Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 8,38 Mb.
Pdf görüntüsü
səhifə29/72
tarix25.12.2016
ölçüsü8,38 Mb.
#2847
1   ...   25   26   27   28   29   30   31   32   ...   72
§ 2. SƏHİYYƏ 

 

Azərbaycanda  əhaliyə  tibbi  xid mət  aşağı  səviyyədə qalmaqda  idi,  dövlət 



səhiyyə  işlərinə  hədsiz  dərəcədə  cüzi  vəsait  ayırırd ı.  1903-cü  ildə  Qafqazın  hər 

bölgəsində  bir-iki  qəza  və  bir  neçə  kənd  həkimi,  bir  o  qədər  də  orta  tibb  işçisi 

fəaliyyət  göstərirdi.  Mətbuatda  qeyd  olunurdu  ki,  Zaqafqaziyanın   qəzalarında 

həkimlərin xid mətindən istifadə edənlər əhalin in 10 faizindən azdır. 

XX  əsrin  əvvəllərində,  Yelizavetpol  qubernatorunun  məlu matına  görə, 

27517  nəfərə  bir  həkim,  20815  nəfərə  bir  feldşer,  66902  nəfərə  bir  mama -həkim 

düşürdü.  1903-cü  ildə  bütün  Azərbaycanda  911  nəfər  tibb  işçisi  var  idi.  Onlardan 

266 nəfəri  -  29,2 faiz həkim, əsas hissə - 70,8  faiz isə orta təhsilli tibb  işçiləri  idi. 

Həkimlərin və orta təhsilli tibb işçilərinin  20 faizi dövlət tibb  müəssisələrində, bir 

çoxu  isə  hərbi  hissələrdə,  sərhəd  məntəqələrində,  dəmir  yolunda,  ticarət 

donanmasında və digər yerlərdə ça lışırdı. 

Təsadüfi deyild i ki, bütün həkimlərin  63 faizi və ü mu miyyətlə, bütün tibb 

işçilərin in  63,5  faizi  Bakıda  fəaliyyət  göstərirdi.  Burada  səhiyyə  sahəsində  baş 

verən  irəliləyişlər  neft-sənaye  strukturlarının,  şəhər  özünüidarəsinin,  eləcə  də 

sahibkarların şə xsi vəsaiti hesabına əldə edilmişdi. 

XX  əsrin  əvvəllərində  Bakı  ictimai  idarəsinin  nəzd ində  olan  Mixay lov 

xəstəxanası, doğu m evi, gö z müalicəsi şöbəsinə malik xəs təxana, uşaq xəstəxanası, 

əhalinin  yo xsul hissəsinə  xid mət göstərən  pulsuz ambulatoriyalar (ilk dəfə 1901-ci 

ildə açılmışdı), bir neçə əcza xana Bakı şəhər büdcəsi hesabına maliyyələşdirilirdi. 

1902-c i  ildə şəhər idarəsi nə zdində tibb  idarə lərinə rəhbərlik edən  xüsusi 

tibb-sanitar  bürosu  yaradılmışdı.  Gəncə  və  Şuşa  şəhər  xəstə xanaları,  Quba  və 

Şamaxıda  isə  ambulatoriya  fəaliyyət  göstərirdi.  Mədən-zavod  fəh lələrinə  Neft 

sənayeçiləri qurultayı Şurası  müəyyən tibbi yardım göstərirdi. Şuran ın Sabunçuda 

və  Qaraşəhərdə  xəstəxanaları,  b ir  neçə  ambulatoriyası  var  idi.  Qaraşəhər 

xəstəxanasının uşaq şöbəsi 1905-ci ildə uşaq xəstəxanasına çevrilmişdi. 

Bir  sıra  iri  neft -sənaye  firmalarında  fəhlələr  ambulatoriya  xid mətindən 

istifadə edird ilər. 

Hüquqi  şəxslər  (həkimlər,  sahibkarlar  və  s.)  Bakıda  qadın  və  göz 

xəstəxanaları, doğum ev i və s. açılmasına xeyli səy göstərmişdilər. 



 

 

184 



Görkəmli Azərbaycan kapitalisti M.Nağıyevin vəsaiti hesabına şəhərin kənarında 

xəstəxana tikilmişdi (1914-1918-ci illər). Hazırda bu xəstəxana onun adını daşıyır. 

Azərbaycan şəhərlərində,  xüsusən  Bakıda  əczaxanaların  açılması  əsasən  fiziki 

şəxslərin  adı  ilə  bağlı  idi.  Bakıda  keçirilmiş  1903-cü  il  siyahıyaalma  materiallarının 

məlumatına görə, şəhərdə tibb xidməti sahəsində 446 nəfər çalışırdı. Onlardan 167 nəfəri 

həkim (o cümlədən 56 diş həkimi), 299 nəfəri isə orta tibb xidmət işçiləri (feldşer, mama, 

tibb bacıları) idi. 

Tibb  işçilərinin  85  faizi şəhərin özündə,  15  faizi  isə neft-mədən  rayonlarında 

fəaliyyət göstərirdi. 

Diş həkimlərinin yarıdan çoxu qadınlar idi. Orta tibb işçiləri sırasında da onların 

xüsusi çəkisi yüksək idi. Əczaxanalarda çalışanların sayı isə 113 nəfər idi ki, onların da 

böyük əksəriyyəti şəhərdə işləyirdi. 

Bakı həkimlərindən  21  nəfəri tibb doktoru  idi.  Demək  olar  ki, həkimlərin  çox 

hissəsi eyni  zamanda  xüsusi qəbulla  da  məşğul  olurdu. Orta  tibb  işçilərindən də  xüsusi 

qəbulla məşğul olanlar az deyildi. 

Sonrakı illərdə hökumətin səhiyyə sahəsindəki siyasəti, demək olar ki, dəyişməz 

qaldı.  1904-cü  ildə  Dövlət  Şurasının  "Zaqafqaziyada  kənd  həkimliyi  sahəsindəki 

dəyişikliklər haqqındakı qərarı" da elə bir yenilik gətirmədi. Bu qərara görə, 1904-cü ildə 

tibb  müəssisələri şəbəkəsi hökumət hesabına deyil,  fiziki  şəxslərin hesabına nisbətən ge-

nişlənməli idi. 

1905-ci  ilin  sonunda  Rusiyanın  maliyyə  orqanları  Azərbaycanın  iki 

quberniyasında hər qəzada qəza hakimləri və  iki feldşer olması barəsində  vəsatət qaldırdı. 

Belə bir şəraitdə tibb işçilərinin sayının əsaslı surətdə artırılması, bu sahədə milli kadrların 

hazırlanması barəsində heç söhbət də gedə bilməzdi. Buna baxmayaraq, yeni yüzillikdə 

azərbaycanlılardan da  tibb  işçilərinin  formalaşdığını görürük.  Köhnə  kadrlarla yanaşı, yeni 

kadrlar  nəslinin  yetişməsi  prosesi  gedirdi.  Tibb  sahəsində  1877-ci  ildə  Peterburq  Tibb 

Cərrahlıq  Akademiyasını  bitirmiş,  böyük  həkimlik  təcrübəsinə  malik  doktor  Əbdülkərim 

Mehmandarov çalışırdı.  1883-cü  ildən başlayaraq  Qarabağda  işləmiş Ə.Mehmandarov  eyni 

zamanda Şuşa şəhər və qəza həkimi vəzifəsində fəaliyyət  göstərmişdi. Artıq 1917-ci ildə 

onun bu sahədəki əmək stajı 35 il idi. 

1904-cü  ildə  Xarkov  Universitetini  bitirmiş  Xudadat  bəy  Rəfibəyli  görkəmli 

tibb xadimi idi. O, 1907-ci  ilin payızına qədər həmin universitetin cərrahlıq klinikas ında 

çalışdıqdan  sonra  Gəncəyə  gəlmiş  və  1918-ci  ilə  qədər  Gəncə  şəhər  xəstəxanasına 

başçılıq  etmiş,  daha  sonra  isə  ADR  hökumətində  xalq  səhiyyə  naziri  vəzifəsini 

tutmuşdu. 

Azərbaycanlı həkimlərin böyük əksəriyyətinin fəaliyyəti Bakı şəhəri ilə bağlı 

olmuşdu.  Onlardan  Məmməd  Rza  Vəkilov  ictimai  təbabət  sahəsindəki  xidmətlərinə 

görə  geniş  şöhrət  qazanmışdı.  Şəhər  zəhmətkeşləri  üçün  pulsuz  müalicə  otaqları 

yaradılmasının təşəbbüskarı olan M.R.Vəkilov 1901-ci  ildən başlayaraq onların ikisinə 

başçılıq  etmişdi.  O,  dəfələrlə  şəhərin  tibb-sanitariya  işini  yenidən  qurmaq,  zəhmətkeş 

kütlələrə  pulsuz  səhiyyə  xidməti  göstərmək  barəsində təkliflərlə  çıxış  etmişdi.  Doktor 



 

 

185 



Vəkilovun səyi nəticəsində 1903-cü ilin əvvəllərində Bakıda fəaliyyət göstərən iki ambu-

latoriyadan başqa, daha  dörd belə tibb  müəssisəsi  açılmışdı.  1907-ci  ildə yenə də onun 

təklifi  ilə  Bakı duması Mixaylovski  xəstəxanasını genişləndirmək üçün şəhər ətrafında 

torpaq  sahəsi  almaq  barəsində  qərar  çıxarmışdı.  M.R.Vəkilovun  irəli  sürdüyü  təklifləri 

Bakı  duması  deputatları  H.B.Məlikov  (Zərdabi),  Ə.M.Topçubaşov  və  başqaları  fəal 

müdafiə edirdilər. 

1901-ci  ildə  Moskva  Universitetinin  tibb  fakültəsini  bitirmiş  Həsən  bəy 

Ağayev  1902-ci  ildən  Bakıda  həkimlik  fəaliyyətinə  baş lamış,  1903-1907-ci  illərdə 

kasıblara xid mət edən dördüncü xəstəxanaya başçılıq etmişdi. H.Ağayev təbabəti xalqa 

yaxınlaşdırmaq, zəhmətkeş kütlələr arasında yoluxucu xəstəliklərin qarşısını almaq, əhali 

arasında  tibbi  bilikləri  yaymaq  və  s.  üçün  var  qüvvəsi  ilə  çalışırdı.  Sonrakı  illərdə 

H.Ağayev Gəncədə şəhər həkimi vəzifəsində çalışmışdı. O,1913-cü ildə Qafqaz şəhərləri 

nümayəndələrinin qurultayında "Gəncə şəhərində  həkim-sanitariya  işinin  təşkili  haq-

qında" məru zə ilə  çıxış et mişdi. 

XX  əsrin  əvvəllərində  Bakı  tibb  müəssisələrində  Əbdülxalıq  Axundov  və 

Bəhram  bəy  Axundov  işləmiş,  eyni  zamanda  xüsusi  qəbulla  məşğul  olmuşdular. 

Əbdülxalıq  Axundov  Bavariyada  və  Derpt  (indiki  Tartu)  Universitetində,  Bəhram  bəy 

Axundov isə Paris Universitetində təhsil almışdı. B.Axundov 1916-cı ildə Bakıda hərbi 

xəstəxanaya başçılıq etmişdi. 1900-cü ildən Bakıda həkim diplomunu almış Qarabəy 

Qarabəyov  fəaliyyətə  başlamışdı.  O,  əsasən  rus-Azərbaycan  (türk-müsəlman) 

məktəblərində işləmiş, yoxsullara  xidmət göstərmiş, eyni  zamanda  xüsusi qəbulla  məşğul 

olmuşdu. Tehran  Universitetinin  məzunu  (1900-cü  il)  A.Səhhət də  Şamaxıda həkimlik 

etmişdi. Məlum olduğu kimi, görkəmli ictimai xadim Əli bəy Hüseynzadə də ixtisasca 

həkim id i. 

Odessa  Universitetində  təhsil  almış  N.Nərimanov,  1915-ci  ildə  Kazan 

Universitetinin  tibb  fakültəsinin  bitirmiş  S.M.Əfəndiyev  də  səmərəli  təbib  fəaliyyəti 

göstərmişdilər. 

İlk azərbaycanlı diş həkimləri də meydana çıxmağa başladı. Onlardan biri əvvəllər 

müəllim  olmuş,  sonra  Kazan  şəhərində  diş  həkimliy i  kursunu  bitirmiş,  Bakı 

müalicəxanalarında pulsuz xidmət göstərən Məmməd bəy Səlimbəyov idi. 

Həmin  dövrdə və sonrakı  illərdə  Bakının  tibb  müəssisələrində  üçüncü şəhər 

xəstəxanasının  müdiri  Məmməd  bəy  Qayıbov, həmin  xəstəxananın  həkimi  Əli  Heydər 

Cavadov, Bəybala bəy Sultanov (birinci şəhər xəstəxanası), sanitar həkimlər Bahadur bəy 

Əliverdibəyov və Mustafa ağa Şərifov, Mixaylovski xəstəxanasının həkimləri Bahadur bəy 

Qayıbov və İlyas Cəfərov (göz xəstəlikləri şöbəsi), xəstəxana direktoru Məlik bəy Sultanov, 

Xosrov bəy Sultanov işləmişlər. Musa bəy Rəfiyev və Kərim bəy Sultanov 1916-cı ildə 

Bakıda hərbi xəstəxanaların rəhbərləri olmuşdular. 1915-ci ildə Sultan Məcid Əfəndiyev 

Kazan Universitetini bitirmiş və həkim diplo mu almışdı. 

Birinci dünya müharibəsi ərəfəsində və müharibə illərində Lənkəran, Cavanşir, 

Naxçıvan  qəzalarında  Əli  Cəmil  Ləmbəranski,  Əsədulla  bəy  Şahtaxtinski  və  başqaları 

həkimlik etmişdilər. 



 

 

186 



Azərbaycanlı  həkimlərin  bəziləri  ictimai  işlərdə  fəallıq  göstərmiş,  Bakı şəhər 

Dumasının deputatları olmuşdular.  Onların bəziləri Azərbaycan  Demokratik  Cümhuriyyəti 

parlamentinin üzvü seçilmiş, höku mətdə mühüm vəzifələr tutmuşdular. 

Başqa  millətlərin  bəzi  nümayəndələri  də  Azərbaycanda  səhiyyə  işinin 

inkişafında, əhaliyə tibbi xidmətin yaxşılaşdırılmasında müəyyən rol oynamışdılar. Onların 

çoxu  uzun  müddət öz taleyini Azərbaycanla bağlamış, tibb  kadrlarının hazırlanmasında və 

yetişməsində  fəal  iştirak  etmiş,  xüsusən  Bakıda  tibbi  müəssisələrin  təşkilində  və  onlara 

rəhbərlik edilməsində mühüm xidmət göstərmişlər. 

Onlar  cərrahiyyə  işinin  təşkili,  göz,  qadın,  uşaq  və  digər  xəstəliklərin 

müalicəsində gərgin əmək sərf etmişlər. Onların bəziləri kənd yerlərində də işləmiş, bir 

çoxları ADR hakimiyyəti dövründə və sonrakı illərdə də Bakıda fəaliyyət göstərməkdə 

davam  etmişdilər.  Onlardan  Y.K.Varşavskini,  A.Y.Qalkini,  Y.Y.Gindesi, 

S.Q.Caparidzeni,  A.N.Zaytsevi,  L.B.Faynberqi,  L.R.Kobılyanskini,  A.L.Koqanı, 

D.T.Salikovu və başqalarını göstərmək olar. 

Uzun illər boyu Azərbaycan səhiyyəsində fəaliyyət göstərmiş qadın həkimlər 

içərisində azərbaycanlı qadınlar, demək olar ki, olmamışdı. İlk azərbaycanlı həkim qadın - 

Sona  Rəhimova  1908-ci  ildə  Peterburqda  Tibb  İnstitutunu  bitirmişdi,  ondan  sonra 

həkimlik  pilləsinə  qalxan  Sona  xanım  Axundova  isə  1914-cü  ildə  Kiyev  Uni-

versitetində təhsil alırdı. 

Kurslarda  həkimlik  təhsili  almış  və  həkim  köməkçisi  rütbəsini  daşıyan  ilk 

müsəlman  qadın  Bibi  Raziyə  Kutluyarova-Süleymanova  1900-cü  ildə  Bakıya  gəldi. 

1905-ci  ildə  Bakı  şəhər  idarəsi  Əminə  xanım  Batırşinanı  Bakıya dəvət etdi.  O,  1904-cü 

ildə Peterburq Qadın Tibb İnstitutunu bitirərək, müsəlman qadınlar arasında birinci ola-

raq həkim diplomunu almışdı. Əvvəlcə o, sanitar həkimi vəzifəsində çalışmış, sonra isə 

üçüncü  şəhər  pulsuz  xəstəxanasında  xidmət  etmişdi.  Bakıda  qadın  həkimlərdən 

V.M.Korona,  Y.P.Krutikova,  K.İ.Levenson,  M.B.Feynberq  və  başqaları  məşhur  idilər. 

Bəzi qadın həkimləri Gəncə, Şəki, Şamaxı, Salyan və başqa yerlərdə də işləmişdilər. 

Əczaçılıq  sahəsində  milli  kadrlar  yox  idi.  Bakı  xüsusi  əczaxanalarında 

çalışanların 64 faizindən çoxu avropalılar idi. 

Orta təhsilli tibb kadrlarından hazırlanan mütəxəssislər əsasən kənd yerlərində 

işləyirdilər.  Aslan  bəy  Məmmədbəyov,  Pənah  bəy  Quluxanov,  Məcid  bəy  və 

Əbdürrəhman  bəy  Vəkilovlar,  Əli  Əliyev,  Aslan  Mahmudov,  Məsim  Şıxıyev  və 

başqaları orta təhsilli tibb işçiləri idilər. Orta təhsilli tibb işçiləri arasında azərbaycanlı 

qadınlar da olmuşdu. 

Ümumiyyətlə,  bu  mühüm  sahənin  kadrlarla  təminatı  mütləqiy yətin  sosial 

siyasətini  parlaq  surətdə  əks  etdirir,  daha  dəqiq  desək,  milli  kadrlar  hazırlanmasını 

nəzərdə tutan siyasət aparılmamasını bir daha təsdiq edir. 

Azərbaycanda səhiyyə  işinin  az-çox  inkişafında  ictimaiyyətin göstərdiyi səy 

və  yardımın  böyük  rolu  olmuşdu.  Əsrin  əvvəllərində  bir  qrup  həkim  və  ictimai 

xadimin  səyi  nəticəsində  "Uşaq  ölümünə  qarşı  mübarizə  ittifaqı"  adlı  xeyriyyə 

cəmiyyəti yaradılmışdı. Bu  ittifaqa doktor Y.Y.Gindes başçılıq ed ird i. 1914-cü ildə 



 

 

187 



bu  cəmiyyətin  sanatoriyası  açılmış,  uşaq  xəstəxanası  binas ının  tikintisinə  başlan-

mışdı.  İlk  uşaq  xeyriyyəçilik  təşkilatı  "Körpələr  evi"  (" Yasli")  idi.  "Uşaqları 

himayə  cəmiyyəti"  kimsəsiz  uşaqları  h imayə  ed ird i.  Hər  iki  cəmiyyətin  işində 

H.Z.Tağıyev,  Ə.M.Topçubaşov,  Bakı  sənayeçiləri  və  ziyalıların ın  nü mayəndələri 

iştirak  edirdilər.  Hələ  1898-ci  ildə  yaradılmış  Bakı  həkimləri  cəmiyyəti  səhiyyə 

sahəsində  mühüm  elmi  və  təbliğati  iş  aparır,  tibb  müəssisələri  həkimlərinin  ixti-

sasını artırmaq üçün məktəb rolu oynayırdı.  1914-cü ildə X.  Rəfibəyovun başçılığı 

altında  Gəncədə  Tibb  cəmiyyəti  yaradıldı.  Onun  banilərindən  biri  və  katibi 

H.Ağayev idi. 

Beləliklə,  ictimai və  xüsusi təbabət sahəsində həyata keçirilmiş tədbirlər, 

onun  inkişafı  üçün  göstərilmiş  xeyriyyəçi  və  elmi-praktik  yardımlar,  sözsüz  ki, 

ümidverici amillər  idi. Ancaq səhiyyənin vəziyyəti, bütövlüklə götürüldükdə, hələ 

xalq ın  ehtiyacını  ödəmə kdən.  çox  uzaq  id i.  Bu  sosial  sahənin  inkişafı  üçün  bütün 

işləri yenidən qurmaq, xüsusi inkişaf proqramın ı həyata keçirmək lazım idi.  

 

 

 



 

 

 



Yüklə 8,38 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin