Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə8/11
tarix09.02.2017
ölçüsü1,35 Mb.
#7963
1   2   3   4   5   6   7   8   9   10   11

     Ü Ç Ü N C Ü    F Ə S İ L 
 
 
 
 
 
AZƏRBAYCAN  MİLLİ TEATR  PROSESİNİN  
 İNSTİTUSSİONAL  SƏCİYYƏLƏRİ 
 
 
 
                        “...HƏR ŞEY AXIR , HƏR ŞEY DƏYİŞİR “ 
 
                                                                  DEMOKRAT 
 
Bəşər    fəlsəfi    düşüncəsində    mədəniyyt    ictimai    -tarixi    hadisə  kimi  
qavranılıb  ,  insan    şəxsiyyətini    və  sosial  birləşmələrini      tarixi    prosesin  
subyektləri  kimi    qəbul  edir.Bu  prosesin  çərçivəsində    mədəniyyət    fenomeninin  
ümumi xarakteristikasını   verərkən alman filosfu  Ernst Kassirer yazır : “ Fəlsəfə  
bəşər mədəniyyətinin  individual  formalarının  analizi  ilə  kifayətlənə  bilməz .O, 
bütün    individual    formaları    özündə  cəm  eləyən    universal  sintetik    baxım  
bucağına  meyillidir  .Fələsəfi  sintez  ...nəticələrin    vəhdətini  deyil,    əməllərin  
vəhdətini  göstərir  ;  məhsulların    vəhdətini    deyil,    yaradıcı  prosesin    vəhdətini  
açıqlayır “. 
Mədəniyyətə    yaradıcı    prosesə    yanaşan    kimi    yanaşmaq    onun  tərkib 
hissəsi olan   incəsənətə də  eyni  fəlsəfi baxım  bucağından  yanaşmağın  labüd  və 

aktual    bir    mövqe    olmasını    təsdiqləyir  .Bu    baxım    bucağı    elm    və  incəsənəti  
mədəniyyətin 
  formaları    kimi  qavrayıb    təhlil    istiqamətlərini  
müəyyənləşdirir.Nəzərdə        tutduğumuz  istiqamətləri    dəqiqləşdirərək    M.Baxtin 
yazırdı: “Bəşər mədəniyyətinin  üç sahəsi  relm, incəsənət  və həyat yalnız  onları 
öz  birliyinə    qovuşduran  şəxsiyyətdə  (  qabartam    mənimdir-  M.Ə.)    vəhdətlərini 
əldə  edirlər...İncəsənət    və  həyat  eyni  deyildirlər”.Şübhəsiz  ki,    mədəniyyət    və 
incəsənətin    mənəvi-əxlaqi    aspektləri  teatr    düşüncəsinin  və  teatr    prosesinin 
başlıca  yaradıcı və təhlil  istiqamətlərindəndirlər. 
Bəşər  sivilizasiyası  inkişafının  tarixi səciyyələri  açıq –aydın   göstərir  ki,  
mədəniyyət    və  incəsənət    proseslərinin    istiqamətləri  və  başlıca    mərhələləri  
ümumbəşər  tarixi    prosesinin    eyni    göstəriciləriylə    üst-üstə  düşür.Bu  mənada  
müəyyən  fərqlərlə  teatr  prosesinin  də  svilizasiyasının  universal qanunlarıyla 
bağlılıqda  inkişaf  etməsi  danılmaz  obyektiv   elmi əsas  kimi  qəbul  olunmalıdır. 
Çağdaş    fəlsəfə    elmi    yeni    tarixi    şəraitdə    mədəniyyətin    yeni  mənəvi  
dəyərlərini  ,  yəni    qlobal    və  fundamental    vəzifələrini    təyin  edərək    qlobal    və 
fundamental    vəzifələrini    təyin  edərək    müxtəlif    qənaətlərə  gəlir.Belə  ki,    ispan 
filosofu X.Orteqa –i-Qasset  belə bir fikrə gəlir ki, “mədəniyyətin dəyərləri ölmür, 
lakin  dəyərlər  sisteminə  yeni    dəyər  –vital  (yaşam)  dəyəri  əlavə  olunur    və 
başqalarını “sıxışdırmağa” başlayır”. 
Fransız  filosofu  Pyer  Teyyar  de  Şarden  isə  “yaşamaq”  dəyərinin “düz 
yoldan”  sapdıra    biləcək    bir  cəhətini    vurğulayır  :bu  dəyər    individuallıq    və 
şəxsiyyətlilik    anlayışlarını  yanlış  olaraq    qarışdırıb    bəşər  inkişafını    geriyə  
yönəldə bilər .Bertran  Rassel  isə  gələcəyə inanaraq  insanlara  xəbərdarlıq  edir :” 
yadınızda saxlayın ki,  siz insansınız  və başq şeyləri  unudun.Bunu bacarsanız , 
önümüzdə yeni cənnətə  yol açılacaq , bacarmasanız  ümumi  ölümdən  başqa  heç  
nəyi gözləməməliyik” 
Bütün  bu  aspektləri    cəm  edərək    teatr    prosesini    tarixi-ictimai    proseslə  
bağlılıqda  fəlsəfi , mənəvi, əxlaqi , sosial-psixoloji , bədii-estetik  düşüncələrin , 
özəl  teatr sənətinin  məzmun və forma çərçivələrində  gələcəyə , “ uzaq proqnoza 

sarı”  –yəni    İdealına    tərəf  yönəldilmiş  vahid    yaradıcı    inkişaf    prosesi    kimi  
müəyyənləşdirə bilərik. 
Təbii  ki,    çox  dinamik    və  təzadlı    prosesdə    teatr  poetikası  ,  onun  bazisli  
əsasları , bədii- estetik səciyyə  və kateqoriyaları dəyişməz , sattik  vəziyyətdə  qala 
bilməzdi.Aydın  məsələdir  ki,    zaman-məkan    sənət    növü  olan    teatr    sənəti  
sosiuma  sənət  növlərindən  fərqli  olaraq daha çox  bağlıdır və buna  görə “həssas  
barometr” kimi  və ya  ulu  əcdadlı Dədə Qorqud  kimi “qaibdən  dürlü  xəbərlər  
söyləyə bilər “:  həm mövcud  durumu  əks etdirə bilər  , həm də baş verə biləcək 
proseslərdən xəbər verə bilər... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
1. İNQLABDAN  ÖNCƏKİ  ( 1850-1920)   
   TEATR PROSESİ   VƏ  POETİKANIN  
    FORMALAŞMA   PROBLEMLƏRİ 
 
 
                                                                
“ALLAH  KƏSSİN BELƏ BAZARI” 

 
M.F.AXUNDOV 
“ Hacı  Qara” 
 
Araşdırmamızın  1850-ci ildən  başlaması  təsadüfi  deyil : məhz  1850-ci 
ildə    Mirzə    Fətəli  Axundov    öz  birinci  dram  əsərini    -“Hekayəti  Molla  
İbrahimxəlil  kimyagər  “  komediyasını  yazmaqla    ənənəvi    teatr  düşüncəmizdə  
institussional    mədəniyyətin    hadisəsi    olan    dramaturji    ədəbiyyat  və  onun  
poetikası    anlayışlarını   gətirdi.Məhz    bu tarixdən    sənət    təfəkkürümzdə    “  teatr 
poetikası “ elmi-nəzəri predmetinin  yaranması , formalaşması  və sonrdan praktik  
teatr sənətinin  tarixi  inkişaf prosesində  realizəsi problemindən  elmi  dəqiqliklə  
danışa bilərik.Əvvəlki  fəsillərdə “ M.F.Axundov  poetika “sını  araşdırarkən  biz 
bəlli    səbəblərdən    onu  ictimai-siyasi  ,  tarixi  kontekstdən    ayrılıqda    təhlil  
etdik.Monoqrafiyamızın    bu  fəslində    “  seyr”  poetikasını  ,  eləcə  də    “sehr”  
və”sehrli  seyr”  poetikalarını ictimai –siyasi proseslərlə bağlılıqda təhlil edəcəyik 
ki,    bu  metodoloji  üsul    poetika    problemlərini  dinamikada    ,  proses  halında  
açıqlamağa  kömək  edəsidir. 
Göründüyü  kimi,  bu    xronoloji    prinsip    tariximizin    siyasi-    ictimai  
mərhələsinə  ,  yəni    çarizmin    əhatə  etdiyi    dövrə    söykənir    ki,    bu  üsul-idarənin  
qanun  və  qaydaları    teatr    düşüncəmizə    də  danılmaz    təsir    göstərib  .Tarixi 
“şıltaqlığıyla “ teatr prosesimizin bu mərhələsi  70  il  çəkdi  və bu illər  ərzində  
teatr  poetikamızın  ən vacib  dövrü-  formalaşması  baş verdi.Təbii  ki, ilk  əsər  
ictimai-siyasi    vakumda  ,  boşluqda    yaranmamışdı,  odur  ki,  XIX    əsrin    başlıca  
tarixi  hadisələrində    diqqət  yetirməli  olacağıq  .Bəri  başdan  bildiririk  ki,  tarixi 
faktları    və  bəzi  qənaətləri    Z.M.Bünyadovun    və  Y.B.Yusifovun    redaktəsi  ilə 
“Azərbaycan tarixi( ən qədim zamanlardan XX əsrədək) “ .B.Azərnəşr , 1994  və  
İqrar  Əliyevin  “  Azərbaycan    tarixi  (ən  qədim  dövrlərdən    XX  əsrin  əvvəllərinə 
qədər)” .B.Elm, 1993  kitablarından  götürmüşük... 
1801  –ci  ildə    Şərq    Gürcüstanla    birlikdə    Qazax    və    ŞƏmşəddil  
sultanlıqlarını  Rusiyaya  birləşdirməklə  Azərbaycanın işğalı  başlandı.1828-ci il  

fevralın    10-da    İranla  Rusiya    arasında    Türkmənçay    sülh  müqaviləsi  
imzalandı  .Həmin      ilin    aprelində    Türkiyə    Rusiyayla    müharibədə    məğlub  
oldu.Beləliklə    də,    Türkiyə    Bəriqafqazın(    Zaqafqaziyanın  )    zəbt    olunmasını  
təsdiq  etməli  oldu    və  düz    27    il    ərzində  bir    xalq      həm  də  öz    dövlət  
müstəqilliyini      itirdi,  həm  də  zorla    iki    yerə    bölündü.”Bu  tarixi    ədalətsizlik   
nəticəsində  vahid xalq   bölündü  və  onların  hər biri bir –birindən  fərqli sosial –
iqtisadi    siyasi    və  mədəni      inkişaf  yoluna  düşməyə    məcbur  oldu”.Odur  ki,  
Azərbaycan    mədəniyyəti      deyəndə  ,  biz  yazıqlar  olsun  ki,  yalnız    Şimali  
Azərbaycanı    nəzərdə  tutmaq  mədəniyyətindəyik.Maraqlı    fakt    kimi    nəzərinizə  
çatdırırıq    :  “Türkmənçay    danışıqlarında    rus  yazıçısı  A.S.Qribeyodov    və  
Azərbaycan   maarifçisi  A.Bakixanov  da iştirak etmişdilər ...” 
Ən    sadə    hesablamalar    göstərir  ki,  M.F.Axundovun    ilk  dram  əsəri  
yazılanda    Azərbaycan    artıq  22  il    idi  ki,  müstəmləkə    halında    yaşıyırdı    və 
müəyyən  mənada  “ müstəmləkə  düşüncəsinin”  sosiopsixoloji  səciyyələri  ona 
öz təsirini  göstərməyə bilməzdi. 
XIX əsrin  30-40  cı illərindən  Azərbaycanda  artıq  müəyyən  inzibati  idarə  
sistemi    və  ona    bağlı      təsərrüfat  həyatı    dəqiqləşdirilmiş    və 
təsdiqləndirilmişdi.Azərbaycanda    mərkəzi    Şuşa  şəhəri  olan    “Müsəlman  
əyalətləri rəisliyi” yaradıldı  və  bəlkə  də  o tarixdən  psixologiyamıza “ əyalətçilik 
“ mikrobları  daxil edildi.Birdən –birə  “əyalət”  halına  düşən  və metropoliyanın  
hər  cür    dəyərlərini    üstün    tutmaq    ,  onlara    könüllü    ya    könülsüz    tabe  olmaq  
məcburiyyəti    milli  psixologiyamıza    ,  o  cümlədən    institussional    incəsənət 
düşüncəmizə    bu  günə  qədər    açıqlanıb  təhlil    olunmamış    hal    və    sistemləri  
pərçim  etmişdi.Ənənəvi    sənət    növləri    bu  amansız    əməliyyatdan    nisbətən    az  
zərər  çəkibsə , yeni  yaranmaqda  olan  və sosiuma  bağlı  instutissional  sənət  yox, 
mürəkkəb   “ start  imkanlarına” malik    oldu. 
“Komendant    üsul-idarəsi  “  camaati    ağır    istismara  ,  zülmə    və    öz-
başınalığa  məruz  qoyurdu...Hətta çar  məmurlarının   özləri də  komendantların 
zorakılığını   etiraf etməyə  məcbur olmuşdular: “ Dairə  rəsiləri  , komendantlar və 
başqa  başçılar  mənfəətpərəstlik və qızğın özbaşınalıq əsasında hərəkət etmişlər.” 

Hamımıza çox bəlli olan  üsuli- idarənin   mənfur  ənənəsi  belə qoyulmuşdu və 
M.F.Axundovun    onun  yaranış    məqamlarında    dram  yaradıcılığına  
başlamışdı.Düzdür , 40-cı illərin  islahatları   nəticəsində  komendant idarə üsulu  
ləğv    olundu    ,  çünki  bu  üsul      üsyanlara  qalxan    “  təkcə    xalq  kütlələrini    deyil,  
hətta monarxiyanın  əsas istinadgahı  olan  feodal –bəylərin  də narazılığına   səbəb 
olmuşdu”.Quberniya  və qəzalarda  azərbaycanlı  məmurlar  işdən kənarlaşdırılaraq   
rus  məmurlarıyla    əvəz  olundu.Sonradan  bütün    Qafqaz    əyalətlərini    bir  inzibati  
idarədə    birləşdirib  ,  qafqaz    canilişinliyinin    yaradılması  da    müstəmləkə  
bərkitmək  xarakterini   daşıyırdı. 
Bu    dövrdə    Azərbaycanda  A.A.Bakıxnov,  Mirzə    Cəfər    Topçubaşov 
(  London  Kral  Asiya    cəmiyyətinin    üzvü!...) ,Mirzə    Məhəmmədəli    Kazımbəy  , 
Hacı    Zeynalabdin  Şirvani  ,  Mirzə  Adəgözəl    bəy,Mirzə  Camal    ,  Kərim    Ağa  
Fateh ,Seyid  Əbdülhəmid  və başqaları kimi  elm  xadimlərinin  bütöv bir nəsli  
yetişmiş  ,  30-cu  illərin    əvvəllərində  isə  Azərbaycan      mətbuatının      əsası 
qoyulmuşdu.Tiflisdə    həftədə    bir    dəfə    “  Tatar    xəbərləri    “    qəzeti    çıxmağa  
başlamışdı( 1832 –ci  ildən) .Maraqlıdır ki, “A.T .-93”  kitabında  XIX  yüzilliyinin  
birinci      yarısında  ,  yəni  ilk  pyes    yazılana  qədərki      dövrdə    Azərbaycan 
ədəbiyyatınınn    iki  istiqamətdə  -romantik    və  realist    cərəyanlar    çərçivəsində  
inkişaf etməsi   qeyd olunur   və  bu bölgü  belə dəyərləndirilir : “ birinci cərəyanın  
nümayəndələri olan onlarla  şair dini  ideyaları təbliğ edir ,  onların  çoxu   feodal  
ideologiyası  ilə      bağlı    idi.  Realist    mütərəqqi    cərəyanın    nümayəndəlləri    - 
ədəbiyyatın      inkişafında      xüsusi  mərhələni  təşkil  edən    A.Bakıxanov  , 
M.F.Axundov ,Mirzə  Şəfi  Vazeh ,  Qasım bəy  Zakir  və başqaları  Azərbaycan  
ədəbiyyatını  ölməz əsərlərlə  zənginləşdirmişdilər.”Sonuncu  ifadəylə tam  şərik  
olsaq da ,  mədəniyyətimizin  nümayəndələrinin  mürtəce  və mütərəqqi  qütblərə  
ayrılmasına      heç  razı  deyilik  :    ənənəvi    islamın    yüksək    dəyərlərini  təbliğ  
edənlərə    ,Dədə    Qorqud    ənənəsini    yaşadanlara      yalnız  ideologiyalaşmış  
meyarlarla    yanaşanda  onlar    mürtəce  adlandırıla  bilər  .O  ki,    qaldı  realist  –
mütərəqqi  cərəyanın    nümayəndələrinə  ,  onların  ən    ülvi  niyyətlərindən    doğan  
fəaliyyətlərinin      faciəvi  nəticələrini    tam  həcmdə    araşdırmamışıq  .Başqa 

mətləblərə toxunmadan  bu cür şəraitdə  yaranan  poetikadan daha çox  barışdırıcı , 
sosial  tolerantliq  (dözümlülük)  və  dil-ifadə    vasitələrində    “Ezop    dilinin 
“elastikliyi  tələb  olunurdu.Bakıxanovun  ,M.F.Axundovun  ,  Vazehin  ,Zakirin    çar 
müstəmləkə  siyasətini  və  onun  əsl  mahiyyətini    anlamamaqlarını    düşünmək  
bağışlanmaz  sadəlövhlük  olardı,  əks təqdirdə onların  işıqlı zəkasına  şübhə ilə 
yanaşmalıyıq.Qətiyyən  inanılası    deyil  ki,  onlar    bu  müstəmləkəni  ürəkdən  
bəyənərək , onun könüllü təbliğatçıları  və tərənnümçüləri  olmuşlar :  azadlıq  və 
milli  ləyaqət    ,  dövlətçilik  və  tərəqqi    ideyaları    ənənəvi    İslam    və  türk 
düşüncəsinin    dəyərlər    sisteminin    ali  kateqoriyalarıdır.Burada    fransız    deyimi  
yerinə  düşər  :  “iki  şərdən  həcmcə  az  olanı  seçərlər  “.M.F.Axundov  poetikası 
gerçəklikdə    daha  az    görünəni    seçdi    ,Azərbaycanın    svilizasiyaya    qovuşmaq 
imkanını  Rusiya ilə bağladı və  özünəməxsus  formada realizə etdi.... 
Hər  halda  XIX  yüzilliyin   birinci yarısında Azərbaycanda xalq musiqisi , 
təsviri  və  tətbiqi  incəsənət  ,  memarlıq  inkişaf  edir,  teatr  sənəti    sahəsində  ilk 
addımlar  atıllırdı.Şuşa  ,  Lənkəran    və  Şamaxı    şəhərlərində  teatr  tamaşaları  
qoyulurdu. 
M.F.Axundovun    dramaturji    yaradıcılığını    ideoloji    çərçivələrə  
baxmayaraq,  dərindən    və  hərtərəfli  araşdıran    görkəmli    alimimiz  C.Cəfərov 
yazır : ...Azərbaycanda  teatr   yaranması heç  də gözlənilməz və təsadüfi  bir şey 
deyildi; 1873 cü  ildə  oynanan  ilk Azərbaycan tamaşası  mədəni mühitdə   çoxdan 
hazırlanmaqda  olan    qanuni    hadisə    idi  ki,  bu  hadisə  tarixin    hökmü    üzrə  
Axundovun  adıyla    bağlanmaya  bilməzdi.1873-cü  ildə    mart    və  iyun    aylarında  
göstərilən  “Lənkəran    xanln  vəziri”    və  “  Hacı  Qara”  tamaşaları  ilə  həm  
Azərbaycan  teatrının  ,  həm  də  Axundov  pyeslərinin    milli  səhnəmizdə  tarixi  
başlayır.Daha    sonra    C.Cəfərov    çox    haklı    olaraq    M.F.Axundov  
komediyalarının səhnə  tarixinin az  və səthi  öyrənilməsindən  gileylənir , bununla 
yanaşı    bu  əsərlərin    meydana  çıxması    zamanı    siyasi  –  ictimai    vəziyyətin  də 
önəmli  amil  olduğunu qeyd edir. 
Bütövlükdə  Rus  imperiyasında  olduğu kimi ,XIX  yüzilliyin  ikinci yarısı  
Azərbaycanda  da  burjua    islahatlarıyla    səciyyələndi  :  kəndli  izahatı    da  (1870),  

məhkəmə  islahatı  da  ,  idarəetmə  islahatları    da  (  1878)  yerlərdə    yalnız  
müstəmləkə  hakimiyyətini  möhkəmləndirmək   məqsədi  güdürdü.Məqsədlərinə   
nail    olan    metropologiya    müstəmləkələrdə    cəmiyyətin  daha  da    qütbləşməsinə  
təkan verdi , antoqonist  siniflər  yarandı, 
XIX  əsrin  70-ci illərində neft  verən torpaqlar qruplara   bölünüb  müzaidə 
(auksion) yolu  ilə  kapital  sahiblərinə  icarəyə  verildi.1870-1880-ci  illər arasında  
neft    çıxarılması    10  dəfə    artdı  ,  az  müddətə    Bakıda      onlarla    neft  sənayesi   
milyonçuları  meydana   çıxdı ki,  onların  arasında  azərbaycanlı  kapitalistlərdən  
H.Z. Tağıyev  , Musa Nağıyev , M.Muxtarov .Ş.Əsədullayev   və başqaları  da  var 
idi.Azərbaycanın  başqa  bölgələrində inkişaf  edən sənaye   sahələrində  meydana 
çıxan zənginlərlə  birlikdə  onlar  milli  burjuaziyanın  ilk nəsli  kimi  formalaşdılar  
və həyatın  müxtəlif  sahələrinə  təsir etməyə  başladılar.H.Z.Tağıyev öz kapitalını  
təkcə  neft    sənayesinə    deyil,    yeyinti  ,  tikinti    sənaye      sahələrinə  ,  hətta  kənd  
təsərrüfatına  da qoyuldu .” H.Z.Tağıyev Azərbaycan  burjuaziyası nümayəndələri 
arasında  Azərbaycan  iqtisadiyyatının  müstəmləkə  xarakterinə  zərbə vuran  , onu 
sındıran    kapitalist    olmuşdu  ,”    xalqımızın    maariflənməsində    öz    kapitalı    ilə 
mühüm  rol  oynamış    H.Z.Tağıyev    teatr  binasını  tikdi(1883-cü    ildə  -M.Ə.)  .Bu  
hadisə Bakıda  teatr  sənətinin  inkişafına  təkan  verdi  və tezliklə  dramaturqlar  
və  artistlər    nəslinin    yetişməsinə    səbəb  oldu.Buradaca  qeyd  etmək    lazımdı  ki, 
“Azərbaycanda  kapitalizmin  inkişafı burjuaziya  ilə eyni  vaxtda  fəhlə  sinfinin  
meydana  çıxıb  təşəkkül      tapmasına    səbəb    oldu”  və  “  sinfi  mübarizə”    ideyası  
milli düşüncəmizə  yol açdı. 
İndi    isə  teatr  prosesinin    bəzi  xüsusiyyətlərinə    diqqət    yetirək    :  teatr 
sənətinin ədəbi əsasının  (pyesin) ilk nümunəsinin  yaranışından  (1850) iyirmi  il 
sonra  o, (1873)  həvəskarlar tərəfindən  səhnədə gerçəkləşdirilir .Bu hadisədən də   
on  il  sonra  (1883-cü  ildə    Tağıyev  peşəkar    teatr    binasını    tikdirdirəndə)  teatr 
institussional    təzahür    və  təcəssümünü    tapır.Göründüyü  kimi  poetikanın    ədəbi-
nəzəri    cəhətdən    yaranması    və  realizəsi    arasında  30    il  var!  Təbii  ki,    bu  30  il  
ərzində  baş vermiş  mahiyyətcə  inqlabi olan (  feodallıqdan  kapitalizmə  keçid)  
siyasi-iqtisadi    tarixi    hadisələr  milli    düşüncəmizi    və  sənət    təfəkkürümüzü    də 

keyfiyyətcə    dəyişmişdi.”Azərbaycan    sosial-  iqtisadi    və  siyasi    həyatında    baş 
vermiş    dıyişikliklər  ,  ədəbiyyatda  da  öz    əksini    tapmışdı.Artıq    ədəbiyyatda  
aparıcı    cərəyan    realizm    idi  ki,  bu  da  demokratik    və  maarifçilik    ideyalarının 
təbliğini  ,  ədbiyyatda    sosial  həyatla    bağlı  mövzular    yer    verilməsi    uğrunda  
mübarizəni  ,  xəlqilik    ideyalarının    müdafiəsini    qarşısına  məqsəd 
qoymuşdu”.Bunu nəzərə  alsaq  deyə bilərik ki, “Axundov  poetikası”  əslində öz 
ilkin  təcəssümü  deyil,  dövrlə bağlı düşüncələr  və məqsədlər baxımından  yozum 
idi.Bu  yozumun özü də  bəlli səbəblərdən tam mənada sərbəst  , yalnız poetikanın  
yələblərinə    uyğun    şəraitdə    realizmə    olunmamışdı.  Tarixçilər  də    bu  dövrün  
mürəkkəbliyini  qeyd  edir  :  “  Bu    dövrdə  Azərbaycan    tarixinin    bir  sıra  
məsələlərinə    dair    rus    müəlliflərinin    də  əsərləri    çap  olunmuşdu.Bu  əsərlərdə  
çarizmin    müstəmləkəçi  siyasətinə    bəraət    qazandırılmasına    baxmayaraq 
(  qabartma  mənimdir  –  M.Ə.)  ,  onlarda    xalqımızın    sosial  –  iqtisadi    və  siyasi   
tarixinə  dair verilmiş  materiallardır ,  söylənilmiş  mülahhizələr  qiymətlidir.”  
Çarizmin  siyasi- ideoloji  sisteminə  bəraət qazandıran  və onun müəyyən  
müsbət amillərinin  göstərən liberal  -demokratik , maarifçi- millətçi  ideologiyanın  
yaranmasını  tarixi zərurət  kimi qəbul etmək  və başqa dünya müstəmləkələrinin  
tarixində  anologiyalar    görmək  mümkündür  .Bu    mənada  maarifçi    demokratları  
çox böyük şərtiliklə  inqlabçı adlandırmaq  olar :  onların başlıca  məramı  mövcud 
olan  sistemin    çərçivəsində    demokratik    islahatlar    yoluyla    milli  düşüncənin  
inkişafını    təmin  etmək  idi  (  Burda  “insan    sifətli  sosializmin”təəssübkeşlərini  
xatırlamaq olar ...) 
“Axundov poetikası”nı  klassik  örnək kimi  götürən  demokratik maarifçilər  
yuxarıda  göstərilən  ideya və  idealları   təbliğ və  tərənnüm  etmək üçün  ənənəyə 
söykənib , onun yeni mərhələsini  təşkil etmək uğrunda   mübarizəyə başladılar . 
Bu mübarizənin bir özəlliyinə  diqqət yetirək : milli azadlıq  hərəkatlarının  birinci 
mrəhələsi  bir  qayda    olaraq  milli  düşüncənin    başlıca    səciyyələrini  (dil,  milli  
identifikassiya  –özünü  təyin  ,  tarix  və  ədəbiyyat)  müəyyənləşdirməklə  
başlayır.Hələ  M.F.Axundovun    vaxtında    bu  məsələ    çox    mürəkkəb  idi  :İslam 
dəyərlər    sistemində    “milli  “    məfhum    dini  mənsubiyyət    içində  əriyir  , xalq  öz 

millətini 
və 
dilini 
“müsəlman”kimi 
anlayıb 
 
tamam 
bununla 
kifayətlənirdi.Dövlətçilik ideya və  və qanunları   isə  xristianlıq dəyər sisteminin 
təzaahürü  olduğundan  burada təbii ki,  təzad yaranır və  milli düşüncəni  sərbəst 
inkişafdan    məhrum  edirdi.Üçüncü  təzad    faktoru  Azərbaycanda  yaşayan    xalqın  
rəsmi-dövlət    təyinidir:bütün  rəsmi  sənədlərə    Azərbaycan  xalqı    və  dili  “tatar”  
kimi müəyyənləşdirilir.1852 –ci ilin  26 yanvar  sayında  “kavkaz”  qəzeti  yazırdı : 
“Cümə  axşamı  ,    yanvarın  31-də    ədəbiyyat    və  teatr  aləmində    bu  zamanadək  
misli görünməmiş  bir əhvalat   olacaqdır. O gün birinci dəfə  olaraq səhnədə  tatar 
alətlərini  ,  tatar    paltarlarını  .  tatar    çadırlarını  və  tatar    həyatını  müntəzəm      bir  
şəkildə  görəcəyik.Ən  mühüm  budur  ki,    afişalarda    qüdrətli  bir    tatar    yazıçısı  
Mirzə    Fətəli  Axundzadənin    adı  görünəcəkdir...(qabartma  mənimdir  – 
M.Ə.).Başqa  bir  qəzetdə  (“Новойе    обозренийе”,  29may    1890)  Nikolay  Qulak  
adlı    şəxs  türklərin  ,  ərəblərin  və  iranlıların    teatr  sənəti  hakkında  belə  yazır  : 
“Müsəlman  aləmində  orijinal    yaratmaq    bizim  qafqazlı  müsəlmanlara  qismət 
olmuşdur.Bu  işin  banisi  də  məşhur  Mirzə    Fətəli  Axundovdur”Göründüyü    kimi  
Azırbaycan  xalqının    milli  mənsubiyyətini  bildirəndə      ya  ümumi  “tatar 
“  etnomimi  ,  ya  da  ki,  dini  mənsubiyyətini    mənsubiyyətini    bildirəndə  
konfessional    təyin  istifadə  olunurdu.Çarizmin  düşünüşlü  siyasətinə  görə  
Azərbaycan  xalqı  öz    tarixi  köklərindən  uzaqlaşdırılırdı  və  qədim  Azərbaycanda  
milli burjuaziyanın yaranması , Ümumrusiya və Avropada  baş verən proseslərin  
ictimai şüur və varlığa  təsiri, kapitalizmin  gətirdiyi  mahiyyətcə  yeni problemlər  
və  onlara    münasibət    demokratik    maarifçilərin    teatr    düşüncəsinə  gətirdikləri  
mövzu və ideyalarında öz əksini tapdı. 
Demokratik    maarifçilərin    problematikası  kəskinləşən    sosial-psixoloji  , 
mənəvi  sahəyə  bağlı    olduğundan    onlar    “Axundov  poetikasının”  kauzal 
konfliktindən      faydalanıb  onun  təcəssümünə    və  həllinə    müəyyən  yeniliklər  
gətirdilər    Burada    xüsusi    vurğulayaq  ki,  bu  cərəyanın  nümayəndələrini    və 
məqsədlərini  “inqilabi”  və  ya  bir  qədər    yumşaq  “dessident”(  başqa  cür 
düşünənlər  )    adlandırmaq    marksist-leninçi    tarixçilərin    baxışlarını    kor-koranə  
təkrar  etmək    olardı.Bu  isə    tarixi  mənzərəni  “sinfi  mübarizə”  kateqoriyasının  

hökmüylə    təhrif  etməyə      gətirib  çıxarar  .Demokratikçilərin    içində  başlıcası  
romantik təmayüllü  sosial  etirazdır ki,  o da daha çox  ənənvi , mənəvi  dəyərlər  
sistemini  yeni      çağlara  uyğunlaşdırmaq  və    problematikanı  aktuallaşdırmaq  
niyyətindən qaynaqlanırdı. 
“Axundovdan  sonra    Azərbaycan    dramturgiya    və  teatrının    inkişafı   
N.Vəzirovun    adı  ilə  bağlı    olduğundan”  bu  görkəmli  sənətkar    və  mütəffəkirin  
dram  əsərlərinin    poetika    səciyyələrinə    diqqət    yetirək    və  mühazirələrimizi 
davam  etdirək. 
 Nəcəfbəy  Vəzirovun  təsvir  etdiyi  mülkədar və tacir  mühiti Azərbaycan  
milli –burjua  düşüncəsinin  problemlərini  özündə cəm etmiş  və buna görə yeni  
dövrün    gətirdiyi    yeni  problemləri    ümumi  şəkildə    təsvir    etməsinə  imkan  
yaratmışdı  .(Haşiyə    çıxıb    çağdaş    düşüncəmizin    bir  çox  problemlərinin  
qaynaqlarını  məhz burada görə bilərik). 
“N.Vəzirov  poetika”sının    araşdırma    sahəsi    yeni    sosial    münasibətlər  
olduğundan  onun “zaman-məkanını”  bədii olaraq  “zülmət səltənəti “ kimi  təyin 
etmək  olar  ;  bu  zaman-məkanın    mənəvi  dəyərlər    sistemi  mənfi  işarələrə  əks 
olunur.Personajlar heç  bir  mənəvi qanun  və  tanımadan  bir-birlərini didirlər  , 
aldadırlar,  yalan,    hiylə,    riya    münasibətlərin    başlıca      üslubudur.Onlara  qarşı  
duran müəllifin   öz  əqidəsi , öz dəyərlər  sistemidir, maarifçilik  burada  başlıca  
amildir  :  “  mülkədarlar    zəhmətə    qatlaşsalar  ,  kəndlilərlə  rəftarlarını  
yaxşılaşdırsalar , dinin , şəriətin  . göstərişlərinə ürəkdən  əməl etsələr , müsibətlərə  
son qoyular  , xalq tərəqqiyə  çatar    , vəhşiliyin kökü kəsilər    , insanlar insaniləşər 
“ Göründüyü kimi ,  N.Vəzirovun  poetikasında  inqlabi  (revollusssyon)yolu  ilə  
aparmağın  tərəfdarıdır.C.Cəfərov    çox    haqlı    olaraq    göstərir  ki,  :”  Bu  liberal  
görüş  XIX    əsrin    axırlarında    həyatilikdən    məhrum    deyildi  ,  çünki    o  dövrdə  
xalqı  maarifləndirmək  , hakim  təbəqələri  insafa  gətirmək  ideyaları  (qabartma  
mənimdir – M.Ə.)  geniş  intişar  tapmışdı”.Burjua   millətçiliyinin  yaranmasının   
canlı şahidi  olan N.Vəzirov onun  riyakar , yırtıcı , talançı  mahiyyətini  birinci  
olaraq  təsvir  edib  ifşasına  başlamışdı. 

Görkəmli  alim və  vətənpərvər  Cəfər Cəfərov  N.Vəzirovun  yaradıcılığını  
qoruyub      mövcud  ideoloji      sistemə  yaxınlaşdırmaq    üçün  çox    elastik  
metodologiyadan    istifadə  edərək    dramaturqun  fəhlə    sinfinin    həyatını    əks 
etdirməsinə  belə    “bəraət”  qazandırır  :  “həqiqi  sosial  demokrat  ,  həqiqi  inqlabçı  
ola    bilmək  üçün    təkcə    fəhlə    sinfinin    həyatını  bilmək  kifayət  deyildir  .Bütün 
siniflərin  və  təbəqələrin    həyatını    bilmək    lazımdır  ...Əgər    tənqidi  
ədəbiyyat...zülmü    bu  və  ya  digər    dərəcədə  müxtəlif    təbəqələrin  həyatında  
göstərirsə  ,  şüübhəsiz  ki,  çox    faydalıdır  “.Sovet    dövrünün  bu  cür  söz  
ekvilibristikası  bu gün bizi  nə çaşdırmalı , nə də ki,  əsəbiləşdirməlidir  : hakim 
ideologiyanın  basqısı  heç  də  çarizmin  basqısından   yumşaq deyildi.Amma  fikir  
verin, alimin  qənaəti  necə də  bugünkü problemlərimizlə  səsləşir  : “Vəzirovun  
əsərləri  həyatın  tənqidi  , zülmkarlığın ifşası  nöqteyi-nəzərindən  böyük tərbiyəvi  
əhəmiyyətə malikdir.Həmin əsərlər  bu gün öz  əhəmiyyətini  hifz etməkdə  , bizim 
köhnəlik  qalıqlarına  qarşı  mübarizəmizə  yardım   göstərməkdədir”.1951-ci ildə 
“köhnəlik  qalıqları”  adlandırılan  XIX  əsrin    məsələləri  tarixi    inkişafın 
özünəməxsus qanunlarıyla  XX əsrin  başlıca  problemlərinə  döndü... 
N.Vəzirovun    poetikası    janr    etibarı  ilə    faciə,    dram  və  komediya 
strukturlarında  təcəssümünü  tapmışdı.C.Cəfərovun  dəyərləndirilməsiylə  onun ən 
yaxşı  əsərləri  olan  “Adı  var,  özü yox  “, “Yağəşdan  çıxdıq , yağmura düşdük  “, 
“Müsibəti  Fəxrəddin”, “ Pəhləvani –zəmanə” , “Hacı  Fərəc  Lənətullah” bu gün 
bizə    onların    təmsilində    teatr  prosesinin    fəallaşması  ,  siyasi-ictimai  proseslərə  
daha  çox    bağlanması    və  poetikasının    tənqidi    nəsihət    səciyyələrinin    önə 
çıxmasını    açıqlamağa    imkan  verir.Maarifçilərin    teatr    poetikasının    ideya 
qayəsində    yeni  çağların  dünyagörüşü    idealı  öz    əksini    tapmışdı  :maarif    və 
mədəniyyət    yaymaq  yoluyla    hakim  təbəqələrin  ,  varlıların  şüurunu    dəyişmək  , 
onları insafa gətirmək   və  xalqın dərdinə  qatlaşmağa  sövq etmək  olar”.Bu idealı 
siyasi    və  fəlsəfi  nöqteyi-nəzərdən    araşdırmaq  təhlil    predmetimizin  məzmun  
çərçivələrinin kənarında  olduğundan , burada yalnız onu  qeyd etmək istərdik  :  
teatr  prosesinin    canlı  inkişafında    30  illik  (M.F.Axundovdan    Vəzirova  
qədər)”fasiləyə”    baxmayaraq    proses    davam  edir  ,  poetika    formalaşır    və  üzvi  

şəkildə  milli  teatr düşüncəmizin  daxili məntiqini  təşkil  edir.Bu məntiqin başlıca  
postulatı  da hər  hansı prosesin  obyektiv şərtinə  bağlıdır ki,  bunu hələ eramızdan 
əvvəl    Demokrit    formalizə  etmişdir.”Başqa    sözlə    :    teatr  prosesinin  
formalaşmasında    maarifçi  demokratçılıq    dövrü  üzvi  ,  mənalı  ,  səmərəli    və 
başlıcası , sonrakı inkişaf  üçün məntiqli , əlaqələndirici bir  hadisə oldu.XIX əsrin  
ikinci  yarısında    N.Vəzirovla    eyni  mədəni    məkan    və  zamanda  
Ə.B.Haqverdiyev  ,N.Nərimanov  ,  S.Ə.Şirvani  ,  Q.Zakir  ,  Xurşudbanu  Natəvan  , 
M.R.Fəna, Bahar Şirvani , M.Cürmi,   Aşıq  Ələsgər , Aşıq  Nəcəfqulu ,  Hüseyn 
Bozlaqanlı    kimi  qüdrətli    sənətkarların   yaşayıb    yaratmaqlarını    nəzərə  alsaq    , 
Azərbaycan  mədəniyyət və  incəsənətinin  o dövrdəki  keyfiyyətini  və maarifçilik 
ideallarının    zəminini    daha  aydın    görə  bilərik  :  müstəmləkə    şəraitində  inkişaf  
edən  milli mədəniyyət  mütləq  bu mərhələdən  keçməli . daha yüksək  səviyyəyə  
qalxmalı  idi.... 
“Seyr”  poetikası    məhz    bu  dövrdə    demək  olar  ki,  formalaşmasını  sona 
çatdırdı , əsas bazis  prinsiplərini , mövzularını  və dil-ifadə  vasitələrinin  sistemini  
təyinləşdirdi.Faciə  ,  dram    və  komediya    kimi    klassik  janrlar  milli  sənət  
təfəkkürünün    kontekstində  yeni    çalarlar  qazandı  ,  milli  teatr    düşüncəsinin    bir 
çox  ənənəvi    tələbləriylə    uzlaşdırılaraq    milli  teatr    prosesinin    institussional  
istiqamətlərini  müəyyənləşdirdi. 
Rus imperiyasında  olduğu  kimi Azərbaycanda  da  XIX  əsrin sonu  və XX  
əvvəlləri    mürəkkəb .  dinamik  ,  imperiyanın   dağılmasına    aparan   siyasi-ictimai  
və  iqtisadi  proseslərlə    səciyyələnir.”Rusiyada  .  o    cümlədən    Bakıda    və 
Azərbaycanın    başqa  yerlərində    fəhlələrin    təşəkkül  və    kapitalizm  
ziddiyyətlərinin    kəskinləşməsi  ,  milli-    müstəmləkə  zülmü    sinfi    mübarizəsinin,  
milli azadlıq hərəkatının  genişlənməsinə  səbəb  olmuşdu.” 1904-cü ildə  başlanan 
Rus  -Yapon  müharibəsi , 1905-ci ildə  “inqlabın baş məşqi “ və  Bakıda  fevralın 
6-dan    9-na    kimi    davam  etmiş    erməni-azərbaycanlı    qırğını    ,  Sovetlərin  
yaranması    və  sonralar  “irtica”  adlanan    siyasi-ictimai    hadisələr    və  hərəkatın  
səciyyələri idi. 

1910-1914 –cü  illərdə  güclənən  proseslər  yeni bir təkan  aldı : 1914-cü il  
iyulun  19-da  birinci  dünya  müharibəsi  başlandı. 
Bu  müharibədə  uğursuz    iştirak  edən    Rusiyada  inqlabi  şərait  
kəskinləşirdi.”Burjuaziyanın    çar  II  Nikolayla    uzun-uzadı    danışıqları    nəticə  
vermədi  .Bolşeviklər    zəhmətkeşləri  çarizmə    qarşı    silahlı    üsyana      çağırdı 
“.Fevralın  27-də    çar  höküməti    devrildi.Müxtəlif  siyasi    hadisələrin    dinamik  
inkişafı  nəticəsində  1918-ci il nəticəsində  1918-ci il mayın  28-də  Azərbaycanın  
dövlət  müstəqilliyi    elan  olundu    ,  dünya  xəritəsində    Azərbaycan    Demokratik  
Respublikası    yarandı  .Bu    qısa    təsvir    etdiyimiz  və  cəmi  18    ilə    yaxın  əhatə  
edilən    zaman  ərzində    tariximizdə  yeni    möhtəşəm    dönüş    ,  daha  doğrusu  , 
sıçrayış    baş    verdi  .Bütün  başqa    səciyyələrə    toxunmadan    bu  prosesi  
müstəmləkədən  müstəqilliyə    doğru  inkişaf  kimi    dəyərləndirib  ,  teatr  prosesinin 
səciyyələrinə  bu konteksdə diqqət yetirək. 
Məhz bu dövrdə    H.Cavidin    13  pyesindən  7-si    yarandı    məhz  bu    dövrdə  
Mirzə Cəlilin  və  dramaturgiyamızın  şah əsəri olan  “Ölülər “ pyesi yazıldı , gənc  
C.Cabbarlının    formalaşması    məhz    bu  illərə    təsadüf    edir    və  “Aydın”  (1919) 
pyesi yaranır. 
 Teatr  prosesinin    az  qala    gündəlik    səciyyələrini    əks  etdirən    “teatr  
salnaməsi”    onun    ictimai-siyasi      və    iqtisadi  proseslərə      sız  bağlılığını    da 
açıqlayır.Salnamənin  faktları    aydın  göstərir    ki,    1900-  1918-ci  illərin    teatr  
prosesi  çox dinamik   və rəngarəng idi  və ən başlıcası  Dünya teatr  prosesi ilə  
yaradıcı    təmas    şəraitində    baş  verirdi..Səhnəyə    çoxlu    tərcümə    əsərləri  gəlir  , 
müxtəlif truppaların  qastrolları  təşkil  olunur  , mətbuat teatr hadisələrini  geniş  
işıqlandırır  ,  teatr  tənqidi  fəal  işləyir-bir    sözlə  ,  teatr  prosesinin    institussional  
şərtləri  bu  prosesin  də  başlıca    ideya-məzmun    istiqamətinin    müstəmləkə  
düşüncəsinin  müstəqil düşüncəyə  tərəf  olunduğu  sübuta  yetirir. Bu proses  milli  
azadlıq  hərəkatının  bədii-  yaradıcı forması  olaraq milli  mədəniyyətmizin  teatr 
düşüncəsini    zənginləşdirirdi  ,  yeni  janr  və  problemlərin    mənimsəməsinə  geniş 
imkanlar açdı.Məhz  bu  dövrdə  H.Cavidin  “sehr”  poetikasının  ideyalar qatından  
“türk  ideyası  “  öz  bədii    təcəssümünü    tapdı.Sonradan    pantürkist    və  panimalist  

kimi  damğalanmış    Cavid  əslində    müstəmləkə    psixologiyası    və  fəlsəfəsini  
düşüncəmizdən yox  etmək  üçün hər hansı  milli sənət  düşüncəsi üçün  hər hansı  
milli sənət  düşüncəsi üçün  önəmli olan  ənənəvi  , tarixi köklərə  qayıdıb oradan  
gələcəyə  yönəlmənin zərurətini  təsdiqlədi .Bu məsələni  araşdırarkən  C.Cəfərov  
yazır  :  “1920-  1926  –cı  illərdə    Cavidin    səhnədə    ən  çox    oynanılan    əsərləri  
inqlabdan    qabaq  yazdığı    “İblis”  ,  “Şeyx    Sənan”  ,  “Şeyda”    və  “Uçurum”  
olmuşdur, yəni  o əsərlər  ki,  müəyyən ideoloji  zidiyyətlərinə  (təbii  ki,  marksist  
-leninçi    nəzəriyyəsinin    baxım  bucağından    -  M.Ə.)  baxmayaraq  ,  Cavid  
yaradıcılığının    ən  qiymətli    dövrlərindən    birini    təmsil  edir”.Cavidin  
yaradıcılığına    ,  poetikasının    qayəsinə    münasibətini  “partiyalılıq    və  xəlqilik 
“  kateqoriyaları    prizmasından  bildirməyə  məcbur  olan    C.Cəfərov    incə  
priyomlarla    məsələnin    mahiyyətini  açır    :  “Cavid    yeni    əsərləri    ilə  
( “ Peyğəmbər “ və  “ Topal Teymur “)  özünə qarşı  çox  kəskin  və ədalətli  (? – 
M.Ə.) bir tənqid  doğurduğu  dövrdə  teatr da öz  tamaşaları  ilə ,  “Topal Teymur” 
nəzərə  alınmazsa    ,    ona  şöhrət    qazandırmışdı    “  .Cəfər  Cəfərovun    göstərdiyi  
maraqlı   fakta  nəzər  yetirək  :  tənqidi  məqalələrdə  xüsusi qeyd edilir ki,  Cavid 
əsərlərinə  çox tamaşaçı gəlirdi , bir çoxları bilet olmadığından  geri  qayıdırdı.Bu 
fakt  onu göstərir ki,  artıq  teatr  prosesi  və hakim  ideologiya  arasında  ziddiyyət  
başlamışdı.... Təhlil etdiyimiz  dövrdə  isə teatr  prosesi və  onun poetikası  ictimai 
şüuru     düşündürən problemlərə       adekvat idi   və  ən  maraqlısı odur ki,   dövrün  
gərgin siyasi-ictimai  vəziyyətində  teatr prosesi  sərbəst və müəyyən mənada  açıq  
formada  inkişaf  edə  bilirdi.  “Sehr  “poetikası      çərçivəsində    milli  təfəkkürün  
qlobal  problemləri    ,  o  cümlədən    milli,  tarixi  . dini  –fəlsəfi    və  ədəbi    məsələlər  
bədii  formada qoyulurdu  və onların həlli   yolları    göstərilirdi.Bu da  poetikanın  
formalaşmasında    əvəzsiz  rol  oynadı –ekzistensional  konfliktin  mövcud  olması  
milli teatr düşüncəsinin  yüksək səviyyəsini göstərir. 
15-16    yaşlarında    ədəbiyyata    qədəm  qoyan    C.Cabbarlı    bu  düşüncənin  
məzmun çərçivəsində  formalaşaraq  dramaturji  yaradıcılığının  ilk mərhələsində  
məhz  “sehr”    poetikasından    faydalandı    :    onun    “Aslan    və  Fərhad  “,  “  Vəfalı 
Səriyyə”    və    “  Solğun    çiçəklər  “    pyeləri  melodrama  janrında    yazılmışdır  və 

konfliktin    daha  çox    ekzistensional  keyfiyyətlərindən    qaynaqlanıbdır  .Zaman  
etibarı ilə  araşdırılan  dövrə  aid olmayan , amma  mahiyyətcə məhz bu  dövrün 
yaradıcı    məhsulu    sayılan  “Aydın”    (1919)    və  “  Oqtay  Eloğlu  “(1922)  “sehr”  
poetikasının    yeni  imkanlarını    kəşf  etdi.  Təəssüflər  ki,    bu  istiqamət      sonradan  
bəlli səbəblərdən kəsilmişdi... 
Bu    dövrdəki  teatr  prosesinin  “müstəmləkədən    müstəqilliyə”    istiqaməti 
böyük    Mirzə  Cəlilin    dünya  teatr  prosesinin  düşüncəsində    nadir  hadisə  olan  
“ssehrli  seyr” poetikasının  yaranmasında  özünü göstərdi. Məhz  bu dö  “Molla 
Nəsrəddin  “  jurnalını    ətrafında  birləşən    ,  sözün  dəqiq    mənasında      milli 
düşüncəmizin  intellektual elitasının  nümayəndələri  M.Ə.Sabir , Ə.F. Nemanzadə , 
Ə.Qəmküsar  ,Ə.Nəzmi  ,  M.Ə.Möcüz  .Y.V.Çəmənzəminli      və  başqaları  teatr  
prosesinin  yüksək intellektual  səv iyyəsini təmin etdilər.Prosesin dinamikası  və o 
cümlədən  ziddiyyətləri      də  onun  baxımsız  ,  indi    “bazar    iqtisadiyyatı 
“    adlandırdığımız  kapitalist    münasibətlərini    siyasi-  iqtisadi    stixiyası    idi:    hər 
hansı teatr  hadisəsi  məhz mədəniyyət  və incəsənət  qanunlarıyla  dəyərləndirilib  
“yaşamaq hüququnu “ , ya da  “ölüm hökmü “ qazanırdı..Burada iqtisadi  şərtlər  , 
senzura  təzyiqi  ,  əqidə  fərqləri    və  s..    qeyri-yaradıcı    meyarlar    və  amillər  teatr  
prosesinin    yalnız  ahəngə    ,  formal  tərəflərinə    təsir    göstərə  bilərdi.Prosesin  
başlıca  tendensiyaları  və üzvi keyfiyyətləri  isə yalnız  ictimai-siyasi  , mənəvi  və 
bədii    -estetik    proseslərlə    təmin    olunurdu.Məhzo  bunun  nəticəsində    teatr 
prosesimiz    musiqili    təzahürünü    də  tapdı    :    1908  –ci    il  yanvarın    12-si  
Azərbaycan    milli  sənət    təfəkkürü    və  dünya  mədəniyyət    tarixində    misilsiz  
hadisə  baş  verdi -  H.Z. Tağıyevin  teatr  binasında  ilk muğam operası “Leyli  və 
Məcnun”  birinci dəfə səhnəyə qoyuldu.Teatr  prosesinin  dinamikası  elə güclü idi 
ki,  Üzeyir  Hacıbəyov  1908-1915-ci illərdə  (cəmi  7 ildə)  bir-birinin  ardınca  
“Şeyx  Sənan”  ,”Rüstəm    və  Söhrab”  ,”Əsli    və  Kərəm”  ,”Şah    Abbas    və 
Xurşudbanu “, “Harun  və Leyla”  kimi operalar, 1913-cü ildə  isə dünya  şöhrətli  
“Arşın  mal  alan  “operettasını    yaratdı....”Mətbuat    bu  teatr    sənətinin    inkişafı  
Azərbaycan    təsviri    incəsənətinin    tərəqqisinə    xeyli    şərait    yaratdı”.Bu  ifadəni 
genişləndirib   bütünlükdə milli  düşüncəmizə  aid etmək  olar.Hötenin  məşhur  bir 

ifadəsi    burada  tam    yerinə  düşər    ,  teatr  hakkında    söhbətlərində    o  demişdi  : 
“Milləti yaratmaqdan öncə , teatrı yaratmaq lazımdır”. Tarix elə gətirdi  ki,  XIX 
əsrin  ikinci    yarısı    vəXX    yüzilliyin    əvvəllərində    Azərbaycanda    milli  azadlıq  
hərəkatı    teatrı    yaratdı  ,  teatr    isə    millətin    yaranması  ,  özünü  dərk  etməsi    və 
təsdiqlənməsinə xidmət etdi. 
Olduqca    canlı  ,  dialektik    təzadlara    səciyyələnən    teatr  prosesinin    bir 
başlıca  keyfiyyəti    də  onun    müəyyən  mənada    aşkarlığı    ,  tolerantlığı    və 
pluralizmində  idi:  üst qatda baş verən  qızğın bəzən korrekt  olmayan   polemika  , 
kəskin   rəqabət və konfliktlər   prosesin dinamikasını    artırır  , onu ictimai  həyatın  
aktual faktına  çevirib təsirini  gücləndirirdi.Bu prosesin  üzvi  inkişafında  janr və 
üslub    iyerarxiyası    da  qurulmağa  başlayırdı  :təbəqələşmə      bu  sahədə  də  özünü  
göstərib    “aşağı”    və”yuxarı”    səviyyələri    müəyyənləşdirirdi.Bununla  belə  üç 
poetika  öz mədəni  “taxçasını “  tapıb onun  məzmun  çərçivəsində sərbəst inkişaf 
etmək    imkanını    qazanmışdı.Belə  ki,Əsəd    Məmmədov    -Əhliyev  “Kaspi”  
qəzetinin  1917-ci il  27  oktyabr  sayında  “Səhnənin  tərbiyəvi  əhəmiyyəti”  adlı  
məqaləsində  yazırdı : “Operetta  və yüngül  sujetli  başqa əsərlər  təbir  caiz  isə  
şirniyyata bənzər ki,  bununla  ac  adamı  doyurmaq olmaz .Mənəvi aclıq  çəkən 
bizlərə    fərli  xörək  ,  yəni  dram    lazımdır  “.  13  noyabr    sayında  isə  Üzeyir  
Hacıbəyovun    “Opera    və    dramın    tərbiyəvi    əhəmiyyəti    tərbiyəvi  əhəmiyyəti  
haqqında “ adlı  məqaləsində  cavabı  dərc olunur : “Mən danışmaq dilinə  nisbətən 
musiqi    dilinin  ,  xüsusən  lirik    anlarda  .  daha  böyük    təsir  qüvvəsinə  malik  
olduğunu  etiraf    etməklə  yanaşı    ,  musiqisiz  əsərlərin    öz  məzmununu    əxlaqi 
cəhətlərini    parlaq  ifadə  etməyə  yararlı    olduğunu  da  inkar    etmirəm”.  Teatr  
prosesinin  əhəmiyyətinin    və  mənəvi    statusunu    açıqlayan  bir    örnək    də  verək: 
Simferepolda çıxan  “Millət”  qəzetinin  1918-ci il  avqustun 29-da   dərc edilmiş 
məqaləsində    deyilir  :    “Bakı    bütün  Rusiya    müsəlmanlarının    həyaatında  da  
mənəvi rollar  oynamışdır.Rusiya türk-tatarlarının  birinci qəzeti “Əkinçi”  əlli sənə 
əvvəl    Bakıda nəşr   olunmağa    başlanmış  ,  burada birinci  türk    teatrı    (qabartma 
mənimdir – M.Ə.) vücuda gəlmiş , İslam  aləmində  birinci milli  opera  da  burada  
yazılıb ,  səhnədə  oynanmışdır...” 

Müstəqil    Azərbaycan    Demokratik    Respublikasının    yaranmasını    rəsmi 
elan edən   “İstiqlal  bəyannanməsi” XIX  əsrin sonu , XX əsrin  əvvəllərində  baş  
verən  milli  azadlıq  hərəkatının  başlıca  məqsədlərinin  əldə olunmasını da bəyan  
etdi.Bu  məqsədlər    “müstəqillik  ,  dövlətçilik  ,  demikratiya  ,  bütün  millətlərin  
nümayəndələrinin  dinindən  , cinsindən  və sosial  vəziyyətindən  asılı  olmayaraq  
vətəndaşlıq    və  siyasi    hüquqlarının    təmin  edilməsi    ,Azərbaycan    Demokratik 
Respublikası  öz ərazisi  daxilində  yaşayan  bütün millətlərə  azad  inkişaf üçün  
geniş  imkanlar  verir “ bəndləriylə  təsdiqləndi. 
Azərbaycan hökümətinin  bir sıra mühüm  tədbirlərinin  sırasında milli  sənət  
təfəkkürü  və teatr  düşüncəsi üçün  çox  əlamətdar  bir  faktı  xüsusilə  vurğulamaq 
istərdik    :  bu  1918  –ci  il    noyabrın  9-da    üçrəngli    -  yaşıl  ,  qırmızı    və    mavi  
zolaqlarından  ibarət  dövlət  bayrağının  qəbul edilməsidir. “ M.Ə.Rəsulzadənin  
qeyd  etdiyi  kimi    Azərbaycanın  dövlət    bayrağındakı    bu  üç    rəng    türk    milli 
mədəniyyətinin    ,  müasir  Avropa    demokratiyasının    və  İslam  sviizasiyasının  
simvoludur “.  Bu üç  rəng  həm də milli sənət  təfəkkürünün , o cümlədən teatr  
prosesinin    bazis    əsasları    və  inkişaf    istiqamətlərini    rəsmi  dövlət    səviyyəsində  
təsdiqləyib  heç bir  radikalizm , şovinizm  və s. mənfi  hallara  yol  vermirdi :bu  
triadanın    millətçi  və  dini    səciyyələri    demokratik    düşüncənin    başlıca  
prinsipləriylə  tənzim olunur ,  tarazlaşır  və  üzvi  inkişsfın  şərtlərinə  yiyələnir. 
Azərbaycan  Demokratik  Respublikası  dövründə teatr  prosesi  keyfiyyətcə  
dəyişməmişdi      və  dinamikasını    itirməmişdi.Teatr    prosesinin    ictimai-siyasi  
proseslərə  bağlılığı özünü  müxtəlif  strukturlarda  birləşən  və fəaliyyətini  daha 
çox    institussionallaşdırmağa  ,peşəkarlaşdırmağa    yönəldən    birliklərin  
yaranmasında    göstərir  .Bu    dövrdə    teatr    sənəti    surətlə    öz  ictimai  statusunu  , 
hüquq  və vəzifələrini  təsdiqləmək  uğrunda  mübarizə aparır. 
Bu  mübarizə  bəzən    ölüm-dirim    həddinə    çıxır  :  “1919-cu  ilin    28 
yanvarında    Tiflisdə    “Ölülər”    tamaşsında    Şeyx    Nəsrullah    rolunu  oynayan  
Əliqulu  Nəcəfov  gecə öz  qapısında  güllə  ilə  öldürülmüşdü.” Həmin ilin  martın 
4-də “Bakıda , Çadrovaya  küçədə , 121  nomrəli evdə  artist Hüsseyn  Ərəblinski  

(Hüseynbala    Məmməd    oğlu    Xələfov)    öz  dayısı    oğlu    Əbdülxalq    Hacı  
Əbdülkərim  oğlu  tərəfindən  güllə  ilə  öldürülmüşdür.” 
Məhz  bu dövrdə  Ü.Hacıbəyovun  Avropa  teatr  prosesinin  institussional  
sənət    faktı    olan  balet    tamaşası  poetikanı    teatr    düşüncəmizdə    realizə  etməyə  
cəhd    göstərirdi  :  1919-cu  ilin    fevralında    “Üzeyir    bəy    Hacıbəyov    tərəfindən  
“Dağıstan”  adlı  balet –rəks  təsnif  edilmişdir.”  Üzeyir  Hacıbəyov  tərəfindən  
digər  bir  balet-rəks yazılıbdır ki, bunun da adı  “Azərbaycan”dır.Keçən  günlərdə  
yazmış    olduğu    “Dağıstan”baleti    Lezginka    sayağında    olduğu  halda    bu  yeni  
Azərbaycan” baleti tərəkəmə  səpkisindədir. 
Bu  dövrdəki  teatr  düşüncəsinin  yüksək  intellektual  səviyyəsini  , peşə 
ləyaqətini  və mənəvi bitkinliyini  təsdiq eləyən  bir faktı  göstərmək  istəyirik .Bu  
fakt həm də  Türkiyə-Azərbaycan  teatr  əlaqələrinin  tarixinə  işıq salır . Türkiyə 
teatr sənətinin  görkəmli nümayəndəsi  Ərtoğrul  Möhsün  1919-cu ilin aprel-mart  
aylarında    İstanbula    qastrola    gəlmiş  Azərbaycanın    Tiflis    aktyorlarından    belə 
yazır:  “Onların  vəzifəsi  uyuyan diyarın  xalqına bir parça  zövq  , bir parça  nəşə , 
bir parça sənət , bir parça  gözəllik  gətirməkdir.Onlar bizə kafi  dərəcədə  bunları 
gətirdilər  .Çox    təşəkkürlər    edirik.İstanbulun    sənətə  biganə    xalqına    gəlincə  ,  
onlara alman filosofu İnştenin  Zərdüştə  söylətdiyi  sözü təkrar edirik : Gözəlliyin  
səsi  qayət    pərdə    arxasında    çıxar.Bu  səsi    ancaq  ən  oyanıq  ,  ən  həssas    ruhlar  
duyalar və analar  ( qabartmalar mənimdir –M.Ə.) “.Tamaşa  zamanı  zaldan” Dans 
istəyirik  ,  komedi    istəyirik  “    səslənən  tələblərə    aktyor    Mir  Seyfəddin  
Kirmanşahlının  cavabı çox əlamətdardır : “...Məcburəm  məlum etməyə ki ,  biz 
Azərbaycandan buraya dans  etməyə,  ya komedi  çıxatmağa  gəlmədik .bu qədər  
zəhmətə    qatlaşçağımızın  səbəbi    Azərbaycan  həyatını    və  teatrını    göstərmək  
üçündür.Teatr   oyunbazxaba  deyil  ....Bizim  məqsədimiz  xalqı   əyləndirmək,    pul 
qazanmaq    olsaydı    ,  bir  neçə    rəqqas  tapıb    ,  həm  də  yaxşı    pul  qazanardıq 
“.( qabartma  mənimdir  – M.Ə.) İstanbulda  çıxan   “Tamaşa  “ jurnalının  1 aprel 
sayında   dərc olunmuş   yazıda   qeyd olunur  ki,    Ərtoğrul    Möhsün   Azərbaycan  
incəsənətini  öyrənmək üçün  Qafqaza  üç  aylıq  səyahətə  getmişdir... 

Bu faktlardan  açıq-aydın  görünür ki,  o dövrün teatr prosesini  idarə edənlər  
və  icraçılar  artıq    teatr  sənətinin    ictimai-siyasi      tərbiyəvi    və  bədii  –estetik  
məqsəd  və  vəzifələrini    dərk  etmişdilər    və  sənətkar-peşəkar    ləyaqətini  çox  
yüksək saxlayırdılar. 
Təbii  ki,    teatr    prosesi    ziddiyyətli    bir    prosesdir    və  onun 
dəyərləndirilməsində    fikir  və  mövqe    müxtəlifliyi    məntiqə  uyğundur.Belə  ki,  
müsavat  lidelərindən  Mirzəbala Məmədzadə “ İstiqlal “ qəzetinin 1919-cu  il  14 
fevral sayında   dərc olunan məqaləsində azərbaycan teatrının yeni  üsuli-  idərəyə 
yaxşı xidmət göstərmədiyini  etiraf edir : “ Əlan xalqımızın yeganə  toplaşan yeri 
teatrıdır .O da bir yenilik vermir.Onda da  yeni həyata doğru bir dəvət  bir tərpəniş 
yoxdur, həmin köhnə hamam  , köhnə tas”. Çox keçmədi ki,  başqa  yeni  üsuli –
idarə  ,teatrı    partiyalılıq    və  xəlqilik  naminə    ideoloji  alətə  çevirərək    istədiyinə  
nail ola bildi. 
Araşdırdığımız  dövrdə    siyasi  –iqtisadi   proseslə bağlılıqda   teatr prosesini 
qarşılaşdığı    problemlər  içində  ən  önəmlilərindən  biri  də    teatr  iqtisadiyyatı  və  
sosiologiyası  problemi idi. 1919-cu il 21 dekabr sayında  “ Azərbaycan  füqərası”  
qəzetində    dərc  olunmuş    “    Q”  imzalı    müəllifin  yazısından  çıxarışlar  
dediklərimizə aydın  illustrasiyadır: “Böyük  bir  möhtəkir, böyük  bir fəhlə qatili 
səhnədə      zəhmətkeşə    nə  verəcəyini      və  səhnədə    oynanılan  dramlar    və  ya 
tragediyaların    qiymətini  bilərmi  ?  “      İndi  bunu    heç  kim    inkar  edə  bilməz  ki, 
milyoner  heç   vaxt o səhnəyə  lazımi  qədər  qiymət verə bilməz və səhnədə kim 
yaxşı  və kim yaman  oynadığını düşünə bilməz . 
....səhnə  milyonerin  əlindən  alınıb  səhnə    xadimlərinin  öz  əllərinə 
verilməlidir. 
Son  dərəcə    kəskinləşən    siyasi  proseslərin    içində    teatr    sənəti    öz    siyasi  
baxımsızlığını  müdafiə etməli olurdu.Aktyor  Hacıağa  Abbasovun  “Azərbaycan 
“  qəzetində ( 1920,  7 mart) irəli sürülən  ittihamlara   cavabı diqqətə layiqdir : 
“N.B.cənabları  məni bolşeviklərin  Bakıda olan  lideri  Şaumyan  tərəfindən  təyin 
olunan    göstərir  ..Bu  sözə    mən    razıyam  .Çünki    14  il    sevdiyim    müsəlman  
səhnəsində , xeyirli  və faydalı  rollarda , tərtib  olunan  teatrlarda  iştirak etmişəm  

və teatrçılıq  və aktyorluqda (qabartma mənimdir – M.Ə.)  heç  bir din ,  məslək və 
yaxud  miilət ayrılmaz , məqsəd  gözəlliyi sevib , ona xidmət etməkdir .Ola bilərdi 
ki,    Şaumyan    və  ya  Nərimanov    tərtib  etdiyi  bir    müsamirədə    mən  iştirak 
edəydim  , indi  də etməkdən çəkinirəm”.Bir azdan bu cür   mövqe  opportunistlik  
adlandırılacaq    və  bir  çox  sənət  xadimlərimiz    represiyaların    qurbanına  
dönəcəkdir , indi isə yalnız  H.Abbasovun  sözlərində  açıqlanan  “uzaq proqnoz”u- 
İdealı  xüsusi  vurğulayaq : “  məqsəd  gözəlliyi sevib , ona xidmət etməkdir!” 
“XI  Qızıl  Ordunun  hücumu  ilə eyni vaxtda, aprelin 27-si  gündüz saat 12-
də  azərbaycan  parlamentinə  A.K.(b)      P    MK  və    RK  (b)    P-nin    Qafqaz    ölkə  
Komitəsinin  Bakı  bürosu    adından    hakimiyyəti  təhvil  vermək    haqqında  
ultimatum    verildi.Dinc    əhali    arasında    qurbanlara    və  qan    tökülməsinə    yol 
verməmək    üçün    Azərbaycan    parlamenti    həmin    gün    axşam    saat    11-də  
hakimiyyətin  Azərbaycan  kommunistlərinə  verilməsi  barədə  qərar  çıxardı.... 
Azərbaycanın  Rusiya  tərəfindən  ilhaqı  ilə əlaqədar  tariximizin  yeni  bir 
faciəli  səhifəsi ( qabartma mənimdir – M.Ə.) açılmış oldu”. 
Araşdırma    predmetimiz    teatr  prosesi    və    poetikanın    formalaşması  
olduğundan  siyasi emosiyalara  yol  vermədən  elmi obyektivliklə  tarixi , siyasi-
iqtisadi  ,    sosial-  ictimai    proseslərə    yalnız  bu    prizmadan    baxıb    aşağıdakı  
qənaətlərimizi  göstərə bilərik  :  
 
1.Azərbaycanda    teatr    prosesinin  ilk  ədəbi  –nəzəri    mərhələsi    1850-ci 
ildə ,Azərbaycanın  rue imperiyasına  müstəmləkə halında  daxil olmasından  22 il  
sonra  M.F.Axundovun  pyesinin yazılmasıyla  başlanır. 
 
2.Teatr  prosesinin    praktiki    təzahürü    və  poetikanın    canlı    prosesdə  
formalaşması  tarixi  1873-cü  ilin  mart  və iyul  aylarında  göstərilən  “Lənkəran 
xanın   vəziri “ və  “Hacı Qara”  tamaşalarının  gerçəkləşdirilməsindən  başlanır. 
 

3.Teatr  prosesinin  institussional  və peşəkar təzahür  və təcəssümü  1883-cü  
ildə  məxsus    teatr  üçün    tikilən  binada    göstərilən  tamaşadan    başlanır    və 
konseptual  poetikanın  inkişafı üçün  obyektiv  şərtlər yaranır. 
 
4.  1918-ci  ildə  müstəqillik əldə etmiş  Azərbaycan  mədəniyyəti  və sənət  
təfəkkürünün    ayrılmaz    tərkib  hissəsi    olan  teatr  sənətinin    yaradıcı    prosesi    və 
poetikasının  inkişafında  faktiki  olaraq  baxımsız , müstəqil  inkişaf  mərhələsi  
başlandı. 
 
5. 1920-ci  ildə  bu proses üzvi  yaradıcılıq  inkişafı  imkanlarından  məhrum 
olunur    və  hakim    siyasi-ideoloji    nəzəriyyənin    çərçivəsində    mövcud  olmağa  
məcbur olur. 
 
6.Siyasi –iqtisadi  , tarixi  proseslərə  bağlılıqla  teatr  prosesinin  aşağıdakı  
ideya    mərhələlərini    göstərmək    olar    :    müstəmləkə  düşüncəsi    ,  feodalizmdən  
kapitalizmə    keçid    düşüncəsi  ,  müstəmləkə  düşüncəsindən    müstəqillik  
düşüncəsinə  keçid , müstəqillik  düşüncəsi. 
 
7.  1850-  1920 ci illərdə  Azərbaycan  səhnəsi  üçün  yazılmış  , tərcümə  və  
təbdil  ( iqtibas)  edilmiş  500 -ə  yaxın  pyeslər  qeydə  alınıb.Pyeslərin  müəllifləri  
arasında  Şekspir  , Molyer , Şiller , Lessinq , Brion , Qutskov  , Heyne  , Puşkin , 
Qoqol,  Qriboyedov    ,  ostrovski  ,  Fonvizin    ,  Tolstoy  ,  Çexov  ,  Tiqranyan  , 
Sundukyan , Çavçavadze  , Mçedivşili  və başqa dünya  teatrlarının  korifeylərinin 
adı  var.Bu  dramaturqların    əsərləriylə    yaradıcı  təmas    milli    teatr      poetikasına  
güclü  təsir göstərmiş  və onun konsepsual  səciyyələrini  müəyyənləşdirmişdirşBu 
səciyyələr    milli    dramaturqların    (  N.Vəzirov,  Ə.B.Haqverdiyev  , 
Y.V.Çəmənzəminli  ,  C.Məmmədquluzadə  ,  S.M.Qənizadə,  S.S.Axundov, 
Ü.Hacıbəyov  ,    İ.Aşurbəyli  ,  H.Cavid  ,  N.Nərimanov  ,  H.  Sarabski    , 
M.A.Vəlizadə  , Abdulla    Şaiq  , R.Əfəndizadə    , V.Mədətov    ,  İsmayıl    Həqiqi  ,  , 

İsmayıl  Rüstəmbəyov , M.M. Kazımovski , Z.Hacıbəyov , ŞƏmsəddin Sami  və 
b. )  canlı  teatr  prosesində  əldə  etdikləri  yaradıcılıq  uğurlarıyla  bağlıdır. 
 
8. Araşdırılan  dövrdə  hər üç poetika  - “ seyr” , “sehr”  və “ sehrli  seyr”  
sərbəst,    üzvi  ,  özünəməxsus    inkişaf    edərək    öz    zirvəsini    M.F.Axundzadənin  
dramaturji  yaradıcılığında   tapmışdır. 
 
9.Hər üç  poetika  müəyyən  fərq  və dərəcədə üç təmələ  söykənərək  türk  
mədəniyyəti  ,  İslam    mənəvi    dəyərləri    və  dünya  demokratik    düşüncəsinin  
məzmun  çərçivəsində  inkişaf  etmişdir. 
 
10.Bütün  bunları  v\ə təkrarladığımız  mətləblərin  nəzərə  alaraq  bu fəsildə  
araşdırdığımız    teatr    prosesini    həm  ictimai    şüurumuzun    və  sənət  
təfəkkürümüzün   fəlsəfi  , mənəvi-əxlaqi , sosial- psixoloji , bədii-  estetik  və həm  
də  özəl  teatr düşüncəmizin  mühüm  tarixi  hadisəsi  kimi  dəyərləndirə bilərik. 
 
Bəşər    svilizasiyasının    universal    qanunlarıyla    bağlılıqda    inkişaf    etmiş  
Azərbaycan  milli teatr  prosesi  nəticəsində  teatr  düşüncəmizin  fenomeni  -  milli 
teatr  poetikası  araşdırdığımız  dövrdə  ziddiyyətli  , mürəkkəb , lakin  səmərəli  və 
məhsuldar  tarixi  inkişaf  yollarında  özünəməxsus  mövzu , dil- ifadə  vasitələri  , 
estetik    sistemlilik    və  s.    önəmli    səciyyələrini    əlləri,    estetik    sistemlilik    və  s. 
önəmli  səciyyələrini  əldə etmişdi. 
Yetmiş il (!)  ərzində  baş verən  canlı  teatr prosesi XX  əsrin  əvvəllərində  
köklü  tarixi  hadisələrin  nəticəsində  yeni  inkişaf  mərhələsinə - sovet  dövrünə  
yönəldi... 
Mədəniyyət və incəsənətimizin üzvi  tərkib  hissəsi  olan  teatr sənəti  məhz  
bu  dövrə    qədər    ideoloji    basqı  bilmədən    yaradıcı    proses    kimi    inkişaf  edə 
bilərdi.Bu  proses    ictimai  –tarixi    proseslərə    vəhdəti    ,  onun    sintetik  xarakteri  , 
prosesi  aktuallaşdıran  şəxsiyyətlər  individual  yaradıcılığı  və sənət  qarşısında  
məsuliyyəti  ,  institussional    səciyyələri    onun    sivilizasiyanın    inkişafını    təmin 

edən    universal    qanunlarla    bağlılığını    açıq-aşkar      göstərir.Bu    mənada  , 
Azərbaycan    milli  teatr    prosesi    dünya  teatr  prosesindən    təcrid  olunmayan  
mədəni      fenomen  kimi    anlaşılmalıdır.Fərq    bircə    ondadır  ki,  başqa    milli    teatr  
proseslərinin    əsrlərlə  keçdiyi  yolu    Azərbaycan    teatr    prosesi    70  ilə    keçdi  və  
“məcburiyyət  “  burada  subyektiv    şərtlərdən    deyil,    ictimai-tarixi    proseslərin  
dinamika  və  xronologiyasından    asılı  oldu.Gördüyümüz  kimi    ,  bir  şəxsiyyətin  – 
M.F.Axundovundüşüncə  və    və  iradəsindən      təkan    almış  fomal  proses    tarixi 
nöqteyi –nəzərdən  çox  tez bir zamanda  canlı , yaşarlı  prosesə  dönür və sonrakı  
(sovet )  dövründə  də  yaşarlılığını  itirmir. 
Bu  məsələni  müfəssəl  olaraq  növbəti bölmədə  araşdıracayıq , burada isə 
xüsusi  vurğulamaq  istəyirik ki,  teatr  sənətimizin  tarixinə  universal  və sintetik  
proses  kimi  baxış  sonrakı  mərhələlərin doğru  və obyektiv  dəyərləndirilməsinə  
imkan  yaradır  .Əks    təqdirdə  ,  1920-ci    ildən    sonrakı    milli    teatr    prosesinin  
ideoloji    aspektləri      onun  institussional    səciyyələrini    kölgədə    qoyub    yalnış 
nəticələrə    gətirib    çıxarır  .Milli  teatr  prosesimizin    təkan    aldığı    dövrdən    milli  
sənət    təfəkkürünün  idealına    bağlı    olduğunu    nəzərə    alsaq,    onu    təfəkkürünün  
idealına  bağlı  olduğunu  nəzərə  alsaq ,  onu vahid yaradıcı inkişaf  prosesi   kimi 
dəyərləndirməliyik  .Bu  isə  o    deməkdir  ki,    dəfələrlə    ictimai    tarixi    prosesin  
keçidləri  ilə  qarşı-qarşıya  gəələn  teatr  prosesi  məhz  bu  çətin  sınaqlarda öz  
yaşarlılığını    həm  təsdiq  ,  həm  yeni    mərhələlərdə    inkişaf    üçün    enerji    əxz  
etməyə  özündə  güc  və  təkan tapdı. 
Məhz    bu  prosesin    nəticəsində    teatr    sənətimiz    peşəkar  ,  institussional  
səviyyəyə  yüksəlib  konseptual  poetikasına  yiyələnə bildi .Bu  isə  öz növbəsində  
teatr nəzəriyyəsinin  elmi  predmet  kimi  qəbul  edilməsinə  tam  şərait   yaratdı. 
 
 
 
 
 
 

 
 
 
Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin