§ 1. OĞUZLAR VƏ AZƏRBAYCAN XI ƏSRDƏ. SƏLCUQ
ĠMPERĠYASININ YARANMASI
Ərəb Xilafətindən sonra Qərbi Asiyada yaranan ən geniĢ ərazili dövlət
birləĢməsi olan Səlcuq imperiyasının meydana çıxma, çiçəklən mə və nəhayət,
parçalan ma dövrləri Yaxın və Orta ġərqin bir ço x ölkələrinin, o cümlədən
Azərbaycanın tarixi taleyində mühüm yer tutur. Bu dövlət birləĢməsinin əsası
Səlcuq nəsli nümayəndələrinin baĢçılıq etdikləri oğuz və baĢqa türk tayfaların ın
iĢğalçı yürüĢləri ilə qoyulmuĢdu.
Azərbaycanın feodal dövlətlərinə həsr edilmiĢ bölmələrdə qeyd edildiyi
kimi, artıq XI yüzilin ilk rübündə oğuz dəstələri Cənubi Qafqaz ərazisində
göründülər. 1018- 1021-ci illərdə Araz çayın ı adlayan oğuzlar, cənub
istiqamətindən Arran torpaqlarına girərək, Naxçıvan, sonra isə Dəbil Ģəhərlərinə
yetiĢdilər. Tarixi salnamədə onların 1029-cu ildə Gürcüstandakı böyük ġio mqvim
monastırın ı talan etmələri haqqında məlu mat vardır.
Gö rünür, məhz bu və digər uğurlar oğuzların öz qüvvələrinə olan
inamların ı artırdı. Xorasanda məskunlaĢmıĢ oğuzlar Qəznəvi üsuli-idarəsinə qarĢı
müvəffəqiyyətsizliklə nəticələnən qiyam qaldırdılar. 30-cu illərin əvvəllərində
təqibdən qurtarmağa çalıĢan təqribən iki min oğuz "çadırı" (ailəsi) Rəvvadilərin
Cənubi Azərbaycandakı mü lklərinə pənah gətirdi. Rəvvadi hökmdarı Vəhsudan
onları təbəəliyə qəbul edib, torpaqla təmin etdi.
Oğuzların Xorasanda qalan böyük bir hissəsi Səlcuq elinin qın ıq
tayfasından olan Toğrul bəyin və onun əmisi oğlu Çağrı bəyin baĢçılığı altında
birləĢdi; Qəznəvi soltanının vassalları o lan bu bəylər ço x keçmədən tabeliklərində
olan torpaqları geniĢləndirməyə baĢladılar. Qəznəvi soltanı Məsudun (1031-1041)
əks tədbirləri 1034-cü ildə Xo rasanın yeni torpaqların ın səlcuqların əlinə keç-
məsinə səbəb oldu. Toğrul bəy Nisa Ģəhərinə, Çağrı bəy Dihistana, onların əmisi
Arslan Payqu isə Fərava sahib oldu. Bu hadisələrdən az sonra Toğrul bəy
Səlcuqilər sülaləsin in ilk böyük soltanı elan edildi. Lakin o, 1038-ci ildə oğuz
bəylərinin iĢtirakı ilə çağırılan qurultaydan sonra yaranmıĢ bu Oğuz dövlətin in
idarəsində hakimi-mütləq kimi çıxıĢ etməyərək, Çağrı bəy və baĢqa oğuz bəyləri
ilə əlb ir hərəkət etməyə baĢladı.
24 may 1040-c ı il gənc Oğuz dövlətinin tarixinə əla mətdar gün kimi da xil
oldu. Mərv yaxınlığında Dəndənəkan adlı yerdə Qəznəvi qoĢunlarına qalib gələn
294
Səlcuqilər bundan sonra böyük soltanların Ģəxsi mü lkünə (do meninə) çevrilən
Xorasanın tam sahibi oldular. Qəznəvilərlə mübarizə oğuz və baĢqa türk
tayfaların ın çox hissəsinin onların ətrafında birləĢib möhkəmlən məsinə səbəb oldu.
1040-c ı il qələbəsi Ġrana olan yolu açdı, oğuz ellərinin taleyində, Orta və Ön
Asiyanın, eləcə də orta əsr Avropasının sonrakı tarixi inkiĢafında mü hüm mərhələ
oldu. 1042-ci ildə oğuzlar Rey i tutdular; bundan sonra bu Ģəhər onların Ön Asiyaya
və Qafqaza doğru hərəkətləri üçün dayaq məntəqəsi oldu.
Səlcuqilərin oğuzlardan təĢkil edilmiĢ nizami hissələrdən ibarət sürətli,
döyüĢkən və intizamlı qoĢunu vardı. Dəndənakan yanındakı qələbədən sonra
səlcuq baĢçılarına tabe ərazilərdə dəyiĢiklik o ldu: Çağrı bəy ġərq in hakimi titulu ilə
yanaĢı, NiĢapurla Dih istan arasındakı mülklərə sahib oldu. Qərbin hakimi titulunu
alan Toğrul bəy isə Xorasanın qalan hissəsinin və bundan sonra ələ keçiriləcək
torpaqların hökmranı elan edildi.
Oğuzların iĢğalçılıq yürüĢləri və miqrasiya xarakterli köçləri bir neçə
istiqamətə yönəlmiĢdi; yaxĢı hazırlan mıĢ bu hərəkət bir neçə mərhələdə davam
edirdi. Dayan madan hərəkət et mək və tutduqları yerlə ri əllərində saxla maq üçün
lazımi qüvvəyə malik olmayan oğuzlar böyük hərbi kampaniyalardan sonra
ordunun yerini dəyiĢdirməli və dayaq bazaları yaratmalı o lur, mü mkün olan
yerlərdə yerli feodal hakimlərin dinc yolla itaətinə nail olmağa cəhd göstərirdilər.
Səlcuq yürüĢləri prosesinin lap əvvəlindən baĢlayaraq çoxsaylı dəstələr
Azərbaycana göndərilmiĢ, XI əsrin 40-cı illərin in ikinci yarısında ölkənin cənub
vilayətləri türk qəbilələrinin məskəninə çevrilmiĢdi; buradan həmin qəbilələr
ölkənin Ģimal vilayətlərinə və Cənubi Qafqazın qalan hissələrinə köç edirdi.
Müstəqil hərəkət edən belə dəstələrin baĢında konkret tapĢırıq almıĢ Səlcuq məlik-
ləri dururdu. Belə ki, Ġbrah im Yinal Cibələ (Həmədan-Ġsfahan rayonu), QutulmuĢ
və Rəsultəkin - Xəzəryanı vilayətlərə, Həsən və Makuti isə Azərbaycanın Ģimal
vilayətlərinə doğru hərəkət etdilər. Bəzi uğursuzluqlara baxmayaraq, bu dəstələr
qarĢılarına qoyulan tapĢırıqları əsasən müvəffəqiyyətlə yerinə yetirdilər. Məsələn,
özbaĢına Bizans hüdudlarına daxil olan və burada məğ lub edilən QutulmuĢ Suriya
ərazisində Abbasi xəlifəsinin türk əmiri əl-Basasiri tərəfindən də basıldıqdan sonra
Ģərqə doğru hərəkət etmiĢ, uğurs uzluqlarının əvəzini burada çıxmağa cəhd
göstərmiĢdi. Məhz bu məqsədlə o, ġəddadilərin paytaxtı Gəncən i mühasirəyə
almıĢ, lakin burada da müvəffəqiyyət qazana bilməmiĢdi. Gəncəyə olan bu hücum
ġəddadilərin Gəncəni, ġirvanĢahların isə ġamaxını möh kəmləndirmələrinə, bu
Ģəhərləri əzəmətli müdafiə divarları ilə əhatə etdirmələrinə səbəb olmuĢdu.
Səlcuqilərin Cənubi Qafqaza hücumları yerli siyasi mühitdə dəyiĢikliklər törətmiĢ,
hətta ġəddadi əmiri I ġavur Cəfəri əmirlərinin Tiflis yaxınlığındakı qalalarını tut -
mağa cəhd göstərmiĢdi.
1050-c i ildə Abbasi xə lifəsi ə l-Qaim (1031-1075) Toğru l bəyin böyük
soltan titulunun qanuniliyin i təsdiq etdi və bununla müsəlman dünyasın ın
nəzərində Səlcuqilərin iĢğalçılıq müharibələrinə haqq qazandırd ı.
295
1054-cü ildə bütün Ġranı tabe edərək, A zərbaycanın cənub torpaqlarında
möhkəmlənən Səlcuqilə r, Rəvvadi əmirlərini də öz vas sallarına çevirdilər. Elə
həmin il Toğrul bəyin Cənubi Qafqaz yürüĢü baĢlandı. Bu yürüĢün əs as məqsədi
Cənubi Qafqazdakı müsəlman dövlətlərini - ġəddadiləri, ġirvanĢahları və Tiflis
Cəfərilər Əmirliyin i öz tərəfinə çəkmək, onlardan əsas rəqib olan Bizansla gələcək
mübarizədə yardımçı kimi istifadə etmək id i.
1055-c i ildə böyük soltan Toğrul Bağdada gələrək, xə lifənin ö z ə lindən
soltanlıq taxt-tacını qəbul etdi.
Azərbaycan Ģəhərlərinin mühasirəsi və onların müqavi məti. 1060-cı
ilin aprelində Bağdada olan növbəti səfərlərin birindən qayıdan Toğrul bəy
Azərbaycanın mühüm sənətkarlıq-ticarət və hərbi-strateji mərkəzi Təbrizi
mühasirəyə aldı. Bir neçə aylıq uğursuz mühasirədən sonra, avqust ayında, soltan
Təbriz divarları yanında saldığı düĢərgəni tərk etdi; onun qıĢ düĢənədək burada qa-
lan qoĢunu da, nəhayət, bu nəticəsiz əməliyyatdan əl çəkməli oldu. Lakin bununla
belə, Təbrizin sahibi, Rəvvadi hökmdarı II Məmlan (1059-1071) Səlcuqilərdən
olan vassal asılılığ ı təsdiq etdi. Boynuna düĢən xərac ın əsas hissəsini ödəyə bilən
bu hökmdar, yerdə qalan hissənin əvəzinə ö z oğlunu girov verməli oldu.
Ço x keçmədən Toğrul bəy Azərbaycanın digər mühüm mər kəzi, o zaman
NaxçıvanĢah Əbu Duləfin idarə etdiyi Naxçıvana yollandı və onun sahibinin
Səlcuqiləri süzeren kimi tanımasına nail o ldu. Urmiya hakimi də belə etdi.
1063-cü ilin yayında soltan qoĢunları A zərbaycanın Xoy Ģəhərinə
yaxınlaĢdılar; Ģəhər əhalisindən 10 min dinar haqq tələb edən Toğrul bəyə cavab
olaraq Ģəhər rəisi ġeyx Yusif Ģəhərlilərin "kafirlərə" qarĢı cihadda iĢtirak edən yerli
qoĢununun onlara baha baĢa gəldiyini bəhanə gətirərək, güclərinin yalnız 4 min
dinara çatdığını bild irdi. Soltanın cavab olaraq Xoya göndərdiyi dəstə
məğ lubiyyətlə qayıtdı. Onda, Səlcuqilərin müttəfiqi Xu zistan əmiri Xəzərəsb ibn
Tənkir ibn Ġyad əl-Kürdi və soltan sərkərdəsi Savtəkin iĢə cəlb edilirlər. ġəhər rəisi
ilə görüĢ heç bir nəticə vermir; Xoy və qonĢu Səlmas soltan qoĢunları tərəfindən
mühasirəyə alın ır. Qırx günlük mühasirədən sonra, 1063 -cü ilin sentyabr ayında
Xoy sakinləri aman istəyirlər. QoĢunun baĢında Ģəhərə daxil o lan Savtəkin 30 min
dinar ala raq, xoy lula rın günahından keçir. Üç gündən sonra Xoya gələn vəzir A mid
əl-Mülk Ģəhərin müdafiəçilərinin bir hissəsini edam etmək, bəzilərin in əllərini
kəsmək əmrini verir. ġəhər rəisi ġey x Yusif və onun qardaĢı Musa tutulub zindana
salınırlar. Vəzirə 20 min dinar təqdim edən ġeyx Əbu Səid ibn Həmə vi qatı
düĢməni olan ġey x Yusifin ona verilməsin i xahiĢ edir. Əvvəlcə Ģəhər rəisliyin in
ona həvalə edilməsi nəzərdə tutulsa da, vəzir A mid əl-Mülk baĢqa cür hərəkət edir:
Ģəhərin idarəsini baĢqasına tapĢırır. Ço x keçmədən Toğrul bəyin əmri ilə Musa
azad edilir, böyük soltana tabe olmaq istəməyən ġey x Yusif isə ömrünü zindanda
baĢa vurur. Beləliklə, göründüyü kimi, bir sıra Ģəhərlərin yerli hakimləri o ğuzlara
qarĢı müqavimət göstərir, onlara tabe olmaq istəmird ilər. Bununla yanaĢı, bəzi
səlcuq məliklərinin də separatist meyilləri qeyd edilməlid ir: belə ki, Fatimi
296
hökmdarı xəlifə əl-Mustənsirin (1036-1094) aĢkar kö məyi ilə Ġbrah im Yinal və
QutulmuĢ 1063-cü ildə Azərbaycanın bir h issəsini ayırmağa, Abbasilərin və
Səlcuqilərin əleyhdarı olan Fatimilərin qanadı altında ayrıca soltanlıq elan etməyə
cəhd göstərdilər. Toğru l bəy bu qiyamın qarĢısını ala bildi.
Böyük Soltan Alp Arslanın Cənubi Qafqaza yürüĢləri.
1063-cü ildə Toğrul bəyin ölü mündən sonra hakimiyyət Çağrı bəyin oğlu
Alp Arslanın əlinə keçdi. Oğuzların Cənubi Qafqaz və Ġrandakı mövqelərin in
möhkəmləndirilməsi siyasətini davam etdirən yeni soltan taxt-taca sahib olan kimi
Cənubi Qafqaza yürüĢ etdi. Bu yürüĢ əsas iki məqsəd güdürdü: Bizansın
hücumlarının qarĢısını almaq üçün onunla sərhəd xəttini möhkəmlətmək,
Azərbaycandakı feodal mü lklərin Səlcuqilərin vassalı olan sahibləri üzərində təsir
gücünü artırmaq. Yü rüĢ üç istiqamətdə təĢkil edilmiĢdi. Böyük soltanın hacibi
sərkərdə Savtəkin Azərbaycandan keçərək, Dərbəndə doğru hərəkət etdi. Onun
Xəzər sahili ilə irəliləyən qoĢunu yolboyu ġirvanĢaha tabe mülkləri talan edirdi.
ƏlveriĢli məqamdan istifadə edən ġəddadi hökmdarı I ġavur isə 1063-
1064-cü illər ərzində üç dəfə ġirvana basqınlar törədib, böyük qənimət lə geri
qayıtmıĢdı.
Səlcuq yürüĢünün Naxçıvandan keçən ikinci istiqaməti g ürcülərə doğru
tuĢlanmıĢdı. Üçüncü zərbə isə 1064-cü il avqustun 16-da Ani Ģəhərinin tutulması
ilə nəticələndi. Soltan, ġəddadi əmiri I ġavuru bu Ģəhərdə öz caniĢini təyin etdi.
ġəhərin özü isə Bizans imperiyasına qarĢı qəti hücum üçün hazırlıq bazasına
çevrild i.
1064-cü ilin noyabrında Alp Arslan hələ bir il əvvəl Səlcuqilə rə itaətsizlik
göstərmiĢ və bunun müqabilində cəzalandırılmıĢ Xoy Ģəhərinə yaxınlaĢdı. ġəhər
baĢçıları bu dəfə də ənənəni pozaraq, soltana lazımi ehtiram göstərmədilər, Ģəhərin
alverçi və sənətkarları isə dükanların ı və emalatxanalarını bağlayaraq, soltan əsgər-
lərinə xid mət göstərməkdən imtina etdilər. Vəziyyətdən xəbər tutan Alp Arslan öz
əsgərlərinə, zor gücünə olsa da, istədikləri evlərdə məskən salmaq və gərəkləri o lan
hər Ģeydən istifadə etmək icazəsi verdi. Nəticədə, oğurluq v ə quldurluğun sayı
artdı, sakinlərin bir h issəsi Ģəhəri tərk etməli oldu.
1066-cı ildə oğuzla r ġirvan əra zisinə da xil olub, böyük qənimət ə ldə
etdilər; ġirvanĢah I Fəribürzü isə böyük miqdarda təzminat verməyə məcbur
etdilər. Həmin ilin noyabr ayında oğuzların baĢçısı Qaratəkin ikinci dəfə ġirvana
hücum etdi. Bu dəfə onu I Fəribürzün əmisi, taxt-tacı ələ keçirmək istəyən və bu
məqsədlə Səlcuqilərlə ittifaqa girən Məmlan ibn Yəzid ibn Məhəmməd müĢayiət edirdi.
Qaratəkin ġirvan paytaxtı Yəzidiyyəni mühasirəyə alır, lakin ĢirvanĢahın ələ aldığı soltan
hacibi, Məmlanı öldürə bildiyi üçün, Qaratəkin böyük qənimətlə Kürü keçərək,
Azərbaycanın cənubuna gedir.
Alp Arslanın baĢının Azərbaycanda qarıĢdığından istifadə edən gürcü hökmdarı
IV Baqrat (1027-1072) bu zaman Bərdəyə hücum edərək, rus hücumundan sonra az-
çox dirçəlməyə baĢlamıĢ bu Ģəhəri qarət edir. Lakin ço x keçmədən öz təbəəsi və
297
müttəfiqi I ġavurun Gəncədəki sarayında olan Alp Arslan Gürcüstana növbəti yürüĢ
edir, Kartli və Arqvetidə mühüm qalaları ələ keçirərək, Tiflisə daxil olur. Burada
hakimiyyətdə olan müsəlman Cəfərilər boyük soltana itaət göstərəcəklərini bildirirlər.
Gürcü hökmdarı IV Baqrat da Səlcuq təbəəliyini qəbul edib, vergi verəcəyinə boyun
olur. QıĢı Kartlidə keçirən Alp Arslan yazbaĢı Gəncə və Bərdədən keçərək, Xorasana
yola düĢür. Soltanın Tiflis və Rustavidəki caniĢini isə ġəddadi əmiri II Fəzl olur.
Bizans imperiyasının məğlub edilməsi və Cənubi Qafqazın Səlcuqilərə
qəti itaəti.
Səlcuqilərin qüdrətini real qiymətləndirən Bizans imperatoru IV Diogen
(1068-1071) oğuzların hərəkətinin qarĢısını almaq məqsədilə özünün əsas qoĢunları ilə
onlara qarĢı çıxır. Səlcuqiləri bölgədə olan mühüm strateji məntəqələrdən məhrum
etmək üçün, o, öz hərbi kampaniyasının son mərhələsində Azərbaycanı tutmağı
planlaĢdırmıĢdı. Lakin Bizans qoĢunları heç Azərbaycan sərhədinə çatmamıĢ, Manzıkert
yaxın lığında soltan ordusu ilə ü zləĢməli oldular. 1071-ci ilin avqustun 26-da burada baĢ
verən qanlı döyüĢ, sayca Bizans qoĢunundan xeyli az olan oğuz əsgərlərinin qələbəsi ilə
nəticələndi. Ġmperator IV Diogen əsir alındı, onun hər iki qulağına taxılan halqa,
simvolik olaraq "rumların hökmdarının" bundan sonra soltanın qulamı olduğunu
bildirirdi. Öz ordusunun məğlubiyyətini təsdiq edən IV Diogen yalnız gündə 1000 dinar
cizyə verəcəyi Ģərti ilə azad edilir. Alp Arslan isə dincəlmək üçün Marağaya yola
düĢür.
Manzıkert - yalnız ġərq in deyil, Qərbin də orta əsrlər tarixi üçün mühüm
mərhələ o ldu. Oğuz və səlcuqların ö zləri üçün də 1071 -ci il döyüĢünün nəticəsi
1040-c ı il Dəndənəkan yanındakı qə ləbədən az əhə miyyətli deyildi. Dünya
tarixində bu mühüm hadisənin ən ilkin nəticələrindən biri Ön Asiyanın siyasi
xəritəsinin yenidən dəyiĢməsi oldu; belə ki, bundan belə səlcuq ekspansiyasının
qarĢısını ala b iləcək ciddi maneə artıq mövcud deyildi. Böyük soltanlar Orta
Asiyadan Aralıq dənizinədək, Cənubi Qafqazdan Fars körfəzinədək olan
torpaqların sahiblərinə çevrildilər.
Alp Arslandan sonra səlcuq taxtı onun oğlu MəlikĢahın (1072-1092) əlinə
keçdi. Onun dövründə Oğuz imperiyasının hərbi-siyasi qüdrəti ən yüksək zirvəyə
çatdı. Yeni soltan öz atasının baĢladığı yürüĢləri müvəffəq iyyətlə baĢa çatdırıb,
onun uğurların ı möhkəmlətdi. MəlikĢahın dövründə oğuzlar artıq ya lnız qənimət və
əsirlərlə kifayətlən mir, mühüm strateji və siyasi məntəqələri ələ keçirməyə
çalıĢırdılar. 1075-ci ildə MəlikĢah ġəddadilərin Gəncədəki hakimiyyətinə son
qoydu; Səlcuqilərin Gəncədə qalan nü mayəndəsi Savtəkin bu Ģəhəri soltanın ətraf
yerləri tabelikdə və nəzarətdə saxlamaq tapĢırığ ını yerinə yetirmək üçün əsas
bazaya çevirdi. Gü rcü salnaməsi "Kartlis Ts xovreba"nın məlu matına görə,
Gəncədə bu vaxt oğuz sərkərdəsinin ixtiyarında qırx mindən çox adam vardı.
Beləliklə, XI yü zilin 70-ci illərinin sonunda bir ço x ölkələrlə yanaĢı
Azərbaycan da böyük Səlcuq imperiyasının tərkib inə daxil edildi. Ġmperiyanın
yaradıcısı və əsas hərəkətverici qüvvəsi isə oğuz tayfaları id i.
298
§ 2. BÖYÜK SƏLCUQĠLƏR ĠMPERĠYASININ
DAĞILMASI. ĠRAQ SƏLCUQ SULTANLIĞININ
YARANMASI
Böyük səlcuq soltanlarının hakimiyyəti illərində (1092-1157) mahiyyətcə
biri digərindən asılı o lmayan ayrı-ayrı soltanlıq lara parça lan mıĢ Səlcuq dövlətin in
tənəzzülü baĢ verdi.
Parçalan ma nəticəsində Suriyanın (1078-1187), Kirmanın (1041-1187) və
Anadolunun (1077-1307) səlcuq hakimlə ri
mərkəzi hakimiyyətdən olan
asılılıqlarını aradan qald ırdılar. Ġmperiyanın əsas torpaqlarmda - Ġraqda,
Xorasanda, Qafqazda isə ali soltan taxt-tacı uğrunda mübarizə baĢlandı. Nəhayət,
xəlifə əl-Müstəzhirin (1092-1118) vasitəçiliy i ilə imperiya rəs mi surətdə bölündü:
MəlikĢahın oğlu Börküyarıq soltan elan olundu, ikinci oğlu Məhəmməd Təpər
Azərbaycan, əl-Cəzirə və Diyarbəkrin məliki o laraq qaldı, üçüncü oğlu Səncər isə
Xorasan məliki oldu. Lakin bundan sonra da MəlikĢahın oğulları arasında gedən
sülalədaxili mübarizə ara vermədi. Börküyarığ ın ölümündən sonra soltanlıq taxtına
çıxmıĢ Məhəmməd Təpər öz oğlu Mahmudu səltənət varisi təyin etdi. Mahmud
demək olar bütün hakimiyyəti boyu öz qardaĢları Toğrulun və Məsudun dövlətdə
birincilik iddialarına qarĢı mübarizə aparmalı o ldu. Lakin Mah mud üçün baĢlıca
təhlükə qardaĢı oğluna üstün gələrək, ali soltan mövqeyini tuta bilmiĢ ö z əmisi,
səkkizinci və sonuncu böyük səlcuq soltanı Səncər (1117-1157) idi.
1119-cu ildə Xorasandan Anadoluya və Suriyayadək olan torpaqlar, o
cümlədən Azərbaycan, Həmədan, Ġsfahan, Cibəl, Kirman, Fars, Xuzistan, Ġraq, əl-
Cəzirə, Diyar Mudar, Diyar Rəb iə, ġam və Ru m əraziləri soltan Mahmuda iqta
kimi verild i.
Səncərlə Mahmud arasındakı ixtilaflara son qoyulub, səltənət varisinə -
vəliəhdə iqta verilməsi haqqında fərmanm imzalan ma tarixini soltan Səncərə
tabeliyini bildirmiĢ Mahmudun baĢçılığı ilə Ġraq Səlcuq soltanlığın ın yarandığı
vaxt kimi qəbul etmək olar. Lakin Mahmud, sahib olduğu əraziləri də istədiyi kimi
idarə edə bilmird i. Onun gəncliyindən və asılı vəziyyətdə olmasından istifadə edən
soltan Səncər öz adamların ı Mahmudun vəziri, baĢ komandanı, habelə divan
baĢçısı vəzifələrinə təyin etmiĢdi. Dövrümü zədək yetiĢmiĢ, Səncərin və Mah mudun
adların ın birgə zərb edilmiĢ olduğu sikkələr ali hakimiyyətin Səncərin əlində
olduğunu bir daha sübut edir.
1120-c i ilin iyununda Mahmuda qarĢı Azərbaycan və Mosulun iqtadarı
olan qardaĢı Məsud çıxıĢ etdi. Əsədabad yaxınlığındakı döyüĢdə Məsudun
qoĢunları məğlubiyyətə uğradı. Mahmud qardaĢının müĢavirlərini və vəzirin i edam
etsə də, özünü bağıĢladı, hətta Azərbaycanda, Mosulda və əl-Cəzirədə Məsudun
adına xütbə o xunmasına sərəncam verdi.
1120/21-c i ildə IV Dav idin (1089-1125) baĢçılığı ilə gürcü qoĢunları
Mahmudun hakimiyyəti altında olan ərazilərə hücum etdilər. Arran və Naxçıvanın
299
hakimi Ģahzadə Toğrulun baĢçılığ ı ilə müsəlman hakimləri gürcülərə qarĢı çıxsalar
da, Tiflis yaxın lığında məğlubiyyətə uğradılar. Bununla belə, gürcülər yalnız b ir
ildən sonra, 1122-ci ildə, təqribən 500 ildən bəri müsəlman hakimiyyəti altında
olan Tiflis Ģəhərini geri qaytara bildilər.
Bu hadisədən sonra Gəncəyə çəkilərək, Mah mudun soltanlıq hüquqlarını
tanımaq istəməyən Toğrulun məğlubiyyət xəbəri Hə mədanda olan soltana yetiĢdi.
Mahmud öz qoĢunların ı toplayaraq, dərhal Gəncəyə yollandı. Ġddia ların ın
gerçəkləĢəcəyinə ümid ini itirmiĢ Toğrul qardaĢına sədaqət andı içməli oldu.
Səlcuqilər arasında sülalədaxili çəkiĢ mələrdən istifadə edən gürcülər məhz
bu zaman ġirvana viranedici yürüĢ etdilər. ġirvan əmirlərinin yard ımına
arxalanaraq gürcülərə qarĢı çıxıĢ edən soltan Mahmud da öz növbəsində gürcülərlə
onların müttəfiq ləri olan qıpçaqlar arasında baĢ verən münaqiĢədən istifadə etdi və
beləliklə, ġirvanda da öz hakimiyyətini möhkəmləndirə bildi.
Lakin Ġraq soltanlığın ın taxtı uğrunda Mahmudla qardaĢları arasında
gedən çəkiĢmə lər baĢa çatmadı. Əvvəllə r bu çəkiĢmə lərin qarĢısını a lmağa ça lıĢan
soltan Səncər də, Mahmudun onun əmrin i yerinə yetirməkdən boyun qaçırdığı
vaxtdan bəri, mübarizəni hər vasitə ilə daha da qızıĢdırırdı. 1130 -cu ildə Mah mud
Gəncəni və ətrafını iqta hüququnda ona qarĢ ı çıxıĢ edən qardaĢı Məsuda verməli
oldu.
Elə bu zaman Səncərin istəyinə rəğmən Mahmud öz oğlu Davudu vəliəhd
elan etdi, A zərbaycanda və Cibəldə onun adına xütbə o xunması haqqında sərəncam
verdi. Daha sonra Mahmud Səlcuq nəslinin böyüyü olan Səncərin iradəsinə qarĢı
çıxıĢ etmək istəməyən, Davudu varis kimi tanımaqdan imtina edən xəlifə əl-
MüstərĢidi yıxmaq qərarına gəldi. Lakin Mahmudun 1131 -ci ildə baĢ verən ölümü
bu niyyətin gerçəkləĢməsinə mane oldu.
Mahmudun ölümündən sonra Ġraq soltanlığının ta xt ı uğrunda mübarizə
Marağanın sahibi atabəy Ağsunqur əl-Əh mədilin in və Mah mudun vəzirin in
yardımı ilə taxta çıxarılmıĢ Davudla onun əmiləri arasında aparıldı. Tezliklə
Davudla Məsud arasında barıĢıq əldə edildi. Lakin bununla belə, Davud xütbələrdə
öz adının o xun masına nail ola b ilmədi və müvəqqəti olaraq soltanlıq taxtı uğrunda
mübarizəni dayandırdı. Bundan istifadə edən Məsud Mosul hakimi atabəy
Ġmadəddin Zənginin yardım vədin i alaraq Bağdada yollandı, lakin hakimiyyət
iddiasında olan üçüncü Ģəxs - xəlifən in rəğbət göstərdiyi qardaĢı SəlcuqĢah
tərəfindən qabaqlandı. Məsudla aparılan sonrakı danıĢıqlar nəticəsində Məsudun
soltan olacağı, SəlcuqĢahın isə vəliəhd elan ediləcəyi haqqında razılıq əldə olundu.
1132-c i ildə xəlifə yeni soltanın - Məsudun adına xütbə oxun ması haqqında
sərəncam verdi. Məsud bu sərəncamdan sonra öz atabəyi Ağsunqur əl-Əhməd ilin in
və xeyli türk əmirinin müĢayiəti ilə A zərbaycana qayıtdı.
1132-c i ildə Böyük soltan Səncər baĢ verən hadisələrə qarıĢ maq qərarına
gələrək, Mahmudun ölümündən sonra vəliəhd elan etdiyi Ģahzadə Toğrulla birlikdə
Ġraq soltanlığın ın paytaxtı Həmədana yürüĢ təĢkil etdi. Əvvəllər Məsudu və
300
SəlcuqĢahı dəstəkləyən xəlifə əl-MüstərĢid yaranmıĢ vəziyyətdən istifadə edərək,
Səlcuqilərin himayəsindən azad olmağa cəhd göstərdi.
Bu zaman Səncər Həmədana yollandı; xəlifənin, Məsudun və SəlcuqĢahın
da paytaxta gəliĢi gözlən ilirdi. Səncərdən qorxan xə lifə görüĢdən imt ina etməyə
çalıĢdı, lakin onu yola çıxmağa və hətta Səncərə qarĢı çıxıĢ etməyə məcbur etdilər.
Məsudun təkidi ilə Ġraqda soltan Səncərin adına xütbələr oxun ması dayandırıldıqda
isə xəlifə Bağdada qayıtdı və Ģəhəri möhkəmləndirməyə baĢladı.
Elə həmin il Həmədan yaxınlığında Səncərin qoĢunları ilə Ģahzadələrin -
Məsudun və SəlcuqĢahın birləĢ miĢ qüvvələri arasında baĢ verən vuruĢma Səncərin
qələbəsilə baĢa çatdı. Səncər döyüĢ meydanından qaçan Məsudu yenidən əfv etdi
və Azərbaycanı iqta hüququnda ona bağıĢladı. Məsud Gəncəyə qayıtdı, II Toğrul
isə Ġraq soltanı elan ed ild i.
Yenə həmin il Səncərin Məvaraənnəhr hakimi Əh məd xan ın çıxıĢını
yatırmaq üçün Xorasana getməsindən istifadə edən Davud yeni soltan II Toğrula
qarĢı çıxd ı. Ona öz atabəyi Ağsunqur əl-Əh mədili, habelə onlara qoĢulmuĢ Məsud
yardım edirdi. Rəqib lər arasında döyüĢ Həmədan yaxınlığındakı Vaxan kəndi
yanında baĢ verdi. DöyüĢ ərəfəsində Davudun bir neçə əmiri qoĢunları ilə II
Toğrulun tərəfinə keçdi. Bu hadisə döyüĢün taleyini həll etdi. Davud, onun ardınca
isə Gəncədən gəlmiĢ Məsud Bağdada - xəlifə əl-MüstərĢidin yanına qaçdılar. II
Toğrulun qoĢunlarının ələ keçirdiyi A zərbaycana Məsud və Davudun baĢçılıqları
ilə yürüĢ təĢkil edilməsi haqqında razılıq əldə olundu. Məsudun, Davudun və
xəlifən in birləĢ miĢ qüvvələri A zərbaycanı iĢğal edib, Həmədanı tutdular. Lakin
qardaĢlar arasında olan ixtilaf II Toğrula Həmədanı və digər Ģəhərləri yenidən ələ
keçirmək imkanı verdi. 1133-cü ildə II Toğrul vəfat edir, Həmədana qayıtmıĢ
Məsud isə Ġraqın və Qərbi Ġranın yeganə hakimi elan olunur.
Hadisələrin bu dönüĢü Səlcuq Ģahzadələrini daim bir -birilə toqquĢduran,
bu yolla islam dünyasının yenidən nəinki din i, habelə dünyəvi baĢçısı mövqeyini
qazanmağa çalıĢan xəlifə əl-MüstərĢidi qane etmirdi.
Ġndi artıq xəlifə ilə soltan arasında gedən gizli mübarizə üzə çıxmıĢdı.
1135-c i ilin may ında xəlifə ona qoĢulmuĢ bəzi türk sər kərdələ ri ilə b irlikdə soltana
qarĢı müharibəyə qalxdı. Bu müharibə xəlifə qoĢunlarının məğlubiyyəti ilə baĢa
çatdı. Əldə olun muĢ razılığa əsasən xəlifə dünyəvi hakim hüquqlarının hamısından
məhru m ed ilir, yaln ız müsəlmanların din i baĢçısı mövqeyini saxlayırd ı. Paytaxt
Bağdad isə Ģəhər divarları dağıd ıld ıqdan sonra Ġraq soltanlığının adi Ģəhərinə
çevrild i.
1135-c i ildə Məsudun Marağadakı düĢərgəsində xəlifə əl-MüstərĢid
ismaililər tərəfindən öldürüldü. Həmin dövrün salnaməçiləri xəlifənin ölü mündə
Məsudun da dəstəklədiyi soltan Səncərdən Ģübhələnirdilər. Əl-MüstərĢidin yeni
xəlifə seçilmiĢ oğlu ər-RəĢid atasının Səlcuq soltanlarına müqavimət siyasətini
davam etdird i. Ço x keçmədən o, Məsudun adının xütbələrdə çəkilməsini dayan -
dırdı, ona qarĢı birgə fəaliyyət göstərmək barədə razılığa gəld iyi Davudun adına
301
xütbə o xun ması haqqında sərəncam verdi. Bağdadda Məsuda qarĢı, mahiyyətcə
Ġraq soltanlığının mərkəzi hakimiyyəti əleyhinə xəlifə, Davud və Mosul atabəyi
Zəngidən ibarət üçlər ittifaq ı yaradıldı. Qəzv inin, Farsın, Ġsfahanın və digər
yerlərin hakimləri də bu ittifaqa qoĢuldular. Lakin çox keçmədən Bağdad üzərinə
hərəkət edən Məsudun təzyiqi altında Davud, onun ardınca isə atabəy Zəngi
ittifaqdan çıxd ılar. Məsud Bağdada daxil olaraq, Ģəhərdən getmiĢ xəli fə ər-RəĢid in
əvəzinə əl-Müqtəfini xəlifə etdi.
1136-c ı ildə Məsud Arranı (Bərdəni) ġə msəddinə iqta verdi.
1138-c i ildə Ġsfahanda sabiq xə lifə ə r-RəĢid isma ililər tərəfindən qətlə
yetirildi. Həmin dövrün bir çox müəllifləri bu xəlifənin öldürülməsində də
Səlcuqiləri günahkar hesab edirdilər.
Bu hadisədən sonra Ġraq soltanlığında siyasi vəziyyət daha da gərginləĢdi.
Soltan Məsud tərəfindən hüquqları məhdudlaĢdırılmıĢ vilayət hakimləri mərkəzi
hakimiyyətə qarĢı açıq mübarizəyə giriĢdilər. Mü xalifətə A zərbaycan hakimi
atabəy Qara Sunqur baĢçılıq edird i. Səltənət iddiasında olan səlcuq Ģahzadələri
SəlcuqĢah və Davud Qara Sunquru müdafiə edird ilər. 1139-cu ildə Qara Sunqur
Həmədana doğru irəlilədi. O, Məsudu, özünün uzaqgörən vəziri əl-Xazin i edam
etdirib, onun yerinə öz Ģə xsi vəzirini qoymağa məcbur etdi. Ġbn əl-Əsirin
məlu matına görə, bu zamandan bəri, yeni vəziri tərəfindən müstəqilliyi əlindən
alın mıĢ soltanın vəziyyətindən istifadə edən dövlət əmirləri ö zbaĢına surətdə iqta
torpaqlarını ələ keçirməyə baĢladılar, ona ölkənin quru "soltanlıq" adından baĢqa
bir Ģey qoymadılar.
Bundan sonra mü xalifətin mərkəzi Azə rbaycana keçdi. Qara Sunqurun
israrı ilə Məsud Davudu özünün varisi elan etdi, lakin Davud ismaililər tərəfindən
qətlə yetirildi. Məsudun digər rəqibi-Fars ərazisini fəth edən SəlcuqĢah, Qara
Sunqur tərəfindən həmin ərazinin hakimi təyin olunsa da, çox keç mədən bu
vilayətin sabiq hakimi Bo z Apa tərəfindən öldürüldü, Fars vilayəti yenidən Boz
Apanın əlinə keçdi.
Bu zaman Gəncədə baĢ vermiĢ zəlzələ, dağılmıĢ Ģəhərdə bütün ailəsi
həlak olan Qara Sunqurun SəlcuqĢahın köməy inə getməsinə mane oldu. Zəlzələn in
Ģahidi, gəncəli M xitar QoĢ həmin hadisəni belə təsvir etmiĢdir: "Areq ayın da,
həmin ayın 18-ci günü, cümədən Ģənbəyə keçən gecə (1139-cu ilin 30 sentyabrı,
Ģənbə), müqəddəs Georgi bayramı günündə Tanrı qəzəbin in gücü dünyanın baĢına
endi, yer özündən çıxdı və dəhĢətli təkanların əmələ gətird iyi güclü dağıntı bu
ölkəyə - Albaniyaya yetiĢdi. Zəlzələ nəticəsində bir ço x yerlərdə, Parisos və Xaçın
vilayətlərinin düz və dağlarında xeyli dağıntı baĢ verdi. Ölkən in paytaxtı Gəncə
onun sakinlərin i də udan cəhənnəm girdabına yuvarlandı. Torpaq öz səthinin bütün
guĢələrində onları öz ağuĢuna almıĢdı. Dağlıq bölgələrdə isə bir ço x qala və
kəndlər monastırları və kilsələri ilə birgə adamların baĢlarına uçmuĢ, xarabazara
çevrilmiĢ, saysız miqdarda insan dağılmıĢ bina və bürclərin altında qalmıĢdı".
Ortaçağ müəlliflərinin (Ġbn əl-Əsir, Ġbn əl-Ġbri və b.) məlu matına görə, o zaman
302
Gəncədə 230 min insan həlak o lmuĢdu.
Zəlzələdən istifadə edən gürcü qoĢunu hökmdar Demetren in
(1125-1156) baĢçılığı ilə Ģəhərə yürüĢ etdi. M xitar Qo Ģun sözlərinə
görə, gürcü əsgərləri "amansız və kobud surətdə hərəkət edərək,
salamat qalmıĢ adamlara hücu m etdilər, onları qılıncdan keçirdilər, əsir tutdular.
Onlar öz həmlə və iĢgəncələri ilə xalqa zəlzələdən böyük bəla gətirdilər"
1
.
ġəhər bərpa olunarkən Qara Sunqur vəfat etdi. Hələ ölümündən əvvəl o,
əmir Çav lı ət-Toğrulini Azərbaycan və Arran hakimi vəzifəsində özünün varisi
təyin etmiĢdi.
Atabəy Qara Sunqurun ölümündən istifadə edən Soltan Məsud
qüdrətindən ehtiyat etməyə baĢ ladığı əmir Çav lın ı ö zünə yaxınlaĢdırmaq, bu yolla
gələcəkdə Azərbaycan əmirləri tərəfindən baĢ verə biləcək təhlü kədən qorunmaq
istədi. Azərbaycan və Arranın caniĢini hüququnu təsdiqləyən fərmanı soltandan
alan əmir Çav lı əvvəlcə Fars və Xu zistan hakimi, hələ 1146 -cı ildə Rey hakimi
əmir Abbasla birgə soltanlığın paytaxtı Həmədanı ələ keçirmiĢ Bo z Apanın
baĢçılıq etdiyi mü xalifətə qoĢulmaq istədi. Lakin sonra fikrini dəyiĢərək, Məsudun
tərəfinə keçdi. Bu səbatsızlıq həmin dövrün mürəkkəb siyasi Ģəraitindən irəli
gəlird i. Belə ki, qonĢu dövlətlərlə və vassal asılılığ ında olan hakimlərlə
münasibətlər məh z Ģəraitin tez-tez dəyiĢ məsindən asılı olurdu. Əmir Çav lı da
soltanın mövqeyini çox tutmadı, əmirlər Bo z Apa və Abbasın təĢkil etdikləri sui-
qəsdə qoĢuldu. Əvvəllər iqta hüququnda Xalxala və Azərbaycanın bir hissəsinə
yiyələnən soltanın hacibi əmir Fəxrəddin Toğan Yürək də onların tərəfin i tutdu.
Əmir Çavlının 1146-cı ildə Zəncanda baĢ vermiĢ qəfil ölü mündən sonra Toğan
Yü rək Gəncə və Arranın v ilayətlərin i soltandan hədiyyə kimi qəbul etdi. Bo z Apa
və Abbas ona qoĢulduqdan sonra isə bütün soltanlığın hakimiyyəti Toğanın əlinə
keçdi. Onun əlində oyuncağa çevrilən və yeni düĢməndən yaxa qurtarmaq üçün
əlveriĢli imkanlar axtaran soltan Məsud özünün keçmiĢ vəziri, Toğanın özü ilə Arrana
apardığı Xass bəy ibn Pələng Arinin köməyilə niyyətini gerçəkləĢdirə bildi; 1147-ci ilin
aprelində Toğan Yürək Gəncə yaxınlığında Xass bəyin silahlı mühafizəçisi tərəfindən
öldürüldü. Bu hadisədən sonra Toğan Yürəkin hakimiyyəti altında olan Azərbaycan və
Arran torpaqlarına Xass bəy sahib oldu. Bir neçə gündən sonra soltanın əmrilə daha bir
rəqib - Rey hakimi əmir Abbas da qətlə yetirildi. Bundan az sonra soltana qarĢı çıxmıĢ
əmir Boz Apa da döyüĢ meydanında həlak oldu.
Dövlətdə bütün hakimiyyəti vəzir Xass bəyə vermiĢ soltan Məsudun bu
siyasəti Səlcuqilərin hakimiyyəti altında olan digər vilayətlərin hakimlərinin narazılığı-
1
Zəlzələ vaxtı Kəpəz dağı uçaraq, Gəncəli Kirakosun məlumatına görə, "burada
olan çay yatağının qarĢısını kəsdi və indi də mövcud olan dənizi əmələ gətirdi". Bu "dəniz"
Azərbaycanın bu gün də ən gözəl guĢələrindən olan Göygöldür. M əhz həmin zamandan
etibarən Azərbaycan Ģəhəri Kəlbəcərin yaxınlığında müalicəvi mineral Ġstisu bulağı yerdən
fəvvarə vurdu. Gürcülərin zəlzələ vaxtı Ģəhərdən çıxardıqları qənimətlər arasında indi də bir
layı Kutaisi yaxınlığındakı Gelati monastırında saxlanılan məĢhur Gəncə darvazası var idi.
303
na səbəb oldu. Bunların sırasında əsas yeri Azərbaycan əmirləri, Arran hakimi
ġəmsəddin Eldəniz, əl-Cibəl hakimi Alp QuĢgünxur və baĢqaları tuturdu. 1148-ci
ilin avqust-sentyabr aylarında onların birləĢmiĢ qüvvələri Bağdada uğurlu yürüĢ etdilər,
lakin əldə olunmuĢ müvəffəqiyyəti sonadək saxlaya bilmədilər. Yalnız qoca soltan
Səncərin tələbilə Məsud tərəfindən vəzir Xass bəyin vəzifəsindən kənar edilməsindən
sonra əmirlər öz qoĢunlarını Bağdaddan geri çəkdilər. Səlcuq əmirləri arasında baĢ
verən bu sonugörünməz ixtilaf və çəkiĢmələr xəlifə əl-Müqtəfiyə (1136-1160) sələfinin
itirdiyi bütün imtiyaz və hüquqları geri qaytarmaq imkanı verdi.
1152-ci ilin sonunda soltan Məsud Həmədanda vəfat etdi. Soltanın
ölümündən sonra bütün əmirlər onun qardaĢı oğlu MəlikĢah ibn Mahmuda sədaqət andı
içdilər. Məsudun hakimiyyəti dövründə olduğu kimi bütün hakimiyyət Xass bəyin
əlinə keçdi. Əmirlər arasında yenidən narazılıq sədaları ucaldı. Xass bəy isə MəlikĢahın
qeyri-sabit mövqeyindən istifadə edərək, soltan elan olunmasından 4 ay sonra onu həbs
etdirdi; sonra isə əmirlərin razılığı ilə MəlikĢahın qardaĢı Məhəmmədi Həmədana dəvət
etdi.
1153-cü ilin mayında soltan taxtına çıxmıĢ Məhəmməd Xass bəyin səltənət
üçün təhlükəli olduğunu baĢa düĢərək, hakimiyyətinin üçüncü günü vəzirin edam
olunması fərmanını verdi. Bu addımı ilə soltan Məhəmməd dövlətin atabəy ġəmsəddin
Eldəniz, Marağa hakimi Nüsrətəddin ibn Ağsunqur kimi nüfuzlu əmirlərinin hörmətini
qazanmağa çalıĢdı. Edam edilmiĢ Xass bəyin baĢı həmin əmirlərə göndərildi. Lakin
soltanın əməlində özləri üçün təhlükə görən əmirlər onun bu hərəkətini
bəyənmədilər. Bununla belə, soltanın iĢlərinə qarıĢ mamağı, hadisələrin sonrakı
inkiĢafını müĢahidə etməyi qərara aldılar.
Səltənət iddiasında olan əmirlərin düĢmənçilik və çəkiĢ mələrindən
bacarıqla istifadə edən xəlifə əl-Müqtəfi Səlcuqilərin Ġraqdakı bütün iqta torpaqları
üzərində nəzarəti öz əlinə aldı. Məhəmmədin əmisi, soltan Səncər tərəfindən
vəliəhd elan olunmuĢ Süley manĢah da onun müttəfiqi o ldu. Xəlifə Süley manĢahı
soltan elan edərək, onu qoĢunla təchiz etdi. Soltan Məhəmməddən narazı o lan
atabəy ġəmsəddin Eldəniz, Nüsrətəddin Arslan Apa, Alp QuĢgünxur və baĢqaları
da əvvəl yeni soltana qoĢulsalar da, ümid lərini doğrultmad ığı üçün ço x keçmədən
onun qərargahını tərk etdilər.
Onda soltan Məhəmməd yardım üçün Mosul hakimi atabəy Qütbəddin
Məduda müraciət etməli o lur. 1156-cı ilin iyununda rəqiblər arasında Ġraqda baĢ
vermiĢ döyüĢdə SüleymanĢah və onun tərəfdarları məğlub olurlar. Süley manĢah ələ
keçirilib, Mosul qalasına salınır və 1159-cu ilədək burada saxlan ılır.
Bu hadisədən sonra SüleymanĢahın keçmiĢ müttəfiq i atabəy ġəmsəddin
yenidən Azərbaycana qayıdıb, əfv olun ması üçün soltan Məhəmmədə sifariĢ
yolladı. Soltan atabəyin oğlu Məhəmməd Cahan Pəhləvanın girov qoyulması
Ģərtilə ġəmsəddinlə barıĢdı.
1157-c i ilin martında soltan Məhəmməd in qoĢunları Bağdadı mühasirəyə
aldılar. Ġbn əl-Əsirin məlu matına görə, soltanla xəlifə arasında müharibənin
304
baĢlanmasına səbəb, xəlifənin Bağdadda və bütün Ġraq ərazisində soltanın adına
xütbə o xun ması tələbindən imtina etməsi olmuĢdu.
Elə bu vaxt xəlifənin təhriki ilə ġəmsəddin Eldəniz Ģahzadə MəlikĢah ibn
Mahmud və oğulluğu ArslanĢah ibn Toğrulla birlikdə soltanlığın paytaxtı
Həmədana hücum edib, soltan xəzinəsini ələ keçirdi. Had isədən xəbər tutan soltan
Bağdadın mühasirəsindən əl çəkib, Həmədana doğru hərəkət etdi. Rey Ģəhərin in
qala divarları yaxınlığında rəqib lər arasında baĢ verən döyüĢ Eldənizin məğlub
olub, geri çəkilməsi ilə nəticələndi. Araz vadisində, Naxçıvan yaxın lığında baĢ
verən ikinci döyüĢdə soltan yenə də qalib gəldi, Naxçıvanı və təqribən bütün
Arranı ələ keçirdi. Məğlubiyyətə uğramıĢ Eldəniz əfv olun ması xah iĢilə soltana bir
daha müraciət etdi və bu dəfə də müsbət cavab aldı. ġəmsəddin - Arran hakimi,
Marağa hakimi Arslan Apa ibn Ağsunqur əl-Əh mədili isə A zərbaycan hakimi təyin
olundular.
1159-cu ilin dekabrında soltan Məhəmməd vəfat etdi. Onun ölümündən sonra
yeni soltan haqqında əmirlər arasında fikir ixtilafı yarandı. Əyanların bir qismi ta xt-taca
Məhəmmədin qardaĢı MəlikĢahı, digər hissəsi isə II Toğrulun oğlu, atabəy Eldənizin isə
oğulluğu Ģahzadə ArslanĢahı əyləĢdirməyi təklif etdi. Lakin əmirlərin Rey hakimi
Ġnanca arxalanan üçüncü qrupu bu çəkiĢmədə qalib gəldi. Bu qrup hələ də Mosul
həbsxanasında olan SüleymanĢahı taxt-taca əyləĢdirməyi təklif edirdi. SüleymanĢah
böyük hörmətlə Həmədana gətirildi və 1160-cı ilin martında soltan elan olundu.
Eldənizin himayəsində olan Ģahzadə ArslanĢah isə vəliəhd elan edildi. Lakin SüleymanĢah
dövlət iĢlərilə məĢğul olmur, eyĢ-iĢrətli həyat tərzinə üstünlük verirdi. Çox keçmədən
əmirlər və ruhanilər ona qarĢı qəsd təĢkil etdilər. SüleymanĢah həbs edildi və sonra isə
qətlə yetirildi.
1160-cı ilin noyabrında əyan və əmirlər tərəfindən yüksək səviyyədə
qarĢılanan atabəy Eldəniz Ģahzadə ArslanĢahla birlikdə Həmədana gəldi. QarĢılayanlar
arasında yalnız rəqibi - Rey hakimi Ġnanc yox idi. ArslanĢah taxta əyləĢdirildi, baĢına tac
qoyuldu. Bu zamandan etibarən Eldəniz "böyük atabəy" (atabəy əl-əzəm) adlanmağa
baĢlandı. Onun böyük oğlu, ArslanĢahın isə anabir qardaĢı Cahan Pəhləvan soltanın
əmir-hacibi, ikinci oğlu Qızıl Arslan isə soltan qoĢunlarının baĢ komandanı (əmir
sipəhsalar əl-kəbir) təyin edildilər.
Bu zamandan baĢlayaraq atabəy Eldənizin bütün fəaliyyəti yeni dövlət
hakimiyyətinin möhkəmləndirilməsinə yönəldi. Ġraq soltanlığı tərkibinə daxil edilən
ölkə və vilayətlərin bütün hakimləri, eləcə də, bütün vassallar ArslanĢaha və böyük
atabəy Eldənizə sədaqət andı içdilər. Böyük atabəy ġəmsəddin Eldəniz bütün
soltanlığın gerçək hökmdarına çevrildi.
|