§ 1. XĠLAFƏTDƏ ƏMƏVĠLƏRƏ QARġI DĠNĠ-SĠYASĠ
HƏRƏKATIN GÜCLƏNMƏSĠ
632-ci ildə gələcək varisləri haqqında heç bir vəsiyyət qoymayan Məhəmməd
peyğəmbər vəfat etdi. Bu qəfil hadisə müsəlman icmasının dini və dünyəvi rəhbərliyinə
kimin haqqı çatması sualı ətrafında qızğın mübahisələrin yaranmasına səbəb oldu.
Hakimiyyət uğrunda gedən açıq mübarizə mü xtəlif dini-siyasi görüĢlərin
formalaĢmasına gətirib çıxartdı. VII əsrin ikinci yarısında Əli tərəfdarları siyasi qrupu -
"Ģiə"nin təĢəkkül tapması, sonralar islamda xüsusi dini-siyasi hərəkatın - Ģiəliyin
yaranması üçün təkan oldu. Xəlifə Os manın dövründə ilk müsəlmanların köhnə
düĢmənləri olan Məkkə əyanlarına Məhəmmədin tərəfdarlarına (ənsarlara) nisbətən
geniĢ imkanlar açılması ələvilərin nüfuzunu daha da artırdı. Əvvəlki imtiyazlarından
məhrum olmuĢ ənsarlarla yanaĢı, ictimai vəziyyətləri ağırlaĢmıĢ iranlı məvalilər, habelə
Osmanın mənsub olduğu Əməvilər nəsli ilə köhnə ədavətləri olan ərəb tayfaları da
ələvilərə qoĢuldular. Lakin müsəlman icmasının heç də bütün üzvləri Əlinin
hakimiyyəti, eləcə də onun daxili siyasəti ilə razılaĢmırdılar. Bu müqavimət Osman
öldürüldükdən sonra xəlifə seçilmiĢ Əlinin hakimiyyətinə qarĢı silahlı mübarizə Ģəklini
aldı. Hərəkatın baĢında Məhəmməd peyğəmbərin arvadı AiĢənin də qoĢulduğu
varlanmıĢ ənsarlardan Talha və əz-Zubayrın dəstəsi dururdu. 656-cı ildə Bəsrə
yaxınlığında baĢ verən, tarixə "dəvə" vuruĢması adı ilə (bu ad vuruĢmada iĢtirak edən
AiĢənin dəvə üzərində qoyulmuĢ kəcavədə oturması ilə əlaqədar verilmiĢdir) daxil olan
qanlı döyüĢdə bu dəstə darmadağın edildi, baĢçılar (AiĢədən baĢqa) öldürüldülər.
Əliyə qarĢı mübarizə aparan ikinci cəbhə - Əməvilərdən olan Suriya hakimi
Əbu Sufyan oğlu Müaviyənin tərəfdarları daha böyük fəallıq göstərirdilər. Mübarizə
edən tərəflər arasında 657-ci ildə Siffin yanında baĢ verən qanlı döyüĢün nəticəsi Əli
tərəfdarları arasında təfriqənin, müsəlman dünyasında bir qədər sonra baĢ verəcək
taleyüklü hadisələrin baĢlanğıcı oldu. Əli tərəfdarlarının nisbi üstünlüyü ilə keçən bu
vuruĢmada qədim ərəb adəti üzrə "kimin haqq, kimin nahaq" olmasını
müəyyənləĢdirəcək münsiflər məhkəməsinin olmasına razılıq verən Əlinin hərəkətinə
qarĢı onun 12 nıin döyüĢçüsü hərbi düĢərgəni tərk edib getmiĢ və beləliklə, " xarici-
lər" (" xaric" - çıxıb gedən) hərəkatının əsası qoyulmuĢdu.
Əli öldürüldükdən (661) sonra Əməvilərin hakimiyyət baĢına gəlməsi əsas
dini-siyasi Ģüarı - hakimiyyətin peyğəmbər xanədanına (peyğəmbərin qızı Fatimənin
və Əlinin övladlarına) qaytarılmasmı daha kəskin Ģəkildə qoydu. Ta qədimdən
191
hakimiyyətin nəsildən-nəslə, irsən ötürülməsi prinsipinin həyata keçirildiyi keç miĢ
Ġran və Mesopotamiya dövlətləri əhalisi, o cümlədən azərbaycanlılar da əvvəllər
Əməvilərə, sonralar isə Abbasilərə qarĢı yönəldilən bu Ģüara əlbəttə, öz mənafelərini
də (yəni, yerlərdəki hakimiyyəti ələ keçirməyi) unutmadan haqq qazandırdılar. Heç
Ģübhəsiz, burada ayrı-ayrı yerlərdə ortaya çıxan lokal xarakterli problemləri də nəzərə
almamaq olmazdı. Yeni ictimai-siyasi qurumun - Xilafətin yaranması ilə bağlı labüd
çətinliklərin meydana çıxması, qurtarmaq bilməyən tayfa davaları, vergi zülmündən
xilas olmağa çalıĢan, lakin Əməv ilərin gəliĢindən də yüngüllük hasil etməyən
zəhmətkeĢ kütlələrin, eləcə də ərəblərəqədərki hakimiyyətləri əllərindən çıxmıĢ yerli
feodalların mövcud vəziyyətləri - bütün bunlar, VIII əsrin əvvəllərindən baĢlayaraq
iğtiĢaĢ və çaxnaĢmaların sayını artırdı. Bu iĢdə Əməvilərə qarĢı mübarizədə əsas rol
oynayan Əli soyu tərəfdarlarının və ilk vaxtlar onların ideyaları ilə çıxıĢ edən və
peyğəmbərin əmisi Abbasın nəslindən olan Abbasilərin Xilafətin hər tərəfinə, o
cümlədən Qafqaza göndərdikləri təbliğatçıların fəaliyyətləri xüsusi əhəmiyyət
daĢıyırdı. Əməvilərə qarĢı aparılan mübarizə prosesində özünü daha fəal və uzaqgörən
siyasətçi kimi nümayiĢ etdirən Abbas nəs li tədricən bütün təbliğatı əlində cəmləĢdirdi,
təbliğatın mərkəzini isə Əməvilərin sarayından və qoĢunundan uzaqda yerləĢən,
siyasi gücünü hələ də əldən verməyən qüdrətli yerli feodal zü mrəsinin o lduğu
Xorasana keçirtdi. Beləliklə, VIII əsrin ortalarında Abbasilər hakimiyyəti ələ
keçirə biləcək yeganə real qüvvəyə çevrildilər.
§ 2. AZƏRBAYCANDA ƏMƏVĠLƏRƏ QARġI ÇIXIġLAR
734-741-c i illə rdə Qafqaz cəbhəsində xəzə rlə rə qarĢı döyüĢ lərdə
müvəffəqiyyət qazana bilmiĢ ərəblər, Xilafətin baĢqa bölgələrində, xüsusilə Orta
Asiya və ġimali Afrikada mərkəzi hakimiyyət əleyhinə yönəlmiĢ çıxıĢların
qarĢısını almaqda çətin lik çəkirdilər. Hicri tarixlə 126 (743 - 744-cı ildə), xəlifə
HiĢamdan sonrakı bir il ərzində, Əbdülməlikin üç nəvəsi (II Vəlid, III Yəzid və
Ġbrahim) xəlifə taxtında biri digərin i əvəz etdi. HiĢamın Qafqazda caniĢin olan
qardaĢı Mərvan, məhz bu dövrdə Asim ibn Abdullah ibn Yəzid əl-Hilalini Bərdədə
öz yerində qoyub ġama gedir və fəal surətdə hakimiyyət uğrunda mübarizəyə
qoĢulur. 744-cü ildə o, Əməv ilər sülaləsinin son xəlifəsi II Mərvan adı ilə
fəaliyyətə baĢlayır. Lakin Xilafəti bürü müĢ dini-siyasi hərəkatın qarĢısını almaq
artıq mü mkün deyildi. Ġqtisadi vəziyyətin ağırlaĢması da mövcud Ģəraiti həddən
artıq gərgin ləĢdirmiĢdi.
192
O dövr ictimai-siyasi tariximizin ən ətraflı Ģərhçilərindən biri olan IX
yüzilin ərəb tarixçisi əl-Kufinin dili ilə desək, "Mərvan ibn Məhəmməd xəlifə olan
kimi Azərbaycan və Ərminiyədə iğtiĢaĢlar baĢlandı".
Ərəb üsuli-idarəsinə qarĢı Azərbaycanda artan hərəkatın baĢında əl-
Kufin in "beyləqanlı" kimi təqdim etdiyi "əl-Qəssab" (qəssab, ətçi) ləqəbli Müsafir
ibn Kəsir (Küseyr) dururdu. O, hələ Mərvanın öz can iĢinliyi dövründə Dərbəndə
hakim təyin etdiyi Ġshaq ibn Müslim əl-Uqaylin in kö məkçisi id i. Xilafət
mərkəzində hakimiyyət uğrunda gedən dini-siyasi çəkiĢ mədən öz mənafeləri üçün
istifadə edən baĢqa yerli feodallar kimi, Müsafir də vergi zülmündən, aramsız
müharibələrdən zara gəlmiĢ xalqın kö məy i ilə hakimiyyəti ələ keçirmək, ərəb
ağalığından qurtarmaq istəyirdi.
Yu xarıda qeyd edildiyi kimi, məhz, bu qarıĢıq dövrdə, Abbasi emissarları -
dailəri (dava- "dəvət" sözündəndir), yerlərdə mərkəzi hakimiyyətə qarĢı geniĢ təbliğat
aparırdılar. Əməvilərə qarĢı yalnız peyğəmbər nəslinə mənsub olan Abbasilər və
Ələvilər deyil, eyni zamanda bütün müxalif qüvvələr, o cümlədən "xaricilər" təriqətinə
mənsub Ģəxslər də çıxıĢ edirdilər. Əl-Kufinin yazdığına görə, Müsafiri və onun
tərəfdarlarını Xilafətə qarĢı qaldıran da Ġraqda Əməvilərin əleyhinə çıxmıĢ, xaricilər
təriqətinə mənsub əd-Dəhhak ibn Qeys əĢ-ġeybani (128/745-746-cı ildə öldürülüb)
olmuĢdu. Özlərini islamın "saflığı" uğrunda mübarizlər kimi qələmə verən, dinin vacib
göstəriĢlərinin ciddi icrası ilə fərqlənən "xaricilər" ali hakimiyyət məsələsində həm
xəlifənin yalnız qüreyĢilərdən seçilməsi Ģüarı ilə çıxıĢ edən sünnilərə, həm də
hakimiyyətin Məhəmməd peyğəmbərin nəslinə irsən keçməsi və imamlığın (Xilafətin)
dini mahiyyət daĢıması nəzəriyyəsini müdafiə edən Ģiələrə qarĢı çıxırdılar. "Xaricilər"
dini icmanın-dövlətin baĢçısının qeyd-Ģərtsiz seçki yolu ilə seçilməsini qəbul edir,
baĢçılığa namizədin mənĢəyinə heç bir əhəmiyyət vermirdilər. Görünür, "xaricilər"in
məhz belə təlimləri yerlərdə hakimiyyət uğrunda mübarizə aparanları özünə daha çox
cəlb edirdi. Onların təbliğatı ilə Azərbaycanda mərkəzi hakimiyyətə qarĢı ayağa
qalxmıĢ beyləqanlı Müsafirin baĢçılığı ilə cərəyan edən hadisələri tarixçi əl-Kufi belə
təsvir edir: "...həmin Müsafir ibn Kəsir onu dəstəkləyən adamların baĢında çox keç-
mədən Ərdəbilə çatır. Bu zaman burada da xəlifənin hakimiyyətindən cana doymuĢlar
vardı. Onların sayı getdikcə çoxalırdı. Hə min vaxt Beyləqanda olan [vali] Asim ibn
Yəzid əl-Hilali bu iĢdən xəbər tutur, qiyamçıların Beyləqan əhalisindən olan iki baĢ -
çısını yanına çağırtdırır. Onlardan birinin adı Aban ibn May mun, o birininki isə
Qüteybə ibn Sadaka idi. Vali onların ikisini də tutub, Beyləqan zindanına saldırır. Xəbər
qiyamçıların baĢçısı, bu zaman Varsanda olan Müsafir ibn Kəsir əl-Qəssaba yetiĢir.
Gecədən xeyli keçmiĢ o, bir dəstə tərəfdarı ilə Varsandan çıxıb Beyləqana gəlir. Onlar
nərdivan qoyub, Ģəhər divarlarına çıxırlar. Ġsmət ibn Müslim Beyləqana birinci daxil
olur. O, qarovul dəstəsinin rəisini tutub, elə divarın üstündəcə baĢını kəsir. On lar
Beyləqana girirlər. Əmir Asim ibn Yəzid əl-Hilali Bərdə Ģəhərinə çəkilir...
Qiyamçılar Qüteybə ibn Sadaka və Aban ibn Maymunu zindandan azad edirlər...
Beyləqana hər yerdən çoxlu adam axıĢır, tezliklə böyük bir ordu yığılır. Müsafirin
193
baĢçılıq etdiyi bu ordu Bərdəni tutmaq məqsədi ilə Beyləqandan çıxıb, ço x keçmədən
Yunana yetiĢir. Əmir Asim ibn Yəzid əl-Hilali bundan xəbər tutub, öz adamlarını
toplayır və qoĢununu Bərdə qapıları yanında, Tərtər çayı boyunca yerləĢdirir. Müsafir,
Asim ibn Yəzidin düĢərgəsinə yetiĢir. Qiyamçılar "Allahu əkbər" deyərək, Asimin
ordusuna hücum çəkir və onu darmadağın edirlər. Bərdə əmiri Asim ibn Yəzidin özü
və bir çox əsgərləri öldürülür. Asimin oğlu Zəfər qoĢunun qalıqları ilə çox pis halda
özlərin i Bərdəyə çatdırırlar..."
Asim öldürüldükdən sonra xəlifə Mərvan Dərbənd hakimi Ġshaq ibn Müslim əl-
Uqaylini bütün Ərminiyəyə vali təyin edir. Əl-Kufinin məlumatına görə, o, Ġshaqın
qardaĢı sərkərdə Əbdül Məlik ibn Müslim əl-Uqaylini isə Müsafirin baĢçılıq etdiyi
hərəkatı yatırmaq və xəzinəyə çatası xəracı toplamaq məqsədilə Bərdəyə göndərir.
Növbəti döyüĢ Bərdə ilə Yunan arasında baĢ verir. Əbdül Məlik özü öldürülür.
QardaĢının yerini tutan Ġshaqla üsyançılar arasında qanlı döyüĢlər isə, qaynağın
yazdığına görə, "Əbu Müslimin baĢ çılığı ilə Xorasanda qara bayraqlılar zühur edənədək
davam etdi".
Doğrudan da Əməvilərə qarĢı mübarizə dalğası artıq bütün vilayətləri
bürümüĢdü. Bu çıxıĢların ən qüdrətlisi 747-ci ildə Mərv vadisində Əbu Müslim
Xorasaninin baĢçılığı ilə oldu. Üsyan tezliklə Qərbi Ġrandan Ġraq ərazisinə yayıldı.
Dəclə çayının sağ qolu Böyük Zab çayı üzərində üsyançıların ordusu ilə II Mərvanın
qoĢunu arasında baĢ verən döyüĢ xəlifə əsgərlərinin məğlubiyyəti ilə nəticələndi. II
Mərvan bir dəstə yaxın adamları ilə ġama, sonra Fələstinə, oradan da Misirə qaçdı.
Yen i ordu toplamaq cəhdləri boĢa çıxan Mərvan Məğribə keçmək istərkən öldürüldü.
Beləliklə, Əməvilər sülaləsinin 90 illik ö mrü baĢa çatdı. Xilafətdə hakimiyyət
Məhəmməd peyğəmbərin əmisi Abbasın nəslinin əlinə keçdi. Ədəbiyyatda
paytaxtının adı ilə Bağdad Xilafəti də adlandırılan Abbasilər sülaləsinin (750-1258)
hakimiyyət dövrü baĢlandı.
§ 3. AZƏRBAYCANDA ABBASĠLƏRƏ QARġI ĠLK
ÇIXIġLAR
Cənubi Qafqazın, o cü mlədən Azərbaycanın strateji və siyasi əhəmiyyətini
yaxĢı dərk edən ilk Abbasi xəlifəsi Əbu-l-Abbas (750-754) hakimiyyəti ələ a lan
kimi qardaĢı, gələcək xəlifə Əbu Cəfəri Azərbaycan, Ərmin iyə və əl-Cəzirən in
valisi təyin etdi. Yeni vali bütün Cənubi Qafqazı bürü müĢ çıxıĢların qarĢısını
almaq, xüsusilə bu za man Azə rbaycanın xeyli hissəsini öz hakimiyyətinə tabe edə
bilmiĢ Müsafir ibn Kəsirin üsyanını yatırtmaq üçün buraya hakim təyin etdiyi
Məhəmməd ibn Sulu qiyamçıların üzərinə göndərdi. IX yüzil ərəb tarixçilərin in
yazdıqlarına görə, "Müsafirin və onun tərəfdarların ın müqavimətinə baxmayaraq,
194
yüzmin lik Xilafət qoĢununun baĢında duran Məhəmməd ibn Sul, nəhayət, üsyanı
yatıra bilir. Müsafir öldürülür, üsyançıların son sığınacağı olan Sisyan dakı Kilab
qalası alınır. Müsafirin və onun silahdaĢlarının kəsilmiĢ baĢları xəlifə sarayına
göndərilir".
Lakin üsyanın yatırılması mövcud ağır vəziyyəti dü zəldə bilməd i.
Yaln ız milliyyətcə ərəb olan lara, xüsusilə Ģimal ərəb tayfalarına üstünlük
verən və onlara arxalanan Əməv ilərdən fərqli olaraq hakimiyyətə bilavasitə
iranlıların kö məyi ilə gələn və əsas etibar ilə cənub ərəb tayfalarına dayaqlanan
Abbasilərin Xila fət ta xtına çıxma ları yerlərdəki iğtiĢaĢı daha da artırdı. Ayrı-ay rı
vilayətlərdə, o cü mlədən Azərbaycanda yerli feodalların separatçılıq cəhdləri
Əməvilərin dayağı olan Ģimal ərəb tayfaları ilə Abbasilərin arxası və təmsilçisi
olan cənub ərəb tayfaları arasındakı hərc -mərcliyə qarıĢdı. Bu mübarizə Ģimal
ərəblərinin ço x olduğu Arranda özünü xüsusi büruzə verird i.
Müsafirin baĢçılığı ilə, ərəb müəlliflərinin həqarətlə "suluk" (səalik)
"qaçaq-quldur, səfil" adlandırdıq ları qiyamçıların çıxıĢı yatırıldıqdan sonra yeni
ərəb üsuli-idarəsi keçmiĢ sülalənin təəssübkeĢlərin i - A zərbaycan ərazisində
məskunlaĢdıqları uzun illər ərzində az qala yerliləĢ miĢ Ģimal ərəb tayfalarını
sıxıĢdırmağa baĢladılar. Dövrün mənbələri illər boyu davam edən bu mübarizə
haqqında yazırdı: "[Abbasilər hakimiyyət baĢına gəldikdən sonra] Varsan
Əməvilərdən alındı, [Abbasi xəlifəsi] əl-Mənsurun [754-775] qızı Ummu Cəfər
Zübeydəyə verildi. Marağanın əhalisi Mərvana sığınmalı oldu. Sonra Əməvilərin baĢqa
mülkləri ilə birlikdə [Abbasi xəlifəsi] Harun ər-RəĢidin qızlarından birinə verildi...
Mərəndi... əvvəlcə Əbu-1-Bəis, sonra əl-Bəis, ondan sonra isə oğlu Məhəmməd
möhkəmləndirmiĢdi... Urmiyanı... əl-əzd qəbiləsin in məv lası Sadaqa ibn Əli
tutmuĢdu... Təbrizdə əvvəl ər-Rəvvad əl-Əzdi, ondan sonra Vacnau ibn ər-Rəvvad
məskən salmıĢ, buranı abadlaĢdırmıĢ, qala divarları ilə möhkəmləndirmiĢ,
həmqəbilələrin i burada yerləĢdirmiĢdi. Əl-Məyanic və Cilbaya həmdanilərin məskən
saldıqları yerdi. Bərzə nahiyəsini əl-avdilər tutmuĢdu... Nerizdə... Murr ibn Əmr ət-
Tainin uĢaqları məskən salmıĢ, yaĢamıĢ və buranı abad etdirmiĢdi... Səratda kində
qəbiləsindən olanlar məskən saldılar...". ÇağdaĢlarının məlumatını yekunlaĢdıran tarixçi
əl-Yəqubi yazırdı: "Yəməndən olan [cənub] qəbilələri [Ģimallı] nizarilətin yerlərini
tutdular".
Lakin Azərbaycanın Ģimal hissəsində olan Bərdə, Qəbələ, Dərbənd və bir çox
digər yerlərdə yeni sülalənin nümayəndələri düĢ mən kimi qarĢılandılar. Bu müqavimət
vaxtilə Dərbənd və onun ətraflarında məskunlaĢmıĢ ġamdan, Mosuldan və b. yerlərdən
gəlmiĢ Ģimal ərəb tayfaları tərəfindən xüsusilə güclü idi, Arranda uzun müddət davam
edən bu üzücü müqavimət Abbasiləri həmin bölgədə apardıqları yerlibazlıq siyasətini
dəyiĢdirməyə, bəzi yerlərdə Ģimal ərəb tayfalarının üstünlüyünə dözməyə məcbur etdi.
Hətta Harun ər-RəĢidin (786-809) hakimiyyətə gəldiyi dövrdən baĢ layaraq bu və ya
digər ərəb tayfasının aid olduğu qrup məsələsinə (Ģimal və ya cənub qrupuna aid
olmasına) artıq əhəmiyyət verilmədi. Əl-Yəqubinin məlu matına görə "[Harun] ər-
195
RəĢid... Yusif ibn RəĢid əs-Suləmini [Arran hakimi] təyin etdi, o isə ölkəyə niza-
rilərdən (yəni Ģima llılardan - N.V.) köçürtdü; buna görə onun hakimliyi dövründə
[Ģimal ərəblərinin] sayı xey li artdı. Ondan sonra ər-RəĢid, Yəzid ibn Məzyəd əĢ-
ġeybanini [hakim] təyin etdi. O da hər yerdən bura rəbiiləri köçürtdü, odur ki, indi
onlar Arranda olan ərəblərin əksəriyyətini təĢkil edirlər. Ondan (Yəzid dən) sonra
Zeyd ibn Xəttab əl-Ədəvinin nəslindən olan Əbu əl-Kəbir ibn Əbd əl-Həmid hakim
təyin olundu, o da diyar mudar əhlindən bir dəstə ilə oraya yollandı".
Beləliklə, ço x keçmədən Azərbaycanda Ərəbistan yarımadasının hər
yerindən mü xtəlif tayfa və qəbilələrdən olan ərəblər məskunlaĢdı. Öz vətənlərində
bir-b irlərinə qarĢı çox da mehriban olmayan bu tayfalar köhnə ədavətlərini özlə ri
ilə yeni məskənləri Azərbaycana da gətirdilər, burada da, indi? özgə torpağı
üstündə hərc-mərcliklərin i davam etdirdilər. Mənbələrin məlu matına görə, bu
qarĢıdurmaya yalnız Yəzid ibn Məzyəd əĢ -ġeybaninin hakimliyi dövründə son
qoyuldu. Onun gördüyü tədbirlər nəticəsində "əhali sakitləĢdi, qanun -qayda bərpa
edildi, niza rilər yə mənilərlə bərabərləĢdirild i".
Abbasilərin Xilafət taxtına sahib olması islam dünyasında böyük
dəyiĢikliklərə səbəb oldu. Peyğəmbər nəslin in bu budağının qələbəsi həmin nəslin
hakimiyyət uğrunda mübarizə aparan digər budağını - Əli tərəfdarlarını onlardan
tamamilə ayırdı. Bu zamandan etibarən, soy kökləri ilə peyğəmbər xanədanına
bağlı olan Abbas və Əli oğulları biri digərlərinə düĢmən kəsildilər. Artıq ikinci
Abbasi xə lifəsi ə l-Mənsurun dövründə Əli və Fatimə nəslinin, xüsusilə xəlifə liyə
namizədliyi irəli sürülmüĢ Həsən tərəfdən olan nümayəndələrin i açıq surətdə təqib,
hətta edam etməyə baĢladılar. Öz hakimiyyətinin qanuniliy ini əsaslandırmağa
çalıĢan yeni sülalə ilə hakimiyyət iddiasında olan müxalif qüvvələr, xüsusilə
Ələv ilər arasında ideoloji mübarizə fəallaĢdı. 755-ci ildə Abbasilər sülaləsini
hakimiyyətə gətirmiĢ Əbu Müslim Xorasaninin xəlifə əl-Mənsurun əmri ilə qətlə
yetirilməsi hakim süla lə ilə mü xa lif qüvvələr arasında yaran mıĢ uçuru mu daha da
dərinləĢdirdi. Əbu Müslimi yalnız dövlət hakimiyyəti nümayəndəsi deyil, eləcə də
özlərin in müəllimi hesab edən mü xtəlif məzhəb baĢçıları Abbasilərə qarĢı çıxd ılar.
Maraqlıd ır ki, bu çıxıĢ larda Xilafətin Ģərq vilayətlərin in müsəlman-Ģiə əhalisi ilə
yanaĢı atəĢpərəst iranlı və azərbaycanlılar da iĢtirak edird ilər. 755-ci ildə NiĢapur
Ģəhərinin rəisi, müsəlman mənbələrinin gavur (kafir) adlandırdıqları atəĢ pərəst
Sumbatın (Sunbadın) baĢçılığı ilə Xorasandan tutmuĢ Azərbaycanadək geniĢ bir
ərazidə yayılan üsyanın baĢlanması məhz Əbu Müslimin edamı ilə bağlı o ldu. Ət-
Təbərinin məlu matına görə, tez bir zamanda NiĢapuru, Ku misi və Reyi ələ
keçirmiĢ, "Firu z isbahbed" adını qəbul etmiĢ, Ġbn əl-Əsirin qeydinə əsasən "xarici"
təriqətlərinə mənsub olmuĢ bu atəĢpərəst, Nizamülmülkün verdiyi xəbərə görə,
bilavasitə xürrəmdinilərlə bağlı idi. Onun yazdığına görə, hələ Məzdəkin arvadı
Xürrəmənin vasitəsilə məzdəkiliyi qəbul etmiĢ və adamların xürrəmdinilər adlandırdığı
"gavurlar" o za mandan bəri öz dinlərini açıq nümayiĢ etdirmək üçün münasib vaxt
gözləyirdilər. Əbu Müslimin Bağdadda öldürülməsi həmin vaxtın yetiĢdiyini göstərdi.
196
Müəllif, Sunbadın baĢçılıq etdiyi üsyançılar arasında Ġmam Hüseynin nəvəsi Zeyd ibn
Əlinin baĢçılıq etdiyi rafidilərin, digər Ģiə təriqətlərindən müĢəbbihilərin, eləcə də
məzdəkilərin olduğunu qeyd edir. Əbu Müslimi allahın elçisi adlandıran Sunbad onun
yenidən Məzdəklə birlikdə qayıdacağını elan edir, Abbasiləri məhv etmək məqsədilə
yığıĢmıĢ bu müxtəlif etiqadlı adamların qəlbinə yol tapmağa çalıĢır, xürrəmdinilərə
"Məzdək Ģiə olub, ona görə Ģiələrlə əlbir olun, Əbu Müslimin qanını alın", - deyir. On
minlik xəlifə qoĢunu özəyi xürrəmd inilərdən olan və cəmi 70 gün davam edən bu
üsyanı amansızlıqla yatırdı, üsyançıların çoxunu, o cümlədən Sunbadın özünü məhv
etdi.
Vergi yükünün ağırlığı, xəzərlərin 763-cü ildə yenidən baĢlanan hücumları
əhalinin güzəranını daha da pisləĢdirmiĢ, üsyan və çıxıĢların sayını artırmıĢdı. Xəlifə əl-
Mənsurun oğlu əl-Mehdi dövründə (775 - 785) siyasi vəziyyət xeyli gərginləĢdi.
Vəziyyətin bu həddə yetiĢməsində xəlifənin din sahəsində irəli sürdüyü yeni görüĢ və
təlimatların rolu da az olmadı. Hakimiyyətin Əli övladlarına (o cümlədən, Əlinin oğlu
Məhəmməd əl-Hənəfi və nəvəsi Əbu HaĢimə) deyil, peyğəmbərin əmisi əl-Abbasın
nəslinə keçməsinin qanuniliyini irəli sürən əl-Mehdi, bu addımı ilə Abbasilərin hərbi-
siyasi qələbəsini ideoloji baxımdan möhkəmləndirməyə çalıĢır, bu sülalənin
ələvilərə qarĢı yönəldilmiĢ siyasətini davam etdirirdi. ġiə qaynaqları əl-Mehdinin "əl-
Abbas [Məhəmmədin] əmisi, onun varisi və ən yaxın qohumu olub, Əbu Bəkr, Ömər,
Osman, Əli və sonrakı xəlifələr iĢğalçı qəsbkarlardır..." sözlərini xüsusi qeyd edir.
Bununla əl-Mehdi peyğəmbərdən sonra Abbas nəslinin birbaĢa qanuni varis olduğunu
sübut etməyə çalıĢırdı. Onun tələbi ilə mövcud "kafir" (zındıq) təriqətlərin siyahısı
tutuldu, onlara qarĢı "ciddi tədbirlər görüldü", kafirlərin təqibi üçün "sahib əz-zənadiq"
və ya "arif əz-zənadiq" adlı yeni rəsmi vəzifə təsis edildi. Bütün bu tədbirlərdə
daha çox siyasi məqsədlər güdən xəlifə əl-Mehdi tərtib edilən "kafir" siyahılarına
onun hakimiyyəti üçün təhlükə ola b iləcək siyasi əleyhdarların ın və onların
mənsub olduqları d ini təriqətlərin ad larını daxil etmiĢdi.
Xəlifən in bu qərarı ideoloji mübarizənin fəallaĢmasına, hakimiyyət
uğrunda mübarizənin yeni yolların ın aranmasına gətirib çıxartdı. Bunlardan ən
mühü mü 794-cü ildə Beyləqanda baĢ verdi. Üsyanın baĢında Abbasi xəlifələri əl-
Hadinin və Harun ər-RəĢidin dövründə dəfələrlə üsyan etmiĢ, xaricilər təriqətindən
olan, əl-Kufin in "əĢ-Ģəri" - Ģər (ĢərəĢur adam) adlandırd ığı məĢhur qiyamçı Əbu
Müslim dururdu.
Beyləqan üsyanının baĢlanması üçün əsas bəhanə vergi zü lmündən cana
doymuĢ qonĢu bərdəlilərin ərəb amili (verg i rəisi) Əbussabbahı öldürmələri o ldu.
Xəlifə üsyançılara qarĢı Ġshaq ibn Müslim əl-Uqaylinin baĢçılığı ilə beĢ min lik
iraqlı süvari yolladı. Varsan yanın da baĢ verən qanlı döyüĢdə Xilafət ordusu
darmadağın edildi. Bundan sonra xəlifə Harun ər -RəĢid in biri digərinin ard ınca
göndərdiyi daha iki qoĢun məğlubiyyətə uğrayır. Ġlkin uğurlara baxmayaraq Əbu
Müslim sonrakı əməliyyatlarda müvəffəqiyyət qazana bilmir - Naxçıvanı ələ
keçirsə də Dəbilin dördaylıq mühasirəsi baĢ tutmur. Sisəcanı (Sisyanı) keçərək,
197
Beyləqana qayıdıb, bu Ģəhərdə möhkəmlənən Əbu Müslimə qarĢı otuz min lik
əsgəri olan üç ordu göndərilir. Yəhya əl-HəraĢi və Yəzid ibn Məzyəd əĢ-
ġeybaninin baĢçılıq etdikləri bu ordular hər tərəfdən Əbu Müslimə hücu m edirlər.
Lakin qaynaqdakı məlu mata görə, hücum ərəfəsində Əbu Müslim ölür. Onun
yerini tutmuĢ beyləqanlı əs-Səkin ibn Musa ibn Hayyan döyüĢdə məğlub edilir,
onun oğlu Xəlil əsir düĢür. Ço x keçmədən Yəzid ibn Məzyədin baĢçılıq etdiyi
qoĢun üsyançıların son hücumunu da dəf edir.
VIII yüzilin son illərində Harun ər-RəĢid Azərbaycan və Ərminiyəyə Səid
ibn Səlm ibn Quteybə əl-Bəhilin i vali təyin edir. Səidin ilk tədbirlərindən biri cizyə
verməkdən imtina edərək, vergi məmurlarının b ir h issəsini qıran, qalanını isə
Ģəhərdən qovlayan dərbəndlilərin q iyamına cavab olaraq, Dərbənd ha kimi Nəcm
ibn HaĢimi zindana saldırmaq, sonra isə boynunu vurdurmaq oldu. Nəcmin oğlu,
dərbəndlilərə qah mar çıxan Həyyun bu tədbirlərin müqabilində Səid in
Dərbənddəki məmuruna qarĢı eyni cəzanı tətbiq edir. Səid qoĢununu üsyan etmiĢ
Dərbəndə yönəldir. Dərbənd hakiminin oğlu isə Xəzər xaqanını köməyə çağırır.
Mənbələrin təsdiq etdiyinə görə, bu münasibətlə Arrana hücum etmiĢ xəzərlər, burada
qaldıqları 70 gün ərzində ölkəni dağıdaraq, yüz min əsirlə geri dönürlər.
Dostları ilə paylaş: |