§ 3. DƏRBƏND HAġĠMĠ ƏMĠRLĠYĠ
Azərbaycanı tutmuĢ ərəblər "Bab əl-Əbvab" (və ya "əl-Bab" -"qapılar qapısı")
adlandırdıqları sərhəd Ģəhəri Dərbəndi Xilafətin Qafqazdakı iri istinad məntəqəsinə
çevirdilər. Uzun müddət bu Ģəhəri xəlifənin təyin etdiyi ərəb sərkərdələri idarə
edirdilər. Onların baĢlıca vəzifəsi Ģimaldan olan hər bir hücumun, xüsusilə xəzərlərin
müdaxiləsinin qarĢısını almaq idi. IX əsrin ortalarınadək bu vəzifə xüsusi təyinatla yerinə
yetirilirdi, lakin 851 -ci ildə xəlifə əl-Mütəvəkkil Dərbəndi və onun ətraf vilayətlərini o
zaman Azərbaycan, Arran və Ərminiyə hakimi olan Məhəmməd ibn Xalid ibn Yəzid əĢ-
ġeybaniyə iqta payı kimi bağıĢladı. 861 -ci ildə xəlifənin ölümündən sonra türklərin
Bağdaddakı fəaliyyəti ilə əlaqədar Xilafət ərazisində çaxnaĢmalar baĢ verdi.
Müstəqilliyə can atan bir çox feodallar, o cümlədən Məhəmmədin mərkəzi
hakimiyyətlə əlaqəsini ta mam kəsərək, ġirvanı müstəqil elan etmiĢ qardaĢı Heysəm
ibn Xalid bundan istifadə etdilər. Məhəmməd özü ö lkənin idarəsi iĢindən əl çəkdi
və Gəncəyə köçdü. Sonralar o, xə lifə əl-Müstəin (862-866) tərəfindən Bizansla
sərhəddə Xilafət ordusunda xid mət etməyə çağırıld ı.
869-cu ildə, qiya m et miĢ türk ə mirlərinə qarĢı Xila fət mərkə zində
mübarizə aparıldığ ı bir zamanda, HaĢim ibn Suraka əs -Suləmi Dərbəndin müstəqil
idarə edilməsinə nail oldu. O dövrün hadisələrini b izə çatdıran qaynaqda deyilir:
"Əl-Mütəvəkkil öldürüldükdən sonra Xilafət parçalandığ ına, türk məvaliləri
dövlətin idarəsini ələ keçirtd iklərinə görə, əl-Bab əhalisi və sərhədyanı vilayətlərin
qazıları (yəni din uğrunda döyüĢən əsgərləri, -N.V.) bir yerə yığ ılaraq, HaĢimi öz
əmirləri etdilər, ona böyük itaət göstərdilər".
Ərəb və yerli qaynaqların baĢqa məlu matlarından aydın olur ki, HaĢimin
sulaym nəslinə mənsub, mənĢəcə ərəb olan sələfləri hələ VIII əsrin I yarısında
Dərbənd Ģəhərinin siyasi həyatında fəal rol oynamıĢ, onlardan biri Əsəd ibn Z afir
əs-Suləmi 736-cı ildə xəlifənin fərmanı ilə Dərbənd hakimi təyin edilmiĢdi. Onun
digər xələflərin in, Harun ər-RəĢidin hakimiyyəti dövründə Dərbənd hakimi olmuĢ
Nəcm ibn HaĢimin və onun Azərbaycan və Ərmin iyənin ərəb hakiminə qarĢı üsyan
etmiĢ oğlu Həyyunun adları bu dövrdə Azərbaycanda baĢ vermiĢ böyük hadisələrlə
bağlıdır.
V.F.Minorskinin fikrincə, "HaĢimilərə Ģimal sərhədyanı vilayətinin
258
mühafizəçiləri kimi baxılsa da, ailə ənənələrinə görə onlar artıq yerli qəbilələrarası
siyasətə qatılmıĢdılar. HaĢimin özü əldə etdiyi hakimiyyətinə görə onu dəs təkləyən
və ya seçilməsinə razılıq verən həmvətənlərinə borclu idi; bu vəziyyəti onu ictimai
iĢlərin həllində məsləhət ald ığı ağs aqqal və rəislərdən asılı vəziyyətə salırd ı".
ġəhərin yüksək feodal dairələrin in yardımı və razılığı sayəsində
hakimiyyətə gəlmiĢ müstəqil Dərbənd hakimi bu hakimiyyətin irsən onun
övladlarına keçməsi hüququnu da təmin edə bilmiĢdi. Ġtaətə gəlməyən xristian və
bütpərəst tayfaların əhatəsində yaĢayan bu Ģəhər-dövlətin ərazisi Ģəhərin
divarlarından çox da uzaqlaĢ mırdı. Bu ərazin i yalnız d ivarlardan cənubda yerləĢən
torpaqlar hesabına, Xəzər sahili boyunca geniĢləndirmək olardı. Lakin bu məhsuldar
torpaq zolağı ĢirvanĢahları çoxdan özünə cəlb edirdi. Vaxtilə ulu babalarına iqta payı
kimi verilmiĢ Dərbəndi özlərinin qanuni mülkü sayan ĢirvanĢahlar, HaĢimilər üçün daimi
təhlükə olmuĢdular.
Lakin Ģimaldan baĢ verən hücumlara sipər olan ən yaxın qonĢusu ilə
münasibətləri pisləĢdirmək ġirvan üçün heç də həmiĢə sərfəli deyildi. Elə buna görə də
ĢirvanĢah Heysəm ibn Məhəmməd ibn Heysəm bir neçə kənddən əldə edilən məhsulu bu
məqsəd üçün nəzərdə tutulmuĢ xüsusi anbarlara dolduraraq, bu məhsulun Dərbəndin
sərhəd zonada yaĢayan əhalisi arasında bölüĢdürülməsinə qərar vermiĢdi. Təbiidir ki,
dərbəndliləri yedizdirən bu anbarlar onlan ġirvandan müəyyən qədər asılı vəziyyətə
salmıĢdı.
Bununla belə müsəlman torpaqlarının sərhədyanı zonasının mühafizəsini öz
üzərinə götürən Dərbənd əmiri bütün ətraf bölgəni öz nəzarəti altında saxlamağa çalıĢırdı.
Özünün 16 illik hakimiyyəti dövründə əmir HaĢim qonĢu Sərir torpaqlarına dəfələrlə
uğurlu yürüĢlər etmiĢdi. Belə yürüĢlərdə əsas hərbi qüvvəni əmirin qulam adlandırılan
Ģəxsi mühafızəçiləri, din yolunda vuruĢan könüllülər, eləcə də gəlmələr, muzdlu lar və
b. təĢkil edird i. Əmirlərin daha çox etibar etdikləri qulamlar xüsusilə təhlükəli
tapĢırıqların yerinə yetirilməsində istifadə olunurdular.
Əmir HaĢimin ölümündən sonra hakimiyyət əvvəlcə onun cəmi bir il
hakimiyyətdə qalan oğlu Ömərə, ondan sonra isə atasının qonĢu xristian və
bütpərəstlər əleyhinə yönəldilmiĢ siyasətini davam etdirən o biri oğlu Məhəmmədə
keçdi. Əmir Məhəmməd 30 ildən artıq davam edən hakimiyyəti dövründə qonĢu ġəndan
ərazisinə bir neçə dəfə yürüĢ etdi. Türk tarixçisi MünəccimbaĢının məlumatına görə, bu yerin
bütpərəst əhalisi "müsəlmanların qatı düĢməni" idi (XI-XII əsrlərdən sonra "ġəndan" adının
izləri itir; artıq sonrakı əsrlərdə qaynaqlar onun yerində aşkucan və ya aşkuca xalqının
adını çəkir. V. F. Minorskinin tədqiqatına görə, bu xalq coğrafi baxımdan, Ģübhəsiz,
Dağıstanda olan indiki "AkuĢa"ya uyğun gəlir). ġəndan üzərinə ilk hücum 886-cı ildə baĢ
verdi. Bu hücum nəticəsində Dərbənd əmiri ġəndana məxsus iki kəndi ələ keçirdi.
Hələ IX əsrin 80-ci illərinin əvvəllərində həyati əhəmiyyətə malik Ģimal
sərhədlərinin mühafizəsi üçün xəlifə xüsusi fərman vermiĢdi. Bu fərmana görə, Bakı
neft mədənlərindən və duz yataqlarından əldə edilən gəlir əsas vəzifələri sərhədi
qorumaq olan dərbəndlilərə verilirdi. Dərbənd döyüĢçüləri arasında bu gəliri xüsusi
259
təyin olunmuĢ Ģəxs - nazir (yəni "nəzarətçi") bölüĢdürməli id i. X əsrin əvvəllərində
yeni nəzarətçi gəlirləri mənimsədi və hətta ġabran ətrafında Dərbəndə məxsus iki kəndi
də ələ keçirdi. Maliyyə yardımından məhrum olmuĢ dərbəndlilər dolanmaq üçün ticarətə
qurĢandılar və özlərinin hərbi mükəlləfiyyətlərinə laqeydlik göstərdilər.
YaranmıĢ vəziyyətdən istifadə edən, öz əski qüdrətlərini hələ itirməmiĢ,
ġəndan və Səririn müttəfiqi olan xəzərlər Dərbəndə yürüĢ etdilər, lakin əmir
Məhəmmədin hərbi qüvvələrinin təzyiqi ilə geri oturduruldular.
Bu hadisədən sonra təyin olunmuĢ yeni nəzarətçi Bakı neftin dən və duzdan
əldə edilən illik gəliri yenidən sərhəd bölgəsinin mühafizəçiləri arasında
bölüĢdürməyə baĢladı.
905-ci ildə əmir Məhəmməd a lanlar və xəzə rlərlə müttəfiqlik edən, Ģəraitdən
asılı olaraq ġirvan və Dərbəndin müsəlmanları ilə xoĢ münasibətlər saxlayan Sərir
hakimi Bu xtyiĢu ilə danıĢıqlara baĢlamağa cəhd göstərdi. Bu danıĢıqlar zamanı Sərir
hakimi onun görüĢünə gəlmiĢ Dərbənd əmirini, habelə danıĢıqlarda iĢtirak edən on rəisi
nəzarət altına aldırır, lakin tezliklə onları azad etdirməli olur. Gü man etmək olar ki,
Sərir hakimini bu hərəkətə onun müttəfiqi Xəzər xaqanı təhrik etmiĢdi.
Bu hadisədən sonra, müsəlman ġirvanı ilə daha möhkəm əlaqələr
yaradılmasının zəruriliyini dərk edən əmir Məhəmməd itaətə gəlməyən ġəndan üzərinə
hücum etmək haqqında ĢirvanĢah Əli ibn Heysəmlə razılığa gəlir.
909-cu ildə ġirvan və Dərbəndin birləĢmiĢ qoĢunları ġəndan üzərinə yeni
hücuma keçirlər, lakin üçlüyün (ġəndan, Sərir və Xəzər xaqanlığı) hərbi qüvvələri
tərəfindən məğlubiyyətə uğradılırlar. Əmirləri ilə birlikdə on min Ģirvanlı və dərbəndli
düĢmənlərə əsir düĢür. Sərir hakiminin ixtiyarına verilmiĢ əsirlər yalnız üç aydan sonra
azad olunurlar. ġirvan və Dərbənd hakimləri də bu əsirlər arasında idilər.
915-c i ildə ə mir Məhəmməd vəfat etdikdən sonra HaĢimin üçüncü oğlu
Əbdülməlik Dərbənddə hakimiyyət baĢına gəldi. Onun gəliĢi ilə HaĢimilər sülaləsi
daxilində çəkiĢmələr baĢlandı. Mərhum əmir Məhəmmədin oğlu Əbunnəcm əmisinin
əleyhinə üsyan qaldırdı və Dərbənd əhalisinin köməyi ilə hakimiyyəti ələ keçirdi.
Əbdülməlik ġəndan hakimin in mülklərində sığınmağa cəhd göstərdi. Lakin güman
etmək olar ki, o, ġəndan hakimindən yardım ala bilməmiĢdi. Elə həmin il Əbunnəcm
ĢirvanĢahların Təbərsəran mülkünə uğursuz hücum etdi.
Əbunnəcmin fəaliyyəti nəticəsində Dərbənd əmirliyində yaranmıĢ siyasi
gərginlik əmir Əbdülməliki o dövrdə Xilafətin Qafqaz bölgəsi üzrə caniĢini olan
Azərbaycan hakimi Yusif ibn Əbu-s-Sacdan yardım istəməyə vadar etdi. Yusif, əmir
Əbdülməliki Dərbənd hakimi vəzifəsinə təsdiq edərək, onun ixtiyarına 6 min döyüĢçü
göndərdi. Əbdülməlik bu qoĢunun köməyi ilə Dərbənddə itirdiyi hakimiyyətini bərpa
etdi. Dərbənd əmirinin süzereninə çevrilmiĢ Yusif özü Dərbəndə gəldi və Ģəhərin qala
divarlarının bərpasına baĢçılıq etdi.
Yusif Sacinin simasında güclü hami tapmıĢ Əbdülməlik qardaĢı oğlu ilə
hesablaĢmaq qərarına gəlir və bu niyyətlə Əbunnəcmin sığındığı ġabran civarına yollanır.
Bu hücum haqqında qabaqcadan xəbər tutan rəqib baĢqa yolla Dərbəndə girərək,
260
Ģəhərdə hakimıiyyəti ələ keçirə bilir. Əbdülməlik geri qayıdaraq, Dərbəndi mühasirəyə
alır; lakin özünün təzəliklə möhkəmləndirdiyi Ģəhərin müdafiəsini yara bilmir. O,
yardıma ehtiyacı olduğunu baĢa düĢür.
919-cu ildən sonrakı dövrün gerçəklikləri - Dərbənd əmirinin himayəçisi Yusif
Sacinin hakimiyyəti əldən verməsi, müttəfiq olan ġirvanın özünü ĢirvanĢah elan etmiĢ
LayzanĢah Əbu Tahir Yəzidin əlinə keçməsi Əbdülməliki yardım üçün dostluq
münasibətləri saxladığı Xəzər xaqanına müraciət etməyə vadar edir. Köməyə gön-
dərilmiĢ xəzər qoĢunları Əbdülməlikin tərəfdarları ilə birləĢərək Dərbəndin müdafiəsini
yarmağa müvəffəq olurlar. Əbdülməlik yenidən hakimiyyətə gəlir və qardaĢı oğlunu
edam etdirir. Beləliklə, HaĢimilər sülaləsinin nümayəndələri arasında Dərbənddə bir
neçə il davam edən hakimiyyət uğrunda mübarizə baĢa çatır.
Lakin çox keçmədən Dərbəndin baĢı üzərini yeni müharibə təhlükəsi alır; bütün
ġirvan və Layzan torpaqlarını öz hakimiyyətinə tabe etmiĢ yeni ĢirvanĢah Əbu Tahir ibn
Yəzid strateji cəhətdən mühüm olan Dərbəndi ələ keçirmək üçün cəhdlər göstərir.
930-cu ildə o, həmin vaxt Layzanda hakim olan oğlu Məhəmmədi Dərbənd əmirinə
qarĢı göndərir. ġabran qapıları yanında baĢ verən böyük döyüĢ sülh müqaviləsinin
imzalanması ilə baĢa çatır.
Hakimiyyətinin son illərində (938) Əbdülməlik qonĢu bütpərəstlərə qarĢı
yeni hücumlar edir. Nəticədə ətraf kəndlərin bir çox sakinləri öldürülür, əsir alınır,
varidatları ələ keçirilir.
939-cu ilin əvvəlində əmir Əbdülməlik vəfat edir və hakimiy yət onun üç
yaĢlı oğlu Əh mədə keçir.
Bu dövrdə Dərbənd cəmiyyətinin yüksək dairələrində əmirlərlə rəislər
arasında dərin ziddiyyətlər yaranmıĢdı. Həmin ziddiyyətlər Əhmədin azyaĢlı olması
ilə daha da dərinləĢmiĢdi. Dərbəndə sahib olmaq ümidini hələ də itirməmiĢ Ģirvanlıların
əmirliyin daxili iĢlərinə qarıĢması vəziyyəti xeyli pisləĢdirmiĢdi. Dərbənddə qarıĢıqlıq
salmıĢ rəislər Əhmədi Ģəhərdən qovaraq, ġirvanĢah Məhəmməd ibn Yəzidin oğlu,
Təbərsəran hakimi Heysəmi bu Ģəhər-dövləti idarə etməyə dəvət etdilər. Heysəmin
hakimiyyəti təqribən iki il sürdü. 914-cü ildə o, devrilərək əmirlikdən qovuldu.
Bu zamandan baĢlayaraq getdikcə daha böyük təsir gücü qazanan rəislər
Dərbənd əmirinin əleyhinə mübarizədə həmin üsuldan dəfələrlə istifadə etdilər. Onlar
yerli hakimləri qonĢu vilayətlərdən gətirdikləri öz adamları ilə əvəz edərək, Ģəhərin
gerçək hakimləri kimi fəaliyyət göstərirdilər. Elə buna görə də dəvət almıĢ bu oyuncaq
əmirlər ço x keçmədən qovulurdular. Yenidən hakimiyyətə gətirilmiĢ azyaĢlı Əhməd
də yarım ildən sonra devrilmiĢdi. Onun kimi, yenidən dəvət almıĢ Heysəmin də aqibəti
elə oldu. Bundan sonra rəislər ĢirvanĢah Məhəmməd ibn Yəzidin özünə sədaqət andı
içirlər. ġirvan hökmdarı Dərbəndə o biri oğlu Əhmədi göndərir. Lakin tezliklə bu
oyuncaq hakim də devrildi, Əmir Əhməd ibn Əbdülməlik yenidən Dərbəndə dəvət
olundu. 953-cü ildə 18 yaĢlı Əhməd ibn Əbdülməlik yenidən hakimiyyətdən
uzaqlaĢdırıld ı. Sonra isə Dərbəndə lakzların hakimi XəĢrəm (?) Əhməd ibn Münəbbih
dəvət olundu. Bu Ģəxs Ģəhəri təqribən 7 ay idarə etdi. Onun devrilməsindən sonra
261
rəislər Dərbənd taxtının qanuni sahibi Əhməd ibn Əbdülməliki üçüncü dəfə öz yerinə
qaytarırlar.
Tarixçi Ġbn Misqəveyhin məlumatına görə, 955-ci ildə Salari hökmdarı
Mərzban ibn Məhəmməd vergi verməkdən imtina edən dərbəndlilərin çıxıĢını yatırmaq
üçün bu sərhəd bölgəsinə gəlir və görünür, məsələləri qaydaya sala bilir. Lakin çox
keçmədən, Salarilərin tabeçiliyində olan vilayət hakimləri özlərini müstəqil elan edərək,
vergiləri ödəməkdən imtina edirlər. 968-ci ildə Mərzbanın oğlu Ġbrahim ġirvana hərbi
yürüĢ təĢkil edir. Bu, Salarilərin öz ərazilərini Ģimala doğru daha da geniĢləndirmək üçün
göstərdikləri ikinci cəhd idi. Ġbrahim ġirvanĢah Əhməd ibn Məhəmmədlə müqavilə
bağlayaraq ondan pul alır. Sonra o, Dərbənd əmiri Əhməd ibn Əbdülməlikə dəvət
göndərir; Əmir görüĢdən imtina edərək, Məsqətə göndərilmiĢ Salari qoĢunlarına hücum
edir və rəqibini geri qayıtmağa məcbur edə bilir. Beləliklə, Dərbənd Salarilərin təsir
dairəsindən tamamilə çıxır.
Elə bu zaman əmirliyin ġirvanĢahlar dövləti ilə də münas ibəti pisləĢir. Bunun
səbəbi, ġirvanĢaha qarĢı çıxıĢ etmiĢ qardaĢı Heysəmə Dərbənddə sığınacaq verilməsi
olmuĢdu. Əmir Əh məd ġirvan torpaqlarının bir hissəsinin Heysəmə verilməsini
ġirvanĢaha təklif edir, lakin rədd cavabı aldıqda, yenidən dostluq münasibətləri yaratdığı
sərirlilərlə birgə ġirvanın ġabran Ģəhərinə hücum edir, buranı yandırır, Ģəhərin özündən
və ətraf yerlərindən xeyli qənimət aparır. YürüĢdən sonra geri qayıdan sərirlilər
Dərbəndə öz müttəfiqlərindən bir gün tez çatır və görünür, əldə etdikləri qələbəni
bayram edərkən, Ģəhərdə özbaĢınalıqlara yol verirlər. Bundan qəzəblənən Ģəhər əhalisi yüz
Sərir hərbiçisini qətlə yetirib, ġabranda ələ keçirdikləri qəniməti onlardan alırlar; qalan
sərirlilər isə Dərbənddən qovulur.
ġirvandan qayıtmıĢ əmir Əhməd tezliklə Dərbənd qalasını bərpa etdirərək orada
qərarlaĢır. 971 -ci ilin əvvəlində sərirlilər Dərbənddən rüsvayçılıqla qovulmaların ın
əvəzini çıxmaq məqsədi ilə Ģəhərə hücum edib, Cihad (Qırxlar) qapısı yanında baĢ
vermiĢ döyüĢdə əmirin qoĢunlarını ağır məğlubiyyətə uğradırlar.
976-cı ildə, əmir Əhmədin ölümündən sonra, hakimiyyətə onun 16 yaĢlı oğlu
Məymun gəlir. Onun iqamətgahı mərhum əmirin adətən yaĢadığı qalada yerləĢirdi. Lakin
Məymunun cavanlığından istifadə edən, onun müstəqil fəaliyyət göstərməsini
istəməyən rəislər faktiki hakimiyyəti ələ keçirib, gözləri üstündə olsun deyə əmirin
özünü Ģəhər içindəki hökumət binasında yerləĢdirirlər. Məymun on ildən çox itaətə
gəlməyən rəislərin əlində oyuncağa çevrilir.
987-c i ildə ə mir Məy mun gizli surətdə ruslarla əlaqə yaradaraq, onları
Dərbəndə dəvət edir. Ruslar 18 gəmi ilə Dərbəndə gəlirlər. Lakin, yalnız bircə gəmi
limana daxil olub, əmiri azad edə bilir. Qalaya çəkilən əmir orada möhkəmlənir.
Salnamənin xəbər verdiyinə görə, dərbəndlilər sahilə çıxan bütün rusları qırırlar.
Qalan gəmilərdə Məsqətə doğru irəliləyən ruslar burada sahilə yan alıb, hər yeri talan
edir, sonra isə ġirvan və Muğan sahillərinə tərəf üzürlər. Beləliklə, muzdlu rusların
Dərbəndə dəvət olunması Xəzər sahilinin bir çox sakinləri üçün faciə ilə nəticələndi.
Lakin, görünür, dərbəndlilər Ģəhərlərinə so xulmuĢ rusların hamısını
262
qırmamıĢdılar. Çünki Məy munun qulamları içərisində onun hakimiyyətini mühafizə
edən xeyli muzdlu rus vardı. 989-cu ildə həmin ruslarla əlaqədar Dərbənddə çaxnaĢmalar
baĢ verdi. Bu çaxnaĢmaların baĢında rus mühafizəçilərinin təslim edilməsinin
təĢəbbüskarı olan, onların qarĢısında islam, ya ölüm tələbini qoyan təəssübkeĢ din
xadimi gilanlı Musa ət-Tuzi dururdu. Onun belə qətiyyətlə çıxıĢ etməsinə səbəb
rusların Xəzər dənizinin sahillərində, xüsusilə Muğanda törətdikləri talanlar, qarətlər
və qırğınlar olmuĢdu. Lakin əmir, hətta hakimiyyəti bahasına olsa da, Musa ət-Tuzinin
tələblərini qəbul etmədi və öz qulamları ilə qalada möhkəmləndi. Qiyamçılar qalanı 28
gün mühasirədə saxladılar. Çıxılmaz vəziyyətə düĢən əmir, təhlükəsizliyi təmin
olunarsa, qulamları ilə birgə Təbərsərana gedəcəyinə söz verir. Məymun getdikdən sonra
qiyamçılar ĢirvanĢaha dəvət göndərirlər. Lakin Dərbənddə təntənə ilə qarĢılanan
ĢirvanĢah, çox keçmədən Məymunun xid mətçilərindən biri tərəfindən yaralanıb Ģəhəri
tərk edir. Bundan istifadə edən əmir Məymun hakimiyyəti müvəqqəti olaraq ələ keçirsə də,
991-c i ildə yenidən Ģəhərdən qovulur. Də rbəndə qayıdan ĢirvanĢah ilk növbədə
qalanı möhkəmləndirir.
992-ci ildə Dərbəndə hücum edən Məymun Ģəhərin "DəməĢq qapısı"nı
yandıraraq, Ģəhəri ələ keçirir. 993-cü ildə o, Dərbənd qalasını da ĢirvanĢahın əlindən
alaraq, onun tikdirdiyi orta səddi uçurtdurur.
997-c i ildən 1002-ci ilədək hakimiyyətdə əmir Məy munun oğulları
Məhəmməd və LəĢkəri olmuĢlar. LəĢkərinin qısa müddətli hakimiyyəti dövründə
yenidən baĢlanan ġirvan - Dərbənd çəkiĢmələri açıq qanlı döyüĢlər Ģəklini alır.
DöyüĢlərin birində əmirin qardaĢı Əbu Nəsr əsir alınır.
1002-c i ildə ə mir LəĢkəri vəfat edir. Dərbəndlilə r ĢirvanĢahdan Əbu
Nəsrin azad olunmasını tələb edirlər. Dərbəndi axır ki, ö z mü lklərinə birləĢdirmək
istəyən ĢirvanĢah Ģəhər əhalisinin qarĢısına Ģərt qoyur: Əbu Nəsr onun qızı ilə
evlənmə li, bir sıra sərhəd qalaları möhkə mləndirilmə li idi. Lakin Ģərtlər qəbul
edilmir, Əbu Nəsr isə edam olunur. Belə b ir Ģəraitdə LəĢkərin in digər qardaĢı
Mənsur Dərbənd əmiri elan olunur. Onun hakimiyyəti dövründə də davam edən
arası kəsilməyən ġirvan-Dərbənd münaqiĢələri gah bir, gah da o biri tərəfin
üstünlüyü ilə davam etdirilir. Bununla yanaĢı, Dərbənd əmiri Ģimaldakı
qonĢularının yürüĢlərini də dəf etməli olurdu. Ardı-arası kəsilməyən bu
müharibələr sərhədyanı zonanın əhalisinə böyük zərərlər yetirird i. Təngə gəlmiĢ
Ģəhər əhalisi 1019-cu ildə əmir Mənsuru Dərbənddən qovub, hakimiyyəti ĢirvanĢah
Yəzidə verirsə də, bu hakimiyyət də çox sürmür. Ġki il sonra əmir Mənsur yenidən
Dərbənd taxtına sahib olur, az sonra isə ĢirvanĢahın möhkəmləndirib, qoĢun
yerləĢdirdiyi Dərbənd qalasını Ģirvanlılardan geri ala bilir. Rəqiblər arasında
Ģəhərin "ġabran qapısı" yanında baĢ verən döyüĢ Mənsurun qələbəsi ilə nəticə -
lənir. Lakin Dərbənd cəmiyyətinin yüksək dairələrində mövcud olan ziddiyyətlər
yenidən kəskinləĢdiyi üçün əmir Mənsur Dərbənddən qovulur və ĢirvanĢah yenidən
Ģəhərə dəvət olunur. Cəmi b ir il sonra (1024) əmir Mənsur yenidən, bu dəfə qəti
surətdə, hakimiyyətə sahib olur. Ço x keçmədən o, Sərir hakiminin qızı Səriyyə ilə
263
evlənir. Bu izd ivac Sərir hakiminin yardımına təminat verməklə yanaĢı, Ģimal
sərhədlərinin təhlükəsizliy ini də təmin edirdi.
Əmir Mənsur hakimiyyətinin son beĢ ilində ġirvanla ənənəvi Ģəkil almıĢ
mübarizənin üstünə Ģimaldan olan hücumların dəf olunması da gəlmiĢdi.
Doğrudur, Sərir taxt-tacı ilə yaradılmıĢ yeni qohumluq əlaqələri Ģimal yürüĢlərin in
az qala daimi iĢtira kç ıla rı olan sərirliləri bitərəfləĢdirmiĢdi, la kin qarĢılıq lı
hücumların qarĢısını almamıĢdı.
1034-cü ildə, ə mir Mənsurun ölümündən sonra taxt-taca sahib olan oğlu
Əbdülməlik öz sələfləri kimi xaricdən ĢirvanĢahlara, daxildən isə əmirə tabe o lmaq
istəməyən Ģəhər rəislərinə qarĢı mübarizəni davam etdirdi. Qeyd etmək lazımd ır ki,
burada müsəlman in zibati idarə sisteminin yarandığı ilk gündən xüsusi və mühüm
mövqe qazan mıĢ Dərbənd rəisləri Ģəhərdə baĢ verən hadisələrin mərkəzində
olmaqla yanaĢı, həmin hadisələrin in kiĢafına bilavasitə təsir göstərirdilər.Məhz bu
daxili qüvvələrin baĢçılığı ilə ço x keçmədən Əbdülməlik Dərbənddən qovuldu,
dərbəbdlilər ĢirvanĢah Əbu Mənsur Əli ibn Yəzidə tabe olduqlarını bildird ilər.
ġirvanĢahın vəziri Mənsur ibn Müs əddid Dərbənd hakimi təyin edildi. Lakin bir il
keçməmiĢ əmir Əbdülməlik Dərbənddə hücum edərək, hakimiyyəti ələ keçirə bilir.
Qəribə olsa da, Əbdülməlikin hakimiyyətdən uzaqlaĢdırılmasında iĢtirak
edən qüvvələr bu dəfə onun hakimiyyətə qayıtmasına kömək edirlər. Lakin rəislərə
arxayın laĢa bilməyən Əbdülməlik mövqeyini möhkəmlətmək üçün yeni bir
vasitəyə əl atır – ġirvanĢahın bacısı ġəmkuyə ilə evlənir. Hakimiyyəti ələ keçirmək
iĢində Əbdülməlikə yardım etmiĢ rəislər bu ittifaqın ö z mövqeləri üçün təhlükəli
olduğunu hiss edərək, Əbdülməlikin vəzirin i öldürürlər. Qorxuya düĢüb ġirvana
qaçan əmir yeni qohumlarının kö məyi ilə geri qaytarılaraq, Dərbənd qalasında
möhkəmlən ir və o radan Ģəhəri idarə etməyə cəhd göstərir.
ġirvanĢahların əmirə o lan havadarlığına baxmayaraq, rəislər ona qarĢı
mübarizələrindən əl çəkmədilər. Bu mübarizə, hakimiyyətinin son illərini
möhkəmləndirilmiĢ qalada keçirməli o lan əmir Əbdülməlikin ölü münədək (1043)
davam etdi.
Əbdülməlikin oğlu Mənsurun hökmdarlığı HaĢimilər sülaləsi tarixində
dönüĢ mərhələsi oldu. Məh z bu dövrdə əmirlə rəislər arasında gedən mübarizə
qızıĢaraq, özünün son – qanlı həddinə çatdı.
Anası ġəmkuyənin himayəsində olan balaca Mənsurun əmir elan
olunmasına etiraz etməyən Ģəhər zadəganları rəis Əbülfəv aris Əbdüssəlamı ona
naib təyin edirlər. 1051-ci ildə həmin rəis ölənədək Dərbənd faktiki olaraq rəislər
tərəfindən idarə edilir. Bundan sonra anasının himayəsi sayəsində müstəqil əmirlik
edən 13 yaĢlı Mənsur, rəislərlə mübarizənin güclən məsi ilə əlaqədar, 3 il keçmiĢ
Dərbənddən Təbərsərana qaçmalı olur. Onun Dərbənd əmiri elan edilən atabir
qardaĢı LəĢkəri tezliklə Mənsurun qulamı tərəfindən öldürülür və Mənsur yenidən,
bu dəfə sərirlilərin kö məyilə hakimiyyəti geri qaytara bilir. Əmirlə rəislər
arasındakı mübarizə yeni qüvvə ilə, əmirə kö mək edən qonĢu dağlı hakimlərin fəal
264
yardımı ilə qızıĢır. Lakin rəislər, vaxtilə Mənsurun vəzifəyə bərpa olunması iĢində
vasitəçi olmuĢ Sərir hakimi ilə əmir arasında ixtilaf yarada bilirlər.
1064-cü ildə, düĢmənçilik edən tərəflər arasındakı müvazinəti bərpa etməyə
cəhd göstərmiĢ, hətta öz qızını əmirə vermiĢ rəis Əli ibn Həsən vəfat edir. Rəisin ölümü
ilə Ģəhərdə çaxnaĢmalar baĢlayır. ġəhər rəislərinin yeni baĢçısı, aĢkar hakimiyyət
iddiasında olan Müfərric ibn Müzəffər öz qohumları ilə Dərbəndi tərk etməli olur.
Bundan sonra dərbəndlilər üçün ağır günlər baĢlanır. Dərbənd yaxın lığ ında, əmirlə
rəisin silahlı qüvvələri arasında baĢ verən qanlı döyüĢdən istifadə edən qumıklar baĢsız
qalmıĢ Ģəhərə hücum edib, onu talan edirlər. Hakimiyyət uğrunda gedən bu ağır müba-
rizədə müvəffəqiyyət qazanacağının bəlkə də müĢkül olduğunu baĢa düĢən Müfərric
xəyanət yoluna əl atır: əmiri aldadaraq qətlə yetirir, ona havadarlıq edən dərbəndlilərə
isə amansız divan tutur. Bütün bu hadisələr, mənbələrə görə, Müfərriclə Dərbəndin
yüksək dairələri arasında ixtilafa səbəb olur. Nəhayət, ümumi razılığa əsasən, mərhum
əmirin ögey qardaĢı LəĢkərinin Qaytaqda tərbiyə alan azyaĢlı oğlu Əbdülməlik 1065-ci
ildə hakimiyyətə gətirilir.
Dərbənddə baĢ verən hadisələrdən xəbər tutan ĢirvanĢah Fəribürz özünün
Arran ġəddadiləri ilə münasibətlərini təcili Ģəkildə nizama salaraq, bibisi oğlunun
intiqamını almaq üçün elə həmin il qoĢunla Dərbəndə doğru hərəkət etdi. Məsqəti ələ
keçirib, ara-sıra Dərbənd civarlarına basqınlar törətməyə baĢladı. Dərbəndə növbəti
hücum zamanı Fəribürz həbsdə saxlanılan bibisini azad etdirə bilir. YaranmıĢ böhranın
sülh yolu ilə aradan qaldırılmasına baxmayaraq, ĢirvanĢah Fəribürzün əmisi Məmlandan
və ona müttəfiq olan sərirlilərin yardımından istifadə edən Müfərric, Məsqəti
Ģirvanlılardan alır. Lakin Müfərricə ciddi müqavimət göstərən Ģabranlılar onun
qoĢununu darmadağın edib, özünü də əs ir alaraq ĢirvanĢahın hüzuruna göndərirlər. Əmir
Əbdülməlik Qaytağa qaçır, Dərbənd Ģəhəri isə Ģirvanlılar tərəfindən tutulur. Tezliklə
Müfərric əsirlikdən azad ola bilir və müttəfiqi olan sərirlilərlə birlikdə Dərbəndə
hücum edir. Bundan sonra hakimiyyət əldən-ələ keçir. Səlcuqların Arrana və ġirvana
hücumları Dərbəndin siyasi həyatındakı səbatsızlığı bir qədər də artırır. Məhz elə bu
za man onlar Dərbəndi tutmaq üçün ilk cəhd göstərirlə r. Azə rbaycanın böyük
hissəsini ələ keçirmiĢ soltan Alp Arslan 1068-ci ildə öz hacibi Sautəkini (ġavtəkini)
Dərbəndə göndərir. Türklər Məsqəti ələ keçirir, Dərbənd qalasını ĢirvanĢahlardan,
Ģəhərin özünü isə rəislərdən alırlar; ĢirvanĢahın əvvəl əsir götürdüyü, sonra isə Alp
Arslanın tələbilə azad etdiyi rəis Əqləb ibn Əlini, Sautəkinin Dərbənddəki müavini
vəzifəsinə təyin edirlər. Sautəkin Dərbənddən getdikdən sonra Ģəhərdə Əqləbin və
Müfərricin tərəfdarları arasında toqquĢmalar baĢ verir. Hər iki tərəfdən xeyli tələfata
səbəb olmuĢ bu qarıĢıqlıq əmir Əbdülməlikin Dərbəndə gəliĢinədək davam edir. Hər
iki tərəf əmir Əbdülməlikə sədaqət andı içir.
Əmir Əbdülməlikin hakimiyyətə qayıdıĢından xəbər tutan ĢirvanĢah özünün
yeni süzerəni Alp Arslanın adından istifadə edərək, Dərbənd üzərinə hücum edir.
ġirvanĢahın qaçmıĢ qardaĢı Güzdəhəmə (Qujdohəmə) Ģəhər rəisinin sığınacaq verməsi
hücum üçün bəhanə olur. Əqləbin və Müfərricin dərbəndli tərəfdarları, Əbdülməlikin
265
qaytaqlı müttəfiqləri ĢirvanĢahın bu hücumunun qarĢısını ala bilirlər. Lakin döyüĢ
zamanı Əqləblə Müfərricin arasına ixtilaf düĢməsi və Müfərricin ĢirvanĢahın tərəfinə
keçməsi nəticəsində ġirvan ordusu qələbə qazanır. Əqləb döyüĢ zamanı həlak o lur,
Əmir Əbdülməlik isə yenidən Qaytağa qaçır. Dərbəndi və onun qalasını ələ keçirən
ĢirvanĢah Fəribürz Ģəhərdəki hakimiyyəti öz oğlu Əfriduna təhvil verib, ġirvana
qayıdır.
Lakin Dərbəndin baĢı üstündəki qara buludlar yenə də çəkilmir. Uzun
müddətdən bəri daxili və xarici çəkiĢmələrdən maddi və mənəvi ziyan çəkən
dərbəndlilər yeni əziyyətə qatlaĢmalı olurlar. Bu dəfə, strateji mövqeyi ilə Arran
ġəddadi hökmdarı Fəzli özünə cəlb edən Dərbənd ġirvanla Arran arasında bölünə
bilməyən "tikə" olur. Gah bu, gah da digər tərəfin uğuru ilə nəticələnən hücumlardan
sonra Dərbənd məscidinin minbərindən ya ĢirvanĢahın, ya da ġəddadi hökmdarının
adlarına xütbə oxunur. Bütün bunlar nəticə etibarilə Dərbənd əmirliy inin çalıb-
çapılmasına, əhalin in var-yo xdan çıxmasına səbəb olmuĢdu.
Dərbəndin Səlcuqilər tərəfindən ikinci iĢğalı 1071-ci ildə, məĢhur Malazgirt
vuruĢmasında əldə edilən qələbədən sonra baĢ verdi. Alp Arslanın islam dünyasının
sərhəd vilayəti Dərbəndə göndərdiyi türk qulamı Yağma, ĢirvanĢahın oğlu Əfridunu
Ģəhərdən və qaladan uzaqlaĢdırdı, özü isə səlcuq soltanının təyin etdiyi hakim sifəti ilə
Ģəhəri idarə etməyə baĢladı. Lakin rəislərin baĢçısı, dinc otura bilməyən Müfərric
Ģirvanlılarla yaxınlaĢma siyasətini davam etdirməkdə idi.
Dərbəndin Qaytaqda gizlənən əmiri Əbdülməlikin qısa müddət ərzində bir neçə
dəfə hakimiyyəti qaytarmaq cəhdləri də uğursuzluqla nəticələnmiĢ, 1075-ci ildə
dərbəndlilər onu Hümeydidəki (Dərbənddən qərbdə, Yuxarı Təbərsəranda) zindana salmıĢ
və nəhayət, Əbdülməlikin əmisi oğlu Məymun ibn Mənsura iman gətirib, gözləri üstündə
olsun deyə, qalada deyil, Ģəhərdəki hökumət binasında yerləĢdirmiĢdilər. Bu təyinat
ġirvanla münasibətlərin yaxĢılaĢmasına xid mət etməli id i.
Lakin çox keçmədən Dərbənd Səlcuqilərin yeni hücumuna məruz qaldı.
Mənbələrdəki məlumatlara görə, bu hücumdan sonra əl-Baba sahib olmaq ümidini
itirmiĢ ĢirvanĢah öz mülklərinə çəkilərək, üzərinə qoyulmuĢ illik vergini soltan
xəzinəsinə ödəməyə baĢladı. Beləliklə, ġirvanın bir əsr davam edən Dərbəndi ələ
keçirmək cəhdləri müvəqqəti olaraq dayandırıldı.
ġirvanla Dərbənd arasındakı mübarizə yalnız Səlcuqilər hakimiyyətinin
zəifləməsindən sonra yenidən baĢlandı və gah bu, gah da digər tərəfin uğurları
Ģəraitində davam etdi.
Mənbələrdən aydın olur ki, Dərbənddə HaĢimilər sülaləsinin hakimiyyətinin
sonu təxminən 1077-ci ilə - XI əsrin axırlarına təsadüf edir. Lakin bu sülalənin
hakimiyyətinin 1077-ci ildən sonra da davam etdiyini təxmin etmək mü mkündür.
Dövrün qaynaqlarında öz əksini çox az tapmıĢ bu illərdə HaĢimilər sülaləsinin, çox
güman, Ģəhər rəislərinin sonrakı nəsilləri ilə qaynayıb-qarıĢmıĢ, qohumlaĢmıĢ
nümayəndələri Dərbəndin idarəsində fəal iĢtirak etmiĢlər. Gürcü mənbəyi "Kartlis
Tsxovreba" 1120-c i ildə baĢ verən ġirvan-Dərbənd münaqiĢəsində ĢirvanĢah Əfridunun
266
öldürülməsi haqqında məlu mat verir.
1154-cü ildə abxaz (gürcü) hökmdarı Demetre ilə Dərbənddə olmuĢ ərəb
tarixçisi Ġbn əl-Əzraq Dərbənd əmiri, abxaz (gürcü) hökmdarının kürəkəni
Əbülmüzəffərin adını çəkir. Xaqaninin mədhiyyəsində Dərbənd əmiri kimi göstərilmiĢ
Əbülmüzəffər 1160-cı ildən sonra hakimiyyətə gəlmiĢ ĢirvanĢah I Axsitanın
(Tamarın və Mənuçehrin oğlunun) titulu olmuĢdur. Gü man etmək o lar ki, 1154 -cü
ildə gələcək ĢirvanĢah Axsitan Əbülmüzəffər də özünün bir çox sələfləri kimi
əvvəlcə Dərbənd əmiri olmuĢdur. Gürcü salnaməsi 1191/1192-ci ilə qədər
ĢirvanĢah kimi hakimiyyətdə olmuĢ Axsitanı "Movakan (Muğan), ġirvan və
Dərbənddən Xalxaladək (Ərdəbil yaxın lığında) dəniz sahili vilayətlərin hökmdarı"
kimi qələmə verir.
Beləliklə, Dərbəndin son HaĢimi ə mirindən tutmuĢ monqol iĢğalınadək
olan tarixi artıq bu Ģəhər-dövlətin siyasi, həm də iqtisadi baxımdan ġirvandan asılı
və ĢirvanĢahların bilavasitə hökmran lığ ı altında olan yeni dövrünə aiddir.
Dostları ilə paylaş: |