§ 4. TĠCARƏT, TĠCARƏT ƏLAQƏLƏRĠ VƏ PUL
DÖVRĠYYƏSĠ
XI əsrin ilk illərində əvvəlki tarixi dövrdə müĢahidə olunan ümumi
iqtisadi in kiĢaf daha böyük vüsət alır. 1027-ci ildə ġəddadi hökmdarı II Fəzlunun
dövründə Araz çayı üzərində onbirtağlı Xudafərin körpüsünün tikilməsi daxili və
xarici ticarət əlaqələrin in inkiĢafı zərurətindən irəli gəlmiĢdi. Bu körpünün
tikilməsi A zərbaycanın təkcə iqtisadi deyil, həm də siyasi və etnososial həyatı üçün
böyük əhəmiyyət kəsb etmiĢ, onun əsas vilayətlərini b ir-birinə daha sıx bağlamıĢdı.
Səlcuq istilaları ö lkən in iqtisadi inkiĢafın ın bu ümu mi mey lin i müvəqqəti
olaraq ləngitsə də, onu dayandıra bilmədi. Böyük bir imperiyanın yaranması və ilk
səlcuqlar dövründə onun nisbi sabitliyi A zərbaycanın ticarət -iqtisadi əlaqələrin in
345
geniĢlənməsi üçün əlveriĢli Ģərait yaratdı. Səlcuq hökmdarlarının özləri ticarətin
inkiĢaf etdirilməsi və tica rət yolların ın qaydaya salınmasına xüsusi diqqət
yetirirdilər. Ticarətin ən yüksək in kiĢaf səviyyəsinə qalxd ığı MəlikĢahın
hakimiyyəti illərində (1072-1092) ölçü sisteminin tənzimlən məsi və yeganə pul
vahidinin müəyyənləĢdirilməsi sahəsində cəhd göstərildi. Bir ço x yolüstü ticarət-
post məntəqəsi tikildi, karvan yollarının təhlü kəsizliyin i təmin etmək üçün tədbirlər
görüldü. Beynəlxalq ticarətin canlanması üçün MəlikĢahın bütöv bölgələrin
tacirlərin i bəzi ticarət rüsumlarından azad edən 1087-ci il tarixli fərmanın ın
mühü m əhəmiyyəti oldu. ġəhərlərin və Ģəhər sənətkarlığ ının in kiĢafı, əmtəə-pul
münasibətlərinin kənd təsərrüfatına geniĢ surətdə daxil o lması və nəhayət, əvvəlki
yüzillərdə də coĢqun fəaliyyət göstərən geniĢ ticarət yolları Ģəbəkəsinin varlığ ı XI
əsrin sonu - XII əsrdə Azərbaycanın ticarət-iqtisadi əlaqələrinin geniĢlən məsi üçün
əlveriĢli Ģərait yaratdı. Həm ġimali, həm də Cənubi A zərbaycanın Ģəhər və
vilayətləri daxili və beynəlxa lq əhəmiyyətli ticarət yollarının sıx Ģəbəkəsi vasitəsilə
əlaqələnirdi. Bu ticarət əlaqələrinin nə qədər intensiv və geniĢ olduğunu, məsələn,
Beyləqan ərazisində arxeolo ji qazıntılar zaman ı aĢkar ed ilmiĢ sikkə tapıntıları
sübut edir. Burada böyük miqdarda (1500 nüsxə) Eldəniz sikkələri ilə yanaĢı,
ġirvanĢahların, Dərbənd məliklərinin, Kiçik Asiya səlcuqilərinin, Əhər
hakimlərinin kəsdirdikləri pullar, habelə gürcü, Bizans və b. sikkələri aĢkara
çıxarılmıĢdır. Eldəniz sikkələrinin təxminən yarısını Cənubi Azərbaycan Ģəhərlərində, o
cümlədən Ərdəbildə zərb olunmuĢ sikkələr təĢkil edirdi.
Ticarət yolları A zərbaycanı nəinki qonĢu ġərq ölkələri, eləcə də bir çox uzaq
ölkələr - Hindistan, Orta Asiya və hətta Çinlə bağlayırdı. Bakı, ġamaxı və Beyləqanda
aparılmıĢ arxeoloji qazıntılar zamanı aĢkara çıxarılan çini qab-qacaq qırıqları və baĢqa
tapıntılar da bunu sübut edir. Sənətkarlığın bazar, əmtəə istehsalı sahəsinə çevrilməsi,
əmtəə-pul münasibətlərinin geniĢ Ģəkildə kənd təsərrüfatına müdaxilə etməsi, köçəri
təsərrüfatın bu münasibətlər dairəsinə cəlb olunması daxili və xarici bazarlarda intensiv
əmtəə mübadiləsi üçün Ģərait yaradırdı. ġəhər sənətkarlığı əmtəə istehsalının
müəyyənləĢdirici sahəsi idi. Müxtəlif ipək, pambıq və yun parçalar, metal, ağac və dəri
məmulatları daxili və xarici bazarda baĢlıca ticarət məhsulu idi. Parça və baĢqa toxuculuq
məhsulları ticarəti burada birinci dərəcəli rol oynayırdı. Təbrizin daxili və xarici bazarlara
çıxardığı mallar içərisində mühüm yeri rizə (əba) üçün parçalar, Çin zərxarası, ipək
parçalar (kimxa), örtüklər, atlas və digər parçalar, to xuculuq məmulatları tuturdu. Gəncə
bazarlara atlas, zərxara, pambıq və pambıq parçalar, xa m ipək, ipək sap, ipək parçalar,
xəz çalmalar, keçə, "əl-gənci" adlanan donlar, Ərdəbil - qara zərxara, Xoy - zərxara,
nazik kətandan paltarlıq parça və hazır paltar, Naxçıvan - yüksək keyfiyyətli Çin
zərxarası, zərlə iĢlənmiĢ zərif örtüklər, miləmil hamam qətfələri, yun parçadan uzun üst
paltarı, keçə, Beyləqan - ipək parça və saplar, Bərdə - xa m ipək və ipək parça,
Dərbənd - kətan parçalar, Marağa və UĢnu - çoxlu yaxĢı keçələr çıxarırdı. Urmiya və
UĢnudan digər mallarla yanaĢı, kiçik xalçalar və balıĢlar, Surmaridən kiçik xalçalar və
i.a. ixrac olunurdu.
346
Bəzi Ģəhərlərin daxili və xarici ticarətində metal, ağac, dəri və saxsı
məmulatları da az rol oynamırdı. Məsələn, Xoydan mis qablar, ġəmkirdən - yüksək
keyfiyyətli bıçaqlar, Naxçıvan və Ərdəbildən taxta qab-qacaq (böyük və kiçik tabaqlar,
boĢqablar və s.), taxta daraqlar, sazlar, sandıqlar, Təbrizdən dəri kitab cildləri,
Urmiya və UĢnudan dəri ayaqaltılar, balıĢlar ixrac olunurdu. Beyləqan, Qəbələ, ġabran,
ġəmkir və bir sıra digər sənətkarlıq mərkəzlərinin iqtisadiyyatı üçün müxtəlif saxsı
qablar istehsalının və eləcə də onların bazara çıxarılmasının az əhəmiyyəti yox idi.
Məsələn, Beyləqan ġirvanın Bakı, ġamaxı və digər Ģəhərlərinə yüksək keyfiyyətli Ģirli
saxsı məmulatlar göndərirdi. Bu Ģəhər eyni zamanda Ġranın məĢhur sənətkarlıq
mərkəzləri Rey və KaĢanla sıx ticarət əlaqələri saxlayır, oradan yüksək bədii
keyfiyyətli saxsı məmulatlar alırdı. Suriya və Misirdən Beyləqana və Azərbaycanın
digər Ģəhərlərinə zərlə iĢlənilmiĢ ĢüĢə qablar gətirilirdi. Əvvəllər olduğu kimi, Bakın ın
əsas satıĢ məhsulu neft və duz idi. Təkcə daxili bazara deyil, həm də bir çox Yaxın və
Orta ġərq ölkələrinin bazarlarına geniĢ miqdarda neft göndərilirdi. Neftdən yaĢayıĢ
məskənlərinin iĢıqlandırılması üçün də istifadə edir, hərbi iĢdə və müxtəlif xəstəliklərin
dərmanı kimi tətbiq edirdilər. Bakı, Gəncə, ġamaxı, Dərbənd, ġabran və digər
Azərbaycan Ģəhərləri ərazisində tapılmıĢ, mü xtəlif yerlərdə zərb edilmiĢ qızıl və
xüsusilə mis sikkələr bu Ģəhərlərin XI-XII əsrlərdə inkiĢaf etmiĢ əlaqələrindən xəbər
verir.
Beynəlxalq ticarət magistralı rolunu oynayan Dərbənd və Volqa-Xəzər tranzit
yolları bu dövrdə də fəaliyyətlərini davam etdirirdilər. Bu yollar vasitəsi ilə Volqaboyu
Ģəhərləri, Rusiya, PolĢa və digər Avropa ölkələri ilə əlaqə saxlanılırdı. Yerli tacirlər kimi o
ölkələrin də tacirləri çoxlu qiymətli xəzlər, Ģallar, xalçalar, gözəl corablar və s. gətirir,
mallarını çox vaxt bu ətraflarda, həmçinin ən iri qul alveri yeri o lan Dərbənd
bazarında satırdılar.
ġəhər ticarət həyatının əsas mərkəzi bazar idi. Təkcə iri və orta deyil, kiçik
Ģəhərlərdə də bazarlar vardı. Məsələn, ənənəvi mallarla yanaĢı, bazara kağız da
çıxaran kiçik Xunə Ģəhərinin, Yaqut əl-Həməvinin sözləri ilə desək, "yaxĢı bazarları"
var idi. Ġstehsalın bu yeni sahəsi Ģəhərin əvvəlki Xunə (Xunəc) adının Kağazkunana
çevrilməsinə səbəb olmuĢdu.
XII əsrdə əmtəə-pul münasibətləri kənd təsərrüfatına da geniĢ müdaxilə
etmiĢdi. ġəhərlərin ətrafında geniĢ aqrar rayonlar vardı. Bu rayonların əmtəəlik
məhsulunun əsas hissəsi Ģəhər əhalisini ərzaq məhsulları və xammal ilə təmin etmək
üçün Ģəhərlərə daxil olurdu. Dövrün mənbələrindən birində olan məlu mata görə,
Urmiya və UĢnunun aqrar rayonları baĢlıca olaraq bal, yağ, qoz-fındıq, sumax,
Beyləqanınkı taxıl, heyvandarlıq məhsulları, nar, üzüm, ev quĢları, ġəmkir və
ġuturunku əncir, nar, qovun, kahı və s. verirdi. Dəhxərqandan çoxlu badam və baĢqa
meyvələr, Sərabdan ağ lobya gətirilirdi. Bir sıra Ģəhərlərin meyvəyə olan tələbatı ətraf
rayonların hesabına ödənilirdi. Belə ki, Yaqut əl-Həməvinin məlumatına görə, Ərdəbilə
"meyvəni dağın arxasından, birgünlük və ya daha artıq məsafədə yerləĢən baĢqa
nahiyələrdən gətirirdilər". Xaçından Gəncəyə yüksək keyfiyyətli Ģərab, ətirli almalar,
347
üzüm və nar gətirilirdi. Arranın Kür və Araz çayları arasında yerləĢən, inkiĢaf etmiĢ
əkinçilik və maldarlığa malik vilayətlərindən daxili və xarici bazarlara xeyli miqdarda
xam ipək, düyü, davar, iri buynuzlu mal-qara və atlar çıxarılırdı. Beyləqan bazarında
yerli mallarla yanaĢı, kənardan (xüsusilə ġirvandan) gətirilmiĢ çoxlu mallar olurdu. Təbrizin
yaxınlığındakı Kuzəkunan kəndindən Təbriz bazarına xeyli miqdarda taxıl və
heyvandarlıq məhsulları gətirilirdi. ġəhərə bu məhsullar baĢqa yerlərdən, o cümlədən
Sufiyandan da gətirilirdi.
Beləliklə, təkcə texniki bitkilər və əkinçilik təsərrüfatları deyil, Muğan və digər
Azərbaycan vilayətlərinin yaylaq-qıĢlaq (köçmə) və yarımköçəri maldarlıq təsərrüfatları
da Ģəhərlə əmtəə münasibətləri dairəsinə cəlb olunmuĢdu; lakin bütün bunlar natural müna-
sibətlərin buradakı mövqeyini hələ də sarsıda bilməmiĢdi.
XI-XII əsrlərdə, qonĢu ġərq ölkələrində olduğu kimi, Azərbaycanın pul
dövriyyəsində də əsas yeri mis pul - fəls tuturdu. Bu dövrdə Ön ġərqi, o cümlədən
Azərbaycanı bürümüĢ "gümüĢ böhranı" təkcə gümüĢ mədənlərinin tükənməsi və gümüĢ
ixracatçılarında bu metalın ehtiyatlarının azalmasından deyil, həm də ticarət mübadiləsi
nəticəsində gümüĢün Ģimala axmasından, əmtəə-pul münasibətlərinin inkiĢafı ilə
əlaqədar olan tələbatın artmasından doğmuĢdu. Hər halda, bu hadisə hər Ģeyə, o
cümlədən daxili ticarətə də öz mənfi təsirini göstərə bilmiĢdi. Beynəlxalq ticarət əmə-
liyyatlarında pul dövriyyəsinin əsas vasitəsi olan gümüĢ və qızıl pulları mis pullar əvəz
edə bilməzdi. Çünki mis sikkələrin dövriyyə dairəsi lokal, məhdud xarakter daĢıyır, onlar
zərb edildikləri dövlətlərin hüdudları xaricinə adətən çıxarılmırdılar. Bununla belə,
Azərbaycan ərazisində Səlcuqların, gürcü və Bizans hökmdarlarının mis sikkələri
tapılmıĢdır. Ödənc vasitələrindən biri kimi Qafqazda, o cümlədən Azərbaycanda geniĢ
yayılan Bizans qızıl pulları Səlcuq qızıl dinarları ilə müvəffəqiyyətlə rəqabət apa-
rırdılar.
Gü müĢ böhranı və onun səbəbləri tarixi ədəbiyyatda biri digərinin əksi
olan zidd mü lahizələr, Ģərhlər doğurmuĢdur. Lakin bu prosesin özü də ziddiyyətli
olmuĢdur. Böhran, eləcə də XII-XIII əsrlərin hüdudlarında ticarət yollarında artan
təhlükə Azərbaycanın xarici ticarət əlaqələrində bir qədər durğunluq törətmiĢdi.
Lakin bütün bunlar müəyyən dərəcədə daxili, ilk növbədə Ģəhər ticarətinin
geniĢlənməsi üçün əlveriĢli Ģərait yaratmıĢ, gümüĢ pulun dövriyyədən çıxması isə
Azərbaycanda əmtəə-pul münasibətlərinin sonrakı inkiĢafı yolunda maneə törədə
bilməmiĢdi. Onun dövriyyə vasitəsi və beynəlxalq pul kimi funksiyalarını mis və
qızıl müvəffəqiyyətlə əvəz edə bild i; bu, Azərbaycan və bütün Qafqaz ərazisində
tapılan böyük miqdarda mis və qızıl sikkə dəfinələri ilə sübut edilir.
348
§ 5. ġƏHƏRLƏR
Səlcuq yürüĢləri nəticəsində bəzi Ģəhərlərin dağılması, köçəri təsərrüfatın
isə geniĢlənməsi Azərbaycanda Ģəhər həyatının ümu mi inkiĢaf meylinin qarĢısını
ala bilmədi. ġəhərlərin sahəsinin artması ilə yanaĢı, onların sosial-iqtisadi
strukturunda da müəyyən dəyiĢikliklər baĢ verdi. Məhz, bu dövrdə Ģəhər həyatının
mərkəzi qəti o laraq köhnə kübar məhəllələrindən - Ģəhristandan ticarət-sənətkarlıq
ucqarlarına - rabadlara keçdi. Beləliklə, Ģəhərlərin zahiri görkəmi bir qədər dəyiĢdi,
lakin möhkəm və uca divarlarla əhatə olunmuĢ içqala - kuhəndiz (və ya narınqala)
əvvəlki kimi yenə də Ģəhərin ən möhkəmləndirilmiĢ hissəsində yerləĢirdi. ġəhər və
onun vilayətinin sahibi olan feodalın (və ya onu təmsil edən Ģəhər idarəsinin
baĢçısı olan əmirin) iqamətgahı, onun ən yaxın adamları, hərbi qarn izon, eləcə də
xəzinə və zindan burada yerləĢirdi. ġəhristanı təĢkil edən köhnə Ģəhər məhəllələri
kuhəndizin ətrafında cəmləĢird i. Adətən Ģəhristan kompleksi də divarla əhatə edilir
və Ģəhərin bir növ daxili h issəsini təĢkil edirdi. Ümu miyyətlə, feodal Ģəhərinə xas
olan pərakəndəlik və basırıq bu hissə üçün də səciyyəvi idi. Kuhəndizdən əlavə,
burada əsas ictimai və mədəni binalar, iri bazarlar, Ģəhər böyüklərinin evləri, came
məscidi, hamamlar, karvansaralar yerləĢird i.
ġəhərin iĢgüzar və ictimai həyatı adətən Ģəhristanda cərəyan edirdi. Onu,
"əhl əs-suk" (bazar camaatı) adlandırılan sənətkar və tacirlərin ço xunun yaĢadıği
rabad əhatə edirdi. Mühüm və iri Ģəhərlərin rabadlarında müdafiə qurğuları təĢkil
edilird i. Onu qüllələri olan qala divarları əhatə edir, bayır tərəfdən divar boyunca
su ilə doldurulmuĢ xəndək qazılırdı; Ģəhərin baĢ qapısı yanında bu xəndəyin
üzərindən qaldırılan körpü salın ırd ı.
Rabadlar kənd əhalisi hesabına böyüyürdü; oradakı binalar baĢlıca olaraq
Ģəhərə gedən əsas yolların kənarında yerləĢird i. Ona görə də Ģəhərin sənətkarlıq-
ticarət ucqarları bəzi hallarda b ir neçə kilo metr boyunca uzanırdı. Məsə lən,
Beyləqanın rabadı Ģəhərdən qərbə doğru, Mil-Minarə xarabalarına qədər təqribən
2,5 k m u zanırd ı. Təhlükə za manı ətraf yerlə r in əhalisi ö z ma l-qa rası və Ģeyləri ilə
rabadda sığınacaq tapırdılar. ġəhəri əkin sahələri, bağlar və bostanlar, yerli əhalini
su ilə təmin edən mənbələr və s. əhatə edirdi; Ģəhərlilərin ma l-qarası da burada
otarılırd ı. Bunların hamısı - kuhəndiz, Ģəhristan və rabadla vahid orqanizm təĢkil
edən kənd nahiyəsi, "feodal Ģəhəri" anlayıĢı ilə müəyyənləĢən vahid tam idi.
XI-XII əsrlərdə, de mə k olar ki, bütün Azərbaycan Ģəhərləri, bir hissəsi
(məsələn, Bakı qalası) bu gün də mövcud olan müdafiə qurğuları sisteminə malik
idi. Belə qurğuları daĢdan, çiy və biĢmiĢ kərpicdən tikird ilər. Beyləqan Ģəhərinin
qala divarları 6 m, Gəncəninki isə orta hesabla 2 m. qalınlıqda idi. Onların
hündürlüyü 6-10 m-dən 15 m-ə çatırdı. Müəyyən məsafədən bir bu divarlarda
dördkünc, dairəvi və yarımdairəvi bürclər qurulu rdu. XI-XII əsrlərdə yarımdairəvi
bürclər daha geniĢ yayılmıĢdı. ġəhər d ivarların ın bir neçə qapısı olurdu. Dəmirdən
və ya dəmir qurĢaqlarla möhkəmləndirilmiĢ taxtadan düzəld ilən bu qapılar
349
darvazaüstü bürclərdən mühafizə ed ilirdi.
Arxeoloji tədqiqatlar, alimlərin araĢdırmaları sübut edir ki, Bakı Ģəhərin in
Ģəhristan hissəsinin - ĠçəriĢəhərin 1738-ci ilə aid dövrümü zə gəlib çıxan planı əy ri
küçələri, dar dalanları, seyrək yaĢıllığ ı olan Ģəhər məhəllələrinin feodal dövrü üçün
səciyyəvi simasını əyani nümayiĢ etdirir. Bey ləqan Ģəhərinin arxeolo ji qazıntılar
vasitəsilə aĢkarlaĢdırılmıĢ planı əhalin in mü xtəlif təbəqələri arasında olan əmlak
bərabərsizliy ini ü zə çıxarır. Varlılar əsasən Ģəhərin mərkəzi hissəsində yaĢayırdılar.
Ən möhkəm, memarlıq baxımından zəngin, arxeoloji tapıntıları çox olan binalar da
burada yerləĢirdi. Dərbənd Ģəhristanında da Ģəhər əyanlarına məxsus biĢmiĢ kərpicdən
tikilmiĢ zəngin yaĢayıĢ binaları aĢkara çıxarılmıĢdır.
ġəhərlərin su təchizatı daha çox onların yerləĢdikləri yerdən və təbii Ģəraitdən
asılı olurdu. Dağlıq və dağətəyi yerlərdə suyu yaxın çay və bulaqlardan arxlar, yeraltı
kəhrizlər və ya saxsı borular vasitəsilə gətirirdilər. Düzənlik yerlərə isə su Kür və
Arazdan baĢlayan suvarma kanalları vasitəsilə gəlirdi. Suvarma kanallarından uzaqda
yerləĢən Ģəhərlərdə həmin Ģəhərin ərazisində qazılmıĢ quyulardan istifadə edirdilər.
Belə su təchizatı sistemi, məsələn, Bakı üçün səciyyəvi idi. Bu Ģəhərin köhnə
hissəsində indiyədək xeyli quyu qalmıĢdır. Bununla yanaĢı, Bakı və Gəncədə
kəhrizlərdən də istifadə edirdilər. Lakin orta əsr Azərbaycan Ģəhərlərinin ən çox inki-
Ģaf etmiĢ, səciyyəvi və geniĢ yayılmıĢ su təchizatı növü saxsı borulardan və yonulmuĢ
dördkünc daĢlardan düzəldilmiĢ su kəmərləri idi. Belə su kəmərləri Azərbaycanın, demək
olar ki, bütün feodal Ģəhər və qalalarında, o cümlədən, Gəncə və Qəbələdə, Beyləqan
və Bakıda, Təbriz və Gülüstan qalasında (ġamaxı yaxınlığında), GümüĢlüdə aĢkara
çıxarılmıĢdır. ġəhərlərin, qalaların və baĢqa yaĢayıĢ məskənlərinin, eləcə də yolüstü
karvansaraların və karvan yollarının su təchizatı üçün ovdan adlanan yeraltı su anbarları
da səciyyəvi idi. Bəzi Ģəhərlərdə yağıĢ suyundan da istifadə edirdilər. Məsələn, Məsud
ibn Namdarın məlumatına görə, Beyləqanın qala divarlarının bayır hissəsində "yağıĢ
suları üçün çən" qoyulmuĢdu.
Bu dövrün iri Ģəhərlərində on minlərlə əhali yaĢayırdı. AraĢdırmalar sübut
edir ki, Beyləqan, Naxçıvan, ġamaxı və Təbriz Ģəhərlərinin hər birinin ən azı 100 min
sakini var idi; bu - ilk növbədə, həmin Ģəhərlərin Azərbaycanın təsərrüfat həyatında,
beynəlxalq və yerli ticarətdə tutduğu mövqe ilə izah olunur.
Ġqtisadi və sosial vəziyyətinə görə Azərbaycanın Ģəhər əhalisi bir neçə qrupa
bölünürdü: sənətkarlar, tacirlər, torpaq sahibləri (feodallar), ruhanilər, Ģəhər yoxsulları
və sinfi simasını itirmiĢlər. Əhalinin əsas hissəsini maddi nemətlərin bilavasitə
istehsalçıları olan sənətkarlar təĢkil edirdi.
ġəhərin və Ģəhərlilərin siyasi, iqtisadi və dini həyatı, onun idarəsi Ģəhərdə
yaĢayan və onun sahibi olan iri feodalların, eləcə də iri məmurların, böyük
emalatxanaların zəngin sahibkarlarının, tacirlərin, ruhanilərin əllərində id i.
ġəhərlilərin etnik tərkibi də qarıĢıq idi. Əhalin in əsas hissəsini türk-oğuz
dilində danıĢan azərbaycanlılar təĢkil edirdi; onlarla yanaĢı qədim albanların
nəsilləri, eləcə də fars, ərəb, yəhudi və b. dillərdə danıĢanlar da vardı.
350
Din i mənsubiyyətlərinə görə Ģəhərlilərin böyük əksəriyyəti müsəlman id i,
burada həmçinin atəĢpərəst, yəhudi və xristianlar da vardı. Xristian dininə sitayiĢ
edənlər əsasən albanların və ya erkən orta əsrlərdən Azərbaycana gələrək, ö lkən in
cənub vilayətlərində nisbətən toplu halında yaĢayan siryanilərin törəmələri id i.
Bütövlükdə feodal Avropası Ģəhər mərkəzlərinə nisbətən daha abad, daha
təmiz və böyük olan XI-XII əsr Azərbaycan Ģəhərləri bir ço x əlamətlərinə görə o rta
əsr ġərqinin ən məĢhur Ģəhərlərini xatırladırd ı.
XII-XIII əsrin əvvəllə rində Azə rbaycanda 70-dək iri, orta və kiç ik
Ģəhərlər vardı. IX-X əsrlərlə müqayisədə Ģəhərlərin ü mu mi sayı nəzərə çarpacaq
dərəcədə azalsa da, bu, heç də Ģəhər həyatının tənəzzülü demək deyild i. Əksinə,
Ģəhərlər yeni, daha yüksək inkiĢaf pilləsinə qalxa bildilər. Bu zaman Ģəhərlərin
kəmiyyət artımı prosesi öz yerini onların keyfiyyətcə inkiĢaf etməsinə, tacir-
sənətkar elementlərinin sayının artmasına verir; beləliklə, Ģəhər iqtisadiyyatında
sənətkarlıq və ticarətin xüsusi çəkisi yüksəlir, əmək məhsuldarlığı artır, Ģəhər
iqtisadiyyatının daxili və xarici bazarla əlaqəsi geniĢlənir.
Gəncə, Təbriz, Naxçıvan, Marağa, Ərdəbil, Dərbənd, ġamaxı, Bakı və
Beyləqan bu dövrün iri ticarət-sənətkarlıq mərkəzləri id i.
O dövrdə Yaxın ġərqin ən iri t icarət-sənətkarlıq mərkəzlərindən biri o lan
Gəncənin inkiĢafı üçün bir sıra siyasi və sosial iqtisadi amillər hesabına əlveriĢli
Ģərait yaranmıĢdı; X əsrin 70-ci illərindən etibarən bu Ģəhər Arranda hökmranlıq
edən ġəddadilər sülaləsinin paytaxtı o lur. Ço x keçmədən Gəncə ticarət-sənətkarlıq
mərkəzi kimi əhəmiyyətini xeyli dərəcədə itirmiĢ Bərdəni geridə qoyaraq, Arranın
ən iri Ģəhərinə çevrilir. Gəncənin daha intensiv inkiĢafı ġəddadi əmiri Əbuləsvar
ġavur ibn Fəzlin hakimiyyəti dövrünə (1049-1067) təsadüf edir. ġəhəri
möhkəmləndirmək üçün o, 1063-cü ildə Gəncə rabadının ətrafına davamlı divar
çəkdirərək, ona möhkəm qapılar qoydurur, Ģəhərin ətrafında dərin xəndək qazdırır.
Gəncə əvvəlkinə nisbətən iki dəfə böyüyür.
XII əsrin I yarısında Gəncənin tərəqqi və inkiĢafı bu rada baĢ verən
dağıdıcı zəlzələlər və gürcülərin "daha dağıdıcı" basqın və qarətləri ilə ləngidilir.
Dövrün tarixçisi Ġbn əl-Əzraqın "Məyyəfariqinin tarixi" əsərində xəbər verdiyi
kimi, birinci zəlzələ 1122/23-cü illərdə baĢ vermiĢdi. O zaman, Ģəhərin bir hissəsi
batmıĢ, divarları isə uçmuĢdu. QarıĢıqlıqdan istifadə edən gürcü hökmdarı Dav id
Ģəhərə basqın edərək, salamat qalmıĢ sakinlərin i əsir almıĢ, Ģəhəri qarət etmiĢdi. Bu
hadisədən sonra Ģəhərin mühüm iqtisadi və strateji əhəmiyyəti nəzərə alınaraq,
Gəncənin dağılmıĢ təsərrüfatı tezliklə bərpa edilmiĢ və o yenidən Yaxın ġərqin gur
Ģəhərlərindən birinə çevrilmiĢdi. Lakin 17 il sonra 1139-cu ildə baĢ verən yeni
zəlzələ Ģəhərin vəziyyətinə daha ağır təsir etmiĢdi.
Ġbn əl-Əsirin yazd ığına görə, "534-cü ildə Gəncədə, eləcə də A zərbaycan
və Arranın baĢqa nahiyələrində zəlzələ oldu. Lakin Gəncədə baĢ verən zəlzələ ən
güclüsü idi. Onun bir çox evləri dağılmıĢ, saysız-hesabsız sakinləri məhv
olmuĢdu". Əl-Bundarin in məlu matına görə, baĢ vermiĢ zəlzələ "Ģəhəri elə d ağıtdı
351
ki, sanki o heç vaxt olmamıĢdı". Had isələri ö z gözlərilə görmüĢ alban tarixçisi
gəncəli M xitar QoĢ bu müdhiĢ hadisəni belə təsvir edirdi: "Areq ayının 18-ci
günündə, cümədən Ģənbəyə keçən gecə (Ģənbə 30.IX.1139) Allah ın qəzəbi dünyanı
tutdu. Yerin dəhĢətli qeyzlə hərəkətə gələn coĢqunluğu və b öyük dağıntı
Albaniyanın torpağına da yetiĢdi. Nəticədə, onun paytaxtı Gəncə də cəhənnəmin
girdabına atılaraq, ö z sakinlərin i də uddu".
Mənbələr (Ġbn əl-Əsir və b.) Gəncə zəlzələsi zamanı 230 minədək adamın
həlak o lduğu haqqında məlu mat verir. Hətta əl-Bundari bu rəqəmin 300 min
olduğunu qeyd edir. Verilən rəqəmin, ola bilsin, bir qədər ĢiĢirdild iyin i qəbul edən
tədqiqatçılar, hər halda, Gəncədə baĢ verən zəlzələnin 150 minədək Ģəhər sakinini
məhv etdiyin i irəli sürürlər. Bu rəqəmlər, təqribi olsa da, Gəncənin əhəmiyyətini və
gurluğunu bir daha təsdiq edir. Qeyd edilməlidir ki, bu zəlzələ zaman ı da gürcü
hökmdarı David in oğlu I Demetre (1125-1158) Ģəhərin ağır vəziyyətindən istifadə
edərək, Gəncəyə basqın etmiĢdi. O, Ģəhərin sağ qalmıĢ sakin lərini soyub -taladıqdan
və bir qismin i qırıb-çatdıqdan sonra min lərlə əsir götürmüĢ, indi də bir tayı Kutaisi
yaxınlığındakı Gelati monastırında saxlanılan məĢhur Gəncə qapıların ı da özü ilə
aparmıĢdı. Ço x keçmədən soltanın caniĢini Qara Sunqurun tələsik gəlmiĢ qoĢunları
gürcüləri darmadağın edərək, Ģəhərdən çıxarmıĢdılar. Öz qoĢunları ilə gəncəlilərə
qoĢulmuĢ caniĢin onlarla birlikdə dağılmıĢ qala divarlarını və Ģəhərin "əvvəlki
gözəlliy ini" bərpa edə bilmiĢdi. Nəticədə, xarabalıqlar içərisindən baĢ qaldıran
Gəncə özünün əvvəlki həĢəmətini geri qaytararaq, yenidən Azərbaycanın ən iri Ģəhər-
lərindən birinə çevrilmiĢdi.
O dövrün ən mühüm feodal Ģəhərlərindən olan Təbriz də 1042-ci ildə baĢ vermiĢ
zəlzələdə 40-50 min sakinini və gözəl binalarını itirsə də, çox keçmədən yenidən
bərpa edildi. Bu təbii fəlakətdən cəmi dörd il sonra Təbrizə gəlmiĢ səyyah Nasir
Xosrov onun artıq böyük və abad bir Ģəhər olduğunu təsdiq edirdi.
Rəvvadilər dövləti zamanı Təbriz yeni sülalənin paytaxtı oldu; bu isə Ģəhərin
sürətli inkiĢafı üçün əlveriĢli Ģərait yaratdı. BaĢqa Azərbaycan Ģəhərlərindən daha
qüdrətli müdafiə sisteminə malik olan bu möhkəmləndirilmiĢ Ģəhər qalın divarlarla
əhatə olunmuĢ, burada qəsrlər və müxtəlif binalar ucaldılmıĢdı. ġəhərdə bir neçə
mədrəsə, özündə və ətrafında ziyarətgahlar olduğu üçün, XI əsrin anonim müəllifinin
yazdığı kimi, buraya həmiĢə "çoxlu alim və zahidlər" axıĢırdı. Lakin Təbrizin daha
yüksək və sürətli inkiĢafı Eldənizlər dövrünə təsadüf edir. O, gözəl kərpic və gips evləri
olan gur Ģəhərə çevrilir. "Əcaib əd-dünya"nın müəllifi heyranlıqla yazırdı: "Eldənizin
mübarək dövründə əzəmətli görkəm almıĢ Təbriz paytaxt oldu, dünyanın hər yerindən
olan əcnəbilər burada məskən saldılar. Dünyada elə bir sənət yoxdur ki, Təbrizdə onunla
məĢğul olmasınlar". Tədqiqatlar təsdiq edir ki, bu dövrdə Təbriz Ģəhristanının sahəsi 200
ha-dan artıq, əhalisinin sayı isə 100 min nəfərdən çox idi.
Paytaxta və ya hər hansı sülalənin iqamətgahına çevrilən bu Ģəhərlər öz
iqtisadi inkiĢafında da baĢqa Ģəhərləri xeyli qabaqlayırdı. Belə Ģəhərlərdə hakimlərin
əsas hərbi qüvvələri cəmləĢdirildiyi üçün onlar daha yaxĢı qorunurdu. Ona görə də
352
ticarət və sənətkarlıqla məĢğul olan adamlar paytaxtlarda daha həvəslə məs -
kunlaĢırdılar.
Azərbaycanın belə Ģəhərlərindən biri müəyyən dövrdə Eldənizlərin əsas
Ģəhəri olmuĢ Naxçıvan idi. "Əcaib əd-dünya" əsərində bu Ģəhər ən böyük və abad
Ģəhərlərdən biri kimi təqdim edilir: "Naxçıvan Azərbaycanda böyük və gur Ģəhərdir,
yüksək yerdə yerləĢir, çox möhkəmdir. [Orada] çoxlu saray, köĢk və eyvanlar tikilib,
Ģəhərin yaxınlığında daĢdan qala ucaldılıb, qalada isə mədrəsə və məscid tikiblər.
...Deyirlər ki, yer üzündə bundan abad Ģəhər yoxdur. Eldənizin mübarək zamanında
Naxçıvan böyük həĢəmət sahibi oldu". ġübhəsiz, Naxçıvanın mühüm beynəlxalq
ticarət yolları qovĢağında yerləĢməsi də Ģəhərin iqtisadi inkiĢafı üçün əlveriĢli Ģərait
yaradırdı.
Bu dövr Azərbaycanının iri Ģəhərlərindən olan Marağa, Ərdəbil və ġamaxıda
sosial tərkibi əsasən tacir və sənətkarlardan ibarət on minlərlə əhali yaĢayırdı. O vaxt
ġirvanın baĢ Ģəhəri sayılan ġamaxı Azərbaycanın çiçəklənən və abad Ģəhərlərindən idi.
Onun qala divarları içərisindəki ərazisi 90 hektardan artıq sahən i tuturdu. Alimlərin
fikrincə, qaladan kənardakı məhəllələrlə birlikdə Ģəhərdə o zaman təxminən 100 min
nəfərdən çox sakin ola bilərdi.
1192-ci ildə baĢ vermiĢ dağıdıcı zəlzələ ġa ma xının sürətli inkiĢafına ara verdi.
"Tacdarların tarixi və tərifi" adlı gürcü qaynağı gürcü sarayı əyanlarından birinin dili ilə
bu təbii fəlakəti belə təsvir edir: "...Yerin lərzəsi ġamaxı Ģəhərinin divar və qalalarını
sarsıdıb dağıtdı, orada olanların hamısı heç olub getdi. ġirvanĢahın arvadı və uĢaqları da
həlak o ldular".
Ərəb dövrünün mühüm Ģəhərlərindən biri olan Beyləqan b u dövrdə də
Azərbaycanın böyük ticarət-sənətkarlıq mərkəzi idi. IX yüzildə baĢ verən hadisələr
nəticəsində Muğan düzündə yerləĢən, indi ġəhriyar abidələri kompleksi adlanan Ģəhər
və qalaların tənəzzül edib aradan çıxması, X yüzilin ortalarında rus basqınından sonra
dağılmıĢ Bərdənin öz əvvəlki mövqe və əhəmiyyətini itirməsi, əvvəllər də mühüm
Ģəhər olan Beyləqanın mövqeyini daha da möhkəmləndirir. Zəkəriyyə əl-Qəzyin inin
"Arran ölkəsində məĢhur böyük Ģəhər" adlandırdığı Beyləqan həmin dövrdə öz vəziy-
yəti ilə baĢqa Azərbaycan Ģəhərlərindən seçilirdi. XII əsrin əvvəllərində buradakı
Səlcuq valilərinin hakimiyyəti o dərəcədə zəifləmiĢdi ki, Beyləqan demək olar ki,
onların nəzarətindən çıxaraq, mu xtariyyət əldə edə bilmiĢ vilayət Ģəhərinə çevrilmiĢdi.
Atabəy Əbubəkrin və xüsusilə Özbəyin dövründə Beyləqanda böyük tikinti iĢləri
aparılması haqqında "Əcaib əd-dünya" əsərində maraqlı məlu mat vardır. Bu məlu mata
görə, Ģəhərdə "çoxlu saray və köĢklər tikildi. KeçmiĢlərdə bu Ģəhərdə su yox idi,
Ģəhər əhalisi bundan çox əziyyət çəkirdi, [indi] buraya Arazdan bir neçə arx axıd ılır".
Qədim Ģəhər yerində aparılmıĢ arxeoloji qazıntılar sübut edir ki, XI-XIII əsrin
əvvəlləri, bu mühüm iqtisadi mərkəzin ən yüksək çiçəklənmə dövrü olmuĢdur. Burada
uzun illər arxeoloji araĢdırmalar aparmıĢ professor Qara Əhmədovun əldə etdiyi
nəticəyə görə, Beyləqan Ģəhristanında o vaxtlar təqribən 3720 ev olmuĢdur, bu isə
təqribən 20 min əhali deməkdir. Əgər Ģəhərin ribat hissəsində də əhalinin kifayət
353
qədər sıx yerləĢdiyini nəzərə alsaq, tədqiqatçının müəyyənləĢdirdiyi kimi, o dövrdə
ətrafı ilə birlikdə Beyləqanda təqribən 40 min adam yaĢadığını demək olar. Arxeoloji
qazıntılarla təsdiq edilən mənbələr (Məsud ibn Namdar və b.) sübut edir ki, XI-XIII
əsrin əvvəllərində Beyləqanda çoxlu yaĢayıĢ binaları ilə yanaĢı, karvansaralar, mədrəsə
və məscidlər, bazarlar və s. vardı. Arxeoloqlar aĢkarlaĢdırmıĢlar ki, digər orta əsr
Ģəhərlərində olduğu kimi, buranın da küçələrinin çoxu dar və əyri-üyrü olsa da, Ģəhərin
üzbəüz yerləĢmiĢ Ģimal-qərb və cənub-Ģərq qapılarını birləĢdirən düz küçə bütün
Beyləqanı kəsib keçirdi.
ġəhər divarlarının bayır tərəfində indi də xarabalıqları qalan bir neçə kiçik
qala, əzəmətli M il-M inarə məscid-mədrəsə kompleksi və onun ətrafındakı
məqbərələrlə yanaĢı, Ģəhər sənətkarlarının yaĢayıĢ evləri də vardı. Arxeoloji qazıntılar
Beyləqan divarlarının XI-XIII əsrin əvvəllərində Ģəhərin qala hissəsindən yalnız qərbə
doğru təqribən 3 km məsafədə uzandığını təsdiq edir.
X əsrin ortalarından etibarən öz əvvəlki əhəmiyyət və qüdrətini itirməyə
baĢlamıĢ Bərdənin tacir və sənətkarlarının çoxu Gəncə və Beyləqana köçür, Bərdə isə
kiçik Ģəhərə çevrilir. Bir vaxtlar çiçəklənən Ģəhərlər cərgəsində adları çəkilən Urmiya,
Mərənd və Səlmas da bu dövrdə Bərdə kimi tənəzzül keçirirdi. Həmin vaxtlar bu
yerlərdə olmuĢ Yaqut əl-Həməvi, məsələn, "gözəl, hər cür ərzaqla bol olan" Urmiya
Ģəhərində gördüyü acınacaqlı vəziyyəti hakimiyyətdə olan atabəylərin qayğısızlığı ilə
əlaqələndirirdi.
Lakin Bərdə kimi iri və bəzi orta kiçik Ģəhərlərin çox vaxt hərbi-siyasi amillər
üzündən baĢ verən bu tənəzzülü Ģəhər həyatının ümumi inkiĢaf meylini dayandıra
bilmədi. ĠnkiĢafa səbəb olan sosial-iqtisadi amillər vaxtaĢırı baĢ verən neqativ hərbi-
siyasi aktları xeyli dərəcədə neytrallaĢdırdı, Ģəhərlərin inkiĢafı üçün əlveriĢli Ģərait
yaratdı. Belə ki, məhz bu dövrdə Xəzər dənizinin mühüm limanı, müsəlman
dünyasının sərhədi olan Dərbənd burada baĢ verən siyasi çəkiĢmələrə baxmayaraq,
Yaxın ġərqin mühüm Ģəhərlərindən biri olmaqda idi. Xəzər vasitəsilə aparılan
ticarətin çox hissəsi bu Ģəhərdə mərkəzləĢmiĢdi. Ticarət isə Dərbənd hakim
dairələrinin əsas gəlir yeri, "onların siyasətə hakim təsirinin mənbəyi" idi.
Bakı, bu dövrün ilk çağlarında kiçik Ģəhər olsa da, ticarət-sənətkarlıq mərkəzi
kimi az rol oynamırdı. Mənbələrin məlumatına görə, hələ ərəb iĢğalının ilk dövrlərində
neft və duzdan böyük gəlir götürülən bu yerdən təkcə Azərbaycana deyil, həm də
Yaxın və Orta ġərqin bir çox ölkələrinə neft və duz göndərilirdi. Arxeoloji qazıntılar
XI-XII əsrlərdə Qəbələ, ġabran, Bakı və baĢq a Azərbaycan Ģəhərlərinin intensiv
təsərrüfat həyatını təsdiqləyir. 1192-ci ildə baĢ vermiĢ ġamaxı zəlzələs indən sonra
ĢirvanĢah I Axsitanın iqamətgahına çevrilmiĢ Bakı XII əsrin sonu XIII əsrin
əvvəllərində feodal çiçəklənmə dövrünü keçirirdi. ġirvanĢahlar Ģəhəri bir sıra müdafiə
qurğuları ilə möhkəmlətdilər. Mənbələr bu dövrdə möhkəm qala divarları ilə əhatə
edilmiĢ Bakını ġərqin mühüm Ģəhəri, alınmaz qala kimi təsvir edirlər. Bu fikri
təsdiqləyən böyük Ģair Əfzələddin Xaqani ĢirvanĢah Axsitanı mədh etdiyi qəsidəsində
müdafiə qurğuları sistemində Qız qalası kimi nadir abidəsi olan Bakını, Xorasanın o
354
zaman ġərqdə möhkəmliyi ilə məĢhur olan Bistam Ģəhəri ilə müqayisə edir.
Tariximizin bu dövründə ölkənin iqtisadi həyatında böyük rol oynamıĢ onlarla
kiçik Ģəhərlər var idi: Miyanə, Xalxal, Kağazkunan (Xunəc), Əhər, Sərab, Unar,
Cəbrəvan, ġiz, UĢnuh, Dəhhərrəqan, Bərzənc, ġəmkir, ġəki və b. Əvvəllər olduğu kimi,
bu dövrdə də feodal Ģəhərləri yarımaqrar xarakterli idi. Bağçılıq və heyvandarlıq
kiçik Ģəhərlərin çoxunun iqtisadiyyatında mühüm rol oynayırdı. Bu tipli Ģəhərlərin
bəzilərində (Səlmas, Sərab, Xalxal və b.) sənətkarlıq məhdud xarakterli və yalnız
yerli əhəmiyyətli idi. Elə Ģəhərlər də vardı ki, burada sənətkarlıq və aqrar təsərrüfat
eyni səviyyədə idi. Urmiya, UĢnuh, Mərənd, Unar və baĢqaları belə Ģəhərlərə aid idilər.
Aqrar təsərrüfatın və bununla bağlı kəndlilərin üstünlük təĢkil etdikləri bu yaĢayıĢ
məskənlərinin Ģəhər adlanması çox vaxt onların müəyyən inzibati vahidlərin mərkəzi
olması ilə əlaqədar idi.
Bütövlükdə götürdükdə, tariximizin XII yüzilində Ģəhər həyatının səviyyəsi
özünün bütün orta əsrlər tarixi ərzində ən yüksək mərhələsinə çatır. Kənd əhalisinə
nisbətdə Ģəhər əhalisinin xüsusi çəkisi haqqında əldə olan müqayisəli məlumat göstərir
ki, bu nisbət həmin dövrdə Qərb ölkələrində olduğundan xeyli yüksək olub, təxminən
30-40 % təĢkil edirdi.
XI – XII əsrlərdə Azərbaycan Ģəhərlərinin inkiĢafı qeyri – bərabər Ģəkildə baĢ
verirdi. Arasıkəsilməz feodal ara çəkiĢmələri və müharibələri bu və ya digər Ģəhərlərin
xeyli dağılmasına səbəb olur, Ģəhər həyatının inkiĢaf sürətini ləngidirdi. Belə vəziyyət
xüsusən də XII əsrin sonu, XIII əsrin əvvəlləri üçün səciyyəvi idi. Feodal
pərakəndəliyinin güclənməsi və Eldənizlərin hakimiyyətinin zəiflən məsi ilə əlaqədar
xarici hücumlar, xüsusilə gürcü hökmdarının və xarəzmĢahın qoĢunlarının basqınları
tez- tez baĢ verməyə baĢladı.
Bu dövrdə Azərbaycanda öz alınmazlığı və qüdrəti ilə ad çıxarmıĢ, xarici
iĢğalçıların hücumunun əks edilməsində böyük rol oynamıĢ çoxlu qala vardı. Bunlardan
atabəylərin xəzinəsi saxlanılan Əlincə qalasını, Gəncənin 40 km Ģərqində yerləĢən
ġuturu, eləcə də mənbələrdə adları çəkilən Ruindeji, Talanı, Qoturu, Dizmarı, ġahini,
ġəmiranı, Firuzabadı, Uçanı və b. göstərmək olar.
355
XIV FƏSĠL
Dostları ilə paylaş: |