Haşım bəy Vəzirov məişət mövzusunda bir neçə məzhəkə yazmış, çoxsaylı
felyetonlarında feodal-patriarxal münasibətlərə, şahidi olduğu müstəmləkə üsuli-
idarəsinə qarşı tənqidi münasibət ifadə etmişdi.
1913-cü ildən başlayaraq şeirlərini çap etdirməyə başlayan istedadlı şair
Əhməd Cavadın ilk kitabı 1916-cı ildə nəşr olundu. Onun yaradıcılığı üçün romantik
lirika səciyyəvi idi.
Beləliklə, XX əsrin əvvəllərində mətbuat və ədəbiyyat Azərbaycanın
ictimai-siyasi və mədəni həyatını əks etdirir, 1905-1907-ci illər inqilabi hərəkatının təsiri
altında mütləqiyyəti, polis sistemini, çarizmin milli-müstəmləkə zülmünü tənqid atəşinə
tutur, zəhmətkeş kütlənin ağır iş şəraiti və güzəranına biganə qalmırdı. Bununla yanaşı,
mətbuat və ədəbiyyat nümayəndələri ölkənin ictimai-siyasi həyatında baş verən
mühüm hadisələrə (17 Oktyabr Manifesti, Dövlət duması və s.), Rusiya fəhlə
hərəkatının məqsəd və vəzifələrinə, Rusiyanın gələcək dövlət quruluşu və s.
məsələlərə mü xtəlif mövqelərdən yanaşırdılar. Mətbuatda və ədəbiyyatda rus çariz-
minin, Qərb dövlətlərinin qəsbkar planlarının, həmçinin İran və Türkiyədə mütləqiyyət
quruluşunun tənqidinə də geniş yer verilirdi.
Bu dövrdə realist ədəbiyyat sürətlə inkişaf edir, romantik sənətkarlar yetişir,
hətta simvolizm, futurizm kimi cərəyanlara qoşulanlar da olurdu.
Qəzet və jurnalların demək olar ki, hər sayında mü xtəlif ədəbiyyat
məsələlərinə dair məqalələr verilir, onların b ir ço xunda ədəbiyyat və incəsənət
tənqidi şöbələri fəaliyyət göstərirdi. Bu şöbələrdə mü xtəlif əsərlər haqqında ayrı-
ayrı məqalələr, tənqidi xü lasələr dərc olunur, ədəbiyyat tarixi və nəzəriyyəsi
məsələləri nəzərdən keçirilir, keçmiş irsə, ədəbi ənənələrə münasibətdə bədii sözün
və sənətin tərbiyəvi ro lu qeyd olunurdu.
Azərbaycanda ədəbi dil problemləri də d iqqət mərkəzində id i. Bu
istiqamət in in kişafında mütərəqqi ədəbiyyat, incəsənət və mətbuat xad imlərinin, o
cümlədən Ə.Haqverdiyev, S.S.A xundov, N.Vəzirov, Ü.Hacıbəyov, F.Köçərli,
C.Məmmədquluzadə, N.Nərimanov, M.Ə.Sabirin və A.Səhhətin böyük xid məti
201
olmuşdu.
"Molla Nəsrəddin" jurnalının sadə, asan başa düşülən və lakonik dil
üslubunun
bu
istiqamətdə
böyük
rolu
olmuşdu.
Onun
redaktoru
C.Məmmədquluzadənin əsərlərinin dili də əsil xalq dili olub, ədəbiyyata milli
dilimizin zənginliyin i gətirmişdi. Bu sahədə Ü.Hacıbəyovun da ədəbi və musiqi
əsərlərin in mətn (libretto) dili, jurnalistlik fəaliyyəti nümunə ola bilər. O, qəzet
redaktoru kimi sadə, hamının başa düşə biləcəyi bir d ildə yazmağ ı tələb ed ir, ö zü
də bu işdə nümunə göstərirdi. Ü.Hacıbəyov bu istiqamətdə gördüyü işi inkişaf
etdirmək məqsədilə Ba kıda " Vətən dili" adlı qəzet nəşr et mək istəyird i.
Azərbaycan dili elmi əsərlərin də dilinə çevrilird i. Azərbaycan xalq təhsili
xadimlərinin hazırlad ığı dərs vəsaitləri də doğma dilin ədəbi normaların ın
inkişafına xid mət ed irdi.
Milli mətbuat orqanlarının səhifələrində Azərbaycan ədəbi dili məsələsi
üzrə kəskin mübahisələrə yol verilirdi. Bu istiqamətdə H.Zərdabinin,
S.M.Qənizadənin,
Ü.Hacıbəyovun,
F.Köçərlin in,
C.Məmmədquluzadənin,
N.Nərimanovun məqalələrinin böyük əhəmiyyəti var idi. Bu məqalələrdə milli d ili
inkişaf etdirmədən milli mədəniyyəti inkişaf etdirməyin mü mkün olmadığ ı qeyd
olunurdu.
Xalq dilin in ö zünəməxsusluğunu rusdilli mətbuatın səhifələrində
S.Ağamalıoğlu, H.Qabulov, H.Minasazov, M.Qarayev, R.Məlikov, E.Sultanov və b.
müdafiə edirdilər.
XX əsrin əvvəllərində A zərbaycan elmi fikri də inkişaf edirdi. Gö rkəmli
darvinşünas alim, Azərbaycanda müasir elmi b iologiya, təbabətin və
təbiətşünaslığın əsasını qoy muş H.Zərdabi təbii elmlər sahəsində əldə olunmuş
nailiyyətləri təbliğ etməkdə böyük iş görürdü.
Biologiya, kənd təsərrüfatı, tibbi biliklərin yayılmasında alimlərdən Məmməd
Tağı Əliyev, Abdulxalıq və Bəhram Axundovlar fəal iştirak edirdilər. N.Nərimanov tibb
sahəsində elmi-kütləvi əsərlər nəşr etdirmişdi. Dəmir yol və tərsanə tikintisi üzrə ixtiraçı
alimlər Xudadat bəy Məlikaslanov və Fətəli bəy Sultanov bir sıra maraqlı layihələr
işləyib hazırlamış, paytaxt jurnallarında elmi məqalələr nəşr etdirmişdilər.
1905-ci ildə Mustafa bəy Əlibəyovun Azərbaycan dilində Bakı neftinə həsr
olunmuş ilk kitabı çıxd ı.
1912-ci ildə Moskva Universitetinin məzunu M.Y.Cəfərov hüquq elmləri
üzrə elmi dərəcə almışdı.
Ə.Ağayev və Ə.Hüseynzadə elmi ictimaiyyət arasında da böyük nüfuz sahibləri
kimi hələ XIX əsrin sonlarından geniş şöhrət qazanmışdılar.
Paris Sorbonna Universitetinin məzunu olan Ə.Ağayev bir neçə xarici dil bilirdi.
Şərqşünas, ədəbiyyatşünas, tənqidçi alim kimi onu təkcə Rusiyada deyil, Yaxın və Orta
Şərqdə, Qərbi Avropada da yaxşı tanıyırdılar. Onun tədqiqat dairəsi olduqca geniş idi:
antik fəlsəfə və ədəbiyyat, zərdüştilik və "Avesta", Şərq, rus və Qərbi Avropa
klassikası, Yaxın və Orta Şərqin sosial və mədəni problemləri, Rusiyada və Şərq
202
ölkələrində ictimai-siyasi hərəkatlar və s.
Ə.Ağayev görkəmli publisist və islamşünas alim idi. O, ibn Rüşd, Təbəri, Dante,
Lüter, Konfutsi, Höte, Tolstoy, Spenser, eləcə də digər alim və mütəfəkkirlərin zəngin
irsindən bəhrələnərək, islamşünaslıq elminin siyasi, ideoloji, etnik, iqtisadi, hüquqi-
fəlsəfı cəhətlərinə toxunaraq, mənəvi və ictimai mahiyyətini açır və təsdiq edirdi ki,
İslam hər hansı bir millətin inkişafına tamamilə uyğun gəlir.
Öz dövrünün çox tanınmış mütəfəkkirlərindən biri Əli bəy Hüseynzadə Şərq
və Qərb ölkələrində şöhrət qazanmışdı. Ə.Hüseynzadə Peterburq Universitetinin
fizika-təbiət fakültəsində oxumuş, Şərq fakültəsində mühazirələr dinlə mişdi. Daha
sonra o, İstanbul Universitetinin tibb fakültəsini bitirmiş, onun professoru olmuşdu.
Ərəb, fars, ingilis və alman dillərini bilirdi. Ə.Hüseynzadə dünya ədəbiyyatının,
fəlsəfəsinin, dinlərinin (Homer, Dante, Vergili, Xəyyam, Sədi, Füzuli, Şekspir, Höte, Şiller,
Bayron, Budda, Kant, Şopenhauer, Hartman, Fihte, Spenser, Tolstoy) bilicisi olmuşdur.
Onun elmi yaradıcılığında sosiologiya və tarix, fizika və təbiətşünaslıq,
ədəbiyyatşünaslıq və fəlsəfə, ps ixo logiya və dilçilik, etnoqrafiya və arxeo logiya
məsələləri ö z əksini tap mışdır.
C.Məmmədquluzadə hərtərəfli və dərin biliyə malik şəxsiyyət idi. O, Sokrat,
Kant, Spinoza, Holbax, Leybnits, Şekspir, Şiller, Qlinka, Bethoven, Derjavin, Puşkin,
Zərdüşt, Mani haqqında, müxtəlif fəlsəfi-dini, ictimai-siyasi cərəyanlar barəsində
məqalələr yazmış, ümumbəşəri elmi təfəkkürün nailiyyətlərini təbliğ etməyə ça-
lış mışdı.
XX əsrin əvvəlinin tarixşünaslığı Rəşid bəy İsmayılovun "Qafqazın qısa
tarixi" (Tiflis, 1904), Hacı Şeyx Həsən Mollazadə Gəncəvinin 1905-1913-cü illərdə
nəşr olunmuş dördcildlik "Zübdət ül-təvarix" ("Tarixlərin qaymağı"), Mirzə Rəhim
Fənanın "Qarabağın yeni tarixi" (1912-ci ildə yazılmışdı) əsərlərilə zənginləşdi.
N.Nərimanovun da əsərlərində tarixi mövzulara müəyyən dərəcədə yer
verilmişdir.
XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan elmi fikrinin görkəmli
nümayəndələri sırasında M.Şahtaxtinski fərqlənirdi. Tarixçi, şərqşünas, etnoqraf olan
M.Ə.Şahtaxtinski Sorbonna Universitetinin fəlsəfə, tarix və hüquq fakültəsini bitirmiş,
ərəb, fars, rus, fransız, alman dillərini kamil öyrənmişdi. Onun ilk elmi əsərlərini xarici
alimlər rəğbətlə qarşılamış və yüksək qiymətləndirmişdilər. 1898-ci ildən başlayaraq
beş il ərzində dünya elminin aparıcı mərkəzlərindən biri olan Parisdə Şərq dilləri
problemi üzərində çalışan M.Ə.Şahtaxtinskinin əsərləri Fransanın elmi ictimaiyyəti
tərəfindən yüksək qiymətləndirilmişdi. O, Şərq dillərini tədris etmək üçün Sorbonna
Universitetinə dəvət olunmuşdu.
İbrahim ağa Vəkilov görkəmli alim, hərbi-topoqrafiya elmi üzrə görkəmli
mütəxəssis idi. Peterburq hərbi-topoqrafiya məktəbində çalışan Məmməd Qasım Əliyev
Şimali Mancuriyanın və Finlandiyanın topoqrafik coğrafiyasını tədqiq etməyə dəvət
olunmuşdu.
1910-cu ildə Qafur Rəşad Mirzəzadənin Qafqazın coğrafiyasına dair kitabı nəşr
203
olunmuşdu. 1914-1915-ci illərdə Yusif Əliyevin və Fərhad Ağazadənin Avropa
ölkələrinə həsr olunmuş coğrafiya əsərləri çap edilmişdi.
XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı tarixi elminin təşəkkülü ilə
əlamətdardır. Onun əsasını F.Köçərli qoymuşdu. 1903-cü ildə Tiflisdə bu barədə ilk
kitabını rus dilində buraxdıran görkəmli ədəbiyyatşünas 1908-ci ildə "Azərbaycan
türklərinin ədəbiyyatı" adlı üçcildlik əsəri üzərində işi başa çatdırdı. F.Köçərli doğma ədə-
biyyatın təbliğinə böyük əhəmiyyət verir, hesab edirdi ki, hər bir xalqın ədəbiyyatı ilə
tanış olub, onun həyatı, inkişaf səviyyəsi, yetkinlik dərəcəsi, mənəvi qüdrəti və zənginliyi
barədə fikir yürütmək mü mkündür.
Azərbaycan ədəbiyyatı tarixi ilə Abdulla Sur da məşğul olmuş, tədqiqatını 1908-
ci ildə yekunlaşdıraraq üçcildlik "Türk ədəbiyyatı tarixi" əsərini nəşr etdirmişdi. Bu
istiqamətdə M.M.Nəvvab da xeyli iş görmüşdü. Onun XIX əsr Qarabağ şairlərinə həsr
olunmuş təzkirəsi böyük maraq doğurur. Bu təzkirəyə yüzdən artıq şairin tərcümeyi-halı
və onların ən yaxşı əsərlərindən parçalar daxil edilmişdi.
Ədəbiyyat tarixinin tədqiqi Ceyhun Hacıbəyovun yaradıcılığında əhəmiyyətli yer
tuturdu. O, ilk dəfə Azərbaycanın qadın şairlərinin irsini toplayıb öyrənmiş, onları rus
dilinə tərcümə etmiş və 1911-ci ildə "Kaspi" qəzetində "Azərbaycan gülləri" adlı
məqaləsilə birlikdə dərc etdirmiş, sonralar isə fransız dilində Parisdə ayrıca kitab kimi
buraxdırmışdı. C.Hacıbəyov Azərbaycan klassikləri haqqında yazmış, ədəbiyyatın nəzəri
məsələləri ilə məşğul olmuş, dünya ədəbiyyatı məsələlərinə toxunmuş, ədəbiyyatın
ictimai vəzifələrini, onun mühüm tərbiyəvi əhəmiyyətini vurğulamışdı.
C.Hacıbəyov ilk dəfə Azərbaycanda yeni türk ədəbiyyatının geniş təfsilatını
qələmə almış, burada Tofiq Fikrətin poeziyası, azadlıq ideyalarını yaymaqda onun roluna
xüsusi diqqət vermişdi. Parisdə təhsil aldığı müddətdə C.Hacıbəyov Fransa ədəbiyyatı,
mədəniyyəti və fəlsəfəsini dərindən öyrənmişdi.
Ədəbi tənqid və ədəbiyyatşünaslıq məsələlərinə N.Nərimanov, Seyid Hüseyn,
C.Məmmədquluzadə, M.T.Sidqi, M.Hadi də bir sıra əsərlər həsr etmiş, H.Zərdabi,
Ə.Haqverdiyev, N.Vəzirov və A.Şaiq öz yaradıcılığında onlara müəyyən yer vermişdilər.
Azərbaycan xalqının qədim və zəngin folkloru da diqqətdən kənarda qalmır,
yazılı ədəbi nümunələrlə birlikdə tədqiq olunurdu. Şifahi xalq yaradıcılığına dair
materialların toplanmasında və tədqiqində T.Bayraməlibəyov, M.V.Qəmərli, F.Köçərli,
M.F.Musəvi, A.Şaiq və başqaları böyük əmək sərf edirdilər. 1913-cü ildə "İqbal"
qəzetində çap o lunmuş "Dilimiz və ədəbiyyatımız" məqaləsində A.Şaiq milli
folklor nü munələrini toplamağın, onları tədqiq və nəşr etdirməy in böyük
əhəmiyyətini qeyd etmişdi.
XIX
əsrin sonu - XX əsrin əvvəllərində dilçilik elmi xeyli in kişaf
etmişdi. Böyük dilçi alim S.M.Qən izadə Azərbaycan, rus, fars və ərəb dilləri ü zrə
bir ço x vəsaitin müəllifidir. O, 1890-1904-cü illərdə A zərbaycan-rus dili lüğətləri
tərtib etmiş, elmi-pedaqoji əsərlər yaratmışdır.
Yeni
əsrin
əvvəllərində
A.Səhhət,
S.S.A xundov,
A.Şaiq,
M.Mahmudbəyov ana dili və ədəbiyyatı dərslikləri hazırlamışdılar. Azərbaycan
204
dilinin tarixi, qrammatik quru luşu, lüğət fondu və s. məsələləri özündə əks etdirən
bu dərsliklərin dilçilik elminin inkişafinda böyük rolu olmuşdur.
Şair, maarif xadimi, Naxçıvanda yeni tipli məktəbin yaradıcısı olan M.Sidqi
pedaqogika elminin nəzəriyyəçisi kimi də məşhur idi. O, həmçinin əxlaq və
mənəviyyat barəsində bir ço x elmi-fəlsəfi əsərlərin də müəllifidir.
XX əsrin əvvəllərində görkə mli mətbuat xadimlə ri, publisistlər, şairlə r,
yazıçılar, alimlər, ədəbiyyatşünaslar Azərbaycan xa lqın ın ictimai-siyasi və fəlsəfi
fikrinin tə msilç iləri idilər. Onla r ö z sələ flə rin in irsini yeni ideyala rla
zənginləşdirird ilər. Bu işdə dahi satirik şair M.Ə.Sab irin xüsusi əməyi o lmuşdur.
XX əsrin əvvəllərində rus tarixçi-qafqazşünasları V.İ.İvanenko, S.Esadze,
V.Potto, P.İ.Kovalevski və başqaların ın Zaqafqaziya ilə bağlı əsərləri nəşr
olunmuşdu. Bu əsərlərdə A zərbaycan xalq ının ta rixinin bəzi məsələlərinə də
toxunulmuşdu. İ.L.Seqalın, S.M.Avalianinin, O.Syo minin, Q.E.Startsevin,
V.Simonoviçin əsərləri isə bilavasitə Azərbaycan neft sənayesinin inkişafına və
aqrar məsələlərə həsr edilmişdi.
Neft haqqında elmin inkişafında qabaqcıl rus alimləri mühü m rol
oynamışdılar. Görkəmli geoloq alimlərdən V.Qo lubyatnikov və İ.M.Qubkin in
Azərbaycanda neft yataqlarının geoloji cəhətdən öyrənilməsində böyük xid mətləri
olmuşdur.
XX əsrin əvvəlləri Azərbaycan memarlıq sənətinin inkişafında da
əhəmiyyətli irəliləy işlər mərhələsi id i.
Azərbaycanda, xüsusilə Bakıda kap italizm dövründə şəhərsalma
mədəniyyəti yeni in kişaf mərhələsinə qədəm qoy muş, yeni me marlıq məktəbinin
formalaşmasında görkəmli memarlar nəslinin uzun illər boyu apardığı axtarışların önəmli
əhəmiyyəti olmuşdu. Bu məktəbin nümayəndələri köklərilə tarixin dərinliklərindən gələn
Azərbaycan xalq memarlığı ənənələrini Avropa memarlıq ənənələri ilə
zənginləşdirird ilər.
XX əsrin əvvəllərində Bakıda fəaliyyət göstərmiş istedadlı memarlar - 1902-ci ildə
Peterburq Mülki Mühəndislər İnstitutunu bitirmiş ilk azərbaycanlı mühəndis-memar
Zivər bəy Əhmədbəyov, İ.Q.Hacınski, N.Q.Babayev, K.A.Borisoqlebski, D.D.Buynov,
İ.V.Qoslavski, K.B.Skureviç, İ.K.Ploşko və Q.M.Qermikelov xeyli iş görmüşdülər. Onların
yaradıcılığındakı milli-romantik istiqamət Azərbaycan memarlığında yeni inkişaf
mərhələsinə çevrildi. XX əsrin əvvəlində M.Nağıyevin "İsmailiyyə" binasının,
H.Z.Tağıyev və M.Muxtarova məxsus sarayların - memarlıq incilərinin tikilməsi yeni
mərhələni xarakterizə edirdi. Şəhər Dumasının, ictimai məclisin, Opera və Balet Teatrının
gözəl tərtibatlı binaları istifadəyə verildi. Din ocaqları - "Təzə pir" məscidi, polyak kilsəsi və
yəhudi sinaqoqu, Tağıyevin qız məktəbi, realnı məktəb, kişi gimnaziyası. Kommersiya
məktəbi, "Səadət" məktəbinin binaları Bakının yaraşığı oldu. Bir sıra tibb müəssisələri, o
cümlədən uşaq xəstəxanası və Musa Nağıyevin xəstəxanası tikild i.
Ticarət, maliyyə və xidmət dairələri binaları sırasına (Tiflis kommersiya bankı
və Şimal bankı) "Yeni Avropa" mehmanxanası (M.Nağıyev), Olginsk ticarət sıraları, bazar-
205
passaj binaları daxil oldu. 1903-cü ildə şəhərin dənizkənarı hissəsinin (bulvar) abadlaşdı-
rılmasına başlandı. Şəhərdə yanaşı binaların tikintisi sürətləndi. Bunların bir çoxu
memarlıq cəhətdən ço x qiymətlidir (M.Nağıyev, K.A.Hacıyev, Sadıxovlar, Hacınski və b.
məxsus binalar).
Bu nöqteyi-nəzərdən Bakı ətrafında kapitalistlərin (Ş.Əsədullayev,
T.Aşurbəyov, İ.Hacınski və b.) tikdirdikləri istirahət ocaqları (villalar), Axund Əbu Turabın
Mərdəkandakı mavzoleyi diqqətəlayiqdir. Milli memarlıq məktəbinin nümayəndəsi Məşədi
Qafar İsmayılovun tikdirdiyi binalar milli memarlıq abidələridir. Bakıdakı möhtəşəm
binaların çoxu İmran Hacı Qasımov tərəfindən inşa edilmişdi.
Şəhərin memarlıq tikintilərində aparıcı rol mülki şəxslərə məxsus idi.
H.Z.Tağıyevin sifarişi ilə onun sarayı, müsəlman qız məktəbi, teatr (yanğından sonra),
texniki məktəb, həmçinin toxuculuq fabriki və onun ətrafındakı fəhlə yaşayış məntəqəsi
İ.V.Qoslavskinin layihələri əsasında tikilmişdi. Bu memar Bakı Şəhər Duması
binasının da müəllifi olmuşdur.
Məşhur Bakı sahibkarları M.Nağıyev və M.Muxtarovun sarayları İ.K.Ploşko,
Mayılov teatrı M.Q.Bayev, əsrarəngiz dini tikililər ("Təzə pir" və Əjdər bəy
Aşurbəyovun məscidləri) Əh mədbəyov Zivər bəy Gəray oğlu tərəfindən tikilmişdir.
Bu memarlıq sənəti abidələrinin fenomenallığı onların çox qısa müddətdə
tikilməsində idi. Memarların layihələri ilə Gəncədə, Şəkidə və başqa şəhərlərdə də
binalar inşa edilmişdi. Z.G.Əhmədbəyovun layihələrilə Göyçayda (1906), Şamaxıda
(1909) məscidlər tikilmişdi. Onun Ploşko ilə birlikdə Şamaxıda tikdiyi (1909-1918)
"Cümə məscidi" gözəl memarlıq abidəsi id i.
Əsrin başlanğıcında milli teatr sənəti özünün yüksək inkişaf mərhələsinə qədəm
qoydu. Daimi teatr truppalarının yaradılması mühüm əhəmiyyət kəsb edirdi. Onlardan
biri Müsəlman Dram Artistlərinin Cəmiyyəti adlanırdı. Ə.Haqverdiyev ona həm
başçılıq, həm də rejissorluq edirdi. Bu truppaların fəaliyyətində N.Vəzirov və
N.Nərimanov da iştirak edirdilər.
1906-cı ildə "Təkamül" qəzeti nəzdində həvəskarların "Həmiyyət" qrupu və
İ.Əbilovun Bakı müsəlman dram dərnəyi yaradıldı. Fəhlə rayonlarında çıxış edən
"Həmiyyət" qrupunun tərkibinə M.Əliyev, A.Rzayev, C.Hacınski, H.Ərəblinski və b.
daxil idilər. "Balaxanı dərnəyi" də xeyli iş görürdü. Onun rejissoru H.Ərəblinski idi.
Milli teatr sənətinin inkişafında maarif cəmiyyətinin Nicatın mühüm rolu
olmuşdu. Onun nəzdində aktyor və jurnalist Mehdi bəy Hacınskinin başçılıq etdiyi
teatr bölməsi var idi.
Maarif cəmiyyəti "Səfa"nın nəzdində 1912-ci ildən teatr qrupu fəaliyyət
göstərirdi ki, ona da 1914-cü ildən C.Zeynalov rəhbərlik edirdi.
Yeni əsrin əvvəllərində ilk peşəkar aktyor birlikləri yaranmağa başladı.
Onlardan biri Müsəlman Dram Cəmiyyəti (1916) aktyorların peşəkarlığının
yüksəldilməsi, onların ustalığının təkmilləşdirilməsi məsələlərinə daim diqqət verirdi.
Azərbaycan teatrının repertuarı getdikcə zənginləşirdi. Milli müəlliflərin əsərləri ilə
yanaşı, rus, Qərbi Avropa, Şərq dramaturgiyası əsərlərinə də diqqət verilirdi. Lakin
206
milli səhnə əsərləri üstünlük təşkil edirdi. Əgər 1907-ci ildə Tiflis Nəşriyyat Komitəsi
qarşısında altı əsərin tamaşaya qoyulması barəsində vəsatət qaldırılmışdısa, 1912-1913-
cü illərdə on beş, 1916-cı ildə isə on yeddi əsərin tamaşaya qoyulması barəsində məsələ
qaldırılmışdı.
Bütün bu tədbirlər Hacı Ağa Abbasov, Mirzəağa Əliyev, Hüseyn Ərəblinski,
Cahangir Zeynalov, Əbülfət Vəliyev (Vəli), Mir Mahmud Kazımovski, Mehdi bəy
Hacınski, Muxtar Məlikov (Əlvəndi), Murad Muradov, Hüseynqulu Rzayev, Sidqi
Ruhulla, Abbas Mirzə Şərifzadə və başqa bu kimi istedadlı aktyorların yetişməsinə kömək
edirdi. 1910-cu ildə Azərbaycan teatrının yaranmasında böyük xidmətləri olmuş
C.Zeynalovun səhnə fəaliyyətinin 25 illiyi qeyd edildi.
Teatr tariximizdə milli səhnənin ilk peşəkar aktyoru olan H.Ərəblinskinin xüsusi
yeri var. Azərbaycan dramaturgiyasının qayğıkeş təbliğatçısı olan dahi aktyor öz
yaradıcılığında rus və Qərbi Avropa klassiklərinə geniş yer vermiş, Azərbaycan
tamaşaçısını ilk dəfə Molyerin, Şillerin, Heynenin, Volterin qəhrəmanları ilə tanış et-
mişdir. H.Ərəblinski həm də istedadlı rejissor və teatr təşkilatçısı idi. Bütün bunlar ona
geniş şöhrət qazandırmışdı. H.Ərəblinskinin yaradıcılığı Orta Asiyada, Şimali Qafqazda,
Volqaboyunun türk xalqlarında, həmçinin İranda teatrın dirçəlməsinə güclü təkan
vermişdi. O, 1916-cı ildə nümayiş etdirilmiş "Neft və milyonlar səltənətində" adlı ilk
Azərbaycan filminin yaradılmasında fəal iştirak etmişdi.
Teatrın inkişafında dramaturq, rejissor, aktyor, teatrşünas, həm də bacarıqlı teatr
təşkilatçısı kimi böyük rol oynayan N.Nərimanov həm də milli səhnənin bütün görkəmli
xadimlərini özündə birləşdirən Türk Artistləri İttifaqının yaradılmasının təşəbbüskarı
olmuşdu.
Azərbaycanın mədəniyyət xadimləri teatra xalqın maarifləndirilməsində
qüdrətli vasitə kimi baxırdılar. Azərbaycanın digər şəhərlərində - Şuşa, Gəncə, Şəki,
Şamaxı, Quba, Naxçıvan və Salyanda fəaliyyət göstərən teatr kollektivlərinin fəaliyyəti
böyük əhəmiyyət kəsb edirdi. XX əsrin əvvəllərində bu şəhərlərdə teatr həyatı xeyli
canlanmış, yaradıcı kollektivlərin səhnəyə qoyduqları pyeslərin sayı da artmışdı. 1904-
cü ildə Şuşa səhnəsində ilk dəfə Şekspirin "Otello"su tamaşaya qoyuldu.
Azərbaycan sənətkarları ilə yanaşı, rus və digər əcnəbi müəlliflərin əsərləri də
Gəncə şəhəri səhnəsində özünə geniş yer tutmuşdu. 1906-cı ilin avqustunda burada
Ələsgər bəy Xasməmmədovun başçılığı ilə Müsəlman Dram Cəmiyyəti yaradılmışdı.
Onun idarə heyətinə Mirzə Mahmud Axundzadə, Məmməd Bağır Şıxzamanov, Rüstəm
bəy Mirzəzadə, Talıb bəy Məmmədzadə daxil idilər.
Əsrin başlanğıcından etibarən yerli həvəskar aktyorlar Salyanda da tamaşalar
qoymağa başladılar. Teatr həvəskarlarının sayı başqa şəhərlərdə də artırdı. 1917-ci ildə
Naxçıvanda "El güzgüsü" teatr cəmiyyəti təşkil edildi. Rza Təhmasib, Əliqulu
Qəmküsar yerli teatrın görkəmli xadimləri idilər. XIX əsrin sonlarında Tiflisdə və
İrəvanda yaradılmış milli dram qrupları öz fəaliyyətlərini genişləndirird ilər.
Bakının mədəni həyatında V.İ.Vasilyev-Vyatski, və V.İ.Nikulinin teatr qrupları
görkəmli rol oynayırdı. Bu kollektivlərin səyi nəticəsində Azərbaycan dramaturqlarının (o
207
cümlədən N.Nərimanovun "Nadir şah" pyesi) əsərləri ilk dəfə rus dilində tamaşaya qoyuldu.
S.İ.Valentinov Azərbaycan aktyor qruplarına rejissor köməyi göstərirdi. Azərbaycan milli
dram kollektivlərində Azərbaycan dilini bilən rus aktyorları da var idi.
XIX əsrin 90-c ı illərinin sonunda azərbaycanlı qızlar səhnədə görünməyə
başladı. 1898-ci ildə M.F.Axundovun Gəncədə tamaşaya qoyulmuş "Müsyö Jordan və
dərviş Məstəli şah" komediyasında qadın rollarını Mina xanım, həmçinin Rübaba və
Məryəm İsgəndər qızı Mirzəyeva bacıları ifa etmişdilər. Tiflisdə ilk dəfə teatr tamaşasında
Gövhər xanım çıxış etmişdi. Tiflis Azərbaycan teatrının görkəmli xadimi M.A.Abbasov
qızı Diləfruz xanımı səhnəyə cəlb etmişdi. 1914-cü ildə Bakıda tamaşaya qoyulmuş
Şekspirin "Otello"sunda Dezdemona rolunu Gülsabah xanım ifa etmişdi. O, 1916-cı ildə
Gülbahar xanımla başqa bir pyesdə də iştirak etmişdi. Bütün bunlar, azərbaycanlı
qadınların ilk, lakin peşəkar sənət yolunda atdığı sınaq addımları id i.
Azərbaycan teatrı nadanlığa, xurafata, xalqın inkişafına mane olan köhnə qalıqlara
qarşı mübarizə kürsüsünə çevrilmişdi.
Azərbaycanda teatrşünaslıq da inkişaf edirdi. Onun milli və rus mətbuatında
çıxış edən Ə.Ağayev, M.S.Axundov, H.Vəzirov, M.Hacınski, Q.İ.Qasımov, F.Köçərli,
R.Məlikov və H.Minasazov kimi nümayəndələri var idi, onlar Azərbaycan dramaturgiyası və
teatr tənqidinin in kişafında mühü m rol oynayırdıla r.
Azərbaycan teatrı ictimai-mədəni inkişafın mühüm göstəricilərindən biri idi.
Zaman keçdikcə milli teatrın fəaliyyəti, onun köhnə dünyaya, həyatın eybəcərliklərinə
qarşı mübarizəsi, xalqın həyatını yeniləşdirmək uğrunda çalışması ictimai əhəmiyyət
kəsb edirdi. Azərbaycan teatrı insanların gözünü açır, onları tərəqqi yoluna çağırır,
onların təhkimçilikdən ruhən azad olmasına kömək edirdi.
Teatr sənəti milli özünüdərketmənin əhəmiyyətli vasitəsinə çevrilirdi. Teatr
inkişaf etdikcə, dövrün aktyor və teatr xadimlərinin peşəkarlıq səviyyəsi də artırdı.
Azərbaycan teatrı həm mənəvi, həm də maddi cəhətdən xeyriyyəçilik
məqsədləri ilə bağlı idi. Müstəmləkəçilik şəraitində yaşayan xalqın güzəranı ağır,
maddi imkanları olduqca məhdud idi. Ona görə də teatr tamaşalarından əldə olunan
vəsaitdən daha çox məktəblər, kitabxanalar, klublar açmaq, kasıb şagirdlərə, tələbələrə
kömək etmək üçün istifadə olunurdu. Əslində teatrın özü də cəmiyyətin qabaqcıl
qüvvələrinin xeyriyyəçiliyi hesabına yaşayır, maddi çətinliklər, kasıbçılıq içində olsa
da, özünün mənəvi qüdrəti ilə xa lqın mənəvi zənginləşməsi və mədəni tərəqqisi
mənbələrindən biri idi. Məhz buna görə də teatrın ən görkəmli təşkilatçı və hima-
yəçilərinin maarif xadimləri, xalq müəllimləri, ədəbiyyatçılar və jurnalistlər olması
təsadüfi deyild i.
XX əsrin əvvəli Azərbaycan musiqi sənətinin də inkişafında yeni bir mərhələ
oldu. Azərbaycan musiqisi iki istiqamətdə inkişaf edirdi. Onlardan biri xalq həyatı ilə sıx
bağlı olan və peşəkar aşıqlar tərəfindən inkişaf etdirilən aşıq yaradıcılığı, digəri isə
xanəndə və sazəndələrin yaradıcılığı idi. XX əsrin əvvəllərində xalq yaradıcılığının
ictimai mahiyyəti xeyli zənginləşdi. Məhəbbət, gözəllik və s. haqqında şeirlərlə yanaşı,
aşıqlar istismarçılara və zülmkarlara qarşı nifrət doğuran əsərlər yaradır, azadlıq uğrunda
208
mübarizə aparan qəhrəmanları tərənnüm ed irdilər.
Aşıq sənəti Qazax, Gəncə, Tovuz, Şəmkir, Kəlbəcər və Borçalı bölgələrində
geniş yayılmışdı. Göyçədə Azərbaycan aşıqlarının bütöv bir nəsli yetişmişdi. Aşıq
yaradıcılığının inkişafında məşhur el sənətkarları Əsəd Abbasqulu, Hüseyn Bozalqanlı,
Qurban, Miskin Əli, Nəcəfqulu, Şair Vəli, Xəyyat Mirzə və başqalarının böyük rolu
olmuşdu.
Azərbaycan aşıqlarının yaradıcılığı qonşu regionlarda və ölkəmizdən
kənarlarda da ço x sevilird i.
XX əsrin əvvəllə rində Azə rbaycan xa lq musiqisinin yarad ıcı şəkildə
inkişaf və təbliğ etməkdə xanəndələrin böyük rolu olmuşdur. Xanəndələrin
içərisində Cabbar Qaryağdı oğlu, İslam Abdullayev, Əbdülbaqi Zü lalov, M irzə
Muxtar, Keçəçi Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, Mahbəyli Həmid,
Mahbəyli Cü mşüd, Zabul Qasım, Məcid Behbudov, Məşəd i Cəmil Əmirov, Sey id
Şuşinski, Zü lfü Adıgö zəlov, Xan Şuşinski, bakılı Seyid Mirbabayev, şəkili Ələsgər
Abdullayev, şamaxılı Mirzə Məmməd Həsən və b. çox məşhur idilər. Xalq
musiqisi xəzinəsinə H.Q.Sarabski də ö z töhfəsini vermişdi. İranda və
Zaqafqaziyada məşhur olan xanəndələrdən biri də Cənubi Azərbaycan torpağının
yetirməsi Əbul Həsən xan Azər idi. Məşədi Zeynal (Şuşa), Qurban Primov (Ağdam),
Mirzə Fərrac və M irzə Mənsur (Bakı), Şirin A xundov (Salyan) və b. tar ustaları
onun milli musiqi a ləti kimi imkan larını aç maq istiqamətində böyük xid mət
göstərmişdilər. C.Qaryağdı oğlu, Q.Primov və S.Ohanezaşvili musiqi üçlüyü təkcə
Qafqazda deyil, onun sərhədlərindən uzaqlarda da şöhrət tapmışdı.
XX əsrin əvvəllərində xalq musiqiçiləri arasında elmi biliyə və təhsilə,
muğam sənətini daha da geniş miqyasda təbliğ etməyə meyl xeyli artmışdı.
İstedadlı tar ustası Məşədi Cəmil Əmirov 1911-ci ildə İstanbula getmiş, burada not
savadına yiyələnərək, Avropa musiqisi ilə tanış olmuş, eyni zamanda Azərbaycan
xa lq musiqisinin təbliği ilə məşğul olmuşdu. O, burada muğamı ilk dəfə nota köçürüb
nəşr edənlərdən biri idi.
Xanəndə sənəti də yeni keyfiyyət qazan mağa, toy və başqa şənlik
tədbirlərindən kənara çıxaraq, teatr və konsert salonlarına yol açmağa başladı.
Xalq musiqiçilərini ilk dəfə səhnəyə çıxaran mədəniyyət xadimi-məşhur
yazıçı Ə.Haqverdiyev 1897-ci ildə Şuşada yerli həvəskarların iştirakı ilə Fü zulin in
"Leyli və Məcnun", 1902-ci ildə isə Nizamin in "Xosrov və Şirin" poemalarını
səhnələşdirmişdi. Hər iki tamaşada baş rolda C.Qaryağdıoğlu çıxış etmişdi.
"Şərq konserti" adı ilə yeni konsert növü meydana çıxd ı. Belə konsertlər
ilk dəfə Şuşada (1901), daha sonra isə Bakıda (1902) təş kil olundu.
Ə.Haqverdiyevin hazırladığı hər iki konsertdə C.Qaryağdı oğlu başda olmaqla,
görkəmli muğam üçlüyü muğam, xalq mahnıları, rəqsləri, aşıq melodiyaları ifa
etmiş, səhnələşdirilmiş musiq i əsərləri də göstərmişdi. "Şərq konserti"nin inkişafına
maarif və xeyriyyə cəmiyyətləri kömək edirdilər. Məsələn, 1907-ci il yanvarın 20-də
Müsəlman Xeyriyyə Cəmiyyəti Azərbaycan musiqisindən ibarət böyük konsert təşkil
209
etmişdi. "Nəşri-maarif" (1908-1914, 1915), "Nicat" (1914-1915), "Səfa" (1914) və s.
cəmiyyətlər tərəfindən "Şərq konsert"ləri təşkil o lunurdu.
"Şərq konsert"ləri (xüsusən Şuşada ilk səhnələşdirilmiş musiqi tamaşası) -
milli operanın yaranmasında böyük rol oynadı. 1907-ci ildə Bakıda yeni konsert firması
- "Şərq gecələri" meydana çıxdı. Bu gecələrin tamaşaçıları Qafqaz xalqlarının musiqisi
ilə tanış edən müxtəlif proqramları var idi. Onlar geniş kütlələri özünə cəlb edir,
beynəlmiləl səciyyə daşıyırdı. Şuşada, Gəncədə, Şəki və Tiflisdə də "Şərq gecələri"
keçirilir, Bakıda yerli musiqiçilərin şəhərin fəhlə rayonlarında çıxışları ço xalırdı.
Əsrin əvvəllərində ənənəvi musiqi nəzəriyyəsinin təşəkkülü sahəsində ilk
addımlar atıldı. Bu sahədə M.M.Nəvvab səmərəli fəaliyyət göstərmiş, onun tədqiqatları
muğama həsr olunan "Musiqi incəsənəti" kitabının əsasını təşkil etmişdi.
Gənc həvəskar musiqiçi Ə.Əliverdibəyov Azərbaycan musiqi tarixinə,
həmçinin başqa xalqların musiqi sənətinə dair materiallar toplamağa başlamışdı. İlk
peşəkar sənətşünaslardan biri olan C.Hacıbəyov Bakı musiqi məktəbini bitirdikdən sonra
təhsilini M.Muxtarovun köməkliyi ilə 1909-cu ildə Paris konservatoriyasında davam
etdirmişdi. O, peşəkar musiqi təhsili almış ilk azərbaycanlı idi.
Azərbaycan xalqının musiqi mədəniyyəti nümunələrini toplamaq və nəşr
etmək sahəsində əhəmiyyətli işlər görülürdü. 1901-ci ildə H.Zərdabi "Türk mahnıları"
külliyyatını nəşr etdi. Müəllim və jurnalist C.Bünyadzadə 1910-cu ildə "Kəşkül" adı ilə
ona oxşar ikinci bir külliyyatı çap etdirdi. 1917-ci il ərəfəsində Azərbaycan qadınları
arasında ilk musiqişünas qadın - H.B.Ağayevin qızı X.Ağayeva fəaliyyətə başladı.
Musiqi təhsilini inkişaf etdirmək üçün də ilk addımlar atılırdı. Moskva
konservatoriyasını bitirmiş A.N.Yermolayevanın təşəbbüsü ilə Bakıda mülki şəxsə
məxsus xüsusi musiqi məktəbi fəaliyyətə başladı. 1910-cu ildə onun təşəbbüsü ilə
nəzdində musiqi sinifləri olan Rusiya imperator musiqi cəmiyyətinin Bakı şöbəsi
yaradıldı. Bu bölməyə A.N.Yermolayeva başçılıq edirdi. Belə bir vəzifənin Rusiyada
qadına həvalə edilməsi ilk hadisə idi.
Yermolayevadan sonra uzun illər boyu musiqi qruplarına Peterburq
Konservatoriyasından dəvət olunmuş S.R.Kronqold başçılıq etmişdi. 1907-1908-ci
illərdə bu qruplarda 140 nəfər təhsil alırdı. 1918-ci ildə təhsil alanlardan cəmi yeddi
nəfəri azərbaycanlı idi. 1916-1917-ci illərdə musiqi sinifləri Rusiya Musiqi
Cəmiyyətinin Bakı şöbəsi nəzdində musiqi məktəbinə çevrildi. Bakıda bu məktəbə
girmək üçün namizədlər hazırlayan kurslar və məktəblər mövcud idi.
Simfonik musiqi konsertləri Bakının mədəni həyatında əhəmiyyətli rol
oynayırdı. Bu konsertləri özünün daimi orkestri olan Bakı ictimai yığıncağı təşkil edirdi.
"Kaspi" qəzeti qeyd edirdi ki, paytaxtları və iri quberniya şəhərlərini (Varşava, Kiyev,
Riqa) nəzərə almasaq, Rusiyada, yəqin ki, belə musiqi kollektivi olan ikinci bir şəhər
yoxdur. Orkestr dinləyiciləri rus və Avropanın musiqi klassiklərilə tanış edirdi.
Orkestrdə işləmək üçün M.Q.Çernyaxovski (1903-1906), A.V.Pavlov-Arbenin (1906-
1907, 1913) kimi böyük dirijorlar dəvət olunurdu. Bu orkestr dağıldıqdan sonra (1907)
şəhərdəki Avropa yönümlü musiqiçilər iki simfonik kollektiv yaratdılar.
210
Milli operanın meydana çıxması yalnız Azərbaycanda yox, bütün müsəlman
Şərqində çox böyük tarixi mədəni hadisə oldu. Onun yaradıcısı dahi Ü.Hacıbəyov
Füzulinin xalq arasında məşhur olan "Leyli və Məcnun" poeması mövzusunda muğam
operası yaratmaq arzusunu həyata keçirdi. Operada Azərbaycan poeziyası və musiqi-
sinin qırılmaz vəhdəti öz əzəmətli əksini tapmışdır.
Əsərin uğurlu səhnə təcəssümü onu klassik faciə nümunələrinə yaxınlaşdırır.
Bu opera ənənəvi milli muğam musiqisi ilə Avropa sənətinin xüsusiyyətlərini (xor,
orkestr və s. istifadə olunması) özündə əks etdirən sənət əsəri kimi dünya musiqi
tarixində də əlamətdar hadisə sayılmışdır.
"Leyli və Məcnun" operasının ilk tamaşası 1908-ci il yanvarın 12-də
göstərildi. Orkestrə Ə.Haqverdiyev dirijorluq edirdi. Tarda Q.Primov və Ş.Salyanski
müşayiət edirdilər. Operanın ilk tamaşasının böyük müvəffəqiyyət qazanması Məcnun
rolunu böyük ustalıqla oynayan H.Sarabskinin adı ilə bağlı idi. Amma operada Sarabski əsl
mənada şöhrət qazandı. Həmin vaxtdan H.Sarabski öz fəaliyyətini bütövlükdə operaya
həsr etdi. Ü.Hacıbəyovla H.Sarabskinin əməkdaşlığı milli musiqi teatrının yaranması və
inkişafı üçün çox faydalı oldu. "Leyli və Məcnun" operasının yaranmasında, onun ilk
tamaşasında aparıcı rollardan birini ifa etmiş Ceyhun Hacıbəyovun da əməyi böyük idi.
O, 1910-cu ildə Fransa mətbuatı vasitəsilə Qərbi Avropa ictimaiyyətini bu opera ilə
tanış etməyə çalışmışdı.
Tamaşanın hazırlanmasında Ü.Hacıbəyovun yaxın köməkçilərindən biri - xalq
xanəndəsi Mirzə Muxtar Məcnunun atası rolunu ifa etmiş və o vaxtdan taleyini opera
sənətinə bağlamış, Üzeyir və Zülfüqar Hacıbəyovların, Müslüm Maqomayevin
əsərlərinin səhnəyə qoyulmasında iştirak etmişdi.
"Leyli və Məcnun"dan sonra Ü.Hacıbəyov 1909-1916-cı illərdə beş opera və üç
musiqili komediya yaratdı. Onun "Əsli və Kərəm" operası, "O olmasın, bu olsun" və
"Arşın mal alan" operettalarının tamaşaları da məşhurlaşmışdı. Bu tamaşalara
rejissorluğu H.Ərəblinski etmişdi. Ü.Hacıbəyovun musiqi yaradıcılığında yüksək mə-
həbbət, qadınları ictimai əsarət və qapalı vəziyyətdən azad həyat və sərbəst məişət
səhnəsinə çıxarmaq ideyası özünün parlaq əksini tapmışdır.
Azərbaycan opera sənətinin inciləri Qafqaz ictimaiyyətinin diqqətini cəlb etmiş,
1914-cü ildə "Leyli və Məcnun" və "Əsli və Kərəm" operalarının Tiflisdə tamaşaları
göstərilmişdir.
İlk azərbaycanlı qadın aktrisalarından - Göyərçin (Gövhər) xanım Əliyeva
Ü.Hacıbəyovun qadın qəhrəmanlarının (Leyli, Əsli, Gülnaz) ifaçısı olmuşdu.
Zülfüqar Hacıbəyov da 1917-ci ilə qədər bir neçə opera və musiqili komediya
yaratmışdı. 1916-cı ildə Müslüm Maqomayevin Bakıda göstərilmiş "Şah İsmayıl"
operası Azərbaycan opera sənətinin qızıl fonduna daxil olmuş, Ü.Hacıbəyov ənənələrini
davam etdirmişdir.
Musiqi əsərləri yaratmaq sahəsində Azərbaycan incəsənətinin digər
nümayəndələri də öz qüvvələrini sınaqdan keçirmişdilər. Məşədi Cəmil Əmirov 1915-
ci ildə "Seyfül-Mülük" operasını bəstələmiş, onun tamaşası həmin il Gəncədə, 1916-cı
211
ildə isə Tiflisdə göstərilmişdi. Tamaşaya müəllifin özü dirijorluq etmişdi. Bu operada
iştirak etməklə Bülbül görkəmli opera sənətkarı kimi böyük uğur qazanmışdı. 1916-
cı ildə H.Şərifov "Mehr və Mah" operasını yazmışdı. Həmin illərdə böyük aktyor
Mirzəağa Əliyev Üzeyir və Zülfüqar Hacıbəyovların musiqili ko mediyalarındakı
surətlərilə unudulmaz obrazlarını yaradaraq səhnə tariximizdə silinməz iz qoymuşdur.
Milanda təhsil alan Şövkət xanım Məmmədovanın 1910-cu ildə Bakıda ilk
çıxışı oldu. O, İtaliyada musiqi təhsili almış ilk azərbaycanlı qadın idi. O vaxt artıq
Rusiyada şöhrət qazanmış Fatma xanım Muradova 1913-cü ilin iyununda Bakıda konsert
verirdi.
XX əsrin əvvəllərində ilk azərbaycanlı pianoçu qadınlar X.Qayıbova,
N.Şahmirzə və K.Əliyeva konsert verməyə başladılar. X. Qayıbova konsertlərdə çıxış
etmiş ilk azərbaycanlı qadın pianoçu idi. O, muğamat mövzusunda musiqi əsərlərini
fortepianoda böyük məharətlə ifa edirdi. 1909-cu ildə Tağıyevin qız məktəbində musi-
qini tədris edən Kişvər Əliyeva 1914-cü ildə Moskva Konservatoriyasına daxil olmuşdu.
Lakin maddi çətinliklər ona konservatoriyada təhsilini başa çatdırmağa imkan verməmiş
və o, təhsilini Tiflis musiqi məktəbində başa çatdırmışdı.
Musiqili teatrın inkişafındakı nailiyyətlər librettoların nəşrinə şərait yaratdı.
1912-ci ildə Orucov qardaşları mətbəəsində Ü.Hacıbəyovun opera və musiqili
komediyalarının mətnləri nəşr olundu. 1913-1917-ci illərdə "Arşın mal alan"ın librettosu
üç dəfə çap edildi.
İncəsənətə həsr olunmuş ilk dövri nəşrlər - "Teatrların icmalı" (1910) və "Bakı
teatr kuryeri" qəzetləri (1913-1914) notlar və pyeslər əlavə edilməklə meydana çıxd ı.
Mətbuat səhifələrində aşıqların yaradıcılığı, Azərbaycan musiqisinin nəzəri
əsasları və estetikası, musiqidə Şərqlə Qərbin qarşılıqlı əlaqələri, ifaçılıq sənətkarlığı
və s. haqqında məqalələr çap olunurdu.
XX əsrin əvvəli Azərbaycan kino sənətinin təşəkkülü ilə də əlamətdar oldu.
İbrahim Musabəyovun "Neft və milyonlar səltənətində" romanı üzrə A.D.Panova-
Potyomkinanın ssenarisi əsasında ilk kinolenti yaradıldı. Onun rejissoru B.N.Svetlov idi.
Filmdə rus aktyorları ilə yanaşı, H.Ərəblinski də iştirak etmiş, ona Lütfəli bəy kimi əsas
rolun ifası tapşırılmışdı. Filmin hər iki seriyası 1916-cı ilin may və iyun aylarında
ekranlara çıxd ı.
Ü.Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası da ekranlaşdırılmışdı.
Yalnız 1917-ci ilin noyabrında işıq üzü görən həmin ekran əsəri uğursuz alındığı üçün
tezliklə ekrandan çıxarıldı.
Əsrin əvvəllərində təsviri sənət ədəbiyyat və teatrdan xeyli geri qalırdı. Hətta
Bakıda belə peşəkar rəssam yox idi. Bakıda yaşayan rus rəssamları isə yaradıcılıqdan
çox, müəllimlik fəaliyyətilə məşğul olu rdular. Buna baxmayaraq, bu istiqamətdə
müəyyən irəliləyişlər özünü göstərirdi. 1902-ci ildə M.M.Nəvvab "Teymurun
portreti" kimi rəngkarlıq əsərin i yaratdı.
Əli bəy Hüseynzadə XX əsr Azərbaycan rəssamlığın ı təmsil edənlərdən
biri o ldu. Onun peşəkar rəssam olma masına ba xmayaraq, yaratdığı rəssamlıq
212
əsərləri ("Şey xülislamın portreti", " Bib iheybət məscidi" və s.) bədii dəyərə
ma likd ir. 1906-c ı ildə Ba kı mətbuatı Peterburq impe rator rəs m mə ktəbin in
yetirməsi İs mayıl Nəbi oğlu haqqında məlu mat dərc etdi.
Yeni əsrin əvvəllərində Azərbaycanın birinci peşəkar rəssamı Bəhruz
Kəngərli idi. O, 1910-cu ildə C.Məmmədquluzadənin yardımı ilə Zaqafqaziyada
yeganə olan Tiflis rəssamlıq məktəbinə da xil olmuş və 1915-ci ildə oranı
bitirmişdi. B.Kəngərlinin yaradıc ılığ ı ço xcəhətli idi. Rəssam yağlı və sulu
boyalarla şəkillər çəkir, Naxçıvan teatr tamaşaların ın bədii tərtibatını verird i. Onun
çoxsaylı əsərləri arasında aparıcı yeri mənzərələr tuturdu. Kəngərli teatr-dekorasiya
sənəti sahəsinin də pioneri id i.
Təsviri
sənətin
inkişafında
Abbas
Hüseyni,
Nəcəf
Rasim,
Y.V.Çəmən zəminli müəyyən rol oynamış, sulu boya ilə çəkilmiş bir sıra əsərlər
(portretlər, mən zərələr və s.) yaratmışlar.
Yeni realist təsviri sənətin - satira qra fikası kimi yeni janrın meydana
çıxması və in kişafı "Molla Nəsrəddin" jurnalı ilə bilavasitə bağlı idi. Onun ən
parlaq nü mayəndəsi Əzim Əzimzadə id i. Ə.Əzimzadə rəssam kimi b ir sıra
Azərbaycan dilli qəzet və jurnallarla ə məkdaşlıq ed ird i. O, M.Ə.Sabirin
"Hophopnamə"sinə (1914) və A.Divanbəyoğlunun "Can yanğ ısı" romanına (1913)
illüstrasiyalar çəkmişdi. Ə.Əzimzadənin yarad ıcılığı gündəlik hadisələrə fəal
münasibət, ifşaedici ahəng və mübarizə ruhu ilə fərqlən ird i. Onun zəngin irsində
aparıcı yeri sosial-məişət mövzuları, həyatın mənfi cəhətlərinin tənqidi tuturdu.
Rəssam ö z əsərlərində çarizmin müstəmləkə siyasətini, çar məmurlar ı və yerli
istismarçıların özbaşınalıq və amansızlığın ı, qarətçi Qərb planları və Şərq
despotizmini ifşa et mişdi.
Satirik qrafikanın inkişafına bu jan rın təcrübəli ustaları və "Molla
Nəsrəddin" jurnalının əməkdaşları Oskar İvanoviç Şmerlinq və İosif Rotter,
həmçinin Bakı jurnalları "Zənbur" və "Mirat‖ın işində fəal iştirak etmiş Benedikt
Rafae loviç Te linqater böyük təsir göstərmişdilə r.
Bu işdə "Molla Nəsrəddin" jurnalı və Əzim Əzimzadədən təsirlənən
rəssamlar B.Səid, T.Məmmədov, X.Musayev və M.Əliyevin də müəyyən rolu
olmuşdu.
Təsviri sənət sahəsində azərbaycanlı qadınların fəaliyyətə baş laması
diqqətəlayiq hadisə idi. On lar arasında birinci olan Qeysər Kaşiyeva 1907-1908-ci
illərdə Qafqaz incəsənətini yayan cəmiyyət nəzdindəki bədii sin iflərdə peşəkar
təhsil almışdı. Qeysər xanım yarad ıcılığının ilk illərində Tiflis qadın xeyriyyə
cəmiyyətinin mədəni tədbirləri üçün afişalar və elan lar hazırlamış, sonrakı illərdə
isə rəsm əsərləri (portretlər, mən zərələr) yaratmışdı.
1913-cü ilin apre lində Ba kıda aç ılan rəsm əsərlərinin ilk sərgisi şəhərin
mədəni həyatında böyük hadisə oldu. Bu sərgidə onlarla Qafqaz rəssamının əsərləri
nümayiş etdirilirdi.
|