TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə


§1. RESPUBLĠKANIN ĠCTĠMAĠ-SĠYASĠ HƏYATI



Yüklə 15,93 Mb.
Pdf görüntüsü
səhifə14/41
tarix31.01.2017
ölçüsü15,93 Mb.
#6985
1   ...   10   11   12   13   14   15   16   17   ...   41
§1. RESPUBLĠKANIN ĠCTĠMAĠ-SĠYASĠ HƏYATI 

 

Azərbaycan  KP  Mərkəzi  Komitəsinin  1969-cu  il  iyulun  14-də  keçirilən 



Plenumu Azərbaycan üçün böyük tarixi əhəmiyyət kəsb edən taleyüklü hadisə idi. 

Plenumda  Heydər  Əlirza  oğlu  Əliyev  Azərbaycan  KP  MK-nın  birinci  katibi 

seçildi. Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində, fəhlə ailəsində 

anadan  olmuşdu.  Naxçıvanda  orta  təhsil  almış,  Pedaqoji  Texnikumu  bitirmişdi. 

1939-1941-ci  illərdə  o,  Azərbaycan  Sənaye  İnstitutunun  memarlıq  fakültəsində 

oxumuşdu.  H.Əliyev  1941-ci  ildən  Naxçıvan  MSSR  Xalq  Daxili  İşlər 

Komissarlığında  və  Naxçıvan  MSSR  Xalq  Komissarlığı  Sovetində  şöbə  müdiri, 

1944-cü  ildən  Dövlət  Təhlükəsizlik  orqanlarında  işləmişdi.  1957-ci  ildə 

Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdi. Ağılı və işgüzarlığı 

sayəsində H.Əliyev general-mayor rütbəsinədək yüksəlmişdi. 1956-1965-ci illərdə 

Azərbaycan  SSR  Dövlət  Təhlükəsizlik  Komitəsi  Əks-Kəşfiyyat  İdarəsinin  rəisi, 

1965-ci ildən bu Komitə sədrinin müavini, 1965-ci ildən isə sədri olmuşdu. 

Azərbaycanın  müasir  tarixində  1969-cu  ildə  dönüş  mərhələsinin  təməli 

qoyuldu.


1

  Həmin  il  avqustun  5-də  H.Ə.Əliyev  Azərbaycan  KP  MK  Plenumunda 

çıxış edərək, respublikanın iqtisadiyyatını dərin və hərtərəfli təhlil etdi, təsərrüfata 

rəhbərlikdə, mədəni quruculuqda, ideoloji işdə ciddi nöqsanlar olduğunu qeyd etdi 

və  onları  aradan  qaldırmaq  yollarını  göstərdi.  Azərbaycan  KP  MK  Avqust 

plenumunda  dövlət  əmək  intizamını  möhkəmləndirmək,  respublikada  mənəvi-

psixoloji  iqlimi  sağlamlaşdırmaq  vəzifələri  irəli  sürüldü.  Heydər  Əliyevin 

rəhbərliyi altında Azərbaycan KP-nin XXVIII (10-12 may 1971-ci il), XXIX (28-

30  yanvar  1976-cı  il),  XXX  (28-30  yanvar  1981-ci  il)  qurultaylarında,  MK-nın 

plenumlarında, vaxtaşırı çağırılan müşavirələrdə respublikanın iqtisadi, mənəvi və 

sosial-mədəni  inkişafının konkret vəzifələri, təşkilati tədbirlər müəyyən edildi.

2

 



Heydər  Əliyev  qısa  müddətdə  respublikada  idarəçilik  sistemini  xeyli 

möhkəmləndirdi.  Rüşvətxorluğa,  korrupsiyaya  qarşı  ciddi  mübarizəyə  başladı. 

Sovet  hakimiyyəti tarixində  ilk dəfə  sosialist cəmiyyətində  vəzifədən  sui-istifadə, 

korrupsiya  kimi  mənfi  hallar  olduğunu  və  onlara  qarşı  mübarizənin  vacibliyini 

cəsarətlə  elan  etdi  və  bu  hallara  qarşı  qəti  mübarizəyə  başladı.

3

  Heydər  Əliyevin 



SSRİ  rəhbərliyində  böyük  nüfuzu  vardı.  O,  1976-cı  ildə  Sov.İKP  MK  Siyasi 

Bürosu  üzvlüyünə  namizəd  seçildi  və  bu  vəzifənin  verdiyi  imkanlardan 



144 

 

Azərbaycanın  inkişafı  naminə  məharətlə  istifadə  etdi.



Heydər  Əliyev  böyük 

uzaqgörənliklə  bütün  dövlət  hakimiyyəti  orqanlarının  işini  xalqın  iqtisadi,  sosial-

mədəni  tərəqqisi  və  milli  oyanış  siyasətinin  reallaşmasına  yönəltdi.  Partiya  lideri 

olmaqla  bərabər,  o,  həm  də  SSRİ  Ali  Sovetinin  (8-10-cu  çağırış.)  deputatı,  onun 

yuxarı palatası olan İttifaq Sovetinin sədr müavini (9-cu çağ.), habelə Azərbaycan 

SSR  Ali  Sovetinin  (7-10-cu  çağırış.)  deputatı  və  Rəyasət  Heyətinin  üzvü  kimi 

geniş  dövlətçilik  fəaliyyəti  göstərirdi.

Onun  təşəbbüsü  ilə  SSRİ  rəhbərliyi  - 



Sov.İKP MK və SSRİ Nazirlər Soveti Azərbaycanın iqtisadi inkişafı üçün olduqca 

böyük  əhəmiyyətə  malik  beş  mühüm  qərar  qəbul  etdi.

6

  Bu  qərarların  biri 



Azərbaycanın xalq təsərrüfatının inkişafına İttifaq fondundan külli miqdarda vəsait 

ayrılmasına  əsas  oldu.  Heydər  Əliyevin  həyata  keçirdiyi  siyasət  bütün  sahələrdə 

olduğu kimi, qanunverici orqanlara da ən bacarıqlı və layiqli adamların seçilməsinə 

imkan yaratdı. Bu orqanların işi xeyli fəallaşdı, yeni komissiyalar yaradıldı, onların 

səmərəli işləməsi üçün qayğı göstərildi. 

Azərbaycan parlamenti respublikanın iqtisadi, mədəni inkişafı üçün hüquqi 

baza yaradan onlarla qanun qəbul etdi. Heydər Əliyev respublikada qanunçuluğun 

hüquqi  bazasının  möhkəmləndirilməsi  istiqamətində  mühüm  tədbirlərin 

təşəbbüsçüsü oldu.

7

 70-ci illərdə və 80-ci illərin əvvəllərində Azərbaycanın mülki, 



mülki-prosessual, cinayət-prosessual məcəllələrinə əlavələr və dəyişikliklər edildi. 

Azərbaycan SSR-in məhkəmə quruluşu, səhiyyə, dövlət notariatı, xalq təhsili, tarix 

və  mədəniyyət  abidələrinin  qorunması  və  onlardan  istifadə  edilməsi,  Nazirlər 

Soveti, xalq deputatları sovetləri haqqında qanunlar, torpaq, əmək haqqında qanun 

məcəllələri, inzibati hüquq

 

pozuntuları haqqında, ailə və nikah haqqında məcəllələr 



qəbul  edildi.

8

  H.Əliyev  1977-ci  il  SSRİ  Konstitusiyasını  hazırlayan  Konstitusiya 



Komissiyasının üzvü və 1978-ci il Azərbaycan SSR-in Konstitusiyasını hazırlayan 

Konstitusiya  Komissiyasının  sədri  kimi  geniş  dövlətçilik  fəaliyyəti  göstərdi.

9

 

Heydər  Əliyev  Azərbaycanın  suveren  hüquqlarının  pozulmasına  qarşı  yönələn 



bütün  cəhdlərin  qarşısını  vaxtında,  qətiyyətlə  alırdı.  SSRİ-nin  1977-ci  ilin 

oktyabrında qəbul olunmuş Konstitusiyası hazırlanarkən ermənilərin belə cəhdləri 

xüsusən  artmışdı  və  yalnız  Heydər  Əliyevin  SSRİ  Konstitusiyasını  hazırlayan 

Komitənin üzvü kimi SSRİ rəhbərliyi qarşısında qoyduğu qəti tələblər nəticəsində 

o  vaxt  Dağlıq  Qarabağın  statusu  məsələsinə  baxılmadı.

10

  Heydər  Əliyevin 



rəhbərliyi  altında  fəaliyyət  göstərən    respublika    Konstitusiya  Komissiyasının  

hazırladığı  yeni "Azərbaycan SSR Konstitusiyası" 1978-ci il aprelin 21-də qəbul 

edildi.  Bu  Konstitusiya  mövcud  olan  dar  imkanlar  daxilində  xalqın  mənəvi 

sərvətlərinin,  xüsusən  dilinin  qorunub  saxlanması  və  inkişaf  etdirilməsi  üçün 

hüquqi  əsasları  genişləndirdi.

11

  Ölkə  rəhbərliyinin  etirazına  baxmayaraq, 



H.Əliyevin  siyasi  iradəsi  nəticəsində  Azərbaycan  dili  respublikada  dövlət  dili 

statusunu saxladı. 



145 

 

"Qoy  ədalət  zəfər  çalsın!"  -  o  zaman  Heydər  Əliyevin  söylədiyi  və  bütün 



əməllərinin mahiyyətini təşkil edən bu sözlər xalqın dilində şüara çevrilmişdi.

12

 



Seçkili  hakimiyyət  orqanları  respublikanın  siyasi,  iqtisadi  və  mədəni 

həyatında  əhəmiyyətli  rol  oynayırdı.  Azərbaycan  SSR  Ali  Sovetinə  Süleyman 

Rüstəm (I-XI çağırışlar, VIII-XI çağırışlarda Azərbaycan SSR Ali Sovetinin sədri 

olub),  Mustafa  Topçubaşov  (I-X  çağırışlar),  Fikrət  Əmirov  (IV-IX  çağırışlar), 

Mikayıl Abdullayev (V-IX çağırışlar) və b. görkəmli şəxsiyyətlər

13

 deputat seçildi. 



SSRİ  Ali  Sovetində  Azərbaycanı  Mirzə  İbrahimov  (I-V,  VII,  VIII,  X  çağırışlar), 

Rəşid  Behbudov  (VII-IX  çağırışlar),  Qara  Qarayev  (V-IX  çağırışlar),  Həsən 

Abdullayev  (VII-IX  çağırışlar),  Şamama  Həsənova  (IV-XI  çağırışlar,  1960-1974-

cü  illərdə  SSRİ  Ali  Soveti  sədrinin  müavini  olub),  Sərdar  İmrəliyev  (VI-IX 

çağırışlar) və b. qabaqcıl elm, mədəniyyət, incəsənət xadimləri, əmək qabaqcılları 

təmsil edirdilər.

14

 

Yerli  Sovetlərə  1969-cu  ildə  44,5  min,  1982-ci  ildə  50,8  min  nəfərə  qədər 



deputat  seçilmişdi.  Bu  sovetlərdə  9,5  mindən  çox  daimi  komissiya  fəaliyyət 

göstərirdi.  80-ci  illərin  əvvəllərində  partiya  sıralarında  400  minə  qədər  üzv  və 

namizəd,  komsomol  təşkilatlarında  milyondan  çox  gənc,  həmkarlar  ittifaqlarında 

2,6 milyon nəfərə qədər əməkçi birləşmişdi.

15

 

Heydər  Əliyevin  mövcud  reallıqlar  daxilində  məharətlə  həyata  keçirdiyi 



çoxcəhətli  siyasi-dövlətçilik  fəaliyyəti  sayəsində  partiya,  sovet,  həmkarlar 

ittifaqları, komsomol və b. ictimai təşkilatların diqqəti respublikanın iqtisadi, kadr, 

mənəvi  potensialının  sürətlə  artmasına  yönəldildi.  Bunun  nəticəsi  idi  ki,  70-ci 

illərdə  Sovet  İttifaqında  əsas  orta  iqtisadi  göstəricilərin  artım  sürətinin  aşağı 

düşdüyü  bir  vaxtda  Azərbaycanda  bütün  başlıca  iqtisadi  göstəricilər  durmadan 

artırdı. 14 ildə respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı 2 

(əvvəlki 50 ildəki qədər), xalq istehlakı malları istehsalı 3 dəfə, kənd təsərrüfatında 

məcmu məhsul 2,7 dəfə artmış, 250-dən çox fabrik, zavod, istehsal sexləri tikilmiş, 

iki  milyondan  çox  adamın  mənzil  şəraiti  yaxşılaşdırılmışdı.

16

  Xalqın  öz  gücünə, 



təsərrüfatçılıq  qabiliyyətinə,  mənəvi  potensialına  inam  qüvvətləndi.  1970-1982-ci 

illərdə  respublika  12  dəfə  müxtəlif  Ümumittifaq  yarışlarının  qalibi  oldu,  keçici 

Qırmızı  Bayraqlara  layiq  görüldü.  1970-ci  ildə  Oktyabr  İnqilabı,  1972-ci  ildə 

Xalqlar Dostluğu, 1980-ci ildə Lenin ordenləri ilə təltif edildi.

17

  Heydər  Əliyevin 



təşəbbüsü  və  siyasi  iradəsi  ilə  partiya,  həmkarlar  və  komsomol  təşkilatları, 

sovetlər,  yaradıcılıq  ittifaqları  xalqın  mənəvi  dəyərlərinin  öyrənilməsinə  və 

təbliğinə  diqqəti  artırmışdı.  Milli  mənəvi  sərvətlərin  tədqiqi  və  təbliği,  tarixi 

araşdırmaların  geniş  vüsət  alması  Heydər  Əliyev  dövrünün  həyata  keçirilən 

tədbirləri idi.

18

 Nizaminin, Əcəminin, Nəsiminin, Tusinin, Vaqifin, Aşıq Ələsgərin, 



Aşıq  Alının,Üzeyir  Hacıbəyovun,  Müslüm  Maqomayevin,  Hüseyn  Cavidin  və 

başqa  elm,  ədəbiyyat  və  incəsənət  xadimlərinin  yubileyləri,  Azərbaycan 



146 

 

professional teatrının yüz illiyi təntənə ilə qeyd olunmuşdu. Azərbaycan tarixinə və 



Azərbaycan dilinə aid qiymətli araşdırmalara  yüksək dövlət mükafatları verilməsi 

ziyalıları  bu  sahələrdə  fəaliyyətlərini  genişləndirməyə  ruhlandırırdı.  1977-ci  ildə 

Nizami  irsinin  yenidən  öyrənilməsi  haqqında  qərar  qəbul  olundu,  bu  sahədə 

səmərəli  işlər  görüldü.  Bir  zamanlar  "pantürkist"  kimi  damğalanmış  Hüseyn 

Cavidin  cəsədinin  qalıqları  1982-ci  ildə  İrkutsk  vilayətindən

 

gətirilib  Naxçıvanda 



torpağa  tapşırıldı.

19

  Cənubi  Azərbaycanla  birlik,  həsrət  hisslərinin  ədəbi  ifadəsinə 



geniş  imkanlar  açıldı.  1979-cu  ildə  Azərbaycan  Yazıçılar  İttifaqının  Cənubi 

Azərbaycan  üzrə  katibi  seçildi.

20

  Heydər  Əliyev  faşizmə  qarşı  mübarizədə 



Azərbaycan  xalqının  oynadığı  rolun  düzgün  qiymətləndirilməsinə  çalışırdı.  O, 

Mehdi  Hüseynzadənin  Avropanın  böyük  antifaşist  hərəkatında  qəhrəmanlığının 

təbliğinin,  haqqında  əsərlər,  kinofilm  çəkilməsinin,  ona  heykəllər  qoyulmasının 

təşəbbüsçüsü olmuşdu. 

70-ci  illərdə  onun  təşəbbüsü  ilə  Taqanroqda  416-cı  Azərbaycan 

diviziyasının  böyük  qələbəsinə  möhtəşəm  xatirə  ansamblı,  Sevastopolda 

Sapundağda  77-ci  Azərbaycan  diviziyasının  şərəfinə  böyük  abidə  ucaldılmışdı. 

Heydər Əliyev Bakı neftinin İkinci dünya müharibəsində faşizm üzərində qələbədə 

oynadığı ümumdünya  tarixi əhəmiyyətli rolunun SSRİ rəhbərləri tərəfindən etiraf 

edilməsinə nail oldu. 1978-ci ildə Bakı Lenin ordeni ilə təltif edildi.

21

 

Heydər  Əliyevin  təşəbbüsü  ilə  partiya  və  dövlət  orqanlarının,  ictimai 



təşkilatların,  ziyalıların  respublikanın  milli  kadr  potensialının  möhkəmlənməsinə 

diqqəti artdı. Minlərlə azərbaycanlı gənc SSRİ-nin aparıcı təhsil və elm ocaqlarına 

göndərildi. Milli hərbi kadrlar hazırlanmasına böyük qayğı göstərildi. 1971-ci ildə 

respublika orta hərbi internat məktəbi təşkil edildi. 70-80-ci illərdə SSRİ-nin hərbi 

məktəblərində  müxtəlif  hərbi  ixtisaslar  üzrə  2000-dən  çox  azərbaycanlı  zabit 

hazırlandı.

22

 

Heydər  Əliyevin  məqsədyönlü  siyasi  fəaliyyəti  nəticəsində  Azərbaycanda 



milli özünüdərk prosesi xeyli güclənmişdi. Yaradıcı ziyalılar üçün sərbəst düşüncə 

və iş şəraiti yaradılmışdı.

23

 

"Gəncə" sözü yasaq edildiyi vaxt "Yeni Gəncə" rayonu yaradılmışdı.



24

 Bakı 


rayonlarına  "Nizami" və  "Nəsimi" adları verildi.  Rayonlara  Naxçıvanda  "Babək", 

Yuxarı  Qarabağda  "Əsgəran"  adlarının  verilməsi,  Naxçıvan  MSSR-də  Sədərək 

qəsəbəsinin  salınması  bu  yerlərin  əzəli  Azərbaycan  torpaqları  olduğunu  bir  daha 

təsdiqləyirdi.  Heydər  Əliyev  ilk  dəfə  "İran  Azərbaycanı"  kimi  məqsədli  təhrifi 

"Cənubi Azərbaycan" kimi obyektiv terminlə əvəz etdi. 

Naxçıvan  MSSR  və  DQMV-nin  iqtisadi  və  mədəni  tərəqqisinə  diqqət 

artırılmışdı. Şuşa şəhərinin inkişafı üçün bir neçə xüsusi qərar qəbul edildi. Şəhərin 

tarixi  abidələrinin  bərpa  olunmasına,  yeni  binaların  tikilməsinə  başlanıldı.  1980-

1981-ci  illərdə  Molla  Pənah  Vaqifin  qəbri  üzərində  böyük  məqbərə  ucaldıldı.

26

 



147 

 

Üzeyir  Hacıbəyovun,    Bülbülün  ev  -  muzeyləri  açıldı.  Natəvanın  heykəli 



qoyuldu.

27 


Şəhərdə  böyük  mehmanxana,  çoxmərtəbəli  yaşayış  binaları,  inzibati 

binalar  tikildi.  Şuşa  Ümumittifaq  səviyyəli  kurort  şəhərinə  çevrildi.  Dağlıq 

Qarabağda  əhalinin  təminatı  həmişə  Azərbaycan  SSR  üzrə  orta  göstəricilərdən 

yüksək olurdu, 1973-cü ildə Stepanakertdə Azərbaycan Pedaqoji İnstitutunun filialı 

əsasında  Pedaqoji  İnstitut  açıldı.  1979-cu  ildə  Ağdamdan  buraya  dəmir  yolu 

çəkildi.


28

  Heydər  Əliyevin  ağıllı  və  uzaqgörən  siyasəti  sayəsində  partiya,  sovet 

orqanları,  ictimai  təşkilatlar  öz  işini  elə  qurmuşdu  ki,  erməni  separatçıları  açıq 

çıxışlardan  çəkinirdilər.  1977-ci  ildə  Dağlıq  Qarabağ  məsələsi  növbəti  dəfə 

qaldırılsa da, qarşısı qətiyyətlə alınmışdı.

29

 



Heydər  Əliyev  erməni  millətçilərinin  niyyətini  yaxşı  dərk  edir,  sərhəd 

rayonlarının  iqtisadi  və  sosial-mədəni  inkişafına  böyük  əhəmiyyət  verir,  qayğı 

göstərirdi.  70-ci  illərdə  mərkəz  ermənilərin  təhriki  ilə  Kəlbəcər  rayonunun 

perspektivsizliyi,  buradan  əhalinin  köçürülməsi,  torpaqların  isə  yaylaq  kimi 

respublikalar  arasında  bölüşdürülməsi  haqqında  məsələ  qaldırdı.  Buna  qarşı 

H.Əliyev 1977-ci ildən bu rayonun potensial imkanlarını genişləndirmək tədbirləri 

hazırlanmasına  və  həyata  keçirilməsinə  nail  oldu.  İqtisadiyyat  xeyli  dirçəldi. 

Mərkəzin, erməni millətçilərinin niyyətləri alt-üst oldu.

30 

 

Respublikada  qadın  şuraları,  küçə,  məhəllə,  məktəb  valideyn  komitələri, 



əmək  veteranları  şuraları,  könüllü  xalq  drujinaları  və  b.  kütləvi  özfəaliyyət 

təşkilatları səmərəli fəaliyyət göstərirdi. 

4 minə qədər yoldaşlıq məhkəməsi, 25 mindən artıq nəzarət qrupu movcud 

idi.


31

 

Respublikanın ictimai-siyasi həyatında dövlət bayramlarının, tarixi günlərin, 



rayonlarda  məhsul  bayramlarının  qeyd  edilməsi,  əldə  edilmiş  müvəffəqiyyətlərlə 

bağlı  təltiflərin  verilməsi,  habelə  SSRİ  partiya  və  dövlət  başçısı  L.İ.Brejnevin 

Bakıya  gəlməsi  (1970,1978  və  1982-ci  illərdə),  Azərbaycanda  müttəfiq 

respublikaların  mədəniyyət,  ədəbiyyat  və  incəsənət  günlərinin,  festivalların, 

beynəlxalq konfransların və s. keçirilməsi ilə əlaqədar təşkil olunan tədbirlər daha 

zəngin, canlı və maraqla həyata keçirilirdi. 

Azərbaycanda  siyasi  həyatın  sürətlə  inkişafı,  partiyanın  qanunverici 

hakimiyyət  orqanının,  yerli  sovetlərin,  ictimai-siyasi  təşkilatların,  yaradıcılıq 

ittifaqlarının  işindəki  mühüm  irəliləmələr  Heydər  Əliyevin  şəxsiyyəti,  onun 

çoxcəhətli idarəçilik istedadı, siyasi- dövlətçilik fəaliyyəti ilə sıx bağlı idi. Bununla 

əlaqədar o, 1982-ci ilin dekabrında Moskvaya yüksək dövlət və partiya vəzifələrinə 

dəvət  olundu.  Sov.İKP  MK  Siyasi  Bürosuna  üzv  seçildi,  SSRİ  Nazirlər  Soveti 

sədrinin birinci müavini təyin edildi.

32

 



H.Əliyev bu vəzifələrdən də xalqın naminə səmərəli istifadə edirdi. 

148 

 

Beləliklə,  70-ci  illərdə  və  80-ci  illərin  birinci  yarısında  Heydər  Əliyevin 



çoxcəhətli  partiya  və  dövlət  idarəçiliyi  sayəsində  Azərbaycanın  ictimai-siyasi 

həyatı  olduqca  zənginləşdi.  İnsanların  partiya  və  dövlət  orqanlarının,  ictimai 

təşkilatların  işində  fəallığı  artdı.  Partiya  və  dövlətin,  yerli  sovetlərin,  həmkarlar 

ittifaqlarının,  komsomolun,  ziyalıların,  yaradıcılıq  təşkilatlarının  əsas  diqqəti 

respublikanın 

iqtisadi,  sosial-mədəni  tərəqqisi,  xalqın  milli  oyanışına 

istiqamətləndirilmiş  siyasətin  reallaşdırılmasına  yönəldildi  və  səmərəli  nəticələr 

verdi. 


Heydər  Əliyev  kimi  fitri  istedadlı,  uzaqgörən,  xalqını  sonsuz  məhəbbətlə 

sevən,  mütəfəkkir  bir  şəxsiyyətin,  praqmatik  siyasətçinin  Azərbaycana  rəhbərlik 

etməsi respublikanın ictimai-siyasi, iqtisadi və  mədəni həyatında sürətli yüksəlişə 

səbəb oldu. 

 

§2. ĠQTĠSADĠ ĠNKĠġAF 

 

XX  əsrin  ikinci  yarısının  1970-1985-ci  illəri  Azərbaycan  iqtisadiyyatının 

keçdiyi əvvəlki inkişaf illəri ilə müqayisədə ən əlamətdar və böyük yüksəliş dövrü 

kimi  tarixə  daxil  olub.  Həmin  ərəfədə  Azərbaycanın  yeni  rəhbəri  seçilmiş 

H.Ə.Əliyevin  fədakar  və  böyük  vətənpərvər  yaradıcı  fəaliyyəti  respublika 

həyatının  bütün  sahələrində  olduğu  kimi,  onun  sosial-iqtisadi  tərəqqisində  də  əsl 

dönüş  mərhələsi  yaratdı.  H.Əliyev  həmin  dövrdə  iqtisadiyyatın  mövcud  şəraitdə 

mümkün olan ən münasib strateji inkişaf məqsədlərini əzm və cəsarətlə  müəyyən 

etdi.  Onların  başlıca  mahiyyəti  ondan  ibarət  idi  ki,  sovet  quruluşunun  bütün 

dövrlərində  bir çox respublikalarda, xüsusən Azərbaycanda  məhsuldar qüvvələrin 

inkişafında  hökm  sürən  bir  sıra  yanlış  prinsiplərin  əksinə  olaraq,  onun  yüksəlişi 

respublikanın  böyük  imkanlarının  istifadəsinə  və  zəruri  tələblərinin  ödənilməsinə 

əsaslanmalıdır. Ancaq bu yolla Azərbaycanın milli iqtisadiyyatının geniş təşəkkül 

məqsədlərinə daha çox cavab verən hərtərəfli kompleks inkişaf meylinin möhkəm 

əsasları yarana bilərdi. Ona görə də, iqtisadiyyatın nəzərdə tutulan boyük miqyaslı 

inkişafının  sürətlə  və  tələb  olunan  səviyyədə  genişləndirilməsi  məqsədilə,  ilk 

növbədə,  yaranmış  istehsal  potensialından  tam  istifadə  edilməsi  tələb  olunurdu. 

Lakin respublika iqtisadiyyatını düşdüyü gerilikdən çox qısa vaxtda çıxarmaq üçün 

təkcə  bu  vəzifənin  həlli  kifayət  deyildi.  Həm  də  əvvəllər  onun  sosial-iqtisadi 

inkişafında  əldən  verilmiş  imkanlar  nəticəsində  məhsuldar  qüvvələrin  ümumi 

səviyyəsində  yaranmış  boşluqların  müəyyən  dərəcədə  doldurulması  üçün  zəruri 

olan  əlavə  vəsaitin  ittifaq  hökumətindən  alınması  məqsədilə  böyük  müdrikliklə 

düşünülmüş  və  elmi  cəhətdən  əsaslandırılmış  tələblərin  irəli  sürülməsi  çox  vacib 

idi.  H.Əliyevin  təşəbbüsü  ilə  ittitaq  hökuməti  Azərbaycanda  sənayenin  və  kənd 

təsərrüfatının  intensiv  ınkişafı  üçün  beş  xüsusi  qərar  qəbul  etdi,  xeyli  vəsait  və 


149 

 

maddi-texniki  resurslar  ayrıldı.  Azərbaycanda  iqtisadi  quruculuq  fəaliyyəti  70-ci 



illərin  ilk  ilindən  sürətlə  başlandı.  Sərmayə  qoyuluşunun  həcmi  1971-1985-ci 

illərdə 32 milyard rubl təşkil edirdi ki, bu da sovet dövrünün əvvəlki 50 ilində cəmi 

istifadə  edilən  vəsaitdən  2,1  dəfə  çox  idi.

33

  Başqa  sözlə,  göstərilən  15  ildə  hər  il 



orta hesabla 2133 milyon rubl vəsait istifadə olunurdu ki, bu da əvvəlki 50 ilin orta 

illik göstəricilərindən 7 dəfə (288 milyon) çox idi. 

Respublikada 70-ci illərdən başlayaraq məhsuldar qüvvələrin inkişafı, onun 

imkanlarından  daha  səmərəli  istifadə  edilməsi  və  müasir  inkişaf  meyllərinin 

vəzifələrinə  uyğun  möhtəşəm  quruculuq  proqramı  iqtisadiyyatın  strukturunda 

zəruri təkmilləşmənin əsasını qoydu. 

Azərbaycanda  sənayenin  maşınqayırma,  kimya,  neft-kimya,  tikinti 

materialları,  yeyinti  sənayesi  və  b.  sahələrin  inkişaf  imkanları  çox  olduğundan 

1971-1985-ci  illərdə  mənimsənilən  sərmayə  qoyuluşunun  45%-dən  çoxu  bu 

sahələrin  artımı  üçün  istifadə  edildi.  Məhz  buna  görə  sənaye  daha  sürətlə  inkişaf 

edirdi.  Onun  quruluşunda  ciddi  dəyişikliklər  baş  verdi.  Belə  ki,  sənayedə 

maşınqayırma  kompleksinin  xüsusi  çəkisi  1960-cı  ildəki  5,1  faizdən  1985-ci  ildə 

16,4 faizə, kimya, neft-kimya və meşə sənaye kompleksinki müvafiq qaydada 4,1-

dən  8,7  faizə,  tikinti  materialları  istehsalı  2,7-dən  3,2  faizə,  yeyinti  sənaye 

kompleksinin xüsusi çəkisi 15,3-dən 31,3 faizə qalxdı.

34

 



Respublikanın  güclü  elmi-texniki  və  istehsal  potensialına  söykənərək 

iqtisadiyyatın  mühüm  istiqamətlərinin  inkişafı  ardıcıl  mərhələlər  üzrə  həyata 

keçirilirdi. Zəngin yerli təbii sərvətlər əsasında əlvan metallurgiyanın yeni istehsal 

sahələri yaranırdı. Qara metallurgiyada yüksək keyfiyyətli məhsullar istehsal edən 

elektrometallurgiya  mənimsənilirdi.  Əvvəllər  daha  çox  xammalın  ilkin  emalı  ilə 

məhdudlaşan kimya sənayesi üzrə  müxtəlif çeşidli və təyinatlı məhsullar istehsalı 

səmərəli  inkişaf  edirdi.  Üzümçülük  istehsal  kompleksi  ilə  bağlı  yeni  sənaye 

sahələri  tərəqqi  edirdi.  Kənd  təsərrüfatı  təyinatlı  maşınqayırma  sənayesində  daha 

əhəmiyyətli  yeni  müəssisələrin  yaradılması  sahəsində  ciddi  işlər  gorülürdü. 

Respublika  üçün  həyati  əhəmiyyət  kəsb  edən  maşınqayırmanın  önəmli 

istiqamətləri əsasında yeni müəssisələr yaradılırdı. 

XX  əsrin  60-cı  illərindən  başlayaraq,  əsasən  Sovet  İttifaqının  başqa  ərazi 

hissələrində,  xüsusilə  Qərbi  Sibirdə  yeni  neft  yataqlarından  çox  böyük  həcmdə 

daha ucuz  xammal çıxarılırdı. Yanacaq sənayesinin inkişafına lazımi qədər vəsait 

ayrılmaması  nəticəsində  respublikada  60-cı  illərin  ikinci  yarısından  neft  hasilatı 

ildən-ilə aşağı düşməyə  başladı.  Lakin 80-ci  illərin ikinci  yarısından  onun  hasilat 

səviyyəsi  sabitləşdirildi  və  uzun  müddət  13  milyon  həcmində  saxlanıldı.

35

  Bu 



illərdə  Azərbaycanda  təbii  qazın  çıxarılması  sahəsində  də  uğurlar  qazanıldı.  Qaz 

hasilatı 1970-ci ildəki 5521 milyon kubmetrdən 1980-ci ildə 14 milyard kubmetrə 

çatdırıldı.

36 


Demək  olar  ki,  70-80-ci  illərdə  Azərbaycanın  qazlaşdırılması  əsasən 

150 

 

başa  çatdırıldı.  Bakıda  müasir  texnologiyaya  əsaslanan  neft  emalı  üzrə  yeni 



qurğuların  yaradılması  nəticəsində  Azərbaycan  qonşu  respublikalardan  gətirilən 

xam neftin də emalını həyata keçirirdi. 

Neft  hasilatının  respublikada  sabitləşməsi  fürsətindən  istifadə  edərək, 

Azərbaycanda,  o  cümlədən  onun  Xəzər  sektorunda  karbohidrogen  xammalın  çox 

zəngin  ehtiyatlara  malik  olmasına  əsaslanaraq,  geoloji-kəşfiyyat  işlərinin  geniş 

miqyasda  həyata  keçirilməsinə  başlanıldı.  Məhz  həmin  illərdə  Azərbaycanın  neft 

sənayesinin  Xəzər  dənizi  hesabına  böyük  gələcəyini  nəzərə  alaraq,  son  dərəcə 

mühüm bir tədbir həyata keçirildi. Sovet İttifaqının ümumi vəsaitindən alınan 400 

milyon dollar hesabına  Bakıda  dərin dəniz  özülləri  kimi çox nəhəng bir zavodun 

tikilməsinə  başlandı.  70-80-ci  illərdə,  xüsusən  H.Ə.Əliyevin  rəhbərliyi  dövründə 

Azərbaycanın  təbii  sərvətlərindən  respublikanın  öz  mənafeyi  üçün  daha  səmərəli 

istifadə  edilməsinə  diqqət  yetirildi.  Yerli  xammal  resurslarından  son  hazır 

məhsullar  istehsalı  sahəsində,  hətta  mərkəzdən  ciddi  maneələr  törədilsə  də, 

respublikada çox qəti addımlar atıldı. Az vaxt içərisində yerli alüminium xammalı 

əsasında soyuducular üçün buxarlayıcılar və başqa hazır məhsulların istehsalı təşkil 

edildi.  Salyan  plastik  kütlə  emalı  zavodu  inşa  edildi.  Yerli  xammal  əsasında 

respublikada  bütün  növ  parça  məhsullarının,  geniş  çeşidli  trikotaj,  tikiş 

məmulatlarının və digər çoxlu hazır məhsulun istehsal həcmi artdı. Məsələn, həmin 

vaxtlar  bütün  növ  parça  məhsulları  43  faiz,  o  cümlədən  ipək  parçalar  iki  dəfə, 

trikotaj məmulatları iki dəfədən çox, xalça və xalça məmulatları beş dəfəyə qədər 

artdı.  Sumqayıtda  nəhəng  EP-300  qurğusunun  yaradılması  Azərbaycan  kimya 

sənayesində müxtəlif məhsullar istehsalının əsasını qoydu. 

70-80-ci  illərdə  yeni  müəssisələr  sənayenin  istehsal  quruluşunun 

təkmilləşdirilməsində  və  məhsul  istehsalının  artırılmasında  əhəmiyyətli  rol 

oynamışdır.  Belə  ki,  həmin  illərdə  Azərbaycanda  218  yeni  sənaye  müəssisəsi 

istifadəyə verildi ki, bu da Sovet hakimiyyətinin əvvəlki 50 ilində istifadəyə verilən 

yeni sənaye müəssisələrinin 70 faizə qədərini təşkil edirdi.

37

 Mingəçevirdə tikilən 



və  Cənubi  Qafqazda  ən  iri  elektrik  stansiyası  -  Yeni  Azərbaycan  Dövlət  rayon 

Elektrik  stansiyası,  Şəmkir  SES-i,  Bakı  məişət  kondisionerləri  zavodu,  Sumqayıt 

kompressorlar  zavodu,  Salyan  plastik  kütlə  emalı  zavodu,  Mingəçevir  yol 

maşınları  zavodu  və  rezin-texnika  məmulatları  zavodu,  Əli  Bayramlı  məişət 

cihazları,  habelə  sənaye,  avtomatika  və  telemexanika  zavodları,  Ağdam 

dəzgahqayırma və  metiz-furnitur zavodları, Neftçala yeni yod-brom zavodu, Bakı 

və Xankəndində iri ayaqqabı fabrikləri, Gəncə xalça, qənnadı və çini-saxsı qablar 

fabriki,  Bakı  şampan  zavodu,  Naxçıvan  alt  trikotaj  fabriki,  Yevlax  yunun  ilkin 

emalı  fabriki,  Göyçay  pambıqəyirici  fabriki,  onlarla  yüngül  yeyinti  və  başqa 

sənaye müəssisələri istifadəyə verilmişdi. 



151 

 

Bu  müəssisələrin  respublikanın  müxtəlif  bölgələrində  yaradılması  ilk 



növbədə, Azərbaycan üçün həmişə çox ciddi probleminin  - sənayenin regionlarda 

qeyri-bərabər 

yerləşdirilməsinin  həllində  mühüm  rol  oynadı.  Tarixən 

Azərbaycanda  sənayenin  birtərəfli  inkişafı  ilə  əlaqədar  onun  müəssisələri  əsasən 

Abşeron  (Bakı-Sumqayıt)  regionunda  yerləşdirildiyindən,  respublikanın  digər 

ərazilərində  iqtisadiyyatın  bu  aparıcı  sahəsinin  ümumi  inkişaf  səviyyəsi  həmişə 

xeyli  aşağı  olmuşdur.  1970-1985-ci  illərdə  yaradılan  yeni  sənaye  müəssisələrinin 

158-i  və  ya  72  faizi  Bakı-Sumqayıt  iqtisadi  rayonunun  hüdudlarından  kənarda, 

respublikanın  başqa  ərazi  sahələrində  istifadəyə  verildi.  Nəticədə  Bakı-Sumqayıt 

iqtisadi  rayonunun  respublika  sənaye  məhsulu  istehsalında  xüsusi  çəkisi  1970-ci 

ildəki  70  faizdən  1985-ci  ildə  50  faizə  endi,  qalan  rayonların  payı  isə  41  faizə 

qalxdı.


38

 

Respublika  ərazisində  məhsuldar  qüvvələrin,  xüsusən  sənayenin  daha 



səmərəli  yerləşdirilməsi  və  təkmilləşdirilməsi  rayonların  simasını  kökündən 

dəyişdirdi,  əhalinin  sosial-mədəni  həyatı,  mədəni  şüuru,  mənəviyyatı  ciddi 

dəyişikliklərə səbəb oldu, yerli əmək ehtiyatlarından daha tam istifadə edilməsində 

əhəmiyyətli rol oynadı. Belə ki, 1970-1985-ci ildə sənaye sahəsinə 143 min nəfər 

əlavə  işçi  cəlb  edilmişdi  ki,  bu  da  1940-cı  ildə  respublikanın  bütün  sənayesində 

çalışanlardan da bir qədər çox idi. 

Ağır  və  yüngül  sənayenin  mühüm  sahələri  geniş  inkişaf  etmişdi.  1985-ci 

ildə  1970-ci  ilə  nisbətən  istehlak  malları  istehsalının  artımı  305,8  faiz,  istehsal 

vasitələri istehsalı üzrə isə 276,1 faiz oldu. Aparıcı sənaye sahələrinin xüsusi çəkisi 

artdı,  istehsal  olunmuş  bütün  məhsulların  28  faizi  mütərəqqi  sənaye  sahələrinin 

payına düşürdü. 

Sov.İKP MK-nın 1976-cı ildə qəbul etdiyi "1976-1980-ci illərdə respublika 

sənayesinin  ayrı-ayrı  sahələrinin  inkişafı  üzrə  Azərbaycan  KP  MK  təkliflərinin 

müzakirəsinin  nəticələri  haqqında"  qərarı,  H.Ə.Əliyevin  qeyd  etdiyi  kimi,  elmi-

texniki  tərəqqi  əsasında  respublikanın  sosial-iqtisadi  inkişafının  prinsipcə  yeni 

mərhələsinin başlanğıcı oldu: 15 iri kompleks işə düşdü.

41

 

Elmi-texniki  yüksəliş  mexanikləşdirilmiş  axın  və  avtomatik  xətlərinin, 



kompleks-mexanikləşdirilmiş 

və 


avtomatlaşdırılmış 

sahələrin, 

sexlərin 

istehsalatlarının artmasına şərait yaratdı. Müəssisələrin yeni maşınlarla, texnika ilə 

təminatı  xeyli  yaxşılaşdı.  1971-1985-ci  illərdə  Azərbaycan  iqtisadiyyatının 

inkişafında  elmi-texniki  tərəqqinin  nailiyyətlərindən  geniş  istifadə  edilməsi  onun 

səmərəsini  xeyli  yüksəltmişdi.  Respublika  sənayesinin  özündə  581  adda  maşın, 

avadanlıq,  aparat  və  cihaz  yaradılmışdı.  1985-ci  ildə  sənayedə  2519 

mexanikləşdirilmiş  axın  xətti,  310  avtomatlaşdırılmış  xətt,  1300  kompleks 

mexanikləşdirilmiş  xətt  və  avtomatlaşdırılmış  istehsal  sahəsi  uğurla  işləyirdi. 

Sənayedə  ilk  növbədə  elm  tutumlu  və  elmi-texniki  tərəqqiyə  xüsusi  üstünlük 


152 

 

verilirdi.  Azərbaycan  sənayesi  bu  illərdə  ən  yüksək  keyfiyyət  nəticələrinə  nail 



olmuşdu. Elmi-texniki nailiyyətlərin geniş tətbiqi nəticəsində ən yüksək keyfiyyətli 

məhsulların  xüsusi  çəkisi  həmin  dövrdə  1,3  faizdən  17,2  faizə  qalxmışdı. 

Müəssisələrin  texniki  cəhətdən  yenidən  qurulması,  elektrotexnika,  radiotexnika, 

dəzgah  istehsalı  üçün  güclü  müəssisələr  tikmək  proqramının  həyata  keçirilməsi 

nəticəsində  təcrübə-eksperiment  zavodu  istismara  verildi,  neft  maşınqayırma, 

elektrotexnika  və  başqa  müəssisələrin  çoxu  yenidən  quruldu.  15  ildə 

maşınqayırmada  istehsalın  həcmi  5,3  dəfə  artdı,  yüzlərlə  yeni  maşın,  aqreqat, 

avadanlıq, alət mənimsənildi.

42

 

Azərbaycan ölkənin ən iri elektrotexnika sənayesi mərkəzlərindən biri oldu. 



Respublika  elektrotexnika  sənayesinin  flaqmanı  Sovet  İttifaqının  ən  böyük 

zavodlarından biri - Bakı məişət kondisionerləri zavodu idi. Bu zavod 1975-ci ildə 

H.Ə.Əliyevin  təşəbbüsü  ilə  tikildi.  Bu  zavodun  tikilməyə  başlanmasının  birinci 

günündən  onunla  bağlı  bütün  məsələlər  şəxsən  H.Ə.Əliyevin  daimi  diqqəti  və 

inadlı  əməyi  sayəsində  həll  olunurdu.  Zavod  ildə  400  min  kondisioner  istehsal 

etmək  gücünə  malik  idi.  70-ci  illərin  axırlarında  radiomaşınqayırma,  elektrik 

sobaları  istehsal  edən  zavodlar,  alət  istehsalı  zavodunun  ikinci  növbəsi  və  başqa 

müəssisələrin tikintisinə başlandı. 

Respublikada iri maşınqayırma kompleksi ölkə üçün vacib olan neft-mədən 

texnikasının 70 faizdən çoxunu istehsal edirdi. 

70-ci  illərdə  neft  sənayesinin  inkişafında  da  yeni  dəyişikliklər

 

baş  verdi. 



Həmin  illərin  ikinci  yarısında  42  yeni  perspektivli  sahələr  açıldı,  6  km  və  daha 

dərin  quyuları  istismar  imkanları  yarandı,  neftçilər  ilk    növbədə  dənizin  84  m 

dərinliyindən  neft  çıxaran  buruqları  yaratdılar,  yer  səthindən  15  km  dərinlikdə 

nadir quyu qazdılar. Geoloji kəşfiyyatın effektivliyi xeyli yüksəldi, 22 neft və qaz 

yatağı  kəşf olundu.

43

  60-cı  illərə  nisbətən  neftin  sənaye  ehtiyatları  3  dəfə,  qazıntı 



isə 2 dəfə artdı. Bulla - dəniz, Muradxanlı, Kəmaləddin, 28 Aprel adına yeni neft 

yataqları  neft  və  qaz  verməyə  başladı.  Neft  mədənlərinin  yarıdan  çoxu 

avtomatlaşdırıldı.

44

 



Üzən  buruqlardan  "Azərbaycan",  "Xəzər",  "Oktyabrın  60  illiyi"  vasitəsilə 

dəniz suyunun 60-70 m qatı altında dərinliyi 6000 m-ə çatan quyular qazılırdı. 70-

ci  illərdə  dərin  dəniz  özülləri  hazırlayan  iri  zavodun  tikintisinə  başlanıldı.  Zavod 

1986-cı ildə fəaliyyətə başladı.

45 

Bu istiqamətdə yeniliyin tətbiqi nəticəsində xeyli 



yüksək keyfiyyətli Azərbaycan nefti əldə edildi. 

Lakin  bir  çox  müəssisələrdə  yeni  texnologiya  zəif  tətbiq  edilir,  neft 

məhsullarının itkisi baş verirdi. Qazıntıda, xüsusən kəşfiyyatda hələ çatışmazlıqlar 

var  idi.  Bunun  nəticəsində  neft  hasilatını  artırmaq  kimi  əsas  vəzifə  həyata 

keçirilmirdi.  Bakı  şəhərindəki  18  neft-qaz  çıxaran  və  qazıntı  ilə  məşğul  olan 

müəssisədən 8-i öz vəzifəsinin öhdəsindən gəlmirdi.

46

 


153 

 

Neft çıxarılmasının azalması prosesi bütün yanacaq kompleksinin inkişafına 



mənfi  təsir  göstərirdi.  Neft  emalı  sahəsində  1971-ci  ildən  geniş  miqyaslı 

yenidənqurma  işi həyata  keçirildi.  1976-cı  ildə  YBNZ-də  rcspublikada  ən iri neft 

emalı  kompleksi  ELOU-AVT  qurğusu  istismara  verildi,  texnoloji  proseslər 

təkmilləşdirildi, neft emalı üsulu yaxşılaşdırıldı, yüksək keyfiyyətli benzin istehsalı 

bir  yarım  dəfəyə  qədər,  yüksək  keyfiyyətli  sürtkü  yağları  istehsalı  isə  7,5  dəfə 

artdı.


47

 

70-80-ci illərdə kimya və neft-kimya sənayesinə xlor, kaustik soda, kükürd 



turşusu,  sulfanol  istehsal  edən  iri  müəssisələr  əlavə  olundu,  sintetik  yuyucu 

vasitələr, superfosfat istehsalı üzrə iri müəssisələr işə düşdü. Mineral gübrə, plastik 

kütlə, sintetik kauçuk və sulfanol, kükürd turşusu, məişət kimyası malları istehsalı 

çoxaldı. 

Respublikada energetika sənayesi sürətlə inkişaf edirdi. Araz üzərində İran 

İslam  Respublikası  ilə  müştərək  su-elektrik  stansiyası,  Sumqayıt  elektrik 

stansiyasının  ikinci  növbəsi,  "Qırmızı  ulduz"  elektrik  stansiyasında  iki  iri  boru 

generatoru  işə  düşmüşdü.  Şamxor  enerji  kompleksinin  və  Azərbaycan  Dövlət 

rayon  elektrik  stansiyasının  tikintisinə  başlanılmışdı.  Əgər  1970-ci  ildə  Elektrik 

Stansiyalarının  gücü  2741  min  kilovat  idisə,  1985-ci  ildə  bu,  4649  min  kilovata 

bərabər  olmuşdu,  elektrik  enerjisi  istehsalı  12.027  milyon  kilovat-saatdan  20.702 

kilovat-saata çatmışdı.

48

 

Metallurgiya  sənayesinin  inkişafında  müəyyən  irəliləyişlər  baş  vermişdi. 



Polad istehsalı 1970-ci  ildə  441,4 min tondan 1980-ci  ildə  575,0 tona  çatmışdı.

49

 



Azərbaycan  boru-prokat  zavodunda  II  mexanikləşdirilmiş  və  avtomatlaşdırılmış 

xətlər  istismara  verilmiş,  "252-2"  boru-prokat  dəzgahı  yenidən  qurulmuş,  boru 

istehsalı  2,1  dəfə  artmışdı.

50

  Zavodun  məhsullarından  SSRİ-dən  başqa  17  xarici 



ölkənin neft rayonlarında geniş istifadə olunurdu. 

70-80-ci  illərdə  respublikada  əlvan  metallurgiya  sənayesinin  coğrafi 

sərhədləri  genişləndi.  80-ci  ildə  bu  istehsal  sahəsi  üzrə  Bakıda,  Naxçıvanda  və 

Gəncədə müəssisələr yaradıldı. 

Yüngül sənaye məhsulları 1985-ci ildə əvvəlki illərə nisbətən artdı, pambıq 

lifi istehsalı 251,1 min ton, xam ipək sapı 456 ton, yun iplik 8,2 min ton, alt trikotaj 

paltarı 27,9 milyon ədəd, üst trikotaj paltarı 12,9 milyon ədəd, xalça-palaz və xalça 

məmulatı 4045 min kv.m-ə bərabər oldu. 

Azərbaycanın  ənənəvi  sənayesi  -  yeyinti  sənayesi  ən  sürətlə  inkişaf  edən 

sahələr  sırasında  idi.  Yeyinti  məhsulları  istehsalının  həcminə  görə  Azərbaycan 

yüksək rekorda malik idi. Məsələn, 1985-ci ildə respublikada 76,8 min ton ət, 29,1 

min ton kolbasa məmulatları, 219,6 min ton üzlü süd məhsulları, 54,8 min ton bitki 

yağı,  619,9  milyon  şərti  banka  müxtəlif  konservlər,  94,9  min  ton  qənnadı 

məmulatları, 164,1 milyon yarımlitrlik şüşə mineral sular, 117,9 min ton duz, 18,6 



154 

 

min  ton  təbii  çay  və  s.  yeyinti  sənaye  məhsulları  hasil  edilmişdi.



51

  Bütövlükdə, 

yeyinti  sənayesi  istehsal  olunan  məhsulun  ümumi  həcminə  görə  Azərbaycan 

sənaye sahələri üzrə birinci yerdə dururdu. 

Azərbaycan  Respublikası  qiymətli  neft  məhsulları,  neft  avadanlığı,  polad 

boru, əlvan metal, sintetik kauçuk, elektrik mühərrikləri, tikinti materialları, məişət 

kondisionerləri,  avtomobil  təkərləri,  pambıq  lifi,  şərab  materialları,  konservlər 

istehsalında  Sovet  İttifaqında  aparıcı  yerlərdən  birini  tuturdu.  Respublikanın  350 

növ yüksək keyfiyyətli məmulatı dünyanın 65 ölkəsinə ixrac olunurdu. 

Lakin bütün İttifaqda olduğu kimi, Azərbaycanda da iqtisadiyyatın mövcud 

idarəetmə  üsulları  onun  inkişafını  ləngidirdi.  Köhnə  təsərrüfat  mexanizminin 

həvəsləndirici  fəaliyyəti  daha  da  zəifləmişdi.  Artıq  köhnə  üsullarla  iqtisadiyyatı 

inkişaf etdirməyin mürnkün olmaması əlamətləri getdikcə özünü daha çox büruzə 

verirdi. 

Azərbaycan sənayesini 80-ci illərdə inkişaf etdirmək üçün kapital qoyuluşu 

24,535  milyon  manat  təşkil  edirdi.

52

  Lakin  əsas  fondların  artımı  yalnız  22,223 



milyon  manat  oldu,

53

  yəni  kapital  qoyuluşu  planı  yerinə  yetirilmədi.  Tikintinin 



möhkəm  istehsal  bazasını  yaratmaq  məsələləri  bəzən  ləng  həll  olunurdu.  Tikinti 

təşkilatlarının  işinə  qüvvələrin  və  vəsaitin  sayca  çox,  həm  də  ikinci  dərəcəli 

obyektlər arasında parçalanması mane olurdu. 

Azərbaycan  iqtisadiyyatının  70-80-ci  illərin  birinci  yarısında  böyük 

yüksəlişi,  təbii  ki,  ancaq  onu  təşkil  edən  bütün  sahələrinin  həmahəng  inkişafı 

zəminində  başa  çatdırılması  respublikanın  rəhbərliyinə  H.Ə.Əliyevin  şəxsi 

təşəbbüsü, düşüncəsi, inadlı fəaliyyəti sayəsində mümkün oldu. 

Azərbaycanın vahid xalq təsərrüfatı kompleksinin çox mühüm sahələrindən 

biri  olan  nəqliyyatın  da  yeni  tələblərə  cavab  verən  səviyyədə  inkişafı  xüsusilə 

zəruri  idi.  Bu  cəhətdən,  ilk  növbədə,  strateji  əhəmiyyətə  malik,  habelə 

respublikanın  zəngin  xammal  ehtiyatlarından  səmərəli  istifadə  edilməsi  və  onun 

iqtisadiyyatının  arasıkəsilmədən  tarazlı  inkişafı  üçün  zəruri  olan  istiqamətlərdə 

yeni nəqliyyat şəbəkələri yaradılmasının uğurla həyata keçirilməsi çox əhəmiyyətli 

oldu.  Azərbaycan  ərazisinin  şimal-qərb  hissəsini  Bakı-Tbilisi  dəmir  yolu  xətti  ilə 

birləşdirən  Yevlax-Balakən  (uzunluğu-162  km)  dəmir  yolu  tikilib  istifadəyə 

verildi.  Bu  yolun  inşası  Azərbaycan  ərazisinin  böyük  bir  hissəsini  respublikanın 

ümumi  dəmiryol  şəbəkəsilə  birləşdirməklə,  çoxlu  xalq  təsərrüfatı  yüklərinin 

səmərəli daşınmasına əlverişli şərait yaratdı. Ağdam-Xankəndi, Ağstafa-İcevan və 

s.  dəmir  yol  xətləri  də  istifadəyə  verildi.  70-ci  və  80-ci  illərin  birinci  yarısında 

dəmir  yol  xətlərinin  uzunluğu  257  km  artdı  ki,  bu  da  əvvəlki  50  illik  sovet 

hakimiyyəti məkanında istifadəyə verilən dəmiryol xətlərinin ümumi uzunluğunun 

25 faizə qədərini təşkil edirdi. İstismarda olan dəmir yol xətlərinin uzunluğu 1970-



155 

 

ci  ildəki  1811-dən  1985-ci  ildə  2067  km-ə,  o  cümlədən  elektrikləşmiş  xətlərin 



uzunluğu 269-dan 1141 km-ə çatdı. Biləcəri deposu istifadəyə verildi. 

Avtomobil  yollarının  inkişafında  da  əhəmiyyətli  irəliləyişlər  baş  vermişdi. 

Bərk  örtüklü  avtomobil  yollarının  ümumi  uzunluğu  1970-ci  ildəki  13,4  min  km-

dən 1985-ci ildə 22,4 min km-ə çatdı.

54

 Nəqliyyatın başqa vasitələrinin inkişafında 



da  əhəmiyyətli  nailiyyətlər  əldə  edildi.  Nəticədə  ümumi  istifadədə  olunan 

nəqliyyatın  bütün  növlərində  yük  dövriyyəsi  həcmi  1970-ci  ildəki  42439  milyon 

ton-kilometrdən 1985-ci ildə 61579 milyon ton-kilometrə çatdı. 

70-80-ci illərdə nəqliyyatın başqa sahələrində də dəyişikliklər baş vermişdi. 

1970-ci  ildə  Bakı  metrosunun  "Ulduz"  stansiyası  istifadəyə  verildi.  1972-ci  il 

noyabrın 6-da metropolitenin Bakının mərkəzini "8-ci kilometr" yaşayış massivi ilə 

birləşdirən  yeni  xətti  işə  düşdü.  1976-cı  ildə  "Nizami",  1979-cu  ildə  "Bakmil" 

(Depo)  stansiyaları  açıldı.  1985-ci  il  dekabrın  31-də  Bakı  metropoliteninin  ikinci 

növbəsi  -  "Elmlər  Akademiyası",  "İnşaatçılar",  "XI  Qızıl  Ordu"  (indiki  -  "20 

Yanvar")  və  "Memar  Əcəmi"  stansiyaları  istifadəyə  verildi.  Bakı  metro 

stansiyalarının sayı 16-ya, yeraltı magistralın uzunluğu 25 km-ə çatdı. 1989-cu ildə 

"Xalqlar dostluğu" və "Əhmədli" stansiyaları işə salındı.

55

 

Azərbaycanın  dəniz  nəqliyyatı  da  inkişaf  edirdi.  Bakı  dəniz  gəmiçiliyi 



neftdaşıyan,  quru  maldaşıyan,  sərnişindaşıyan  böyük  donanmaya  malik  idi.  Bakı-

Krasnovodsk  bərəsi  ilə  daşınma  Qafqazın  Orta  Asiya,  Qazaxıstan  və  Sibir  ilə 

nəqliyyat  əlaqələrini  yaxşılaşdırmışdı.  Qara  dənizdə  olan  Xəzər  dəniz  gəmiçiliyi 

gəmiləri  İtaliya,  Əlcəzair,  Birləşmiş  Ərəb  Respublikası,  Polşa,  Rumıniya, 

Bolqarıstan və b. bir çox ölkələrin limanlarına ardıcıl reyslər edirdilər. 

1985-ci  ildə  Xəzərdə  yeni  bərə  keçidi  açıldı.  Bu  bərə  Azərbaycanı 

Qazaxıstanla birləşdirdi. Yeni xəttin hazırlanması və açılmasına hazırlıqla əlaqədar 

olaraq  donanmanın  bərələrinin  sayı  artırıldı.  Xəzərə  "Sovet  Dağıstanı"  və  "Sovet 

Tacikistanı"  gəmiləri  gətirildi.  80-ci  illərin  birinci  yarısında  Xəzər  dəniz 

gəmiçiliyində donanmanın üçdə biri təzələndi. 

Respublika  iqtisadiyyatında  mülki  aviasiya  mühüm  rol  oynayırdı.  70-ci 

illərdə  Naxçıvanda,  Xankəndində,  Balakəndə,  Zaqatalada  YK-40  reaktiv 

təyyarələrini  qəbul  etmək  üçün  təbii  örtüyü  olan  uçuş-enmə  zolaqları  yaradıldı. 

1974-cü  ildə  Naxçıvanda  hava  limanı

 

tikildi.  Füzulidə,  Naftalanda  yeni 



aerovağzallar yaradıldı. 70-ci illərin

 

birinci  yarısında Bakı təyyarə limanı yenidən 



quruldu, təyyarə parkı təzələndi,

56

 TU-154 magistral təyyarəsini qəbul etmək üçün 



uçuş- enmə xətti yaradıldı. 

80-ci illərdə Bakıda Hava Rabitəsi Mərkəzi Agentliyinin  yeni binası açıldı. 

1985-ci ildə Bakı Sovet İttifaqının 80 şəhəri və sənaye

 

mərkəzləri ilə hava xətti ilə 



birləşdirildi, Gəncədə yeni aerovağzal istifadəyə verildi. 

156 

 

Şəhərlərarası, şəhərlərətrafı, şəhərlərdaxili sərnişin daşınması xeyli artmışdı. 



Şəhərlərarası  avtobus  xətləri  1970-ci  ildə  302-dən  1990-cı  ildə  426-ya  çatdı. 

Avtomobil  nəqliyyatı  ilə  sərnişindaşımaları  1970-1985-ci  illərdə  3  dəfə 

çoxalmışdı.

57

 



Nəqliyyatın  digər  növləri  də  inkişaf  edirdi.  1970-ci  ildə  taksi  maşınlarında 

22,9  milyon,  1980-ci  ildə  42  milyon,  1985-ci  ildə  isə  60  milyon  sərnişin 

daşınmışdı.

58

  Sərnişinlərin  tramvayla  daşınması  ənənəsi  azalmağa  doğru  gedirdi. 



1960-cı  ildə  100,2  milyon  nəfər,  1980-ci  ildə  isə  35,3  milyon  nəfər  sərnişin 

daşınmışdı.

59

 Sərnişinlərin daşınmasında trolleybusların rolu artmışdı, 1970-ci ildə 



57,5 milyon nəfərdən 1980-ci ildə 80,9 milyon nəfərə çatmışdı.

60

 



Lakin nəqliyyatın bütün növlərinin işində nöqsanlar da var idi. 80-ci illərin 

ortalarında  dəmiryol  nəqliyyatında  yük  vaqonlarının  hərəkəti  xeyli  ixtisara 

düşmüşdü.  Yük  və  sərnişin  qatarlarının  hərəkət  cədvəlləri  yerinə  yetirilmir,  əsas 

yüklərin daşınmasında stansiyaların işində fasilələr baş verirdi. 

Xəzər gəmiçiliyinin işində tez-tez işsiz dayanma halları olurdu. Yükdaşıma 

və hərəkət vaxtından səmərəli istifadə əmsalı azalırdı. 

Avtomobil  nəqliyyatı  bazasının  zəifliyi  və  avtomobil  təmirinin  lazımi 

səviyyədə  təşkil  olunmaması  avtomobil  və  aqreqat  ehtiyatlarından  tam  istifadə 

etməyə  imkan  vermirdi.  Yükdaşıyan  avtomobillərin  məhsuldarlığı  aşağı  düşürdü, 

mərkəzləşdirilmiş istismar işi də lazımi səviyyədə deyildi. 

Respublikada poçt rabitəsi sürətlə inkişaf edirdi. Müəssisələrin 1970-ci ildə 

teleqraf  və  telefonlarının  sayı  1555,  1980-ci  ildə  1846,  1985-ci  ildə  1869  idi.

61

 

Müəssisələrin,  idarələrin  və  əhalinin  telefon  rabitəsi  üzrə  tələblərini  təmin  etmək 



sahəsində  böyük  işlər  görülürdü.  1976-cı  ildə  Bakının  telefon  rabitəsinin  90  min 

telefon  nömrəsini    özündə  birləşdirən  36  telefon  stansiyası  vardı.  Mənzil  telefon 

aparatının sayı 1970-ci ildə 30,8 min, 1980-ci ildə 230,9 min idi.   

 

 



Azərbaycanda  1970-1985-ci  illərdə  həyata  keçirilən  böyük  miqyaslı 

quruculuq  işlərinin  uğurlu  nəticələrində  bütövlükdə  tikinti  komplekslərinin 

tələblərə  uyğun  səviyyədə  inkişafının  müstəsna  əhəmiyyəti  olmuşdu.  Təkcə  bu 

sahədə  işin  həcmi  əvvəlki  15  ilə  nisbətən  2,6  dəfə  çox  idi.  1981-1985-ci  illərdə 

istifadəyə  verilən  əsas  fondların  həcmi  15  ili  əhatə  edən  1956-1970-ci  illərə 

nisbətən  20  faiz  çox  olmuşdu.  Dövlət  işəmuzd  və  quraşdırma  təşkilatlarının 

miqdarı  1970-ci  ildəki  322-dən  1985-ci  ildə  569-a,  dövlət  tikinti  quraşdırma 

trestlərinin sayı isə 42-dən 71-ə çatdırıldı.

62

 

1970-1980-ci  illərdə  respublikada  kənd  təsərrüfatının  maddi  bazasının 



genişləndirilməsinə  əsaslanan  təsərrüfatçılıq  üsullarından  daha  səmərəli  istifadə 

edilməsi  ilə  yanaşı,  torpaq  fondunun  intensiv  yollarla  mənimsənilməsi  sistemi  də 

gücləndirilmişdi.  Ümumiyyətlə,  o  illərdə  kənd  təsərrüfatının  intensivləşdirilmə 

əsasında  inkişafı  müəyyənləşdirildi.  Azərbaycan  şəraitində  müstəsna  əhəmiyyətə 



157 

 

malik  aqrotexniki  xidmətin  səviyyəsinin  yüksəldilməsi  üçün  (kimyalaşdırma, 



meliorasiya  üzrə  region  proqramları,  dövlət  proqramları  çərçivəsində  investisiya 

siyasəti) xeyli kolxozun sovxoza çevrilməsi hesabına mühüm nəticələr əldə edildi. 

Azərbaycanda  kənd  təsərrüfatına  yararlı  torpaqlar  nisbətən  məhdud 

miqdardadır.  Buna  görə  də  kənd  təsərrüfatında  məhsuldar  qüvvələrin  mümkün 

ehtiyatlarından  tam  və  hərtərəfli  istifadə  edilməsi  vacib  idi.  Lakin  bu  vacib 

məsələdə  bütün əvvəlki dövrlərdə  onun düzgün  həllində  elə  bir əsaslı dönüş əldə 

edilməmişdi.  Bunun  üçün,  ilk  növbədə  respublikada  kənd  təsərrüfatının  ayrı-ayrı 

sahələrini onların hər birinə daha çox münasib olan əlverişli torpaq-iqlim şəraitində 

yüksək  səviyyədə  inkişaf  etdirmək  yolu  ilə  əkinçilik  və  heyvandarlığın  müxtəlif 

təbii-iqtisadi  zonalar  üzrə  səmərəli  ixtisaslaşması  və  təmərküzləşməsi  tələb 

olunurdu.  Məhz  70-80-ci  illərdə  Azərbaycan  kənd  təsərrüfatında  qazanılan 

uğurların  təməlində,  birinci  növbədə  onun  inkişafının  bu  başlıca  şərtinin 

tələblərinin düzgün qiymətləndirilib istifadə edilməsində mühüm addımlar atıldı. 

Bundan  başqa,  kənd  təsərrüfatının  böyük  nailiyyətlərində  Azərbaycan 

şəraitində  müstəsna  əhəmiyyət  kəsb  edən  suvarılan  torpaq  sahələrinin 

artırılmasının  da  böyük  rolu  oldu.  Respublikada  mühüm  əhəmiyyətə  malik  çoxlu 

su  təsərrüfatı  qurğusu  yaradıldı  və  kanallar  çəkildi.  70-80-ci  illərdə  bir  çox 

hidrotexniki  komplekslər  və  dəryaçalar,  o  cümlədən  Tərtərçay  və  Yuxarı 

Xanbulançay  su  təsərrüfatı  kompleksləri,  Araz,  Şamxor,  Arpaçay,  Nurs,  Sirab, 

Bənənyar,  Aşağı  Köndələnçay  dəryaçaları,  Baş  Mil,  Lənkəran  kanalları,  Yuxarı 

Şirvan kanalının Ağsu qolu və başqa obyektlər istifadəyə verilmişdi. Bu tədbirlər 

nəticəsində suvarılan əkin sahələri təqribən 30 faizə qədər artdı.

63

 

1970-1985-ci  illərdə  respublikada  kənd  təsərrüfatı  təyinatlı  torpaqlar 



həcmcə  az  dəyişmişdi.  Kənd  təsərrüfatına  yararlı  torpaqların  sahəsi  4032  min 

hektardan 4327 min hektara (artım 285 m.h.) qalxmışdı. Onlardan şum yerləri 1320 

min hektardan 1454,3 min hektara (artım 134,3 m.h.), biçənək sahələri 112 mindən 

124  min  hektara,  otlaqlar  və  örüşlər  isə  1089  min  hektardan  2245  min  hektara 

qədər artmışdı. 

Yeni  texnika  və  texnologiyanın,  səmərəli  əkinçilik  sistemlərinin  tətbiqi, 

növbəli  əkinçilik  sisteminin  geniş  mənimsənilməsi,  kənd  təsərrüfatına  yararlı 

torpaqların,  xüsusilə  də  əkin  yerlərinin  istifadəsi  vəziyyətə  əhəmiyyətli  təsir 

göstərdi. Əkin sahələrinin məhsuldarlığını artırmaq məqsədilə mədən gübrələrinin, 

bitkiləri  xəstəlikdən  və  ziyanvericilərdən  qoruyan  kimyəvi  vasitələrin  tətbiqi 

genişlənməyə başlayır. 

Geniş  şoran  torpaqların,  quru  iqlimi  və  az  suyu  olan  Azərbaycan  üçün 

meliorasiya  tədbirlərinin  çox  mühüm  iqtisadi  və  sosial  əhəmiyyəti  vardır.  Bu 

baxımdan  respublikada  müəyyən  işlər  görülmüşdü.  1975-1985-ci  illərdə  192  min 

hektardan  çox  yeni  suvarılan,  381  min  hektardan  çox  sahə  meliorasiya  cəhətdən 


158 

 

yaxşılaşdırılmış,  493  min  hektara  qədər  əsaslı  surətdə  hamarlanmış  torpaq 



istifadəyə verilmiş, 989 min hektar otlağa su çıxarılmışdı.

64

 



Əsaslı vəsait qoyuluşunun artması əməyin fondlarla silahlanma  səviyyəsini 

nisbətən yüksəltmişdi və 1985-ci ildə burada 7 milyard 394 milyon manatlıq kənd 

təsərrüfatının  əsas  istehsal  fondları  vardı.  Lakin  kənd  təsərrüfatında  əməyin 

fondlarla silahlanma səviyyəsi hələ SSRİ üzrə orta göstəricidən çox aşağı idi və bu 

gerilik  ildən-ilə  artırdı.  Belə  ki,  Azərbaycan  SSR-də  kolxoz  və  sovxoz, 

təsərrüfatlararası kənd təsərrüfatı müəssisələrində əməyin əsas fondlarının təchizat 

səviyyəsi  ölkə  üzrə  orta  göstəricidən  1970-ci  ildə  1,6  dəfə,  80-ci  ildə  2,3  dəfə, 

1986-cı  ildə  isə  artıq  2,6  dəfə  aşağı  olmuşdu.  SSRİ-də  kənd  təsərrüfatı  üçün 

maşınlar,  digər  texniki  istehsalın  artması  kolxoz  və  sovxoz  istehsalının  texniki 

vasitələrlə daha yaxşı təchiz edilməsinə şərait yaratmışdı. 1985-ci ildə Azərbaycan 

SSR  kənd  təsərrüfatı  müəssisələrində  38,4  min  traktor,  4,5  min  taxılyığan 

kombayn, 7,2 min pambıqyığan maşın və s. kənd təsərrüfatı texnikası var idi.

65

 

Texniki  vasitələrin  getdikcə  təkmilləşməsi,  gücünün,  məhsuldarlığının 



artması, idarə olunmasının daha mürəkkəb, intellektual xarakter kəsb etməsi, kənd 

təsərrüfatı əməyində mütərəqqi dəyişikliklər əhəmiyyətli təsir edən amillərdən biri 

idi.  Respublika  kənd  təsərrüfatının  texniki  bazası  hər  beş  ildən  bir  tamamilə 

təzələnirdi. 

Elmi-texniki  tərəqqi  gücləndikcə,  təsərrüfatlar  nisbətən  daha  mükəmməl 

texnika  və  mexanizmlərlə  təchiz  olunduqca,  istehsalın  və  əməyin  enerji  ilə 

silahlanma səviyyəsi artırdı. Lakin kənd təsərrüfatında əməyin enerji ilə silahlanma 

səviyyəsinin  artmasına  görə  respublika  ölkə  üzrə  orta  göstəricilərdən  hələ  geri 

qalırdı. 

Kənd  təsərrüfatının  məhsuldar  qüvvələrinin  inkişafı  kənd  əməkçilərinin 

peşə  ustalığının  artmasını  tələb  edirdi.  Azərbaycanda  kənd  texniki-peşə 

məktəblərinin sayı ildən-ilə artırdı.  Bu məktəblərdə  oxuyanların  sayı 1970-ci  ildə 

8,3-dən  1989-cu  ildə  48,6  min  nəfərə  çatmışdı.  Bütövlükdə  1961-1990-cı  illərdə 

respublikanın kənd təsərrüfatı üçün 444 min kütləvi peşə kadrları hazırlanmışdı. 

Kənd  təsərrüfatında  mülkiyyət  münasibətlərində  dəyişiklik  baş  vermişdi. 

Kənd  təsərrüfatında  dövlət  mülkiyyətinin  rolu  getdikcə  artırdı.  Sovxozların  sayı 

1985-ci  ildə  808-ə  çatmışdı.  Kolxozların  sayı  isə  1970-ci  ildəki  992-dən  1985-ci 

ildə 608-ə enmişdi.  Sovxozların 1970-ci ildəki əkin sahələri 328,6 min hektardan 

1985-ci  ildə  516  min  hektara  qədər  genişlənmiş,  kənd  təsərrüfatı  məhsullarının 

ümumi istehsalında bu bölmənin xüsusi çəkisi xeyli artmışdı.

66

 

Kolxozların  sovxozlara  çevrilməsi  bir  sıra  mənfi  sosial  hallar  da  doğurdu. 



Kənd əhalisinin şəhərə axını gücləndi, məşğulluq problemləri yarandı. 

Kənd 


təsərrüfatının  ixtisaslaşdırılması  sahəsində 

elmi  cəhətdən 

əsaslandırılmış tədbirlər həyata keçirildi. 


159 

 

70-ci  illərdə  Azərbaycanda  kənd  təsərrüfatında  əmək  bölgüsünün 



dərinləşməsi  prosesi  sürətləndi.  Pambıq  istehsalı  Muğan-Salyan,  Mil-Qarabağ  və 

Şirvan  zonalarında  təmərküzləşmişdi.  60-cı  illərin  əvvəllərində  respublikada  32 

rayonda pambıq istehsal edilirdisə,

 

80-ci illərdə belə rayonların sayı 18 idi.



67

 Bərdə, 


Ağcabədi,  Sabirabad  və  Jdanov  (indiki  Beyləqan)  rayonları  pambığın  iri 

istehsalçılarına  çevrilmişdi.  Əgər  1969-cu  ildə  pambıq  əkini  sahələri  197,6  min 

hektar idisə, 1985-ci ildə 295,5 min hektara çatmışdı. 

Başqa  sahələrdə  də  dərin  ixtisaslaşma  gedirdi.  Tərəvəzin  92  faizdən  çoxu 

Lənkəran-Astara və Quba-Xaçmaz, meyvə və giləmeyvənin 80 faizdən çoxu Quba-

Xaçmaz  və  Şəki-Zaqatala,  tütünün  90  faizindən  çoxu  Şəki-Zaqatala  və  Naxçıvan 

zonalarında  istehsal  olunurdu.  Çay  yarpağının  98  faizdən  çoxu  Lənkəran-Astara 

zonasında  becərilirdi.  Taxılçılıq  əsasən  Mərkəzi  Aran  zonasında,  Şəki,  İsmayıllı 

rayonlarında  təmərküzləşmişdi.  Demək  olar  ki,  bütün  təbii-iqtisadi  zonalarda 

üzümçülük üzrə ixtisaslaşdırılmış təsərrüfatlar təşkil olunmuşdu. 

1970-ci illərin sonundan başlayaraq respublikada üzümçülük sürətlə inkişaf 

etdirildi, onun sahələrinin 75 faizini texniki üzüm sortları təşkil edirdi.

68

 

İxtisaslaşmadakı  qüsurlara,  yerli  şəraitin  düzgün  qiymətləndirilməməsinə, 



respublikanın  iqtisadi  potensialından  səmərəli  istifadə  olunmasına  laqeyd 

münasibət mövcud idi. Kənd təsərrüfatının idarə edilməsinin daha mütərəqqi forma 

və  metodları  axtarılırdı.  Kənd  təsərrüfatının  artan  kadr  və  istehsal  potensialına, 

təsərrüfatlararası  kooperasiya  və  aqrosənaye  inteqrasiyasının  çatdığı  səviyyəyə 

müvafiq  olaraq aqrar sahənin idarə  edilməsinin  sahə  strukturlarının ləğv edilməsi 

zərurətini  qarşıya  qoydu.  Kənd  təsərrüfatı  məhsullarının  tədarükü,  saxlanılması, 

emalı  və  göndərilməsi  zamanı  yol  verilmiş  böyük  itkilər  və  aqrar-sənaye 

kompleksindəki mövcud ziddiyyətlər investisiya siyasətinə yenidən baxılmasını və 

bu  kompleksin  vahid  idarəetmə  orqanlarının  yaradılmasını  tələb  edirdi.  Mərkəzi 

hakimiyyət

 

orqanlarının  qərarlarına  əsasən  1982-ci  ildən  rayon  aqrar-sənaye 



birlikləri  yaradılmağa  başlandı.  Aqrosənaye  kompleksi  tədricən  təşkilatca 

formalaşdı,  1985-ci  ilin  sonlarında  isə  bu,  başa  çatdırıldı.  80-ci  illərin  birinci 

yarısında  kəndli  əməyinin  məhsuldarlığına

 

kollektiv  podratın  səmərəli  təsir 



göstərəcəyinə ümid bəslənilirdi. Kolxoz və sovxozlarda 1983-cü ildə 948, 1988-ci 

ildə  isə  32  mindən  çox  manqa  və  briqada  podrat  üsulu  ilə  işləyirdi.

69

  Kollektiv 



podratın düzgün təşkili əməyin maddi və sosial-iqtisadi şəraitinə əhəmiyyətli təsir 

edirdi. 


Heydər  Əliyevin  respublikaya  rəhbərlik  etdiyi  1969-1982-ci  illərdə  ən 

mühüm  iqtisadi  nəticələrdən  birini  kənd  təsərrüfatının  dinamik  inkişaf  etməsi, 

ölkənin  və  respublikanın  bütün  iqtisadiyyatında  onun  rolunun  artması  təşkil  edir. 

Bu dövrdə istehsalın elmi əsaslarla intensivləşdirilməsi və təkmilləşdirilməsi kənd 

təsərrüfatında  nailiyyətlərin  artmasında  mühüm  rol  oynadı.  Kənd  təsərrüfatında 


160 

 

dərin islahatlar səviyyəsində həyata keçirilən zəruri yeniləşmə onun inkişafının heç 



zaman görünməmiş tərəqqisini təmin etdi. Respublikada kənd təsərrüfatının ümumi 

məhsulunun  həcmi  1981  -1985-ci  illərdə  orta  hesabla  1966-1970-ci  illərin  orta 

səviyyəsinə  nisbətən  2,6  dəfə  çoxaldı.

70

  Əkinçiliyin  bütün  sahələrində  məhsul 



istehsalının  həcmi  yüksək  dərəcədə  artmışdı.  Məsələn,  1966-70-ci  illərə  nisbətən 

1981-85-ci  illərdə  orta  illik  məhsul  istehsalı  taxıl  üzrə  710,5  min  tondan  1239,5 

min tona, müvafiq qaydada pambıq 327,7-dən 861,4 min tona, tütün 21,2-dən 56,9 

min  tona,  kartof  122,5-dən  189,8  min  tona,  tərəvəz  364,5-dən  890,4  min  tona, 

meyvə və giləmeyvələr 82,8-dən 317,5 min tona, üzüm 232-dən 1829, 2 min tona, 

çay 9,2-dən 29,2 min tona çatmışdı.

71

 

Taxıl  istehsalının  intensivləşdirilməsi  kənd  təsərrüfatının  inkişafının  ən 



mühüm problemlərindən biri olaraq qalırdı. 1970-ci ildə respublikada dənli bitkilər 

622 min hektardan çox sahəni tuturdu, bütün əkin sahəsinin 52 faizi onların payına 

düşürdü,  həm  də  bu  bitkilərin  yarısı  suvarılmayan  torpaqlarda  idi.

72

  Lakin  buna 



baxmayaraq,  xeyli  vaxt  idi  ki,  respublikada  bu  sahə  də  başlı-başına  buraxılmışdı. 

Buna  səbəb,  ilk  növbədə,  dənli  bitkilərin  əkilib-becərilməsinə  diqqətin  zəifləməsi 

idi. 70-80-ci illərdə taxılçılıq mədəniyyətinin yüksəldilməsinə, dənli bitkilərin sort 

tərkibinin 

dəyişdirilməsinə, 

onların 


əkin 

və 


biçin 

texnologiyasının 

yaxşılaşdırılmasına diqqət artdı, yalnız  yüksək məhsuldar buğda sortları əkilməyə 

başlandı,  nəticədə  1985-ci  ildə  əkin  sahələri  1970-ci  ildəkinə  nisbətən  128  min 

hektar azalsa da, taxıl yığımı bu dövrdə təqribən 1,8 dəfə artdı.

73

 



1970-ci ildən etibarən Azərbaycanda pambıqçılığın mühüm yüksəliş dövrü, 

böyük kapital qoyuluşu hesabına sahə üzrə güclü və müasir istehsal-emal potensialı 

yaradılmağa başlandı. Nəticədə 1985-ci ildə pambıq istehsalının həcmi 787,8 min 

tona,  məhsuldarlıq

 

isə  26,7  sentnerə  çatdırıldı.



74

  Ümumi  illik  istehsal  gücü  1200 

min  ton  olan  müasir  emal  sənayesi  kompleksi  yaradıldı.    Azərbaycanda 

üzümçülüyün  təbii-iqtisadi  zonalar  üzrə  dərin  ixtisaslaşdırılması,  üzümçülük 

sahələrinin  genişləndirilməsi  prosesi  getdikcə  güclənmiş  və  nəticədə  kənd 

təsərrüfatı  istehsalının  strukturlarında  bu  sahənin  xüsusi  çəkisi  artmışdı.  Üzüm 

plantasiyaları  1970-ci  ildəki  121,6  min  hektardan  1985-ci  ildə  268  min  hektara 

qalxaraq,  2,2  dəfə  artdı.  Tovuz  rayonunda  M.B.Qasımov,  Frunze,  Engels  adına 

sovxoz-zavodlar,  Cəlilabad  rayonundakı  R.Axundov,  Şamaxı  rayonundakı 

V.İ.Lenin  adına  sovxoz-zavodlar  üzümçülük  üzrə  ixtisaslaşdırılmış  rentabelli 

təsərrüfatlar idi.  Cəlilabad, Şamxor, Xanlar,  Naxçıvan MSSR  kimi iri üzümçülük 

rayonları  meydana  gəlmişdi.  Respublikada  hazırlanan  şərablar,  konyaklar  İtaliya, 

Fransa, Yuqoslaviya sərgilərində qızıl və gümüş medallara layiq görülmüşdü.

75

 



1970-1980-ci  illərdə  yeni  maddi-texniki  bazaya  və  sənaye  xarakterli 

texnologiyalara  əsaslanaraq,  kənd  təsərrüfatının  tərəvəzçilik,  çayçılıq,  tütünçülük, 

meyvəçilik, quşçuluq və digər sahələri dinamik inkişaf etmişdir. 


161 

 

Kolxoz  və  sovxozlar,  müxtəlif  təsərrüfatlararası  birliklər  kənd  təsərrüfatı 



sistemində əsas forma olmaq etibarilə məhsul istehsalında həlledici rol oynasa da, 

əhalinin  ərzaq  məhsullarına  olan  tələbatının  ödənilməsi  zərurəti  yardımçı 

təsərrüfatların  rol  və  əhəmiyyətinin  artmasını  tələb  edirdi.  1985-ci  ildə 

Azərbaycanda  istehsal  olunan  kənd  təsərrüfatı  məhsulunun  25,5  faizi  onların 

payına  düşürdü.  70-80-ci  illərdə  şəxsi  təsərrüfatların  istifadəsində  olan  torpaq 

sahələri  artmaqla  yanaşı,  mal-qaranın,  xüsusilə  qoyun  və  keçilərin  sayı  xeyli 

çoxalmışdır. Hər ilin əvvəlinə olan məlumata görə, respublikamızda kolxozçuların, 

fəhlə  və  qulluqçuların  şəxsi  yardımçı  təsərrüfatlarında  qaramalın  sayı  1970-ci 

ildəki 893,3 min başdan 1985-cı ildə 1040,9 min başa, qoyun və keçilərin sayı isə 

1807,3  min  başdan  2284,9  min  başa,  donuzların  sayı  22,3  min  başdan  24,1  min 

başa  çatmışdı.

76

  Bu  illərdə  inkişafı  üçün  lazımi  şərait  olmasa  da,  şəxsi  yardımçı 



təsərrüfatlarda  ət  və  süd  istehsalı  xeyli  artmışdı.  Meyvə,  üzüm,  tütün,  tərəvəz, 

kartof, bostan  məhsullarının  da  xeyli hissəsi şəxsi  yardımçı  təsərrüfatlar hesabına 

əldə olunurdu. 

İqtisadi  potensialı  ilbəil  möhkəmlənən  respublikada  yeni-yeni  inkişaf 

imkanları üzə  çıxırdı.  Onların  gerçəkləşdirilməsi üçün H.Əliyev düşünülmüş və 

əsaslandırılmış  maliyyə  və  başqa  resurs  təminatı  almaq  barədə  vəzifələr  irəli 

sürürdü.  Bu,  ilk  növbədə,  Azərbaycanın  o  zaman  ölkədə  çox  yüksəklərə  qalxan 

nüfuzu  və  SSRİ  məkanında  tutduğu  mövqeyi  ilə  bağlı  idi.  Həmin  dövrdə 

Azərbaycanda  ölkənin  bütün  neft-mədən  avadanlığının  üçdə  iki  hissəsi,  məişət 

kondisionerlərinin  hamısı,  sintetik  kauçuk  və  bir  sıra  digər  kimya  məhsullarının 

xeyli hissəsi istehsal olunurdu. Respublika 70-ci illərin axırında ildə orta hesabla 2 

milyon  tona  qədər  üzüm  istehsal  edərək  İttifaqda  birinci  yerdə,  700-800  min  ton 

pambıq toplayaraq dördüncü yerdə, 6 min tona qədər barama istehsal edərək ikinci 

yerdə dururdu. 

Bütün  bu  həqiqətləri  çox  dərinliyi  ilə  təhlil  edən  və  onları  Azərbaycanın 

ümumi yüksək tərəqqisi mənafeyi ilə uzlaşdıran Heydər Əliyev daim respublikanın 

yeni-yeni  iqtisadi  inkişaf  imkanlarını  araşdırırdı.  Bu  cəhətdən  onun  təşəbbüsü  və 

rəhbərliyi  altında  Azərbaycanın  sosial-iqtisadi  inkişafında  çox  böyük  imkanlara 

malik  mühüm  bir  istiqamət  kimi  müalicə  və  istirahət-turizm  sahəsinin  əsaslı 

dərəcədə  genişləndirilməsi  barədə  təklifinin  Siyasi  Büro  tərəfindən  qəbul 

edilməsinin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Azərbaycanın imkan və səylərini 

bu  istiqamətin  inkişafına  yönəltməklə  Heydər  Əliyev  respublikanı  ən  məşhur 

müalicə və istirahət-turizm mərkəzlərindən birinə çevirmək arzusunda idi. 

Respublika  iqtisadiyyatının  hərtərəfli  kompleksli  inkişafı  çox  mühüm 

problemlərin  həllində,  xüsusən  əhalinin  maddi  rifahının  yüksəldilməsində 

əhəmiyyətli  rol  oynadı.  İlk  növbədə  respublikada  əmək  ehtiyatlarından  səmərəli 

istifadə edilməsində böyük dəyişiklik baş verdi. İstehsalın geniş miqyasda inkişafı, 


162 

 

onun  bütün  regionlarda  güclü  potensialının  yaradılması  xalq  təsərrüfatında 



çalışanların  sayını  1970-ci  ildəki  1273  mindən  1985-ci  ildə  2361  min  nəfərə 

qaldırmağa imkan verdi.

77

 Bundan başqa, ictimai fondlardan ayrılan və güzəştlərlə 



birlikdə  fəhlə  və  qulluqçuların  orta  aylıq  əmək  haqqı  1985-ci  ildə  1970-ci  ilə 

nisbətən  1,5  dəfədən  çox  artaraq  158-dən  234  rubla  qədər  qalxmışdı.  Həmin 

dövrdə  əhalinin  həyat  səviyyəsinin  bütün  başqa  sahələrində  də  eyni  dərəcədə 

yaxşılaşma  baş  verdi.  Həmin  dövrdə  tikilib  istifadəyə  verilmiş  21,6  mln 

kvadratmetr  mənzil  sahəsinin  əhaliyə  verilməsi  də  onun  rifah  halını 

yaxşılaşdırılmasının çox əlamətdar göstəricilərindən biridir.

78

 

Beləliklə,  XX  əsrin  70-ci  və  80-ci  illərinin  birinci  yarısı  Azərbaycan 



iqtisadiyyatının  xüsusi  tarixi  mərhələsini,  onun  bütün  sahələrinin  ona  qədərki 

inkişafının  ən  yüksək  zirvəsini  təşkil  edir.  Əsas  sosial-iqtisadi  göstəricilərə  görə 

geridə  qalan  Azərbaycan  az  vaxt  içərisində,  inkişafın  başlıca  keyfiyyət  ölçülərinə 

görə,  müttəfiq  respublikalar  içərisində  nəinki  ön  sıralara,  hətta  çoxlarına  görə 

birinci  yerə  çıxdı.  Bu  illərin  misli  görünməmiş  inkişafı  nəticəsində  heç  zaman 

Azərbaycan  iqtisadiyyatı  o  mərhələdə  olduğu  qədər  öz  təbii  sərvətinin 

ehtiyatlarından  və  çoxlu  başqa  istehsal  imkanlarından  belə  dolğun  istifadə  etmək 

şəraitinə  malik  olmamışdı.  Respublika  xalq  təsərrüfatının  istehsal  yönümünün 

çoxcəhətliyi, quruluşun təkmilliyi və daha çox mükəmməlliyi baxımından özünün 

keçdiyi tarixi mərhələlərinin heç birində bu qədər yüksək səviyyəyə qalxmamışdı. 

Məhz  iqtisadiyyatının  daha  çox  hərtərəfli  kompleks  inkişafı  nəticəsində 

Azərbaycanın  ictimai  əmək  bölgüsündə  istər  idxal,  istərsə  də  ixrac  edilən 

məhsulların  həcminə  görə  rolu  xeyli  genişləndi.  80-ci  illərin  sonunda 

Azərbaycandan  ixrac  edilən  məhsullar  onun  istehsalının  ümumi  həcminin  27,1 

faizini, idxal olunan məhsullar isə 21,3 faizini təşkil edirdi. 

70-ci  illərdə  və  80-ci  illərin  birinci  yarısında  ilk  dəfə  olaraq  Azərbaycanın 

milli  iqtisadiyyatının  belə  miqyaslı  təşəkkülünün  ardıcıl  inkişaf  xətti  həyata 

keçirilirdi.  Bu  cəhətdən  göstərilən  dövrdə  Azərbaycanın  sosial-iqtisadi  həyatında 

baş  vermiş  böyük  yüksəlişin  əvəzsiz  tarixi  əhəmiyyəti  ilk  növbədə  onunla 

qiymətləndirilməlidir  ki,  bu  köklü  dönüş  respublikanın  gələcək  müstəqilliyinin 

rəhni oldu. 

Beləliklə, 1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq 

səhifələr  kimi  daxil  olmuşdur.  Baş  verən  dəyişikliklərin  miqyasına,  iqtisadi  və 

sosial  sahələrdə  aparılan  dərin  struktur  islahatlarının  xarakterinə,  xalqın  maddi 

rifah  halının  keyfiyyətcə  yeni  mərhələyə  keçirilməsinə  görə  doqquzuncu,  onuncu 

və on birinci beşilliklər Azərbaycanın yeni tarixində mühüm yerləri tutur.

79

 

Akademik  C.B.Quliyev  yazır:  "1969-cu  ilin  yayından  Heydər  Əliyevin 



Azərbaycan  KP  MK-nın  birinci  katibi  seçilərək  respublikaya  rəhbərlik  etməsi  ilə 

Azərbaycanın  sosial-iqtisadi  və  ictimai-siyasi  həyatında  dönüş  başlandı.  Heydər 



163 

 

Əliyev demək olar ki, 22 il Azərbaycan SSR-ə rəhbərlik etdi, bu müddət ərzində o, 



Azərbaycanın milli dirçəlişi üçün XX əsrdə hamıdan daha çox xidmət göstərdi. Bu 

illərdə H.Əliyev  suveren  Azərbaycan  Respublikasının  əsasını qoydu".

80 

Lakin  80-ci  illərin  ikinci  yarısından  Azərbaycanın  iqtisadiyyatında  ciddi 



geriləmə  prosesi  başlandı.  Artıq  1985-ci  ildən  sonra  SSRİ-nin  süquta  doğru 

əlamətləri  iqtisadi  qüdrətinin  ildən-ilə  zəifləməsində  özünü  büruzə  verməyə 

başlamışdı.  Ölkənin  ictimai-siyasi  rejimində  baş  verən  gərgin  və  təlatümlü 

hadisələr  onu  sarsıdaraq,  iqtisadiyyatın  tənəzzülünü  sürətləndirirdi.  Bu  hadisələr 

bir  müttəfiq  respublika  kimi,  Azərbaycan  həyatının  da  bütün  sahələrinə,  o 

cümlədən iqtisadi inkişafına  öz  mənfi  təsirini  göstərirdi.  Bu  hadisələrin nəticələri 

hər cəhətdən  Azərbaycanda  xüsusən ağır  və  dağıdıcı oldu. Azərbaycanın ictimai-

siyasi  həyatının,  təsərrüfat  sisteminin  ahəngi  1987-ci  ildə  erməni  millətçilərinin 

"Dağlıq  Qarabağ"  ətrafında  başladıqları  fitnəkarlıqla  pozuldu.  Sovet  İttifaqının 

səlahiyyətli  orqanlarında  yüksək  vəzifələr  tutan  erməni  millətçiləri  Azərbaycan 

iqtisadiyyatına  böyük  zərbələr  endirmək  üçün  öz  xəyanətkar  fəaliyyətlərini 

genişləndirdilər. 

SSRİ-nin  əsas  üzümçülük  respublikası  olan  Azərbaycanda  üzümçülük-

şərabçılıq  kompleksinin  inkişafının  böyük  vüsət  alması  ilə  respublika 

iqtisadiyyatının  və əhalisinin maddi rifahının ildən-ilə xeyli yüksəlməsini heç cür 

qəbul edə bilməyən Azərbaycana düşmən qüvvələr 1985-ci ildə alkoqolizmə qarşı 

mübarizə  pərdəsi  altında  üzümçülüyün  ləğvinə  çalışdılar.  Bu  fitnəkar  siyasətin 

həyata  keçirilməsində  Azərbaycanın  təzə  rəhbərliyi  xüsusi  ciddi-cəhd  göstərdi  - 

1985-ci  ilə  nisbətən  1990-cı  ildə  üzüm  bağlarının  sahəsi  107  min  hektar  azaldı 

(demək  olar  ki,  ümumi  sahəsinin  40  faizi  məhv  edildi).  Halbuki  respublikada  bu 

qədər üzüm sahələrinin artırılması üçün milyardlarla manat vəsait və 15 il vaxt sərf 

edilmişdi.  Respublikaya  4  milyard  manatdan  çox  ziyan  dəymişdi.

81

  H.Əliyevin 



ölkə  rəhbərliyindən  getməsi  ilə  fürsətdən  istifadə  edərək  SSRİ  Dövlət  Plan 

Komitəsində, bir sıra başqa nazirliklərdə və partiya-dövlət orqanlarında kök salmış 

erməni  millətçiləri  Azərbaycan  iqtisadiyyatının  gələcək  yüksəlişi  üçün  müstəsna 

əhəmiyyət  kəsb  edən,  artıq  tikintisi  qurtarmaq  üzrə  olan  mühüm  sənaye 

müəssisələrinin  maliyyələşdirilməsini  azaltdılar.  1988-ci  ilin  axırlarında  Gəncə 

avtomobil  zavodu,  akustik  sistemlər,  iri  maşınqayırma  və  başqa  mühüm 

müəsisələrin  fəaliyyəti  dayandırıldı.  Yeni  respublika  rəhbərliyi  bu  təxribatların 

qarşısını almaq iqtidarında deyildi. 

Bundan  başqa,  Azərbaycan  həyatının  taleyüklü  mərhələsində  onun  idarə 

olunmasında  zəiflik, xüsusən  də  respublika  başçılarının  Dağlıq Qarabağ ətrafında 

başlamış  qəsbkar  erməni  separatizminin

 

və  fitnəkarlığının  saxta  mahiyyətinin 



bütün  dünyada  ifşa  olunması  sahəsində  fəaliyyətsizliyi,  öz  doğma  torpaqlarının 

bütövlüyü  uğrunda  mübarizəyə  qalxmış  xalqın  qəti  əzmkarlığını  lazımi  məcraya 



164 

 

yönəltmək  və  istiqamətləndirmək  bacarığının  olmaması,  mərkəzin  şovinist 



rəhbərlərinin  Azərbaycana  qarşı  düşmənçilik  mövqeyi  tutmasını  milli  mənafe 

nöqteyi-nəzərindən  ifşa  etmək  qabiliyyətinin  olmaması  və  nəhayət  "Qorbaçov-

erməni"  elitasının  Bakıda  törətdiyi  Qanlı  Yanvar  faciəsinə  rəvac  verməsi  -  bütün 

bunların  ölkədə  yaratdığı  qeyri-sabit  ictimai-siyasi  mühit  öz  növbəsində 

iqtisadiyyatın əsaslarının dağılması prosesini getdikcə sürətləndirdi. 

Azərbaycan  iqtisadiyyatının  inkişafına  yönəldilən  əsaslı  vəsait  ildən-ilə 

məhdudlaşdırılırdı.  Əsas  fondların  istifadəyə  verilməsi  1990-cı  ildə  1985-ci  ilə 

nisbətən  55  faizi  aşağı  düşdü.

82

  Sovet  beşilliklərində  (İkinci  dünya  müharibəsini 



nəzərə  almadan)  həmişə  iqtisadiyyatın  dinamik  artımına  nail  olan  Azərbaycan 

təkcə on ikinci beşilliyin (1986-90-cı illər) əsas iqtisadi göstəricilərinin yekunlarına 

görə  artıma  nail  ola  bilmədi.  Belə  ki,  respublikada  sənaye  məhsulunun  ümumi 

həcmi  1990-cı  ildə  1985-ci  ilin  səviyyəsinin  99,1  faizini,  həmin  beşillikdə  kənd 

təsərrüfatı məhsullarının orta  illik həcmi  isə əvvəlki beşilliyin səviyyəsinin ancaq 

96,2 faizini təşkil etmişdı. Azərbaycan altmışıncı illərdə olduğu kimi, bir sıra əsas 

sosial-iqtisadi  göstəricilər  üzrə  yenə  də  müttəfiq  respublikalar  içərisində  axırıncı 

yerlərdə dururdu. 

80-ci illərdə Zaqafqaziyanın enerji sisteminə ümumi gücü 2 milyon kilovata 

qədər  olan  Şamxor  elektrik  stansiyası  və  Azərbaycan  Dövlət  rayon  elektrik 

stansiyaları  qoşuldu.  Respublikanın  enerji  gücü  54  faiz  artdı.  Lakin  elektrik 

avadanlığının, elektrik xətlərinin texniki vəziyyəti qənaətbəxş deyildi. İstilik-enerji 

ehtiyatlarından  səmərəli  istifadə  olunmurdu.  Bu  illərdə  dərin  dəniz  özülləri,  ağır 

elektrik  qaynağı  avadanlığı,  bir  sıra  cihaz  istehsalı  zavodları  işə  düşsə  də,  neft, 

maşınqayırma,  radiotexnika  və  elektrotexnikanın  inkişafı  üçün  bəzi  proqramlar 

həyata keçirilsə də, onlarda istehsalın həcmi artmırdı. Neft hasilatı və qazma işləri 

planı kəsirlə yerinə yetirilirdi. 

Kimya  sənayesi  müəssisələrinin  çoxu  öz  imkanlarından  aşağı  səviyyədə 

işləyirdi.  Məhsul  istehsalı  və  satışı  planları  yerinə  yetirilmirdi,  istehsalın  artım 

sürəti  plandan  iki  dəfə  aşağı  idi.  Neft  sənayesi  üçün  boru  istehsalı  planı  yerinə 

yetirilmirdi.  Dəmir  filizi  və  polad  borular  istehsalı  həcmi  azalmışdı.  Yanacaq-

energetika 

kompleksində 

neft  istehsalının  azalması  davam  edirdi,  təbii  qazın  çıxarılması  sürətlə  aşağı 

düşürdü.  Neft  hasilatı  1985-ci  ildəki  13,5  milyon  tondan  beşilliyin  axırında  13,1 

milyon  tona,  təbii  qaz  çıxarılması  da  14,3  milyard  kubmetrdən  11,1  milyard 

kubmetrə 

enmişdi.


84

 

Polad 



istehsalı 

1985-ci ildəki 853 min tondan 1990-cı ildə 703 min tona, müvafiq qaydada dəmir 

filizi 709-dan 531 min tona, polad borular 582-dən 493 min tona, sement 1253-dən 

990 min tona, bütün növ toxuculuq məhsulları 189-dan 151 milyon kvadratmetrə, 

ayaqqabı 23-dən 15 milyon cütə, kondisionerlər 429-dan 309 min ədədə enmişdi və 


165 

 

i.a.  Mühüm  kənd  təsərrüfatı  məhsulları  istehsalında  da  ciddi  geriləmə  baş  verdi. 



Pambığın respublikada yığımı ildən-ilə azalaraq, 788-dən 543 min tona, tütün 66-

dan  48  min  tona,  kartof  220-dən  185  min  tona,  üzüm  1790-dan  1196  min  tona 

qədər 

azalmışdı.



85

 

İribuynuzlu 



mal-qaranın miqdarı, hər inəkdən süd sağımı, qoyun-keçilərin sayı azalmışdı.

86

 



Sənaye potensialının ayrı-ayrı regionlarda artırılmasında durğunluq yarandı. 

Başqa  respublikalardan  fərqli  olaraq,  Azərbaycanda  xalq  təsərrüfatında  çalışan 

fəhlə və qulluqçuların, xüsusən də fəhlələrin sayı nəinki artmadı, əksinə, azaldı.

87

 



80-ci  illərin  sonlarında  yüngül  sənaye  mallarının  inkişafında  müəyyən 

irəliləyişlər  baş  verdi.  80-ci  illə  müqayisədə  yun  ipliyi,  corab,  geyim  malları, 

ayaqqabı,  xalça  və  xalça  məmulatları  istehsalı  bir  qədər  artdı.  Lakin  pambıq  lifi, 

xam ipək sapı istehsalı xeyli azaldı. 

Dağlıq  Qarabağ  münaqişəsi  iqtisadiyyatda  böhranı  daha  da  dərinləşdirdi. 

Tətillər,  mitinqlər,  öz  doğma  yurdlarından  ermənilər  tərəfindən  zorla  çıxarılan 

qaçqınların böyük axını əmək problemini kəskinləşdirdi. 

İstehsal olunmuş yeyinti məhsulları üzrə ayrı-ayrı növlərin çıxdaş olunması 

xeyli artdı. 1987-ci ilə nisbətən ət və duz, kolbasa məmulatı və başqa məhsulların 

çıxdaş olmasının xüsusi çəkisi 2 3 dəfədən 8,3 dəfəyə qədər, balıq konservləri 5,4 

dəfə, meyvə-tərəvəz konservləri 2,1 dəfə artmışdı. 

İqtisadi  göstəricilər  90-cı  ildə  daha  aşağı  idi.  Bu,  89-90-cı  illərin  siyasi 

hadisələri ilə bağlı idi. Bakıda baş vermiş 90-cı ilin yanvar hadisələri ilə yaranmış 

siyasi böhran sənayenin, xalq təsərrüfatının bütün sahələrində əmək ahənginə təsir 

etdi, hakimiyyəti iflicə, dərin iqtisadi sarsıntılara gətirdi. Maşınqayırma kompleksi, 

metallurgiya,  kimya,  neft-kimya  sənayesi,  yüngül  və  yerli  sənayenin  bir  çox 

müəssisəsi məhsul istehsalını azaltdı. 

Siyasi  sabitliyin  olmaması  tikinti  kompleksinin  işinə  ciddi  təsir  göstərdi. 

İstehsal obyektlərin tikintisi pozuldu. 

80-ci  illərin  ikinci  yarısında  Azərbaycan  sənayesi  ziddiyyətli,  çox  çətin  və 

ağır bir dövr keçirirdi. 

Digər  tərəfdən  isə  metodları  yararsız  olan  yenidənqurma,  millətlərarası 

toqquşmalar, Azərbaycanda rəhbərliyin zəifliyi iqtisadi inkişafa mane olurdu. 

Azərbaycan  sənayesində,  xüsusən,  yüngül  sənaye  müəssisələrində  "kölgə" 

iqtisadiyyatı  kimi  neqativ  hadisə  getdikcə  gücləndi.  Sovet  cəmiyyətinin,  sosialist 

istehsal üsulunun böhranı ilə Azərbaycanın 70-80-ci illərdə yaratdığı güclü iqtisadi 

potensialının  tədricən  itirilməsi  təhlükəsi  yarandı.  Bu  dövrün  axırlarında  Sovet 

İttifaqının  dağılmasının  artıq  heç  kimdə  şübhə  yeri  qoymayan  gerçək  şəraitində 

fürsətdən  istifadə  edən  bir  sıra  partiya-sovet  məmurları  və  istehsal  rəhbərləri 

tərəfindən çox hallarda mövcud müəssisələrin əmlakının dağıdılması, rüşvətxorluq 

və  korrupsiya əməllərinin  getdikcə daha  açıq  şəkildə  yer alması da  iqtisadiyyatın 


166 

 

geriləməsi prosesini gücləndirirdi. Müstəqilliyin bərqərarlaşması ərəfəsində ölkədə 



hakimiyyətsizlik və hərc-mərclik hökm sürməyə başlamışdı. 

 


Yüklə 15,93 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin