MƏDƏNİYYƏT
§ 1. MAARİF
Azərbaycanda xalq təhsilinin inkişafına XX əsrin əvvəllərində olan sosial-
iqtisadi yüksəliş təkan verdi. Xalq maarifinin bütün sahələri ölkədə inkişaf edən azadlıq
hərəkatının təsiri altında idi. Hərəkatın vüsətindən asılı olaraq hökumət gah cəza tədbirlərinə əl
atmağa, gah da bəzi liberal güzəştlərə getməyə məcbur olurdu. Lakin təhsil sistemindəki
ruslaşdırma siyasəti şagirdlərin dini-monarxist tərbiyə prinsiplərindən kənara çıxmasına yol
vermirdi. Çünki çar Rusiyasının müstəmləkəçi mənafeyi təhsil-xalqın maariflənməsi kimi
strateji bir sahəni özünə əlverişli bir şəkildə və istiqamətdə qurub dəyiş dirməyi tə ləb
edirdi.
Hökumətin daxili siyasi kursunda nəzərə çarpan dəyişikliklər ilk növbədə təhsil
haqqında qanun və qərarlarda, Xalq Təhsili Nazirliyinin əmr, sərəncam və göstərişlərində,
sonra isə Qafqaz təhsil dairəsinin fəaliyyətində öz əksini tapırdı.
XX əsrin əvvəllərində Azərbaycanda təhsil şəbəkəsinin ibtidai məktəblərində
tədrisin müəyyən yüksəlişi, ümumi orta və texniki-peşə təhsilinin, məktəbdənkənar və
mədəni-maarif müəssisələrinin genişlənməsi davam edirdi.
Xalq maarifinin inkişafı çarizmin bilərəkdən yaratdığı bir sıra maneələrdən
keçməli olurdu. Onların ən mühümü hökumətin maarifə buraxdığı vəsaitin məhdudluğu idi.
Belə ki, bu vəsaitdən hər adama düşən pay 1902-ci ildə Bakı quberniyasında 79,3,
Yelizavetpol quberniyasında 97 qəpik idi. Zaqafqaziyada polisi saxla maq üçün ildə orta
hesabla 4,4 milyon rubl xərcləyən hökumət xalq maarifinin ehtiyacları üçün ən çoxu 1,7
milyon rubl ayırırdı.
1903-cü il siyahıyaalmasının məlumatlarına görə, Azərbaycanın ən inkişaf etmiş
sənaye mərkəzi Bakıda (mədən ərazisi istisna olunmaqla) öz zəh məti ilə yaşayan
əhalinin 53,3 faizi tamamilə savadsız idi, həm də bu siyahıda azərbaycanlılar
axırıncı yeri tuturdular (19,3%).
1
Əhalinin sayı artdıqca təhsilə o lan tələbat artır, məktəblərin sayı ço xalırd ı.
Azərbaycan əhalisi, xüsusən kəndlərdə yaşayanlar öz uşaqların ı ənənəyə uyğun
olaraq mo lla xanalara verir, onların doğ ma dildə savadlanmasına və d ini tərbiyəsinə
ümid bəsləyirdilər. Əvvəllə r o lduğu kimi, rus məktəblərinə daxil o lana qədər
mo llaxanalara getmək təcrübəsindən istifadə olunurdu.
Rəsmi məlu mata görə, XX əsrin əvvəlində məktəblər azərbay canlı
uşaqların xeyli hissəsini əhatə edird i. Təkcə Yelizavetpol quberniyasında 1914-cü
ilin sonunda 192 müəllimi və 5188 şagirdi olan 153 məktəb var idi. Şuşada (1901-
ci il), Gəncədə (1906-cı il), Bakıda (1907-ci il) yeni məd rəsələr açılmışdı. 1914-cü
ildə Gəncə mədrəsəsində beş müəllimin rəhbərliy i altında 110 şagird d ini
fəaliyyətə, habelə arzularından asılı olaraq, məktəblərdə dərs deməyə
159
hazırlan ırdılar
2
.
Köhnə məktəblər, sayca nisbətən çox olmasına baxmayaraq, ö z
mövqelərini itirir, ü mu mtəhsil ibtidai məktəbləri və yeni üsulla işləyən məktəblər
tərəfindən sıxışdırılırd ı.
Yeni üsullu məktəblər 1900-cü ildə Şamaxı qəzasının Mərəzə kəndində,
1905-c i ildə Salyanda, 1907-c i ildə Lən kəranda, 1908-ci ildə Şa ma xı və Ağdaşda,
1909-cu ildə Şə ki, Gəncə, Gədəbəy və Bala kəndə, 1913-cü ildə Qa x, Zaqatala və
başqa yerlərdə açıld ı
3
. Bəzi hallarda, məsələn, yerli əhalinin xahişi ilə, onlara rus dili
müəllimləri də dəvət olunurdu (1911-ci ildə Naxçıvanda, 1913-cü ildə Şəkidə və
Zaqatalada)
4
.
Uşaqları, xüsusən qızları ü mu mtəhsil ibtidai məktəblərinə cəlb edənlərə
qarşı mübarizə aparan mövhumatçı müsəlman ruhaniləri eyni zamanda yeni üsullu
məktəblərə qarşı çıxır, onları "islam ruhuna zidd" hesab edir, müəllimləri ənənəvi
təhsil üsulundan əl çəkmə lərinə görə günahlandırıb lənətləyirdilər. Yeni üsullu
məktəblərdə parta qoyulması da onların narazılığına səbəb olurdu. Lakin onların
əksinə olaraq Cənubi Qafqazın ali ruhanilərindən şeyxülislam A xund Əbdülsalam
Axundzadə, Molla Məhəmməd Pişnamazzadə, Müfti Hüseyn Əfəndi Qay ıbov, öz
dövrlərində yüksək təhsilli adamları kimi, xalqın maariflən məsinə hər cür şərait
yaratmağa çalışır, Qurana, Məhəmməd peyğəmbərin hər bir müsəlmanın biliklərə
yiyələnməyə çalışmalı olması barəsində vəsiyyətlərinə əsaslanırdılar.
Mövcud əsasnamələrə görə, xalq məktəblərinin direktorları məktəblərə ciddi
nəzarət etməli idilər. Hökumət ruhani məktəblərində tədris prosesinin gedişinə qarışmır,
xalq arasında böyük təsiri olan müsəlman ruhanilərini narazı salmaqdan çəkinirdi.
Bütün imperiyada olduğu kimi, Azərbaycanda da məktəb şəbəkələrinin
genişlənməsi ibtidai məktəblər hesabına baş verirdi. Belə məktəblər həm şəhərlərdə, həm
də kəndlərdə, bir çox hallarda isə paralel şöbələrin və nisbətən yuxarı (ikinci və üçüncü)
siniflərin artıq fəaliyyət göstərdiyi tədris müəssisələrində açılırdı.
1914-cü ildə Bakı quberniyasında 448 ibtidai məktəbdən yalnız 28-i ikisin ifli,
qalanları isə birsinifli id i
5
.
İbtidai məktəblərin çatışmazlığı aktual problem olaraq qalmaqda idi. Siniflərə həddən
çox sayda uşaq götürülürdü. 1905-ci ildə Bakı Mixaylov şəhər məktəbində 200 əvəzinə 575
şagird təhsil alırdı
6
. 1905-ci ildə Bakı quberniyasının nazirlik məktəblərində "yer yox-
dur" qeydi ilə 1623 müraciətə rədd cavabı verilmişdi.
Şəhər məktəblərinin çoxu (16-sı) Bakı şəhərində idi və 1914-cü ildə onlarda
1942 şagird təhsil alırdı.
1915-ci il yanvarın 1-də Bakı və Yelizavetpol quberniyalarında Xalq Təhsili
Nazirliyinin sərəncamında 103 şəhər və 609 kənd ibtidai məktəbi var idi. Bu məktəblərdə
46530 şagird təhsil alırdı kı. onlardan 1427 nəfəri qız (28,3 faiz) və 15 776-sı (34 faizi)
azərbaycanlı id i
7
.
1900-cü il yanvarın 1-nə nisbətən bu quberniyalarda ibtidai məktəblərin sayı 557
(4,6 dəfə çox), şagirdlərin sayı 15805 (4,1 dəfə çox), qızların sayı 10944 (6 dəfə çox),
160
müsəlmanlar 13339 nəfər (6,4 dəfə çox) artmışdı. Göstərilən quberniyaların 1,6 milyon
nəfərdən çox müsəlman əhalisinə (bütün əhalinin 66 faizinə) cəmi 373 məktəb, deməli,
hər 1718 nəfərə bir məktəb düşürdü. Beləliklə, məktəbyaşlı uşaqların 9,9 faizi ibtidai
məktəblərdə təhsil alırdı
8
.
Məktəb binalarının çatışmazlığı və bir çox yerlərdə ümumiyyətlə yoxluğu da
xalq təhsilinin inkişafına mane olurdu. 1914-cü ildə Bakı quberniyasında 377 məktəbdən
yalnız 137-sinin (33,6 faizinin), Yelizavetpol quberniyasında isə 325 məktəbdən 68-nin (20,9
faizinin) öz binası var idi
9
. Qalan məktəblər kirayəyə götürülmüş evlərdə yerləşirdi ki,
onların da ço xu məktəb üçün yararsız o lub sanitariya-gig iyena tələblərinə cavab
vermirdi.
XX əsrin başlanğıcında əvvəlki illərə n isbətən ibtidai məktəblə rin
ixtisaslaşdırılması həyata keçirilirdi. Yerli şərait və tələbat, həmçin in təlim
rəhbərləri olduqda şagirdlər, xüsusən kənd yerlərində sənət öyrənməyə (çəlləkçi,
çilingər, yəhərçi, dülgər-xarrat və s.) və kənd təsərrüfatı işlərinə (bağbanlıq, əkinçilik,
qoyunçuluq, üzümçü lük, ipəkçilik) qoşulurdular.
Qız məktəblərində əl işi, səbəthörmə, konservləşdirmə, həmçinin
toxuculuğu və xa lçaçılıq la (xüsusən Şuşada) məşğul olurdular.
Bütün bu məşğuliyyətlər əksər hallarda aşağı savad səviyyəsi ilə
kifayətlən məyə məcbur olmuş uşaqlara kənd yerlə rində la zım olan vərdişləri və
təsərrüfat işlərinə dair müəyyən biliklər aşılayırdı. Eyni zamanda təcrübi
məşğələlər ü mu mtəhsil biliklərinə yiyələn məyə mane olur, deməli, təhsili davam
etdirmək üçün çox da böyük olmayan imkan ı daha da azaldırdı.
XX əsrin əvvəllərində Azərbaycanda həmçinin kilsə-məhəllə məktəbləri
də fəaliyyət göstərirdi. On lar əsasən xaçpərəst əhali üçün olan pravoslav və erməni
(qriqoryan) məktəbləri id i.
Azərbaycanda 1912-ci il Əsasnaməsinin tətbiqi ilə əlaqədar o laraq, "1872-
ci il Əsasnaməsi" üzrə yarad ılmış və biliklərə artan tələbatı ödəmək iqtidarında
olmayan şəhər məktəbləri əsasında ali ibtidai məktəblər ad lanan təhsil ocaqları
yaradıldı.
Yeni məktəblər dördillik id i və 3-4 sin ifli ibtidai məktəblərin sonrakı
pilləsini təşkil ed irdi. Dərslər ayrı-ayrı mövzu lar ü zrə keçirilird i. Proqrama
təbiətşünaslıq, coğrafiya, fizika, riyaziyyat, həndəsə, ümu mi tarix ü zrə məlu matlar
və s. fənlər daxil idi. Bu məktəblərin I-III sinif şagird ləri ü mu mtəhsil o rta
məktəblərinin müvafiq siniflərinə qəbul oluna bilərd ilər. Təhsil ku rsunu bitirənlər
isə xarici dildən imtahan verib peşə-texniki məktəblərinə və ya müəllimlər
seminariyasına daxil o lmaq hüququna malik id ilər.
1915-c i ilin başlanğıcında Ba kı, Gəncə, Quba, Lən kəran, Na xç ıvan, Nu xa,
Şamaxı və Şuşada 12 ali ibtidai məktəb fəaliyyət gös tərirdi. Onlardan biri Bakıdakı
qadın ali ibtidai, ikisi qarışıq, qalanları isə kişi məktəbi idi. Bütün bu məktəblərdəki
1669 şagirdin ço xu kəndli silkinə daxil idi və yaln ız 659-u (39 faizi) azərbaycanlı
idi.
161
Bakıdakı üç şəhər məktəblərindən birində - Q.Mah mudbəyovun başçılıq
etdiyi Alekseyev məktəbində 1914-cü ildə 472 oğlan oxuyurdu. Xeyli şagirdi olan ilk
dörd sinifin hər birinə 52-53 şagird düşürdü
10
. Müəllimlər əsasən təcrübəli, uzun illər boyu
ənənəvi olaraq "rus-tatar" məktəbləri adlanan, türk-müsəlman uşaqların oxuduğu, ana
dilinin - Azərbaycan türk dilinin öyrənildiyi məktəblərdə dərs de miş mütə xəssislər idi.
Orta təhsilə ilk pillə olan bu mərhələ pullu idi. İllik təhsil haqqı Qubada 50
manata, Bakının ali ibtidai məktəbində isə 12 manata bərabər idi.
Nəzərdən keçirilən dövrdə hökumətin xalq təhsilinə olan xərcləri yerli idarə
orqanlarının, müxtəlif cəmiyyətlərin, xüsusi firmaların hesabına keçirmək ənənəsi xeyli
gücləndi. Bu, məktəblərin inkişafına mənfi təsir göstərirdi. Çünki çox vaxt məktəb
vergilərini ödəməyə imkanı olmayan kəndlilər sərəncamlarına verilmiş məktəblərin
saxlanılmasından boyun qaçırmaq məcburiyyətində qalırdılar.
Bakının mədən-zavod rayonunda məktəb şəbəkəsi çox yavaş genişlənirdi.
1905-ci ildə burada 20 məktəb var idi
11
. 1904-cü ildən H.Z.Tağıyevin Əhmədli
kəndindəki pambıq lifi emalı zavodunda, 1909-cu ildə Pirallahı adasında, "Nobel
qardaşları‖nın mədənində yeni məktəblər açılmışdı
12
.
1912-ci il ərəfəsində Bakı neft sənayeçilərinin qurultayı Şurasının (BNSQŞ)
ixtiyarında olan məktəblərin sayı 9-a, şagirdlərin sayı isə 2328-ə çatmışdı. Onlardan 959
nəfəri qız və yalnız 76-sı azərbaycanlı (türk-müsəlman) oğlan idi
13
. 1906-1907-ci təhsil ilində
"yerli" siniflər adlanan təşkilatın təşəbbüsü müvəffəqiyyət qazanmadı, çünki mü xtəlifdilli
müsəlman şagirdlərə təhsil vermək üçün müəllim tapılmadı. 1910-cu ildə BNSQŞ-nin
məktəblərində "yerli" siniflər bağlandı və onlar rus dili bilməyən "yerlilərin" hazırlıq
şöbələrinə çevrildi
14
.
Ümumiyyətlə, mədən-zavod rayonunda məktəbyaşlı uşaqların cəmi 36 faizi
məktəbə gedirdi.
BNSQŞ-nin məktəbləri xüsusi binalarla, daimi müəllimlərlə, lazımi əmlakla,
tədris vəsaiti ilə digər ibtidai məktəblərin çoxuna nisbətən yaxşı təmin olun muşdu.
1908-ci ildə BNSQŞ-nin 27-ci qurultayının qərarına əsasən rəqabət mübarizəsinin
gedişində neft rüsumunu ödəməyən firmalarda işləyənlərin uşaqlarının təhsili üçün ildə 50
manat verilməli idi. Bunun nəticəsində 1540 şagirddən 600 nəfəri bu məktəblərdən
çıxarıldı
15
.
1915-c i ildə keç irilmiş Bakı neft sənayeçilərin in 34-cü qurultayında qeyd
olunurdu ki, neft sənayeçilərindən böyük gəlir, o cü mlədən bir milyon manatdan
çox 2 faizli zemstvo xərci götürən xəzinə onun ən adi mədəni tələbləri üçün heç nə
xərcləmir.
Xalq
Maarifi
Na zirliy i
sistemində
"rus-tatar"
(rus-azərbaycanlı)
məktəbləri də var idi və onlar A zərbaycanda milli-azadlıq hərəkatı prosesində
meydana çıxmışdı. Rus dilini bilməyən azərbaycanlılara bu məktəblər daha
əlverişli idi. Belə məktəblərdə Azə rbaycan dilin i bilənlər dərs deyirdilər. Burada
ana dili nəin ki icbari fənn id i, hətta qismən tədris dili kimi istifadə olunurdu. Qey -
ri-rus mə ktəbləri üçün qoyulmuş 1907 və 1913 -cü il "qaydaları" özünün şovinist
162
ruspərəst mahiyyətinə baxmayaraq, bu məktəblərdə təhsilin başlanğıc dövründə
doğma dildən istifadə olun masını təsdıq etdi.
1906-c ı ildə Bakıda rus -erməni məktəblə ri aç ıldı. 1914-cü ildə a ltı
məktəbdə 1865 şagird təhsil alırd ı
16
.
Rus-tatar mə ktəbləri va xt ötdükcə b irsiniflidən ikisinifliyə çevrilird i.
1914-cü ildə Bakıda 12 rus -tatar mə ktəbi (üçü qadınla r üçün) var idi. Onlarda təhsil
alan 2482 şagirddən 299 nəfəri qız idi
17
. Eyni məktəblə r başqa şəhərlərdə də,
məsələn, Şuşa və Şamaxıda (1906-cı ildən), Nu xa və Dərbənddə (1907-ci ildən),
Lənkəranda (1911-ci ildən), Salyanda (1912-ci ildən), həmçinin Cavanşir, Şuşa
qəzaları və başqaların ın bir ço x kəndlərində fəaliyyət göstərirdi. İrəvan və Tiflis
quberniyalarında da "rus-tatar" məktəbləri açılmışdı
18
. Azərbaycanlı müəllimlərin
dərs dediyi kənd ibtidai məktəblərinin ço xu əslində mah iyyətcə "rus-tatar"
məktəbləri idi.
Bu məktəblərin digər məktəblərdən fərq i dəqiq məlu m olmad ığından
onların ü mu mi sayını müəyyənləşdirmək xeyli çətindir. Bunun əsas səbəbi
proqramların o xşarlığı id i (ana və rus dilləri, hesab, şəriət). Ço x vaxt ayrı-ay rı
adamların təsis etdiyi məktəbləri səhvən "rus -tatar" məktəbi adlandırırd ılar.
Halbuki onla rda fa rs və ərəb dilləri tədris o lunurdu ki, bu da nazirlik mə ktəblərində
qadağan idi.
Azərbaycan məktəblərinin qabaqcıl xad imləri "rus -tatar" məktəblərinin
geniş yayılmasına çalışır, bununla təhsilin səviyyəsini qaldırmaq, bu məktəbləri
bitirən lərin orta, hətta ali təhsil almalarına şərait yaratmaq istəyirdilər.
Azərbaycanda
xalq
maarifinin
inkişafında
H.Məlikovun
(Zərdabi),
T.Bayraməlibəyovun, R.Əfəndiyevin, F.Köçərlinin, H.Mahmudbəyovun, S.M.Qəniyevin,
F.Ağayevin, S.S.Axundovun, Ə.İ.Cəfərzadənin, Ə.D.Orucəliyevin, M.Mahmudbəyəvun,
H.Nərimanbəyəvun. B.Eyvazovun, M.T.Səfərovun (Sidqi), A.Talıbzadənin (Şaiq),
M.H.Əfəndiyevin, N.Nərimanovun olduqca böyük xidmətləri olmuşdur.
Onlarla yanaşı, S.Əbdürrəhmanbəyov, S.Acalov, Z.Aslanov, M.T.Atakişiyev,
B.Bədəlov, İ.Vəkilov, A. Vəlibəyov, MT.Vəliyev, M.Hacıbabayev, Ü.Hacıbəyov, S.Qayıbov,
A.Hüseynov,
B.İbrahimbəyov,
K.İsmayılov,
M.M.Qəmərlinski,
M.Qarayev,
Ə.Qasımov, P.Qasımov, N.Qiyasbəyov, Ə.Topçubaşov, R.Qulubəyov, M.Maqomayev,
M.Mahmudov,
S.Məlikyeqanov,
A.Minasazov,
R.R.Mirzəzadə,
M.Muradov,
Ə.Muradxanov,
S.Musabəyov,
Ə.Mustafayev,
Ə.Muxtarov,
B.Səfərəlibəyov,
Ə.Sübhanverdixanov, Əli və Hanəfi Terequlovlar, H.Şıxlinski, A.Əfəndiyev və bir çox başqa
maarifxad imləri xeyli iş görmüşlər.
XX əsrin əvvəllərində qadınlar üçün dünyəvi təhsil ocaqları meydana çıxdı.
Bununla əlaqədar azərbaycanlı qadınların təhsil alması üçün şərait yarandı. Bu isə milli-
azadlıq hərəkatının ən aktual problemlərindən biri idi. Bu problem şeyxülislam
Ə.Axundzadənin müfti H.Qayıbovun, məşhur publisistlər Ə.Ağayevin, ƏM.Topçubaşovun,
Ö. F. Nemanzadənin və bir çox başqa müəlliflərin çıxışlarında da öz əksini tapırdı, qabaqcıl
Azərbaycan ziyalılarının hər birinin bu məsələnin həllində öz payı olmuşdu.
163
Yerli mətbuatda qadınların təhsilinin vəziyyəti, ayrı-ayrı məktəb və müəllimlərin
fəaliyyəti ictimaiyyətin diqqətinə çatdırılır, bu sahədəki nöqsanlar "Molla Nəsrəddin"
jurnalının səhifələrində kəskin surətdə tənqid edilirdi. 1906-cı ildə keçirilmiş I müəllimlər
qurultayınmın qərarlarında qadın təhsili məsələsinə xüsusi maddə ayrılmışdı.
Müsəlman qadınların əsarətdən xilası və hüquq bərabərliyi məsələsi
Ə.Topçubaşovun təşəbbüsü ilə Ümumrusiya Müsəlmanları Partiyasının əsasnaməsinə daxil
edildi. Bu amil Rusiya müsəlmanların ın qurultaylarında da elan edilird i.
1901-ci ildə Bakıda ilk rus-müsəlman qadın məktəbinin təntənəli açılışı oldu
19
. Bu,
ölkənin xalq təhsili tarixində mühüm mərhələ idi. H.Zərdabinin köməyi ilə xalqımızın böyük oğlu
H.Z.Tağıyev Rusiya imperatorunun arvadı şərəfinə "Aleksandrinskaya" adlanan qız məktəbi
açdı. H.Z.Tağıyev bu işi həyata keçirmək üçün 1896-cı ildən müxtəlif hakim dairələrə,
hətta imperatora müraciət etmiş və nəhayət, 5 ildən sonra onun açılmasına nail olmuşdu.
Bu məktəb H.Z.Tağıyevin banka qoyduğu 125000 manatdan gələn faiz və
məktəbə daxil olmuş qızların təhsil haqqı hesabına saxlanılırdı. Onların bu ödəniş haqqı
1906-cı ildən artaraq ildə 100 manatdan 250 manata çatdı
20
. Kasıb ailələrdən olan qızlar
ödənişdən azad idilər. Təhsilin birinci ilində (1901-ci il) 57 şagirddən 35-i pulsuz təhsil və
tərbiyə alırd ı.
Məktəbin birinci ilində H.Z.Tağıyevin başçılığı altında ilk Qəyyum Şurası
yaradıldı. Onun müavini Sona xanım Tağıyeva, üzvləri H.Zərdabi, dağ-mədən
mühəndisi F.Vəzirov, "Kaspi" qəzetinin redaktoru, hüquqşünas Ə.M.Topçubaşov, Bakı
quberniyasının qazısı Hacı Əlizadə, Bakı şəhər qlavası fon der-Nonne, Bakı quberni-
yasının və Dağıstan vilayəti xalq məktəblərinin direktoru A.S.Txorjevski, gimnaziya
direktorları M.M.Latkina və A.İ.Pobedonostsev idilər.
İlk müdir Hənifə xanım Məlikova oldu. Məktəbin ştatına müdirdən başqa 9
müəllimə və şəriət müəllimi daxil idi. Dini tərbiyəyə çox mühüm fikir verilirdi. Məktəbin
sinif otaqlarından biri ibadət üçün ayrılmışdı.
Tağıyevin birsinifli qız məktəbi 1913-cü ildə ikisinifli, 1916-cı ildə isə ali
ibtidai məktəbə çevrildi. Bu məktəbi bitirənlərə öz təhsillərini gimnaziyada davam
etdirmək imkanı verilirdi.
Qız məktəbində Qafqazın müxtəlif şəhərlərindən gələn uşaqlar təhsil və tərbiyə
alırdılar. 1916-cı ilin başlanğıcında məktəbin 104 şagirdi var idi ki, onların 95 nəfəri
azərbaycanlı, 6-sı dağlı və 3-ü Qazan tatarı idi. İctimai tərkibinə görə üstünlüyü meşşan
qızları (42) və fəxri vətəndaş qızları (38) təşkil edirdi, 17 nəfər də zadəgan nəslindən
idi.
Məktəbin ilk buraxılışı 1906-cı ildə oldu. Təhsili başa çatdırmış 15 nəfər - Sona
Axundova, Nabat Nərimanova, Mina Məmmədova, Ayna Musabəyova, Xeyrənsə
Axundova, Tuti (Tamara) Əhmədbəyova, Səidə Şeyxzadə, Firuzə Sultanova və başqaları
sonrakı illərdə təhsil və tibb sahəsində müvəffəqiyyətlə çalışırdılar
22
. 1915-c i ildə məktəbi
13 qız b itirmişdi
23
.
Tağıyevin qız məktəbi Azərbaycanda bu cür məktəblərin açılmasının başlanğıcı
oldu. 1901-ci ildə İrəvanda, 1902-ci ildə Gəncədə 1907-ci ildə Nuxa və Ağdaşda bir,
164
1909-cu ildə isə Bakıda üç şəhər "rus - tatar" məktəbi açıldı. Bunun ardınca Qubada,
Naxçıvanda, Ağdamda, Şuşada, Şamaxıda, əlavə olaraq Nuxa və Gəncədə, həmçinin bir
çox kəndlərdə - Zəyəm (Göyçay qəzası), Salahlı (Qazaxı qəzası), Balaxanı (Bakı qəzası) və
başqa yerlərdə də məktəblər açıldı.
XX əsrin əvvəllərində Hənifə xanım Məlikova, Məryəm Sulkeviç, Gülbahar
Ağrıyeva, Səbirə Əbdülrəhmanbəyova, Xədicə Ağayeva, Sara Vəzirova, Mədinə Vəkilova,
Gövhər Tağıyeva, Gövhar Səfərzadə, Xədicə Məmmədzadə, Şəfiqə Şeyxzadə (Əfəndiyeva)
Azərbaycan təhsilinin görkəmli qadın nümayəndələri idilər.
Nigar və Sürəyya Vəlibəyovalar, Xədicə, Məlikə, Məryəm Terequlovalar, Asya,
Qumru, Nabat Nərimanovalar, Məhtaban və Maral Əfəndiyevalar, yuxarıda adları çəkilən
müəllimlərin bacıları Sürəyya Vəzirova, Səidə Şeyxzadə, Hənifə xanımın qızı Qərib-Sultan
Məlikova ailəliklə müəllimlik fəaliyyətinə qoşuldular. Qadın təhsili sahəsində ilk
azərbaycanlı müəllimlər sırasında Mina Aslanova, Səkinə Axundova, Böyükxanım
Hacıbəyova, İqlimə Heydərova, Şərəbanı Şabanova, Zara Ağayeva (Şahtaxtinskaya), Nazlı
Tahirova və b. var idi. Vaxtilə Tağıyevin qadın kurslarında dərs demiş, sonralar Azərbaycan
Dövlət Tibb İnstitutunun professoru olmuş Adilə Şahtaxtinskayanın qadın pedaqoji təhsili ilə
birbaşa əlaqəsi olmuşdu.
Qadın müəllimlərinin kifayət qədər olmaması qadın təhsilinin inkişafına mane
olurdu. Tağıyevin qız məktəbi Azərbaycanda "rus-tatar" məktəbləri üçün bir növ pedaqoji
kadrlar yetişdirən mərkəz rolunu oynayırdı.
"Rus-tatar" məktəbləri sayca azlığına, tədris proqramının isə məhdud olmasına
baxmayaraq, Azərbaycanda qadın təhsilinin əsasını qoymaqla yanaşı, milli məktəblər üçün
yetkin müəllimlər hazırlanmasında, qadınların ictimai fəaliyyətə cəlb edilməsində əhə-
miyyətli xidmət göstərmişdi. Anadilli milli məktəb uğrunda mübarizə aparan qabaqcıl
Azərbaycan ziyalıları yeni üsullu məktəblərin və "rus-tatar" məktəblərinin təcrübəsinə
istinad edirdilər.
1906-cı ilin avqustunda Bakıda Qafqaz müsəlman müəllimlərinin I qurultayı oldu.
H.Zərdabi və N.Nərimanovun sədrliyi altında keçən qurultay hamının pulsuz təhsil alması
prinsipini əsas götürərək, xalq məktəbinin konkret inkişaf proqramını qəbul etdi. Bu
proqramın vacib müddəaları aşağıdakılardan ibarət idi: A zərbaycanda məktəb
şəbəkəsinin genişləndirilməsi; milli d ilin - Azərbaycan türkcəsini öyrənməy in
icbariliyi və onun yeni tədris proqramı və vahid metodunun hazırlan ması; qadın
təhsilinin in kişafı, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması. Müəllimlərin
birinci qurultayı Azərbaycan müəllimlərini milli məktəblərlə bağlı vəzifələri həyata
keçirməyə səfərbər etdi. Bunun ən təxirə salın mazı milli dili tədris edən ixtisaslı
müəllimlərin hazırlan ması idi. Rusiya Xalq Maarif Na zirliy i sistemi üçün səciyyəvi
olan müəllim çatışmazlığı qeyri-rus kontingentli məktəblərdə daha yüksək idi.
Müəllimlərin, xüsusən ibtidai məktəblərdə çalışanların nüfuzu yüksək deyildi. Bu
vəziyyət tədris idarəsinə əsas verirdi ki, ibtidai məktəbdə müəllimlik fəaliyyətinə
müəyyən sayda imtahan vermək ilə orta və natamam orta məktəb məzunlarını cəlb
etsin. İbtidai məktəblər üçün azərbaycanlı müəllimlər əsasən Qori və İrəvan
165
seminariyalarında hazırlanırdı. 1904-cü il ərəfəsində bu seminariyalarda 936, o
cümlədən 229 (24,5 faiz) azərbaycanlı müəllim hazırlanmışdı. Əlavə olaraq 13
nəfər azərbaycanlı Tiflisdə Aleksandr Müəllimlər İnstitutunda peşə hazırlığı
keçmişdi. A zərbaycan əhalisi arasında məktəb müəllimləri hazırlan masında Qo ri
seminariyasının "Tatar" - türk-müsəlman şöbəsinin olduqca böyük rolu olmuşdu.
Lakin bu təhsil müəssisələri A zərbaycan dili müəllimlərini hazırlamırdı. Dünyəvi
məktəblərdə də onları adətən ruhanilər içərisindən, ən yaxşı halda mədrəsə təhsili
almışlardan seçirdilər. A zərbaycan dili müəllimlərin in hazırlan masında
sistemsizlik hökm sürürdü. 1905-1907-ci illərdə bu iş "Nəşri-maarif‖ cəmiyyətin in
kurslarında, Bakı quberniyası və Dağıstan vilayətinin xalq məktəblə ri
direktorluğunun müəllim kurslarında (1911-ci ildə burada 43 müəllim hazırlıq
keçmişdi), Yelizavetpol mədrəsəsində, həmçinin Tağıyevin q ız məktəbində, 1915-
ci ildə açılmış qadın pedaqoji kurslarında həyata keçirilirdi
25
.
Qadın pedaqoji kurslarının proqramları ibtidai məktəblər üçün nəzərdə
tutulan ümu mtəhsil fənlərin i əhatə edird i. Həmin kursları keçənlər qadın
məktəblərində işləməli olduqlarından ev və əl işlərin i də öyrənməli idilər. İlk qəbul
zaman ı kurslara 17 qız seçildi, onlardan 11-i Tağıyevin qız məktəbinin məzunları idi.
V. Musabəyova, A.Şahtaxtinskaya kursdan müəllimliyə dəvət olundular. Kursun müdiri
Peterburqda Bestujev kurslarını bitirmiş Səlimə Yaqubova oldu
26
.
Azərbaycan ictimaiyyəti uzun müddət Qori Müəllimlər Seminariyasının türk-
müsəlman bölməsinin Azərbaycanın şəhərlərindən birinə köçürülməsi və ya başqa bir
seminariyanın açılması uğrunda mübarizə aparırdı. Nəhayət, 1914-cü ildə qədim
Gəncə şəhərində müəllimlər seminariyası açıldı. İki ildən sonra, yəni 1916-cı ildə belə
bir seminariya Bakı şəhərində fəaliyyətə başladı. Yalnız 1919-cu ildə Azərbaycan Xalq
Cümhuriyyəti hökuməti bu bölmənin əsasında Qazaxda müəllimlər seminariyası açdı. Bu
seminariyada başqa tədbirlərlə yanaşı, milli məktəblər üçün peşəkar müəllimlər
hazırlan malı idi.
1914-cü ildə Azərbaycanda xalq təhsili sistemində 2254 nəfər çalışırdı, onların
77 faizi ibtidai məktəblərdə işləyirdi, 34 faizi qadınlar, cəmi 13,3 faizi isə milli kadrlar
idi.
Azərbaycan ziyalılarının qabaqcıl nümayəndələri, ilk növbədə müəllimlər
özlərinin maarif sahəsindəki vəzifələrini ana dillərinin tamhüquqlu fəaliyyətinə,
qorunmasına və təkmilləşdirilməsinə kömək etməklə, xalqın mədəni inkişafında
özünəməxsusluğu itirməyə qoymamaqda görürdülər. Türkiyədə təhsil almış bəzi
həmvətənlərdən fərqli olaraq, onlar təkid edirdilər ki, azərbaycanlı şagirdlərə təhsil
yalnız ana dilində verilsin.
Eyni zamanda Azərbaycan ictimaiyyətinin qabaqcıl nümayəndələri nə rus, nə
də başqa dillərin mədəni əlaqələr üçün istifadəsini rədd etmirdilər. Onlar Azərbaycan
dilinin yuxarı tipli məktəblərdə qeyri-mütləq fənn olmasının, ikinci dərəcəli
sayılmasının əleyhinə çıxır, ümu mi pulsuz təhsil məsələsini qaldırır, müəllimlər
seminariyasında Azərbaycan dili tədrisinin genişləndirilməsini, maddi və mənəvi
166
cəhətdən hüquqları tapdalanan Azərbaycan (türk) dili müəllimlərinin vəziyyətinin
yaxşılaşdırılmasını tələb edirdilər.
Bütün bu məsələlər müəllimlərin müştərək ərizələrində və müəllimlər
qurultayının qərarlarında, həmçinin dövri mətbuatda öz əksini tapırdı. Mətbuat
orqanlarında çap olunan məqalələrin müəllifləri əsasən görkəmli müəllimlər və ictimai
xadimlər:
Ə.Ağayev,
H.Ağayev,
H.Vəzirov,
H.Zərdabi,
Q.Qarabəyov,
C.Məmmədquluzadə, M.Mahmudbəyov, H.Minasazov, N.Nərimanov, Ə.Topçubaşov,
M. Əfəndiyev və başqaları idilər. A zərbaycanın mədəniyyət xad imlərinin ço xu
doğma dildə təhsil məsələsini milli məsələn in vacib tərkib h issəsi hesab edir və ona
siyasi nöqteyi-nəzərdən yanaşırdı.
Azərbaycan dilinin və təhsilinin inkişafı mövcud yazı problemi ilə sıx
əlaqədə idi. Ərəb əlifbasının çətinliyi və onun islahatının zəruriliyi M.F. A xundovun
ardınca M.D.Şahtaxt inski, F.Köçərli, Ə.M.Topçubaşov və başqaları tərəfindən irə li
sürülürdü. Bu problem 1907-ci ilin avqustunda Bakıda keçirilmiş II Azərbaycan
müəllimlər qurultayının da diqqət mərkəzində olmuşdu. Azərbaycan yazısında
aparılacaq islahatın layihəsini təcrübəli müəllimlər - F.Ağazadə, S.A xundov,
M.Mahmudbəyov və A.Əfəndiyev tərtib etmişdilər. Lakin qurultay iştirakçıların ın
çoxu onların təşəbbüsünü dəstəkləməy ib, belə bir şərt irəli sürdülər ki, bu məsələni
yalnız bütün müsəlman ölkələri nü mayəndələrinin iştirakı ilə həll etmək olar.
Azərbaycan müəllimləri qarşısında duran digər aktual vəzifə dərs
vəsaitlərini və uşaq ədəbiyyatını doğma dildə tərtib etmək idi. Onların tərtib i ilə
Azərbaycanın görkəmli müəllimləri məşğul olurdular. Yeni dərsliklər müasir
pedaqoji elmin tələblərinə uyğun olaraq tərtib edild i və sonralar vaxtın ciddi
imtahanına məru z qald ı. Onlar əsasən milli dil və ədəbiyyatı öyrən mək üçün
yazılmışdı.
1901-c i ildə R.Əfəndiyev "Bəs irət-ül-ətfal" ("Uşaq açıqgözlüyü")
müntəxəbatını nəşr etdi. 1907-ci ildə Bakı rus-tatar məktəblərinin müəllimləri
M.Mahmudbəyov, S.Əbdürrəh manbəyov, S.S.A xundov, F.Ağayev, A.Talıb zadə
(Şaiq ) və Əbd. Əfəndiyev ibtidai məktəblərdə ikinci il təhsil alan la r üçün "İkinci
il", 1909-cu ildə M.Mah mudbəyov və A.Mehdizadə (Səhhət) üçüncü il təhsil
alanlar üçün "Üçüncü il" kitabını nəşr etdilər.
1910-cu ildə A.Talıb zadə birinci siniflə r üçün "Uşaq gözlüyü" dərsliyini
tərtib etdi. Bir ildən sonra K.Nərimanbəyov, M.M.Qəmər linski və başqaları "Ana
dili" dərsliyini ya zdılar. 1912-c i ildə isə F.Köçərli "Ba lala ra hədiyyə"
müntəxəbatını nəşr etdi.
Müxtəlif fənlər üzrə də dərsliklər tərtib olunurdu: Ü. Hacıbəyov hesab
dərsliyini (1908-ci il), Q.Mirzəzadə "Qafqaz coğrafiyas ı (1914-cü il) nəşr etdi.
"Rus-türk" və "Türk-rus" lüğətləri, o cümlədən, 1907-ci ildə Ü.Hac ıbəyov
tərəfindən çap edilən lüğət nəşr olundu.
Azərbaycan dilində təhsil alanlar üçün hazırlanmış aylıq pedaqoji jurnal
"Rəhbər"in nəşri müəllimlər üçün qiymətli vəsait oldu. O, 1906-1907-ci illərdə
167
M.Mahmudbəyovun redaktəsi ilə çıxırdı.
1906-1908-c i illərdə şagirdlə r üçün A.İ.Cə fərzadənin və M.H.Əfəndiyevin
redaktəsi ilə şəkilli "Dəbistan", şagird və müəllimlər üçün Q.Mirzəzadə və A.Əfəndiyevin
redaktəsi altında 1906- 1907-ci illərdə "Məktəb" jurnalları nəşr olunurdu.
Azərbaycan uşaq bədii ədəbiyyatının inkişafında M.Ə.Sabir, A.Səhhət,
R.Əfəndiyev, F.Köçərli, A.Şaiq və başqaları böyük rol oynadılar.
Əsasını müəllimlər təşkil edən qabaqcıl ziyalıların nümayəndələri xalq təhsilinin
inkişafı üçün zəruri olan biliklərin yayılmasına yönəlmiş ictimai fəaliyyətlə məşğul
olurdular. Kitabxanalar, qiraət ocaqları, dram dərnəkləri, hətta qrupları yaradılırdı. Bu işdə
müəllimlər, savad kursları, başqa mədəniyyət ocaqları fəal iştirak edirdi. Müəllimlər
çalışdıqları yerlərdə öz işlərinə uyğun olaraq folklor, tarix, arxeologiya, etnoqrafiya,
toponimika, ölkənin təbiəti və iqtisadiyyatı üzrə material toplayırdılar. T.Bayraməlibəyov,
R.Əfəndiyev və M.H.Əfəndiyevin Lənkəran, Nuxa qəzalarına, Göyçay qəzasının Lahıc
kəndinə həsr olunmuş əsərləri elmi məzmunca xüsusilə fərq lənird i.
Xalq müəllimlərinin Azərbaycanda ölkəşünaslığa, etnoqrafiyaya aid topladıqları
materiallar, yazıya aldıqları şifahi xalq yaradıcılığı nümunələri, dağılmış abidələrin
təsviri sonrakı nəsillərə yadigar qaldı
27
. Onların yığdığı və Qafqaz tədris dairəsinin
külliyyatlarında nəşr olunmuş materiallar xalqımızın keçmişini öyrənmək üçün çox
qiymətli mənbədir.
Kənd müəllimləri təkcə uşaqlara dərs deməklə kifayətlənməyərək, əhaliyə
təsərrüfatın idarə olunması üsullarını öyrədir, bəzən də ilk tibbi yardım göstərirdilər
(T.Bayraməlibəyov, M.Qarayev. C.Məmmədquluzadə və b.). Onu da qeyd etmək lazımdır
ki, Azərbaycan alimləri, yazıçıları, bəstəkarları və aktyorlarının xeyli hissəsi ilk əmək
fəaliyyəti və ictimai işlərə məhz məktəblərdə başlamışdı.
Xalq müəllimləri öz borclarını - xalqın uzun əsrlik cəhalətdən çıxmasına xidmət
etməyi unutmur, əsil fədakarlıq göstərirdilər. Onların ağır maddi şəraitini və hüquqsuzluğunu
çar məmurları və Dövlət Duması deputatları da etiraf etməyə məcbur olurdular
28
.
Zaqafqaziya Müəllimlər Seminariyasını bitirmiş Ü.Hacıbəyov Cəbrayıl
qəzasının Hadrut kəndində işləyərkən "Kaspi" qəzetində dərc olunmuş məqalələrinin
birində yazırdı ki, kənd ictimai məktəblərində işləmiş müəllimlər illərlə yarıac yaşayır,
"ağır zəhmətə görə dilənçi maaşı", həm də beş ay gecikməklə alır
29
.
Xalq maarifi sistemində ən aşağı maaşı onlar alırdılar. Bu məktəblərin
müəllimlərinin maaşları keçən ilin ortalarında alınan maaşa (ildə 400 manat) bərabər idi,
həyatda baş verən bahalıqlar nəzərə alınmırdı. Yalnız Bakı "rus -tatar" məktəblərinin
müəllimləri istisnalıq təşkil edirdilər. Bakı şəhər dumasının deputatları H.Məlikov,
F.Vəzirov və Ə.Topçubaşovun ciddi tələbi nəticəs ində onların maaşı nisbətən
artırıldı, iş stajına uyğun olaraq əlavə əmək haqqı verildi. 1905 və 1906-cı illərdə rus-
tatar məktəbləri müəllimlərinin əmək haqqı, mənzil haqqı daxil olmaq şərti ilə, ayda 75-
92 manata, nəzarətçinin ki isə 123 manata qədər artırıldı.
Azərbaycan dili müəllimlərinə ən aşağı maaş müəyyən edilirdi. Bu müəllimlər
eyni zamanda müsəlman şəriətindən də dərs deyirdilər. Bakı şəhər dumasının deputatları
168
Ə.Ağayev, H.Məlikov, F.Vəzirov və Azərbaycan ziyalılarının digər nümayəndələri bu
müəllimlərin hüquqlarını onların digər həmkarlarının hüquqları ilə bərabərləşdirməyi
tələb edirdilər; hesab edirdilər ki, onların dedikləri dərslər şagirdlərin mənəvi tərbiyəsinin
təməlini təşkil edir. Azərbaycanlı müəllimlər pedaqoji işçilər üçün nəzərdə tutulmuş bəzi
imtiyazlardan məhru m edilmişdilə r.
Aşağı maaş alan müəllimlərin pensiyası da çox az idi. Maddi çətinliklər,
arasıkəsilməz yoxlamalar, tədris müdiriyyətinin təftiş ləri, fanatik din xadimlərinin
hücumları, yerli irızibatçıların müəllimlərin hər addımını nəzarət altında saxlaması
müəllimləri təhqiramiz vəziyyətə salır, onların məktəblərdəki zəhmətini ağır əzaba çevi-
rirdi. Bunun nəticəsi idi ki, müəllimlərin bir qismi təhsil fəaliyyətindən uzaqlaşır və daha
çox maaş verilən işə keçirdi. Bu hal senator Kuzminskinin 1905-ci ildə Bakıda və Bakı
quberniyasında keçirdiyi yoxlama barəsində yazdığı hesabatında da qeyd olunurdu
30
.
Müəllimlərin ictimai və hüquqi müdafiəsinin zəruriliyi Bakı quberniyası və
Dağıstan vilayətinin xalq məktəbləri Direktorluğunun müəllimlərinə kö mək
cəmiyyətinin yarad ılmasına səbəb oldu. 1902-ci ildə cəmiyyətin tərkibində 302
müəllim var idi. Onun işində Ə.Vəlibəyov, S.M.Qəniyev, N.Qiyasbəyli,
H.Mah mudbəyov. B.Səfərəliyev, M.H.Əfəndiyev və başqaları fəal iştirak edirdilər.
Ölkənin azərbaycanlı əhalisi arasında xalq maarifinin yayılması ilə bağlı olan
bütün məsələlər, həmçinin müəllimlərin vəziyyəti xalq müəllimlərinin 1905-ci ildə
Nazirlər Sovetinin sədri S.M.Vitteyə və Qafqaz canişini İ.İ.Vorontsov-Daşkova
yazdıqları ərizədə öz əksini tapmışdı. Ərizədə ümumi pulsuz təhsilin, orta məktəblərdə
Azərbaycan (türk) dilinin öyrənilməsinin və tədrisinin müəllimlər seminariyasında
genişləndirilməsinin zəruriliyi qeyd olunurdu.
İnqilabi hərəkatın yüksəlişi dövründə müsəlman müəllimlərinin hüquq
məhdudiyyətlərinin ləğvi və ya ona yenidən baxılması vədi də həyata keçmədi. XX əsrin
əvvəllərində, xüsusən 17 oktyabr 1905-ci il Manifestinin elanından sonra xalq təhsilinə
ümumictimai yardım hərəkatı milli ziyalıların və sahibkarların, cəmiyyətin bütün qabaqcıl
qüvvələrinin birləşməsinə gətirib çıxardı. Təhsil məsələləri yerli dövri mətbuatın
səhifələrinə də çıxarılırdı. Məqalələrdə milli dildə təhsil almağın, onun tədrisinin həcmi
və keyfiyyətinin artırılması, şagirdlərin, xüsusən də orta və ali təhsil ocaqlarında təhsil
alanların müdafiəsi öz əksini tapırdı. Bu hərəkatın gedişində ilk milli xeyriyyəçi-maarifçi
cəmiyyətlər meydana çıxdı.
1906-cı ilin avqustunda nizamnaməsi təsdiq olunduqdan sonra H.Z.Tağıyevin
başçılığı altında Bakı quberniyasının müsəlman əhalisi arasında təhsili yayan cəmiyyət
- "Nəşri-maarif‖ fəaliyyətə başladı. Cəmiyyəti dəstəkləyən məşhur sahibkarlar
Ş.Əsədullayev, M.Muxtarov, M.Nağıyev və H.Z.Tağıyev onun fəxri üzvləri seçildilər
31
.
Şagirdlərə maddi yardım göstərən cəmiyyət ilk növbədə Abşeronda doğma
dillə yanaşı, rus dilini də öyrədən ibtidai məktəblərin təşkili ilə ço x ciddi məşğul olur,
pedaqoji kurslar təşkil edirdi.
1914-cü il ərəfəsində 13 məktəb açıldı ki, onlarda 936 şagird, o cümlədən 72
qız təhsil alırdı
32
.
169
"Nəşri-maarif‖ cəmiyyətinin fəaliyyətində mü xtəlif illərdə görkəmli ictimai
xadim və müəllimlər - Ə.Ağayev, F.Ağayev, Ə.Əmircanov, Ə.X.Axundov, İ.Aşurbəyov,
A.Aşurov, H.A.Həsənov, M.H.Hacınski, Ə.İ.Cəfərov, Q.Qarabəyov, H.Mahmudbəyov,
H.Məlikov, İ.Məlikov, M.H.Əfəndiyev və b. ən fəal surətdə iştirak edirdilər.
Ə.Adıgözəlovun təşəbbüsü ilə eyni cəmiyyət Gəncədə də açıldı. Onun sədrliyinə
tanınmış həkim H.Ağayev seçildi. 1906-cı ildə Bakı müsəlman maarif cəmiyyəti -
"Nicat‖ın fəaliyyətinə icazə verildi. Cəmiyyətin məqsədi azərbaycanlı əhalinin arasında
maarifi yaymaq, orta və ali tədris müəssisələrinin ehtiyacı olan tələbələrinə maddi yardım
göstərmək, həmçinin Azərbaycan dilinin və ədəbiyyatının inkişafına şərait yaratmaq idi.
Cəmiyyətin məqsədini həyata keçirmək üçün nəzdində pedaqoji, teatr və ədəbiyyat böl-
mələri o lan məktəb yaradıld ı
33
.
Müxtəlif illərdə H.Ağayev, İ.Aşurbəyov, M.Ə.Rəsulzadə "Nicaf ―ın sədri,
M.Hacıbabayev, M.H.Hacınski, Q.Qasımov, M.Muxtarov, M.Səlimbəyov isə katib
olmuşdular.
Cəmiyyət kitabxanaların təşkilinə, Azərbaycan dilində qəzet və kitab nəşrinə
lazımi fikir verird i.
1907-ci və 1916-cı illərdə "Nicat‖ın təşəbbüsü ilə Azərbaycan müəllimlərinin
qurultayları keçirildi. 1907-ci ildə Ə.X.Axundov, N.Vəzirov və başqalarının təşəbbüsü ilə
yaradılmış Müsəlman Ruhani Cəmiyyəti - "Səadət‖in qarşısında xalqı maarifləndirmə vəzi-
fəsi dururdu. Cəmiyyət dini məktəbləri təkmilləşdirməyi lazım hesab edir, onların
yayılmasına, ictimai kitabxanalar və qiraət zalları açılmasına çalışırdı.
"Səadət" cəmiyyətinin 1908-ci ildə açılmış və orta təhsil verən məktəbində
F.Ağayev (o, eyni zamanda müfəttiş idi), C.Hacıbəyov, Ü.Hacıbəyov, Ə.D.İsmayılov,
H.Terequlov müəllimlik edirdilər. Məktəbin müdiri, Azərbaycan (türk) dili və ədəbiyyatı
müəllimi Əli bəy Hüseynzadə idi. 1910-1911-ci tədris ilində "Səadət" məktəbində 302
şagird təhsil alırdı
34
.
Müsəlman maarifçi cəmiyyəti "Səfa"nın da qarşısında peşəkarlıq səviyyəsini
artırmaqla məşğul olmaq vəzifəsi dururdu. İranın xeyriyyəçi "Əncüməni-xeyriyyə"
cəmiyyəti maarifçiliyin inkişafına kömək edirdi. 1906-cı ildə İran tacirlərinin vəsaiti
hesabına Bakıda "İttihad" mədrəsəsi açıldı
35
. Burada İran təbəələri ilə yanaşı, yerli
azərbaycanlı uşaqları da təhsil alırdılar. Onlar 1911-ci ilin başlanğıcında bütün tələbələrin 61
faizini (170-dən 104-ü) təşkil edirdi ki, bu da xalq maarifi direktorluğunun narahatlığına
səbəb olmuşdu.
Nuxada Şirəlibəy Əmircanovun sədrliyi ilə Nuxa Təhsil Cəmiyyəti yaradılmışdı.
İctimaiyyətin qabaqcıl nümayəndələrinin xalqı maarifləndirmək hərəkatı
Azərbaycanda ümumxalq xarakterli mədəni prosesin bir hissəsi idi və onda əhalinin başqa
milli qrupları da iştirak edirdi.
Hələ 1904-cü ildə Bakıda Roma katolik xeyriyyə cəmiyyəti ibtidai məktəb
açmışdı. 1906-cı ildə Bakı Yəhudi Cəmiyyəti, 1907-ci ildə T.Q.Şevçenko adına "Prosvita
cəmiyyəti" yaradılmış, onlar məktəblər və təhsil kursları təşkil etmişdilər. 1907-ci ildə
birsinifli Bakı alman-isveç kilsə məktəbi ikisinifliyə çevrildi. 1912-ci ildə onun müxtəlif
170
millətlərdən olan 219 şagirdinin əksəriyyəti alman idi.
1909-cu ildə Bakıdakı gürcü cəmiyyətinin yaratdığı məktəbdə 1911-ci ildə 73
şagird təhsil alırdı
36
.
"Erməni insanpərvər cəmiyyəti" maarifçilik fəaliyyətini davam etdirirdi. "Erməni
mədəniyyət ittifaqı" isə qadın peşə məktəbini saxlayır və kənd kilsə məktəblərini maddi
cəhətdən təmin edirdi. Beləliklə, bu və başqa xeyriyyəçi təşkilatlar öz qarşısına mədəni-maarif
məsələlərinin həllini qoyur, eyni zamanda öz həmvətənlərinə maddi kö mək göstərirdilər.
Azərbaycanda orta təhsil ciddi təşkilat və maliyyə çətinlikləri ilə rastlaşdığı üçün
xeyli zəif inkişaf edirdi. 1910-cu ilə qədər Bakıda cəmisi iki orta təhsil müəssisəsi var idi:
realnı məktəbi və gimnaziya. Yeni kişi gimnaziyası Bakı (1910-cu il), Nuxa (1915-ci il) və
Lənkəranda (1916-cı il); realnı məktəb Şamaxı (1900-cü il), Balaxanı (1911-ci il) və
Salyanda (1916-cı il); qadın gimnaziyaları Bakı (1903, 1913, 1916-cı illər), Lənkəran (1913-
cü il) və Balaxanıda (1911-ci il); Müqəddəs Nina qız məktəbləri Gəncə (1913-cü il) və
Nu xada (1915-c i il) fəa liyyətə başlamışdı.
1914-cü ilin rəsmi statistikasına görə, Azərbaycanın beş kişi gimnaziyasında 2422
şagird, o cümlədən 273 (11,3 faiz) azərbaycanlı, üç realnı məktəbində müvafiq olaraq 1433
və 441 (30,7 faiz) təhsil alırdı. Beləliklə, orta hesabla bu məktəblərin 3855 şagirdindən 714
nəfəri (18,5 faiz) azərbaycanlı idi
37
.
Yeddi qadın gimnaziyasında 3. 158 şagird təhsil alırdı. 1914-cü ildə Qafqazdakı
bütün orta qadın təhsili müəssisələrində cəmi 209 (0,8 faiz) azərbaycanlı var idi
38
.
1915-ci ilin əvvəlində Azərbaycanda orta məktəb şagirdlərinin ictimai tərkibi
şəhərlilərin, orta gəlirlilərin, əsasən meşşan uşaqlarının üstün mövqe tutması ilə xarakterizə
olunur. Onlar kişi gimnaziyalarında 35,3 faiz (956 nəfər), realnı məktəblərində 49,6 faiz təşkil
edirdi. 1900-cü ilə nisbətən zadəganların və məmurların xüsusi çəkisi azalıb, müvafiq
olaraq 27,2 faiz (660 nəfər) və 21,3 faiz (306 nəfər) olmuşdu
39
.
Qadın orta məktəblərində də meşşanlar üstün idilər. Tutulmuş 3853 şagird
yerindən 1,463-ü (46,3 faizi) onların payına düşürdü, zadəgan və məmurların uşaqları isə
(715 qız) 22,6 faiz təşkil edirdilər
40
.
Qadın gimnaziyasını bitirənlər VIII pedaqoji sinifdə təhsillərini imtahansız davam
etdirərək, rus dili və ya riyaziyyat üzrə ixtisaslaşa bilərdilər. 1914-cü ildə Azərbaycanın dörd
qadın orta məktəbini (başqalarında buraxılış olmamışdı) 313 qız bitirmişdi
41
. Bu siniflər hələ
XIX əsrin sonunda qadın pedaqoji təhsilinin əsasını qoymuşdu.
Pedaqoji sinifləri bitirənlər ev müəllimi adını, xüsusi fərqlənənlər isə ev
mürəbbiyəsi və ibtidai xalq məktəblərində dərs demək hüququ alırdılar.
Orta təhsil müəssisələrinə şagirdlərin axını ildən-ilə artırdı. Yer olmaması
üzündən onlara rədd cavabı vermək adi hal idi, 1914-cü ildə Bakı realnı məktəbinə daxil
olanlardan 20 nəfərə, qadın orta məktəblərində isə qəbul üçün 1535 xahişnamə verəndən (o
cümlədən 37 azərbaycanlı qız) 140 nəfərə yer olmamışdı
42
.
Orta məktəblərin şagird heyətinin demokratikləşməsi yalnız onların ictimai tərkibi
ilə deyil, eyni zamanda məktəblilərin xeyli hissəsinin təhsil haqqından azad olması ilə həyata
keçirilirdi. Təhsil haqqının ildə 60-125 rubl arasında olması təhsilin çox yüksək dəyəri ilə
171
bağlı idi. Məsələn, Bakı realnı məktəbində bir nəfərin təhsili 1914-cü ildə 166 rubla başa gəlir,
lakin 75 rubl haqq ödənilirdi. Təhsilin dəyəri ilə ödəniş haqqı arasında nisbət Şamaxı
realnı məktəbində, müvafiq olaraq 224 və 180 rubl, Mariya qız gimnaziyasında 89 və 75
rubl idi
43
. Lakin buna baxmayaraq, şagirdlər təhsil almaqları müqabilində xeyli məbləğdə
haqq ödəməli olurdular. Ona görə də orta məktəb qapıları yoxsul uşaqların üzünə bağlı
qalırdı.
Tədris müəssisələrinin nizamnaməsinə əsasən, şagirdlərin 10-15 faizi təhsil
haqqından azad olunurdular. Lakin ən yoxsul məktəblilərə aid olan bu güzəşt məhdud və
müvəqqəti idi. Məsələn, Bakı Mariya gimnaziyasında 1914-cü ildə 717 şagirddən orta
hesabla 100 nəfəri (13,9 faiz), Lənkəran progimnaziyasında 61-dən 7-si (11,5 faiz), Bakı
realnı məktəbində 26,5 faizi, Gəncə gimnaziyasında isə 17,7 faizi təhsil haqqı ödəməkdən
azad idilər
44
.
Birdəfəlik maddi yardım və xüsusi şəxslərin, müəssisə və cəmiyyətlərin ardıcıl
olaraq təqaüd ödəmələri təhsil haqqı verməkdən azad olunanların sayını bir qədər
artırmağa imkan verirdi.
Çarizm kasıb ailələrdən olan uşaqların orta məktəblərə, xüsusi gimnaziyaya daxil
olmalarına şərait yaratmırdı. Yerlilərin çatışmaması və bütün təbəqələrdən olan gənclərin
təhsili davam etdirmək arzuları nəticəsində orta məktəblərə girmək ildən-ilə çətinləşirdi.
Orta məktəblərə daxil olarkən keçirilən ciddi müsabiqə imtahanlarını ən
bacarıqlı, əsasən isə özəl dərs alan uşaqlar verə bilirdi. Yalnız varlı ailələr 7-8 illik təhsil
müddətində öz uşaqlarını oxuda bilirdilər. Forma və dərsliklərin, başqa şəhərlərdən gələnlərin
ev kirayəsinin haqqı və s. təhsil xərcindən az deyildi. Bir sözlə, məktəb lərdə oxumaq təhsil
haqqını ödəmək imkanı olanlara qismət olurdu.
Orta təhsil məktəblərində oxuyan kasıb uşaqlarından təhsil haqqını ödəməyənləri
məktəbdən çıxarılmaq təhlükəsi gözləyirdi. Məsələn, 1901-ci ildə Bakı kişi gimnaziyası
tələbələrindən 178 nəfəri belə bir təhlükə ilə ü zləş mişdi
45
.
Nazirliyin sərəncamındakı orta təhsil müəssisələrinin azlığı, təhsilin həcmi və
məzmunca lazımi səviyyədə olmaması xüsusi gimnaziya və progimnaziyaların açılması
zərurətini doğururdu. 1914-cü ildə Bakının üç gimnaziyasında 1258, Şəki gimnaziyasında isə
130 nəfər təhsil alırdı
46
. Gəncə və Şuşada, eləcə də başqa şəhərlərdə də belə gimnaziyalar var
idi. Onlarda ödəniş nisbətən yüksək idi və məktəblilərin sosial tərkibini də bu
müəyyənləşdirirdi.
1918-ci ilə qədər Azərbaycanda heç bir orta məktəbdə tədris ana dilində
aparılmırdı.
Orta təhsil islahatı keçirməyə tələsməyən hökumət ölkənin demokratik
ictimaiyyətinin təzyiqi altında gimnaziyalardakı ümum-təhsil fənlərini "klassik" dillərin
hesabına bir qədər genişləndirmək məcburiyyəti qarşısında qaldı. Lakin "yerli" dilin, yəni
Azərbaycan dilinin tədrisi hətta ölkənin yerli əhalisi üçün də mütləq hesab edilmirdi. Bu,
milli dillərin hüququnun tapdalanması, yerli əhalinin mədəni tələblərinə etinasızlıq, əslində
çarizmin apardığı assimilyasiya faktı idi. 1901-ci ildə realnı məktəblərini bitirənlərə
gimnaziya kursu həcmində latın dili imtahanından uğurla keçmək şərtilə universitetlərin
172
tibb və fizika-riyaziyyat fakültələrinə girməyə icazə verilirdi
47
.
Qadın gimnaziyalarında təhsilin həcmi kişi gimnaziyasına nisbətən aşağı
səviyyədə idi.
Hökumət orta təhsil müəssisələrində tədrisin ideya istiqamətinə, şagirdlərin dini-
mütləqiyyət ruhunda tərbiyə olunmasına ciddi nəzarət edirdi. Ona görə də müəllimlərin
seçilməsi və təyinatının etibarlılığı həlledici sənədlə təsdiq olunmalı idi. Buna baxmayaraq,
azadlıq hərəkatı sınağından çıxmış, inqilabi dərnəklərdə, kütləvi çıxışlarda iştirak etmiş
şəxslər də orta təhsil müəssisələrində müəllimliyə düşə bilirdilər. Bunlardan V.V.Avalianini
(Bakı realnı məktəbi), L.Laykomu (Bakının Müqəddəs Nina qız məktəbi) göstərmək olar
48
.
Orta təhsil məktəblərinin ştatına, qaydaya görə, ali təhsil müəssisələrini bitirmiş şəxslər
düşürdülər. Lakin diplomları olan azərbaycanlılar, müsəlman olduqlarına görə, bu tədris
müəssisələrində dərs deməyə buraxılmırdılar. Məsələn, Sorbonnada təhsil almış Ə. Ağayev
əvvəlcə Şuşa realnı məktəbində, sonrakı illərdə Bakı kommersiya məktəbində işləyirdi. Burada
işləyənlərdən ali təhsil tələb olunmurdu.
Ştatdankənar müəllimlərin dövlət qulluqçusu hüququ yox idi və aşağı maaş
alırdılar. Azərbaycanın qabaqcıl ictimaiyyəti ana dili müəllimlərinə münasibətdəki
ayrıseçkiliyi kəskin surətdə tənqid edirdi.
Azərbaycan ziyalılarının nümayəndələri xalq təhsili işinə hərtərəfli yardım
göstərirdilər. Onlar orta təhsil məktəblərinin qəyyum şuralarına daxil id ilər.
1915-ci ilə qədər Azərbaycanın üç realnı məktəbini 2030 şagird bitirmişdi,
onların 1521 nəfəri Bakıda qadın orta təhsil müəssisələrinin, o cümlədən 1285 nəfəri Bakı
Mariya gimnaziyasının məzunu idi
49
.
Orta məktəbləri bitirənlər arasında ali təhsilə meyil artırdı. 1914-cü ildə Bakı
realnı məktəbini bitirmiş 80 nəfərdən 74-ü, o cümlədən 67-si texniki təhsil ocaqlarında,
Şuşada 16-dan 13-ü, Bakı Müqəddəs Nina qız məktəbindən 23 nəfərdən 9-u öz təhsilini
davam etdirmə k istəmişdi
50
.
Hər bir tədris müəssisəsinin, xüsusən orta məktəblərin açılması ilk növbədə
maliyyələşdirmə məsələsində bir çox çətinliklərlə üzləşirdi. Xalq Maarif Nazirliyi lazım
olan xərcin xeyli hissəsini təhsil alan uşaqların üzərinə qoyurdu. Azərbaycanda kişi
gimnaziyaları büdcəsinin üçdə birindən çoxu onlarda təhsil alanlardan toplanan məbləğin
hesabına yığılırdı. 1914-cü ildə gimnaziyaların büdcəsinin 35-45 faizi dövlət xəzinəsinin
payına düşürdü, qalan hissəsi isə şəhər özünüidarəsi və başqa mənbələr hesabına idi.
XX əsrin əvvəli texniki-peşə, o cümlədən orta təhsilin daha geniş yayılması ilə
xarakterizə olunur. Ticarət-sənaye fəaliyyəti ilə məşğul olan birja, bank, anbar, idarə və
mağazaların idarəediçilərə, mühasiblərə, komisyonçulara, ticarət agentlərinə,
əmtəəşünaslara, bank işçilərinə və başqa qulluqçulara ehtiyacı var idi.
Bakıdakı qısamüddətli kommersiya kursları əsasən yaşlılar üçün nəzərdə
tutulmuşdu. Onlar hazırlıq və savad səviyyəsinə görə mövcud tələbatı ödəyə bilmirdilər.
1901-ci ildə Bakıda fəaliyyətə baş lamış kommersiya məktəbi (BKM) müəyyən peşələr üzrə
çatışmayan mütəxəssislər hazırlamalı idi. O, yerli sahibkarların səyi və maliyyə dəstəyi
sayəsində açılmışdı. Onlardan təkcə H.Z.Tağıyev həmişəki kimi səxavət göstərərək 50000
173
manat ayırmışdı. Digər xeyriyyəçilər sırasında Ş.Əsədullayev, F.Vəzirov, A.Mantaşov,
Nobel qardaşları da var idilər. H.Z.Tağıyev BKM-in ilk fəxri qəyyumu olmuşdu (1906-
cı ilə qədər)
51
.
Azərbaycanın peşə-texniki məktəblərinin büdcəsi ən yüksək təhsil haqqı (ildə
100-150 manat), həmçinin silki və gildiya sənədlərinin 15 fa iz rüsumu hesabına
yaranırdı.
1901-ci ildə bu məktəblərdə 166 şagird, o cümlədən 11 nəfər azərbaycanlı (6,6
faiz) təhsil alırdı. 1916-cı ildən şagirdlərin sayı 472 nəfərə çatdı ki, onların da 65-i (13,9 faizi)
azərbaycanlı idi. Bütün təhsil alanlardan 349-u, yaxud 73,9 faizi ticarət və sənaye müəssi-
sələrində çalışan qulluqçuların övlad ları idi
52
BKM-də təhsil kursu 8 sinifdən ibarət idi ki, onlardan son ikisi ixtisas kursu hesab
olunurdu. Hazırlıq sinifləri rus dilini bilməyənlər üçün idi. Xüsusi fənlərdən ən çox diqqət
kommersiya haqqı hesabına, mühasibata, əmtəəşünaslığa, siyasi iqtisada verilirdi. Xarici dil-
lərdən fərqli olaraq, azərbaycanlıların ana dili musiqi fənni kimi mütləq fənn hesab
olunmurdu.
BKM proqramında ölkənin xüsusiyyətləri, Qafqazın coğrafiyası, tarixi və
mədəniyyəti nəzərə alınmırdı. BKM-in qəyyumluq şurasına daxil olmuş Ə.M.Topçubaşov
təhsil alan kontingentin milli və dini xüsusiyyətlərini nəzərə almağın zəruriliyi məsələsini
irəli sürürdü. Rusiyanın Şərqlə ticarət əlaqələrinin genişlənəcəyini nəzərə alan
Ə.M.Topçubaşov BKM-də təhsil alanlara Şərq dillərini, həmçin in Qafqaz ölkələri ilə
qonşu ölkələrin iqtisadi coğrafiyasını öyrənməyi lazım bilirdi. Doğma dilin tədrisinə
etinasızlıq nəticəsində onun qeyri-icbari fənn olması Ə.Ağayevin də etirazına səbəb olurdu
53
.
BKM
Rusiya
ali
məktəblərini
bitirmiş
ixtisaslı
müəllimlərlə
komplektləşdirilmişdi. Ştatdankənar işə götürülmüş Ə.Ağayev (1901-1909-cu illər) və
N.Nərimanov (1906-cı ildə) burada Azərbaycan dili və şəriət dərslərin i aparırd ılar
54
.
1915-ci ilədək BKM-i 191 mütəxəssis bitirmişdi. İlk mə zunlardan (1909-cu il)
Əbdülqasım Cəfərov və İskəndər Hacıyev təhsilini davam etdirmək hüququndan istifadə
edərək, sonralar Rusiyada ali iqtisadi təhsil ala bilmişdilər
55
.
Təhsilli mütəxəssis hazırlamaq üçün 1912-ci ildə Bakıda xüsusi kommersiya
qadın məktəbi açıldı. 1902-ci ildə Azərbaycanda ilk peşəkar tədris müəssisəsi olan Bakı
dənizçilik sinfi uzaq səfərlər mütəxəssisi hazırlayan orta dənizçilik məktəbinə çevrildi.
1911-ci ildə burada 151 nəfər, o cümlədən 14 azərbaycanlı, 1914-cü ildə isə 182 nəfər
təhsil alırdı
56
. Məktəbin lazımi maddi bazası, hətta tədris gəmisi, xüsusi sifariş vermək
imkanı var idi. Hər il onlarca dənizçi təcrübə keçərək şturman və şkiper adını alırdı. Bakı
dənizçilik məktəbini bitirənlər Xəzər dənizi hüdudlarından uzaqlarda da ticarət gəmilərinə
komandirlik edirdilər. Bakı dənizçilik məktəbi Xəzər hövzəsinin böyük məktəblərindən biri
olduğu üçün buraya Rusiyanın cənub şəhərlərindən də təhsil almağa gəlirdilər. 1904-cü ildə
Bakı dənizçilik məktəbi nəzdində açılmış gəmi mexanikləri kursları xüsusi məktəb hüququ
əldə etdi
57
. Hər iki tədris müəssisəsini bitirənlər gəmi sükançısı və ya mexanik diplomu
alaraq, Xəzər ticarət donanmasında işləyirdilər.
Əsrin başlanğıcında Bakı aşağı texniki məktəbinin orta məktəbə çevrilməsi üçün
174
icazə alındı. Sənaye müəssisələrində texniklərin yetərsizliyi müşahidə olunurdu. 1903-cü
ildə Bakının mədən və zavodlarına başçılıq edən 130 müdirdən yalnız 30 nəfəri ali təhsilli,
qalanlarının çoxu isə təcrübəli şəxslər idi
58
. Mü xtəlif mürəkkəb sənaye avadanlığına texniki
nəzarətin olmaması faciəli nəticələrə və itkilərə səbəb olurdu. Mühəndislərə əmək haqqı
verə bilməyən kiçik müəssisə sahibləri daha çox texniklərə ehtiyac hiss edirdilər.
Bakı şəhər duması 1902-ci ildə orta texniki məktəb (BOTM) açılması
məsələsini qaldırdı, onun mexanika və kimya istehsalı üzrə istiqamətini müəyyənləşdirməyi
və gələcəkdə məktəbi bitirənlərin texniki ali məktəbə daxil olmaq hüquqlarını təmin etməyi
öz üzərinə götürdü
59
.
BOTM-in tədris planı və proqramı hazırlandı. 1903-cü ilin tədris planı Rusiya Texniki
Cəmiyyətinin Bakı bölməsinin (RTCBB) texniki təhsil daimi komissiyasında müzakirə olundu.
Müzakirədə məşhur Bakı mühəndisləri lazımi fənləri, xüsusən neft texnologiyası və kimyasını
vacib dərslər sırasına daxil etməyi təklif etdilər. Proqramlar öz zənginliyi və ço xcəhətliliyi ilə
fərqlənirdi
60
. 1905-ci ildə BOTM mexaniki və texniki şöbələri yaradıldı. Ümumtəhsil kursu iki
il hazırlıq siniflərində keçirilirdi. Sonrakı dörd sinifdə əsasən nəzəri fənlər öyrədilir və təcrübə
məşğələləri keçirilirdi. Məktəb nəzdində aşağı sənətkarlıq məktəbi və təcrübə kursları
qalırdı.
Mülki tikililərə tələbat artdığı üçün 1909-cu ildə daşyonma və kərpicbişirmə
emalatxanası açıldıl
61
. 1910-cu ildə me xaniki şöbə RTCBB-nin təklifi ilə neft-sənaye və
elektrotexnika şöbələrinə bölündü. Azərbaycanda su çatışmazlığı şəraitində lazımi hidrotex-
niki bölmənin 1913-cü ildə açılması vəsaitin olmaması üzündən təxirə salındı
62
. Bakı orta
texniki məktəbində çilingər, xarrat, mexaniki hissələr, dəmirçi-metaltökən və s. emalatxanalar
fəaliyyət göstərirdi. 1910-cu ildə Rusiyada ilk dəfə Bakı orta texniki məktəbində döymə və
minakarlıq emalatxanası yaradıldı. Bu emalatxana Azərbaycan xalqının tətbiqi xalq
sənətinin zəngin ənənələrinə əsaslanırdı. 1913-cü ildə orada 15 tələbə təhsil alırdı
63
.
Bakı orta texniki məktəbində müxtəlif kurslar təşkil olunurdu. 1905-1906-cı təhsil
ilində savad kursu açılmış, 1912/13-cü tədris ilində isə mərzçi, texniklər, rəssamlıq,
müəllimlər üçün kürsülər hazırlamaq kursları fəaliyyət göstərirdi
64
.
1915-ci il ərəfəsində Bakı orta texniki məktəbinin 494 tələbəsi var idi və onlardan
cəmi 20 nəfəri azərbaycanlı idi. İlk altı buraxılışın (1913-cü il) 164 məzununun 106-sı
mexanika bölməsini bitirmişdi. İllik təhsil haqqı 50-60 rubl idi. Aşağı sənətkarlıq məktəbin-
də 1914-cü ildə təhsil alan 120 nəfər, o cümlədən 3 azərbaycanlı tələbə müxtəlif peşə
sənətkarlığına yiyələnir və ildə 12-16 rubl ödəyirdilər
65
. Bakı orta texniki məktəbi lazımi
avadanlıq və tədris vəsaiti ilə yaxşı təchiz olunmuşdu. 1913-cü ildə emalatxanalarda 6 maşın,
202 dəzgah (ümumi qiyməti 91,735 man.), əsaslı kitabxanada 945 adda (14 244 cild), tələbə
bölməsində isə 756 adda (1081 nüsxə) kitab var id i
66
. Fizika kabineti də lazımi
cihazlarla təmin olun muşdu. Müəllimlər yüksək peşəkarlığı olan mütəxəssis-
mühəndislər və texn iki ustalar id i.
Bakı orta texn iki məktəbinin büdcəsi 1914-cü ildə 120,6 min manat id i.
Əsas vəsaitlər dövlət xəzinəsi (25 faiz), şəhər özünüidarəsi (20 faiz) və tədris üçün
rüsum (17 faiz) hesabına daxil olurdu
67
. Maliyyə vəsaitinin azlığı Bakı orta texn iki
175
məktəbinin in kişafını ləngid irdi. Xeyriyyəçilərin kö məy i büdcənin qorunub
saxlan ılmasına yardım edirdi. Məktəbə və onun şagirdlərinə Bakı o rta texn iki
məktəbinin fəxri qəyyumu H.Z.Tağıyev daima kö mək edirdi. Onun uzaqgörənliyi,
xalq təhsili işin i hə mişə dəstəkləyib ona maddi yard ım etməyə hazır olmasın ın
böyük əhəmiyyəti vardı. O, digər sahibkar M .Mu xtarovla birlikdə xarrat
emalatxanası açmışdı, ehtiyac yarandıqda müəllimlərin əmək haqqını da ödəyirdi.
O, 1901-ci il-də binanın tikilməsinə 6600 manat vermiş, 1909-1910-cu illərdə isə
binanın ikinci mərtəbəsinin tikintisinə, kimya laboratoriyasının təşkilinə 50 min
manat ay ırmışdı
68
. H.Z.Tağ ıyev şəhər Du masının deputatlarını məktəbə maliyyə
ayırmağın, onun inkişafına əhəmiyyət verməyin, məktəb üçün nəzərdə tutulmuş
torpaq sahələrini genişləndirməy in vacibliyinə inandıra b ilmişdi.
Bakı orta texn iki məktəbinin abadlığ ına daim qayğı göstərdiyinə görə
şəhər Duması H.Z.Tağıyevin şəklin i sifariş verib, onun fəxri hamisi o lduğu
məktəbin akt zalında qoyulmasını qərara almışdı.
Gö rkəmli rus rəssamı İ.Brodskin in 1913-cü ildə çəkdiy i həmin portret
hazırda H.Z.Tağıyevin vaxtilə şəxsi mülkü olmuş indiki A zərbaycan Tarixi
Muzeyində saxlanılır.
Məktəbin buraxdığı texn iklərin sayı çox deyildi. Lakin onlar
Azərbaycanın sənaye müəssisələrinin, ilk növbədə Bakı neft sənayesi rayonunda
texn iki yüksəlişi, eyni zamanda sənaye istehsalı üçün zəruri olan texn iki kadrlar,
ixt isaslı fəh lələ r hazırlan ması işini həyata keçirirdilər.
Bakı o rta texniki məktəbi ö z ixtisas yönümünə görə Qafqazda yeganə idi
və bu regionun digər şəhərləri üçün də lazımi səviyyədə hazırlığ ı o lan texn ik
mütəxəssislər hazırlay ırdı.
XX əsrin əvvəllərində Zaqatala və Gəncə sənət məktəblərində
mütəxəssislər hazırlan ması davam edirdi. Onların hər ikisinin ipəkçiliyi və bağçılığı
öyrənmək üçün kənd təsərrüfatına yararlı torpaq sahələri var idi. Çöl işlərindən azad olan
vaxtlarda şagirdlər emalatxanalarda xarratlığı, araba, təkər düzəltməyi, dəmirçiliyi öyrənir.
səbət toxuyur və bu qəbildən olan digər işlərlə də məşğul olurdular.
1914-cü ildə Zaqatala sənət məktəbinin üç emalatxanasında 3021 alət, Gəncənin
dörd sənət emalatxanasında 5392 alət, o cümlədən bir buxar maşını və 34 dəzgah
hazırlanmış, onların kitabxanalarında, müvafiq olaraq, 2215 (3771 cild) və 2075 adda (26027
cild) kitab var id i
69
.
Gəncə sənət məktəbi şəhər özünüidarəsi hesabına maliyyələşir. xəzinədən ona
cüzi vəsait xərclənirdi. Zaqatala sənət məktəbi isə xəzinə hesabına saxlanılırdı. 1915-ci il
ərəfəsində Gəncə sənət məktəbində 112 (64-ü azərbaycanlı), Zaqatala sənət məktəbində
isə 33 nəfər (16-sı azərbaycanlı) şagird təhsil alırdı
70
. Gəncə sənət məktəbində təhsil haqqı
12, pansionatda tərbiyə almaq xərci 140, Zaqatalada isə, müvafiq olaraq, 8 və 120 rubl idi.
Gəncə sənət məktəbinin sosial tərkibində kəndlilər ço xluq təşkil edirdi Belə ki, Gəncədə
112 nəfərdən 102-si, Zaqatalada isə 33 nəfərdən 25-i kəndli idi. Təhsil haqqı və pansionat
xərcinin nisbətən aşağı olması bu təhsil ocaqlarının sabit fəaliyyətini təmin edirdi. 1914-cü
176
ildə Gəncə sənət məktəbi pansionunda 98, Zaqatala məktəbində isə 32 nəfər şagird təhsil
alırdı. Onlardan, müvafiq olaraq, 48 və 25 nəfər haqq ödəmirdi
71
.
1915-ci ilə qədər sənət məktəbini Gəncədə 231, Zaqatalada 108, Bakıda isə
120 nəfər, yəni cəmisi 459 nəfər bitirmiş, müxtəlif peşə sənətkarlığına yiyələn mişdilər.
Gəncə və Zaqatala sənət məktəblərini bitirənlərin xeyli hissəsi dövlət idarə və
müəssisələrində yaxşı maaşla iş tapır, kənd təsərrüfatı ilə əlaqəni kəsirdilər. Ona görə
sənət məktəbləri kənd təsərrüfatı istehsalına lazımi təsir göstərə bilmirdi.
Əsrin 90-cı illərində sənayenin inkişafı, müəssisələrin ardıcıl və təhlükəsiz
işləməsi üçün ixtisaslı fəhlələrə ehtiyacı nəzərə alaraq, RTCBB qazıma ustaları və ocaqçılar
hazırlayan kurslar açılmasına təşəbbüs etdi. 1901-ci ildə isə bu qurum texniki təhsil
komissiyası yaratdı
72
. 1903-cü ildə Bakıda texniki ziyalıların təşəbbüsü və səyi nəticəsində
fəhlələr üçün texniki kurslar açıldı
73
. Fəhlələr əvvəlcə şəkil çəkmək və rəsmxət, sonra isə
bununla əlaqədar hesab və həndəsə öyrənirdilər. Rəsmxət modelçilərə, dülgərlərə,
çilingərlərə, xarratlara və başqa ustalara daha çox lazım idi. Belə ki, onlar öz iş fəaliyyətləri
sahəsində cizgi çəkməyi və onlardan baş çıxarmağı öyrənirdilər. Bunun ardınca buxar
qazanlarına qulluq edən qrup yaradıldı. Daha sonra təcrübəçi mütəxəssislər üçün 1907-ci
ildə daxili yanma mühərriklərini, neft və qaz motorlarını öyrədən kurs açıldı.
RTCBB-nin yeni binasında aparılan nəzəri məşğələlər zavodlarda, elektrik
stansiyalarında və təhsil ekskursiyalarında təcrübə keçməklə möhkəmləndirilirdi.
Kurslarda hər elm sahəsi üzrə 1 -2 rubl haqq alınırdı və onun da yüksək olmaması çox
dinləyici cəlb olunmasını əsaslandırırdı. 1915-ci ilin əvvəlində həmin kursların 242
dinləyicisi var idi. Kursların sayı yetərincə olmasa da, onlar fəhlələrin ciddi
ixtisaslaşmasına və peşəkarlığının yüksəlməsinə qüvvətli təsir göstərirdi.
Azərbaycanda, xüsusən Bakıda texniki kurslardan başqa müxtəlif ixtisas, o
cümlədən mamalıq, Gəncədə feldşer, biçmə və tikmə, rəsmxət, rəssamlıq və s. məktəb
kursları var idi. Azərbaycanın mədəni həyatında Rusiya Musiqi Cəmiyyəti Bakı bölməsinin
musiqi siniflərinin açılması əhəmiyyətli hadisə idi
74
. 1914-1915-ci tədris ilində orada 428
nəfər təhsil alırdı. Onlardan 328 nəfəri fortepiano, digərləri simli, nəfəsli alətlərdə çalmağı
və vokal öyrənirdi. Təhsil haqqının yüksək - ildə 80-100 rubl olması və musiqi alətlərinin
bahalığı musiqi siniflərində yalnız varlı uşaqlarının təhsil almasına imkan verirdi.
Musiqidə təhsil alanlardan 11 nəfəri azərbaycanlı neft senayeçilərinin və gəmi sahiblərinin
uşaqları idi
75
. Bakıda daha dörd xüsusi məktəb, o cümlədən tanınmış dirijor Şefferlinqə
məxsus musiqi məktəbləri var id i.
Azərbaycanda klassik Şərq üslubunda oxumaq və milli musiqi alətlərində
çalmaq sənətini öyrənmək geniş yayılmışdı, lakin tədris fərdi xarakter daşıyırdı. Şuşa öz
musiqiçiləri və xalq musiqisinin köklü qədim ənənələri ilə məşhur idi. Üzeyir və Ceyhun
Hacıbəyov qardaşları, Qurban Primov, Cabbar Qaryağdıoğlu və başqaları öz ilk musiqi
təhsillərini burada almışdılar.
Sosial-iqtisadi inkişaf yüksək ixtisaslı texniki kadrlara ildən-ilə artan tələbata
səbəb olurdu. XIX əsrin sonunda Tiflisdə, Vladiqafqazda, sonra isə Bakıda "Qafqazda ali
təhsil müəssisələrinin yaradılması" uğrunda hərəkat başlandı.
177
Tiflis şəhər Duması xahişnaməsinə cavab gözləmədən universitet binası üçün
torpaq sahəsi ayırmaq barəsində qarar çıxardı. Qafqaz inzibatçıları müxtəlif bəhanələrlə
ali məktəbin açılması barədə müraciətə rədd cavabı verdi. Bunun əsas səbəblərindən biri
hökumətin tələbələr arasında azadlıq ideyalarının yayılacağından qorxub ehtiyat
etməsi idi.
1898-ci ildə Bakıda politexnikum açmaq təşəbbüsü ilə Bakı şəhər Dumasında dağ-
mədən mühəndisi Fərrux Vəzirov çıxış etdi. Onun bu çağırışı gələcək ali məktəb üçün
yaradılan fonda neft sənayeçiləri, o cümlədən H.Z.Tağıyev və "Nobel qardaşları" şirkəti
də qoşuldular. Onların hər biri bu işə 100000 rubl ödəməyi öhdələrinə götürdülər.
F.Vəzirov Bakının böyük gələcəyi olduğunu nəzərə alaraq, politexniku mu məhz
Bakıda açmağın zəruriliyini təkidlə sübut edirdi. Lakin Qafqazdakı hakimiyyət
orqanları ali təhsil ocağını diyarın inzibati mərkəzi Tiflisdə, burada nəzarət etmək daha asan
olduğundan, açmağa üstünlük verirdilə r.
Politexnikuma bina tikilməsi üçün vəsait toplanmasında bir çox Qafqaz
şəhərləri, o cümlədən Bakı, Gəncə, Nuxa, Şamaxı və Lənkəran da iştirak edirdilər
76
. Ali
məktəbin yönümünü müzakirəyə çıxararkən onun yaradılmasına vəsait qoymuş Bakı neft
sənayeçiləri kimya şöbəsi əvəzinə mədən şöbəsi açmağı tələb edirdilər. Çünki Bakıda
istehsalat təcrübəsi keçməyə və gələcəkdə iş yeri seçməyə mükəmməl şərait var id i
77
.
Birinci dünya müharibəsinin başlanması hökumətin bu ali məktəbi tikmək
qərarının icrasını təxirə saldı, yalnız 1917-ci ilin martında Rusiyanın Nazirlər Soveti
Tiflisdə politexnikumu açmaq barədə qanunnaməyə baxmağa icazə verdi.
Politexnukumun tərkibində kənd təsərrüfatı, kimya, və iqtisad fakültələri nəzərdə
tutulmuşdu.
Bakıda Politexnik İnstitutu isə çox sonralar təşkil olundu.
XX əsrin əvvəllərində ölkənin həyatında baş verən yeni dəyişikliklər
nəticəsində təhsilə meyil genişlənib kütləvi xarakter alırdı. Təcrübəli fəhlə qüvvəsinə
tələbatın artması məktəbdənkənar təhsil müəssisələrinin açılmasına şərait yaratdı. Onlar
əsasən rus dilini öyrənmək üçün açılır, doğma dil isə yalnız azərbaycanlıların təhsil aldığı
kurslarda öyrədilirdi. Azərbaycan və rus dilləri dərslərinin dinləyiciləri ədəbiyyat, tarix,
coğrafiya və təbiətə aid məlumatlar da alırdılar. Onlardan bəziləri hesabı, şəkil çəkməyi,
cizgiçiliyi öyrənməklə yanaşı, mühasibat işlərinə dair zəruri biliklərə də yiyələnirdilər
78
.
Bakı bazar günü məktəblərinin əsas heyəti milliyyəti, yaşı, sənəti peşəkarlıq
səviyyəsi mü xtəlif olan şəxslərdən ibarət idi. Dinləyicilərin çoxu rus dilini öyrənmək,
ümumi savad sahibi olmaq istəyirdilər. 1916-cı ildə bu məktəblərə qadınları da qəbul etməyə
başladılar. 1911-1912-ci tədris ilində buradakı dinləyicilərin sayı 738-ə çatdı ki, onların da
cəmi 143-ü azərbaycanlı idi. Təhsil alanların dörddə biri yeniyetmə idi. Bakı bazar günü
məktəbinin müəllimlər şurası müsəlman dinləyicilərinin artmasından məmnun idi, çünki
bu, çar Rusiyasının strateji marağı ilə üst-üstə düşürdü. Onlar hazırlıq səviyyəsi və mülkiyyəti
eyni olanları qruplaşdırırdı. Həmin qrupları Azərbaycan dilini bilən müəllim kadrları ilə
təmin etməyə, kitabxana yaradaraq, lazımi tədris kitabları ilə təchiz etməyə çalışırdılar.
Pedaqoji heyət şəhər məktəbləri müəllimləri və orta məktəblərin yuxarı sinif şagirdlərindən
178
təşkil olunmuşdu. Onların sırasında S.Adıgözəlov, M.Əliyev, A.Axundov, M.Vəkilov və
başqaları da var idi.
Teatr və sərgilərə ekskursiyalar, rəngarəng proqramlı ədəbi gecələrin təşkili Bakı
bazar günü məktəbi dinləyicilərinin mədəni səviyyəsinin yüksəlməsinə şərait yaradırdı.
1913-cü il ərəfəsində məktəbin açılışından keçən 20 ildə onun 11845 dinləyicisi
olmuşdu
79
.
Bakıda digər iki bazar günü məktəbi də fəaliyyət göstərirdi. Onlardan biri
1897-ci ildən şəhər ikisinifli qadın məktəbi nəzdində, o biri isə 1904-cü ildən Bayıl
BNSQŞ-nin məktəbində idi
80
.
1901-ci ildə yəhudi "Talmud-tövra" məktəbi nəzdində Bakı bazar günü
məktəbinə oxşar şənbə kursları açıldı
81
.
Azərbaycanlı əhali üçün kursların açılması zəruriyyəti barəsində Həsən bəy
Zərdabi hələ 1904 və 1908-ci illərdə çıxış etmişdi. Azərbaycan əhalisinin
məktəbdənkənar təhsili məsələsi ilə Bakıda "Nicat" Maarif Cəmiyyəti ciddi məşğul
olurdu.
1907-ci ildə IV Rus-tatar məktəbi nəzdində cümə günü məktəbi açıldı. Onun
278 dinləyicisindən 245-i azərbaycanlı idi
82
.
Cümə günü məktəbləri dinləyicisi olmaq istəyənlərin hamısını əhatə edə
bilmədiyinə görə, 1909-cu ildə II şəhər məktəbində "Nicat‖ın gecə kursları daimi
fəaliyyət göstərməyə başladı.
1910-cu ildə kurslarda 240 nəfər məşğul olurdu ki, onların çoxunun yazı-pozu
savadı yox idi
83
. Cümə günü məktəblərində və axşam kurslarında həm rus, həm də
Azərbaycan (türk) dili keçilir, məşğələlər də Azərbaycan (türk) d ilində aparılır və ən
yaxşı tədris vəsaitlərindən istifadə olunurdu. Burada ustalarla, prikazçiklərlə,
tacirlərlə yanaşı, d in xadimləri də məşğul o lurdular. Onlar məktəbləri yenidən
qurmaq məqsədilə rus dilini öyrənmək istəyirdilər.
Bu təhsil ocaqlarının yaradılmasında rus-tatar məktəblərin in müəllimləri
S.Acalov, M.Hacıbabayev, Ə.Hüseynov, V.İsmayılov, A.İsrafılbəyli, H.
Qorçibaşov, H.Mirzəzadə, H.M inasazov, Ə.Mustafayev, A.Sübhanverdixanov,
R.Tah irli, H.Şıxlinski və başqaları o lduqca fəal iştira k edirdilər.
1907-c i ildə "Nəşri-maa rif‖ cə miyyətinin nə zarət etdiyi Zabrat, Əmircan,
Sabunçu və başqa kəndlərdə gecə kursları şəbəkəsi genişlənməyə başladı.
"Səfa" cəmiyyəti də axşam kursları və bazar günü məktəbləri açmışdı.
Məktəbdənkənar müəssisələr BNSQŞ-nin ibtidai məktəblərinin nəzd ində açılırd ı.
1905-c i ilə kimi Bakı neft-mədən rayonlarında 12 gecə kursu və iki ba zar günü
məktəbi var id i. Təkcə Sabunçu məktəbində 1904 -cü ildə 240,"Təməddün"
məktəbi nəzdində isə 1909-cu ildə 350 dinləy ici var idi
84
.
Məktəbdənkənar qurumlar Gəncə, Şamaxı, Nu xa, Şuşa, Qazax və
Azərbaycanın digər şəhərlərində, həmçinin kənd yerlərində də bir qayda olaraq
məktəblərin nəzdində id i. Onların d inləyiciləri arasında qadınlar yo x idi.
179
Məktəbdənkənar təhsil müəssisələrində əsasən haqq ödənilmədiyinə görə,
onlar maliyyə çətinliyi çəkird ilər, lakin müəllimlə rin böyük həvəsi və
dinləyicilərin təhsilə ciddi münasibəti sayəsində uğurla fəaliyyət göstərirdilər.
Gecə kurslarının və bazar günü məktəblərinin əhəmiyyəti onda id i ki, onlar
zəh mətkeş əhalini, ilk növbədə, fəhlələrin müəyyən hissəsini savadlandırıb, təhsilə
cəlb etməklə, onların bilik səviyyəsini yüksəldir, daha yaxşı ödənişli iş tapmaq
şansını artırırdı.
Xalq təhsili genişlənib, əhali arasında savadlı adamlar ço xald ıqca, kitab xana
və oxu zallarına tələbat da artırdı.
Azərbaycanda XIX əsrin axırlarında fəaliyyətə başlamış Nərimanov
kitab xanasına o xşar rus-Azərbaycan kitab xanaları - o xu zalları meydana çıxmağa
başladı. On ları ictimai təşkilatlar, xüsusi şəxslər, adətən xalq təhsili fəalları
açırdılar.
Ölkədə azad lıq hərəkatının yüksəlişi ilə əlaqədar kitab xanalar şəbəkəsi
genişləndi. Lakin kitab xana açmağa icazə bu iş üçün məsul olanlara inam, həmçinin
kitab fondunun tərkibi və onun saxlanılması üçün nazirliyin müəyyənləşdirdiyi sərt
qaydalarla tənzimlənirdi.
1902-ci ildə Ə.Topçubaşov "Kaspi" qəzeti redaksiyasının nəzdində rus-
Azərbaycan kitabxanasını açdı
85
. Kitabxana və qiraətxanalar əksər hallarda müəllimlərin
təşəbbüsü və iştirakı ilə yaranırdı. Onlardan 1905-ci ildə Salyanda Ə.Səfərbəyovun,
1906-cı ildə Şama xıda A. və H.Minasazov qardaşlarının, 1906-cı ildə Ağdamda
Qayıbovun, 1907-ci ildə Şamaxıda Abbas Səhhətin, Cəbrayılda B.Cavanşirovun,
Ağdaşda M.Əfəndizadənin, Naxçıvanda M.T.Sidqinin kitabxanalarını göstərmək olar.
Rus-Azərbaycan kitabxanaları əslində bütün qəza şəhərlərində, hətta bəzi kəndlərdə, o
cümlədən Nuxa qəzasında Bum və Qutqaşın, Bakı qəzasının Keşlə, Maştağa və Əhmədli
kəndlərində də var idi
86
. Kitabxanaların sayı Bakı şəhərində nisbətən daha çox idi. 1906-
cı ilin əvvəllərində H. Zərdabinin köməyi ilə "Üxüvvət" tələbə ittifaqı tərəfindən ucuz
Azərbaycan qiraətxanası təşkil olun muşdu
87
.
Bakıda ictimai kitabxanalardan ən böyüyü ictimai yığıncağın, Şəhər
Dumasının, "Nicat" cəmiyyətinin maarif kitabxanaları və b. idi. "Nicat" kitabxanasının
təşkilində M.E.Səlimbəyov, E.E.Əmircanov, L.Behbudov fəal iştirak etmişdilər
88
. "Nicat"
kitabxanasının fondu azərbaycanlı oxucuların mənafe və marağı nəzərə alınaraq təşkil
edildiyi üçün kitabxananın fəaliyyəti oxucularda milli şüurun yüksəlişinə kö mək ed irdi.
Kitabxana-qiraətxanaların çoxunun əsaslı maddi bazası olmadığından çox
uzun müddət fəaliyyətdən qalırdılar, lakin bəziləri təhsilli şəxslərin dəstəyi hesabına
yenidən həyata qaytarılırdı. Məsələn, Qubada, Şuşada, Şamaxıda, Nuxada, Salyanda və b.
yerlərdə olduğu kimi.
Kitabxanalar Azərbaycanda yaşayan müxtəlif etnik qrupların xeyriyyəçi
cəmiyyətləri tərəfindən də açılırdı. H.Z.Tağıyevin Əhmədli kəndindəki pambıq emalı
fabrikində, neft mədənlərində, xəstəxanalarda, xalq evlərində bu cür cəmiyyətlər
180
fəaliyyət göstərirdi.
RTCBB-nin zəngin elmi-texniki kitabxanası var idi, RTCBB-nin təşəbbüsü ilə,
onun keçmiş sədri A.S.Doroşenkonun adına xalq kitabxanaları açıldı. Onların təşkilində
Fərrux bəy Vəzirov, İ.Qoslavski, L.Krasin, D.Landau və başqaları fəal iştirak
etmişdilər
89
.
1903-cü ildə Qaraşəhər, Ağşəhər və Bibiheybət xalq kitabxanalarının 1115
üzvü var idi. Üzvlər öz kitabxanalarına 20 minə qədər kitab almışdılar, kitabxana fondu
5230 nüsxə kitabdan (rus dilində) ibarət idi. Azərbaycanlı oxucuların sayı 2,6 faizdən çox
deyildi
90
. Kitabxananı təşkil edənlərin Maarif idarəsindən Azərbaycan dilin də kitab
almaq təşəbbüsləri müvəffəqiyyət qazanmırdı.
Kitabların əksəriyyəti orta təhsil məktəblərində cəmlənmişdi. 1914-cü ildə
Bakı və Yelizavetpol quberniyalarının üç realnı məktəbində, beş kişi gimnaziyasında və
yeddi qadın orta məktəbindəki əsaslı kitabxanalarda, 24337 adda 61389 nüsxə kitab var
idi. Tələbə kitabxanalarında isə bu rəqəmlər, müvafiq olaraq, 34049 və 52063 idi
91
.
XX əsrin əvvəllərindən kitabxana işi genişləndikcə, kitabxanalarda rusdilli
kitablarla yanaşı, ana dilində olan ədəbiyyatın azərbaycanlı oxucular hesabına artması
müşahidə olunurdu. Lakin kitabxanaların sayı və kitab fondunun tərkibi oxucuların böyük
əksəriyyətinin tələbatını lazımınca ödəyə bilmirdi.
Azərbaycanda yeni növ müxtəlif mədəni-maarif müəssisələri, məsələn, xalq
evləri, "Bilik-qüvvə" cəmiyyəti və başqaları meydana çıxırd ı. Onlar maarifçilik
tədbirləri ilə yanaşı, işdən azad vaxtlar kütləv i əyləncələr də təşkil ed ird i.
Muzeylərin təşkil olunması işinə də başlanmışdı. 1904-cü ildə Bakı quberniya
və Dağıstan vilayət xalq məktəbləri idarəsinin pedaqoji muzeyləri fəaliyyət göstərirdi.
Onlarda müxtəlif əyani vəsaitlər, materiallar, flora və fauna üzrə kolleksiyalar
toplanmışdı
92
.
RTCBB nəzdində sənaye və texnika muzeyləri açılırdı. Lakin bu işin digər
tərəfi də o idi ki, Bakı, Gəncə, Naxçıvan və Azərbaycanın digər şəhərlərində ayrı-ayrı
şəxslərə məxsus xalça-palaz, müxtəlif silah, milli tətbiqi sənət məmulatı cəmləşsə də,
onlardan muzey təşkil edilmirdi.
Azərbaycanda ümumməktəb və texniki-sənət təhsili yayıldığından onların
yüzlərlə məzunu ali məktəblərə daxil olmaq istəyir və buna görə Rusiyanın müxtəlif
şəhərlərinə yollanırdılar. Onların bir qismi əvvəllər Moskva və Peterburq universitetlərində
təhsil alırdı, XX əsrin başlanğıcında isə Kiyev, Xarkov, Kazan, Odessa, Riqa və başqa
şəhərlərin ali məktəblərində də onların sayı artmağa başladı.
Universitetlərin hüquq və tibb fakültələri azərbaycanlı gəncləri daha çox
maraqlandırırdı. Çünki başqa fakültələri bitirdikdən sonra, alınmış bilikləri tətbiq etmək
və iş tapmaq şəraiti məhdud idi.
Azərbaycanlı gəncləri texniki təhsil bir qədər gec, XIX əsrin sonlarında sənaye
və nəqliyyat idarələrində mühəndis -texniki işçilərə tələbat artdığı zaman cəlb etməyə
başladı. Onlar Peterburqda texniki ixtisaslar üzrə təhsil almağa daha çox meyil
göstərirdilər. Ölkənin ən iri texniki ali məktəbləri, həmçinin texnologiya, dağ-mədən,
181
politexnik, meşə, yol mühəndisi və s. mülki mühəndis institutları əsasən burada
cəmləşmişdi. Azərbaycanlı abituriyentlər texnologiya institutlarına üstünlük verirdilər. Ona
görə ki, onlar mexanik, yaxud kimyaçı-texnoloq ixtisasına sahib olduqda vətəndə, ilk
növbədə, neft sənayesində öz ixtisası üzrə iş tapır və yiyələndikləri bilik və bacarığı
tətbiq etmək imkan ı qazanırd ılar.
Kiyev, Riqa politexnik institutlarında, Moskva Texniki Məktəbində, Petrovski-
Razumovski Əkinçilik Akademiyasında, Moskva Kommersiya İnstitutunda, Peterburq
Hərbi-Tibb Akademiyasında və başqa ali məktəblərdə onlarla azərbaycanlı gənc təhsil
alırdı.
Abituriyentlərin bəziləri, maddi kö mək ala biləcəklərinə ümid bəsləyərək, ali
təhsil ardınca Qərbi Avropaya - Belçikaya, Fransaya, ən çoxu Almaniyaya gedirdilər.
Onlardan Əbdülxalıq Axundov, Ağa A xundov, Ağa Aşurov, Bəhram Axundov, Bala
Bakıxanov, Cavad və Şamil Vəzirovlar, Əli Verdiyev, Ceyhun Hacıbəyov, Sadıq Hü -
seynov, Həbib Kərimov, Ağalar Mahmudbəyov, Midhəd Məlikov, Balabəy Mustafayev,
Əliheydər Orucov və başqalarını göstərmək olar. Gənclərin bir çoxu isə İranda və
Türkiyədə humanitar təhsil almışdılar. Onların arasında H.Cavid, Ö.Nemanzadə, A.Səhhət,
A.Sur, Q.Əfəndiyev (Qantə mir) və başqaları da var idi.
Azərbaycanlı qadınlar da ali təhsil almaq üçün səy göstərməyə başladılar.
Onlardan birincisi Sona xanım Vəlixanova oldu. O,1908-ci ildə Peterburq Qadın Tibb
İnstitutunu bitirdi. Xeyransa Axundova da tibbi təhsilini Moskvada, ali qadın
kurslarında aldı. Qəmər İskəndərova Moskva Universitetinin nəzdində stomatoloq
ixtisası üzrə imtahan verdi. Zara Ağayeva (Şahtaxtinskaya) Tiflisdə ali qadın kurslarında
təbiətşünaslıq fakültəsini b itirdi
93
.
Yo xsul uşaqlardan Rusiyada təhsil alan tələbələr Qafqaz şəhər
özünüidarəsinin, mü xtəlif cəmiyyətlər və xüsusi şəxslərin verdiyi təqaüddən istifadə
edə bilirdilər. Azərbaycanlı tələbələr müsəlman olduqları üçün institut təqaüdünə (ildə
300 manat və pulsuz təhsilə) ümid edə bilməzdilər. İmtiyazlı Qafqaz təqaüdünə də ümid az
idi, onu (ayda 20 manat və pulsuz təhsil) yalnız məmur uşaqlarına verirdilər.
1908-1916-cı illərdə yalnız 12 azərbaycanlı tələbə Qafqaz təqaüdündən istifadə
etmişdi. Bakı şəhər idarəsi cəmi 34 təqaüd (350 manat) ödəyirdi. XX əsrin
əvvəllərində mü xtəlif illərdə şəhər təqaüdündən Ə.Axundov, İ.Əliyev, M.Vəkilov,
M.Hacınski, Ə. Q.Cəfərov, R.Məlikov, P.Poladxanov, Ə.Bəylərbəyov, N.Nərimanov
və başqaları istifadə etmişdilər
94
.
Təqaüd məbləğinin çox az olması, həmçinin verilən təqaüdlərin sayca
məhdudluğu bəzi tələbələri işləməyə məcbur edirdi. 1913-cü ildə Bakı qəzetlərinin
birində ("İqbal") yazılırdı ki, azərbaycanlı tələbələrin 30 faizi ehtiyac içindədir
95
.
Təminatı və təhsil haqqını ödəmək imkanı olmayan tələbələr institutdan çıxarılmaq
təhlükəsi ilə üzləşirdilər. Tələbələrə "Nicat", "Səfa" cəmiyyətləri, Peterburq müsəlman
xeyriyyə cəmiyyəti və başqa təşkilatlar kömək edir, keçirdikləri xeyriyyəçilik
tədbirlərindən əldə olunan vəsaitləri ehtiyac içində olan tələbələrə paylay ırd ılar.
Təminatsız tələbələrə maddi yardım və təqaüdü Bakı sahibkarları Ş.Əsədullayev,
182
Bala bəy və Bəşir bəy Aşurbəyovlar, U.Dadaşov, M.Muxtarov, M.Nağıyev,
H.Z.Tağıyev və başqaları ödəyirdilər. H.Z.Tağıyev sonralar xalqın tarixində müəyyən iz
qoymuş bir çox tələbənin (Ağa Axundovun, R.Axundovun, M.Vəkilovun, H.Ağayevin,
Q.Qarabəyovun, N.Nərimanovun, P.Tambiyevin və b.) ali təhsil almasına şəxsən
kö mək etmişdi.
Qarşılıqlı yardım zərurəti azərbaycanlı tələbələri birləşdirməyə məcbur edirdi.
Onların təhsil aldıqları Rusiya şəhərlərində, o cümlədən Peterburq, Moskva, Kiyev,
Kazanda həmyerlilər cəmiyyətləri var idi.
Təhsilini başa vurmuş gənc mütəxəssislər işləmək üçün Vətənə qayıdırdılar.
Mühəndislər neft firmalarında, tikintidə, nəqliyyatda, müxtəlif təşkilat və idarələrdə
çalışır, tibb mütəxəssisləri ictimai xəstəxanalarda, səhiyyə müəssisələrində işləyir və ya
fərdi qaydada məşğul olurdular. Hüquqşünaslar müsəlman olduqları üçün çox vaxt dövlət
qulluğuna qəbul edilmədiklərinə görə, adətən şəxsi vəkilliklə məşğul olur, yaxud
təhsillərinə uyğun olmayan başqa işlərdə çalışmaq məcburiyyətində qalırd ılar.
Azərbaycan ziyalıları sırasına daxil olmuş savadlı cavanlar üçün geniş ictimai
fəaliyyət xarakterik cəhət idi. Onlar özünüidarə və maarif ocaqlarında, xeyriyyə
məqsədilə keçirilən ədəbi-musiqili gecələrin və tamaşaların təşkilində iştirak edirdilər.
İctimai-siyasi işlə məşğul olan diplomlu mütəxəssislərin bəzi nümayəndələri Dövlət
Dumasına seçilmiş, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra isə hökumətin və
Milli Şuranın tərkibinə daxil olmuşdular.
1918-ci ilə qədər təhsil almış azərbaycanlı mütəxəssislər Azərbaycandakı
başqa millətdən olan ziyalıların bir qismi ilə rəqabət aparmış, digər bir qismi ilə birgə
çalışaraq öz vətənlərinin ictimai, iqtisadi və mədəni həyatında mühüm rol oynamışdılar.
Beləliklə, ü mu miyyətlə XX əsrin əvvəllərində Azərbaycanda müxtəlif növ
məktəblərin, ilk növbədə, ibtidai təhsil şəbəkəsinin dairəsi genişlənmiş, təhsil alanların,
o cümlədən azərbaycanlıların sayı xeyli artmışdı.
1915-ci ilin başlanğıcına qədər Bakı və Yelizavetpol quberniyalarında və
Zaqatala dairəsində 15262 müsəlman şagird var idi ki, onların çoxunu azərbaycanlılar (o
cümlədən 1495 qız) təşkil edirdi. Müsəlman şagirdlər məktəbyaşlı uşaqların 10 faizini,
qızlar isə bu növ təhsil alanların ümumi sayının onda bir hissəsini əhatə edirdi
96
. Lakin
bununla belə, yerli əhalinin təhsil tələbatının ödənilməsi acınacaqlı səviyyədə qalırdı.
Çar Rusiyasının Azərbaycandakı təhsil sistemi onun müstəmləkəçilik
siyasətinin strateji mexanizmi olduğu üçün azərbaycanlıların ana dilində təhsil
almalarına imkan verilmirdi. Buna görə də ümumtəhsil məsələsi ölkənin qabaqcıl
ictimaiyyətinin təzyiqi ilə müzakirə edilsə də, təhsil idarəsində, dövlət dumasında
dəstəklənmədi, onun həll edilməsi üçün hökumət tərəfindən heç bir ciddi iş görülmədi.
Xalq təhsili sistemində şagirdlərin Azərbaycan dilində təhsil almasına imkan məhdud
idi.
Qafqaz tədris dairəsinin rəsmi məlumatına görə, 1915-ci ildə yuxarıda qeyd
olunmuş ərazidə tələbatı əsasən ödəmək üçün 1745 məktəb lazım idi, halbuki onlardan
mövcud olanların sayı 380, yəni ehtiyac olandan 4,6 dəfə az idi.
183
Bununla belə, XX əsrin əvvəllərindən Azərbaycanda ümumi və peşə-texniki
təhsil şəbəkəsinin qismən də olsa inkişafı müxtəlif istiqamətli bir çox orta və ali təhsil
müəssisələrinin yaradılması, milli təhsil və elmi kadrların yetişdirilməsi üçün zəmin
yaratmağa başlamışdı.
Dostları ilə paylaş: |