3.
DURĞUNLUQ ( ЗАСТОЙ) ZAMANI
TEATR PROSESİNİN XASSƏSİ VƏ
POETİKANIN MİMİKRİYASİYASI
İctimai –siyasi, sosial –iqtisadi prosesləri staqnassiyası ( durğunluq )
nəticədə sovet rejiminin süqutuna başlıca səbəb oldu.Hər hansı prosesin süni
üsullarla durdurulması ilk əvvəl təbiətin qanunlarına ziddir , odur ki, rejimin
iqtidarında olan sahələri ( hərbi sənaye, kosmos , silah satışı və s.) çıxma şərti ilə
bütün başqa sahələrdə proseslər ya yönünü ya xassəsini dəyişmişdi, ya
pərdələnmiş ya da gizli qatlarda baş verməkdə idi.Mədəniyyət və incəsəntdə
gedən proseslər iki xassəli olaraq durğunluq zamanı ictimai- siyasi, mənəvi
əxlaqi dəyərlər sisteminin riyakarlığını ikiüzlülüyünü özündə əks etdirirdi.Birinci
xassə rəsmi mədəniyyət və incəsənət qatının aparıcı meyarı idi. Maksimal
dərəcədə siyasiləşmiş metodla - rejimin hər hansı ideyaya tədbir və planları
operativ surətdə bədii formalarda ( şer , nəsr , kino, tamaşa , publisistika) təcəssüm
və tərənnüm olunurdu.Bu “ məhsul” da iki yerə bölünürdü : birbaşa tərrənnüm
və müvafiq vasitələrlə ifadə olunmuşlar .Nəticə etibarı ilə hakimiyyət hər ikisini
eyni dərəcədə qiymətləndirib dəstəkləyirdi.İkinci xassəli proseslər mürəkkəb
“ işarələr sistemi “ ilə şifrələnmiş , rəsmi ideologiya cildində müstəqil sənət
düşüncəsinin nəzəri və praktiki fəaliyyətində baş verirdi. Bu proseslər bir qayda
olaraq rəsmi sənətlə pararlel , bəzən kəsişərək , bir çox hallarda isə gərgin
neytralitet vəziyyətində gedir , kompromist “ Ezop dilinin “ istifadəsi ilə
səciyyələnirdi.
Məhz durğunluq zamanı SSRİ mənəvi- mədəni mühitində “ dissident
“ (lat.dissidentis –razı olmayan olmayan , etiraz edən - hakim ideologiyaya razı
olmayan , başqa cür düşünən...) hərəkatı güclənib bir çox hallarda rejimlə açıq
qarşıdurmaya qalxırdı. Təbii ki, bu proses daha çox siyasi publisistika və
ədəbiyyattda yayılmışdı, çünki dissidentlərin öz əsərlərini Qərbdə çap eləmək
imkanları var idi.Teatrda və kinoda nəzarət daha sərt və asand olduğuna görə
dissident xassəli tamaşa və filmlər tamaşaçı üzü görməmiş qadağan edilirdi.
Azərbaycanda teatr prosesi və poetikanın vəziyyətinə keçməzdə öncə bir
mübahisəli məsələyə toxunmağı lazım bilirik, çünki sonrakı mülahizələrimiz bu
məsələ ilə köklü surətdə bağlıdır.Azərbaycan mədəniyyəti və incəsənətini radikal
mövqelərdən tənqid edənlər Azərbaycanda durğunluq zamanında dissident
hərəkatı və ya hallarının olmamasını naqislik kimi dəyərləndirirlər. Bu cür
ittihamları qəbul etməyib, bir neçə kontrarqument gətirmək istərdik . Birinci :
müxtəlif ənənəvi təməllərdə duran mədəniyyətlərdə gedən prosesləri universal
meyarlarla dəyərləndirmək, elmi baxımdan qənaətbəxş deyil- Rusiyada baş
verən proseslər heç də metləq Azərbaycanda baş verməli deyil, çünki bu
proseslərin dərin və özünəməxsus tarixi kökləri və ənənəvi mövcudolması
şərtdir.İkincisi : dövlət ideoloji aparatı mərkəz və müstəmləkələrə ikili
standartlarla yanaşır , təbii ki, yerlərdəki proseslərə daha sərt və amansız təsir
göstərirdi.Üçüncüsü hər hansı mədəniyyətin etnopsixoloji təməllərindən
qaynaqlanan fərqli üsullar mövcuddur .Bunu və milli mentalitetin özəlliklərini
nəzərə alaraq demək olar ki, məmləkətimizdə demokratik düşüncə dərin köklər
salmamışdı, çünki planlı represiyalar nəticəsində cəmiyyətimizin kübar və ziyalı
təbəqələrinə dəhşətli zərbələr endirilmiş və dissident düşüncəsi kökündən
kəsilmişdi.Nəhayət dördüncüsü : milli sosiopsixologiyamızda ənənəvi olaraq,
hakimiyyətə loyal olmaq vərdişi aparıcı haldır , hökmdarı mədh etmək isə klassik
poeziyanın genetik və tipoloji səciyyəsidir.Eyni zamanda başqa bir ənənə
mövcud idi- gülüş mədəniyyətinin trixterlik(hiyləgərlik) tipologiyası və lətifəçilik
dəyərlər sisteminə görə hakimiyyətlə bağlı bir çox mənfi mənəvi hərəkətlər tam
tərs “işarələr”lə müsbət hala döndərilirdi, ( qorxaq- ayıq, yaltaq-tədbirli,
nökərçilik – sədaqət , rüşvət- hörmət və s..)
Bu və başqa obyektiv və subyektiv şərtləri nəzərə alsaq, Azərbaycan
mədəni -mənəvi mühitində dissitentlik hərəkatının baş verməməsi o qədər də əcaib
və ya naqis hal kimi görünməməlidir.Digər tərəfdən tarix boyu ikili standartlarla
yaşamağa vərdiş etmiş, milli psixologiya bu ikiliyi istədiyi yerdə tapa bilirdi.Bu
və ya digər bədii əsərdə ən cüzi eyham kifayət idi ki, qavrayış sözaltı, sətiraltı
məaları əxz eləsin.Paradoksallıq ondadır ki, çox zaman gerçəklikdə heç olmayan
mətləblər də “ aşkarlanırdı” və dissident tərəfə yozulurdu.Bir qədər mübaliğəyə
yol verib demək olar ki, “ Xruşşov mülayimləşməsi” çağlarından sonra
Azərbaycanda rejimə və onun ideologiyasına sidq ürəkdən səmimi və düşünüşlü
halda qulluq edən elm mədəniyyət və incəsənət xadimləri yox idi.
Bu məsuliyyətli və çox gümün ki, mübahisəli mülahizədən sonra birbaşa
teatr prosesinə keçməzdən öncə ədəbi prosesdə baş verən qanunauyğunluqlara
baxaq .Görkəmli alim və tədqiqatçı Yaşar qarayev “ sovet ədəbiyyatı” anlayışının
durğunluq zamanında mahiyyətini araşdırarkən yazır : “ tarixi mərhələ xronoloji
əhatə baxaımından o da “ sovet ədəbiyyatı “idi, amma artıq klassik anlayışda
“ sovet ideologiyasına xidmət etmirdi, əslində həqiqi ədəbiyyat təkcə öz varlığı ,
öz mövcudluğu ilə qeyri-bəşəri , qeyri-humanist cəmiyyətə, rejimə qarşə həmişə
daxili bir müxalifətdə durur, onun əsaslarına qarşı yönəlir ...Bütövlükdə ədəbiyyat
öz pafosu etibarı ilə ehkama qarşı çevrilmişdi, ədəbi tənqidin müvəqqəti
nümyəndələri müəyyən, nəzəri , metedoloji əməliyyalar nəticəsində ədəbi prosesi
ehkamdan qorumaq üçün “ zireh” xarakterli ideoloji estetik sxemlər
yaradırdı.”qalxan” funksyalarını yerinə yetirən anlayışları ortaya çıxarırdı : belə
ki, tənqidin uydurduğu “ mikromühütdə” baş verən və yazıçılarımızın təsvir
etdikləri eybəcərliklər “ mikromühitdə” təsadüfi, xarakterik, titpik olmayan
hadisələr idi.Bunları aşkarlayan Y.Qarayev yazır: “ Bu əlbəttə , doğru deyildi :
çünki hamı üçün açıq-aşkar idi ki, sosialist cəmiyyəti başdan ayağa bu cür
mühitlərin cəmindən ibarət idi, lakin cəsarətli bədii əsərlərin hüquqi- estetik
cəhətdən təhlükəsizliyini təmin etmək, onun bədii statusunu qanuniləşdirə bilmək
üçün həmin anlayışlar o zamana görə əlbəttə, əxlaqi və estetik əsaslrdan ,
bəraətdən məhrum deyil “
Teatr prosesini izləyən Azərbaycan teatr tənqidi də eyni platformadan çıxış
edərək” cəsarətli” tamaşaları eyni üsullarla müdafiə edirdi.
Durğunluq zamanının bütövlükdə mədəniyyət və incəsənətdə olduğu kimi,
teatr prosesi də iki xassəli olub, birbaşa “ məth” və dolayı yollarla “ etiraz”
keyfiyyətli potikanı meydana çıxarmışdı.Birincisini tam aydın və bayağı
olduğundan kənara qoyub, ikincisinə diqqət yetirək .
Aydın məsələdir ki, açıq və birmənalı “etiraz” sovet gerçəkliyində
təsəvvüredilməz hadisədir, amma teatr düşüncəsində artıq mənimsənilmiş
mimikriya ( şəraitə uyğunlaşmaq ) üsulları idi və bu üsullarla hər üç ənənəvi
poetikanın ( “sehr”, “ seyr” və “ sehrli seyr”) özülü kauzal və eqzistensional
konfliktlərin bədii təcəssümləri verilirdi.
Kauzal konflikt AZərbaycan milli teatr düşüncəsinin konseptuallaşdırılmış
“ lirik -psixoloji üslub”unda fəal istifadə olunurdu.Y.Qarayevin rəhbərliyi ilə bu
aparıcı ideoloji estetik üslub hərtəfli öyrənilib və biz indi açıqlaması mümkün
olan( mimikriya ) keyfiyyətlərini göstərmək istərdik.
Birinci keyfiyyət ədəbiyyatımız üçün o zamanlar universal olan
“ lokallaşdırılma” priyomu ilə təyin edilirdi : hər hansı sosial- iqtisadi , sosial-
psixoloji xassəli eybəcərlik və ondan doğan konflikt makromühitdə
lokallaşdırılaraq “ guya ki, mənəvi sağlam sosialist “ mikromühitinə” qarşı
qoyulur , sosializm dəyərləri , “ Kommunizm qurucusunun kodeks”ində ehtva
olunan mənəvi sistemə əsasən “ifşa olunurdu”
İkinci keyfiyyət də müəyyən mənada universal bir priyomla “ mənaların
köçürülməsi” əməliyyatı nəticəsində gerçəkləşirdi.Belə ki, “ kommunist dünya
görüşünün mənəvi əxlaqi dəyrlər sistemi “ni önə çıxararaq hər hansı mənəvi
əxlaqi dəyrləri istifadə etmək mümükün olurdu: hətta dinidəyərlər də kommunist
sisteminə köçürülüb, hər hansı naqisliyə qarşı qoyula bilərdi.
Üçüncü keyfiyyət konfliktin lirik-psixoloji xassəsi ilə təmin olunurdu, yəni
konflikti qəhrəmanın iç dünyasına lirik-psixoloji kontektinə yerləşdirməklə bir
çox sərt siyasi –ideoloji yasaqlardan qorunmaq imkanı əldə olunurdu.
Mimikriyanın dördüncü keyfiyyəti “ mənfi qəhrəmanın “ özünü ifşa
niyyəti ilə dilindən səslənən bəlli sosial həqiqətləri olduğu kimi vermək
priyomuyla gerçəkləşirdi.Bu priyomun vasitəsi ilə əslində “zəmanə adamının
“ canlı və dürüst obrazı yaradılırdı .Yeri gəlmişkən , C.Cabbarlının mənfi ,
düşmən obrazlarını xatırlasaq , bu ənənəvinin qaynaqlarını və yaranma
səbəblərini də aydın görə bilərik.
Lirik- psixoloji üslub bir qayda olaraq “ drama “ janrından faydalanırdı :
birinci ona görə ki, “ faciə” janrı üçün sovet gerçəkliyində “ səbəb və şərait
yoxdur “ tezisi çox şərt qorunurdu, ikincisi isə, ona görə ki, “ dram” müəyyən
mənada məntiqli və üzvi konflikt həllini nəticəni göstərməyə imkan verirdi,
qəhrəmanın məğlubiyyəti “ mənəvi tənətənəsi” ilə tarazlaşdırılırdı.
Ekzistensional konflikti realizə etmək üçün də ideoloji estetik mimikraya
əsas üsul idi: bundan ötrü hər hansı qərb dramaturqunun ( klassik ya müasir- fərqi
yox idi) əsəri götürülür və “ kapitalizm dünyasının dəhşətlərin ifşası “ adıyla
dövrün mühüm varolma məslələri təhlil və təsvir olunurdu.Yuxarıda götərdiyimiz
“işarədən qanmaq “ prinsipinə bağlı olan qavrayışın sayəsində ünvan asanlıqla
müəyyənləşdirilir, dövrün səciyyələri tərcümə edilərək istənilən kimi yozulurdu...
Durğunluq zamanı “ komediyaya” üstünlük verilməsi teatr prosesinin
“ özünü müdafisəi “ kimi anlaşıla biər.Bayağı , bəsit , qeyri –estetik və qeyri
peşəkar səciyyələri ilə birlikdə teatr prosesinin komik keyfiyyəti teatr
düşüncəmizi staqnassiyadan, qurmaqdan qurtardı. Görkəmli komedioqraf
S,Rəhmanın yaradıcılığını yeni gözlə təhlil edən Y.Qarayev yazır : Fitrətən
narahat, nigaran bir ruh, təbii gülüş vergisi və enerjisi, kinayaə və rişxənd – bütün
bunlat şüuru və vicdanı həmişə sayıq və oyaq saxlayır, yaddaşı və qyrəti kar və
kor qalmağa qoymur, fərdi istedadı və şəxsiyyəti bəzən , hətta hamının məruz
qaldığı nadanlıqdan qoruyur.
5. ”YENİDƏNQURMA“(PERESTROYKA)DÖNƏMİNDƏ
YENİ TEATR PROSESİNİN SIÇRAYIŞI
VƏPOETİKANIN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ
İyirminci illərdən günümüzə qədərki Azərbaycan ədəbiyyatını siaysi-ictimai
proseslərlə bağlılıqda təhlil edən Y.Qarayev “ən son dövrü” araşdırarkən yazır :
“ ...1985-ci ildə illə 19912-ci illər arasındakı zaman zolağını da həm ədəbiyyatda
həm də tənqiddə bu günkü tarixi finala gətirib çıxaran qanunauyğunluq
baxımından bir vakuum “ ozon boşluğu” hesab etmək olmaz: siyasətdə də
ideologiyayada da bilavasitə bugünkü mərhələnin astanası bu dövrün sosial ,
ictimai və ədəbi hadisələri oldu”.Eyni sözləri kiçicik bir fərqlə teatr prosesinin
gedişatı və təbiətinin dəyişməsinə də aid etmək olar : biz bu dönəmi 1990-cı il”
Qara yanvar” günlərində bitmiş hesab edirik. O dəhşətli faciədən sonra
Azərbaycan düşüncəsi , o cümlədən milli sənət təfəkkürü tam yeni istiqamətdə
inkişaf etməyə başladı .
Kommunist düşüncəsi və bütövlükdə rejimin yeniləşmə idealogiya və
strategiyası M.Qarbaçovun “ Yenidənqurma və ölkəmizlə bütün “ “ dünya üçün
yeni düşüncə (Перестройка и новое мышление для нашей страны и для
всего мира) kitabında əks olunmuşdu.Bu yuxarıdan başlanan inqlabın məqsədi
əslində “ insan sifətli sosialzim “ yaratmaq idi.Onun təkan c=verdiyi proseslər isə
tezliklə süni axarını aşıb öz səmtlərində hərəkətə başladılar.Aşkarlıq,
demokratlaşma , müəyyən plüralizm başlıca vasitələr kimi elan olundu və
Qorbaçovun təbirincə : “ ...Sovet cəmiyyətinin sosial- iqtisadi və mənəvi
inkişafının əzmlə surətləndirilməsi keyfiyyətcə yeni hallara doğru yollarda
radikal dəyişikləri nəzərdə tutur.”
Kommunistlərin nəzərdə tutduqları” radikal dəyişikliklər “ SSRİ-də
“ torpaq altında” mürgüləyən proseslərə təkan verdi və bir azdan bu proses milli
azadlıq hərəkatı kimi özünü bəyan edib, fəaliyyətə başladı.
Mədəni və mənəvi qatda bu hərəkat azadlıq, müstəqillik, millətçilik və milli
dövlətçilik ideya və ideyalarını oyatdı və tez bir zamanda bu ideyalar sənət
təfəkkürünün aparıcı amillərinə çevrildi.
Mürəkkəb və bu günə qədər açıqlanmayan hadisələr və təsirlər nəticəsində
idarə olunan inqlab prosesi tez bir zamanda nəzarət altından çıxıb qanlı hadisələrlə
səciyyələndi və super ölkənin dağımasına gətirib çıxartdı.
Bu dönəmdə teatr prosesi yenə də ikili xarakter daşımaqda idi : sırf bədii
yaradcı baxımdan buxovlardan, yasaqlardan azad olunmuş teatr düşüncəsi irəliyə
sıçrayış üçün hər cür imkanlar qazandı və bir müddət onlardan yetərincə
faydalandı.Məzmun qatında bütün riyakar , ikiüzlü sxemlər kənara atıldı, milli
mədəniyyət, mənəviyyat, o cümlədən dini dəyərlər bərpa olundu, milli azadlıq
hərəkatının ideya və ideyaları prosesin ideya sistemliyini təyin etdi.Poetikanın
forma və məzmun yaradan amili – konflikt “ siyasi – inqlabi xarakter aldı, tarixi
mövzular başlıca yer tutdu.
Digər tərəfdən isə gündən günə güclənib kəskinləşən, dramatik və faciəvi
gərginliyə malik siyasi- ictimai proseslərin enerjisi teatr prosesinin ictimai
əhəmiyyətini maksimal dərəcədə azaltdı : müxtəlif qurultaylar, konfranslar,
mittinq- nümayişlər, qarşıdurmalar, qanlı tokkuşmalar və s.. həyati hadisələr bədii
təxəyyülün məhsulu olan səhnə hadisələrin psixoloji təsir gücünü az qala heçə
endirmişdi.Seks , homoseksualizm və hər cür əxlaq pozğunluğu mövzularından
faydalanan Rusiya teatr düşüncəsindən fərqli olaraq milli teatr düşüncəmiz bir
müddət sanki “mövzu boşluğunda “qaldı və siyasi - ictimai proseslərin axarında
itdi.Praktiki olaraq teatr sənətinin paradoksal dönəmi başlanmışdı : mənəvi
ideoloji azadlıq onun fəaliyyətini xeyli çətinləşdirmişdi.Rusiya teatrları bu
böhrandan çıxmaq üçün vaxtı ilə yasaqlanmış və ya dissident ədəbiyyatına əl atdı
və bir müddət yenə də siyasi- ictimai əhəmiyyətini bərpa etməyə müyəssər
oldu.Azərbaycan mədəniyyətində bu cür faktların demək olar ki, tam yoxluğundan
teatr prosesi bundan faydalana bilmədi : bir –iki nəzərə çarpan cəhddən sonra
proses səngiməyə başladı.Yenidənqurmanın yeni iqtisadi siyasəti teatr prosesinin
zahiri səciyyəsinə müsbət təsir göstərdi ki, Azərbaycanda əsasən Bakıda yeni
teatrlar yaranmağa başladı, amma kəmiyyətdən keyfiyyətə keçid o qədər də nəzərə
çapmadı : yeni açılan teatrlar yalnız öz azadlıq və müstəqillik hüquqlarından
faydalandı : özəl poetika və yaradıcı metodlarıyla fərqlənən yalnız iki teatr - Milli
Akademik Taetrın nəzdində yaradılmış “ Yuğ” və müstəqil “ Gənclər “ teatr
studiyaları ( 1989) oldu.
Yenidənqurma dönəmində teatr prosesinin elmi-nəzəri təzahürü daha
əhəmiyyətli oldu.Belə ki, “ yeni düşüncə “ bir çox əski dəyərləri yeniləşdirib
yaradıcı prosesə qatmaq imkanını verdi .
Çılğın siyasi –ictimai proseslərin gedişatında ümumtürk mədəniyyəti ,
ənənəvi islam mədəniyyəti və qabaqcıl Qərb mədəniyyətinin mənəi və estetik
dəyərlər
sistemliyi
bərpa
olundu.Poetika
məhz
bu
sintetik
sistemlə
müəyyənləşdirildi.
Müəyyən mənada yenidənqurma dönəmi teatr prosesini nəzəri konseptual
baxımından əsrin əvvəllərinə qaytardı , yeni məqsəd və vəzifələrini dərk etməyə
məcbur olan teatr düşüncəsi zamanın zəncirinin qırılmış bəndlərini bərpa etməklə
tarixi təhrifləri düzəltməyə başladı.
Bu proses hələ davam etməkdədir , çünki sonrakı siyasi- ictimai soisal-
iqtisadi və dövlət quruculuğu prosesləri yenə də teatr prosesini müxtəlif
xarakterli çətinliklərlə baş başa qoyub inkişaf surətini xeyli zəiflətdi.
Yuxarıda qeyd etdiyimiz kimi, 1990-cı ilin yanvarında Rusiyanın milli
düşüncəmizə hər cür təcavüzünə son qoyuldu : qanlı faciənin dəhşətli
sarsıntılarında yenidənqurmanın uzağa yönəlmiş planları puç oldu və milli
düşüncəmiz tarixində ikinci dəfə olaraq hər cür məsuliyyəti öz üzərinə götürdü.
O, cümlədən milli mədəniyyət və incəsənətin inkişafını məsuliyyətini...
Təsvir olunmuş məzərədən aydın görürük ki, təhlil etdiyimiz dövrdə teatr
prosesinin institussional səciyyələri aparıcı amillərə dönərək prosesin
universallığını maksimal dərəcədə məhdudlaşmağa gətirib çıxardı.Burada
xüsusilə qeyd etməliyik ki, səbəb -nəticə bağlılığını nəzərə alaraq milli teatr
poetikasının deformasiyasını məhz prosesin hərəkət imkanlarınınpotensialının
zəifləməsində görürük.Bu məntiqin davamı kimi göstərməliyik ki, poetikanın
deformasiyasını yalnız proseslə bağlılıqda qəbul etmək olar: əks təqdirdə biz
“ Azərbaycan sovet teatr poetikası “ anlayışını qəbul edərək teatr tariximizi
mexaniki şəkildə iki yerə bölməyə məcburuq .Buradaca qeyd edək ki, bu
əməliyyatda da səmərli toxum yox deyil: çünki “ sovet dövrü “ ictimai- tarixi
mərhələ kimi tariximizin danılmaz hissəsidir və onun təhlili bir çox mühüm
məsələləri açıqlayır. Amma “ Uzaq proqnoza” - İdealına yönəlmiş proses
nöqteyi nəzərindən “ sovet dövrü” bütün başqa sahələrdə olduğu kimi mürəkkəb
bir mərhəllə kimi qavranılmalıdır.Mürəkkəbliyin başlıca bir səciyyəsi də ondan
ibarətdir ki, bütün universal proseslər öz əbədi hərəkətini qoruyub saxlamış,
amma nəticələri təbiri cayizsə , məhsulları deformasiyaya uğramışdır.Belə ki,
gördüyümüz kimi milli teatr prosesi institusiional səviyyəyə yüksələ bildi.Bu
proses labüd və universaldır.Eyni zamanda dövlət nəzarəti altında inkişaf edən
proses təbii ki, dövlətin dəyərlər sisteminə uyğun poetikaya – baxım bucağına
konfliktə, dil- ifadə vasitələrinə tabe olmalı idi.Yeri gəlmişkən , eyni hal , musiqi,
aşıq sənəti və başqa sənət növlərində də özünü göstərirdi : partiyanı , Sovet
Vətənini , rəhbərləri tərənnüm etmədən heç bir sənət növü yaşamaq hüququnu
qazana bilməzdi....
Tarixi baxımdan çox qısa olan “ sovet dövrü “ təbii ki, minilliklərə bağlı
olan milli sənət təfəkkürü və düşüncəsinə köklü təsir göstərə bilməzdi.Fikrimizi
yüz illərlə müstəmləkə altında qalan , amma milli sənət proseslərinin
universallığını qorumuş bir çox milli mədəniyyətlərin tarixi təsdiqləyir.
Gördüyümüz kimi , daha həsas , müəyyən mənada kövrək və mütəhərrik olan
poetika məhz prosesin züərində aparılan əməliyyatların təzahürü kimi
institussional şərhlərə bağlı olur. Bu mənada poetikanın deformasiyası
tədqiqatçıdan ötrü daha dərin qatlarda gedən proseslərin işarələridir : təhrif
olunmuş dəyərlər İdealın dəyişməz dəyərlər sistemini daha aydın vəq abarıq
şəkildə əyaniləşdirir.Tarix isə növbəti mərhələdə əbədi həqiqəti təsdiqləyir :
milli sənət təfəkküründə və düşüncədə gedən prosesləri yalnız millətlə birgə
məhf etmək mümkündür.
III . MÜSTƏQİLLİK İLƏRİMİZİN TEATR
PROSESİNİN TƏLƏBLƏRİ
Müstəqillik uğrunda mübarizə, elan olunmamış müharibə və bazar
iqtisadiyyatına keçidin ilk mərhələsinin son dərəcə ağır iqtisadi şərtləri, inflyasiya
və istehsalat səviyyəsini aşağı düşməsi və bu kimi proseslər hər hansı mədəni
proseslərin ehtiyacları “ gündəlikdən “ixtisar etməyə qadirdir.
Siyasi sabitsizlik fonunda baş verən siyasi- iqtisadi , sosial – ictiami
hadisələr teatr prosesini bu vaxta qədər rastlaşmadığı problemlərlə üz- üzə
qoydu.Məsələ ondadır ki, bu böhran xarakterli problemlər zahirən sağlam və
müsəssisə kimi fəaliyyətdə olan teatrların içində getdiyinə və məhz
aşkarlanmadığına görə təhlükəlidir.Bu mərəzin latend ( gizli - qapalı )
mərhələsində teatr prosesinin dayaq kateqoriyalarının etibardan düşməsi təhlükəsi
heç də mücərrəd məsələ deyil.Birinci növbədə zərbə altına düşən teatr
düşüncəsinin psixoloji motivassiyası ( məqsədlərin əsaslandırılması) və yaradıcı
enerji qaynaqlarıdır.Bu iki məsələ yetərsiz hala düşdükdə prosesin dinamikası
zəifləyir və halqavari reaksiya kimi digər önəmli səciyyələrə təsir göstərməyə
başlayır.Yetmiş il dövlət sistemi tərkibində müəyyən ideoloji və iqtisadi nəzarətin
altında baş verən teatr prosesi mütləq azadlıq şəraitində gərəksizlik sarsıntıları
burulğanında fırlanaraq öz missiyasını yerinə yetirməkdən məhrum olur.
Bu sətirləri yazdığımız vaxta qədər baş vermiş siyasi –ictimai proseslər teatr
prosesinin siyasi baxımdan parçalanmasına səbəb oldu.
Siyasi-iqtisadi prosesləri proqnozıaşdırılan inkişaf da yeni sosiopsixoloji
sarsıntılar gətirəcəkdir ki, bu yeni sarsıntılar da teatr prosesini tam mənada
ümumi inkişaf konekstindən təcrid edə bilər.
Yeni şəraitdə teatr dövlət- cəmiyyət sisteminin tam yeni əsasları təyin
olunmalıdır ki, teatr düşüncəi üzvi şəkildə öz tarixi inkişafını davam etdirə
bilsin .Bu gün biz keçmişin səhvlərini təkrar etməməliyik və teatr prosesini bazar
iqtisadiyyatının stixiyasına təkbaşına buraxmamalıyıq : artıq institussional
mədəniyyətmizin tam hüquqlu hadisə və təsisatı olan teatr sənətinin dövlət
himayəsi və ictimaiyyətin diqqətini tələb etməyə haqqı var.
Müstəqil Azərbaycan milli mədəniyyətinin inkişaf problemlərinə bənzər
problemlər bu yola bizdən əvvəl qədəm qoymuş Türkiyə mədəniyyətində
öyrənilib və müəyən təcrübə əldə edilib, yəni , indi qarşı- qarşıya durduğumuz
problemlər dünya mədəni düşüncəsi üçün yeni deyil ə lazım gəldikdə
faydalanmaq üçün məxəz və qaynaqlar da mövcuddur.Bir sözlə teatr sahəsində
islahatlar aparmaq zamanı yetişibdir və gecikdirilən hər gün teatr prosesini
gücdən salır ona xas olmayan keyfiyyətlər və istiqamətlər qazandırır.
Müstəqillik illəri ərzində mədəniyyət və sənət təfəkkürümüz xeyli
siyasətləşmiş , son zamanlar isə kommersiyalizassiya meyilləri
güclənməkdədir .Eyni zamanda nəzəri- konseptual qatda bir sıra yeni məziyyətlər
əldə olunmuş və teatr prosesinə baxım bucağı xeyli genişlənmişdir.
Nə zamansa aparacağımız teatr islahatları heç , şəksiz ki bitgin bir
konsepsiyanın realizəsi olamlıdır , hər halda bu sağlam düşüncənin
tələbidir.Amma çox təəssüf ki, tarixin bizə verdiyi hazılıq zamanından səmərəli
sitifadə etmədik..7 il ərzində teatrımız soial- iqtisadi qatda yalnız və yalnız
varlığının uğrunda çarpışdı , vuruşdu və gələcəyi haqqında düşünməyə macal
belə tapmadı .
Etiraf edək ki , geniş müzakirəyə çıxarılan bu qeyidlər də , hazır
konsepsiyadan çıxarışlar deyil, ortalığa atılan məsələlər tədqiqatçının köklü
problemin başlıca səciyyələrini göstərmək cəhdidir.
Müstəqillik əldə etdiyimiz gündən bəri teatr səhnəsində başlamış , əslində
mahiyyətcə kortəbii , keyfiyyətcə isə səmərəli proseslərin nəticəsində məlum oldu
ki, yalnzı dövlət sistemində fəaliyyət göstərən müəssisələr , yaxşı – yaman öz
varlıqıarını qoruya bildilər .Göbələk surəti ilə çoxalıb- artan özəl teatrlar özlərini
nə yaradıcı , nə də iqtisadi baxımdan doğrultmayıb tez bir zamanda da yox
oldular.Bələdiyyə teatrları isə təşkilat kimi var olsalar da bədii cəhətdən hələ öz
sözlərini deməyiblər.Odur ki, yeni zamanın meydana gətirdiyi yeni teatr
müəssisələrinin problemlərini açıqlamağı sonraya saxlayıb, buradaca Dövlət
tearlarının yeni dövrdəki fəaliyyət problemlərinə nəzər yetirək.
Yuxarıda qeyd etdiyimiz kimi , teatr islahatının keçirilməsi müstəqildir
və qaçılmazdır.Ona görə də bu silahatın nəzəri parametrlərini indidən
müəyyənləşdirmək məcburiyyətindəyik.
Dediyimiz nəzəri konsepsiyanın başlıca göstəricisi teatrın statusudur –
teatrın Dövlət strukturunda yerini və əhəmiyyətini təsdiqləyən hüquqi normalar
yaradılmışdır.Fikrimizi bir qədər açıqlasaq , deməliyik ki, Dövlət teatrı mühüm
ideoloji və mənəvi – mədəni müəssisə elan olunaraq Dövlət strukturunu xüsusi
element kimi müvafiq , hüquqi , iqtisadi və təşkilati qurum şəklində
təsdiqlənməlidir.Başqa tipli teatrlardan fərqli olaraq Dövlət teatrlarının bütün
fəaliyyət sahələri “ teatr qanunuyla” tənzim olunmalı və burada heç bir
özbaşınalığa yol verilməməlidir .Heç şəksiz ki , “ Teatr Qanunu” ölçülüb ,
biçilmiş meyarlar əsasında tərtib olunmalı və yeni dövrün gerçəkliklərini əks
etdirməlidir və sözsüz ki “ Teatr Qanunu “ konstitusiyada həkk olunan hüquqi
və mənəvi dəyərlərə söykənməlidir.Məhz bu dəyərlər də öz – özlüyündə teatr
ideologiyasının əsasını təşkil etməlidir.Onu isə demək artıqdır ki, bu
ideologiyada keçmiş ideologiyadan , marksist-leninçi estetikanın siyasi
kateqoriyalarından əsər əlamət belə qalmamalıdır.
İkinci mühüm göstərici :Teatr iqtisadiyyatı , ideoloji məqsəd və
vəzifələrini yerinə yetirilməsini təyin etməli və teatr sosiologiyasının yeni
gerçəkliklərinə uyğunlaşdırılmalıdır.Bazar iqtisadiyyatına keçid cəmiyyətmizin
sosial qurumunu kəskin surətdə qütbləşdirmişdir və hər iki qütb, yəni varlılar və
kasıblar öz növbəsində maddi imkanlarına görə təbəqələşirlər.Dövlət teatrının bu
baxımdan da düşünülmüş və mütəhərrik reperuar siyasəti olmalıdır, çünki ictimai
– sosial təbəqələşmənin intellektual və estetik təzharüləri özünü , öz təsirini
göstərməmiş olmayacakdır.Bir sözlə reperuar siyasəti hər təbəqənin vahid
“ Dövlətçilik ideyası” ətrafında birləşməsinə yönəldilməlidir.Bundan ötrü
mövcud olan teatr sistemi ( idarə , təminat, təchizat və s...) köklü sutədə
dəyişməli , təhsil sistemi durmadan kamilləşməli və teatrın təşkilat prinsipi
dövrün tələblərinə uyğunlaşmalıdır.
Sadaladımız məslələr nisbətən asan yəni inzibati üsullarla həll
olunanlardır .Daha mürəkkəb problem isə milli teatr poetikasıdır ki, onun inkişafı
inzibati yollarla təminedilməzdir və bu sferada olduqca gərgin yaradıcı və elmi
nəzəri iş aparılmalıdır.İlk addım kimi teatr xadimləri və biliciləri marağı olan
təşkilatlarla birlikdə elmi- praktiki konfranslar , laboratoriyalar , disputlar keçirib ,
müasir teatr prosesini , onun problemlərini inkişaf yönlərini müzakirə
etməlidirlər.Əldə olunan qənaətlər vahid bədii- estetik sistemin əsasına qoyulub ,
praktiki işlər sınandıqdan sonra konsepsiyaya daxil edilə bilər .
Təbii ki, burada söhbət heç də vahid normativ poetikadan getmir, Dövlət
teatrları sistemində imkan daxilində müxtəlif janr və üslublar fəaliyyət
göstərməlidir.Məqsəd vahid elmi-metedoloji prinsipləri müəyyənləşdirib onları iş
prinsipinə çevirməkdir, deməli belə olduqda heç şühəsiz ki, bu prinsiplər şərti
olaraq yalnız ümumi istiqamətləri bildirəcək, teatr sənətçisi üçün normativ
olmayacaqdır.
Bu fikri dəqiqləşdirmək üçün deməliyik ki, indiyəqədər çox təəsüf ki,
ətalətimizin sayəsində teatrlarımız həllə də yaradıcılıq prosesində marksist-leninçi
esteikanın kateqriyalarından faydalanmaqda favam edir , tənqidimiz isə həmin
nəzəriyyənin meyarları ilə teatr prosesini dəyərləndirir .Milli teatr nəzəriyyəsini
yaratmağa hər cür imkanımız olduğu yerdə bunu etməməyimiz bağışlanılmaz
haldır .
...nə zamansa aparacğımız teatr islahatları cəmiyyətin özündə baş verən
ağrılı dəyişiklikləri əks etdirəcək.Artıq bu gün deyə bilərik ki,ictimai şürumuz və
ictimai varlımız arasındakı kəskin fərqlər əriməkdədir .Sabit quruluşun bir çox
idealları yeni kapitalist formasiyasının dəyərləri ilə əvəz olunur.Cəmiyyətmizin
qarşısına çıxan mürəkkəb problemlərin həllində isə tearın yardımı misilsizdir.
Teatrın məhz bu funsyasını gücləndirmək üçün yubanmadan teatr
islahatlarını başlamalıyıq.
Müstəqillik günlərimizin ilk mərhələsində teatr düşüncəsinin potensial
imkanları ictimai-siyasi prosesləri məqsədləri ilə bağlılıqda açıq-aydın
görünürdü.İnqlabi romantik pafos , mənəvi saflıq gələcəyə inam və s..
keyfiyyətlər inkiaşfın növbəti mərhələsində öz çılğınlığını itirib, yerli fəlsəfi
xassəli keyfiyyətlərə təhvil veribdir :indi teatr düşüncəsinin başlıca məqsədi
dərin təhlil , müfəssəl analiz və sintez nəticəsində əldə olunan yeni mənəvi
dəyrlərin ənənəvi mənəviyyat sistemində yerini və əhəmiyyətini göstərməkdir.
Bunun üçün teatr prosesinin çağdaş tələbləri nəzərə alınıb münbit zəmin
yaradılmalıdır.Məsələyə sırf teatr prosesinin universallıq və vəhdət nöqteyi
nəzərindən baxanda isə problem öz kəskinliyini itirir və konseptual şərtlərini önə
çıxarır . Belə ki, prosesin institussional səciyyələri yalnız teatr təsisatlarının
fəaliyyətlərinə təsir göstərə bilər.Universal kateqriyalar isə dağıdıcı funksyalarını
yerinə yetirərək obyektiv şəkildə prosesi durulaşdırır, onu gərəksiz, süni
mexaniki müdaxilə edilmiş , məqsəd və vəzifələrdən azad edir.
Müstəqillik dövrümüzə bu mənada nəzər salanda teatr prosesinin üst
qatında baş verən hadisələri aşkarlamaq olur.
Basqıdan qurtulmuş teatr prosesi ilk növbədə artqı çürümüş strukturlara
zərbə endirdi : tarixi olayların elə ilk mərhələlərində rrespublikada canlı prosesə
uyğun və yalnız inzibati şərtlərlə mövcud olan teatrların sayı aşkarlandı. Məlum
oldu ki sovet vaxtında çılmış və əhaliyə mədəni xidmət göstərən teatrlar canlı
yaradıcı prosesin tələbləriylə deyil , planlı müəssisə formasında fəaliyyət
göstərirdi.Müstəqil və sərbəst proseslərin nəticəsində deformasiya olunmuş
poetikanın bərpası başlanıdı, proseslərin bitmədiyindən bu gün poetikanın yalnız
bis səciyyəsinin köklü surətdə də dəyişməsini qeyd edə bilərik : prosesin təzahürü
olaraq milli teatr düşüncəmizdə problemə baxım bucağı tamamilə dəyişdi.Artıq
yeni ( və ya unudulmuş əski) dəyərlər sistemi hər hansı problemə baxım
bucağını təyin edir.Təbii ki, burada biz vahid konseptual yanaşmadan söz aça
bilmərik , çünki baxım bucağının dəyişməsi bir çox məqamlarda əski sistemə
kəskin etiraz xarakterini daşıyır.Amma teatr prosesinin universallığını nəzərə
alsaq etirazı düşünüşlü və əsaslandırılmış mövqe ilə əvəz olunmasını
proqnozlaşdıra bilərik .O ki , qaldı konflikt və dil –ifadə vasitələrinin
yeniləşməsinə , burada vəziyyət daha mürəkkəbdir : Yeniləşməyə əngəl olan
obyektiv və subyektiv amillər hələ də çox güclüdür .Obyektiv amillərdən
başlıcası elə teatr prosesinin universallığından qaynaqlanır : konfliktə münasibət
yalnız evolyusiya yolu ilə dəyişə bilər.Bunun üçün isə zaman və gərgin mənəvi
intellektual iş lazımdı. Digər oektiv amil ictimai- tarixi proseslərin kəskin
dinamikasına sız bağlıdır : teatr poetikasının başlıca konfliktinin seçilməsi
müəyyən sisyasi- ictiami, sosial- iqtisadi və psixoloji sabitlik tələb edir.Əks
təqdirdə kateqoriyal məsələ olan konflikt duyğu- anlayışı daha çox hadisələrə
reaksiya xarkterini daşıyır .
Subyektiv amillərdən ətraflı danışmağa ehtiyac yoxdur : yeni çağların teatr
prosesinin tələbi ilə tam yeni yaradıcı nəsil gəlmişdir.Onun özünün realizə etməsi
üçün dünya teatr sənətinin “ sözlüyündə cəm olunan “ bütün dil- ifadə vasitələri
açıq və işlək vasitə olmalıdır .Bundan ötrü isə mədəniyyət və incəsənətimiz
milli özüllərini qorumaq şərti ilə dünya teatr prosesinə tam açıq olamlıdır , necə
ki açıq olub da .
Sərt nəzarət altından çıxmış teatr prosesi yaradıcı psixologiyadan da
“ təmizləmə “ işini aparmağa başlayıb.Sərt və müəyyən mənada amansız saf
çürük əməliyyatı gedişatında teatr prosesinin subyektləri ( sənətkarları) arasında
qeyri formal dəyərləndirmə başlandı.Bazar iqtisadiyyatının amansız şəraitində
yalnız “zaq proqnoz “u duyan – anlayan və könüllü düşünüşlü biçimdə İdeala
qulluq etmətyə hazır olan sənətçilər teatr sənətini öz tear peşəsi kimi
anlamqdadır .Bəlli səbələrdən yasaq olunan bir məsələ də prosesin inkişafında
aşkarlandı- bu məsələ teatr sənətinin təbəqələşməsidir : indən belə saxta
alicənablıqdan vaz keçərək, teatr sənətinin kommersiyaya bağlı ( aşağı ) və
yüksək sənəti ( ali) yaşadan sənətçi təbəqələri tədricən müəyyənləşdirilməlidir.
Bu məslənin də bir incə çalarını göstərmək gərəkdir : bütün sənət
növlərindən fərqli olaraq teatrın institussional səciyələri daha sərtdir odur ki,
yalnzı prosesin axarında özəl poetikasını təcəssüm etməyə qadir olan müəssisələr
tam haqla “ teatr “ adlana bilər : mütləq tələblərə cavab vermiyənlər isə “ şou-
biznes” sahəsində müxtəlif uğurlarla fəaliyyət göstərərək sözün dəqiq mənasında
“ teatr “ adını daşımaqdan məhrum olacaq. Çalar isə ondan ibarətdir ki , fformal
olaraq hər ikisi eyni leksemayla adalanacaq , amma onun semantik fərqi artıq
bu gün anlaşılmaqdadır.
Teatr prosesi bir çox məsələləri , necə deyərlər yerinə qoyasıdır, şərt
yalnız ondadır ki, sırf yaradıcı və institussional konstektlər qarşı – qarşıya
qoyulmasın , əksinə bir –birini tamamlasın....
Dostları ilə paylaş: |