TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə


ANTĠK ALBANĠYANIN ƏRAZĠSĠ VƏ ƏHALĠSĠ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə27/37
tarix26.02.2017
ölçüsü3,9 Mb.
#9663
1   ...   23   24   25   26   27   28   29   30   ...   37

ANTĠK ALBANĠYANIN ƏRAZĠSĠ VƏ ƏHALĠSĠ. 

TƏSƏRRÜFAT HƏYATI. ĠCTĠMAĠ MÜNASĠBƏTLƏR 

VƏ SĠYASĠ QURULUġ 

 

Qədim  Albaniyanın  ərazisi  və  əhalisi.  "Albaniya"  və  "albanlar"  tarixi 

Azərbaycanın  əsasən  şimal  vilayətlərini  əhatə  edən  ölkənin  və  həmin  ölkədə  yaşayan 

xalqın  antik  mənbələrdən  məlum  olan  adlarıdır.  Bir  çox  hallarda  elmi  və  kütləvi 

ədəbiyyatda bu ölkəni Qafqaz Albaniyası da adlandırırlar. 

Antik  dövrün  bir  qismini  və  erkən  orta  çağların  bir  neçə  yüzilliyini  əhatə  etmiş 

Albaniya  dövrü  Vətənimizin  tarixində  böyük  və  çox  mühüm  mərhələdir.  Albanlar  orta 

əsrlərdə  onların  torpaqlarına  gətirilmiş  türk  dilini  qəbul  etmiş  və  yeni  türkdilli  xalqa 

çevrilmiş  müasir  azərbaycanlıların  bilavasitə  əcdadlarından  biridir.  Şübhəsizdir  ki, 

azərbaycanlılar  alban  mədəniyyətinin,  albanlar  tərəfindən  yaradılmış  və  akkumulyasiya 

edilmiş bütün dəyərlərin varisləridir. 

Antik  və  erkən  orta  əsr  müəlliflərinin  məlumatlarına  əsasən,  alban  tayfalarının 

məskunlaşdıqları ərazi qədimlərdə cənubda Araz çayı və Talış dağlarından, şimalda Böyük 

Qafqaz  bərzəxinin  şimal-şərq  qollarınadək  uzanırdı.  Strabonun  göstərdiyi  kimi,  albanlar 

"iberlərlə  Kaspi  dənizi  arasında"  yaşayırdılar.  Ptolomeyə  görə,  Albaniya  "Şimalda 

Sarmatiyanın bir qismi ilə, Qərbdə İberiya ilə, Cənubda Böyük Ermənistamn bir qismi 

ilə" həmsərhəd idi. 

Dövlətlərin siyasi sərhədlərinin sabit olmamasına və bir çox hallarda dəyişməsinə 

baxmayaraq,  ümumiyyətlə,  hesab  etmək  olar  ki,  alban  tayfalarının  məskunlaşdıqları 

torpaqlar  hellinist-Roma zamanında,  yəni  Alban dövlətinin  meydana  gəlməsi dövründə 

və mövcudluğunun ilk yüzilliklərində müasir Azərbaycan Respublikasının bütün ərazisini 

və Dağıstanın cənub bölgələrini əhatə edirdi. 

Albaniyanın  təbii  şəraiti  böyük  rəngarəngliyi  ilə  fərqlənir:  dağlar,  vadilər, 

çəmənliklər,  çoxsaylı  çaylar  və  xırda  çaylar.  Ölkə  məhsuldar  torpaqlarla  və  faydalı 

qazıntılarla  zəngindir.  Burada  neft,  təbii  qaz,  dəmir,  qurğuşun,  mis,  daş  duz,  mineral 

bulaqlar və bir çox

 

digər sərvətlər vardır. 



Bitki və heyvanlar aləmi zəngindir. Burada Eldar şamı, dəmirağac, palıd, çinar 

və  s.  mövcuddur.  Meyvə  bağları,  saysız-hesabsız  üzümlüklər,  əncir  vardır.  Burada 

zanbaq, ayıdöşəyi, qərənfil, qızılgül, zəfəran, bir çox dərman bitkiləri və s. bitir. 

Burada xeyli heyvan yaşayırdı və yaşamaqdadır: ceyran, tur dağkeçisi, bezoar 

keçiləri,  ayı,  qaban,  canavar,  tülkü,  dovşan  və  s.  Quşlar  aləmindən  kəkliyi,  turacı, 

qırqovulu  və  s.  xatırlatmaq  lazımdır.  Kaspi  dənizində  və  ölkənin  çaylarında  çoxlu 

müxtəlif balıq vardı. 


281 

 

Heç şübhə yoxdur ki, alban tayfaları Kür çayının yalnız sol sahilində deyil, sağ 



sahilində  də  yaşamışlar.  Kür  çayının  Albaniya  ərazisindən  keçdiyini  söyləyən 

Strabonun  məlumatları  bunu  qəti  şəkildə  təsdiqləyir.  Antik,  habelə  erməni 

müəlliflərinin alban tayfalarının Kür çayının sağ sahilində də yaşadıqlarını qeyd edən 

məlumatları da bunu tam müəyyənliklə təsdiq edir. Doğrudur, bizim mənbələrdə (həm 

antik,  həm  də  xüsusilə  erməni)  bir  sıra  hallarda  iddia  olunur  ki,  Albaniyanın  cənub 

sərhədi  Kür  çayı  boyunca  keçirdi,  Kür  çayının  sağ  sahilindən  guya  Böyük 

Ermənistanın torpaqları başlanırdı. 

Belə  bir  nöqteyi-nəzər  mövcuddur  ki,  işğalçılıq  müharibələri  dövründə 

ermənilər  Kür  və  Araz  çayları  arasındakı  torpaqları  da  ələ  keçirmişdilər.  Başqaları 

(bunlar adətən erməni  müəllifləridir) hətta iddia edirlər ki, həmin ərazi Ermənistanın 

şimal-şərq qismidir, "erməni" Albaniyasının bu qisminin əhalisi guya əzəldən erməni 

olmuşdur.  Bu  müəlliflər  Albaniyanın  böyük  qismini  "Ermənistanm  Şərq  diyarı", 

"Ermənistanın  ayrılmaz  hissəsi",  "Əzəldən  erməni  torpaqları",  "Əsil  Ermənistan 

vilayəti" və s. adlandırırlar. 

Əgər  Kür  çayını  Albaniyanın  cənub  sərhədi  hesab  etmiş  Plininin,  Dion 

Kassinin,  Plutarxın  və  bəzi  başqa  antik  və  erməni  müəlliflərin  məlumatlarına 

əsaslanıb  Kür  çayını  Albaniyanın  cənub  sərhədi  hesab  etmiş  müəlliflərin  nöqteyi-

nəzəri ilə mübahisə etmək mümkündürsə, ikinci nöqteyi-nəzər millətçilik hisslərindən 

doğmuş  və  erməni  etnosunun  Cənubi  Qafqazda  avtoxton  olması  haqqında  aşkar 

şəkildə yalan nöqteyi-nəzəri hər vasitə ilə qərarlaşdırmaq arzusundan törəmişdir. 

Albaniyanın  cənub  sərhədlərinin  Kür  çayı  boyunca  keçməsi  haqqındakı 

rəvayətin  meydana  gəlməsi  onunla  izah  olunur  ki,  artıq  e.ə.  II-I  əsrlərdə  erməni 

hökmdarlarının  ola  bilər  ki,  təcavüzü  bəzi  hallarda  alban  tayfalarının  yaşadıqları 

Sağsahil  Kür  torpaqlarına  da yayılmışdı.  Məhz  bu,  Kürdən  cənubda  olan  torpaqların 

Ermənistana mənsub olması haqqındakı xülyanı meydana gətirmişdir. Şübhəsizdir ki, 

bu  rəvayətin  meydana  gəlməsində  və  inkişaf  etdirilməsində  mühüm  rol  antik 

müəlliflərin  erməni  informatorlarına  məxsus  olmuşdur.  Habelə  onu  da  qeyd  etmək 

lazımdır  ki,  Qafqazı  nadir  hallarda  yaxşı  tanımış  antik  müəlliflərin  məlumatları  çox 

zaman ctibarlı olmayan mənbələrə, təsadüfi məlumatlara və s. əsaslanırdı. 

Erməni  müəlliflərinin  özlərinə  gəldikdə  isə  demək  lazımdır  ki,  onların  təsvir 

etdikləri  Ermənistanın  əzəmət  mənzərəsi  tarixin  gerçəklik  mənzərəsi  deyil,  onların 

özlərinin  şəxsi  idealını  -  zərdüştilik  İranının  təhlükəsinə  qarşı  olan  vahid, 

birləşdirilmiş  Ermənistanı  əks  etdirir.  Tamamilə  şübhəsizdir  ki,  bu  mənzərələr 

gerçəkliyi təhrif edir [N.Qarsoyan]. 

Ən sadə səbəbdən Sağsahil Kür torpaqları heç cür "əzəli erməni torpaqları" ola 

bilməzdi.  Ona  görə  ki,  alban  tayfalarından  fərqli  olaraq  ermənilər  Cənubi  Qafqazın 

aborigenləri  deyildirlər.  Erməni  dilinin  özü  bunu  müəyyənliklə  təsdiqləyir.  Qədim 

erməni  dili  Ermənistan  yaylasının  avtoxtonlarının  dillərinə  qohum  olmadığına  görə 



282 

 

mübahisəsizdir  ki,  bu  dil  həmin  əraziyə  onun  daşıyıcıları  vasitəsilə  xaricdən 



gətirilmişdir.  Mütəxəssislərin  hesab  etdikləri  kimi,  qədim  erməni  xalqı  Fərat  çayının 

yuxarı  vadisində  təxminən  e.ə.  II  minilliyin  sonunda  -  I  minilliyin  başlanğıcında 

təşəkkül  tapmışdır.  Deyilənlər  bütün  müəyyənliyi  ilə  onu  təsdiq  edir  ki,  ermənilər 

Cənubi Qafqazda qeyd-şərtsiz gəlmə xalqdır. 

Erməni ekstremistlərinin "əzəli erməni torpağı" elan etdikləri Dağlıq Qarabağ 

ərazisində  də  ermənilər  gəlmə  elementdir.  Ermənilərin  Qarabağın  aborigenləri 

olmadığını  Dağlıq  Qarabağ  ermənilərinin  diş-çənə  sisteminin  analizi  də  bütün 

müəyyənliyi ilə təsdiq edir. 

Alban tayfaları isə şübhəsiz Cənubi Qafqazın cənub-şərq vilayətlərinin, əlbəttə 

Kür və  Araz çayları arasındakı ərazinin avtoxtonları idilər. Yuxarıda qeyd olunduğu 

kimi, güman etməyə əsas var ki, sonralar alban tayfa ittifaqı kimi tanınmış, tədricən 

təşəkkül  tapan  tayfa  ittifaqının  konturları  hələ  e.ə.  II  minilliyin  lap  sonunda  -  I 

minilliyin  başlanğıcında,  son  tunc  dövrü  və  dəmir  dövrünün  əvvəlində  nəzərə 

çarpırdı. 

Qədim  yazıçılar  albanlardan  danışarkən  onların  gözəlliyini,  hündür  boya, 

sarışın saçlara, boz  gözlərə  malik olduqlarını qeyd edirlər. Güman olunur  ki,  bunlar 

qədim  aborigen  əhalinin-indi  də  Azərbaycanın,  Dağıstanın  və  Qafqaz  bərzəxinin 

başqa  vilayətlərinin  dağ  və  dağətəyi  bölgələrində  geniş  surətdə  təmsil  olunan 

kavkasion tipinin səciyyəvi cəhətləridir. 

Albanların etnodil mənsubiyyəti haqqında danışarkən qeyd etmək vacibdir ki, 

tarixi  ənənə  (və  çox  vacibdir  ki,  erməni  ənənəsinin  özü)  hazırda  yalnız  Qəbələ 

(keçmiş  Qutqaşen)  bölgəsində  yaşayan,  qədim  zamanlarda  və  orta  əsrlərdə  isə 

Azərbaycan  ərazisində  fövqəladə  dərəcədə  geniş  yayılmış  müasir  udiləri  qədim 

albanlarla  eyniləşdirir.  Udilərin  özləri  son  zamanlaradək  mənşəcə  alban  olduqlarını 

xatırlayırdılar. Belə ki, onlar I Pyotra ünvanlanmış məlum məktubda yazırdılar: "Biz 

ağvanıq  (yəni  albanıq  -  məsul  red.)  və  milliyyətcə  utilərik  (yəni  udilərik  -  məsul 

red.)". 

Udi dilinin Şimal-Şərq Qafqaz  dilləri ailəsinə  mənsub olması hazırda  heç bir 

şübhə doğurmur. Bu belədirsə, onda alban dili (və yaxud dialektlərin kontiniumu) də 

adı  çəkilmiş  dil  ailəsinə  aid  olunmalıdır.  Bu  ona  görə  həqiqətdir  ki,  artıq  bir  çox 

faktlar  arxeoloji  qazıntılar  zamanı  aşkar  olunmuş  Mingəçevir  yazılarının  qədim  udi 

mənsubluğuna  dair  fərziyyənin  xeyrinə  şəhadət  verir.  Əlbəttə  həmin  yazıların  dili 

yalnız alban dili ola bilərdi.

11

 



                                                           

11

 



Bu  yaxınlarda  ölkəmizin  Gürcüstan  Respublikasındakı  səfirliyindən  Akademiyamızın  prezidenti 

F.Maqsudov  cənablarına  göndərilmiş  məktubdan  bəlli  olmuşdur  ki,  Gürcüstan  EA-nın  ekspedisiyası 

Sinaydakı  Müqəddəs  Yekaterina  monastrında  külli  miqdarda  alban  əlyazmaları  aşkar  etmişdir.  Professor 

Z.Aleksidze bu yazıları udi dilinin köməyi ilə oxumağa başlamışdır. 



283 

 

Beləliklə,  alban  dili  Şimal-Şərq  Qafqaz  dilləri  ailəsinə  aiddir.  Şimal-Şərq 



Qafqaz  dilləri  ailəsi  daşıyıcıları  qədim  zamanlarda  Qafqazdan  Egey  və  Aralıq 

dənizlərinədək olan geniş ərazilərdə yayılmış böyük dil ailəsinin qollarından biridir. 

Bir sıra alimlərin Albaniya sərhədinin Kür çayı boyunca keçməsi, Kür çayının 

sağsahil torpaqlarının "əzəli erməni torpaqları" olması və s. haqqındakı mülahizələri 

ilə  əlaqədar  "erməni  tarixinin  atası"  hesab  edilən  Movses  Xorenasinin  əsərindən  bir 

parçanı  iqtibas  gətirmək  vacibdir.  Onu  da  demək  lazımdır  ki,  həmin  müəllifin 

məlumatları  bizi  maraqlandıran  dövr  üçün  də  mütəxəssislər  tərəfindən  yüksək 

qiymətləndirilir.  Erməni  müəllifi  yazır  ki,  Alban  hökmdarına  "Erasx  (Araz  -  məsul 



red.) çayından başlanmış Xnarakert (Ağstafa zonası - məsul red.) adlanan qalayadək 

olan  Alban  düzü  və  onun  dağlıq  hissəsi  miras  qaldı...  Parfiyalı  Valarşak  adlı-sanlı, 

cəsur  Aranı  (albanların  əfsanəvi  əcdadını  -  məsul  red.)  hakim  təyin  edir...  Aranın 

varislərindən  utilər,  qardmanlılar,  sodey  tayfaları  və  Qarqar  knyazlığı  əmələ 

gəlmişlər...  (hər  yerdə  kursiv  bizə  məxsusdur  -  məsul  red.).  Yeri  gəlmişkən,  alban 

salnaməçisi Moisey Kalankatlı da bu cür fikirdədir. 

Movses Xorenasilə adları çəkilmiş tayfaların hamısı tamamilə  mübahisəsizdir 

ki,  erməni  tayfaları  deyil,  alban  tayfa  ittifaqına  daxil  olan  tayfalardır.  Utilər  (müasir 

udilər),  qardmanlılar  və  sodeylilər  şübhəsiz,  qarqarlar  isə  böyük  ehtimalla  Kür 

çayından  cənubda,  Sağsahil  Kür  torpaqlarında  -  gələcək  Qarabağda  (yalnız  dağlıq 

hissədə deyil) yaşayırdılar. 

Beləliklə,  Albaniyada  Parfiya  mənşəli  Arşakilər  sülaləsinin  hakimiyyətə 

gəlməsi  dövründə,  təxminən  I  əsrin  II  yarısında  Arazın  döngəsindən  tutmuş  Ağstafa 

zonasınadək  bütün  sağsahil  Kür  ərazisi  Albaniyaya,  Alban  çarlığına  məxsus  idi. 

Tarixi Albaniyanın vilayətləri olan Arsax (Orxistena), Utik (Otena), Sovdek (Sodeya, 

Savdeya)  və  b.  məhz  bu  ərazidə  yerləşirdi.  Əgər  həmin  ərazilərin  bu  və  ya  digər 

hissəsi nə vaxtsa müvəqqəti olaraq erməni hökmdarları tərəfindən ələ keçirilirdisə, bu 

hadisə I əsrdən gec olmayaraq, ermənilərin işğalçılıq müharibələri dövründə - e.ə. II-I 

əsrlərdə ola bilərdi. 

Ermənilərin  təcavüzkarlığı  hələ  antik  müəlliflərin  diqqətini  cəlb  etmişdi. 

Strabon  yazırdı:  "...əvvəlki  zamanlarda  kiçik  ölkə  olmuş  Ermənistanı  Artaksinin  və 

Zariadrinin  müharibələri  böyütdü...  Onlar  birlikdə  qonşu  xalqların  vilayətlərinin  bir 

qismini  kəsərək  öz  mülklərini  genişləndirdilər:  Onlar  madalılardan  (yəni 

atropatenalılardan. - məsul red.) Kaspiananı, Favnitidanı və Basoropedanı; iberlərdən 

Pariadrın dağətəyini, Xorzenanı və Kür çayının o biri sahilində yerləşən Qoqarenanı; 

xaliblərdən və mossiniklərdən Karenitidanı və Kiçik Ermənistanla həmsərhəd olan və 

                                                                                                                                           

  

 


284 

 

yaxud  onun  hissəsi  olan  Kserksenanı;  kataonlardan  Akilisenanı  və  Antitavr  ətrafındakı 



vilayəti; nəhayət, suriyalılardan Taronitidanı zorla aldılar". 

Lakin bütün bu deyilənlər yalnız I əsrədək baş vermişdir. İş burasındadır ki, "Böyük 

Ermənistan"  adlandırılan  dövlət  e.ə.  II  əsrin  əvvəlindən  e.ə.  I  əsrin  60-cı  illərinədək 

mövcud olmuşdur. E.ə. 60-cı illərdə II Tiqran özünün bütün işğallarından imtina etməli 

oldu  və  "Roma  xalqının  dostu  və  müttəfiqi"  elan  edildi  ki,  bu  isə  həmin  zamanın 

diplomatik  dilində  Romadan  tam  asılılığın  etiraf  olunması  demək  idi,  həmin  asılılıq 

prinsipcə  eramızın  IV  əsrinədək  davam  etdi.  I  əsrin  bütün  I  yarısı  Ermənistan  üçün 

hökmdarların  dəyişməsi  ilə  səciyyəvi  idi.  Həmin  hökmdarlar  gah  Romanın,  gah  da 

Parfiyanın  səltənətə  çıxardığı  şəxslər  olmuşlar.  Numizmatik  material  bu  dövrün 

Ermənistanının  siyasi  taleyi  haqqında  çox  mühüm  məlumatlar  verir.  Həmin  material 

çarlığın  tənəzzülünü,  Ermənistanın  işğal  olunduğunu,  Ermənistan  üzərində  Romanın 

qələbələrinin şöhrətləndirildiyini və s. təsdiq edir. I-II əsrlər ərzində Ermənistanda Roma 

qoşunları  qərarlaşmışdı.  Roma  strateqləri  özlərini  ölkənin  sahibi  kimi  aparırdılar. 

Deyilənlərdən  belə  nəticə  çıxır  ki,  Ermənistan  göstərilən  dövrdə  işğalçılıq  müharibələri 

apara bilməzdi. 

Beləliklə,  artıq  I  əsrə  doğru  bütün  Albaniya  yuxarıda  göstərilmiş  sərhədlər 

hüdudunda birləşdirilmişdi. 

Antik  Albaniyanın  ərazisi  sıx  surətdə  məskunlaşmışdı.  Burada  yaşamış  tayfalar 

haqqında Yunan-Roma müəllifləri məlumat verirlər. Strabon hesab edir ki, Albaniyada 26 

tayfa mövcud idi. 

"Albanlar" adına ilk dəfə e.ə. IV əsrin hadisələri ilə əlaqədar olaraq eramızın II 

əsrinin müəllifinin məlumatlarında təsadüf olunur. Lakin güman etməyə bəzi əsaslar var 

ki,  Kaspisahili  tayfaların  böyük  qismi  (görünür  ki,  onların  sırasında  albanlar  da  vardı) 

erkən zamanlarda "kaspilər" adı altında tanınmışlar. Əgər bu belədirsə, onda ola bilər ki, 

albanlar  Kserksin  qoşunlarının  tərkibində  Helladaya  hərbi  yürüş  etmiş,  Herodotun 

xatırlatdığı  "kaspilərin"  sırasında  olmuşlar.  Bu  güman  sərfi-nəzər  edilərsə,  albanların 

Qavqamelada  baş  vermiş  məşhur  döyüşdə  İran  qoşununun  tərkibində  "gözlənilmədən" 

meydana gəlmələrini və həmin qoşunda kifayət qədər fəxri mövqe tutduqlarını anlamaq 

çətin olar. 

Çox zaman albanların özləri ilə eyniləşdirilən ən iri alban tayfalarından biri utilər 

idi.  Hələ  Herodot  onlar  haqqında  məlumat  vermişdir.  Utiya  (Otena,  Utik)  vilayəti  Kür 

çayının sağ sahilində yerləşirdi. 

Müasir  udilərin  əcdadları  olan  utilər  hələ  orta  əsrlərdə  Azərbaycanın  kifayət 

qədər geniş ərazisində yaşayırdılar. Udilərin Qarabağ zonasında mövcudluğu hələ XIX 

əsrdə də təsdiq edilir. Uti vilayətinin də daxil olduğu Arranın arran dilinin qədim udi dili 

olduğunu demək üçün əsaslar vardır. 

Antik dövrdə Albaniyada aynianlar, anariaklar, parrasilər və b., yaşayırdılar. Kaspi 

sahilinin  cənub-qərb  bucağında  kaspilər,  daha  doğrusu  onların  hansısa  bir  qismi 



285 

 

məskunlaşmışdı. Kaspilər haqqında həm qədim Şərq mənbələri, həm də antik müəlliflər 



danışırlar.  Kaspi  dənizinin  adının  onların  adından  alınması  şübhəsizdir.  Mənbələr 

əsasında  məlum  olur  ki,  kaspilər  əkinçiliyi,  maldarlığı,  balıqçılığı,  sənətkarlığı,  ticarəti, 

görünür, habelə gəmiçiliyi və dənizçiliyi yaxşı bilmiş xalq idi. 

Arami sənədlərindən bizə məlumdur ki, Misirdə hərbi kolonistlərin, o cümlədən 

kaspilərin  də  kifayət  dərəcədə  böyük  məskənləri  vardı.  Burada  kaspilər  gəmilərin 

hazırlanması sahəsində çalışırdılar. 

Qədim erməni mənbələrinə görə, kaspilər, güman ki, hələ son antik və erkən orta 

əsrlər zamanında Paytakaran (sonralar: Beyləqan) zonasında yaşamışlar. 

Savdeylər  (Sodeylər)  alban  tayfalarından  biri  idi.  Onları  görünür,  Plininin 

xatırlatdığı sodilərlə eyniləşdirmək lazımdır. 

Alban tayfaları sırasında qardmanlıları və herləri də xatırlatmaq lazımdır. Güman 

etmək olar ki, alban tayfalarının etnogenezində kellər, leqlər, didurlar (didoylar), çilblər 

(silvlər), lpinlər (lupenlər) və başqa tayfalar müəyyən rol oynamışlar. Ola bilər ki, onların 

bir qismini alban etnik elementlərinin özünə aid etmək lazımdır. 

Bizim alban tayfaları haqqındakı bilgilərimizin hamısı onları müəyyənliklə Cənubi 

Qafqazın cənub-şərq hissəsinin köklü əhalisi hesab etməyə imkan verir. 

Heç  şübhəsizdir  ki,  özündə  20-dən  artıq  tayfanı  ehtiva  etmiş  alban  (alban-uti) 

aborigen etnik massivi Qafqaz Albaniyasının ərazisində əsas, üstün massiv olmuşdur. 

Ola bilsin ki, albanlar bu massivdə daha iri tayfa idi. Bəlkə buna görə bütün ölkə 

Albaniya adlanmağa başlanmışdı. Lakin bu da tamamilə mümkündür ki, bu tayfanın özü 

adını ölkənin adından almışdır. "Albaniya" adının yozulması sahəsindəki bir çox cəhdlərə 

baxmayaraq, hələlik bir nəticə hasil olunmamışdır. 

Qafqaz  Albaniyası  tayfalarının  dilləri,  yuxarıda  dediyimiz  kimi  şübhəsiz,  Şimal-

şərq Qafqaz dilləri ailəsinə aiddir. 

Lakin  qeyd  etməmək  olmaz  ki,  qədim  Albaniya  etnik  tərkibinə  görə  kifayət 

dərəcədə  rəngarəng  ölkə  idi.  Burada  e.ə.  son  əsrlərdə  -  eramızın  ilk  yüzilliklərində  bir 

neçə  müxtəlif dəfn adətləri  mövcud olmuşdur. Məsələn, torpaq, quyu, çiy kərpic, küp, 

təknə, katakomba qəbirləri aşkara çıxarılmışdır. Bu hal ölkə əhalisini çoxtayfalı və etnik 

cəhətdən  rəngarəng  hesab  etməyə  imkan  verir.  Lakin  görünür,  bu  mənzərəni  bizi 

maraqlandıran ərazidə 20-dən artıq alban tayfasının mövcudluğu faktı ilə tutuşdurmaq 

lazım  deyildir.  Alban  tayfaları  arasındakı  fərqlər  haqqında  biz  yalnız  müxtəlif 

fərziyyələr,  mülahizələr  irəli  sürə  bilərik.  Görünür,  bu  fərqlər  dağlı  Qafqaz  etnodil 

ümumiliyi  çərçivəsinə,  sığışdırıla  bilər.  Arxeoloji  materiallar  da  bunu  təsdiqləyir. 

İçərisində  sıx  bükülü  skeletlər  olan  torpaq  qəbirlər  -  geniş  yayılmış  Yaloylutəpə 

mədəniyyəti, bir qədər sonralar isə onunla birgə mövcud olmuş və ondan sonra bir neçə 

əsr ərzində yaşamış, Albaniya ilə qonşu olan vilayətlərdə də  məlum olan küp qəbirlər 

mədəniyyəti  alban  tayfalarının  vəhdətinin  arxeoloji    inikasıdır.    Yaloylutəpə  

mədəniyyətinin materialları nəinki bizi maraqlandıran vilayətin Ön Asiya və Şərqi Aralıq 



286 

 

dənizi sakinləri ilə əlaqələri haqqında danışmağa, habelə güman etməyə imkan verir ki, 



bu mədəniyyətin aparıcı tipləri ola bilsin, genetik baxımdan, geniş Ön Asiya kökləri ilə 

bağlıdır. Burada yada salmaq lazımdır ki, alban dili Şimali Qafqazdan başlamış Aralıq 

dənizindəki  adalaradək  olan  vilayətlərin  sakinlərinin  danışdıqları  dillər  ailəsinə  aiddir. 

Əlbəttə,  bununla  biz  maddi  mədəniyyətlə  dil  arasında  bərabərlik  işarəsi  qoymuruq. 

Lakin göstərilən maraqlı faktı qeyd etməyə bilməzdik. 

Küp  qəbirlərin  Gürcüstanda,  Ermənistanda,  Cənubi  Azərbaycanda  və  başqa 

vilayətlərdə geniş yayılması faktı adları çəkilən ərazilərin əhalisinin albanlarla əlaqələri 

olduğunu  parlaq  surətdə  təsdiq  edir.  Kiçik  Asiya,  Suriya,  Misir  və  Egey  aləmi  ilə 

əlaqələr  haqqında  da  danışmaq  üçün  çoxlu  əsaslar  vardır.  Bir  çox  faktlar  eramızdan 

əvvəlki  son  əsrlərdə  və  eramızın  ilk  yüzilliklərində  Albaniyanın  Şimali  Qafqazla, 

Qafqazın  önündəki  ərazi  ilə,  Qara  dənizsahili  vilayətlərlə  geniş  əlaqələri  olduğunu 

təsdiqləyir.  Albanlar  arasındakı  fərqləri  ayırmaq  heç  cür  mümkün  olmasa  da,  Albaniya 

ərazisində  mövcud  olmuş,  adları  çəkilmiş  hər  iki  mədəniyyətin  alban  tayfalarına 

mənsubluğu şübhə doğurmur. 

Yaloylutəpə  mədəniyyəti  ilə  küp  qəbirlər  mədəniyyəti  arasındakı  iki,  bir-birinə 

yaxın olan tayfa qruplarının arasında mövcud olmuş bəzi etnik fərqlərin nəticəsi kimi 

aşkara çıxmış fərqlər zaman keçdikcə aradan qalxırdı. Təxminən eramızın başlanğıcında 

Yaloylutəpə sakinləri assimilyasiyaya uğradılar, öz etno-mədəni simalarını itirdilər. Küp 

qəbirlər mədəniyyəti alban tayfalarının hakim mədəniyyətinə çevrildi. 

Bütün  dəlillərdən  aydın  olur  ki,  alban  tayfa  ittifaqı  artıq  e.ə.  I  minilliyin  II 

yarısının  başlanğıcında  mövcud  idi.  Bütün  dəlillərdən  başqa  bunu  o  da  təsdiq  edir  ki, 

Arrianda  Atropatın  müttəfiqləri  sırasında  kadusilərlə  və  sakesinlərlə  yanaşı  Albaniya 

ərazisində yaşamış hər hansı tayfa qruplarının deyil, məhz albanların adı çəkilir. 

Albaniyada alban tayfalarının istifadə etdikləri iki başlıca dəfn adətindən başqa bir 

neçə  digər  mərasimlərin  də  mövcud  olması  bu  diyarda  müxtəlif  vaxtlarda  bura  gəlmiş 

başqa, qeyri-alban mənşəli əhali qruplarının olduğunu da təsdiqləməlidir. Deyilənləri hər 

halda  içərisində  uzadılmış  skeletlər  (görünür,  bəzi  hallarda  zəif  bükülü)  olan  quyu 

qəbirlərini,  çiy  kərpicdən  hazırlanmış,  təknə,  taxta  qutu  və  katakomba  qəbirləri  qoyub 

getmiş tayfalar barədə də iddia etmək olar. 

Müxtəlif  zamanlarda  Albaniyaya  daxil  olmuş  bu  dəfn  adətlərinin  daşıyıcıları 

əsasən irandilli tayfalar idilər. Bunlar skiflər, saklar (ortokoribantlar, sakesinlər), sarmat-

massaket-alan  dairəsinin  tayfaları  (yuxarı  aorslar,  alanlar,  massaketlər),  parfiyalıların 

hansısa qrupları və başqaları idilər. 

Təəssüf ki, biz yerli alban tayfalarının irandilli gəlmələrlə qarşılıqlı münasibətləri 

haqqında məlumatlara malik deyilik. Lakin qeyd etməliyik ki, mövcud olan materiallara 

əsasən  İran  elementi,  şübhəsiz,  Albaniyanın  etnik,  mədəni  və  siyasi  tarixində  az  rol 

oynamamışdır. 


287 

 

Albaniyada  Sakasena  (erməni  mənbələrinə  görə  -  Şakaşen)  vilayəti  vardı. 



Vilayətin  adı  buraya  gəlmiş  irandilli  sakların  adındandır.  Onların  qohumları  olan 

kambocilər  və  yaxud  onların  hansısa  qrupları  Sakasena  yaxınlığında  məskunlaşmışdılar. 

Həmin  vilayət  onların  adı  ilə  Kambüsena  (gürcü  mənbələrində  Kambeçovani,  erməni 

mənbələrində Kambeçan adlanır) adlanmağa başlandı. Eramızın ilk əsrlərində Kaspisahili 

zolaqda Maskut çarlığı və b. meydana gəldi. 

Görünür ki, Qafqaz Albaniyasının tarixində Parfiya elementinin əhəmiyyəti burada 

I  əsrdən  etibarən  hakim  olmuş  Arşakilər  sülaləsinin  Parfiya  mənşəli  olması  ilə  heç  də 

məhdudlaşmır.  Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  Albaniyadakı  Parfiya  Arşakiləri 

tezliklə əsil alban Arşakilərinə çevrilmişdilər. 

Lakin bütün hallarda tam müəyyənliklə demək lazımdır ki, bir çox əsrlər ərzində 

Cənubi  Qafqazın  cənub-şərq  vilayətlərinə  gəlmiş  irandilli  tayfalar  Qafqaz  Albaniyası 

zəminində  etnik  fasiləsizliyi  qıra,  ölkənin  avtoxton  əhalisini  assimilyasiyaya  uğrada 

bilmədilər. Antik və erkən orta əsrlər dövründə alban etnosunun və onun mədəniyyətinin 

mövcudluğu bunun mübahisəsiz sübutudur. 

Ola bilər ki, eramızdan əvvəlki son 2-3 əsrdə Albaniyaya yunan əhalisinin hansısa 

qrupları daxil olmuşdular. 

III-IV  əsrlərdə  erkən  türkdilli  tayfalar  Albaniyaya  daxil  olmağa  başladılar. 

Sonralar bu  tayfalar başqa türkdilli tayfalarla birlikdə  ölkə  sakinlərinin dil görkəminin 

dəyişməsində həlledici rol oynadılar. 

Albaniya  və  albanlar  haqqında  bütün  bildiklərimiz  bizə  deməyə  əsas  verir  ki, 

albanlar  ola  bilsin,  artıq  e.ə.  V  əsrə  doğru,  hər  halda  e.ə.  IV  əsrdən  gec  olmayaraq, 

Qavqamela döyüşündə farsların tərəfində iştirak etdikləri zaman tarix səhnəsinə qədəm 

qoymuşlar. 

Arxeoloji  qazıntılar  nəticəsində  əldə  olunmuş  dəlillər  bütövlükdə  eramızdan 

əvvəl  I  minilliyin  II  yarısının  və  eramızın  ilk  əsrlərinin  Albaniyasını  kifayət  dərəcədə 

inkişaf etmiş oturaq  maldarlıq-əkinçilik təsərrüfatına, sənətkarlıq istehsalına və ticarətə 

malik  olmuş  vilayət  kimi  təsvir  edir.  Lakin  Albaniyanın  ayrı-ayrı  bölgələrində  köçəri 

əhali qrupları da yaşayırdılar. 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin