TarġXĠ III-XIII əsrin I rübü



Yüklə 5,02 Mb.
Pdf görüntüsü
səhifə29/45
tarix14.01.2017
ölçüsü5,02 Mb.
#5612
1   ...   25   26   27   28   29   30   31   32   ...   45
§ 6. SALARĠLƏR DÖVLƏTĠ 

 

X  əsr  Azərbaycanın siyasi  tarixində  mövcud  dövlətlərin  möhkəmlən məsi 



və  yenilərinin  yaran ması  dövrü  olub.  Burada  hakimlik  edən  sülalələr 

müsəlman ların  mənəvi-siyasi  baĢçısı  xəlifəyə  zahiri  itaətlərini  saxlay ır,  lakin  bir 

sıra hallarda  Yusif  Sacin in timsalında gördüyümüz kimi, siyasi hakimiyyəti də ələ 

keçirirdilər. 

Saciləri  mənĢəcə  Deyləmdən  o lan  Salarilər  əvəz  etdilər.  Onla rın 

Azərbaycandakı  ilk  nümayəndəsi  Deyləm  hakimi  Məhəmməd  ibn  Müsafirin  oğlu 

Mərzban  ibn  Məhəmməd  oldu.  Hələ  Deyləmdə  olarkən  o,  qardaĢı  Vəhsudanla 

birlikdə  atasına  qarĢı  çıxaraq,  vilayətin  baĢlıca  qalaları  Taro m  və  Samiramı 

(ġamiramı)  ələ  keçirtdi.  941/942-ci  ildə  Mərzban  ibn  Məhəmməd  Sacilərin  son 

nümayəndəsi  Deysəmin  höku mətində  maliyyə  vəziri  vəzifəsini  daĢıyan  Əli  ibn 

Cəfərin  təhrikilə  A zərbaycana  hücum  edir.  DöyüĢ  zaman ı  Deysəmin  bir  ço x 

döyüĢçüləri, əsasən kürdlər və deyləmlilər Mərzbanın tərəfinə keçirlər.  Deysəm isə 

salamat  qalmıĢ  kiçik  dəstəsiylə  ona  sığınacaq  vermiĢ  Vaspurakan  hakimi,  dostu 

Qaqik Artsruninin yanına qaçır. 

Deysəmin  ordusunu  darmadağın  edən  Mərzban  ibn  Məhəmməd 

Azərbaycanda  hakimiyyəti  ələ  keçirir.  Sacilərin  keçmiĢ  vəziri  Əli  ibn  Cəfəri  isə 

ĢərtləĢdikləri  kimi  əvvəlki  vəzifəsində  saxlayır.  Lakin  ço x  keçmədən  vəzirin 


276 

 

əleyhdarları  Mərzbanı  ona  qarĢı  qaldırırlar.  Bunu  baĢa düĢən  Əli  ibn  Cəfər  onun 



guya  Salari  xəzinəsi  üçün  böyük  miqdarda  pul  əldə  etmək  məqsədilə  Təbrizə 

getməsinə  icazə  verməsini  xah iĢ  edir.  Mərzban  razılıq  verir  və  deyləmlilər 

dəstəsinin müĢayiəti ilə onu Təbrizə göndərir. Təbrizə gələn Əli əhali  ilə razılaĢıb, 

Vaspurakanda gizlən miĢ Deysəmi Ģəhərə dəvət edir. 

Bu  dövrdə  Təbrizdə  baĢ  verən  hadisələrin  gediĢini  mü xtəlif  tərzdə 

iĢıqlandıran  orta  çağ  müəllifləri  (Ġbn  əl-Əsir,  Ġbn  Misqəveyh)  bircə  məsələdə 

həmrəydirlər:  öz  mənafeyi  xatirinə  gah  Deysəmin,  gah  da  Mərzbanın  tərəfini  tutan 

hiyləgər  vəzirin  məkrliliyi  həm  onu  müĢayiət  edən  deyləmlilərin,  həm  də  bir  çox 

günahsız Ģəhərlin in qanına bais oldu. 

Deysəm və Mərzbanın qoĢunları Təbriz yaxınlığında qarĢılaĢırlar. Təbrizlilərə 

arxalanan  Deysəm  tərəfdarları  ilə  Ģəhərə  daxil  olur.  Mərzban  isə  Təbrizi  mühasirəyə 

alaraq, yenidən vəzirlə dil tapır, ona toxun mayacağına söz verir. 

Təbrizin  mühasirəsinin  uzanması  Deysəmi  gizlincə Ģəhəri  tərk  edib,  Ərdəbilə 

getməyə məcbur edir. Bundan xəbər tutan Mərzban yardıma gəlmiĢ qardaĢı Vəhsudanla 

birlikdə  Ərdəbili  mühasirəyə  alır.  Uzunmüddətli  mühasirə  Ģəhərdəki  ehtiyatların 

tükənməsinə, ərdəbillilərin üsyan qaldırmasına səbəb olur. Deys əmin vəziri Nəimi də 

əhalini  üsyana  təhrik  edənlərdəndi.  Mərzbanla  gizli  danıĢıqlara  girən  Nəimi  öz 

hökmdarını  barıĢığa  razı  sala  bilir.  Əldə  olunmuĢ  razılığa  görə  Deysəm  öz  ailəsi  ilə 

Tarom qalasında yaĢamaq icazəsi alır. 

Bu hadisədən sonra Deysəmin adı bir müddət tarix səhnəsində çəkilmir. Paytaxt 

Ģəhəri  Ərdəbil  isə  xeyli  müddət  müqavimətini  davam  etdirsə  də,  nəhayət,  Mərzban 

tərəfindən  ələ  keçirilir.  Dövrün  qaynağı,  Ərdəbili  iĢğal  edən  Mərzbanın  dinc  əhaliyə 

tutduğu amansız divandan xəbər verir. 

Deysəm  üzərindəki  qələbədən  sonra  Azərbaycanın  tam  hüquqlu  hakiminə 

çevrilən  Mərzban  ibn  Məhəmməd  bu  ərazidə  Salarilər  sülaləsi  hakimiyyətinin  əsasını 

qoyur.  Məhz  onun  hakimiyyət  baĢında  olduğu  illər  bu  dövlətin  çiçəklənmə  dövrünə 

təsadüf edir. Salarilərin bu zamankı sərhədləri Sacilər dövlətinin ən yüksək inkiĢaf dövrü 

hüdudları  ilə  üst-üstə düĢürdü.  Demək  olar,  bütün Azərbaycanı  ələ  keçirmiĢ  Mərzban 

ibn  Məhəmməd  Ermənistanda  da  hakimiyyətini  təsdiqlədi,  əvvəllər  Sacilərə  vergi 

verən ĢirvanĢahları  indi  də onlara  vergi  ödəməyə  məcbur  etdi.  Beləliklə,  Salarilərə 

tabe edilmiĢ ərazinin hüdudları Ģimalda Dərbəndədək çatdı. 

Mərzbanın  hakimiyyətinin  baĢlanğıcında,  943/44-cü  ildə  ruslar  yenidən 

Azərbaycana soxuldular.  Xəzər  dənizi  vasitəsilə  Kür  çayının  mənsəbinə çıxmıĢ  ruslar 

çayın axarına qarĢı üzərək Bərdəyə çatdılar. Mərzban beĢ min nəfərlik qoĢunla onlara 

qarĢı çıxıĢ etdi. Dövrün qaynağında iki ordunun qarĢılaĢması bu cür təsvir edilir: "Heç 

bir  saat  keçməmiĢdi  ki,  müsəlmanlar  qaçmağa  məcbur  edildilər,  deyləmlilər  son 

nəfərinədək  qırıldılar...  Ruslar  [Ģəhərdə]  yerləĢib,  aman  verəcəklərini  bildirdilər, 

özlərini yaxĢı apardılar. [Sonra] hər tərəfdən müsəlman qoĢunları axıĢıb gəldilər. Ruslar 

onlarla döyüĢdülər, müsəlmanlar isə ruslarla döyüĢdə tab gətirmirdilər. [Silahsız] Ģəhər 

əhalisi  rusları  daĢlayır,  onların  üstünə  çığırırdı.  Bu  bir  müddət  davam  etdi.  Rusların 



277 

 

carçısı əhaliyə üç gün ərzində Ģəhəri tərk etmək əmrini elan etdi. Getmək imkanı olan-



ların  hamısı  Ģəhərdən  çıxdı,  əhalinin  əksəriyyəti  isə təyin  olunmuĢ  vaxtdan sonra da 

Bərdədə  qaldı.  Ruslar  onları  qılıncdan  keçirib,  xeyli  insanı  məhv  etdilər,  qırğından 

sonra əhalinin on min nəfərə yaxınını əsir aldılar. Onları came məscidinə yığıb dedilər: 

"Həyatınızın  bahasını  verin,  yoxsa  sizi  qıracağıq".  Xristian  olan  birisi  hamının  yerinə 

danıĢaraq,  adambaĢı  20  dirhəm  haqq  müəyyənləĢdirdi.  Bu təklifi  yalnız ağıl sahibləri 

qəbul  etdilər.  Ruslar  onlardan  bir  Ģey  qopara  bilməyəcəklərini  gördükdə  hamısını 

döyməyə baĢladılar. Yalnız qaça bilənlər xilas oldular. Ruslar əhalinin əmlakını qənimət 

kimi  ələ  keçirdilər,  əsirləri  qul  etdilər,  xoĢlarına  gələn  qadınları  da  özləri  üçün 

seçdilər". 

Bu hadisə haqqında məlumat verən "Alban tarixi"nin müəllifi də təsdiq edir 

ki, ruslar "Ģəhərliləri qılıncdan keçirdilər və əhalinin bütün əmlakına y iyələndilər". 

Mərzban  ibn  Məhəmməd  bu  dəfə  ruslara  qarĢı  otuz  min  nəfərlik  qoĢun 

yeritdi,  lakin yenə də uğursuzluğa düçar oldu.  Çox  keçmədən  gözlənilməz  hadisə  baĢ 

verdi:  qədərsiz  meyvə  yemiĢ  ruslar  arasında  epidemiya  baĢlandı.  Mərzban  ruslara 

yenidən hücum etdi. Bu dəfə o, fənd iĢlədərək, yalnız  müəyyən iĢarədən sonra həmlə 

ruslara  edəcək  dəstəni  pusquda  saxladı.  DöyüĢ  baĢlandı,  Mərzbanın  qoĢunu  qəsdən 

qaçmağa  üz  qoyaraq,  pusquda  dayanan  dəstənin  yanından  keçdi.  Lakin  ruslara  qarĢı 

ürəklərdə elə böyük qorxu vardı  ki,  geri  çəkilən  döyüĢçülər  pusquda dayanan dəstəyə 

hücum  iĢarəsi  vermədilər.  Vəziyyəti  belə  görən  Mərzban  həyatı  bahasına  olsa  da, 

qorxuya düĢmüĢ döyüĢçüləri öz ardınca aparmaq qərarına gəlir. Ġrəli atılaraq, pusquda 

dayanmıĢ  dəstəyə  iĢarə  verən döyuĢçüləri  də öz  ardınca  aparır.  Ruslar  məğlubiyyətə 

uğrayırlar.  Onların  sərkərdəsi  isə  həlak  olur.  Lakin  Ģəhərin  mühasirəsi  hələ  də 

yarılmamıĢ, uzun müddət davam etmiĢdi. 

Elə  bu  zaman  Azərbaycanın  cənub  hissəsi  Mosul  əmiri  qoĢunların ın 

hücumuna  məru z  qaldı.  QoĢunun  bir  hissəsini  Bərdənin  mühasirəsində  saxlayan 

Mərzban cənuba, Mosul əmirinin qoĢunlarının yetiĢdiyi Səlmasa tərəf hərəkət edir. 

Rəqib lər arasında döyüĢ baĢ verir.  Yağ mağa baĢlayan qar əsasən bədəvi ərəblərdən 

təĢkil  edilmiĢ  Mosul  qoĢununun  geri  çəkilməsinə  səbəb  olur.  Məhz  bu  vaxt, 

Bağdad  üzərinə  yürüĢ  etmək  qərarına  gəlmiĢ  Mosul  əmiri  öz  sərkərdəsini 

tabeliyində olan qoĢunla geri çağırır. 

ġiddətlən məkdə  olan  epidemiya  və  müsəlmanların  aramsız  mühasirəsi 

rusları  Bərdəni  tərk  etməyə  məcbur  edir.  Onlar  qarət  etdikləri  qənimətlərlə 

yüklən miĢ  gəmilərinə  minərək,  öz  ö lkələrinə  tərəf  ü zürlər.  Mərzbanın  mühasirə 

dəstəsi  isə  o  qədər  zəif  idi  ki,  düĢmənin  çıxıb  getməsinə  heç  bir  maneçilik  törədə 

bilməd i. Beləliklə, Mərzban  mosullulara qarĢı yürüĢdən qayıdanadək ruslar  Bərdə 

və onun ətrafını tərk etdilər. 

Dövlətinin  cənub-Ģərq sərhədlərin i möhkəmləndirmək məqsədilə Mərzban 

Həmədan və Ġsfahan hakimi, Buveyhilər sülaləsindən olan Rüknəddövlə (941-977) 

ilə  müharibəyə  baĢlamaq  qərarına  gəlir.  948/49-cu  ildə  Qəzvin  yaxınlığ ındakı 

döyüĢdə  Mərzbanın  qoĢunları  məğlubiyyətə  uğrayır,  o  özü  və  bir  neçə sərkərdəsi 



278 

 

isə əsir alınaraq, Ġsfahandan cənubda yerləĢən Samiram qalasına göndərilir.  



Bu hadisədən sonra Azərbaycanda hakimiyyət uğrunda mübarizə baĢlanır. 

QoĢunların  bir  hissəsi  Mərzbanın  Ərdəbilə  gəlmiĢ  atası  Məhəmməd  ibn  Müsafirə 

sədaqət  andı  içir.  Lakin  ço x  keçmədən  ordu  özbaĢınalıq  edən  Məhəmmədə  qarĢı 

çıxır.  Canını  götürüb  oğlu  Vəhsudanın  yanına  qaçan  Məhəmməd  oğlu  tərəfindən 

həbs edilir. 

Mərzban  üzərində  qələbə  qazanan  Rüknəddövlə  öz  sərkərdələ rindən 

Məhəmməd ibn Əbdürrəzzaqı A zərbaycan hakimi təyin edir.  

Hadisələrin  gediĢindən  narahat  olmuĢ  Vəhsudan,  Məhəmməd  ibn 

Əbdürrəzzaqa qarĢı çıxıĢ etmək üçün hələ də Taro mda yaĢayan keçmiĢ Azərbaycan 

hakimi Deysəmi ö lkəyə dəvət edir. 

Məhəmməd  ibn  Müsafir  qaçandan  sonra  Ərdəbildə  qalmıĢ  deyləmlilər 

Mərzbanın  sərkərdələrindən  biri  o lan  Əli  ibn  Fəzli  özlərinə  baĢçı  seçmiĢdilər. 

Vəhsudanın sözü ilə Deysəmi Azərbaycan hakimi kimi tanıyan Əli ibn Fəzl onunla 

birləĢir. Deysəm  isə Varsana gələrək, döyüĢə hazırlaĢmağa baĢlayır. O, bütün xəzinəni 

və  baĢqa  sərvətləri  vəziri  Ġbn  Mahmuda  etibar  edib,  döyüĢün  nəticəsini  Muğan 

dağlarında  gözləmək  əmrini  verir.  Bütün  xəzinəni  əlində  cəmləĢdirmiĢ  Ġbn Mahmud 

xəyanət yoluna keçərək Ərdəbilə gəlir və Məhəmməd ibn Əbdürrəzzaqın tərəfinə keçir. 

Bu hadisə Deysəmlə Məhəmməd ibn Əbdürrəzzaq arasında baĢ vermiĢ döyüĢün taleyini 

həll  edir.  Nəticədə  Azərbaycanın  cənub-Ģərq  vilayətləri  Buveyhilərin  əlinə  keçir  və 

Məhəmməd ibn Əbdürrəzzaq tərəfindən idarə olunmağa baĢlayır. Azərbaycan və Dvin 

qarıĢıq  Ermənistanın baĢqa vilayətləri  isə yenidən Deysəmin  idarəsi altına keçərək, 

ona vergi ödəməyə baĢlayır. 

Böyük sərvət toplaya  bilmiĢ  Deysəm  Ərdəbilə  gəlir  və  burada  Ģəhəri  idarə 

edən  deyləmli  sərkərdə  Əli  Ġbn  MiĢaki  ilə  toqquĢur.  Deysəmə  xid mət  edən 

deyləmlilərin çoxu Əli  ibn MiĢakinin tərəfinə keçir. Məğ lubiyyətə uğrayan Deysəm 

kürdlərdən ibarət dəstəsi ilə Ermənistana qaçmalı olur.  

952/53-cü  ildə  Salarilər  sülaləsinin  hələ  də  Samiram  qalasında  saxlan ılan  

banisi  Mərzban  ibn  Məhə mməd  həbsdən  qaça  bilir.  O,  Ərdəbilə  gələrə k, 

Azərbaycanda  öz  hakimiyyətini  bərpa  edir,  Əli  ibn  MiĢakini  isə  Deysəmin  ardınca 

Ermənistana  göndərir.  Bundan  xəbər tutan  Deysəm  Mosula,  oradan  isə  Bağdada,  onu 

hörmətlə qarĢılayan xəlifənin hüzuruna gedir. Lakin çox keçmədən vəziyyət elə gətirir ki, 

Deysəm  Bağdadı  tərk edib yardım almaq üçün Mosula,  Nəsirəddövlənin yanına getməli 

olur. Rədd cavabı alan Deysəm DəməĢqə  -  Nəsirəddövlənin qardaĢı  Seyfəddövlənin, 

oradan  isə  955/56-cı ildə köhnə dostu Vaspurakan hakiminin oğlunun yanına yollanır. 

Burada  olarkən  o,  Mərzbanın  üsyan  etmiĢ  əhalinin  çıxıĢını  yatırmaq  üçün  Dərbəndə 

getməsindən  xəbər  tutur.  YaranmıĢ  vəziyyətdən  istifadə  edən  Deysəm  öz  qoĢununu 

Azərbaycana  yeridərək,  Səlmas  Ģəhərini  tutur.  Mərzbanın  göndərdiyi  qoĢun 

darmadağın edilir. Lakin Deysəm Səlması əlində saxlaya bilmir və yenidən Vaspurakana, 

hamisinin  yanına  qayıdır.  Dərbənddən  qayıdan  Mərzban  Vaspurakan  hakimindən 

Deysəmi təslim etməsini tələb edir. Onun əmrilə Deysəm zindana atılır. 957/58-ci ildə, 



279 

 

artıq  Mərzbanın  vəfatından  sonra,  Salari  əmirlərindən  biri  həbsxanada  saxlanılan 



Deysəmi  öldürtdürür.  Beləliklə,  dövrün parlaq Ģəxsiyyətlərindən  biri  olmuĢ  Deysəm 

ibn Ġbrahim tarix səhnəsindən çıxır. 

957-c i  ilin  sonunda  Mərzban  vəfat  etdi.  Hökmdarın  ölü mündən  sonra  onun 

oğulları və qardaĢı  Vəhsudan arasında hakimiyyət uğrunda mübarizə gücləndi. Ġbn 

Misqəveyhin  məlu matına  görə,  Mərzban  hakimiyyəti  rəsmi  olaraq  Vəhsudana 

vəsiyyət etsə də, əlaltdan böyük oğlu Custanı özünün varisi elan etmiĢ, q əbul etdiyi 

bu qərar haqqında bütün qalaların rəislərinə məxfi məlu mat göndərmiĢdir. Məhz bu 

səbəbdən  rəsmi  olaraq  varis  elan  edilmiĢ  Vəhsudan  Custana  tabe  olduqlarını 

bildirmiĢ qala rəislərin in  müqaviməti  ilə qarĢılaĢdı.  Vəhsudan Ərdəbili tərk edərək 

Taro ma  qayıt malı  o lur.  Ha kimiyyət  o  biri  qardaĢlarının  da  dəstəklədiy i  Custanın 

əlinə keçir.Ġqamətgahı Ərdəbildə qurmuĢ Custan hakimiyyəti ələ alaraq,  Deysəmin 

keçmiĢ  vəziri  Əbu  Abdullah  ən  –  Nəimini  ö zünün  vəziri  təyin  edir.  Urm  hakimi 

Custan  ibn  ġərməzandan  baĢqa,  Salarilərə  tabe  olan  bütün  yerlərinin  hakimləri 

hökmdara  sədaqət  andı  içirlər.Lakin  zahiri  sakitliyinə  baxmayaraq,  hakimiyyət 

uğrundakı  mübarizə  Vəhsudanın  gördüyü  tədbirlər  nəticəsində  getdikcə  daha 

kəskin  Ģəkil  alırd ı.  Bu  məqsədlə  o,  mü xtəlif  fəndlərə  əl  atır,  əməklərinə  verilən 

haqla razılaĢ mayan Salari qoĢunu içərisində narazılıq alovunu qızıĢdırmağa çalıĢır, 

qardaĢları  küsdürüb,  hətta  bəzi  feodalları  onların  əleyhinə  qald ırmağa  cəhd 

göstərirdi.  Custanın  sarayında baĢ  verən  hadisələr  də  vəziyyətin  ağırlaĢmasına  az 

təsir  etmirdi.  Elə  bu  zaman,  Custanın  gözündən salın mıĢ  vəzir  Nəimi  Ərdəbildən 

Muğana  qaçaraq,  burada  özünü  əl  –  Müstəcirbillah  adı  ilə  elan  xəlifə  etmiĢ 

fırıldaqçı  bir  Ģəxslə  görüĢür.  Öz  mənafeyi  xatirinə  Nəimi  həmin  Ģəxsi  xəlifə  kimi 

―tanıyaraq‖,  onu  ilk  növbədə  Azərbaycanı  tutmağa  çağırır.  Özünü  Salarilərdən 

təcrid  etmiĢ  Urm  hakimi  Custan  ibn  ġərməzan  da  onlara  qoĢulur.  Vəziyyətin 

təhlükəli  olduğunu  dərk  edən  hökmdar  Custan  öz  qoĢunlarını  təzə  peyda  olmuĢ 

―xəlifə‖n in və Custan ibn ġərməzanın birləĢmiĢ qüvvələrinə qarĢı göndərir.  DöyüĢ 

mü xalifət  qüvvələrinin  məğlubiyyəti,  ―xəlifə‖nin  əsir  düĢməsi  ilə  nəticələnir. 

Custan  ibn  ġərməzan  isə  öz  dəstəsi  ilə  Urmiyaya  qaçır.  Lakin  hökmdarın  bu 

müvəffəqiyyəti  də  onun  Salari  taxtındakı  halimiyyətini  möh kəmləndirə,  daxili 

çəkiĢ mələrə  son qoya  bilmədi.  Vəziyyəti  ilə  razılaĢa  bilməyən  Vəhsudan  isə  yeni 

yollara  əl  atır:  bu  dəfə  Mərzbanın  oğlu  Ġbrah imi  yanına  dəvət  edərək,  onu 

hədiyyələrlə ö z tərəfinə çəkir, Mərzbanın üçüncü oğlu Nəsiri isə    

 

 

  



 

 

 



 

 

 



 

280 

 

Custanın  üstünə  göndərə  bilir.  Əmisinin  sözlər inə  aldanan  Nəsir  qardaĢı 



Custanı  tərk  edib  Muğana  gəlir.  Burada  möhkəmləndikdən  az  sonra  Ərdəbilə 

hücum  edib,  Custanı  Ģəhərdən  çıxmağa  məcbur  edir.  Custan  Ərdəbilin  6 

fərsəxliyində yerləĢən Nir qalasında sığınacaq tapır. 

QardaĢının  məğlubiyyətindən sonra Nəsir hakimiyyəti öz əlinə alır.  Lakin 

bu  hökmranlıq  uzun  sürmür.  Custan  ordusunun  özəyini  təĢkil  edən  kürdlər  və 

deyləmlilər  Nəsirə  tabe  o lmaq  istəmirlər.  Əmisi  Vəhsudan  da  ona  yardım 

göstərməkdən  imtina  edir.  Əli  hər  yerdən  üzü lən  Nəsir  qardaĢı  Custanı  Ərdəbilə 

dəvət  edir.  Lakin  artıq  Custan  da  Salari  dövlətini  bürü müĢ  böhranlı  vəziyyəti 

aradan qaldırmaq  iqtidarında deyildi.  Siyasi pərakəndəlik, tez-tez baĢ verən feodal 

çəkiĢ mələrin  nəticəsində  dilənçi  halına  düĢmüĢ  yerli  əhalinin  çıxıĢları  bir  qədər 

əvvəl qüdrətli olan bu dövlətin zəifləməsinə gətirib çıxarır. 

Yaran mıĢ çıxılmaz vəziyyət Custan və Nəsiri əmiləri  Vəhsudana müraciət 

etməyə  məcbur  edir.  Vəhsudanın  yalançı  vədlərinə  aldanan  qardaĢlar  anaları  ilə 

birlikdə Taro ma  gəlir və burada həbs olunurlar.  

Xəbər  bu  zaman  Ermənistanda  olan  Ġbrahimə  çatdıqda  o,  anasını  və 

qardaĢlarını  xilas  etmək  üçün  qoĢun  toplamağa  baĢlayır.  Lakin  artıq  iĢ  iĢdən 

keçmiĢdi: Custan, Nəsir və onların anası həbsxanada qətlə yetirilmiĢdilər. 

Ġbrahimin  hadisələrin  inkiĢafına  göstərəcəyi  təsirdən  narahat  olan 

Vəhsudan Urmiya hakimi  Custan ibn ġərməzandan baĢqa Əhər hakimi  Custan ibn 

Rəvvadı  da  öz  tərəfinə  çəkə  bilir.  Hər  iki  hakimin  və  Vəhsudanın  oğlu  Ġsmayılın 

birləĢmiĢ  qüvvələri  Ġbrah imə  qarĢı  çıxıĢ  edirlər.  Bu  qüvvə qarĢısında  duruĢ  gətirə 

bilməyən  Ġbrahim  yenidən  Ermənistana qaçır.  Custan  ibn  ġərməzan  isə  Marağaya 

sahib olub, onun ərazisini də mü lklərinə qatır.  

Lakin  hakimiyyət  uğrunda  mübarizə  bununla  baĢa  çatmır.  Güclü  qoĢun 

toplaya  bilən  Ġbrahim  Custan  ibn  ġərmə zanla  mün asibətləri  niza ma   salır;  sonra 

Azərbaycana  daxil  olub,  Ərdəbil  Ģəhərini  tutur.  Ərdəbil  hakimi  Ġbn  MiĢaki 

Vəhsudanın  yanına  qaçmalı  olu r.  Hücumu  davam  etdirən  Ġbrahim  bu  dəfə 

Vəhsudanın  möhkəmləndirilmiĢ  Taro m  qalasını  ələ  keçirə  bilir.  Müvəffəqiy-

yətsizliyə  uğramıĢ  Vəhsudan  Taromu  tərk  edir.  Mühüm  qələbə  əldə  edə  bilmiĢ 

Ġbrahim  961/62-ci  ildə  Salarilərə  məxsus  bütün  torpaqları  öz  hakimiyyəti  altında 

birləĢdirir. Ġbrahimə fəxri paltar göndərən xəlifə onu Salarilər dövlətinin hökmdarı kimi 

tanıdığını elan edir. 

Mənbələrdən  görünür  ki,  sonrakı  beĢ  il  ərzində  Salarilər  dövləti  dinc  həyat 

Ģəraitində yaĢamıĢdır. 965/66-cı  ildə hələ də sakitləĢə bilməyən Vəhsudan, Ġbn MiĢaki 

ilə birlikdə Deyləmdə yaxĢı təchiz olunmuĢ qoĢun toplayaraq Taroma qayıdır və qalanı ələ 

keçirir.  Bu  hadisə  Vəhsudanın  hakimiyyəti  ələ  keçirmək  yolunda  Salari  hökmdarı, 

qardaĢı oğlu  Ġbrahimlə  apardığı  müharibənin baĢlanğıcı olur.  Vəhsudan tərəfdən qoĢuna 

Ġbn MiĢaki  baĢçılıq  edirdi.  Müharibənin əvvəlində  Ġbrahimin  qoĢunları bir  sıra  uğurlar 

qazana bilirlər, lakin döyüĢlərdən birində ağır yaralanmıĢ Ġbrahim döyüĢ meydanını tərk 

edərək,  böyük  çətinliklərdən  sonra  kiçik  dəstəsi  ilə  Rey  hakimi,  qohumu 



281 

 

Rüknəddövlənin sahib olduğu əraziyə çatır. 



Ġbrahimi hörmətlə qarĢılayan Rüknəddövlə ona qiymətli hədiyyələr verərək, öz 

vəziri və katibi Ġbn Amidin baĢçılığı altında yaxĢı hazırlıq görmüĢ qoĢun dəstəsini onun 

ixtiyarına verir.  965-ci  ildə  Ġbrahim  Ġbn  Amidlə birlikdə  yenidən Azərbaycan sərhədini 

keçir. Ġbn Amidin köməyilə o, Custan ibn ġərməzanla dostluq münasibətləri yarada bilir. 

Beləliklə,  Rey  hakimi  Rüknəddövlənin  fəal  yardımı  sayəsində  Ġbrahim  yenidən 

Salarilər  dövlətinin  taxtına  sahib  olur.  Lakin  bütün  cəhdlərinə  baxmayaraq,  o,  Salari 

dövlətinin  əvvəlki  əzəmətini  bərpa  edə  bilmir:  mərkəzdənqaçan  qüvvələr  güclənirdi, 

Mərzbanın hakimiyyəti illərində Salarilərə tabe olan, ona vergilər ödəyən bir çox vilayət 

hakimləri  özlərini  müstəqil  elan  edərək,  vergi  verməkdən  boyun  qaçırırdılar.  Feodal 

pərakəndəliyini  aradan  götürüb,  Salarilərə  tabe  olan  bütün  torpaqları  birləĢdirmək 

məqsədilə  Ġbrahim  Cənubi  Qafqaz  hüdudlarında bir  neçə  yürüĢ  etdi.  967/68-ci  ildə  o, 

dəniz  vasitəsilə  ġirvana  hücum  edib,  ġirvanĢah  Əhməd  ibn  Məhəmmədlə  müqavilə 

bağladı və ondan pul aldı. Lakin Dərbənd əmiri Əh məd ibn Əbdülməlik Ġbrahimlə gö-

rüĢməkdən imtina edərək, Məsqət sahillərində onun gəmilərinə  hücum etdi və onu geri 

qaytardı.  Beləliklə,  Ġbrahim  vaxtilə  Salarilərin  əlində olan bəzi  torpaqların tabeçilikdən 

çıxmağa  baĢlaması  faktı  ilə  barıĢmalı  oldu.  971-ci  ildə  Salarilər  yenicə  yaranmıĢ 

ġəddadilər  dövləti  hüdudlarına  daxil  edilmiĢ  Gəncəni  də  itirdilər. Gəncə  ilə  birlikdə 

Arran torpaqlarının bir hissəsi də ġəddadilərin ixtiyarına keçdi. 

ġəddadilərin  yürütdüyü  müstəqil  siyasət,  qalan  torpaqlarını  da  itirmək 

qorxusu  Ġbrahimi  yeni  rəqiblərə  qarĢı  çıxmağa  məcbur  etdi.  Çox  keçmədən  onun 

qoĢunları Gəncəyə yaxınlaĢıb, Ģəhəri mühasirəyə aldılar; lakin ġəddadilər Ģəhərlərinin 

müdafiəsində  duraraq,  Ġbrahimin  qoĢunlarını  geri  çəkilməyə  məcbur  etdilər.  Ġbrahim 

sülh  müqaviləsi  bağlayaraq  Ərdəbilə  qayıtdı.  Tezliklə  Salarilərin  tabeçiliyində  olan 

Ermənistan torpaqlarının da bir hissəsi ġəddadilərin hakimiyyəti altına keçdi. 

Məhz  bu dövrdə  hələ  VIII  əsrdən Azərbaycanda  məskən salmıĢ  Rəvvadilər 

Salarilərin  tabeliyində  olan  Əhər  və  Qaradağda  müs təqil  hakimiyyət  uğrunda 

mübarizə aparırdılar. 

Yerli  feodalları  öz  hakimiyyəti  altında  saxlamaq  üçün  Ġbrahim  bir  sıra 

tədbirlərə  əl  atdı;  hətta  bəzi  feodallara  Salarilərin  hakimiyyətinə  xidmət  müqabilində 

torpaq  vermək  (inzibati  iqa)  qərarına  gəldi.  Lakin  belə  tədbirlər  də  iri  feodalların 

çoxunu  ram  edə  bilmədi,  əksinə,  dövlət  öz  torpaqlarının  bir  hissəsini  itirdi.  Davam 

etməkdə  olan  feodal  çəkiĢ mələri  təsərrüfatın  vəziyyətinə  mənfi  təsir  edir,  ticarətin 

tənəzzülü  prosesini  sürətləndirirdi.  Bəzi  vilayət  hakimlərinin  Salarilərə  ödədikləri 

vergiləri  kəsməsi,  dövlət  xəzinəsi  gəlirlərinin  xeyli  azalmasına  gətirib  çıxardı.  Ġbn 

Misqəveyhin məlumatına görə, Ġbrahimin bu dövrdə Azərbaycanda topladığı  vergilərin 

məbləği cəmi 2 milyon dirhəmə bərabər idi. 

Salarilər hakimiyyətinin son illəri  mənbələrdə lazımi səviyyədə əksini tapa 

bilməyib. Bu mənbələrdə olan cüzi məlu mat əsasında yalnız bunları qeyd etmək olar: 

X  əsrin  70-ci  illərinin  sonlarında güclənmiĢ  feodal çəkiĢmələri  və  müstəqillik  uğrunda 

mübarizə  ona  gətirib  çıxartdı  ki,  əsrin  50-ci  illərində  Salarilərə  50  min  dinar  vergi 



282 

 

verən  Əbülheycə  ibn  Rəvvad  artıq  981-ci  ildə  Salari  hökmdarı  Ġbrahimə  qarĢı 



mübarizəni  gücləndirdi.  Bu  mübarizə  Rəvvadilərin  qələbəsilə  baĢa  çatdı;  son  Salari 

hökmdarı  Ġbrahim  həbsxanaya  salındı.  Məhz  bu  zamandan  etibarən  Salarilər 

dövlətinin  əlində  qalmıĢ  torpaqların  bir  hissəsi  də  Rəvvadi  sülaləsindən  olan 

Əbülheycənin hakimiyyəti altına keçdi. 

Salarilərin əlində yalnız  Dəbil  (Dvin) və onun civarları qaldı.  Bu torpaqlar 

hələ  Ġbrahimin  sağlığında  onun  oğlu  Əbülheycəyə  (Rəvvadi  hakimi  Əbülheycənin 

adaĢı) verilmiĢdi. Erməni tarixçisi Asogikin verdiyi məlumata görə, bu torpaqlar 983-cü 

ilədək  Salari  Əbülheycənin  əlində  qaldı,  sonra  müvəqqəti  olaraq  Qoxtan  (Qoltn) 

vilayətinin əmiri  naxçıvanĢah  ləqəbli  Əbu  Duləf  tərəfindən tutuldu.  Nəhayət,  987/88-ci 

ildə  öz  mülklərini  geniĢləndirmək  yolunda  uğurlu  siyasət  yürüdən  Rəvvadi  hakimi 

Əbülheycə  bu  torpaqları  Əbu  Duləfdən  alaraq,  Rəvvadilər  dövlətinin  torpaqlarına 

qatdı. 


Beləliklə, Salarilər dövləti süqut etdi. Tarix səhnəsində təqribən 40 il olmuĢ 

bu dövlət də  Sacilər  dövləti  kimi  Azərbaycanın və qonĢu ölkələrin  həyatında nəzərə 

çarpacaq  dərəcədə  mühüm  rol  oynadı.  Həmin  dövrün siyasi  mənzərəsini  təsvir  etmiĢ 

ərəb  çoğrafiyaĢünas  səyyahı  Ġbn  Havqəl  yazırdı:  "Biz  [Arran,  Azərbaycan  və 

Ərminiyəyə  (Ermənistana)]  vahid  ərazi  kimi  baxırıq.  Doğrudan  da  bunları  yalnız  bir 

hökmdar  idarə  edirdi.  ...Ġbn  Əbu-s-Sac,  onun  nökəri  Müflih,  Deysəm  ibn  Sədluyə, 

Mərzban  ibn  Məhəmməd  -  o,  həmçinin,  əs-Salar  da  adlanırdı,  belə  hökmdarlardan 

olmuĢlar". 



 

 

 


Yüklə 5,02 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin