153
§ 4. FƏHLƏ HƏRƏKATI. KƏNDLİ ÇIXIŞLARI
Müharibənin başlanması Bakı proletariatının bir ay yarımdan çox çəkən möhtəşəm yay
tətilinin, amansız cəza tədbirləri və təzyiqlərirı nəticəsində, zəifləməyə doğru getdiyi vaxta
düşdü. Şəhərdə səfərbərlik iyulun 18-də başlandı, orduya çağırılan minlərlə fəhlə səfər-
bərlik məntəqələrinin qarşısına yığılırdı. Hakimiyyət orqanlarının tətili dərhal
dayandırmaq üçün bütün tədbirləri görməsinə baxmayaraq, neft mədənlərinin 5159
fəhləsi, 10 neftayırma zavodunun 2523 fəhləsi, podrat qazımasının 1836 fəhləsi, mexaniki
emalatxanaların fəhlələri iyulun 20-dən sonra da tətili davam etdirirdilər. Ümumiyyətlə,
bu günlərdə 40 firmanın 10 minə yaxın fəhləsi tətili dayandırmamışdı.
Hakimiyyət orqanları Bakıdakı tətil hərəkatını ancaq avqustun ortalarında yatırmağa nail
oldu. Bakı fəhlələrinin I914-cü ilin avqustunadək çəkmiş tətil hərəkatı onların müharibə
əleyhinə çevrilmiş əhvali-ruhiyyəsinin ifadəsi idi.
Geniş kütlələrin iqtisadi və siyasi vəziyyətinin kəskin surətdə pisləşməsi tətil
mübarizəsinin yenidən yüksələcəyini labüd edirdi. Artıq 1915-ci ilin birinci yarısında 500
min nəfərdən çox adamın iştirak etdiyi 8 iqtisadi tətil baş vermiş və onların təşəbbüskarı neft
sənayesi fəhlələri o lmuşdu.
Bu dövrdə Nuxa ipək sənayesi fəhlələri iri çıxışlar keçirirdi. Aprelin 9-dan 20-dək
Nuxanın 16 fabrikinin 1270 fəhləsi tətil edirdi. Onların tələbi əmək haqqının artırılması, iş
gününün 1,5 saat qısaldılması idi
37
. İki aydan sonra, iyunun 9-da Nuxada tətillər yenidən baş-
ladı. Şəhərin əksər ipəksarıma müəssisələri fəhlələrinin qatıldığı bu tətil iyunun 21-dək
davam etdi və dövrün ən iri aksiyası oldu
38
.
1915-ci ilin yayından etibarən Bakı tətil hərəkatında dönüş başlandı və indiyədək
müstəsna olaraq neft sənayesi fəhlələri, qismən də dənizçilərin iştirak etdikləri bu aksiyaya
1915-ci ilin ikinci yarısında şəhərin digər müəssisələrinin də fəhlələri qoşuldular. 1915-ci
ilin payızında "Kaspi", "Trud" və Birinci mətbəə şirkəti mətbəə fəhlələrin in tətili uğurla
keçdi.
Tovuz sement zavodunun 180 nəfər fəhləsi sentyabrın 3 gününü işə çıxmayıb, 9 saatlıq
iş günü tətbiq olunmasını tələb etdilər. İqtisadi xarakterli tətillər Gədəbəy mis mədəni və
misəritmə zavodunda da baş vermişdi.
Bakıda tətil hərəkatının artması höku mət orqanların ı fəhlələrlə sahibkarlar
arasındakı konfliktlərə daha fəal şəkildə qarış mağa məcbur etdi.
Sentyabrın 17-si və 19-da Bakı qradonaçalnikinin dəftərxanasında prokuror,
baş fabrik müfəttişi, gəmiç ilik firmalarının sahibləri, sənayeçilərin nümayəndələri və
b. iştirakı ilə müşavirə çağırıldı. Müşavirədə qərara alındı ki, fəhlələrin əmək haqqı
müəyyən qədər artırılsın və eyni zamanda bütün fəhlələrə tətillərin təkrar olunacağı
halda hərbi mükə lləfiyyətlilərin cəbhəyə göndəriləcəyi, İran təbəələrinin isə Bakı
qradonaçalnikliyinin hüdudlarından kənara çıxarılacağı elan olunsun.
154
Bu hədələrə baxmayaraq, Bakıda tətil hərəkatı getdikcə güclənir, daha
geniş əhali kütlələrini əhatə edirdi. 1916-cı il fevralın 14-16-da şəhərdə həyəcanlar
baş verdi. Əksəriyyəti qadınlardan ibarət olan, aclıq və yo xsulluğun çıxılmaz
vəziyyətə gətirib çıxardığı ço xsaylı kütlə alverçilərin üzərinə hücum edərək
bazarları, mağazaları, ərzaq anbarları və dəyirmanları dağıtmağa başladı. Bu
həyəcanlarda şagirdlər, yerli qarnizonun əsgər və matroslarının bir hissəsi də iştirak
edirdi. Həyəcanları yatırmaq üçün Gəncə, Petrovsk və Temirxanşuradan Bakıya iri
hərbi qüvvələr gətirildi.
1915-c i ilin payızından Ba kı fəhlə lərinin ü mu mi kütləv i çıxış larına
hazırlıq gedirdi. Bu işdə mədən-zavod komissiyalarının mühüm rol oynamasını
planlaşdıran BK müharibəni başlayandan sonra amansız təqiblərə məru z qalmış bu
ko missiyaların bərpasına böyük əmək sərf edird i.
1916-c ı ilin yanvarında mədən və zavodlarda keç irilən y ığıncaqlarda fəhlə
təşkilatları seçildi, onların nümayəndələrindən Mərkəzi ko missiya yaradıld ı və o,
Bakı fəh lələrin in tələblərini hazırlamaq və ü mu mi tətili təşkil etmək işini ö z əlində
cəmləşdirdi.
1916-c ı ildə Bakıda tətillə rin sayı xey li art ıb 94 aksiyaya çat mış, nata ma m
məlu matlara görə, onlarda 13 min nəfərdən ço x adam-Bakı proletariatın ın
təxminən 1/4 hissəsi iştirak etmişdi. 1916-cı ilin əvvəllərində Nu xa fəhlələri yenə
də tətilə çıxd ılar.
Xəzər ticarət donanmasının dənizçiləri, bənnalar, konka işçiləri və b.
iqtisadi tələblərlə çıxış edir, neftçilərlə yanaşı, digər sənaye sahələrin in fəhlələri,
Azərbaycan qəzaları əhalisin in zəh mətkeş təbəqələri də mübarizəyə qoşulurdular.
1916-cı ildən işdən çıxarılmış fəhlələrin müəssisələrdə işinə qaytarılması, həbs
olunanların azad edilməsi, bəzi idarə qulluqçulannın işdən çıxarılması və i.a. tələblərin irəli
sürüldüyü tətillərin sayı artdı. Bunlarda bütün tətilçilərin təxminən 11 faizi iştirak etmişdi.
HSK-nın mərmi zavodunda (burada 400 fəhlə yoldaşlarının işdən çıxarılmasına etiraz olaraq
tətilə çıxmışdılar), Benkendorfun mexaniki zavodunda və b. müəssisələrdə siyasi tətillər
baş verdi.
Bakı fəhlələrinin 1916-cı il tətilləri 1915-ci il tətillərinə nisbətən daha çox kütləvi
xarakterdə idi. Qafqaz-Qara dəniz cəmiyyəti, Moskva-Qafqaz şirkəti (may ayında burada 850
nəfər tətil edirdi), Mirzəyev qardaşları və Mantaşev firmaları və başqa iri müəssisələrin
fəhlələrin mübarizəyə qoşuldular.
Sənayeçilər kütlələrin təzyiqi altında fəhlələrin zəhmət haqqının bir qədər
artırılmasına (əsasən hərbi əlavələrin hesabına) razılıq versələr də, hökumət orqanları ilə əlbirlik
edib tətilçilərə daha amansız divan tutur, həbslərə, cismani cəzalara, hərbi mükəlləfiyyətli
fəhlələrin cəbhəyə göndərilməsinə və s. tədbirlərə əl atırdılar.
1916-cı ilin payızında Bakı proletariatının tətil hərəkatında yeni yüksəliş müşahidə
olunurdu. Sentyabrda 9 firmanın 5,5 min nəfər fəhləsinin nümayəndələri tələblər irəli
sürməklə küçələrə çıxdı.
Bütün müharibə dövrü ərzində Bakıda ən çox (19) tətil 1916 ilin oktyabrında
155
baş verdi. Həmin ayda Rusiyada baş vermiş tətillərin 10 faizini təşkil edən bu tətillərdə 2
min nəfərdən çox fəhlə iştirak etmişdi. Noyabr ayında müəyyən durğunluqdan sonra
dekabrda tətilçilərin sayı 3 min nəfərə yaxınlaşdı. Bundan əlavə, 7325 nəfər fəhlənin, o
cümlədən Nobel qardaşları, Qafqaz-Qara dəniz cəmiyyəti, Xəzər şirkəti kimi iri
firmaların fəhlələri adından əmək haqqı və hərbi müavinət məbləğinin xeyli artırılması,
əlilliyə görə tam əmək haqqı ödənilməsi və i.a. tələblər irəli sürüldü
39
.
Neftin müəyyənləşdirilmiş qiyməti 1917-ci il yanvarın 1-dən artırıldı. Bu, neft
sənayeçilərinin daha çox gəlir götürməsi demək idi və Bakı fəhlələrinin qəzəbini daha da
artıraraq, ümumi tətil ideyasını kütlələr arasında xeyli populyarlaşdırd ı
40
.
Yanvarın 16-da partiya xadimləri və fəhlə nümayəndələrinin yığıncağında
Bakı proletariatının RSDFP Bakı Komitəsi və mədən-zavod komissiyaları nümayəndələri
tərəfindən işlənib hazırlanmış ümumi tələblərin layihəsi müzakirə olundu. Layihədə
fəhlə təşkilatlarına xüsusi bölmə həsr olunmuşdu, kollektiv müqavilələrin bağlanılması
üçün fəhlə müvəkkilləri şurasının seçilməsi tələbi irəli sürülürdü; fəhlə komissiyalarının
razılığı olmadan sahibkarlar fəhlələri işdən çıxara bilməzdilər. Elə həmin gün ümumi
tələblər layihəsinin müzakirə olunduğu yığıncağın iştirakçıları həbs edildilər. Səhərisi gün,
həbslərə etiraz əlaməti olaraq, "Nobel qardaşları" şirkətinin mexaniki emalatxanalarında
700 fəhlə tətilə başladı. Elə bu dövrdə də şirkətin kimya və toluol zavodları, çəllək
müəssisəsinin fəhlələri, elektrik stansiyası şirkətinin işçiləri onlara qoşuldular. Yanvarın
18-də tətil Balaxanı-Sabunçu rayonunun mədən-zavodlarını da əhatə etdi; saat 12-yə
yaxın bu rayonda 3523 nəfər tətil edirdi
41
. Yanvarın 19-da "Nobel qardaşları" şirkəti
gəmilərinin heyəti hemrəylik əlaməti olaraq gəmi və körpüləri tərk etdilər. Sonrakı
günlərdə tətil genişlənərək 57 müəssisəni əhatə etdi. 10606 nəfərin iştirak etdiyi tətilə su
kəməri, yanğınsöndürən və neftvurma müəssisələrinin fəhlələri də qoşulmuşdular. Bütün
tətilçilərin yekdil tələbi həbs olunanların azad edilməsi, eyni zamanda fəhlə komissiyaları və
fəhlə müvəkkilləri şurasının tanınması idi. Yanvarın 19 və 20-də hər birində 15-20 min
nəfərin iştirak etdiyi fəhlə mitinqləri keçirild i.
Heç bir hədə, hətta hərbi mükəlləfiyyətlilərin cəbhəyə göndərilməsi fəhlələri
qorxutmurdu. Hakimiyyət orqanları yanvarın 21-dən mədənlərə qoşun gətirməyə başladı.
Yanvarın 27-də qradonaçalnikin yanında keçirilmiş müşavirədə fəhlələrin qeyri-iqtisadi
xarakterli heç bir tələbinə güzəşt edilməməsi və üç gün ərzində işə başlamasalar, onların
hərbi hakimiyyət orqanlarının ixtiyarına verilməsi qərara alındı. Yanvarın 28-də canişin tətil
edən fəhlələrin cəbhəyə göndərilməsi zərurəti barədə imperatora teleqram vurdu və
müsəlman fəhlələrin hərbi-işçi dəstələrinə göndərilməsinə aid vəsatət qaldırdı. Elə həmin
gün II Nikolay bu xahişə razılıq verdi. Yanvarın sonunda təkcə "Nobel qardaşları"
şirkətinin tətil edən fəhlələrindən 200 nəfəri cəbhəyə göndərildi. Bakı fəhlələrinin tətili
1917-ci il yanvarın 31-də başa çatdı. Həbs olunmuş fəhlələrin bir hissəsi azad edildi
42
.
1917-ci ilin yanvarında Bakıda fəhlə hərəkatı bütün müharibə dövrü ərzində ən
yüksək səviyyəyə çatmış, bütövlükdə 87 müəssisəni, 22293 nəfəri (yəni bütövlükdə
1915-1916-cı illərdə olduğundan çox) əhatə etmişdi. 1917-ci ilin yanvarında tətil hərəkatı
bürümüş müəssisələrin sayına görə Bakı qradonaçalnikliyi Rusiyada birinci
yeri
156
tuturdu.
1917-c i il fevralın 15-də Gəncədə fəhlə həyəcanları başlandı Mahlıc istehsalı
ilə məşğul olan fəhlələrin, sonra isə dəmiryolçuların başladığı tətil fevralın sonunadək
davam etdi.
Müharibə illərində iqtisadi böhranın dərinləşməsi, zəhmətkeş kütlələrin
vəziyyətinin kəskin surətdə ağırlaşması və Azərbaycan kəndində sosial ziddiyyətlərin
kəskinləşməsi kəndli hərəkatının yüksəlişinə səbəb oldu. Azərbaycanın Bakı və bir sıra
qəza şəhərlərindəki fəhlə hərəkatı da buna ciddi təkan verd i.
1914-1917-ci illərdə qəzaların əksəriyyətini kəndli hərəkatı bürümüşdü. Köhnə
ənənəvi formalarla yanaşı, kəndlilərin bir sıra yeni mübarizə formaları meydana çıxd ı.
Lakin kəndli hərəkatının xarakteri bütövlükdə dəyişməmişdi. O, əvvəllərdə
olduğu kimi, yenə də açıq təzahür edən aqrar xarakter daşıyırdı. Kəndlilər ilk növbədə
kəskin ehtiyac duyduqları torpaq uğrunda mübarizə aparırdılar. Dövlət və mülkədar
torpaqlarının tutulması mübarizənin on geniş yayılmış formalarından biri idi.
Müharibə illərində ən iri kəndli həyəcanları Yelizavetpol quberniyasında və
Bakı quberniyasının Lənkəran və Quba qəzalarında baş verirdi. Bu həyəcanlar
kəndlilər və hökumət nümayəndələri, mülkədar-qolçomaq dəstələri arasında silahlı
toqquşmalarla müşayiət olunurdu.
Müharibə illərində əkin sahələri xeyli ixtisar olunsa da, kəndlilərin suvarma
suyu uğrunda mübarizəsi davam edirdi.
Müharibə illərində meşələrin özbaşına qırılması halları artıb ərazisində meşə
olan bütün qəzaları əhatə etdi. Özbaşına qırılan meşələrin sahəsi və buna görə
kəndlilərdən alınan cərimələr 1916-cı ildə 1913-cü ilə nisbətən təxminən iki dəfə
artmış, mülkiyyətin yandırılması halları da ço xalmışdı.
Müharibə illərində kəndlilərdə narazılığı gücləndirən səbəblərdən biri də
vergi və mükəlləfiyyətlərin həddən ziyadə artırılması idi. Kəndlilər kütləvi surətdə
vergiləri ödəməkdən və mükəlləviyyətləri yerinə yetirməkdən boyun qaçırır, çar
məmurlarına və polisə silahlı müqavimət göstərirdilər. Ordu və arxa işlərinə
səfərbərliklər, mal-qara və arabaların, taxıl və s. məhsulların fasiləsiz müsadirə edilməsi
kəndli həyəcanlarını gücləndirir, hökumət nümayəndələri ilə silah lı toqquşmalara
gətirib çıxarırdı.
Müharibə illərində qaçaqların - silahlı kəndli dəstələrinin çıxışları xüsusilə
kəskin xarakter alaraq, Azərbaycanın bütün qəzalarını əhatə etdi. Onlar amansız istismara,
hər cür sosial ədalətsizliyə qarşı mübarizə aparır, mütləqiyyətin vergi siyasətinə qarşı
çıxırdılar. Başqa sözlə, qaçaq hərəkatı torpaqdan istifadədə hökm sürən qarmaqarışıqlığa,
torpaq, suvarma suyu və meşə materialı çatışmazlığına, vergi və mükəlləfiyyətlərin
ağırlığına, onların toplanması zamanı yol verilən özbaşınalıqlara, polis məmurlarının zorakı
əməllərinə və s. qarşı yönəlmişdi.
Qaçaqlara əhalinin kömək və dəstək verməsi hərəkatın xəlqi sosial xarakterinə
dəlalət edir. Müharibə illərində Azərbaycanda xalq intiqamçılarının 40-dək dəstəsi fəaliyyət
göstərirdi. Qaçaq hərəkatının ən görkəmli başçılarından biri Qaçaq Süleyman Ağa Hüseyn
157
idi. O, öz dəstəsi ilə birlikdə Zəngəzur və Qarabağ bölgələrində çar müstəmləkəçiləri və
yerli istismarçılara qarşı 15 ildən çox partizan müharibəsi aparmışdı. 1916-cı ildə onun
dəstəsində 200 nəfərdən çox kəndli var idi.
Çar hökumət idarələri ona qarşı bütöv hərbi hissələr göndərirdi. 1917-ci ilin
fevralında hökumət orqanları muzdlu qatillərin əli ilə Qaçaq Süleymanın dəstəsinə divan
tutdular. Qaçaqlara rəğbət bəsləyən və kömək göstərən kəndlilər də amansızlıqla
cəzalandırıldılar.
Müharibə dövrünün kəndli hərəkatında qadınların rolu xeyli artmışdı. İlk növbədə
ərləri və oğulları orduya və müdafiə işlərinə səfərbər edilmiş qadınlar bu hərəkatda daha fəal
iştirak edirdilər. Qadınların çıxışları Cavanşir, Şuşa, Naxçıvan, Yelizavetpol, Zəngəzur və b.
qəzalarda baş vermişdi.
Cəbhədəki ağır vəziyyətə baxmayaraq, çar hökuməti kəndli hərəkatına qarşı bir
sıra tədbirlər görmək məcburiyyətində qalıb, onun daha geniş yayıldığı Bakı, Yelizavetpol
və Kutaisi quberniyalarında hərbi vəziyyət rejimi tətbiq etdi.
Müharibənin doğurduğu iqtisadi və siyasi böhran, günü-gündən artan fəhlə və
kəndli hərəkatı, Rusiyanın digər regionlarında olduğu kimi, Azərbaycanda da yeni inqilabi
şərait yarandığını göstərirdi.
158
IV FƏSİL
Dostları ilə paylaş: |