§ 7. XÜRRƏMĠLƏR VƏ BABƏKĠLƏR
HƏRƏKATININ SONRAKI ÇIXIġLARA
TƏSĠRĠ VƏ TARĠXĠ ƏHƏMĠYYƏTĠ
Azərbaycanlıların yadelli istismarçılara qarĢı qüdrətli çıxıĢına çevrilmiĢ
xü rrəmilər - babəkilər hərəkatı Xilafətin məzlu m xalqlarla qarĢılıq lı
münasibətlərini kəskinləĢdird i, ərəb imperiyasının parçalan ma prosesini
sürətləndirdi.
Babəkin xürrəmi ard ıcılları IX yüzilin sonunadək Xilafətə qarĢı çevrilmiĢ
bütün yeni çıxıĢlarda iĢtirak etdilər. X əsrdə onların b ir ço xu ismaililərə qoĢuldular.
Təsadüfi deyil ki, xürrəmilərin fəaliyyət göstərdiyi bölgələr sonralar batin ilərin
istinadgahına çevrildi
1
.
1
Ġsmaililər - altıncı imam Cəfər əs-Sadiqin oğlu Ġsmayılı yeddinci Ģiə imamı kimi
tanıyanlar və onların tərəfdarlarıdır. Onların ideoloji sistemləri hamıya məlum olan "zahiri"
və yalnız seçmə adamlara məlum olan "batini, gizli, örtülü" təlimlərdən ibarətdir. Buradan da
müxtəlif qollara ayrılmıĢ ismaililərin batinilər adı meydana gəlmiĢdir.
212
Əbu Mənsur əl-Bağdadi (X əsr) məlu mat verir ki, "hal-hazırda Məzyərin ardıcılları
doğma dağlarında, özlərinin Curcandakı qonĢularının yardarlarıdırlar. Onlar islama
zahirən etiqad edir və bu dinə qarĢı olduqlarını gizlədird ilər".
838 - 839-cu ildə xürrə milə rin məğlubiyyətindən az sonra Təbəristanda
Karin sülaləsindən olan axırıncı əmir Məzyərin rəhbərlik etdiyi üsyan baĢlandı.
Ġsbahbez (spahbed) titulu almıĢ bu Ģəxs hələ 825-826-cı ildə xəlifə əl-Məmun
tərəfindən Təbəristan, Ruyan və Dunbavəndin hakimi təyin edilmiĢdi.
TəəssübkeĢ ərəb müəlliflərinin "kafir və satqın" kimi xarakterizə etdikləri
Məzyərin baĢçılıq etdiyi bu üsyan da babəki Ģüarları altında davam etmiĢ, ərəb
hakimiyyətinə qarĢı çevrilmiĢdi.
Abdullah ibn Tahirin tutduğu Xorasan valisi vəzifəsini ələ keçirməyə
cəhd göstərən sərkərdə AfĢin öz məqsədlərinə çatmaq üçün altdan -altdan Məzyərlə
Tahirilər arasındakı pozulmuĢ münasibətlərdən istifadə edir, Məzyəri Xilafətə qarĢı
qaldırmağa çalıĢırdı. Bu təbliğata uyan və vaxtilə Babəkə təəssübkeĢlik edən
Məzyər kəndlilərə mü lk sahiblərini məhv etmək, on ların malikanələrin i yandır-
maq tapĢırığ ı verdi. Ərəblərdən və yerli feodallardan alın mıĢ əmlakı o, ö z xü rrəmi
qanunlarına əsasən bütün kəndlilər arasında bərabər bölüĢdürməy i əmr etdi. Əsasən
ərəblərdən və məvalilərdən olan iri feodallardan torpaqları alaraq kəndlilərə
paylayan Məzyər təkcə siyasi deyil, iqtisadi məqsədlər də güdür, son nəticə olaraq
ərəb hakimiyyətinin devrilməsinə çalıĢırd ı.
Beləliklə, xü rrəmilər kimi qırmızı paltar geyən, Babəkin irəli sürdüyü
prinsipləri, eh kamları açıq-aĢkar qəbul edən Məzyərin və onun tərəfdarların ın
hərəkatı ço x keçmədən ərəb əsarətinə qarĢı mübarizəyə qalxmıĢ xeyli imkansızı da
birləĢdirdi.
Xilafət üçün böyük təhlükəyə çevrilmiĢ bu üsyan 840-cı ilin avqustunda
Xorasan hakimi Abdullah ibn Tahir tərə findən yatırıldı. Məzyər əsir a lın ıb, Sa mirə
Ģəhərinə göndərildi. ÇağdaĢ müəlliflərin məlumatına görə, o, burada xəlifə tərəfindən
mühakimə edilib, həbsə alınmıĢ AfĢinlə üzləĢdirildikdən sonra döyə-döyə öldürüldü.
838-839-cu ildə AfĢinin qohumu, onun öz yerinə Azərbaycan hakimi təyin
etdiyi Minkicəvr əl-Fərqani də mərkəzi hakimiyyətə qarĢı üsyan qaldırdı. Mənbələrdə
(ət-Təbəri və əl-Yəqubi) üsyanın gediĢi haqqında olan müxtəlif məlu matlara
baxmayaraq, çıxıĢın məqsədi aydın idi: Xilafətdən ayrılmaq, öz hakimiyyətini qurmaq.
Əvvəlki çıxıĢlar kimi, bu üsyan da yatırıldı. Xəlifə sərkərdəsi Böyük (əl-
Kəbir) Buğanın baĢçılıq etdiyi qoĢunlara qarĢı aparılan ağır döyüĢlərdən sonra
Minkicəvr 840/41-ci ildə məğlub edilib, Samirəyə göndərildi.
Nizamülmülkün məlu matına görə, xəlifə əl-Vasiqin dövründə (842-847)
Ġsfahan tərəflərdə xürrəmdinilər yenidən baĢ qaldırdılar. Bir neçə il davam edən, "heç bir
qoĢunun müqavimət göstərə bilmədiyi" bu çıxıĢ da nəhayət, yatırıldı. Maraqlı burasıdır
ki, Nizamülmülk xürrəmdini çıxıĢlarının (yəqin ki, burada söhbət ümumiyyətlə
batinilərin çıxıĢlarından gedir) 300 (912/13)-cü ilədək davam etdiyini qeyd edir.
MəĢhur filosof əl-Ğəzalinin xürrəmilər və onların ideologiyası haqqında
213
məlu matını verən əl-Fəxri babəkilər icmasının sonralar Ġraq və Yəmənin bəzi
vilayətlərində fəaliyyət göstərdiyini qeyd edir.
Xürrəm-babəkilərin Azərbaycandakı çıxıĢı Xilafətin Qafqaz vilayətlərində
yerli feodalların güclənməsi üçün zəmin yaratdı, Xilafətin ayrı-ayrı dövlətlərə
parçalanmasını müəyyənləĢdirən əsas siyasi qüvvələrdən biri oldu. Abbasilər dövlətinin
əsaslarını sarsıtmıĢ məhz bu üsyandan sonra mərkəzi hakimiyyətdə yaranmıĢ çətin-
liklərdən istifadə edən yerli hakimlər müstəqillik qazanmağa çalıĢdılar.
Dövrün ən iri çıxıĢlarından olan xürrəmi-babəkilər hərəkatının
uğursuzluğuna baxmayaraq, o xalqların hafizəsində dərin izlər qoymuĢ, Xilafətin
sonrakı siyasi hadisələrinin əsaslı dəyiĢməsinə Ģərait yaratmıĢ, yerli hakimlərin
separatçı meyillərini gücləndirmiĢdi. Xürrəmilərin və Babəkin təlimin in izlərinə daha
sonrakı tarixi dövrdə - XV əsrdə təsadüf edilir. Səfəvilər sülaləsinin banilərindən biri
olan ġeyx Heydər üsyan zamanı "Babək xürrəminin dini qanunları"nı da təbliğ
edirdi.
214
X FƏSĠL
VII ƏSRĠN II YARISI - X ƏSRLƏRDƏ AZƏRBAYCAN
MƏDƏNĠYYƏTĠ
§ 1. MADDĠ MƏDƏNĠYYƏT
Azərbaycanda aparılmıĢ arxeoloji qazıntılar zamanı VII əsrin II yarısı - X
əsrlərə aid xeyli maddi mədəniyyət qalıqları aĢkara çıxarılmıĢdır. Həmin əsrlərə aid
yerüstü abidələr çox az qaldığı üçün qazıntı materiallarının əhəmiyyəti böyükdür. Bu
materiallar əsas etibarilə, yaĢayıĢ məskənləri olan Ģəhərlərdə (Qəbələ, Beyləqan,
Gəncə, Bakı, ġamaxı, Naxçıvan, ġabran, Xarabagilan və s.), qismən qalalarda
(Gülüstan, Qız qalası) və kəndlərdə (Dərəzarat, Sərkərtəpə və s.) aparılan qazıntılardan
tapılmıĢdır. Bunlara Ģəhərlərin və qalaların müdafiə istehkamları, yaĢayıĢ tikintiləri,
təsərrüfat və mədəni-məiĢət qurğuları, ictimai və dini binaların qalıqları, sənətkarlıq
ocaqları və saysız-hesabsız əĢyavi materiallar - əmək alətləri, qab-qacaq, bəzək Ģeyləri,
pullar, yazılar və s. daxildir. ġəhərlərdə həmin materiallar tapılan mədəni təbəqələrin
qalınlığı bəzən 3 metrə çatır.
O dövrün Azərbaycan Ģəhərlərinin, demək olar, hamısı möhtəĢəm qala
divarları ilə əhatə olunmuĢdu. Onların yerüstü niĢanələrini Ģəhər xarabalarında aydın
görmək olur. Qəbələ Ģəhərinin Qala adlanan hissəsində cənub divarları və qala darvaza
bürcləri bütün möhtəĢəmliyi ilə bu günə qədər qalmıĢdır. Bünövrə hissədə iri puç
(əhəng) daĢdan, yuxarısı isə əhəng məhlulu ilə biĢmiĢ kvadrat kərpicdən hörülmüĢ bu
qala divarları orta əsr Ģəhərimizdən zamanımıza qədər qalmıĢ yeganə yerüstü
istehkamdır. Beyləqanda hələ ilk orta əsrlərdə iri çiy kərpiclə hörülmüĢ qala divarlarının
IX-X əsrdə biĢmiĢ kvadrat kərpiclə bərpa olunmuĢ hissələri qazıntılar zamanı aĢkara
çıxarılmıĢdır. Gəncədə həmin dövrə aid kirəc məh lulu ilə biĢmiĢ kərpic və
çaydaĢından hörülmüĢ qala divarları qalıqları öyrənilmiĢdir. Bütün hallarda divarlarda
müdafiəçilərin yerləĢdiyi və hərəkət etdiyi üst hissələr uçub dağıldığından bu günə
qədər saxlanılmamıĢdır. Beyləqan qazıntılarından tapılmıĢ bir ədəd bürc formalı qabın
quruluĢu əsasında həmin hissənin görünüĢünü bərpa etmək mümkündür. Görünür,
onların da üstü, qabda olduğu kimi, diĢli düzəldilmiĢ, mazqallar və "gözlük"lərlə
əhatələnmiĢdir.
ġəhərlərdə tikintilərin sıx və davamlı tikildiyi müĢahidə olunur. Su Ģəbəkəsi və
kanalizasiya qurğularından istifadə olunur. Yerli Ģəraitə uyğun olaraq quyu suyundan,
kəhrizlərdən, kanal və arxlardan Ģəhər əhalisi və Ģəhər təsərrüfatı su ilə təchiz edilirdi.
Artıq bu dövrdə sənətkarlıq ocaqları və emalatxanaları yerləĢən məhəllələr Ģəhərin qala
divarlarından kənarda suyun bolluğu, küləyin istiqaməti nəzərə alınmaqla xüsusi
yerlərdə salınırdı. Beyləqanın sənətkarlar məhəlləsi Ģəhərin cənub-qərbində,
Qəbələnin dulusçuluq emalatxanaları Ģəhərin Ģimal-Ģərqində salınmıĢdı. ġəhərlərin
215
sənətkarlar məhəllələrində saxsı qab və kərpic biĢirilən kürələr, dəmirçixana, ĢüĢə
istehsalı qalıqları və digər emalatxanalar aĢkara çıxarılmıĢdır. Qəbələdə ikigözlü iri
düzbucaqlı formada kərpic kürələri, Beyləqanda qab biĢirilən dairəvi kürələr aĢkar
edilmiĢdir.
Dəmirçilik əĢyalarından xüsusi formalı kəlbətin, dəhrə, ox ucluqları, kərki ağzı,
nizə ucluqları, ərsin, qarmaq, halqa və zəncir qırıqları, müxtəlif mismarlar və s. qeyd
etmək olar. Misgərlik sənətinə aid Beyləqanda toqqa baĢlıqları, biz, iy və sancaqlar, qab
qırıqları, Ģamdan ayağı və s. tapılmıĢdır. Zərgərlik əĢyalarından mis üzük, bilərzik və
döĢ bəzəklərini göstərmək olar. Beyləqanda dulus emalatxanalarını təchiz edən biĢmiĢ
kərpicdən hörülmüĢ su arxları ü zə çıxarılmıĢdır. Artıq bu dövrdə sənət sahələri xeyli
geniĢlənmiĢdi.
Çox böyük dəyiĢiklik dulusçuluq sənətində baĢ verir. Saxsı qab istehsalında
metal tozlarından hazırlanmıĢ Ģirdən geniĢ istifadə olunur. Qazıntı materialları
göstərir ki, bu dövrdə, demək olar ki, hər yerdə ayaqla hərəkətə gətirilən dulus çarxı
tətbiq olunur, gilin hazırlanması, qabların biĢirilməsi xeyli yaxĢılaĢır, onların çeĢidi
çoxalır. Dövrün əsas gil qab növləri qazan, küp, səhəng, sərnic, bardaq, dopu, goduĢ,
küpə, aftafa, boĢqab, sini, təknə, dolça, silbiç, xeyrə, kasa, duzqabı, qənddan biçimli
vazlar, badya və s.-dən ibarətdir. Yeni formalı, o cümlədən, Ģar - konusvari qablar
meydana gəlir. ġirsiz qablar içərisində ən çətin hazırlanan və biĢirilməsi böyük
ustalıq tələb edən belə qabların istehsal olunması dulusçuluğun nailiyyəti kimi
qiymətləndirilməlidir. Beyləqanda Əhməd və onun oğlu Fəzlun Ģar-konusvari qab
istehsalı ilə ixtisaslaĢmıĢdılar. Beyləqanın sənətkarlar məhəlləsində belə qabları
biĢirmək üçün istifadə edilmiĢ nalvari yığcam quruluĢa malik xüsusi kürələrin
qalıqları aĢkar edilmiĢdir. ġirin tətbiqi saxsı qabların bədii iĢlənməsinə böyük imkan açır.
Bu dövrlər üçün Ģabalıdı, yaĢıl, sarı və firuzəyi Ģirlərlə örtülmüĢ, yaxud bu Ģirlərin
mü xtəlif çalarları ilə naxıĢlanmıĢ qablar səciyyəvidir. Əsasən həndəsi naxıĢlardan isti-
fadə olunurdu. Lakin Beyləqanda bu dövrə aid bir böyük kasanın içərisində bir qədər
sxematik olsa da, ov səhnəsi təsvir olunmuĢdur. ġəhərlərdə aparılan qazıntılar zamanı
Ģirli qab biĢirilən zaman kürədə istifadə olunan gil çubuqlar, üçayaqlılar, S-ə bənzər
qarmaqlar və kiçik konuslar tapılması artıq IX-X əsrlərdə Azərbaycanda Ģirli qab
istehsalının geniĢ yayıldığına əsaslı dəlildir. Kürələrin yanlarında Ģirsiz qablarla bərabər
Ģirli qab çıxarlarına da tez-tez təsadüf olunur. Bu dövrdə baĢlıca olaraq mətbəx qabları
Ģirlənirdi. Dövrün sonlarında Ģirli qablarda bəzən çox ötəri çəkilmiĢ dayaz qrafik
(cizgili) naxıĢlardan da istifadə olunmağa baĢlanır.
Qazıntılardan tapılan ĢüĢə məmulatı - qablar və bəzək əĢyaları, onların çıxarları
tədqiq edilən dövrdə Azərbaycan Ģ əhərlərində (Qəbələ, Bərdə, Beyləqan, ġabran və s.)
ĢüĢə istehsalının artdığını, keyfiyyətinin yaxĢılaĢdığını, çeĢidinin çoxaldığını nümayiĢ
etdirir. Onların əksər hissəsi texniki və bədii cəhətdən yüksək səviyyədə durur. ġir
istehsalında tətbiq olunan rənglər ĢüĢə istehsalında da istifadə olunur. Bu dövrdə müxtəlif
çalarlı ĢüĢə qablarla yanaĢı çəhrayı, göy və qara rəngli ĢüĢə qablara və bəzək Ģeylərinə
təsadüf edilir. Üfurmə üsulu daha geniĢ tətbiq olunur. Qulplu və lüləkli qablar meydana
216
çıxır. Ən ço x yayılan bərni, vaz, flakon və badə formalı qablardır. Bəzək Ģeyləri
içərisində əsas kütləni bilərziklər təĢkil edir. Dairəvi tilli bilərziklərlə yanaĢı eĢmə
bilərziklər meydana gəlir. Əksəriyyətinin bitiĢən yeri ilan baĢı Ģəklində düzəldilmiĢdir.
ġüĢədən üzük, metal üzüklərə qaĢ və müxtəlif muncuqlar hazırlamıĢlar.
Qazıntılar daĢiĢləməyə aid zəngin material verir. BaĢlıca tapıntılar memarlıq
hissələri - sütunaltlıqları, divar və karniz bəzəkləri, yazılı daĢlar və s.-dir. DaĢ qablara da
təsadüf olunur. Dəyirman və kirkirə daĢları, bülöv və kart daĢları, daban daĢları adi
tapıntılardır.
Orta əsr abidələrinin bu dövrünə dair təbəqələrindən qazıntılar zamanı
miĢarlanmıĢ, lakin hələ istifadə olunmamıĢ heyvan sümükləri və buynuzlarına tez-tez
təsadüf edilir. Sü mükdən və buynuzdan ipəyirən, daraq, bıçaq sapı, düymə və digər
alət və bəzək Ģeyləri hazırlanırd ı.
Qazıntılardan tapılan aĢılanmıĢ gön qalıqları (Beyləqan), toqqa baĢlıqları,
yüyən, tapqır halqaları və s. göniĢləmə sənətinin, iynə və qıyıqlar dərziçiliyin, biz -
pinəçiliyin, boyaq qalıqları isə boyaqçılığın arxeo loji n iĢanələridir.
Azərbaycanda arxeoloji qazıntılar zamanı VIII-X əsrlərə aid mədəni
təbəqələrdən külli miqdarda sikkə qalıqları, təsadüfi tapıntılar da çoxdur. Sikkələrə
dəfinə Ģəklində və ya tək-tək rast gəlinir.
Orta əsr abidələrində aparılmıĢ qazıntılarda yazılı maddi mədəniyyət
qalıqlarına da az təsadüf olunmur. Memarlıq abidələrindəki yazılar bu və ya digər
tikintini tikdirən Ģəxsin və yaxud tikən ustanın adları, inĢa tarixi ilə bizi tanıĢ edir.
Pullardakı yazılar vasitəsilə onları zərb etdirən hökmdarın, zərb olunduğu yerin adlarını,
zərb tarixini müəyyən edə bilirik. Saxsı və metal qab üzərindəki yazılar isə qab
ustalarının adlarını saxlamıĢlar. Ərəb əlifbası ilə olan yazıların ən qədim nümunələri
pullar üzərindəki yazılardır. IX - X əsrlərdə ərəb əlifbasının əsasən kufi xətti ilə yazılmıĢ
maddi mədəniyyət nümunələrinə təsadüf olunur. Pullardakı yazıların hamısı möhürlə
zərb olunmuĢdur. DaĢ üzərindəki yazılar baĢlıca olaraq fonları oyulmaqla nəqĢ edilirdi.
Beyləqan Ģəhərində Ģar-konusvari qablar üzərində (IX əsrin ortaları) və Ģəhərin
yaxınlığında yerləĢən "Peyğəmbər" adlı qəbiristanlıqda qəbir daĢında (X əsrin
əvvəlləri) tapılmıĢ yazılar hələlik, həmin dövrün daĢ və qab üzərində olan ilk
nümunələri hesab edilir. Qab üzərindəki yazılar qab çiy ikən möhürlə basılmıĢ (Fəzlunun
möhürü) və ya ucu ĢiĢ qələmlə cızılmıĢdır (Əhmədin yazısı). Bir qab üzərindəki yazı qab
biĢirildikdən sonra qazılıb yazılmıĢdır (Cəfərin yazısı). Elə bu dövrün sonlarında Ģirli
qablarda fırça ilə yazılmıĢ yazı nümunələrinə də təsadüf olunur.
217
§ 2.ELM VƏ FƏLSƏFĠ FĠKĠR
Ərəb istilası və Xilafətin Azərbaycanda uzun sürən ağalığı ölkən in
mədəni həyatında da dərin iz qoydu. Bu vəziyyət, müvəqqəti də olsa, məhsuldar
qüvvələrin in kiĢafın ı və ö lkən in mədəni tərəqqisini ləngitsə də, Azərbaycanın geniĢ
ərazili Xilafət tərkibinə daxil edilməsi obyektiv olaraq onu ümu mi müsəlman
mədəniyyətinə cəlb etdi, tədqiq olunan dövrün son əsrlərindən baĢlayaraq is lamın
burada geniĢ vüsət tapmasına Ģərait yaratdı. Lakin Yaxın və Orta ġərqin bir ço x
ölkələrində (Ġranda, Orta Asiyada və s.) olduğu kimi, tarixi A zərbaycan ərazisində
də bu proses yerli ədəbi dillərin inkiĢafına ara verdi. Orta əsr ərəb mədəniyyəti
tarixində ən məhsuldar çağın baĢlandığı bu dövrdə "ərəb" ifadəsi öz məzmununu
dəyiĢdi. Xilafətin ərəb dilini həm ədəbi, həm danıĢıq dili kimi qəbul edərək, son
nəticə olaraq "ərəbləĢmiĢ" xalqları (suriyalılar, misirlilər və b.) ərəb -müsəlman
mədəniyyətinin yaran ması prosesinə fəal surətdə qoĢulub, bu mədəniyyəti qədim
ġərq və antik dünya xalq larından onlara irs qalmıĢ ənənələrlə zəngin ləĢdirdilər.
Bununla yanaĢı, Xilafətin ərəbləĢ məyib, yalnız müsəlmanlaĢ mıĢ bir ço x xalq ı, o
cümlədən azərbaycanlılar, tədricən ərəblərin dini ilə birlikdə onların dillərini də
mən imsəyərək, az qala, XI əsrədək elmi, din i və ədəbi yaradıcılıqda bu məqsədlə
latın dilindən istifadə edən avropalılar kimi ərəb dilin i iĢlətməyə baĢladılar. Buna
Ģimallı-cənublu Azərbaycan ərazisində mü xtəlif dillərdə danıĢılması, dil
vahidliyin in olma ması, dar çərç ivədə tətbiq edilən alban əlifbası nəzə rə alın ma zsa,
ümu mi əlifbasızlıq üzündən ərəb əlifbasının qəbul edilməsi ilə yanaĢı, baĢqa
obyektiv amillər də xeyli kö mək etdi.
Xəlifə Əbdülməlikin (685-705) islahatları nəticəsində kargüzarlığın ərəb
dilində aparılması dövlət idarələrində iĢləyən yerli azərbaycanlı məmu rlar üçün bu
dili bilməy i vacib etmiĢdi. Ərəb dilini bilməyənlərə hətta adi vəzifələr də
verilmirdi. Tədricən ərəb dilinin iĢğalçın ın dili o lduğu unuduldu. Artıq bir-iki
əsrdən sonra bu dili b ilmək mədəniyyət göstəricisinə çevrildi. Qu ranın yalnız
yazıldığ ı dildə öyrənilməsi də ərəb dilinin iĢlənilmə və mən imsənilmə arealını
geniĢləndirdi. Hər bir müsəlman (bəzən də mü xtəlif mənafeli qeyri-müsəlman)
millətindən asılı o lmayaraq Xilafət xalqlarının ünsiyyət dilinə çevrilmiĢ ərəb dilini
öyrənməyə çalıĢırdı. Ümu miyyətlə, o dövrdə hər bir müsəlman hər Ģeydən əvvəl dini
icmanın ü zvü, ondan sonra isə bu və ya digər yerin sakini, hər hansı millətin
nümayəndəsi idi. Ona görə də milli-etnik sərhədlər tədricən zəifləyir, yox dərəcəsinə
çatır, dini mənsubiyyət isə çox iĢdə əsas amil hesab olunurdu. Bəzən mənĢəcə ərəb
olmayan, lakin əsərlərini ərəb dilində yazan hər hansı alimin və ya yazıçının etnik
mənsubiyyətini müəyyənləĢdirmək və üzə çıxarmaq çətin, hətta qeyri-mümkün olurdu.
Belələrinin Xilafətin mənəvi həyatında iĢtirakı ümu mi ərəb-müsəlman mədəniyyətinin
inkiĢafına səbəb olur, onlar həm ərəb, həm də öz milli mədəniyyətlərinin nümayəndəsi
kimi çıxıĢ ed irdilər.
Ġslamı qəbul etmiĢ bütün xalqlar kimi o zaman dini-etnik anlamlı ümu mi
218
"müsəlman" məfhu mu ilə b irləĢmiĢ azərbaycanlılar da IX əsrin ortaları - X əsrlərdə
tərəqqi, X-XII əsrlərdə çiçəklənmə dövrünü keçirən müsəlman mədəniyyətinin
inkiĢafı prosesində iĢtirak edirdilər. Ərəb ġərqinin mədəni mərkəzləri olan Bağdad,
Kufə, Bəsrə, DəməĢq, Qahirə və baĢqa Ģəhərlərə təhsil almaq üçün çoxlu azərbaycanlı
gedirdi.
Beləliklə, kargüzarlıq, dövlət və Ģəxsi yazıĢmaları kimi dini və dünyəvi
xarakterli elmi əsərlər də ərəb dilində yazılırdı. Ərəblərin özləri iĢğaldan sonra tədricən
ərəbləĢmiĢ və müsəlmanlaĢmıĢ Xilafət xalqları ilə birlikdə islamaqədərki zəngin mədəni
ənənələri bir yerə cəmləĢdirərək ümumi ərəb-müsəlman mədəniyyətinin yaranmasında
iĢtirak edirdilər. Azərbaycan ərazisinə köçürülmüĢ və ya köçüb gəlmiĢ ərəb qəbilələri
doğma ərəb dilinin Xilafətin bu bölgəsində də aparıcı rol oynamasından istifadə edərək,
yerli əhali arasında ərəb dilinin və bəzi hallarda ərəb kitab mədəniyyətinin yayılmasına
(xüsusilə Quran, onun təfsirləri, sərf-nəhv kitabları və s. vasitəsilə) kömək edirdilər.
Artıq IX əsrdən baĢlayaraq Xilafətin ən böyük Ģəhərləri DəməĢq, Bağdad, Hələb,
Bəsrə, o cümlədən Azərbaycanın Ərdəbil, Marağa, ġamaxı və b. təhsil ocaqları, kitab-
xanaları, məscidləri olan mədəni mərkəzlərə çevrildilər.
Bu mərkəzlərdə fəaliyyət göstərən məktəb və mədrəsələr də ərəb dilinin
öyrənilməsində az rol oynamırdı. Lakin, əlbəttə, ərəb dilinin geniĢ yayılmasına səbəb
olan ən baĢlıca amil azərbaycanlıların baĢqa Ģərq xalqları ilə IX əsrdən sonra
geniĢlənməkdə olan və sonrakı əsrlərdə davam edən ticarət-iqtisadi, siyasi və
mədəni münasibətləri oldu.
Azərbaycanın da bir vilayət kimi daxil olduğu Ərəb dövlətinin - Xilafətin
əhalisinin dini və etnik mü xtəlifliyi ilk Abbasi xəlifələrini bu müxtəlifliklə hesablaĢmağa
vadar etdi. Alimlərin fikrincə, məhz bu hesablaĢma Xilafətdə IX əsrin ortalarından
dünyəvi elmlərin inkiĢafı üçün Ģərait yaratmıĢ, ortodoksal islamın təriqətçilərlə, sünni və
Ģiələrlə geniĢ mübahisələri və s. isə dini nəzəriyyələrin və müsəlman hüququnun - fiqhin,
məntiqin və fəlsəfənin inkiĢafına səbəb olmuĢdu.
Ġlahiyyat və fiqh adətən məscidlərdə tədris edilirdi. Lakin ziddiyyətli fikirlər
artdıqca "Allahın evi"ndə mübahisə açmaq istəməyən alimlər xüsusi dini təhsil
müəssisələrinin - mədrəsənin əsasını qoydular. Mənbələrdən aydın olur ki, ilk mədrəsə
X yüzilin sonunda NiĢapurda açılmıĢ, daha sonra isə müsəlman dünyasının demək olar
bütün böyük Ģəhərlərinə yayılmıĢdı. Bu mədrəsələrdə dərs deyən alim-ilahiyyatçılar
təhsili özlərinin tərtib etdikləri ədəbiyyat əsasında qurur, təhsil baĢa çatdıqda öz
tələbələrinə "icazə" adlandırılan "Ģəhadətnamə" verirdilər. Ona görə də "elmli adam"
adını qazanmaq istəyən hər bir tələbə peyğəmbərin "lap Çində də olsa, elmin dalınca
get" kəlamına riayət edərək, dövrün nüfuzlu alimlərini dinləmək üçün Ģəhərdən-Ģəhərə
gəzir, əldə etdiyi "icazə" vərəqələri isə artıq onun özünün də ilahiyyat və hüquq
sahəsində müəyyən mənsəb tutmasına imkan yaradırdı.
VII-X əsrlərdə Azərbaycanda ədəbiyyat, hüquqĢünaslıq və baĢqa ictimai
elmlərlə birlikdə təbiətĢünaslıq, riyaziyyat, astronomiya və b. dəqiq elmlərin yayılması
üçün əlveriĢli Ģərait vardı. IX əsrin əvvəllərindən etibarən müsəlman Ģərqində mövcud
219
elmi ədəbiyyatın xarici dillərdən ərəbcəyə tərcümə olunması elmlərin inkiĢafını xeyli
sürətləndirmiĢdi. Hələ Harun ər-RəĢid dövründə Bağdadda təsis edilmiĢ, elm və
mədəniyyətin inkiĢafına daha böyük imkanlar yaratdığı üçün xəlifə əl-Məmunun adı ilə
bağlı "Dərul-hikmə" və ya "Xizanət əl-hikmə" ("Hikmət evi" və ya "Hikmət xəzinəsi")
adlandırılan elmi mərkəz müxtəlif (xüsusilə yunan və siryani) dillərdə yazılmıĢ
əsərlərin ərəb dilinə tərcümə edilməsi sahəsində mühüm iĢlər gördü. Xilafət
ölkələrindən olan və əsərlərini ərəb dilində yazan müs əlman və qeyri-müsəlman lar
Xilafət in mədəni və elmi həyatına qoĢuldular. Platon, Aristotel, Hippokrat, Qa len
və baĢqa alimlərin əsərlərinə Ģərhlər yazılır, onlara müqabil elmi və fəlsəfi
traktatlar yaranırd ı. Məhəmməd ibn Musa əl-Xarəzmi (ö l. 847) ilk dəfə o laraq sabit
məntiq i qaydalar əsasında cəbr elmin in bünövrəsini qoymuĢ, Əbubəkr Məhəmməd
ər-Razi (865-925) tibbə, Əbu Abdullah əl-Bəttani (858-929) astronomiyaya dair
qiymətli əsərlər yazmıĢdı. Kimya ilə məĢğul olan ərəbdilli alimlər bu elmin sonrakı
inkiĢafı üçün qiymətli olan bir sıra iĢlər görmüĢdülər. On lar gümü Ģ nitrat (ma əl-
fıdda), sulfat turĢusu (zit əz-zac) və i.a. kimyəvi birləĢ mələri hazırlamıĢ, naĢatır
spirti (ruh ən-nuĢadir), sülema (əs-süleyman i), spirt (əl-kühul), potaĢ (əl-qily),
arsen (əz-zirnic), bura (əl-bura) və b. maddələr kəĢf etmiĢlər. Distillə etmə,
süzgəcdən keçirmə, büllurlaĢdırma kimi proseslərin izah ını ilk dəfə ərəbdilli
kimyaçılar vermiĢlər. Bu alimlər kimyəvi maddələrdən dərmanlar hazırlamıĢlar.
Təbiət elmləri IX əsrdən etibarən Azərbaycanda da əhəmiyyətli dərəcədə
inkiĢaf etmiĢdi. O dövrdə Azərbaycanda olmuĢ səyyahlar və coğrafiyaĢünaslar
burada bacarıqlı həkimlərin yaĢadıqların ı xəbər verirlər.
Əldə edilmiĢ elmi nailiyyətlər təkcə bu və ya digər ölkə daxilində
qalmayıb, bütün müsəlman ġərqi xalqların ın, sonralar isə bütün bəĢəriyyətin elm
və fikir xəzinəsinin ü mu mi sərvətinə çevrilmiĢdi.
Ərəb istilasınadək Azərbaycanda rəsmi dini dünyagörüĢləri olan
atəĢpərəstlik və xristianlıqdan əlavə bəzi d igər dini əqidələrə (məsələn, Ģamanizmə
və b.) tapınanlar da vardı. Ərəblərin iĢğalı ilə islam əvvəlki dini əqidələri aradan
qaldırmağa baĢladı. Ġslamın keçmiĢ etiqadlara nisbətən mütərəqqi cəhətləri,
xüsusən azadfikirlilik meyillərinə dözü mlülüyü ona qarĢı rəğbəti artırırdı. Lakin
əvvəlki din i əqidələr birdəfəlik yox olmamıĢ, özünün bir sıra müddəalarını və
prinsiplərini xalq adət-ənənələrinə qoĢaraq əsrlər boyu yaĢatmıĢdır. Ölkədəki
maddi mədəniyyət abidələri - atəĢgahlar, alban kilsələri də keç miĢlə bağlılığı
möhkəmlətmiĢdir. Əski etiqadlar zehin lərdən tamamilə silin məmiĢ, bəzən siyasi
hərəkatda açıq Ģəkildə, bəzən də rəsmi ideologiya ilə bir araya sığmayan bidət
formasında təzahür etmiĢdir. Ərəb istilaçılarına qarĢı yönəldilmiĢ Babək
hərəkatının ideologiyası - xürrəmilik qədim din i-fəlsəfi fikir, xüsusən zərdüĢtilik
zəminində təĢəkkül tapmıĢdı.
Ġslam dini təliminin müqəddəs kitabına "Quran" (mənası: "qiraət"), onun
tərəfdarına isə "müslim" (təslim olmuĢ, tabe olmuĢ), yaxud həmin mənada
"müsəlman" deyilir. Quran 114 surədən (fəsildən) ibarət olub, ayələrə bölünür. Bu
220
müqəddəs kitab yalnız din in deyil, hüququn, Ģəriətin və bütünlükdə müsəlman
xalq larının ideologiyasının əsasını təĢkil edir. Orta əsrlərin fəlsəfi, ictimai, siyasi,
etik, estetik və s. görüĢlərini Qurandan təcrid edilmiĢ halda təsəvvür etmək olmaz;
hər bir ideolo ji cərəyan, təlim bu və ya digər dərəcədə onunla bağlıdır.
Xilafətin geniĢlənib inkiĢaf etməsi ilə əlaqədar olaraq hüquqi
münasibətlər formalaĢırd ı. Ġdarəetmədə əvvəllər təkcə Qurandan istifadə edildiyi
halda sonralar sünnə (hədislər toplusu), icma (d in xadimlərinin yekd il qərarı) və
qiyas (məntiq i müqayisə üsulu) da müsəlman hüququnun - fiqhin əsaslarından
oldu. Birinci iki əsasda ortodoksiya, sonrakı əsaslarda rasionalist meyillər ö zünə yer
tuturdu. Bu əsaslardan nə dərəcədə istifadə edilməsindən asılı o laraq hənəfilik,
ma likilik, Ģafiilik və hənbəlilik kimi sünni hüquq məzhəblə ri (məktəblə ri, təlimlə ri)
yaranmıĢdı. Əks qütblərdə dayanan hənəfilikdə fikir sərbəstliyi, hənbəlilikdə
mühafizəkarlıq güclü idi. Sünni fəqih lər - hüquqĢünas alimlər A zərbaycanda da
fəaliyyət göstərirdilər. Əl-Müqəddəsi bu alimlərin əsasən hənbəli məzhəbinə
mənsub olduqlarını qeyd edir. Əslində mü xtəlif hüquq məktəblərinin hamısının
Azərbaycanda nümayəndələri vard ı. Hənəfilərdən Əbusəid Əhməd ibn Hüseyn əl-
Bərdə i (ö l. 929), ma likilərdən Əbubəkr Məhəmməd ibn Abdullah əl-Əbhəri (902-
985), Ģafiilərdən Yəqub ibn Musa əl-Ərdəbili (öl. 941) və baĢqa azərbaycanlı
hüquqĢünas alimlərin adına bir sıra mötəbər mənbələrdə rast gəlmək olur.
Əh məd ibn Harun əl-Bərdəi əl-Bərdici (844-914), Məkki ibn Əh məd əl-
Bərdəi (öl. 965), Cəfər ibn Məhəmməd əl-Maraği (889-967), Əbdüləziz ibn Həsən
əl-Bərdəi (ö l. 935), Musa ibn Ġmran əs -Səlmasi (ö l. 990) kimi mükəmməl təhsil
görmüĢ alimlər hüquqi baxıĢların mündəricəsin i özlərin in topladıqları hədislər
əsasında geniĢləndirdiklərinə görə bütün müsəlman ġərq i ölkələrində sayılmıĢlar.
Bərdənin 14 fərsəxliy ində yerləĢən Bərdic Ģəhərində anadan olmuĢ
Əbubəkr Əh məd ibn Harun əl-Bərdici doğma yurdunda dövrünün zəruri biliklərinə
yiyələndikdən sonra müxtəlif yerlərə -Ġran, Ġraq, Suriya, Misir, Əlcəzair, Hicaz və baĢqa
ölkələrə səyahətlər etmiĢ, təhsilini artırmıĢdır. Mənbələrin verdiyi məlu mata görə o,
sakin olduğu yerlərdə həm öyrənir, həm də öyrədirmiĢ. Əhməd əl-Bərdici nüfuzlu
müəllim sayılanda hələ iyirmi beĢ yaĢı tamam deyilmiĢ. Bir tarixçi yazır: Əbu Əmr əl-
Müstəmlinin xəttində oxudum ki, o, Əh məd ibn Harun əI-Bərdicini 255 (869)-ci ildə
Zəhli məscidində dinləmiĢdir.
Əhməd əl-Bərdicinin yaradıcılığı dini ideologiyaya həsr olunmuĢdur.
Əbülhəsən əd-Darəqütni (918-995) onu "hədis dayaqlarından biri" sayıb, "inanılmıĢ",
"nüfuz sahibi" adlandırmıĢdır. Xətib əl-Bağdadi (1002-1071) və Əbu Səd əs-Səmani
(1113-1167) onun haqqında "fəzilətli", "zəkalı" və "hafiz" (Quranı əzbər bilən) sözlərini
iĢlətmiĢlər. Ġbn əl-Ġmad əl-Hənbəli (öl. 1078) yazır ki, Əhməd əl-Bərdici "axırıncı
nüfuz sahiblərindən və dünya alimlərin in məĢhurlarından idi". BaĢqa mənbələrdə isə
o, "təkzibedilməz nüfuz sahibi", "müsəlman hüququnu dərindən bilən" alim kimi təqdim
olunur.
Tarixi mənbələrdə Əhməd əl-Bərdicinin əsərlərindən üçü haqqında xüsusi
221
məlumat verilir: "Mən rəvaan in-Nəbi (s) fi-1-kəbair" ("Böyük günah barədə Peyğəmbər
əleyhissəlamın sözlərini nəql edənlər"), "Mərifət əl-müttəsil min əl-hədis və-l-mursəl
və-l-məqtu va bəyan at-turuq as-sahiha" ("Hədis, mürsəl və məqtudan ayrılmamıĢın
idrakı və düzgün yolların bəyanı") və "Təbəqat əl-əsma əl-müfrədə min əs-sahabə
va-t-tabiin və əshab əl-hədis" ("Əshablar, ardıcıllar və hədis müəlliflərindən nadir
adların təbəqələri"). Bunlardan axırıncı əsər daha məĢhurdur. Burada 426 Peyğəmbər
əshabının, ardıcılının, davamçının və hədis aliminin adı, onlann mənsub olduqları yerlər
göstərilir. Əhməd əl-Bərdici traktatın əvvəlində onun yeniliyinə iĢarə edərək yazır:
"Mənim [araĢdırdığım] nadir adlardır. Onlar Peyğəmbər əleyhissəlamın əshablarıdır.
Alimlərdən heç birinin həmin adlardan hansınısa çəkmiĢ olduğunu bilmirik".
Bu əsər uzun müddət islam ideoloqlarının marağını doğurmuĢdur. Ġbn
Bukeyr əl-Bağdadi (938-998) ona Ģərh və kiçik əlavələr verməklə özünün "Nəqd
təbəqat əl-əsma əl-mü frəda" ("Nadir adların təbəqələrinin tənqidi") traktatını qələmə
almıĢ, bir sıra hüquqĢünas, ilahiyyatçı alimlər ilk mənbə kimi ondan geniĢ
bəhrələnmiĢlər.
Sünni fəqihlər, xüsusən hənbəlilər belə bir fikri q ızğın müdafiə edirdilər
ki, imam (baĢçı, xəlifə) ancaq Peyğəmbərin mənsub olduğu qüreyĢ qəbiləsinin
üzvlərindən seçilməlidir. Peyğəmbərin əmisi oğlu və kürəkəni Əli ibn Əbu Talib in
tərəfdarlarına - Ģiələrə gəld ikdə, onlar yalnız Əli nəslinin baĢçılığın ı qanuni
sayırdılar. Ġlahin in insanda təcəssüm etməsini, həll olmasın ı, bir ruh kimi ayrı-ay rı
Ģəxslərə keçməsin i qəbul etmək ifrat Ģiə (ğali) firqələri üçün demək o lar ki,
səciyyəvi cəhətdir. Ġfratçılıq və is maililik öz bidətçi ideyaları ilə məĢhurdur.
Məhəmməd əĢ-ġəhrəstani yazır ki, ğalilərə Ġsfəhanda xürrəmilər və ku zilər, Reydə
məzdəkilər və sunbadilər, Azərbaycanda dəqulilər və s. deyilirdi. Ġfrat Ģiələrin
əksəriyyəti bütün müsəlmanlar üçün zəruri ayin ləri, ibadətləri icra etmir, cənnəti
də, cəhənnəmi də həyatın özündə görərək, dünyanın əbədiliyinə inanırd ılar.
Ġsmaililiyə gəld ikdə, o, Ģiəliyin ən mürəkkəb qolu idi. Mənbələrdə göstərilir ki,
həmin firqəyə mü xtəlif yerlərdə batinilər, məzdəkilər, təlimilər, mülhid lər
(dinsizlər) ad ları verilmiĢdir. Əlbəttə, bu adlanma isma ililiy in mü xtəlif təlimlə ri
müəyyən dərəcədə özündə birləĢdirməsi ilə əlaqədardır.
Vaxtilə dördüncü xəlifə Əli ibn Əbu Talibdən siyasətdə narazılığa görə üz
döndərmiĢ xaricilərin adı ilə bağlı hərəkat da orta əsrlərdə müsəlman ölkələrində , o
cümlədən Azərbaycanda yayılmıĢdı. Bütün Əməvi və Abbasi xəlifələrinə qarĢı
çıxmıĢ xaricilər sonralar elm ilə də məĢğul olmuĢ, hüquqa, ilahiyyata və tarixə dair
kitablar yazmıĢlar. Ġbn ən-Nədim (936-995) xaricilərin görkəmli azərbaycanlı
nümayəndələrindən Əbubəkr Məhəmməd əl-Bərdəi haqqında məlu mat vermiĢdir:
"Əbubəkr əl-Bərdəini (ad ı Məhəmməd ibn Abdulladır) 340-cı (951-952) ildə
gördüm; mənimlə etdiyi ünsiyyətdə mütəzili təliminə mənsubiyyəti aydınlaĢdı. O,
xaricilərdən o lub, onların fəq ihlərindən id i". Mütəfəkkir tə xminən 350-ci (961) ildə
vəfat etmiĢdir. Ġbn ən-Nədim Əbubəkr Məhəmməd əl-Bərdəinin on dörd traktatının
adını çəkmiĢdir: "Kitab əl-mü rĢid fi-l-fiqh" ("Fiqhə dair düzgün yol göstərən
222
kitab"), "Kitab ər-rədd alə əl-mü xalifin fi-l-fiqh" ("Fiqhdə mü xaliflərə cavab
kitabı"), "Kitab təzkirət əl-ğərib fi-l-fiqh" ("Qərib in fiqhə dair yaddaĢ kitabı"),
"Kitab ət-təbəssür li-l-mütəallimin" ("Öyrənənlər üçün düĢüncə kitabı"), "Kitab əl-
ihticac alə əl-mü xalifin" ("Müxaliflərə qarĢı etiraz kitabı"), "Kitab əl-cami fi üsul
əl-fiqh" ("Fiqhin əsaslarına dair toplu"), "Kitab əd-dua" ("Dua kitabı"), "Kitab ən-
nasix va-l-mənsux fi-l-Quran" ("Quranda əvəz edən və əvəz olunan ayələr
haqqında kitab"), "Kitab əs -sünnə va-l-cəmaa" ("Sünnə və yekdillik kitabı"),
"Kitab əl-imamə" ("Ġmamətə dair kitab"), "Kitab nəqd kitab Ġbn ər-Ravəndi fi-l-
imamə" ("Ġbn ər-Ravəndinin imamətə dair kitabına tənqid kitabı"), "Kitab təhrim
əl-muskir" ("Məstedici maddəni qadağan etmək haqqında kitab"), "Kitab ər-rədd
mən qalə bi-l-muta" ("Siqəni təsdiqləyənə cavab kitabı"), "Kitab əl-iman va-n-
nüzur" ("Ġman və vəd kitabı").
Xaricilərin təliminə görə, hakimiyyət baĢçısı üçün ümdə Ģərt onun ədalətli
və haqq tərəfdarı olmasıdır. Hakim buna dönük çıxarsa, taxtdan dərhal salın malı,
günahı böyük olarsa öldürülməlidir. Bu prinsip onları bəzi mütəzililərlə həmfikir
edirdi.
VIII əsrdə Bəsrədə meydana çıxmıĢ mütəzililik elə həmin vaxtdan
etibarən Azərbaycanda yayılmıĢdı. Əbubəkr Məhəmməd əl-Bərdəidən baĢqa
Əbusəid əl-Bərdəi və Əbülhəsən əl-Bərdəi mütəzili kimi məĢhur olmuĢlar. Xətib
əl-Bağdadi yazır: "Əbusəid Əh məd ibn Hüseyn əl-Bərdəi, Əbu Hənifən in
məzhəbinə (hənəfiliyə) mənsub fəqihlərdən və mütəzililərin təlimlərin i izləyən
mütəkəllimlərdən biridir". Tarixçi sonra IX əsrin sonu - X əsrin əvvəllərində
yaĢamıĢ Əbülhəsən əl-Bərdəi haqqında "mütəzililərin təlimlərini izləyən
mütəkəllimlərdən biri" ifadəsini iĢlədərək, onun həmin cərəyanın görkəmli
nəzəriyyəçilərindən Məhəmməd ibn Əbdülvəhhab əl-Cübbai (849-916) və
Əbumücalid Əh məd ibn Hüseynlə yaxın müsahib olduğunu yazmıĢdır.
Əh məd ibn Yəhya ibn Mürtəzan ın (1363-1437) 'Təbəqat əl-mütəzilə"
("Mütəzililərin təbəqələri") kitabında Əbülhəsən əl-Bərdəi haqqında söhbət
gedərkən deyilir: "Əbülhəsən Əhməd ibn Ömər ibn Abdulla əl-Bərdəi... nəcib və
görkəmli alim idi". Mənbədə "əl-Bərdəinin ço xlu disputları, kitabları və ardıcılları"
olduğu qeyd edilir. Bütün mütəzililər kimi, həmin azərbaycanlı mütəfəkkirlərin də
əsərləri ortodoksal islam ideoloqları tərəfindən qadağan edilmiĢ, itib batmıĢdır.
Müxalifətçi s xolastika o lan
mütəzililikdə ayrı-ayrı
məsələlərə
münasibətdə ciddi fikir ayrılıqları vardı. Ən böyük ixtilaf imamət barədə idi.
Mütəzililərdən bəziləri xaricilərlə həmfikir idilər, bəziləri onlara zidd gedərək, imamın
yalnız qüreyĢilərdən seçilməsini təkid edirdilər, bəziləri isə ifrata vararaq ədalətli
cəmiyyət üçün baĢçını artıq sayırdılar. əl-Əsəmm adlı bir mütəzili göstərirdi ki, "insanlar
bir-birlərinə zülm etməkdən əl çəksələr ima ma ehtiyac yoxdur".
Orta əsr müəllifləri mütəzililərin təlimində ümumi cəhətləri, prinsipləri,
əsasları (əl-üsul) də müəyyənləĢdirmiĢlər. Onlardan "ət-tauhid" və "əl-ədl" mütəzililər
üçün daha səciyyəvidir. Mütləq monizm mövqeyində duran mütəzililər "ət-tauhid"
223
(tovhid, Allahın birliyinin qəbulu) məsələsində sifatilərə zidd idilər. Sifatilik firqəsinin
nümayəndələri bilavasitə Qurana və hədislərə əsaslanaraq, Allahın bilik, qüdrət, dirilik,
iradə, eĢitmə, görmə, danıĢma və baĢqa əzəli atributlara malik olduğunu söyləyirdilər.
Onlardan bəziləri, hətta ifrata vararaq Allahı insana bənzədir, maddiləĢdirirdilər.
Məsələn, kərramilik firqəsinin banisi Əbu Abdulla Məhəmməd ibn Kərram demiĢdir:
"Allah cisimdir, onun həddi və sonu vardır..." Müşəbbihə firqəsinin tərəfdarı Davud
Cəvaribi isə demiĢdir: "Məbud cisimdir, ətdir və qandır. Onun hissələri, uzun əzaları,
ayaqları, baĢı, dili, gözləri və qulaqları var..." Sifatilər israrla deyirdilər ki, Quran Allahın
kəlamıdır, yaradılmamıĢdır.
Mütəzililər iddia edirdilər ki, əzəlilik Allahın mahiyyətinin ən xüsusi vəsfidir.
Onlar əzəli atributları əslən inkar edib demiĢlər: "O, bilik ilə, qüdrət ilə, dirilik ilə yox,
özü-özlüyündə biləndir, özü-özlüyündə qüdrətlidir, özü-özlüyündə diridir". BaĢqa cür
söyləmək tovhidə ziddir: "Çünki atributlar ən xüsusi vəsf olan əzəlilikdə [Allaha] Ģərik
olsaydılar, ilahilikdə də ona Ģərik çıxardılar". Beləliklə, mütəzililərin fikrincə, Allahın
"əzəldə nə bir adı, nə də bir atributu olmuĢdur".
Ardıcıl monist olan mütəzililərin təliminə görə, Allahın atributları əzəli olmadığı
üçün onun kəlamı (danıĢığı), baĢqa sözlə, Quran da sonradan meydana çıxmıĢdır.
Mütəzililər iradə azadlığı məsələsində cəbərilərə qarĢı olub, qədərilik
mövqeyindən çıxıĢ edirdilər. "Əl-Ədl" ("ədalət") prinsipinə görə, Allah zülm etməz. O
adildir. Ġnsan özünün xeyir və Ģər əməllərinin müqtədir yaradıcısıdır, yaxĢılığı və
yamanlığı əql ilə dərk etmək, xeyir iĢlərə qoĢulmaq, Ģərdən saqınmaq mümkündür.
Mütəzililərin bu prinsipi həyatda insanın məsuliyyət hissini artırmaqla bərabər, belə bir
nəticəyə gəlməyə əsas verirdi ki, hər bir iĢ yalnız insanın özündən asılıdır, ilahi
qüvvənin ona müdaxiləsi yoxdur.
Yunan fəlsəfəsi ilə yaxından tanıĢ olan mütəzililərin yaradıcılığında təbii-elmi
fikirlər, o cümlədən ruh haqqında, substansiya haqqında, cisim haqqında, atom haqqında
maraqlı fikirlər, mülahizələr irəli sürülmüĢdür.
Mütəzililər - baĢqa sxolastlar kimi kreatsionizmi (dünyanın heçdən xəlq
edilməsi haqqında əqidəni) qəbul edib, dini dünyagörüĢünü fəlsəfi planda əsaslandırmaq
məqsədini güdsələr də məntiqi mühakimələrin axarında bəzi ehkamlara qarĢı çıxdıqları
üçün ortodoksal islam ideoloqlarının ciddi narazılığmı doğurmuĢlar. Onların əleyhinə xeyli
kitab və məqalə yazılmıĢdır. Ġdeya mübarizəsi bəzən həddini aĢır, açıq vuruĢmalara
gətirib çıxarırdı. Ərəb tarixçisi və coğrafiyaĢünası Əhməd əl-Yəqubi (IX əsr) o dövrdə
Bərdədə sünnilərlə mütəzililər arasında baĢ vermiĢ çəkiĢməni təsvir edərək yazırdı:
"Bərdədə mütəzililərlə təəssübkeĢ müsəlmanlar arasında dava düĢdü. Onlar bir-birini az
qala qırıb qurtarana qədər vuruĢdular".
Azərbaycanda ideoloji mübarizənin gediĢini izləmiĢ coğrafiyaĢünas-səyyah
Ġbn Havqəl (öl. 977) yazırdı ki, orada kəlamın və nəzəri elmlərin təəssübkeĢlərinə
yer verilmir, məntiqi küfr, mübahisə sənətini insanı vacib iĢlərdən ayıran, idarəçiliyə
mane olan məĢğuliyyət hesab edirlər.
Mütəzililik IX əsrin ortalarından etibarən hakim dairələr tərəfindən bidət elan
224
edilərək öz yerini tədricən ortodoksal islam sxo lastikasına - əşəriliyə tərk etmiĢdir.
Əbülhəsən əl-ƏĢəri və onun ardıcılları olan əĢərilər də məntiq və fəlsəfə
istilahlarından istifadə edirdilər. Bununla belə, onlar Allahın atributlarının əzəliliyini
təsdiqləyir, lakin sifatilər kimi Ġlahiyə insan surətini isnad vermirdilər.
Hüquq təlimlərində, mütəzililikdə və əĢərilikdə dini və dini-fəlsəfi baxıĢların
sxolastika aspekti iĢlənib hazırlanmıĢdır. Ġslam ehkamlarının mistik planda Ģərhi qismən
Ģiəlikdə, daha geniĢ surətdə sufizmdə verilmiĢdir. Sxolastlarla mistiklərin gəldikləri
nəticələr əsas etibarilə uyğun olsa da (məsələn, mütəzililər kimi ismaililərdən də Allahın
atributlarının əzəliliyini inkar edənlər vardı) onların tədqiqat üsulları, metodları baĢqa-
baĢqa idi; mistiklər məntiqi sübutlara, dəlillərə deyil, mistik halda intuitiv idrak
sayəsində alınan "biliklərə", "həqiqətlərə" arxalanırd ılar.
Sufizm (sufilik, təsəvvüf) VIII əsrdə zühd (asketizm) əsasında formalaĢıb,
müsəlman ölkələrində sürətlə yayılmıĢdır. Xilafətdə gedən təbəqələĢmə, hakim
dairələrdə varlanmaya, dəbdəbəli həyat sürməyə güclü meyil göstərilməsi müsəlman
icmasının aĢağı təbəqələrində ciddi narazılığa səbəb olmuĢdu. Bu, öz ifadəsini ən əvvəl
passiv formada zühddə tapdı. Zahidlər (asketlər) zəngin həyat tərzinə nifrət bəsləyərək,
mənəvi kamilliyi maddi sərvətə qarĢı qoyurdular. Sufizmdə zühddən əlavə fəqirlik
prinsipi də mühüm yer tutur. Burada fəqirlik Allaha ehtiyac hissini ifadə edir: "Fəqirlik
haqdan savayı heç Ģeyə möhtac olmamaqdır".
Sufı (əs-sufı) termininin mənĢəyi müxtəlif cür izah edilmiĢdir. Orta əsr
müəlliflərinin, xüsusən sufi mütəfəkkirlərin əksəriyyətinin fikrincə, bu termin suf (əs-
suf - "yun, qaba yun") sözündən götürülmüĢdür: sufilər ilahiyyatla daha dərindən
məĢğul olmaq üçün qaba yundan paltar geyməklə özlərini həyati həzzlərdən məhrum
etməyə çalıĢırd ılar.
Sufizm bütövlükdə islam zəminində yaranıb inkiĢaf etmiĢdir. Ona təsir edən
ideya mənbələrinə gəldikdə, burada Ģamanizm, buddizm, zərdüĢtilik, xristianlıq,
neoplatonizm və baĢqa təlimlərə oxĢar ünsürlər tapmaq olar. Sufizm yarandığı dövrdən
ortodoksal islama qarĢı müxalifətçi cərəyan kimi tanınmıĢdır. Onun nümayəndələrinin
müddəaları öz yeniliyinə və panteist əhval-ruhiyyəsinə görə bütün müsəlman ġərqi
ölkələrində böyük sürətlə yayılmıĢdır. Əbu Yəzid əl-Bistaminin (öl. 874) "Mən
Allaham, məndən baĢqa ilahi yoxdur" ("Ənə Allah, la ilahə illa Ənə"), Hüseyn ibn
Mənsur əl-Həllacın (858-921) "Mən haqqam" ("Ənə əl-haqq") ifadələri bütün dinlərə
açıqdan-açığa zidd görünürdü. Sufi mütəfəkkirlər Ģiələrdən fərqli olaraq ilahinin
konkret Ģəxsdə - peyğəmbərdə, imamda, yaxud onun övladlarından birində deyil, mistik
özünükamilləĢdirmə yolunu keçmiĢ hər hansı insanda təcəssüm etdiyini söyləyirdilər.
Orta əsrlərin mötəbər mənbələrində IX-X yüzillərdə yaĢamıĢ çoxlu
Azərbaycan sufilərin in adları çəkilir: Hüseyn ibn Cibril əl-Mərəndi, Əbubəkr əz-
Zəncani, Ġbrahim ibn Yəhya ət-Təbrizi, Əbülfərəc Əbdülvahid əl-Varsani, Səid ibn
Qasim əl-Bərdəi, Əli ibn Ġbrahim əl-Urməvi, Əbdülhüseyn əz-Zəncani, Əbuzürə əl-
Ərdəbili, Məhəmməd əl-Bakuvi və b. Həmin mütəfəkkirlərdən bəziləri guĢəniĢin ömür
sürmüĢ, bəziləri isə ideoloji həyatda fəal iĢtirak etmiĢdir.
225
Məhəmməd əl-Bakuvi Hüseyn ibn Mənsur əl-Həllacın qızğın
təbliğatçılarından sayılır. Əbu Abdulla Məhəmməd ibn Abdulla babası Übeydullaya
görə əl-Bakuvi və Ġbn Bakuyə, yaxud Ġbn Baku (Bakılı), ġirazda yaĢadığına görə
ġirazi kimi tanın mıĢdır. O, "Böyük Ģeyx" ləqəbli sufi Ġbn Xəfifin (öl. 982) tanınmıĢ
müridlərindəndir. Məhəmməd əl-Bakuvi həm sufi hekayətlər, həm də hədislər
toplamaqla məĢğul olmuĢdur. Onun mövcud əsərləri sufizm mövzusundadır:
"Bidayət hal əl-Həllac və nihayətuhu" ("Həllacın həyatının baĢlanğıcı və sonu"),
"Hikayat əs-sufiyyə" ("Sufilərin hekayətləri"), "Əxbar əl-arifin" ("Ariflərin xəbərləri")
və "Əxbar əl-Ğafilin" ("Qafillər haqqında xəbərlər").
Birinci traktatı L. Massinyon fransızcaya tərcüməsi ilə birlikdə 1914-cü ildə
Parisdə çap etdirmiĢdir. Ġkinci traktatın əlyazma nüsxələrindən biri Ġstanbulun
Ayasofiya kitabxanasında saxlanılır. Bəzi mənbələrdə Məhəmməd əl-Bakuvi
əĢəriliyin nümayəndəsi kimi də göstərilir. Mütəfəkkirin hədislər toplaması faktı da eyni
zamanda onun hüquqĢünas alim və s xolast olmasını söyləməyə əsas verir.
Məhəmməd əl-Bakuvi ömrünün axır çağlarında ġiraz yaxınlığında bir
mağaraya çəkilib orada yaĢamıĢdır. Uzun ömür sürüb, 1029-cu ildən sonra vəfat etmiĢ
mütəfəkkirin həmin yerdə məzarı "Bakuhi", yaxud "Baba Kuhi" adlanır.
1
Elmi-fə lsəfi fikir təbiət elmləri ilə vəhdətdə inkiĢaf edird i. PeĢəkar filosoflar
eyni zamanda təbiətĢünas alimlər idi. Yəqub əl-Kindi və Əbunəsr əl-Farabinin əsərləri,
habelə “Saflıq qardaĢları” (―Ġxvan əs-səfa‖) cəmiyyətinin hazırladığı traktatlar o dövr
fəlsəfi fikrinin qiy mətli nü munələridir.
Azərbaycanda elmi-fəlsəfi fikrin in kiĢafı o dövrdə ən çox ―Saflıq
qardaĢları‖ cəmiyyətinin fəaliyyəti ilə bağlı olmuĢdur. Üzvləri Orta Asiya,
Azərbaycan, Suriya və baĢqa yerlərdən toplanmıĢ bu gizli cəmiyyət X əsrin
sonlarında Bəsrədə (Ġraq) yaran mıĢdı. "Saflıq qardaĢları" camaat arasında təbii-
elmi b iliklə ri yayır, din i fəlsəfiləĢdirməyə, mü mkün qədər fə lsəfə ilə əvəz et məyə
çalıĢırdılar. Onların fikrincə, "Ģəriət cəhalətlərlə korlan mıĢ, yanılmalarla
qarıĢmıĢdır. Onun təmizlən məsi və paklaĢdırılması yalnız fəlsəfə ilə mü mkündür".
ġəriət fəlsəfə ilə nizamlansa kamillik hasil olar. Bu məqsədlə onlar "Saf lıq
qardaĢlarının və vəfa munislərin in traktatları" ("Rəsail Ġxvan əs -səfa və xüllan əl-
vəfa") adlı geniĢ mündəricəli bir ensiklopediya yaratmıĢdılar. Onun məlu m beĢ
müəllifindən biri azərbaycanlı Əbülhəsən Əli ibn Harun əz-Zəncanid ir.
Dörd hissədən ibarət bu ensiklopediya, mənbələrdə göstərildiyi kimi, 51
(mövcud nüsxələrdə 52) traktatı əhatə edir. Onlardan on üçü (on dördü) riyaziyyat,
on yeddisi təbiyyat, onu metafızika və on biri ilahiyyat məsələlə rinə həsr
olunmuĢdur."Saflıq qardaĢları"nın təlimi qədim yunan filosoflarının və orta əsr
ġərq mütəfəkkirlərinin ideyaların ın təsiri altında formalaĢmıĢdır. Mütəzililər kimi,
onlar da özlərini "ədalət əhli" ("əhl əl-ədl") ad landırırdılar. Lakin onlar mü xalifətçi
1
Qeyd etmək lazımdır ki, XIX əsrdə Rzaqulu xan Hidayət "İnsan" və "Kuhi"
təxəllüslü Ģair Əli ġirazinin bir divanını səhvən Bakuviyə mənsub bi lmiĢdir.
226
sxolastlardan fərq li o laraq elmi dünyagörüĢünə malik idilər. "Saflıq qardaĢların ın
traktatları" orta əsrlərdə təəssübkeĢ islam ideoloqları tərəfindən yandırılmıĢ
kitablardan idi. Bununla belə, bütün müsəlman ö lkələrində geniĢ yayıla b ilmiĢdir.
Xilafətə tabe digər ölkələ rdəki kimi, VII-X əsrlərdə ideologiya
Azərbaycanda da ümumislam mədəniyyəti ilə bağlı inkiĢaf etmiĢdir. Hüquqi, d ini,
dini-fəlsəfi və fə lsəfi məsələ lər bütün isla m a lə mi üçün, de mək o lar ki, eyni
olduğundan Azərbaycanın ideoloji həyatı baĢqa yerlərdəkindən məzmunca o qədər
də fərqlənmirdi. Bununla belə, yerli adət-ənənələr, əski düĢüncələr, xalq ın
xarakterindən irəli gələn xüsusiyyətlər ədəbiyyat, incəsənət, elm və mədəniyyət
sahələrində öz təsirini göstərməyə bilməzdi. Xürrəmilikdə iĢığa vurğunluq,
Ģuubilikdə el-obasının üstünlüyü ilə fəxr etmə, azadfikirlilik mey illəri Azərbaycan
gerçəkliyi üçün səciyyəvi idi. O dövrdə Azərbaycanda, ümumiyyətlə müsəlman
ġərqində dini və dini-fəlsəfi təlimlər (s xolastika və mistika) ilə yanaĢı elmi fəlsə-
fənin (ġərq peripatetizminin, "Saflıq qardaĢlarının" fəlsəfəsi) olması bəĢər fəlsəfəsi
tarixi üçün böyük nailiyyət sayılmalıdır. Çünki elmi fəlsəfə xristian aləmində
mövcud deyild i, orada " kilsə ehkamı hər cür təfəkkürün çıxıĢ mo menti və əsası
idi".
VII-X əsrlə rdə Azərbaycanda yaranmıĢ ideolo ji tə limlə rdən ço xu öz
inkiĢafını davam etdirərək sonrakı dövrlərin ideologiyasının əsası olmuĢdur.
Dostları ilə paylaş: |