəsinin sədri və b.), şəhər duması və neft sənayeçiləri qurultayı şurasının
nümayəndələri daxil id ilər.
Neft işləri üzrə idarə ildə 600 min rubl ayırmaqla bu orqanın saxlanılmasında
iştirak edən neft sənaye burjuaziyasının təkidi ilə yaradılmışdı. Bu idarə Bakı neft
sənayeçilərinin mənafeyini ifadə edərək tətillərin dağıdılması, şəhərin, mədən və
zavodların mühafizəsi və buralarda "asayişin qorunub saxlanması"na aid tədbirlər işləyib
hazırlayır, qradonaçalniklik idarəsinin və polismeysterlərin ştatlarını nəzərdən keçirirdi.
İdarənin qərarları ancaq qradonaçalnikin razılığından sonra qüvvəyə minirdi.
Qradonaçalniklik çar höku mət orqanları tərəfindən ko mplekt-
ləşdirilməsinə böyük əhəmiyyət verilən ço xsaylı məmur aparatı idi. Burada
vəzifələrin əksəriyyətini tutmaq üçün Tiflisdəki höku mət idarələrindən qulluqçular
83
göndərilmiş, bəzi rəhbər vəzifələrə isə Peterburqdan məmurlar təyin ed ilmişdi.
Canişinin xüsusi sərəncamına müvafiq olaraq, azərbaycanlılar qradonaçalnikliy in
aparatına buraxılmırdı. Bu, mütləqiyyətin bu o rqanının da müstəmləkəçilik vasitəsi
olduğuna dəlalət edən əlamətlərdən biri id i.
1906-c ı ilin dekabrında Ba kı şəhəri quberniyasında hərbi vəziyyət
fövqəladə mühafizə vəziyyəti ilə əvəz olundu, müvəqqəti general-qubernatorluq isə
ləğv edild i.
Mütləqiyyət azadlıq hərəkatı ilə mübarizədə jandarma xüsusi yer verirdi.
O, milli və inqilabi təşkilatla r, tətil ko mitələrinin ü zvləri haq qında mə lu mat
toplayır, fəaliyyəti şübhəli görünən şəxslərin "siyasi etibarlılığını öyrən məklə"
məşğul olur, tətilçi fəhlələri həbs və sürgün edirdi.
Cənubi Qafqazda quberniya jandarm idarələri ilə yanaşı, axtarış
müəssisələri adlanan orqanlar da (1902-ci ildə Tiflisdə mühafizə şöbəsi, 1904-cü
ilin dekabrında Bakıda mühafizə məntəqəsi-qayda-qanun və ictimai asayişin
mühafizəsi üzrə məntəqə) yaradılmış, onların ştatları 1905-1907-ci illərin inqilabi
hadisələri dövründə xeyli genişləndirilmişdi.
Qubernatorlara torpaq sahiblərinin vəsatətləri üzrə və onların hesabına
kənd yerlərində polis vəzifələri təsis etmək və keşikçi ko mandaları yaratmaq
hüququ verilməsi barədə 1905-ci il 8 dekabr tarixli əmr Cənubi Qafqaz ərazisinə də
şamil ed ilmişdi.
Çar höku məti milli-azad lıq və inqilab hərəkatı ilə mübarizədə məhkəmə
orqanlarına, xüsusən də hərbi ədliyyəyə mühüm yer verird i. 1905-ci ilin martında
Bakıda müvəqqəti hərbi məh kəmə yaradılması barəsində sərəncam verildi, bu,
Cənubi Qafqazda ilk hərbi məhkəmələrdən biri oldu.
Hərbi məh kəmələrdə siyasi cinayətlərə baxılması özünün başgi-
cəlləndirici sürətinə görə "ədliyyənin tələsik atəşi" ləqəbini almışdı.
Hərbi məhkəmələrin gücləndirilmiş və ya fövqəladə mühafizə qaydaları
üzrə qald ırılmış işlərə aid hökmləri hərb i qubernator tərəfindən, ona tabe olmayan
yerlərdə isə qoşun komandanı tərə findən təsdiq olunma lı idi. Genera l-qubernatorlar
və ya qoşun komandanları edam cəzaları haqqında hökmləri təsdiq etmək hüququna
malik olsalar da, onları digər cəza ilə müstəqil olaraq əvəz edə bilməzdilər. Bunun üçün
imperatorun xüsusi əmri tələb olunurdu.
Baş hərbi məhkəməyə hərbi-dairə məhkəmələrinin hökmlərindən şikayət
etmək olardı. Lakin general-qubernator və ya qoşun komandanı hərbi mənafe və ya
ictimai intizamın mühafizəsi məqsədilə hökmün dərhal icrasını zəruri sayırdısa, kassasiya
şikayətini rədd edə bilərd i.
Çar hökuməti 1906-cı ilin yaz və yayında kəndli, əsgər və matrosların siyasi tətil
və inqilabi çıxışlarının yeni yüksəlişi ilə əlaqədar olaraq, narazılığın yeni dalğasını
qabaqlamaq məqsədilə məhkəmənin daha sərt cəza tədbirlərini həyata keçirməsinə qərar
verdi. Bu məhkəmələr yaddaşlarda hökumətin mütləqiyyət hakimiyyətini qoruyub saxlamaq
uğrunda apardığı vəhşi mübarizəsinin ən qatı təzahürü kimi iz qoydu.
84
Hərbi-səhra məhkəməsi müstəsna surətdə ancaq nizami ordu zabitlərindən,
yəni hüquqi bilikləri və mühakimə etmək səriştələri olmayan şəxslərdən təşkil edilirdi.
Burada işlərə prokuror və müdafiəçinin iştirakı olmadan baxılır, çıxarılan yeganə
qərar, demək olar ki, ölüm hökmü olur, onun icrası təsdiqi tələb edilmədən ən geci 24 saat
müddətində həyata keçirilirdi. Bu isə əfv o lmanı qeyri-mü mkün edirdi.
Yalnız fəhlələrin, əsgər və matrosların çar əleyhinə çıxışlarının güclü təzyiqi
hərbi-səhra məhkəmələrini nisbətən yumşaq cəza tədbirləri tətbiq etmək məcburiyyəti
qarşısında qoyurdu.
Əgər hərbi ədliyyə özünün bütün imkanları ilə ancaq hərbi qulluqçuların siyasi
cinayətləri və fəhlə-kəndli çıxışlarının rəhbərləri ilə mübarizə aparmağa qadir idisə,
inqilab iştirakçılarının kütləvi cəzalandırılmasının başlıca vasitəsi məhkəmədənkənar
inzibati özbaşınalıq idi. Çar hökuməti məhkəməsiz divan tutmaq üçün yerli hakimiyyət
orqanlarına verdiyi səlahiyyətləri genişləndirmişdi. Polis departamentinin 1905-ci il 30
noyabr tarixli əmri onları qubernatorlara məhkəmə orqanları tərəfindən həbs olunmamış
bütün qızışdırıcıları, təşəbbüskarları və inqilabın təşviqatçılarını həbs etmək, nəzarət al-
tında onları sürgün etmək barəsində təqdimatla müraciət etmək hüququ verməklə daha
da artırd ı.
İnqilabi və milli-azadlıq hərəkatın ın yüksəlişi dövründə Azərbaycan
cəmiyyətənin yüksək dairələrinin nü mayəndələri çar höku mətindən bəzi siyasi
güzəştlər almağa, o cü mlədən ö zünüidarə orqanlarında milli burjuaziyanın
iştirakına qoyulan məhdudiyyətləri ləğv etməyə ciddi səy göstərdi. Məsələn,
azərbaycanlı qlasnıların təkidi ilə 1906-cı ilin yanvarında Bakı şəhər duması
Cənubi Qafqaz şəhər özünüidarə orqanlarında müsəlmanların hüquqların ı xristian-
ların hüquqları ilə bərabərləşdirmək barəsində vəsatət qaldırdı. 1907 -ci ilin
martında Bakı du ması təkrarən belə bir addım atdı. La kin du manın bu vəsatətləri
çar höku mət orqanları tərəfindən rədd edildi. Azərbaycanlı q lasnıların seçilməsi
üzrə məhdudiyyətlər ancaq sadələşdirilmiş ictimai idarələrin bəzi orqanlarında ləğv
edildi. Məsələn, 1906-cı ildə Lənkəran şəhər sadələşdirilmiş ictimai idarəsinə
müvəkkillər seçilməsində qeyri-xristian müvəkkillərin sayını məhdudlaşdırmağa
icazə verild i.
Dostları ilə paylaş: |