TarġXĠ III-XIII əsrin I rübü


§ 8. AZƏRBAYCAN ATABƏYLƏRĠ DÖVLƏTĠNĠN



Yüklə 5,02 Mb.
Pdf görüntüsü
səhifə34/45
tarix14.01.2017
ölçüsü5,02 Mb.
#5612
1   ...   30   31   32   33   34   35   36   37   ...   45
§ 8. AZƏRBAYCAN ATABƏYLƏRĠ DÖVLƏTĠNĠN 

SÜQUTU VƏ ONUN XARƏZMġAH CƏLALƏDDĠN 

MANQBURNI TƏRƏFĠNDƏN ĠġĞALI 

 

Monqolların  birinci  yürüĢləri.  XarəzmĢah  Məhəmməd in  hakimiyyətinə 

və  onun  dövlətinə son  qoyan  monqollar  1221-ci  ilin  yanvarında  Cəbe-noyanın və 

Subutay-bahadırın  baĢçılığ ı  ilə  Xorasan  və  Ġraqi-Əcə mdən  keçərə k,  Azərbaycan 

ərazisinə  soxu lurlar.  Yo l  boyu  qarĢılarına  çıxan  Ģəhər  və  kəndləri  viran  və  talan 

edən  monqol  qoĢunları  Azərbaycan  atabəyi  Özbəyin  iqamətgahı  yerləĢən  Təbriz 

Ģəhərinə  yetiĢirlər.  Vəziyyətin  ağırlığ ını  dərk  edən  atabəy,  monqollarla  saziĢə 

girmək  qərarına  gəlir.  Monqolların  tələbi  ilə  Özbək  xarəzmĢah  Məhəmməd in 

Təbrizdə  saxladığ ı  xarəzmlilərdən  ibarət  qarnizonun  döyüĢçülərini  onlara  təslim 

edir; bununla yanaĢı təzminat olaraq pul, paltar və mal-qara da göndərir. 

Təbrizdən  əl  çəkən  monqollar  Muğandan  keçərək  Arrana,  oradan  isə 

Gü rcüstana  doğru  hərəkət  edirlər.  Gürcü ləri  monqol  hücumundan  xəbərdar  etmək 

istəyən,  lakin  onların  Azərbaycana  və  qonĢu  vilayətlərə  bir  qədər  əvvəlki 

yürüĢlərini  hələ  də  unutmayan  atabəy  Özbək  gürcü  hökmdarı  IV  Georgiyə  məktub 

yollayaraq, onu birlik və dostluğa çağırır: "Bundan sonra biz bir-birimizə kö mək edib, 

əl  tutmalıyıq.  Yetər  bu  dağıntılar,  ölümlər  və  fəlakətlər",  -deyə yazır.  Lakin  keçmiĢ 

rəqiblər  arasında barıĢıq  və  monqollara  qarĢı  birgə  hərəkət  haqqında  razılıq  yalnız 

Tiflis yaxın lığ ında 10  minlik gürcü qoĢunu darmadağın edildikdən, neçə-neçə Arran, 

Gürcüstan Ģəhər və kəndləri monqollar tərəfindən viran qoyulduqdan sonra əldə edilir. 

Monqollara  qarĢı  ittifaq  yaratmaq təklifi  Xilat  və  əl-Cəzirə  hakimlərinə  də  edilir.  Bu 

danıĢıqlardan  xəbər  tutan  monqollar  yenidən  Gürcüstan  və  Arrana  hücum  edirlər. 

Atabəy  Özbəyin  Arrandakı  caniĢini  məmlük  Nəsir  əd-Din  Ağ  QuĢ  türklərdən  və 

kürdlərdən ibarət qoĢunu ilə monqolların tərəfinə keçir. DüĢmən qarĢısında tək qalmıĢ 

gürcülər darmadağın edilirlər. 

Bundan  sonra  yenidən  Azərbaycan  ərazisinə  qayıdan  monqollar  bir  daha 

Təbrizə hücum edirlər; lakin Ģəhər əhalisi bu dəfə də təzminat verməklə Ģəhərin iĢğalının 

qarĢısını  alabilir.  1221-ci  ilin  martında  Özbəyin  oğlu  XamuĢun  arvadı  Sülafə  xatuna 

mənsub  olan  Marağa  Ģəhəri  mühasirə  edilir.  Ağır  mühasirəni  saxlaya  bilməy ən 

marağalılar  göstərdikləri  rəĢadətə  baxmayaraq  məğlub  edilir,  Ģəhər  dağıdılır, 

müdafiəçilər qılıncdan keçirilirlər. 

Marağanı ələ  keçirdikdən sonra  monqollar  Suriya hüdudlarına  tərəf  hərəkət 

edir,  daha  sonra  Həmədana  doğru  çəkilərək,  Ģəhəri  dağıdır,  əhalisini  məhv  edir  və 

yenidən Azərbaycana soxularaq, yolları  üstündə yerləĢən  Ərdəbil  Ģəhərini darmadağın 

edirlər.  Monqol  mühasirəsi  ərəfəsində  Ərdəbildə  olan  Yaqut  əl-Həməvi  bu  hadisə 

haqqında belə yazırdı:  "Mən  gedəndən sonra tatarlar  (monqollar)  onlara  hücum  edib, 

camaatı qırmıĢdılar.  Onlarla  ərdəbillilər arasında  döyüĢlər  oldu,  əhali  özünü  çox  yaxĢı 

müdafiə edirdi və iki dəfə tatarları özlərindən uzaqlaĢdıra bildilər. Lakin tatarlar üçüncü 

dəfə oraya qayıtdılar, zəif düĢmüĢ Ģəhər əhalisi üzərində qələbə çaldılar və oranı zorla 


327 

 

iĢğal  etdilər.  Tatarlar  müsəlmanların  üstünə  düĢüb,  onları  öldürdülər.  Əhalidən 



tatarların gözünə dəyən heç kəs Ģəhəri tərk edə bilmədi. [Yalnız] gizlənənlər canlarını 

qurtara  bildilər.  Tatarlar Ģəhəri tamam dağıdıb, sonra çəkilib getdilər. ġəhər bir müddət 

belə dəhĢətli xaraba vəziyyətdə, adamsız qaldı...". 

Ərdəbili dağıdan monqollar, yenidən Təbrizə yaxınlaĢdılar. Bu  zaman atabəy 

Özbək artıq Ģəhəri tərk etmiĢ, oğlu XamuĢun sahiblik etdiyi Naxçıvana çəkilmiĢdi. 

Təbriz Ģəhəri  rəisi  ġəmsəddin ət-Tuğraidən haqq  alan  monqollar, bu  dəfə  də 

Ģəhərə toxunmadan oradan Saraba yollanır, buranı dağıdıb qarət edir, sonra isə Naxçıvana 

doğru hərəkət edirlər. RəĢidəddinin verdiyi məlumata görə, monqollar Naxçıvanı da viran 

və  talan  etməyə,  əhalisini  qırmağa  baĢlayırlar;  yalnız  Naxçıvan  hakimi  XamuĢun 

monqollara boyun əyməsi qırğının dayandırılmasına səbəb olur. 

Bundan  sonra  monqol  dəstələri  yenidən  Arran  Ģəhərlərinə  hücum  edərək,  qısa, 

lakin ağır mühasirədən sonra Beyləqanı iĢğal edib, əhalisinin çoxunu qılıncdan keçirirlər. 

Buradan  monqollar  Gəncəyə  doğru  hərəkət  edirlər.  Dövrün  tarixçiləri  monqolların  bu 

hücumu  barədə  ziddiyyətli  məlumat  versələr  də,  görünür,  Ġbn  əl-Əsirin  gəncəlilərin 

təzminatla canlarını qurtarmaları barədəki məlumatı həqiqətə daha uyğundur. Tarixçinin 

yazdığına  görə  "Ģəhər  müdafiəçilərinin  çoxluğundan,  onların  gürcülərlə  daimi 

mübarizədə əldə etdikləri dəyanətdən, qala divarlarının keçilməzliyindən xəbər tutan" 

monqollar  Gəncəni  tııtmaq  fikrindən  daĢınırlar.  Buradan  onlar,  bütün  1221-ci  il  ərzində 

üçüncü  dəfə  Gürcüstana  hücum  edirlər;  gürcü  əsgərlərinin  göstərdikləri  hünərə 

baxmayaraq, bu dəfə də onlar monqollar tərəfindən basılırlar. 

Dərbənd  keçidi  vasitəsilə  ġimali  Qafqaza  doğru  hərəkət  etmək  istəyən 

monqollar  Gürcüstan hüdudlarını arxada qoyub,  ġirvan ərazisinə daxil  olur  və  ġamaxı 

Ģəhərini mühasirəyə alırlar. Salnaməçinin yazdığına görə, Ģəhərin qalın divarlarını dəf edə 

bilməyən monqollar, çoxlu mal-qara öldürərək, onların leĢlərindən qalaq düzəltdilər və 

bu yolla Ģəhərə daxil olmağa cəhd göstərdilər. 

ġamaxılılar üç gecə-gündüz düĢmənə müqavimət göstərirlər. Üç gündən sonra 

çürüməyə baĢlayan leĢlər çökməyə baĢladıqları üçün monqolların hücumları da zəifləyir. 

Lakin  Ģəhər  əhalisinin  də  artıq  müqavimətə  halı  qalmamıĢdı.  Beləliklə,  göstərilən 

rəĢadətə baxmayaraq, ġamaxı iĢğal olunub dağıdılır, Ģəhər müdafiəçilərinin və əhalisinin 

çoxu məhv edilir. 

Buradan  Dərbəndə  doğru  hərəkət  edən  monqol  qoĢunları,  ilk  uğursuzluğa 

baxmayaraq,  nəhayət  ikinci  dəfədə  hiylə  ilə  keçidi  aĢa  bilirlər.  Bununla  monqolların 

kəĢfiyyat  xarakterli  birinci  yürüĢü  baĢa çatır.  Azərbaycan  əhalisinə  olmazın  fəlakət, 

Ģəhər  və  kəndlərinə  böyük  dağıntılar  gətirsə  də,  bu  yürüĢ  nə  Atabəylərin,  nə 

ġirvanĢahların,  nə  də  Azərbaycan  ərazisində  mövcud  olan  baĢqa  qurumların 

hakimiyyətlərini sarsıda bilir. 



Qıpçaqların  və  gürcülərin  Azərbaycandakı  əməlləri.  Monqol 

yürüĢlərinin  dağıdıcı  təsiri  aradan  götürülməmiĢ,  azərbaycanlılar  yeni  qüvvə  ilə 

üzləĢməli oldular. Bu, monqol təhlükəsinin dərbədər saldığı əlli  minlik qıpçaq eli idi. 

Dövrün  qaynağı  xəbər  verir  ki,  monqol  hücumundan  sonra  qıpçaqların  bir  hissəsi 



328 

 

dağlara, bir hissəsi rus torpaqlarına, bir hissəsi isə Dərbəndə üz tutdu. Dərbənd civarına 



gəlmiĢ  qıpçaqlar,  Dərbənd  əmirinə  iki  dəfə  elçi  göndərərək,  xid mətləri  müqabilində 

onlara  bu yerlərdə  məskunlaĢmaq üçün  torpaq  verilməsini  xahiĢ etmiĢ,  lakin hər dəfə 

rədd cavabı almıĢdılar. Ġbn əl-Əsirin məlumatına görə, onda qıpçaqlar hiylə ilə Dərbəndi 

tutub, o zaman gürcülərin əlində olan Qəbələni iĢğal  etmək istədilər. Lakin buna nail 

ola  bilməyib,  Ģəhər  ətrafını  zəbt  edib,  Gəncəyə  tərəf  hərəkət  etdilər.  Bu  za man 

Gəncədə əmir olan QaĢ-Qara əvvəlcə onlara qarĢı çıxmağa cəhd göstərdisə də, danı-

Ģıqdan  sonra  qıpçaq  çadırlarının  Gəncə  ətrafında  qurulmasına  icazə  verdi.  Əmirin  bu 

tədbiri  qıpçaqların  baĢçısının  xələtlə  mükafatlandırılmasını  əmr  edən  atabəy  Özbəyin 

də xoĢuna gəldi. 

Lakin  dinclik  bu yerlərdə uzun sürmədi.  Monqol  hücumundan sonra az-çox 

özünə  gəlmiĢ  gürcülərin  Gəncəyə  yeni  hücumu  xəbərini  alan  əmir  QaĢ-Qara 

qıpçaqların  qüvvəsindən  istifadə  etmək  qərarına  gəldi.  Lakin  onların  Gəncə 

civarlarında  törətdikləri  pozğunçuluq  hərəkətləri  əmir  QaĢ-Qaranın  qıpçaqları 

qovmasına, Arranın müsəlman və qeyri-müsəlman əhalisinin isə onları hər yerdə, xüsu-

silə ġirvanda təqib etməsinə səbəb oldu. Qıpçaqların ġirvanda darmadağın edilməsində 

xüsusi  fəaliyyət  göstərən  gürcülər  1222-ci  ildə,  bir  il  əvvəl  monqolların  viran 

qoyduqları  Beyləqana hücum  etdilər. Dövrün müəlliflərinin yazdığına görə, gürcülərin 

bu Ģəhərdə törətdikləri əməllər onları heç də monqollardan geri qoymurdu. 

1225-ci  ildə  yenidən  Gəncə  yanında  görünən  gürcülər  Ģəhəri  mühasirə 

etdilər,  lakin  dəf  edilərək,  geri  oturduldular.  Onların  yeni  hücumu  Ġraqın  bir  sıra 

yerlərində, o cümlədən Bəsrədə xəlifə qoĢunlarını darmadağın edən, Bağdad ətrafına 

hücum  çəkərək,  əhalini  var-yoxdan  çıxaran  xarəzmĢah  Cəlaləddin  Manqburnının 

Azərbaycan ərazisinə yürüĢü ilə dayandırıld ı.  

Cəlaləddin  Manqburnının  Azərbaycana  yürüĢü.  Azərbay-can  Atabəyləri 

dövlətinin süqutu.  Monqolların dağıtdığı  XarəzmĢahlar  dövləti  süqut etsə  də, soltanın 

oğlanları  atalarının dövlətinin  bir  hissəsi  olan  ölkələrin  ərazisinə  sahib  çıxdılar.  Fars 

Ġraqını  tutmuĢ  ġahzadə  Qiyasəddin  PirĢah  1224-cü  ildə  atabəy  Özbəyin  zəifliyindən 

istifadə edərək, ona alçaldıcı sülh bağlatdırıb, hətta atabəyin bacısı  Cəlaliyyə  ilə evlənirsə 

də,  bu  müvəffəqiyyəti  qoruyub  saxlaya  bilmir.  Məhz  bu  zaman  onun  qardaĢı  Cəlaləddin 

XarəzmĢahlar dövlətinin monqollar tərəfindən məhv edilməsində günahkar saydığı xəlifə 

ən-Nasiri  cəzalandırmaq  üçün  (mənbələrin  məlumatına görə,  monqolların  XarəzmĢahlar 

dövlətinə  hücumu  xəlifə  ən-Nasirin  Çingizxanla  yazıĢmasından  sonra  baĢ  vermiĢdi) 

Bağdada  yürüĢ  edir.  Səfər  zamanı  DəməĢq  hakiminə  yazdığı  məktubunda  Cəlaləddin 

xəlifənin  Ģəxsi  günahının  gerçək  olduğunu  belə  bildirirdi:  "...müsəlmanların  həlak 

olmasının,  atamın  ölümünün  və  kafirlər  tərəfindən  islam  məmləkətlərinə  basqınlar 

edilməsinin səbəbkarı odur". 

Xəlifə  qoĢunlarını  darmadağın  edən  Cəlaləddin  12  gün  Bağdad  ətrafında 

qaldıqdan sonra, mənbələrin məlu matına görə, qoĢununun  baĢını  Azərbaycana tərəf 

döndərir. 

Azərbaycanda  Cəlaləddinə  ilk  tabe  olan  Ģəhər  Marağa  olur.  Tarixçi  ən-



329 

 

Nəsəvinin yazdığına görə,  monqollara qarĢı yeganə  layiqli rəqib hesab olunan Cəlaləddinə 



Marağa sakinləri özləri  xəbər göndərmiĢ, onları "dövlətin hörmətli ağa və xanımlarının 

yaratdıqları  baĢlı-baĢınalıqdan  törənmiĢ  biabırçı  zülmdən",  eləcə  də  "caynaq larını 

Marağaya keçirmiĢ" gürcülərin qəsdindən qurtarmağa dəvət etmiĢdilər. Beləliklə, 1225-

ci  ilin  may  ayında Marağa  müqavimət göstərmədən  Cəlaləddinə tabe olur.  Marağada 

olarkən,  o,  Koniya soltanına, əl-Cəzirə,  DəməĢq və Misir  hakimlərinə  məktub  göndə-

rərək, Azərbaycanı artıq fəth etdiyini, Gürcüstanı tutmağa hazırlaĢdığını bildirir. 

Bundan  sonra  Cəlaləddin  monqolların  viran  qoyduğu  Ucanı  keçərək,  Təbriz 

Ģəhərini  mühasirəyə  alır.  ġəhər  rəisi  Nizaməddin  ət-Tuğrainin  baĢçılıq  etdiyi  Təbriz 

müdafiəçiləri yeddi gün  xarəzmlilərə  qarĢı  vuruĢsalar  da,  onlarm  hücumlarını  dəf  edə 

bilmirlər.  1225-ci  ilin  iyun  ayının  25-də  atabəy  Özbəyin  hələ  xarəzmĢah  Marağada 

olarkən tərk etdiyi Təbriz Ģəhəri Xarəzm qoĢunları tərəfindən tutulur. 

Dövrün salnaməçi və tarixçilərinin (Ġbn əl-Əsir, ən-Nəsəvi, Cuveyni və b.) 

yazdığına  görə,  hələ  Marağada  olarkən  abadlıq  iĢ ləri  aparan  Cəlaləddin,  özünü 

ədalətli  hökmdar  kimi  təqdim  etməyə,  əhalinin  Ģikayətlərinə  baxmağa  çalıĢırdı. 

ġəhərin rəisi  Nizaməddin ət-Tuğrain i əvvəlki vəzifəsində saxlayan soltan, öz vəziri 

ġərəfəlmü lkü  də  Təbrizdə  qoyaraq,  Azərbaycana  hücum  məqsədilə  Dvin 

yaxınlığındakı Qarn i qalası yanında Ġvane M xarqrdzelinin baĢçılığı  ilə toplanmıĢ 60 

minlik  gürcü  qoĢununa  qarĢı  çıxır.  Cuveyninin  yazdığına  görə,  atabəy  Özbəyin 

hakimiyyəti  süqut  etdikdə,  gürcülər  Cəlaləddinin  ələ  keçird iyi  yerləri  tutmaq, 

"soltanı  oradan  qovub,  Təbrizə  sahib  olmaq"  fikrinə  düĢdülər;  "onlar  sonra 

Bağdada  yürüĢ  edib,  xəlifən in  yerində  öz  katolikoslarını  oturtmaq,  məscidləri 

kilsələrə çevirmək n iyyətində idilər". 

Lakin  Dvin i  ələ  keçirən  Cəlaləddin,  Qarn i  yanında  baĢladığı  vuruĢmada 

gürcüləri  məğlub  edir.  Onun  Gürcüstanın  hər  tərəfinə  göndərdiyi  qoĢun  dəstələri 

isə ölkəni viran və talan, əhalini əsir ed irlər. 

Elə  bu  vaxt,  vəzir  ġərəfəlmü lkün  böhtanı  nəticəsində  soltana  və  onun 

adamlarına  sui-qəsddə  günahlandırılan  Təbriz  Ģəhəri  rəisi  Nizaməddin  ət-Tuğrai 

edam  edilir,  onun  əmisi  ġəmsəddin  ət-Tuğrai  isə  zindana  salınır.  Ən-Nəsəvinin 

sözləri  ilə  desək,  "heç  kəsə  haqq-ədaləti  tapdalamaq"  imkanı  verməyən  bu 

"mö min"  Ģəxs  yalnız  1228-ci  ildə,  öz  haqsız  əməllərindən  peĢman  olmuĢ  soltan 

tərəfindən azad edilərək, yenidən Cəlaləddinin Təbrizdəki caniĢini təyin olunur.  

Dvin  yanındakı  döyüĢdən  sonra  Təbrizə  qayıdan  Cəla ləddin,  atabəy 

Özbəyin  kəbin li  arvadı,  özünün  Xoydakı  mü lkündə  qalmıĢ  Məleykənin  istəyi  və 

yalançı  Ģahidlərin  kö məyi  ilə  onunla  nikah  bağlayır.  Ən-Nəsəvinin  verdiyi 

məlu mata görə, Cəlaləddin, sonuncu Ġraq səlcuq soltanı III Toğrul ibn Arslanın q ızı 

olan  bu  qadının  mülklərinə  toy  hədiyyəsi  kimi  Xoydan  əlavə,  nahiyələri  ilə  bir-

likdə Səlmas və Urmiya Ģəhərlərini də qatır. 

Bundan  sonra  Tiflis  istiqamətində  hərəkət  edən  Cəlaləddin  yol  üstə  olan 

Beyləqan,  Bərdə,  Gəncə,  ġəmkir  Ģəhərlərin i,  eləcə  də  Bərdə  üə  Gəncə  arasında 

yerləĢən ġutur qalasını tutur. So ltanın bu yürüĢü ərəfəsində Gəncədə qalan atabəy 



330 

 

Özbək,  ondan  Gəncə  və  onun  nahiyələrinə  mü lkiyyət  hüququ  əldə  etsə  də,  çox 



keçmədən  Naxçıvan  yaxın lığ ındakı  Əlincə  qalasında  sığınacaq  tapır.  Torpaq-

larının  əldən  getməsinə  dözə  bilməyən  atabəyin  son səbri  Məleykənin  öz  razılığı 

ilə  soltanla  izdivacı  xəbərindən  tükənir.  Rəq ibinə  qarĢı  güc  iĢlətmək  iqtidarında 

olmayan atabəy bu xəbərdən sonra "baĢını yastığa qoydu, o saat  hərarəti qalxd ı və 

o, bir neçə gündən sonra vəfat etdi". 

Beləliklə,  atabəy  Özbəyin  1225-ci  ildə  baĢ  verən  ölümü  ilə  Azərbaycan 

Atabəyləri dövlətinə son qoyulur. ġəmsəddin Eldənizin övladlarına tabe olan bütün 

ərazilər  Azərbaycanda,  Arranda,  ġirvanda və  Gürcüstanda  ağalıq  edən  xarəzmĢah 

Cəlaləddin  Manqburnının  əlinə  keçir.  Atasının  ölümündən  sonra  atabəy  Özbəyin 

yeganə oğlu Qızıl Arslan XamuĢ Gəncəyə gələrək, soltana xid mət etmək istədiyini 

bildirir.  Mənbənin  məlu matına  görə,  "anadangəlmə  lal-kar  o lan",  buna  görə  də 

"XamuĢ" ləqəbini alan məlik, Marağanın və ona qonĢu qalaların (həmçin in məĢhur 

Ruindej  qalasının)  sahibəsi,  Ağsunqurilər  nəslindən  olan  Əlaəddin  Körpə  Arslan 

əl-Əh mədilin in  (1174-1208)  nəvəsi  Sülafə  xatuna  evlənmiĢdi.  Mənbələrdə 

(Cuveyni) onların oğlu,  monqol əmiri Arqunun Azərbaycandakı fəaliyyəti ilə b ağlı 

xatırlanan  atabəy  Nüsrətəddinin  də  adı  çəkilir.  Lakin  Azərbaycan  atabəyləri 

nəslinin  bu  iki  son  nümayəndəsi,  öz  qüdrətli  sələflərindən  fərqli  olaraq,  tarixin  

yaddaĢında qala biləcək heç bir ciddi addım ata b ilmədilər. 



Cəlaləddin  Manqburnının  Cənubi  Qafqazdakı  fəaliyyəti.  1226-cı  ildə 

atabəy Özbəyin  məmlükləri  Bəklik əs-Səd idi və  Seyfəddin Sunqurca soltana qarĢı 

çıxd ılar,  lakin  əvvəlcə  Xoy  yanında  basılıb  təslim  oldular,  sonra  isə  əfv  e dilərək, 

soltanın xid mətinə keçdilər.  Buna baxmayaraq, 1229-cu ildə atabəy Özbəyin baĢqa 

məmlü kləri ilə birlikdə onlar yenidən soltana qarĢı çıxaraq, ən-Nəsəvinin sözləri ilə 

desək, "əvvəlki sülaləni  (yəni, atabəyləri) bərpa etmək  istədilər". Təbriz yanındakı 

döyüĢdə  atabəyin  tərəfdarları  darmadağın  ed ild i;  qiyamın  əsir  düĢmüĢ  bir  neçə 

baĢçısı,  o  cümlədən  Bəklik  və  Nəsrəddin  Ağ  quĢ  çarmıxa  çəkildilər.  Elə  bu  vaxt, 

soltanın  yeni  hərəmi  Məleykəni  gö zü  götürməyən  və  onu  hər  hansı  yolla 

ləkələməyə  çalıĢan  vəzir  ġərəfəlmü lk,  bu  qadın ın  mərhu m  atabəyin  tərəfdarları 

arasında  Cəlaləddinə  qarĢı  təbliğat  apardığını  soltana  çatdırır.  Vəzirin  qəzəbini 

soyutmağa,  onun  böhtanlarından  qurtarmağa  çalıĢan  Məleykə,  cəhdlərinin  əbəs 

olduğunu anladıqda, kömək üçün Əyyubilərin Xilatdakı caniĢini hacib Hüsaməddin 

Əliyə müraciət edir. Buna cavab olaraq, hacib 1227-ci ilin yayında, Məleykənin mülkü 

olan  Xoyu  və  qonĢu  qalaları  tutur.  Mərəndlilərin  və  naxçıvanlıların  xahiĢi  ilə  bu 

Ģəhərləri  də  ələ  keçirən  hacib,  Cəlaləddinin  xəzinəsini  və  əsir  aldığı  vəzir  qızını 

götürüb, Məleykə ilə birlikdə Xilata qayıdır. Qorxudan Təbrizdə gizlənmiĢ  vəzirin özü 

isə  hacib  Hüsaməddin  Əli  getdikdən sonra  atabəy  Özbəyin tərəfdarlarının sığınacaq 

tapdıqları Azərbaycan qalalarını geri qaytarmağa cəhd edir. Qorxutma, pulla ələ alma 

və  b.  yollardan  istifadə  edən  vəzir  Təbrizdən  Ģimalda  yerləĢən  Dizmar,  Qırxsu 

çayının  yuxarılarında  yerləĢən  Qəhrəm,  eləcə  də  Qarabağın  Hərk  və  Cərəbərd, 

Marağanın Daradez qalalarını ələ keçirə bilir. Bundan sonra vəzir qoĢununun baĢını, ən-



331 

 

Nəsəvinin dediyinə görə, "var-dövlətlə  zəngin və  türkmanların  məskəni  olan"  Arrana 



tərəf çevirdi, Muğanda düĢərgə salıb, öz adamlarını haqq almaq  məqsədilə türkman 

tayfalarının  məskənlərinə  göndərdi;  vəzirin  əmrilə  vergi  verməkdən  imtina  edən 

Kücət  Arslan  elinin

1

  mal-qarası  Beyləqana  ötürülərək,  onun  adamları  arasında 



bölüĢdürüldü. 

Daha  sonra  ġərəfəlmülk  soltan  xəzinəsinə  təyin  olunmuĢ  50  min  dinar 

məbləğində  haqqı ödəməkdən boyun  qaçıran ĢirvanĢahı  cəzalandırmaq qərarına gəlir. 

Lakin  ġirvana  göndərilmiĢ   cəza  dəstələri  vaxtında  öz  ölkəsini  tərk  edə  bilmiĢ 

ĢirvanĢahla üzləĢmədən geri dönməli olurlar. 

Bundan  sonra  Azərbaycana  qayıdan  vəzir,  atabəy  Cahan  Pəhləvanın  qızı 

Cəlaliyyənin  mülkü  olan  Naxçıvanı  ələ  keçirmək  istəyir.  Lakin  onun  qoĢunu  Ģəhər 

müdafiəçilərinin  əzmini  qıra  bilmir,  özünü naxçıvanlıların  köməyinə çatdıran hacib 

Hüsaməddin  Əli  döyüĢ  meydanını  tərk  edərək,  ġəmiran  qalasında  gizlənən  vəziri 

əvvəl  Mərəndə,  oradan  isə  Təbrizə  qaçmağa  məcbur  edir.  Sonra  isə  Xoyu, 

Naxçıvanı,  Mərəndi  və  Cəlaləddinin  Azərbaycandakı  digər  mülklərini  ələ  keçirir. 

Lakin bu vaxt Ġraqdan qayıdan Cəlaləddin, vəzirin əldən verdiyi bütün nahiyələri geri 

qaytararaq,  1228-c i  ildə  Van  gölünün  Ģima l-Ģərqində  yerləĢən  Bərkəri  yanındakı 

döyüĢdə hacib  Hüsaməddin  Əlinin  ordusunu darmadağın edir.  Bundan sonra o,  atabəy 

Özbəyin  soltana  qarĢı  çıxıĢ  etmiĢ  digər  məmlükü  -  Balban  əl-Xalxalinin  sığındığı 

Firuzabad  qalasını  (Xalxal  vilayətində)  mühasirə edir. Təslim  edilmiĢ  Balban  əlindəki 

qalaları  Cəlaləddinə  təhvil  verməli  o lur.  Sonralar,  əvvəlcə  əfv  edilmiĢ,  sonra  isə 

yenidən hacib Hüsaməddin Əlinin tərəfində soltana qarĢı çıxmıĢ Balban həbs edilərək, 

soltanın əmrilə edam olunur. 

Elə  bu  vaxt  təqribən  50  min  qıpçaq  çadırı  Cəlaləddinin  xid mətinə  keçir. 

Soltan onların köməyilə Dərbəndi ələ keçirmək  istəyir. Lakin cəhd baĢ tutmur. Bununla 

belə,  vəzir  ġərəfəlmülk,  Kür  və  Araz  çayları  arasında yerləĢərək,  Xəzər sahili  boyunca 

uzanan.  ĢirvanĢaha  məxsus  məhsuldar  QuĢtasfı  (GuĢtasbi)  vilayətini  tuta  bilir.  Lakin 

vəzirin  səylərinə  baxmayaraq,  soltan  ĢirvanĢahın  digər  mülklərinin  onun  əlində 

qalmasını təsdiq edən fərman imzalayır. 

Həmin  il  soltan  Cəlaləddin  Gürcüstana  ikinci  böyük yürüĢünü  baĢlayır.  Gürcü 

hökmdarı  Rusudananın  cəhdlərinə  baxmayaraq,  baĢ  verən  qanlı  döyüĢ  xarəzmlilərin 

qələbəsi, Tiflisin yenidən alınması və qarəti ilə nəticələnir. 

Gürcü  qoĢunlarını  məğlubiyyətə  uğradan  soltan  ordusu  yalnız  il  yarımlıq 

mühasirədən  sonra,  1230-cu  ilin  aprelin  14-də  Xilatı  da  ələ  keçirə  bilir.  Lakin  bu 

müvəffəqiyyət  Cəlaləddinin  ətraf  yerlərin  hakimləri  arasındakı  siyasi  nüfüzunu 

möhkəmlədə bilmir. Əksinə, Cəlaləddini Kiçik Asiyanın, ġamın və ġimali Mesopotamiyanın 

bütün kiçik  xanədanları üçün təhlükə hesab  edən  və onunla  danıĢıqlarda  müvəffəqiyyət 

qazana bilməyən Koniya soltanı I Əlaəddin Keyqubad xarəzmĢaha qarĢı ittifaq yaradır.  

 

1

 Əvvəllər Xarəzmdə yaĢayan Kücət Arslan tayfası səlcuq yürüĢləri zamanı Ġraq, 



Ġran, Kiçik Asiya və Qafqazda məskən saldı.  

 


332 

 

 



DəməĢq,  Hims,  Xortabirt,  Hələb,  Məyyəfariqin  və  Bənyəs hakimləri  bu  birliyə  daxil 

olurlar. 

BirləĢmiĢ  qoĢunlarla  Cəlaləddin  ordusu  arasında  əsas  döyüĢ  1230-cu  ilin 

avqustun  10-da  Ərzincan  yaxınlığında,  Yəssə-Çəmən  dağı  ətəyində  baĢ  verir. 

XarəzmĢahın  ordusu  darmadağın  edilir.  Xilatda  sığınacaq  tapmıĢ  Calaləddin  az  sonra 

qoĢununun qalıqlarını A zərbaycana aparır. 

Soltan  Calaləddinin  məğlubiyyətindən  xəbər  tutan  Ələmut  ismaililərin in  

baĢçısı  III  Əlaəddin  Məhəmməd  (1221-1255)

1

 

xarəzmĢahın indiki zəifliyi haqqında 



monqolları xəbərdar edir. Bu xəbəri alan monqollar 1231-ci  ildə yenidən Azərbaycana 

hücum  edərək,  Azərbaycanın  planauyğun  iĢğalını  həyata  keçirir,  Marağa,  Təbriz  və 

baĢqa Ģəhərlərini tuturlar. 

BaĢının üstündə olan təhlükəni hiss edən Cəlaləddin kömək ümidini itirsə də, 

öz  köhnə  rəqiblərinə  -  ətraf  yerlərin  hakimlərinə  müraciət  edərək,  onları  monqollara 

qarĢı birləĢməyə çağırır. Lakin onun çağırıĢı cavabsız qalır. 

Monqollara  qarĢı  müqaviməti  təĢkil  etmək  iqtidarında  olmayan  ayrı-ayrı 

hakimlər  təzminatla  canlarını  qurtarmağa  çalıĢırdılar.  Ġbn  əl-Əsirin  yazdığına görə, o, 

"müsəlman  ölkələrinin  məliklərindən  bir  elə adam  görmür  ki,  monqollara qarĢı cəhada 

çıxmaq arzusunda olsun,  çünki onların  hər biri  öz  əyləncələri  və  oyunları  ilə,  təbəələ-

rinə  zülm  etməklə  məĢğuldurlar".  Məhz  elə  buna  görə  də,  Cəlaləd dinin  birləĢmək 

çağırıĢı  əks-səda  vermədi.  Hətta  Azərbaycanın  ayrı-ayrı  yerlərində  yerləĢdirilmiĢ 

xarəzmli  dəstələr  də  əhalini  talan  və  məhv  etməkdən  çəkinmirdilər.  Buna  görə də 

Cəlaləddin monqolların dərbədər saldığı döyüĢçülərini bir yerə toplamaq cəhdi  ilə çıxıĢ 

etdikdə,  Gəncə  əhalisi  vilayətdə  özbaĢınalıqlar  törədən  Xarəzm  qarnizonuna  qarĢı 

ayağa qalxdı,  xarəzmlilərin kəsilmiĢ baĢları Anan ərazisinə qədəm qoyan monqollara 

göndərildi. 

Hadisədən  xəbər  tutan  və  bir  neçə  min   xarəzmli  döyüĢçünü  toplaya bilən 

Cəlaləddin Qarqarçay vadisində düĢərgə salır. Monqol qoĢunu baĢçısı Çormaqun-noyon 

soltana  elçi  yollayaraq, təslim  olmasını  tələb  edir.  Monqol  elçisini  öldürmək  əmrini 

verən  Cəlaləddin  qoĢununu  xarəzmlilərə  qarĢı  mübarizəni  davam  etdirən  gəncəli 

Bəndərin  qiyamını  yatırmaq  üçün  Gəncəyə  göndərir.  Qiyamçıların  dinc  yolla  tabe 

edilməsi cəhdləri heç bir nəticə vermir. ġəhərə daxil olan və qiyamçıları amansızlıqla 

cəzalandıran soltan, Bəndər baĢda olmaqla otuz qiyamçını edam etdirir. 

Cəlaləddin  Gəncədə  olduğu  müddətdə,  ən-Nəsəvinin  yazdığına  görə, 

"aramsız  olaraq"  Xilat  hakimi  əl-Məlik  əl-ƏĢrəfdən  kömək  tələb  edir,  lakin  Gəncədə 

17  gün  qaldıqdan  sonra  köməyin  gəlməsini  gö zləmədən  öz  dəstəsilə  Xilat 

istiqamətində  hərəkət  edir.  Nəhayət,  Misirə  qaçaraq,  orada  hadisələrin  nəticəsini 

gözləyən  Xilat  hakimindən  əlini  ü zən  Cəlaləddin,  Amidin,  Mərdinin  və  b. yerlərin 

hakimlərinə üz tutur.  

 

1

  1257-ci  ilədək  mövcud  olan  bu  Ġsmaililər  dövləti  monqollar  tərəfindən  süquta 



yetirilmiĢdir. 

333 

 

Onlardan  da  heç bir soraq  almayan  qəzəblənmiĢ  soltan  Ərzincana,  Malatyaya və  b. 



Ģəhərlərə qarətçi dəstələr göndərir. 

Monqollara qarĢı  ittifaq yarada  bilməyən  Cəlaləddin  Kiçik  Asiyanı  tərk  edib, 

dolama  yolla  Ġsfahana  qayıtmaq  qərarına  gəlir.  Lakin  Məyyafariqin  yaxınlığında 

monqollar soltan düĢərgəsini  mühasirəyə alırlar.  Ağır  döyüĢdən sonra öz  silahdaĢları 

tərəfindən də tərk edilmiĢ  soltan dağlara qaçır;  1231-ci  ilin  avqustunda  Məyyafariqin 

əyalətinin Eynbər kəndi yaxınlığında kürdlər tərəfindən tutulan soltan qətlə yetirilir. 

Soltan  Cəlaləddin  Manqburnının  ölümü  ilə  b ir  ço x  ölkələrə,  o  cümlədən 

Azərbaycana monqol müdaxiləsinin qarĢısını alan maneə aradan götürülür. Bunu onun 

köhnə  rəqibi,  Xilat  hakimi  əl-Məlik  əl-ƏĢrəfi  daha  yaxĢı  baĢa  düĢürdü.  O,  Soltanın 

ölüm  xəbərini  ona  muĢtuluq  kimi  çatdıranlara  demiĢdi:  "Siz  məni  onun  ölümü 

münasibətilə təbrik edirsiniz? Ancaq siz bunun bəhrəsini görəcəksiniz, çünki Allaha and 

olsun,  onun  məhvi  tatarların  islam  torpaqlarına  girməsi  deməkdir.  Ġndi  bizimlə  yəcuc-

məcuclar (burada, monqollar) arasında divar ola biləcək xarəzmĢah kimisi yoxdur". 

Doğrudan da, 1235-ci ildə monqollar Gəncəni mühasirəyə alıb, çox keçmədən 

onu tutdular. Hadisələrin Ģahidi Gəncəli Kirakosun yazdıqlarına görə, monqollar Ģəhərin 

bütün əhalisini  -  kiĢiləri,  qadınları, uĢaqları qılıncdan  keçirtdilər.  Bundan sonra dörd  il 

Ģəhər adamsız qaldı və yalnız sonra yenidən məskunlaĢmağa, tikilməyə baĢladı. 

Gəncəni tutan monqollar, bir neçə günlük mühasirədən sonra ġəmkiri iĢğal edib 

yandırdılar, əhalisini qılıncdan keçirtdilər. Arranın  baĢqa Ģəhər və qalalarının  da taleyi 

belə oldu. 

Azərbaycan və Arranda monqol hökmranlığı dövrü baĢlandı. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


334 

 

XIII FƏSĠL 



 

XI-XII ƏSRLƏRDƏ AZƏRBAYCANDA SOSĠAL-

ĠQTĠSADĠ QURULUġ 

 


Yüklə 5,02 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin