§ 5. BAŞQA XALQLARLA QARŞILIQLI MƏDƏNİ
ƏLAQƏLƏR
XX əsrin başlanğıcında əsası hələ əvvəlki əsrlərdə qoyulmuş Azərbaycan
mədəniyyətinin başqa xalq ların mədəniyyəti ilə əlaqədə olması ənənəsi daha da
inkişaf edərək, mənəvi dəyərlər mübadiləsin in, qarşılıqlı faydalanmaya əsaslanan
mədəni əlaqələrin yeni formaların ı meydana çıxartdı.
1904-cü ildə şərqşünas Lüsyen Buva ilk dəfə M.F.A xundovun "Hacı
Qara" ko mediyasını fransız d ilinə tərcümə edərək, Azərbaycan türkcəsində mətni
ilə giriş və lüğətlə "Aziatik" ju rnalında çap etdirdi.
1901-c i ildə Parisdə fransalı coğrafiyaşünas baron de Beyin Azərbaycan
barəsində kitabı çıxdı. Kitab müəllifin bu ö lkə, onun tarixi abidələri, xalqın adət və
ənənələri, Bakın ın mədəni həyatı barəsində ö z təəssüratlarından ibarət idi.
M.F.A xundovun pərəstişkarı və onun irsinin alovlu təbliğatçısı L. Buva fransız
dilində çıxan şərqşünaslıq jurnalların ın səhifələrində Azərbaycan mədəniyyətinə
dair çap olunan əksər məqalələrin müəllifidir. O, Y.V.Çəmənzəmin lin in 1919-cu
ildə İstanbulda nəşr olunmuş "Azərbaycan ədəbiyyatına baxış" əsərini fransız
dilinə tərcü mə etmişdi.
L.Buva "Şərqi-Rus" qəzeti ilə sıx əlaqə saxlay ır, onun işini "Aziatik"
jurnalında işıqlandırırdı. Bu jurnal klassik irsin nü munələrini, o cü mlədən "Kitabi-
Dədə Qorqud"u, Nizamin in, Fü zulinin, Xətayinin, Sab irin əsərlərindən tərcümələri
dərc edirdi. Həmin jurnalla M.Şahtaxtinski də əməkdaşlıq edirdi. Onun Fransada
elmi-pedaqoji fəaliyyətinin ikinci mərhələsi (1898-1902) Parislə bağlı olmuşdu.
Paris mətbuatı səhifələrində C.Hacıbəyov da çıxış edird i. "Müsəlman
dünyası" jurnalında onun "Azərbaycan gülləri" oçerki dərc o lunmuşdu. Bu oçerk
XIX əsrdə Qarabağın qadın şairləri Ağabəyim Ağa, Aşıq Pəri, Gövhər ağa, Fatma
xanım Kəminə, Xurşidbanu Natəvan, həmçin in Qubalı Banuya həs r olun muşdu.
Oçerkin fransız dilinə tərcü məsinə şairələrin əsərlərindən nümunələr əlavə
olunmuşdu. 1914-cü ildə bu əsər Parisdə ayrıca kitab kimi nəşr edildi.
1909-cu ilin sonunda Bakı mətbuatı mə lu mat verirdi ki, Paris Siyasi
Elmlər Məktəbində təhsil alan şuşalı Səlim bəy Behbudov "Sultanın süqutu" adlı
pyesini fransız d ilində yazıb nəşr etdirmiş, onun teatrların birində tamaşaya
qoyulması nəzərdə tutulmuşdu.
1901-1909-cu illərdə XIX əsrin görkə mli A zərbaycan yazıçıs ı və ictima i
xadimi Rzaxan Daneşin "Haaqa sülh gözəlliyin in tərənnümü" poeması 15 d ilə
tərcümə o lun muşdu. Bu əsər human ist yazıçının dünya sülh tərəfdarları hərəkatın ın
meydana çıxmasına cavabı idi. Poema ilk dəfə kitab halında 1904-cü ildə
İstanbulda nəşr olunmuşdur.
1903-cü ildə "Fərhad və Şirin" poeması, 1908 -c i ildə isə şeir nü munələri
məcmuəsi gürcü dilində nəşr olundu. Gürcüstanda ədəbi yaradıcılığ ın bəzi
cəhətlərinə aşıq folklorunun təsiri hiss olunurdu.
214
XX əsrin əvvəllərində (1912) şair David Kio işvili A zərbaycan dastanı
əsasında yazdığı dörd h issədən ibarət "Koroğlu" poemasının nəşrin i başa çatdırdı.
A.Sereteli A zərbaycan xalq ının mədəniyyətinə əvv əlki kimi yenə də böyük diqqət
yetirirdi.
Rus şərqşünaslığının görkəmli nü mayəndələrindən biri A.Y. Krimski
Nizami irsinin tədqiqinə həyatının u zun illərin i həsr etmişdi.
Rusiyada, eləcə də İran, Türkiyə və başqa Şərq ölkələrində qabaqcıl
ictimaiyyətin diqqətini M.Ə.Sab irin yaradıcılığ ı daha ço x cəlb edirdi. Onun əsərlə ri
tatar, fars və başqa dillərə tərcü mə olun muşdu.
Azərbaycan ziyalıların ı L.N.Tolstoyla və Qafqazın b ir ço x mədəniyyət
xadimləri ilə ənənəvi dostluq telləri bağlayırdı. Qonşu xalq ların mədəniyyətinin
təbliği formalarından biri həmin xalq ların görkəmli mədəniyyət xadimlərin in
yubiley və xatirə günlərinin qeyd edilməsi idi.
1902-c i ildə Ba kıda V.Hüqonun 80 illiy i, N.V.Qoqolun xatirə günü qey d
olundu. Gəncə Kişi Gimnaziyasında "Müfəttiş" pyesi tamaşaya qoyuldu və
rollardan birini N.Usubbəyov ifa etdi. 1904-1906-cı illərdə Bakıda M.İ.Qlinkanın,
V.A.Jukovskinin, T.Q.Şevçenkonun xatirə gecələri keçirildi. 1908-ci ildə
L.N.Tolstoyun 80 illiyi qeyd olundu. 1908 -ci ilin dekabrında A.Serete lin in ədəbi
fəaliyyətinin Bakıda qeyd olunması iki Cənubi Qafqaz xalqın ın dostluğunun əsil
nümayişinə çevrildi. Həmin il dekabrın 7-də "Zakafkazskoye obozreniye"
qəzetində Q.Qabulov-Şirvanskinin gürcü xalqına təbrik məktubu dərc olundu.
C.Məmmədquluzadə, Tiflisdə keçirilmiş təntənələrə qatılmış F.Köçərli Seretelin in
yubileyinə məqalələr həsr etmişdi. 1909-cu ilin başlanğıcında Bakıda Seretelin in
iştirakı ilə təntənəli gecə keçirildi. 1911-ci ildə isə Tiflis şəhərində
M.F.A xundovun anadan olmasının yü zilliy i qeyd olundu. Həmin ilin mart ayında
Tiflis qəzetlərində, Rusiyanın bir sıra mətbuat orqanlarında, həmçinin Parisdə
çıxan jurnalda bu hadisəyə dair məqalələr dərc olundu və o, böyü k ədəbi hadisə
kimi qiy mətləndirild i. Azərbaycan və gürcü ədəbiyyatının yaxın lığ ını, qarşılıq lı
əlaqəsini göstərən dəlillərdən biri də 1916-cı ildə A zərbaycanda N.Barataşvilin in
yubileyinin keçirilməsi o ldu. A.Səhhət bu tədbiri Barataşvilinin şeirlərindən
tərcüməsilə əlamətdar etdi.
XX əsrin əvvəllərində M.Ə.Sab irin "Hophopnamə"si, N.Vəzirov,
C.Məmmədquluzadə, N.Nərimanov və Ə.Haqverdiyevin əsərləri ö zbək xalqı
arasında geniş yayılmışdı.
1906-c ı ildən başlayaraq Daşkənddə, Kokandda və Sə mərqənddə çıxan b ir
çox qəzetlərdə Vaqifin, Had inin və başqa Azərbaycan şairlərinin şeirləri dərc
olunmuşdu. 1907-ci ildə Xarəzmdə tərtib edilmiş "Divan"a Sabir, Hadi və Şaiq in
şeirləri daxil edilmişdi. Türküstanda "Molla Nəsrəddin" və "Dəbistan" jurnalları
böyük şöhrət tapmışdı. Azərbaycan ədəbiyyatı Həmzənin, Sufizadənin, Acinin,
Övlanin in və başqalarının yaradıcılığına qüvvətli təsir etmişdi.
Sabir poeziyasının başqa türklərin, həmçinin farsdilli xalqların ədəbiyyatına, o
215
cümlədən Q.Tuqayın, A.Lahutinin, S.A.Gilaninin, M.A.Dehhudun yaradıcılığına təsiri
aydın seçilir.
Sabirin mübariz satirası Şərqin bir çox əsarət altında olan xalqlarının oyanışında
mühüm rol oynamışdı. A.Səhhət yazırdı ki, Sabirin əsərləri İran inqilabı üçün böyük bir
ordudan çox iş görmüşdür.
"Molla Nəsrəddin" jurnalının təsiri altında Volqa boyunda ("Ukmar", "Yaşen"),
Türküstanda ("Tokmaq"), İranda ("Suri-İsrafil", "Azərbaycan", "Nəsimi-Şimal"),
Türkiyədə ("Cam") satirik jurnalları yarandı, ancaq onların heç biri "Molla Nəsrəddin"
səviyyəsinə yüksələ bilmədi.
Qarşılıqlı mədəni əlaqələr mətbuat orqanları arasında, onların səhifələrində, müxtəlif
xalqların nümayəndələrinin çıxışlarında da öz əksini tapırdı. "Molla Nəsrəddin" tatar və
başqa xalqların satirik jurnalları ilə sıx əlaqə saxlayırdı. "Həyat" qəzetində vaxtaşırı çıxış edən
məşhur tatar şairi Q.Tukay "Molla Nəsrəddin" jurnalı ilə də sıx əlaqədə idi. "Molla
Nəsrəddin" jurnalı qabaqcıl tatar ictimai-siyasi fikrinin formalaşması və inkişafında mühüm
rol oynamışdı. Q.Tukay M.Ə.Sabirin bəzi şeirlərini tatar dilinə tərcümə etmişdi.
XX əsrin əvvəllərində Azərbaycanın bəzi mətbuat orqanlarında Krım tatarlarının
məşhur ictimai xadimi İ.B.Qaspralının yazıları nəşr olunmuşdu. Azərbaycan ziyalılarının
Həştərxanda nəşr etdikləri qəzetlər öz ətrafında tatar millətindən olan mətbuat işçilərinin bir
çoxunu birləşdirmişdi. Onların arasında Q.A.Baybulatov, F.Bekayev, M.Qafuri, N.Qəsri,
Q.A.Murasov, Y. Tanayev də var idi. Türkiyə yazıçıları, şairləri və ictimai xadimləri -
Mustafa Sübhi, Tofiq Fikrət və b. Bakı mətbuatı ilə əməkdaşlıq edir, əsərlərini onlarda
dərc etdirirdilər.
Bakı rus-müsəlman məktəblərinin təcrübəsini yaymaq kimi əlaqə növü də var idi.
Orta Asiyada və Dağıstanda bu təhsil ocaqlarının ictimaiyyətin himayəsinə keçirilməsi
təcrübəsindən də istifadə edirdilər.
Azərbaycan müəllimlərinin tədris vəsaitləri hazırlamaq sahəsində əldə etdikləri
nailiyyətlər də diqqəti cəlb edirdi. 1914-cü ildə R.B.Əfəndiyevin "Ana dili" kitabı qaraçay
dilinə tərcümə olunaraq Tiflisdə nəşr edilmişdi. Bu, həmin kitabın digər türk xalqları üçün
də faydalı olmasını, onun geniş şöhrət qazanmasını sübut edir.
Başqa xalqların mədəniyyətinə, ədəbiyyatına və incəsənətinə olan maraq
əməkdaşlığa, mədəniyyətlərin qarşılıqlı təsir və qarşılıqlı zənginləş məsinə kö mək
edirdi.
Qabaqcıl ziyalıların nümayəndələri Azərbaycan ədəbi mühitinə təkcə
Şərqin klassik irsin i deyil, həmçin in rus və Qərbi Avropa ədəbiyyatının mütərəqqi
ənənələrini gətirir, milli ədəbi-bədii fikrin canlan masına kö mək edirdilər. Zəngin
ənənələrin bu istiqamətdə inkişafında Azərbaycan mətbuatı mühü m rol oynayırdı.
Bu mətbu orqanlar içərisində "Şərqi-Rus", "Həyat", "Füyuzat", "Tərəqqi", "İqbal"
və b. daha ço x iş görürdü. Onlarda Firdovsinin, İbn Sinanın, Xəyyamın, Hafizin,
Sədinin, Caminin, Prudonun, Şekspirin, İbsenin, Hötenin, Şillerin, Mirabonun,
Heynenin, Hüqonun, N.Kamalın, T.Fikrətin və başqalarının əsərlərindən
nümunələr çap olunur, Puşkin, Lermontov, Nekrasov, Turgenev, Tolstoy, Krılov,
216
Qoqol, Çexov, Pleşşeyev, Çavçavadze, Sereteli, Tukay, Məhtimqulu və b. məşhur
sənətkarların əsərləri təbliğ edilirdi.
Ümu mbəşəri mədəni dəyərlərin Azərbaycanda təbliğində "Kaspi"
qəzetinin, xüsusən onun redaktoru Ə.Topçubaşovun, qəzetin aparıcı əməkdaşı Ə.
Ağayevin çox böyük rolu o lmuşdu.
Azərbaycan ziyalıları Rusiyanın və xarici ö lkələrin mətbuat orqanlarında
çıxış edir, öz növbəsində həmin ölkələrin ictimaiyyətini xalq ımızın mədəni irsi ilə
tanış etməyə çalışırdılar.
XX əsrin əvvəllərində Fransa mətbuatı, xüsusən 1906-cı ildə Parisdə
çıxan "Müsəlman dünyası" jurnalı A zərbaycan dövri mətbuatının məzmununu
işıqlandırır, ö z o xucularına Azərbaycanın teatr və ədəbi həyatı barədə məlu mat
verird i.
Azərbaycan ziyalıların ın da Fransa ədəbiyyatına marağ ı güclənirdi. Bu
maraq N.Vəzirovun, Azərbaycan romantizmin in nü mayəndələri Ə.Hüseynzadə,
A.Səhhət, M.Hadi, H.Cavid in və başqalarının əsərlərində öz əksin i tapırd ı. On lar
XVIII əsrin ro mantiklə ri kimi belə hesab edirdilər ki, bütün mövcud olanların
yeganə meyarı ağ ıld ır, insan təfəkkürüdür, ədəbi həqiqəti, ədaləti axtarmaqdır.
Onlardan A.Səhhətin yaradıcılığı Fransa təmsilçisi Lafontenin yaradıcılığına yaxın
idi.
C.Hacıbəyov ədəbi əlaqələri yarad ıcı p landa nəzərdən keçirir və hesab
edirdi ki, bütün xalqlar b iri digərindən öyrənə, görüb-götürə bilərlər. O yazırdı ki,
XIX-XX əsrin əvvəllərinin əsas ədəbi istiqamətləri olan romantizm və realizmin əsasını
ingilislər və almanlar qoymuşlar. Lakin bununla bərabər, C.Hacıbəyov Qərbə hədsiz də-
rəcədə meyllənməyin, onu təqlidin əleyhinə idi.
M.A.Şahtaxtinski, Ə.Ağayev, Ə.Hüseynzadə, Ö.F.Nemanzadə, A.Sur, M.Hadi,
Y.V.Çəmənzəminli yeni rus-türk, Azərbaycan-Türkiyə mədəni əlaqələrinin,
C.Hacıbəyov və Ə.Topçubaşov isə Azərbaycan-Fransa əlaqələrinin təşəkkülünün
beşiyi başında durmuşdular. Azərbaycan ziyalılarının yaradıcılıq fəaliyyətində mühüm
istiqamətlərdən olan tərcümə işi qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynayırdı.
Ə.Hüseynzadə həm də Şərq və Qərb ədəbiyyatından nümunələri Azərbaycan
dilinə tərcümə edən böyük tərcüməçi idi. O, Xəyyamı, Şekspiri, Höteni, Şilleri,
Bayronu, Heyneni, Hüqonu Azərbaycan türkcəsinə tərcümə etmişdi. Onun əməyi
sayəsində Azərbaycan oxucusu ilk dəfə öz ana dilində "Faust" və "Hamlet‖lə, eləcə də
F.Bodenştedt və başqalarının əsərlərilə tanış ola bilmişdi,
1901-ci ildə Bakıda Şekspirin "Otello" faciəsi çap olundu. Onu Azərbaycan
dilinə ilk dəfə Haşım bəy Vəzirov tərcümə etmişdi. Şillerin "Qaçaqlar" pyesi
M.B.Hacınski tərəfindən tərcümə olunmuşdu. Ə.Ağayev hər iki tərcüməni Azərbaycan
ədəbiyyatı tarixində çox görkəmli hadisə kimi qiymətləndirmişdi. Mehdi bəy Hacınski
Heynenin "Əlmənzor" pyesini də tərcümə etmiş və pyes 1907-ci ildə tamaşaya
qoyulmuşdu.
Ə.Hüseynzadədən sonra Şekspirin "Hamlet" əsərini Ə.Haqverdiyev ana
217
dilimizə tərcümə etdi. Müsəlman Şərqinin ədəbiyyat abidələrinin nümunələrini
ictimaiyyətə M.Ə.Sabir ("Şahnamə"), R.Əfəndiyev ("Rüstəm və Söhrab", Tiflis, 1906)
və başqaları çatdırırdılar.
Qərb yazıçılarının əsərlərinin tərcüməsi ilə A.Səhhət və M.Şahtaxtinski də
məşğul olurdular.
Gəncə gimnaziyasının müəllimi M.M.Axundov Türkiyə yazıçısı N.Kamalın
"Vətən" dramını Azərbaycan türkcəsinə çevirmişdi. N.Kamalın, Saminin əsərlərin in
tərcüməsi ilə S.S.A xundov, C.A.Şərifov və S.X.Axundova da məşğul olmuşdular. Ərəb
yazıçısı Corci Zeydanın pyesi də Azərbaycan dilinə tərcümə olunmuşdu.
Rus klassik ədəbiyyatına münasibət müxtəlif formada öz əksini tapır, onun
qabaqcıl ənənələrinin mətbuat vasitəsilə təbliği zamanı rus klassik ədəbiyyatının
xəlqiliyindən, ictimai bəlaların ifşası, inkişafa mane olan hər cür köhnəliyə, eybəcərliklərə
qarşı mübarizə kimi ədəbi üsullardan istifadə edilirdi.
Ə.Ağayev, M.Sidqi, Ə.Haqverdiyev, N.Vəzirov, S.S.Axundov, Ü.Hacıbəyov,
Ə.Hüseynzadə,
F.Köçərli,
H.Minasazov,
Ə.Topçubaşov,
M.Şahtaxtinski,
C.Məmmədquluzadə, N.Nərimanov, A.Səhhət və başqaları rus ədəbiyyatını yüksək
qiymətləndirird ilər. Ə.Ağayev onu ədalətliliyinə və bədii keyfiyyətinə görə "böyük
ədəbiyyat" adlandırmışdı. 1917-ci ildə o, İstanbulda nəşr olunan "Yeni jurnal"da rus
ədəbiyyatı barəsində bir sıra oçerklər çap etdirərək, onun qədim dövrdən XX əsrə
qədər keçdiyi yolu nəzərdən keçirmiş və yazmışdı ki, dünyanın heç bir ölkəsində
ədəbiyyat həyatla belə ayaqlaşıb, onu belə yaxşı əks etdirməyib.
Azərbaycan-rus mədəni əlaqələrinin ən geniş yayılmış forması bədii tərcümə
idi, xüsusən 1905-ci ildən sonra o, çox güclü ədəbi axına çevrilmişdi.
Çarizmə qarşı birgə mübarizə iki xalqın mənəvi həyatını bir-birinə
yaxınlaşdırırdı. Rus ədəbiyyatının tərcüməsi və nəşri geniş vüsət almışdı. İ.V.Krılovun
əsərlərindən tərcümələr dərsliklərə daxil edilir, "Molla Nəsrəddin" jurnalında geniş
istifadə olunurdu. A. S. Puşkinin iyirmidən çox əsəri 1912-ci ilə qədər Azərbaycan
dilinə tərcü mə edilib nəşr olunmuşdu.
Əvvəllərdə olduğu kimi, M.Y.Lermontov yenə də Azərbaycanda məşhur idi.
N.V.Qoqol, N.A.Nekrasov, L.N.Tolstoy, A.M.Qorki və başqalarının əsərləri
Azərbaycan (türk) dilinə tərcümə edilirdi. Bu işlə milli ziyalıların həm yaşlı, həm də
cavan nəslinin nümayəndələri - F.Köçərli, C.Məmmədquluzadə, Ü.Hacıbəyov,
M.Ə.Sabir, M.Rəsulzadə, Q.Rəşad, A.Səhhət, B.Talıblı, A.Şaiq, R.Əfəndiyev və
başqaları məşğul idilər.
Poetik tərcümə sahəsində peşəkar tərcüməçi A.Səhhətin adı xüsusilə qeyd
olunmalıdır. Puşkin, Lermontov, Krılov şeirlərindən doğma dilə tərcümələr onun xüsusi
xid mətidir. A.Səhhətin tərcümələri yüksək bədii keyfiyyəti ilə fərqlənərək, Azərbaycan
dilinin poetik imkanlarının sərhədlərini xeyli genişləndirmişdi. A. Səhhət
A.N.Ostrovskinin və M.Qorkinin əsərlərini, həmçinin gürcü və digər xalqların
ədəbiyyatından nümunələri də tərcümə etmişdi. Şairin rus və Qərbi Avropa
ədəbiyyatından etdiyi tərcümələr "Məğrib günəşləri" adlanan iki külliyyatda
218
toplanmışdı. Bu istiqamətdə F.Köçərli, R.Əfəndiyev və A.Şaiqin də xid mətləri qeyd
edilməlidir. Əsrin əvvəllərində Ə.Haqverdiyev, H.İ.Qasımov, S.Mənsur da rus
ədəbiyyatından tərcümələr etmişdilər. H.İ.Qasımov polyak yazıçısı St. Pşibışevskinin
"Ana" dramını da ana dilinə çevirmişdi.
Azərbaycan ziyalıları gürcü, tatar dramaturgiyası nümunələrinə maraq göstərir,
A.Şaiq, M.Camalov, H.Bünyadzadə və başqaları bu xalqların ədəbiyyatından
tərcümələr ed irdilər.
XX əsrin əvvəllərində incəsənət sahəsində qarşılıqlı əlaqələr daha da inkişaf
etdi. Bu istiqamətdə teatr, onun truppalarının qastrol səfərləri mühüm əhəmiyyət kəsb
edirdi. Bu qastrolların coğrafiyası çox geniş idi, bütün Qafqazı, Volqaboyunu, Türküstanı,
Krımı, İranı (o cümlədən Cənubi Azərbaycanı) əhatə edirdi. 1909-cu ildə S.Ruhulla,
C.Zeynalov və H.Ərəblinskin in iştirakı ilə Təbrizdə teatr təşkil olunmuşdu. Görkəmli
teatr xadimləri həmin il həvəskarlardan ibarət "Azərbaycan artistləri dəstəsi" təşkil
etdilər. Uzun illər boyu Təbriz və Tehranın yaradıcı kollektivləri öz repertuarlarını
Azərbaycan dramaturqlarının əsərlərindən təşkil edirdilər.
Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri başqa regionlarda da teatr
işinə kömək edirdilər. Məsələn, N.Nərimanov tatar teatrının təşkilinə mühüm yardım
göstərmiş, Həştərxana sürgün illərində teatr dərnəyi yaratmış, səhnə əsərləri hazırlamış,
həvəskar gənclərə lazımi kömək etmişdi. N.Nərimanovun əsərləri (xüsusən "Nadir şah"
dramı) milli truppaların qastrol tamaşaları repertuarında geniş yer tuturdu.
Azərbaycan teatrının rus, Qərbi Avropa dramaturgiyasından ən yaxşı
nümunələrə, həmçinin türk, ərəb yazıçılarının əsərlərinə müraciəti beynəlmiləl
xarakter daşıyırdı. Məsələn, H.Heynenin "Əlmənzor" pyesinin xoşbəxt taleyi
Azərbaycan səhnəsi və H.Ərəblinskinin adı ilə bağlı idi. 1909-cu ildə "Kaspi" qəzeti
yazırdı ki, əgər Avropa səhnəsi "Əlmənzor"u səhnəyə qoymaqda çətinlik çəkmişdisə,
Heyne təsəvvür edə bilərdimi ki, səksən ildən sonra onun lirik faciəsini müsəlman
artistləri teatr səhnəsinə çıxaracaqlar?!
Azərbaycan və tatar truppalarının birgə səhnələşdirmə təcrübələri həyata vəsiqə
alırdı. Belə səhnələşdirmələr 1908-ci ildə H.Ərəblinskinin rəhbərliyi altında
Tiflisdə, Gəncədə, Petrovskidə, Həştər xanda həyata keçirilmişdi. N.Və zirovun
Tiflisdə tamaşaya qoyulmuş "Müsibəti-Fəxrəddin" faciəsində Səadət xanım rolunu
tatar aktrisası Vo ljskaya, Həştərxanda göstərilmiş "Nadir şah" tamaşasında isə baş
rolu S.D.İzzatulina oynamışdılar. 1917-ci ilin yanvarında tatar səhnəsində "Nadir
şah" tamaşası göstərilmiş və Nadir şah rolunu Kariyev ifa et mişdi.
Yaradıcılıq əlaqələri Zaqafqaziyanın, Rusiyanın digər ərazilə rindəki
xalq ların səhnə xadimlərini bir-b irinə yaxın laşdırırdı. H.Ərəb linski yazırd ı: "Səhnə
artistləri qardaşlaşdırır. Ümid edirəm ki, o, xalqlar dostluğunu möhkəmləndirən
sement olacaq".
Mədəniyyət sahəsində əlaqələrin genişlən məsinin göstəricilərindən biri də
Rusiyanın məşhur Malı teatrın ın Bakıdakı qastrolu oldu. Hələ 1900-1901-ci illərdə
bakılılar Y.D.Tu rçeninova və M.Q. Savinanın, bir qədər sonra isə
219
V.F.Komissarjevskayanın yaradıcılığ ı ilə tanış olmuşdular.
Azərbaycan teatrı haqqında tənqidi fikrin coğrafiyası da ö lkən in
sərhədlərindən çox-ço x kənara çıxmışdı. Moskva və Peterburqda, Krımda,
Vo lqaboyu və Orta Asiyada, Hindistan, İstanbul və Tehranda çap olunan
mətbuatda Azərbaycan teatrı, onun tarixi, başqa milli teatrlara təsiri barəsində
yazılarda aktyorların səhnə ustalığına yüksək qiy mət verilirdi.
Qafqazın və digər reg ionların şəhərlərində məşhur xalq xanəndələrin in
təşkil etdikləri "Şərq konsertləri", Riqada, Moskvada, Varşavada və başqa
şəhərlərdə istedadlı xanəndələrin ifasında xalq melodiyalarının qrammofon yazıları
mədəni ə laqələ rin yeni forması o laraq, başqa xa lqla ra Azə rbaycan xa lqın ın
özunəməxsusluğu və milli xüsusiyyətləri ilə tanış olmaq imkanı verirdi.
Xalq
musiqiçilərinin
xarici ö lkə səfərləri
mədəni əlaqələrin
möhkəmlən məsində mühüm ro l oynayırdı. Qarabağ sazəndələrinə təkcə Qafqazın
mü xtəlif yerlərində deyil, Orta Asiya, İran və Türkiyədə də rast gəlmək olu rdu.
Onların sənətkarlığ ı dəfələrlə bu yerlərdə yüksək mükafatlara layiq görülmüşdü.
H.Sarabski İranda da qastrol səfərlərində olmuş, onun ictimaiyyətini
Ü.Hacıbəyovun operaları ilə tanış etmişdi. Qafqaz qastrollarında olan Türkiyə
müğənniləri Nübar əfəndi və Mələk xanım 1910-cu ildə Bakıda konsertlər
vermişdilə r.
XX əsrin əvvəllərində Azə rbaycan və rus musiqi mədəniyyətlərində yeni
qarşılıq lı əlaqə meylləri ö zünü göstərirdi. Bu nöqteyi-nəzərdən F.Şalyapin in (1910-
1915), L.V.Sab inovun (1912-1914), S.V.Ra xman inovun (1911-1915) və b. Ba kıya
qastrol səfərləri mühü m əhəmiyyət kəsb edirdi. Onlar rus və Qərbi Avropa klassik
opera sənəti nümunələrinin quru luşunu verir, Qlin ka, Çay kovski, Motsart,
Bethoven, Vaqner, Rims ki-Korsakovun simfonik əsərlə rin i ifa ed ird ilə r.
Bakıda
məşhur
musiqiçilərdən
A.V.Verjbiloviç,
İ. Qolfman,
V.Landovskaya, Peterburq və çex kvartetləri çıxış edir, tərkibində Y.Qeltser,
M.Kşesinskaya, M.Fokin kimi məşhur balet ustaları olan balet qruppaları tamaşalar
göstərirdilər.
Beləliklə, A zərbaycanda zəngin milli xalq musiqisi ilə yanaşı, rus və
dünya musiqi klassiklərin in əsərlərindən ən gözəl nü munələr də səslənirdi.
İdarə heyəti Moskvada yerləşən "Rus dram yazıçıları və opera bəstəkarları
cəmiyyəti"nin hələ keçən əsrin sonlarından Bakı, Gəncə, Şəki və Şuşa
nümayəndələri var idi. Bu cəmiyyətin Bakıda vitse-qubernatoru, digər şəhərlərdə
isə müfəttişləri, təhsil müəssisələri var id i. Əsrin əvvəllərində Bakıda "Rus dram
həvəskarları şirkəti", "Rus musiqisi cəmiyyəti"nin şöbəsi fəaliyyət göstərirdi.
Musiqi yaradıcılığı zirvəsini fəth etmək arzusu Azərbaycan milli opera
sənətinin banisi Ü.Hacıbəyovu 1912-1913-cü illərdə əvvəlcə Moskva, sonra isə
Peterburq konservatoriyalarına gətird i, bu zaman rus musiqisinin görkəmli
xadimləri - Rimski - Korsakov və Qlazunov orada çalışırdılar. Ü.Hacıbəyov burada
özünün məşhur "Arşın mal alan" musiqili ko mediyasını yaratdı.
220
1913-1915-c i
illərdə
Ü.Hacıbəyovun
operalarından
Moskvada,
Peterburqda səhnələr göstərilird i. Onun "O o lmasın, bu olsun" musiqili ko med iyası
Tiflis artistləri və yerli həvəskarların iştira kı ilə 1914-cü ildə Təbriz səhnəsində
göstərildi. Ü.Hacıbəyovun əsərləri başqa dillərə də tərcü mə o lunurdu. Belə ki,
"Əsli və Kərəm" Bakıda ermən i dilində göstərild i, rus, gürcü, ermən i, Dağ ıstan
dillərinə tərcü mə olunan "Arşın mal alan", demək olar ki, Zaqafqaziyanın bütün
şəhərlərində böyük müvəffəqiyyətlə tamaşaya qoyuldu.
1920-c i ildə Ceyhun Hacıbəyov "Arşın mal a lan"ı fransız d ilinə tərcü mə
edərək Parisdə tamaşaya qoydu.
Azərbaycan milli operalarının Azərbaycan artistlərinin köməyi ilə Daşkənddə
tamaşaya qoyulması özbək musiqi mədəniyyətinə müsbət təsir göstərdi. 1916-cı ildə
Orta Asiyanın bir çox şəhərlərində həvəskarlar tərəfindən "Əsli və Kərəm", "Məşədi
İbad", "Arşın mal alan" və s. opera və operettalar tamaşaya qoyulmuşdu.
Əlaqələrin səmərəli nəticələri ö zünü başqa sahələrdə də göstərirdi.
Azərbaycanın böyük realist rəssamı Ə.Əzimzadənin bir rəssam kimi formalaşmasında
məşhur rus rəssamı Maslovun böyük rolu olmuşdu. Rus klassik təsviri sənəti Azərbaycanın
ilk peşəkar rəssamı Bəhruz Kəngərliyə böyük təsir göstərmişdi. Müxtəlif vaxtlarda
Bakıda yaşayıb-yaratmış O.Şmerlinq, M.Gerasimov, A.Kasatkin, Y.Samorodov və başqa
rəssamlar təsviri sənət tarixində əhəmiyyətli iz qoymuşdular. N.Nərimanov və
Azərbaycanın digər görkəmli nümayəndələri xalqlar dostluğu yolunda yorulmadan
önəmli işlər görürdülər.
Başqa millətlərin nümayəndələri də bu istiqamətdə az iş görməmişdilər. XX
əsrin əvvəllərində Bakıda və Azərbaycanın digər yerlərində latış yazıçıları
E.Birzniyek-Upit, S.Edjus, A.Berde, Dağıstan xalq şairi S.Stalski, istedadlı Litva şairi
Mitskeviç yaşayıb yaratmışdılar. Öz yazılarını Azərbaycan həqiqətlərinə həsr etmiş
humanist yazıçılar xalqlar arasıda qarşılıqlı əlaqələrin və dostluğun möhkəmlənməsi
üçün xeyli əmək sərf etmişdilər.
Mənəvi dəyərlərlə mübadilə Azərbaycan xalqının özünəməxsus zəngin
mədəniyyətinə göstərilən qanunauyğun marağı eyni zamanda milli ziyalıların mənəvi
yaxınlaşmaya, millətlərarası mədəni əməkdaşlığa can atmasını, Azərbaycan ədəbiyyatı
və incəsənətinin beynəlmiləl və human ist ənənələrini əks etdirirdi.
221
V FƏSİL
Dostları ilə paylaş: |