TƏBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE


Key words:  Click beetle, egg, larva, wireworms, Nakhchivan  Ключевые слова



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/28
tarix28.11.2016
ölçüsü5,01 Kb.
#324
1   2   3   4   5   6   7   8   9   ...   28

Key words:  Click beetle, egg, larva, wireworms, Nakhchivan 
Ключевые слова: Жук-щелкун, яйцо, личинка, проволочник, Нахчыван 
 
Naxçıvan  Muxtar  Respublikasına  Azərbaycanın  fərqli  ekoloji  xüsusiyyətlərə  malik  olan 
ərazisi  kimi  baxmaq  olar.  Muxtar  respublikanın  fiziki-coğrafi  şəraiti,  flora  zənginliyi,    uzun  müddət 
ərzində  ərazidə  müxtəlif  kənd  təsərrüfatı  bitkilərinin  geniş  becərilməsi  və  təbii  biosenozlar  zəngin 
həşərat  kompleksinin  formalaşmasına  səbəb olmuşdur. 
Naxçıvan  Muxtar  Respublikasında  dənli,  paxlalı,  texniki,  bağçılıq,  bostan  və  yem  bitkiləri 
üzrə  geniş  əkin  sahələri  mövcuddur.  Eyni  zamanda  alp  və  subalp  çəmənlikləri,  düzənlik,  çöl  və 
meşə  qurşaqları  xeyli  dərəcədə  yer  tutur.  Belə  ki,  Arazboyu  düzənlik,  dağətəyi,  dağlıq  təbii 
landşaftların  və  mədəni  bitki  aqrosenozlarının  zənginliyi  həşərat  aləminin,  əsasən  sərtqanadlı 
böcəklərin  müxtəlif   və zəngin  kompleksini  yaratmışdır. 
Şıqqıldaq  (Elateridae)  böcəklər  fəsiləsi,  sərtqanadlılar  (Coleoptera)  dəstəsinə  aid  olub, 
Azərbaycanda  və eyni  zamanda  Naxçıvan  MR ərazisində  geniş  yayılmışdır. 
Elateride  fəsiləsinin  10  000-dən  çox  növü  məlumdur  və  hər  il  yeni  növlər  aşkar  edilir. 
Onlardan  MDB-də  500,  Qafqazda  170  növü  yaşayır  [1].  Aparılmış  tədqiqatlar  nəticəsində 
Azərbaycan  faunasında  142  növ  şıqqıldaq  böcək  qeyd  edilmişdir  [3].  Bunlardan  isə  Naxçıvan  MR-
də 28 növün  yayıldığı  müəyyən  edilmişdir  [2].  
Bunu  nəzərə  alaraq  muxtar  respublika  ərazisində  kənd  təsərrüfatı  bitkilərinə  zərər  verən 
şıqqıldaq  böcəkləri  aşkar  etmək,  onların  bioloji  və  ekoloji  xüsusiyyətlərini  öyrənmək  və  onlara  qarşı 
mübarizə  tədbirlərini  tətbiq  etmək  mühüm  məsələlərdən  biri  hesab olunur. 
  Zərərvericilərdən: 
Selatosomus  latus  sağinatus  Men,  Elathous  buyssoni  Reitt, 
Cardiophorus  ordubadensis  Ağayev,  Drasterius  bimaculatus  Rossi,  Oophorus    grisescens  Germ 
daha  qorxulu  növlər  olmaqla  bir  sıra  kənd  təsərrüfatı  bitkilərinin  daimi  və  dövri  zərərvericiləri 
hesab  olunurlar.  Həmin  növlərin  bioloji  və  ekoloji  xüsusiyyətlərinin,  onların  inkişaf  dinamikasının 
iqlim  şəraitindən  asılılığının  öyrənilməsi  qarşımızda  əsas məqsəd  kimi  durur.   
Enli  şıqqıldaq  - Selatosomus latus sağinatus Men 
Azərbaycanın  dağətəyi  və  dağlıq  ərazilərində  yayılmışdır.  Meşə  ətrafı  əkin  sahələrində  daha 
çox  rast  gəlinir,  dəniz  səviyyəsindən  1900  metr  yüksəkliyədək  müşahidə  olunur.  Yetkin  böcəklərin 
qışlamadan  çıxması  və  sahələrdə  müşahidə  olunması  aprel  ayının  axırlarına    təsadüf  edir.  Əsasən 
bunlara  mayın  axırları  və  iyunun  əvvəllərində  rastlanır.  Ən  çox  müşahidə  olduğu  əkin  sahələri, 
taxıllar,  qarğıdalı,  tütün,  günəbaxan  və  tərəvəz  bitkiləridir.  Qışlamadan  çıxan  böcəklərin  ömrü  20-
25  gündür.  Yetkin  fərdlər  qışlamadan  çıxdıqdan  az  sonra  yumurta  qoyurlar.  Böcəklər  yumurtalarını 
may  ayının  III  və  iyun  ayının  I  ongünlüyündən  qoymağa  başlayırlar.  Onlar  yumurtalarını  torpağın 
nəmli-rütubətli  5-7  sm  dərinliyinə  qoyurlar.  A.İ.Cerepanovun  (1957)  məlumatına  görə  bir  dişi  fərd 
175-200-dək  yumurta  qoya  bilir  [4].  Yumurtaların  inkişafı  iqlim  şəraitindən  asılı  olaraq  2-3  həftə 

- 17 - 
davam  edir  və  torpaqda  ilk  sürfələr  iyun  ayında  müşahidə  olunur.  Sürfələrin  inkişafı  4-5  il 
müddətinə  başa  çatır  və  bir  neçə  dəfə  qabıq  dəyişmə  prosesi  baş  verir.  Sürfələrin  inkişafı  başa 
çatdıqdan  sonra    iyun-iyul  aylarında  torpaqda  puplaşma  baş  verir.  Pup  dövrü  üç  həftə  davam  edir  və 
puplardan  yeni  nəsil  yetkin  fərdlər  əmələ  gəlir.  Yetkin  fərdlər  qidalanaraq  payızda  qışlama  dövrünə 
gedir.    Qışlama  prosesi  torpaqda,  xəzəllərin  altında  keçirilir.  Növbəti  ildə  aprelin  sonları  və  may 
ayının  əvvəllərində  həmin  yetkin  fərdlər  qışlamadan  çıxaraq  nəsil  vermiş  olurlar. 
N.Səmədovun  (1963)  məlumatına  görə  enli  şıqqıldaq  böcəyin  sürfələri  dənli  bitkilərin  əkin 
sahələrində  geniş  müşahidə  olunur.  Müəllifin  tədqiqatına  görə  həmin  sahələrdə  məftil  qurdlarının 
sıxlığı  65%-ə çatır  [5]. Böcəyin  inkişaf  dinamikası  aşağıdakı  cədvəldə  göstərilmişdir. 
                                                                                                 Cədvəl   
                 Enli  şıqqıldaq  böcəyinin  inkişaf  dinamikası 
    İnkişaf 
mərhələləri   
Müşahidə 
dövrləri   
Yaşama 
müddəti   
       Ekoloji  mühit   
Yetkin  fərd 
Aprel-may 
20-25 gün 
Dağətəyi-dağlıq 
   Yumurta   
May-iyun 
2-3 həftə 
5-7 sm dərinlikdə  torpaq 
     Sürfə   
İyun-iyul 
   4-5 il 
10-25 sm dərinlikdə  torpaq 
      Pup  
İyul-avqust 
15-24 gün 
5-8 sm torpaq  
 
 Cədvəldən  göründüyü  kimi,  enli  şıqqıldaq  böcəyin  bütün  inkişaf  mərhələlərində  torpaq 
faktoru  ilə  bağlılıq  vardır.  Yetkin  fərdlər  torpaqda  qışlayır,  yumurtalar  torpağın  5-7  sm 
dərinliklərində  və  normal  rütubətdə  yəni  23-25%  nisbi  nəmlikdə  inkişaf  edir,  sürfələr  bütün  ömrünü 
iqlim  şəraitindən  asılı  olaraq  4-5  il  torpağın  müxtəlif  dərinliklərində  5-30  sm  miqrasiya  etməklə 
yaşayır,  qidalanır,  qabıq  dəyişir  və  böyüyür.  Sürfə  öz  inkişaf  mərhələsini  başa  çatdırdıqdan  sonra 
torpaqda  puplaşır.  Puplaşma  dövründə  qidalanma  olmur,  yetkin  böcəyə  oxşar  orqanlar  sistemi 
formalaşır  və  yetkin  böcək  əmələ  gəlir.  İlk  dövrlərdə  yetkin  böcəklər  zəif  olur,  3-5  gündən  sonra 
onlar  torpağın  üzərinə  çıxır,  qidalanır  və  aktiv  həyat  tərzi  keçirirlər.  Cinsi  yetişkənlik  20-30 
günədək  davam  edir,  lakin  onların  əksəriyyəti  həmin  il  qışlayaraq  yazda  qışlamadan  çıxdıqdan 
sonra  nəsil  verməyə  başlayırlar.  Yetkin  fərdlərə  nisbətən  sürfələrin  zərər  vermə  dərəcəsi  daha 
yüksəkdir.  Azərbaycanın  əksər  ərazilərində  və  Naxçıvan  MR-in  bütün  rayonlarında  yayılması  qeydə 
alınmışdır. 
 Elathous buyssoni Reitt 
Azərbaycanda  nisbətən  az  yayılan  növdür.  Naxçıvan  MR-in  əsasən  dağətəyi  və  dağlıq 
ərazilərində  yayılmışdır.  Bitki  örtüyü  zəngin  olan  yerlərdə,  əkin  sahələrində,  meşə  zolaqlarında, 
meyvə  bağlarında  rast gəlinir. 
Ərazidə  yetkin  böcəklərə  aprel  ayının  ikinci  yarısında  rast  gəlmək  olur,  aprelin  sonu  və 
mayın  əvvəllərində  kütləvi  sürətdə  müşahidə  olunur.  Qışlamadan  çıxan  böcəklərə  dənli  bitkilərin 
əkin  sahələrində  və  müxtəlif  yabanı  ot bitkiləri  üzərində  çox təsadüf  etmək  olur. 
Ədəbiyyat  məlumatlarına  görə  böcək  polifaq  olmaqla  bir  çox  çiçəkli  bitkilərlə  qidalanmaqla 
meyvə  bağlarında  və  palıd  ağacının  düyməçələrinin  üzərində  də  rast  gəlinir,  yumurtalarını  may 
ayının  ikinci  yarısında  tökməyə  başlayır  [4].  Böcəyin  yumurta  tökmə  məhsuldarlığı  bir  o  qədər  də 
çox  olmur.  Bir  dişi  fərd  orta  hesabla  mövsüm  ərzində  55-100  ədəd  yumurta  qoya  bilir.  Yumurtaların 
inkişafı  havanın  temperaturu  və  torpağın  nəmliyindən  asılı  olaraq  20-36  gün  davam  edir.  Ədəbiyyat 
məlumatlarına  əsasən  torpaqda  nəmlik  15%-dən  az  olarsa  yumurtalar  embirional  inkişafını  davam 
etdirə  bilmir.  Torpağın  nəmliyi  75%-dən artıq  olduqda  yumurtalar  məhv  olurlar  [6]. 
Yumurtalardan  sürfələrin  çıxması  iyul  ayına  təsadüf  edir.  Sürfələr  torpaq  mikroflorası  ilə 
qidalanaraq  4-5  il  torpaqda  inkişaf  edərək  bir  neçə  yaş  dövrü  keçirirlər.  İki-üç  illik  böyük  yaş 
sürfələri  isə  bir  sıra  kənd  təsərrüfatı  bitkilərinin  kök  sisteminə  ciddi  zərər  vurmaqla  onları  zədələyir 
və  məhv  edirlər.  Onlar  dənli  bitkilərin,  tütünün,  kartofun  və  digər  bağ-bostan  bitkilərinin  kök  və 
kök  boğazını  gəmirirlər.  N.Səmədovun  (1963)  məlumatına  görə  Şamaxı-Qobustan  ərazisində  əkin 
sahələrinin  hər  1m
2
-dən  2-4  ədəd  sürfə  qeydə  alınmışdır  [5].    Bütün  bu  məlumatlarına  baxmayaraq, 
növün  biologiyası  və ekologiyası  əsaslı  şəkildə  öyrənilməmişdir.   
Ordubad  şaqqıldağı  - Cardiophorus ordubadensis Ağayev 

- 18 - 
Növ    Naxçıvan  MR-də  düzənlik,  dağətəyi  ərazilərdə  yayılmışdır.  Dağlıq-meşə  zonalarında 
da  təsadüf  olunur.  Açıq  ərazilərdə,  bitki  ilə  zəngin  yerlərdə  və  paxlalı  bitkilərin  üzərində  daha  çox 
müşahidə  olunurlar.  Quru  iqlim  şəraitini  sevir.   
Naxçıvan  MR ərazisində  hər  iki  qurşaqda  yayılmaqla,  yüksək  dinamik  sıxlığa  malikdir. 
Böcək  dənli,  yem  bitkilərinin  üzərində,  texniki  bitkilər,  üzüm,  bağ  və  bostan  bitkiləri 
sahələrində  yayılmaqla  onlara  ciddi  zərər  vurur.  Sürfələri  bitkilərin  kök  sisteminə  zərər  vurur,  bəzi 
hallarda  bitkilərin  kök çürüntüləri  ilə  qidalanır  və yaşayırlar.   
Naxçıvan  MR  ərazisində  yetkin  fərdlərə  aprel  ayının  birinci  yarısında  təsadüf  olunur  və 
avqust    ayınadək  sahələrdə  müşahidə  olunurlar.  Ordubad  şıqqıldağının  daha  çox  müşahidə  olunduğu 
dövr iyun-iyul  aylarıdır.  Yetkin  fərdlər  bir  çox (polifaq)  bitkilərin  yarpaqları  ilə  qidalanırlar.   
Ədəbiyyat  məlumatlarına  əsasən  yetkin  fərdlər  cinsi  orqanlar  yetişdikdən  sonra  cütləşib 
yumurta  tökməyə  başlayırlar  [7].  Dişi  fərdlərin  yumurtaları  4-10  ədəd  olmaqla  topa  şəkilində  
torpağın  2  sm  dərinliyinə  qoyulur.  Orta  hesabla  bir  dişi  fərd  100  ədədədək  yumurta  qoya  bilir. 
Yumurtalar  bir  neçə  təkrarda  tökülür.  Yumurta  tökmədən  sonra  yetkin  fərdlər  zəifləyib  ölürlər. 
Yumurtaların  inkişafı  18
0
C  temperaturda  normal  gedir  və  25-30  günə  başa  çatır.  İlk  sürfələr  iyul 
ayının  sonları  və  avqustun  əvvəllərində  müşahidə  olunurlar.  Sürfələrin  inkişaf  tsikli  2-4  ilə  qədər 
davam  edir.  Sürfələrin  inkişafı  iqlim  şəraitindən  asılı  olaraq  uzana  bilir.    Naxçıvan  şəraitində  inkişaf 
2  ilə  başa  çatır.  Naxçıvan  ərazisində  iqlimin  kontinental  olması  sürfənin  inkişafına  təsir  etməklə, 
həmin  müddəti  2-3  ilə  çatdırır.  Çünki  sürfələr  muxtar  respublika  ərazisidə  həm  qış,  həm  də  yay 
dövründə  diapauza  dövri  keçirdiyindən,  sürfələrin  inkişaf  dinamikası  uzanır.  Sürfələrdən  pupların 
əmələ  gəlməsi  iyul  ayına  təsadüf  edir.  Puplaşma  16
0
C-də  20  gün  davam  edir.  Puplardan  çıxan 
yetkin  fərdlər  gələn  ilin  yazınadək  torpaqda qışlayır. 
B.Ağayev  böcəyin  Naxçıvan  MR-in  Ordubad  ərazisindəki  əkin  sahələri  üçün  daha 
xarakterik  olduğunu  və  müxtəlif  bitkilərlə  qidalandıqlarından  zərərvermə  dərəcəsinin  daha  geniş 
olduğunu  qeyd  edir [3]. 
Drasterius bimaculatus Rossi 
Azərbaycan  ərazisində  geniş  yayılmışdır.  Əsasən  düzənlik  sahələrdə  Naxçıvan  MR-in 
Arazboyu  düzənlik  və  dağətəyi  ərazilərində  daha  çox  təsadüf  olunur.  Kserofit  bitki  örtüyü  olan 
yerlərdə,  bağ-bağçalarda,  bostan-tərəvəz    əkin  sahələrində,  ot  və  kolluqlarda  rast  gəlinməklə 
müxtəlif  bitkilərlə  qidalanırlar. 
Növün  bioloji  və  ekoloji  xüsusiyyətləri  Naxçıvan  MR  ərazisində  ilk  dəfə  tədqiq  olunmuşdur. 
N.H.Səmədov  (1963)  növə  Azərbaycanın  bütün  rayonlarında  rast  gəlindiyini  bildirir.  Müəllifin 
məlumatına  görə  pambıq,  tütün,  günəbaxan,  dənli-paxlalı  bitkilər,  bağ-bostan  və  əkin  yerlərində 
yayılırlar  [5].  Sahələr  suvarıldıqda  əkin  yerlərinin  kənarlarına  çıxırlar.  Böcəklər  may  ayının  sonları 
və  iyunun  əvvəllərində  cütləşmə  və  yumurta    qoymağa  başlayırlar.  Növ  Naxçıvan  MR  ərazisində 
qarğıdalıya  da ciddi  zərər  vurur.    
Oophorus  grisescens  Germ   
Naxçıvan  MR  ərazisində  geniş  yayılmışdır.  Ədəbiyyat  məlumatları  və  aparılan  tədqiqatlara 
əsasən  bu  növün  yetkin  fərdləri  aprel  ayının  sonları  və  mayın  əvvəllərində  sahələrdə  müşahidə 
olunur  [8].  Onlar  qidalandıqdan  sonra  mayın  üçüncü  öngünlüyündə  yumurta  tökmə  prosesi  başlayır. 
Yumurtaların  inkişafı  18-26  gün  davam  edir.  Bunun  üçün  havanın  orta  temperaturu  18-20
0

olduqda  yumurtaların  inkişafı  normal  gedir.  Rütubət  və  temperaturun  kəskin  dəyişməsi 
yumurtaların  inkişafının  uzanmasına  və  ya  məhv  olmalarına  səbəb  olur.  Yumurtalar  torpağın  2-3  sm 
dərinliyinə  qoyulur,  torpaq  nəmliyi  16%-dən  çox  olmalıdır.  Yumurtadan  çıxan  ilkin  sürfələrə  iyun 
ayının  sonları  və  iyulun  əvvəllərində  təsadüf  edilir.  Sürfələrin  torpaqda  şaquli  miqrasiyası  iqlim 
şəraitindən  və    yaşından  asılı  olaraq  dəyişir.  Sürfələr  5-30  sm  dərinliklərə,  hətta  qış  dövrlərində  40-
60  sm-dək  şaquli  istiqamətdə  dərinliklərə  gedə  bilirlər.  Sürfələrin  inkişafı  2-3  ilə  başa  çatır, 
Naxçıvan  MR  ərazisində  isə  3  il  davam  edir.  Bu  dövrdə  onlar  bir  neçə  dəfə  qabıq  dəyişirlər. 
Sürfələrin  puplaşması  iyul-avqust  aylarında  baş  verir.  Puplaşma  3-4  həftə  davam  edir.  Puplardan 
çıxan  yeni  yetkin  böcəklər  torpaqda,  xəzəllərin,  ot  və  kolların  altında  qışlayırlar,  gələn  ilin  aprel-
may  aylarında  qışlamadan  çıxaraq  nəsil  verirlər. 

- 19 - 
Yuxarıda  bioloji  və  ekoloji  xüsusiyyətləri  haqqında  məlumat  verilən  növlərdən  əlavə 
şıqqıldaq  böcəklərin  Naxçıvan  MR  ərazisində  yayılan  bir  çox  növləri  də  vardır  ki,  onları  dərindən 
tədqiq  edib  öyrənməyə  ehtiyac  duyulur.      
 
ƏDƏBİYYAT 
1.
 
Azərbaycanın   heyvanlar   aləmi.  3cilddə,  II cild,  Bakı,  Elm,  2004, 388 s. 
2.
 
Məmmədov  Y.M.  Naxçıvan  MR-nın  şıqqıldaq  (Elateridae)  böcəklərinə  dair  //  Azərb.  Aqrar 
elmi,  2003, №1-3, s.24-28 
3.
 
Агаев  В.И.  Жуки-щелкуны  (Coleoptera,  Elateridae)  Восточного  Загафгазия. Баку, 2005, 324 
с. 
4.
 
Черепанов  А.И.  Жуки-щелкуны  (Coleoptera,  Elateridae)  Западной  Сибири.  Новосибирск:  
Книжное изд-во, 1957, 382 с.  
5.
 
Самедов  Н.Г.  Фауна  и  биология  жуков  вредящих  сельскохозяйственным  культурам  в 
Азербайджане. Баку:  Изд-во Академии Наук  Азерб. ССР, 1963, 383 с.  
6.
 
Агаев  Б.И.  Материалы  к  изучению  жуков-щелкунов  (Coleoptera,  Elateridae)  юго-
восточной части Азербайджана // Учен. Записки АГУ им. С.М.Кирова. Баку, 1971а, №4, с.38-
42 
7.
 
Агаев  Б.И.  К  познанию  фауны  жуков-щелкунов  (Coleoptera,  Elateridae)  и  биоценозах 
малого Кафказа  (в пределах Азерб.ССР) // Тр. ВЭО. Л., Наука,  1981 а, т.63, с.72-73   
8.
 
Гурьева  Е.Л.  Два  новых  вида  жуков-щелкунов  (Coleoptera,  Elateridae)  с  Кафказа  //  Докл 
АН АРМ ССР, 1975, Т.60, №4, с.248-251 
 
ABSTRACT 
 
Habib  Huseynov, Saxavat Bayramov,  Leylabeyim  Seyidova  
Biological  and ecological features of some species of click beetles (Coleoptera, Elateridae)  
 are harming  different  plants  inc  onditions  of Nakhchivan  AR 
           The  species  composition  of  Elateridae  insects  spread  in  the  Nakhchivan  Autonomous 
Republic  has  been  involved  in  the  articles  biological  characteristics  of  some  constant  and  periodic 
pests  causing  agricultural  damages,  distribution  density  in  the  soil  types,  re-distribution  of  the  wire 
worms  according  to  the  seasons,  the  dynamics  of  their  development  and  the  dependence  of  the 
development  on the climate  conditions  have  been  studied. 
 
РЕЗЮМЕ 
 
Габиб Гусейнов, Сахават Байрамов, Лейлабейим Сейидова 
Биологические особенности некоторых видов семейства жуков-щелкунов 
(Coleoptera, Elateride)  вредящих разным растениям в условиях Нахчыванской АР 
В  статье  дано  видовой  состав  жуков-щелкунов  распространенных  на  территории 
Нахчыванской  АР,  биологические  особенности  некоторых  постоянных  и  периодических 
видов  вредителей,  плотность  распределения  этих  видов  в  разных  типах  почв,  сезонная 
распределение  проволочников,  а  также  изучена  динамика  их  развития  в  зависимости  от 
климатических  условий.  
 
 
 
NDU-nun  Elmi  Şurasının  28  aprel  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 09) 
         Məqaləni  çapa təqdim  etdi:  Biologiya  üzrə elmlər doktoru  E.Məmmədov
 
 
 
 

- 20 - 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 3 (68) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 3 (68) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 3 (68) 
 
                                        YAVƏR  MƏMMƏDOV  
                                          Azərbaycan Dövlət Pedaqoji Universiteti 
                                          ƏLİ TAHİROV   
Naxçıvan Dövlət Universiteti 
ali.tahirov@mail.ru
 
AYNURƏ  MƏMMƏDOVA 
Bakı şəhəri Xəzər rayonu 218 saylı   
tam orta məktəbin biologiya müəllimi 
UOT:  574 
NAXÇIVAN  MUXTAR RESPUBLİKASI  ƏRAZİSİNDƏ 
ENTOMOFAUNANIN  TƏDQİQİNƏ DAİR 
 
   
Məqalədə Naxçıvan Muxtar Respublikası ərazisində aparılan entomoloji tədqiqatların tarixi 
araşdırılır.    Müəyyən  edilmişdir  ki,  entomoloji  tədqiqatlar  elmi  şəkildə  XIX  əsrin ikinci yarısından 
başlayaraq  aparılmış,    XX  əsrin  ikinci  yarısından  Azərbaycan alimləri tərəfindən davam etdirilmiş 
və  əsasən  faunistik,  xeyirli  və  zərərli  həşəratların  öyrənilməsi  istiqamətində  aparılmışdır.  Ərazidə 
yayılan həşəratların növ müxtəlifliyi və endemik növlər müəyyən edilmişdir. 
 
 
Açar  sözlər: həşərat, böcək, entomofauna, entomofaq ,ərazi, Naxçıvan 
 
Key words:  insect, bug, entomofauna, entomofag, territory, Nakhchivan 
 
Ключевые  слова:  насекомые,  жук,  энтомофауна,  энтомофаг,  территория, 
Нахчыван. 
 
   
 Naxçıvan  Muxtar  Respublikası  fauna  etibarı  ilə  Azərbaycanın  ən  zəngin  inzibati  ərazisi 
hesab olunur.  Həşəratlar  aləminin  müxtəlifliyi  və çoxluğuna  görə  xüsusilə  fərqlənir. 
    
Muxtar  respublikanın  heyvanlar  aləmi  elmi  şəkildə  əsasən  XIX  əsrin  ikinci  yarısından 
tədqiq  olunmağa  başlamışdır.  İngilis,  alman,  rus  alimlərinin  tədqiqatları  XX  əsrin  ortalarınadək 
dövrü    olaraq  davam  etdirilmişdir.  XX  əsrin  ortalarından  bu  günədək    Azərbaycan  alimləri 
tərəfindən  entomoloji  tədqiqatlar  fundamental  şəkildə  aparılmışdır.  Tədqiqat  işləri  bir  çox 
istiqamətlərdə  elmi-faunistik  və  təsərrüfat  əhəmiyyətinə   malik  olmuşdur.   
    
Naxçıvan  MR  ərazisində  ilk  dəfə  E.  Menetriye  (E.Menetries,  1859)  bir  sıra  böcəklərin, 
əsasən  ,  kəpənəklərin  öyrənilməsi  üzrə  tədqiqat  işləri  aparmışdır.  Bundan  sonra  U.Yerson  ,  A.  Flid, 
(1870) , İ.Lederev  (1870,1872), N.Xristof  (1874,1877,1886) 
J.Hedemann  (1869)  müvafiq  illərdə  Naxçıvan  ərazisindən  entomoloji  materiallar  toplamağa 
müvəffəq  olmuşdular. 
   
Q.Radde  (1879)  tərəfindən  bu  əraziyə  ekspedisiya  təşkil  olunmaqla,  həşəratların  toplanması 
və onların  üzərində  tədqiqat  işlərinin  aparılmasına  nail  olunmuşdur. 
    
 Muxtar  respublikada  yayılan  kəpənəklərin  ilk  sistematikası  1901-ci  ildə  O.Ştaudinqerinvə 
H. Rebelin  hazırlamış  və yeni  növlərin  ilk  təsvirini  vermişlər. 
     
Y.E.Miller  1911-ci  ildə  Ordubad  ərazisində  kəpənəklərin  növ  tərkibini  öyrənməklə, 
Naxçıvan  MR ərazisində  117 növ  kəpənəyin  yayıldığını  aşkar etmişdir. 
     
İ.V.  Vasilyev  və  Z.S.  Rodinov  1926-cı  ildə  Naxçıvanda  yayılan  zərərli  sovkalar  haqqında  
təsviri  məlumat  vermişdir. 
     
Naxçıvan  MR  də  kəpənəklərin  öyrənilməsinə  dair  ətraflı  tədqiqat  işləri  aparan  müəlliflərdən 
biri  də  M.A.  Ryabov  (1931-1937)  olmuşdur.  O,  Naxçıvan  ərazisindən,  əsasən  Qapıcıq  yaylasından 
nadir  növlü  kəpənəklər  toplayaraq  həmin  materialların  bir  hissəsini  fransız  entomoloqu  X.Bursenə  
(1936-1944)  göndərmişdir.  Busen  Naxçıvan  üçün  23  növ  və  yarımnöv  sovka  haqqında  məlumat 
vermişdir.  Bunlardan  9 növ  və 5 yarımnöv  elm  üçün  ilk  dəfə təsvir  edilmişdir.   

- 21 - 
     
1933-cü  ildə  D.V.  Znaykonun  rəhbərliyi  altında,  Zoologiya  İnstitutunun  əməkdaşlarından 
ibarət  ekspedisiya  təşkil  olunmuşdur.  Tədqiqat  nəticəsində  Naxçıvan  Muxtar  Respublika  ərazisində 
67  növ  düzqanadlı  (Orthoptera)  müəyyən  edilmişdir  ki,  onlardan  4  növü  elm  üçün  yenidir.  Eyni 
zamanda  4  növ  qulağagirən  (Dermoptera),  bir  növ  elm  üçün  yeni  olmaqla,  3  növ  tarakan, 
(Blattodela), 4 növ  dəvədəlləyi   (Mantodae) göstərilmişdir.   
     
Həmin  ildə  Naxçıvan  ekspedisiyası  zamanı  A.V.  Boqaçev  tərəfindən  dozanqurd  
(Tenebrionidae)  və lövhəbığ  (Scarobaeidae)  böcəklər  fəsiləsindən  125 növü  qeydə  almışdır. 
     
Yarımsərtqanadlılar 
 
dəstəsinə 
aid 
materiallar 
A.N.Kriçenko 
(1938) 
tərəfindən 
dəqiqləşdirilmiş  və  bu  dəstənin  362  növünün  Naxçıvan  MR-də  yayıldığı  göstərilmişdir. 
 
A.V.Boqaçev  və  N.H.Səmədov  (1940-1949)  illərdə  dövrü  olaraq  göyünlər  üzrə  materiallar 
toplamaqla,  onlar  Naxçıvanda  38  növ  qansoran  göyünün  yayıldığını  göstərmişlər  ki,  bunların  10 
endemik,  5 isə  elm  üçün  yeni  idi.   
 
 
R.Əfəndi  1950-ci  ildən  etibarən  Naxçıvan  ərazisində  müntəzəm  olaraq  tədqiqat  işləri 
aparmaqla  28  fəsiləyə  mənsub  olan  404  kəpənək  növü  qeydə  almışdır  ki,  bu  da  Azərbaycan 
kəpənək  faunasının  81.8  %  faizini  təşkil  edir.  Müəllif  müəyyən  etmişdir  ki,  16  kəpənək  növü  yalnız 
Naxçıvan  ərazisinə  məxsusdur.   
S.T.Məmmədov  (1955-1960),  bu  ərazidə  qarğıdalı  zərər  vericilərini  öyrənməklə,  106  növ 
həşərat  qeyd  etmiş  və  onlardan  62-nin  nisbətən  zərərli  olduğunu  bildirmişdir.    N.C.Vəzirov  (1952, 
1960,  1963)  tərəfindən  Naxçıvan  MR-ın    mənənələr  faunası  öyrənilməklə,  152  mənənə  növü  aşkar 
etmişdir  ki,  onlardan  52 meyvə  və giləmeyvələrin  zərərvericisi  hesab olunur. 
    
 G.Ə.Quliyev  Naxçıvan  MR-də  kənd  təsərrüfatı  bitkilərinə  zərər  verən  mənənələrin  parazit 
və yırtıcıları  üzrə  tədqiqat  işləri  aparmaqla  30-dan artıq  növ  müəyyən  etmişdir.   
    
Ə.Ə.Cəfərov  (1952-1964)  Naxçıvan  ərazisində  taxıllara  zərər  verən  37  növ  həşərat  müəyyən 
etməklə  onlardan  5 növünün  daha qorxulu  olduğunu  göstərmişdir. 
N.H.  Səmədov  (1963)  ədəbiyyat  məlumatları  və  özünün  topladığı  materiallara  əsasən 
Naxçıvanda  2250 böcək növünün  yayıldığını  , onlardan  12 növünün  endemik  olmasını  göstərmişdir. 
     
Sonrakı  illərdə  C.A.  Hidayətov  1966-1968-ci  illərdə  Naxçıvan  Muxtar  Respublikasına 
keçirdiyi  ekspedisiya  zamanı  əlavə  olaraq  118  növ  taxtabitini  qeydə  almaqla  bu  ərazidə  480 
taxtabiti  növünün  yayıldığını  və onlardan  7-nin  Naxçıvan  üçün  endemik  olduğunu  göstərmişdir. 
    
Naxçıvan  MR-də qansoran  nəm  milçəkləri  (Diptera, Heleidae)  Ş.M.Cəfərov  və  
T.P.Xudaverdiyev  tərəfindən  öyrənilmiş  və  42  növ  qeydə  alınmışdır.  Müəlliflər  12  mığmığa  növü 
haqqında   da məlumat  vermişdilər. 
    
  A.M.  Mehdiyev  (1967)  Azərbaycan  üçün  mövcud  olan  46  parabüzən  növünün  39-un 
Naxçıvanda  yayıldığını  qeyd edir  və 10 növünün  daha xeyirli  olduğunu  göstərir. 
Z.M.Məmmədov  (1969)  Ordubad  bağlarında  76  həşərat  növü  tapmışdır  ki,  bunların  60  fauna 
üçün  ilk  dəfə  göstərilir. 
 A.Ə.Abdinbəyova  (1970)    Naxçıvan  Muxtar  Respublikası  rayonları  üzrə  86  növ  minici 
tapmışdır  ki,  bunlardan  8 növü  elm  üçün  yeni  təsvir  edilmişdir. 
    
B.Ağayev  (1972-1978)  Azərbaycanda  142  növ  şıqqıldaq  böcəyindən  7  növünün  Naxçıvanda 
yayıldığını  göstərir. 
    
Y.M.Məmmədov  (1989-1994)    Naxçıvan  MR-də  dənli  bitkilərin  sərtqanadlılar  (Coleoptera
faunasını  tədqiq  etməklə  85  növ  müəyyən  etmişdir  ki,  onlardan  37  növü  bu  aqrosenoz  üçün  yeni 
olmuşdur. 
    
Y.M.Cəfərov 
(1990-1994) 
Naxçıvan 
MR-də 
alma 
meyvəyeyəninin 
zərərvermə 
xüsüsiyətlərinin  proqnozlaşdırılması  mövzusunda  tədqiqat  işi  aparmışdır.   
M.M.Seiydov  (2001)  Naxçıvan  MR-də  biokimyəvi,  ekofizioloji  və  təsərrüfat  əlamətlərinə 
əsasən  respublikanın  ərazisində  eyni  genotipik  xüsusiyyətə  malik  Sarı  Qafqaz  arı  cinsinin  Naxçıvan 
populyasiyasının  (Apis  mellifera  caucascja  flova  populatio  Nachitshevanica)  yayıldığını    müəyyən 
edilmişdir.  O,  Naxçıvan  MR  ərazisində  arı  ailələrini  vaxtında  köçürməklə  yüksək  bal  məhsuldarlığına 
malik  potensial  fizioloji  qabiliyyətli  arıların  yetişdirildiyini  bildirir.   
    
Ə.S.Tahirov  2000-2006-cı  illərdə  Naxçıvan  MR-də  erkən  yazda  bal  arısı  (Apis  mellifera  L.
ailəsində  arıların  yetişdirilməsi  və  paket  arıçılığının  inkişafına  dair  tədqiqat  işləri  apararaq, 

- 22 - 
arıçılıqda  damazlıq-selleksiya  işləri  və  paket  arıçılığın  inkişaf  etdirilməsinin  elmi  əsaslarını 
verməklə,  istehsalatda  tədbiqinə  nail  olmuşdur. 
E.S.Əsədov  (2007)  Naxçıvan  MR-də  bal  arısının  (Aris  mellifera  L.)  bioekoloji 
xüsusiyyətləri,  təbii-coğrafi  şəraitdən  asılı  olaraq  arı  vərəmumunun  toplanması  və  fiziki-biokimyəvi 
xassələrini  öyrənmişdir.  O,  Naxçıvan  MR-də  yayılmış  Sarı  Qafqaz  arı  cinsinin  Naxçıvan 
populyasiyasının  morfoloji  əlamətlərinin  eksteryer  göstəriciləri  arıxananın  yerləşdiyi    fiziki-coğrafi 
şərait  və  bitki  örtüyündən  asılı  olaraq  dəyişikliyə  məruz  qaldığını,  mövsümlə  əlaqədar  olaraq  yayda 
yetişdirilən  arıların  morfoloji  əlamətlərinin  eksteryer  göstəriciləri  yaz  və  payız  fəsillərində  yetişdirilmiş 
arılarla  müqayisədə  yüksək olduğunu  göstərmişdir. 
    
M.M.Məhərrəmov  2004-2008-ci  illərdə  Naxçıvan  MR-nın  ərazisində  7  fəsilə,  53  cinsə 
mənsub  335  növ  arıkimi  aşkar  etmişdir.  Onlardan  146  növ  Naxçıvan  MR  ərazisi  üçün  ilk  dəfə 
göstərilmişdir. 
    
A.Q.Qasımov  (2004-2008)  Naxçıvan  MR-də  çəyirdəkli  meyvə  ağaclarına  zərər  verən  59 
növ  aşkar etmişdir  ki,  onlardan  25 növü  ərazi  üçün  ilk  dəfə qeyd  edilmişdir. 
    
Naxçıvan  MR ərazisində  aparılan  tədqiqat  işləri  elmi-praktik  və təsərrüfat  nöqteyi 
nəzərindən  böyük  əhəmiyyət  kəsb etmişdir.   
    
Bütövlükdə  göstərilənlərlə  bərabər,  bu  gün  də  Naxçıvan  MR  ərazisində  müxtəlif 
istiqamətlərdə  entomoloji  tədqiqatlar  aparılmaqdadır. 
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin