Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə11/11
tarix09.02.2017
ölçüsü1,35 Mb.
#7963
1   2   3   4   5   6   7   8   9   10   11
    Bu səhifədəki naviqasiya:
  • B.Brext

 
 
 
 
 
 
 
D Ö R D Ü N C Ü    F Ə S İ L  
 
 
 
         AZƏRBAYCAN MİLLİ TEATR  PROSESİ  
    VƏ DÜŞÜNCƏSİNDƏ  TEATR POETİKASININ 
         SƏHNƏ TƏCƏSSÜMÜ PROBLEMLƏRİ 
 
 
 
                                                            “...YALNIZ  ÖZ MƏZUNUNUN FORMASI  
                                                          OLANDA  TAMAŞANIN FORMASI YAXŞI  
                                                            OLA  BİLƏR  VƏ ƏKSİNƏ  BU CÜR  
                                                            OLNADIĞI HALDA  FORMA PİSDİR”... 
 
B.Brext 
 

Azərbaycan milli  teatr   düşüncəsində  poetikanın  səhnə  təzahürləri  yalnız 
teatr  sənətinin    institussional    qata  yüksəldiyi    məqamdan  ciddi  elmi    araşdırma 
predmeti ola bilər.Azərbaycan teatr sənətinin  “həvəskarlıq”  dövrü  daha çox ideya 
və  sosiopsixoloji  amaliz üçün maraqlı və səmərəli  sahə  olar ;  poetikanın  səhnə   
təzahürü      inkişafı    və  problemləri      yalnız    peşəkar        sahə    fəaliyyətinin  
“ məhsullarında”  elmi obyektivliklə  təhlil oluna bilər  .Həvəskar  səhnə  poetikası  
və  onun  səciyyələri  diletantlıq      ,  naşılıq    məsələlərinə    sıx    surətdə      bağlı 
olduğundan   istənilən   mövzunun yalnız   ideya təcəsümünü    bacarır  , çünki 
sözdə  ifadə olunmuş   ideya sözün   vasitəsilə  çatdırıldıqda  çox az maneələrlə  
rastlaşır    ;    poetikanın  özünəməxsus    dil-  ifadə    vasitələrini    yaradıcı  prosesə  
qoşmaq məsələsi  isə  ilk   növbədə peşəkarlıq   tələbi ilə  bağlıdır. 
Azərbaycan  milli  teatr    poetikasının    bir    fenomen  kimi      inkişaf  etməsi  ,  
zənginləşməsi    və  konseptual    formaya    yetişməsi    prosesi    peşəkar      teatrın   
praktiki  fəaliyyəti  nəticəsində   mövcud ola   bilmişdi,  odur ki.  Poetikanın nəzəri     
səciyyələrini  açmaq        praktiki  teatr    sənətinin    başlıca      göstəricilərin  təhlilinə  
bağlıdır.Buradaca  xüsusi  vurğulayaq ki , seçdiyimiz  metodu  absolyutlaşdırmırıq,   
çünki “...eyni bir obyektiv prosesin və hadisənin müxtəlif  təhlil   metodları   real  
sistemlərin    və  onlara  uyğun    real  şəraitlərin  bir  –birindən  tamamilə    fərqlənən  
konsepsiyalarının yaranmasına gətirib  çıxara   bilər “. 
Teatr    sənətinin      poetikası    sənətşünaslığımızda    nisbətən    az  öyrənilmiş  
problemlərdən  biri olduğundan  burada      müxtəlif        lap    “  bir    birindən  tamamilə  
fərqlənən  konsepsiyaların  yaranması  sənət  təfəkkürümüzün inkişafına   xidmət  
edər , bu məsələnin  nəticə etibarı ilə   isə  vahid  konsepsiyanın yaradılması həll 
edə   bilər..Bu  isə öz  növbəsində teatr   düşüncəmizi ,  teatr   prosesin özünü  elmi 
baxımdan daha   dəqiq   dərk  etməsinə  gətirib  çıxaracaqdır .Əvvəlki  fəsillərdə  
biz bir çox  şərtləri  ümumiləşdirilmiş  sistemlikdə  araşdırmışıq  və   burada da bu 
prinsipə  əməl  edəcəyik    :    həm  ona  görə  ki,    praktiki    teatrın  yaradıcı  fəaliyyəti  
başlıca araşdırma  , tədqiqat  predmetimiz deyil, həm də ona  görə ki,  “...  ümumi 
sistemli  mülahizələr    qabaqcadan    söyləməyə  imkan  verir    ki    şərtlər  

müxtəlifliyinin      və  düşüncə    gücünün      uyğunluğu    tədqiqat    işlərində  çox  
faydalıdır”. 
Təbii    ki  ,  araşdırdığımız  elmi  predmetə  münasibət  ,  baxım  bucağı    və 
tədqiqat  metodları  müxtəlif ola  bilər  və bu gün   biz bu müxtəlifliyi  zəruri  hal 
kimi  dəyərləndirməliyik,    çünki  əski    ideoloji    qəlibləri    dağıtmaq  üçün  tədqiqat 
predmetinə müxtəlif  rakurslardan baxmaq  ən  səmərəli şərtdir. 
Belə ki, Azərbaycan milli teatrının institussional  problemlərini   daha vacib  
hesab edən İlham Rəhimli  bu fikirdədir ki,  “ peşəkar Azərbaycan teatrı çoxəsirlik  
tarixi  olan  Qərbi  Avropa  , daha   dəqiq    desək    rus  teatr  mədəniyyətnin       birbaşa  
təsirindən  yaranan      kosmopolit      mədəniyyətin    faktı    və  hadisəsidir  “.Bu  
mövqedən  çıxış  edən  tədqiqatçı    “  kənardan    qəbul  edilən  konseptual  
kateqoriyalarla    ənənəvi  yaradıcılığın    etnopsixoloji    prinsiplərinin  vəhdəti 
“  prizmasından  adoptasiya  “ uyğunlaşdırma “   mexanizmləri  və üsullarını  milli 
teatr    poetikasının  inkişafında  səhnə  texnika    və  texnologiyasının  rolu    və 
əhəmiyyətini      təhlil  edib  ,  maraqlı    və  səmərəli    qənaətlərə    gəlir  ki,  onların  da  
vahid    konseptual          poetikanın  struktur  sistemliyinə    daxil    edilməsini  zəruri  
hesab edirik. 
Bizi  maraqlandıran    problem  nəzəri      poetikanın  səhnə  ekvivalenti 
olduğundan  məhznəzəri    və  praktiki      modellərin    “  uyğunluq    və  ziddiyyət 
prizmasından  eyni  obyektə  nəzər  salmağı    səmərəli  bildik,  çünki    bu  aspektdən  
poetikanın  təcəssüm  problemləri  daha      da  aydınlaşır    və    başqa  aspektlərlə 
bağlılıaqda təhlil  olunmaq üçün   geniş imkanlar açılır . 
Onu    da  qeyd  edək  ki,  təhlilimiz    mövcud  olan      çağdaş  poetikanın  səhnə   
təcəssümləri  bazasında  aparılacaq  və burada  bəzi sənətşünaslığımızda   məlum 
olan  nəticələri  təkrar    etməli  olacağıq  .Necə    ki,  “  prinsipcə    elm    təkrarla  təsdiq  
edilmədən mümkün deyil,   çünki artıq   bu elm  sayılmır “. 
Poetikanın  səhnə  təcəssümü    haqqında      mülahizələrimi    həvəskar  teatr  
materialında    bildirməyimizin  səmərəsizliyi    həm  də  onunla    bağlıdır  ki,      bu 
teatrda    təcəssümün        funksyaları  hələ      bölünüb  təsdiqlənməmişdir  .Yalnız  
peşəkar  teatrda      yaradıcı  peşəkar    funksyalar  müəyyənləşdirilib  ,  konkret    

yaradıcı  peşənin        praktiki    fəaliyyətində  icra    olunur.Bu  icranın  nəticəsi  olan 
səhnə    əsərinin  –  tamaşanın  bədii-estetik      həllində    poetikanın  səciyyələri  
aktuallaşır    və  bədii  yaradıcı  prosesin    nəticəsində      müəyyən  poetika  tamlığını   
bütövlüyünü əks etdirir.  
Poetikanın təcəssümü   aşağıdakı  funksional bölgüdə gerçəkləşir : 
 
1.Ədəbi  əsas  -  dramaturq ; 
2.Zaman  məkanda gerçəkləşdirmə - aktyor ; 
3.Vizual  təzahür  - rəssam; 
4.Musiqili  dramaturgiya – bəstəkar ; 
5.texnoloji  təzahür-  texniki  heyət ;  
6.Təcəssümün  sintezi  -  rejissor. 
 
Verdiyimiz      təsnifatın    bir  kateqoriyası  da    mövcuddur  ki,    bu  birbaşa 
poetikanın  təcəssümünə  təsir  göstərmir, amma    prinsip etibarı ilə   göstərdiyimiz  
kateqoriyaların    keyfiyyət    və  səviyyəsində        təsirdə  güclü,    bəlkə  də  həlledici  
əhəmiyyətə     malikdir.Bu  teatr  sənətinin   təhsil sistemidir  ki, onun metodu ,  
metedologiyası    və  konkret      metodikası    hər  hansı  poetikanın    tam  ifadəliklə  
təcəssümünün    bazis şərtlərini  təyin edir . 
 
Onu  da  qeyd  edək  ki,      göstərdiyimiz      təsnifatın    qurumu  ,    sxemi  
ieraraxiyalı  deyil,    yəni    burada  hər  hansı    kateqoriyanın  üstünlüyü  nəzərədə 
tutulmur  ,    çünki  praktiki  teatr  sənəti    təbiətcə  sintetikdir  və  yalnız  təhlilin 
məqsədlərinə   görə biz onu tərkib hissələrinə  ayırıb analiz edəcəyik. 
 
Bununla belə ədəbi əsası ( pyesi)  birinci ,  sintez  funksyasını isə  sonuncu 
yerdə    göstərdiyimiz    təsadüfi    deyil,  məhz      bu  kateqoriyaların  məzmun   
çərçivələrində      poetikanın    təcəssümü  baş  verir    və  prosesin    “  iradəli  , 
məqsədyönlü    və  effektiv”  “  Stanislavski”    şərtləri  təmin  olunur  .Odur  ki,  elə 
birinci      və    sonuncu  kateqoriyalardan    başlasaq  təcəssüm      prosesinin  
parametrlərini  göstərmiş olarıq   

 
Poetikanın      təcəssümü    üçün  ədəbi  əsası    (  pyesi)    təqdim  edən  müəllifin  
şəxsiyyəti    olduqca      önəmli    faktordur.İstər  klassik  ,  istərsə  də  müasir 
dramaturgiyanın  nümayəndəsi    (  nə  zamansa  yaşamış    və  ya  hazırda    fəaliyyət  
göstərən dramaturq)  müəyyən  tipoloji şəxsiyyət kimi    qəbul   olonub , poetika  
təcəssümü ilə  bağlı sistemdə    araşdırılmalıdır ;   “... Tipoloji  şəxsiyyət problemi  
baxılan  şəraiti    və  şəxsiyyəti  bir  sistem  kimi  səciyyələndirən    və  sistem  
parametrlərinin    sabit  uyğunluğuna    əsaslanan    sistemin  köməyi  ilə  həll  oluna 
bilər  ,  ...şəxsiyyətin  bütün    parametrlərini  nzərə  almadan  təklif  olunan      sistem   
tədqiqatı heç də   həmişə    fayda  vermir ... “   
 
Dramaturq    şəxsiyyətinin  müxtəlif    parametrlərini  təhlil  edən 
ədəbiyyatşünaslıq    ,  dramşünaslıq    və  teatrşünaslıq      ümumi    sənətşünasığın   
sistemliyində    vacib  olan    bir  səciyyəni  nəzərə  almır    :    bu  dramaturqun   
söykəndiyi    və  faydalandığı      poetikanın      ilkin  təbiətidir.Bu  mülahizəmizi    
dəqiqləşdirək. 
Teatr      və  dramaturgiyanın    tarixinə      nəzər    salanda      üç  tipologiya  
aşkarlanır :  
 
1.Ədəbi  poetikanın    formal  adoptasiyası ( uyğunlaşdırılması) 
 
2.Ədəbi dramaturji   poetikanın   sintezi ; 
 
3.Dramaturji poetikanın   aktuallaşdırılması ; ( praktiki təcəssümü) 
 
 
 
Birinci    tip  dramaturqlar  bir  qayda  olaraq    ümumi  ədəbi  poetikanın  
səciyyələrini  “ səhnə  ədəbiyyatı”nın     formal   paramertlərinə ( aktlara  bölmək  
diaoloq   və monoloqlardan istifadə etmək  və s.)  parametrlərini uyğunlaşdıraraq 
əslində  “  oxunuş  üçün  pyes    yazırdılar.Bu  məqsəd    açıq    göstəriləndə    əsərlər   
məhz    oxunuş    üçün  qəbul  olunurdu.Məsələn  :    Hötenin    “  Faust”u    və  təcəssüm   

problemi    yox  idi.Problem  iki  poetikanın  səhnə  məkanında    ziddiyyətli 
münasibətlər   çərçivəsində  qarşılaşması  zamanı   yaranır : ədəbi  poetika  səhnə 
təcəssümünə    müqavimət    göstərir    və  başqa    dil  ifadə  vasitələrini    ədəbi  sözə  
“  qurban  verir”  .Bu  halda  pyes  tamaşanın    ədəbi  əsasına  deyil  ,  əsas    başlıca  
faktoruna dönüb , teatr  düşüncəsi  ilə  təzadlar   baryerini   yaratmağa     gətirib  
çıxarır. 
İkinci  tip  dramaturqlar    bir  qayda    olaraq    ədəbi  poetikayla    teatr  
düşüncəsinin    poetikasını      sinetz  halına    gətirərək    teatr    poetikasını      yüksək  
səviyyəli      ədəbi  kateqoriyalarla        zənginləşdirdikdən  sonra  məhz    dramaturgiya 
kimi sənət  növünü inkişaf etdirməkdədirlər ( məsələn :  Şekspir , Molyer , Çexov 
dramaturgiyası ).Üçüncü  tip dramaturqlar  teatr sənəti nümayəndələrinin  tamaşa 
üçün  ədəbis  sxem        yaradanlarına    aiddir.Əslində    pyes    deyil,    tamaşanın  plan 
senarisi    olan  əsərlərdə      birinci  yerdə    teatr    poetikası  durduğundan  onun 
təcəssümü  bir  qayda  olaraq  ədəbi  əsasdan  (  pyesdən)  daha  əhəmiyyətli  olur 
( məhz  : del-arte   komediyaları  və xalq  tamaşalarının  senariləri)  
Tarixən    Azərbaycanda  milli    teatr    poetikasının  səhnə  təcəssümü 
poetikasında    hər  üç    tip    mövcud  idi  ,  M.F.Axundov  ,  Cavid      və  
C.Məmədquluzadənin      “  Seyr”,  “Sehr”    və  “  Sehrli    seyr”    poetikalarının  səhnə 
təcəssümləri  üzvi  şəkildə  teatr    düşüncəsinin    bədii-  estetik  sisteminə  bağlı 
olduğundan  milli teatr  prosesinin inkişafına  güclü təsir  göstərə bildilər. 
Teatr    tarixini    ideologiyalaşdırılmış    mərhələlərində    bir  qayda  olaraq  
birinci  tip    dramaturqlar    teatra    fəal    cəlb  olunur  ,  çünki  ədəbi    poetikanın  
informatikliyi    və  didaktik    imkanları    tənqid    və  təbliğ    məqsədlərinə  
uyğundur.Maarifçilik , tənqidi  realizm  və sosrealizm  cərəyanlarının  ədəbi  -bədii  
nümunələri  daha  çox –ideya bədii  dəyərlərin  inkişafına təsir  göstərir  , sırf  teatr  
poetikasının  üzvi  və parlaq  təcəssümünə  isə  onların  o qədər də nəzərə çarpan 
olmur. 
Üçüncü  tip  dramaturqlar  isə tam  əksinə : teatr  poetikasının  təcəssümü  
üçün    ən  səmərəli    şərait    yaradanlardandır  ,  onlar    bəzi    istisnalarla  (məs: 
M.Şamxalovun  məşhur  “Qaynana”sı...)  poetikanın  ədəbi  səciyyələrinin  inkişaf  

etdirmək    bacarığından    məhrum    idlər.Peşəkar    mərhələsinə    qədəm  basdığı  
gündən    Azərbaycan    teatr  sənətində    aktyorların    ,  rejissorların  ,  ümumiyyətlə  
praktiki    teatrla    bağlı    olan    şəxslərin    dramaturji    yaradıcılıqları    müşahidə  
olunur.Göstərdiyimiz    “  Qaynana”    komediyasını    çıxmaq  şərti  ilə    həvəskar  
dramaturqların  əsərləri milli  dramaturgiyada  gözə çarpan   iz  qoymalıdır. 
Milli    teatr    sənətinin    sovet    mərhələsində    şair    və  nasirlərin    ,  alimlərin  
dramaturgiyaya  müraciət   etmələri  geniş yayaılır  və  bu dövrdə ədəbi poetikanın   
teatr    poetikasını  üstələməsi    müşahidə  olunur  ,”  şair  0dramaturq  ,”  yazıçı  –
dramaturq”  ,  “  alim-dramaturq”      və  hətta  “  ictimai      dövlət    xadimi-dramaturq 
“termin -  anlayışları  meydana çıxır.Teatr   poetikasının  müəyyən mənada ikinci  
dərəcəli  amil    səviyyəsinə  endirilməsi    nəticəsində  dramaturgiaynın    özəl  peşə 
olması tezisi  etibardan salındı  , sənət təfəkküründə belə bir yanlış  fikir yarandı  ki,  
pyesi hər bi sənətkar yaza bilər.Təbii olaraq , bu dövrdə teatr  poetikası  daha çox 
lirik fəlsəfi  poeziyanın poetikasını xatırladır ,  sözçülük  və metofariklik ön plana 
çıxır ,  özünəməxsus  teatr düşüncəsinin təzahürləri  isə öməkçi  funksya  daşımağa 
məcbur  olur  .Təsadüfi  deyil  ki,    məhz  bu  dövrdə  dünya  teatr  sənətinin    çoxdan 
qəbul    etdiyi  rejissor  tamaşanın  tamaşanın  müəllifidir,  metedoloji    tezisi    qızğın 
mübahisəyə    şair    yazıçıların    kəskin  etirazlarına  səbəb  oldu.Sözün    dəqiq   
mənasında    Azərbaycanın  sovet  dövründə    və  çağdaş    dramaturgiyasında  tək  
peşəkar    dramaturq  sənətkar    İlyas    Əfəndiyevdir    və  onun  ardıcıl  məhsuldar 
özünəməxsus  dramaturji  yaradıcılığının  nəticəsidir  ki,  bu  gün  biz  
“ Axundov...Cavid....Mirzə Cəlil...Cabbarlı teatr ) termin anlayışları ilə yanaşı tam 
əsəsla  “  Əfəndiyev  teatrı”    məfhumunu  da  işlədə  bilirik.Bu  teatrın  poetika  , 
yaradıcı metod  və xarakterlər  qalereyası   geniş və  dərin təhlil olunduğundan biz 
burada  yalnız  onu  vurğulayaq  ki,  İ.Əfəndiyevim  ədəbi  dramaturji    poetikaların 
sintezindən  yaranan    və  lirik-psixloji  üslub  kimi  təyin  olunmuş      metodu    çağdaş  
Azərbaycan    teatr  düşüncəsinin  aparıcı  poetika  təcəssümünə  geniş  yaradıcı 
imkanlar açmışdır. 
Poetika təcəsümünün     başlıca yönətməni rejissordur ki,   məhz  XX   əsrin 
əvvəllərində    Stanislavskinin  elmi  və  yaradısı  səyləri  nəticəsində  bu  peşə  öz 

dəyərini aldı, rejissura isə  artıq  elmi predmet kimi təsdiqləndi.Bu məsələ olduqca  
əhatəli  olduğundan  biz    onun  yalnız        poetika    təcəssümündə      funkyonal  
məzhiyyətlərinin    təhlili ilə kiafyətlənəcəyik. 
“  Rejissor    “anlayışı    100    ilin    içində  köklü    evolyusiyaya  uğradı.Sözün 
etimologiyası    fransızca  idarə  etmək,  sərəncam  vermək  felindəndir  və  “  rejim  
“ sözü ilə eyni kökdəndir.Ötən əsrin ortalarında rejissorun funksyaları elə bununla 
da bitirdi , amma həmin əsrin axırlarında yalnız aktyorları deyil, tamaşanı da seyr 
etmək  meyli  gücləmdi    və  nəticə  etibarı  ilə    bütün  komponentləri  sintez  halına 
gətirə    bilən  rejissor    öz  növbəsində    “  səhnə  əsəri”  anlayışının  təsdiqlənməsinə  
güclü təsir   göstərməyə başaldı.Yaradıcı inkişaf nəticəsində   rejissura  da inkişaf 
edir , püxtələşir , fərqli metodlara ayrılır və hər cərəyan öz həqiqiətlərinin təsdiqi 
üçün mübarizələrə  qoşulurdu.. 
 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin