3. Bioresurslardan istifadənin sosial-coğrafi və ekoloji problemləri
Respublikanın ərazisi zəngin bioresurslara malikdir. Burada 4100-dən çox
bitki, 20 mindən çox fauna növləri cəmləşmişdir ki, bunun da 9%-i qonşu ölkələrdə
rast gəlinmir. Xəzər dənizinin dibindən Bazardüzü zirvəsinədək bir ərazidə yayılan
fauna və flora nümunələri olduqca rəngarəngliyi ilə fərqlənir. Talış dağlarının
yamaclarında relikt Hirkan meşələrində nadir dəmirağacı, şabalıdyarpaq palıd,
- 100 -
Qabırrı çayı sahilində Eldar şamı, Qızılağac qoruğunda Xəzər şanagülləsi kimi nadir
bitkilər yayılmışdır. Fauna növlərinin rəngarəngliyi də nəzərəçarpacaq dərəcədədir.
Belə ki, burada 100 növ canlı və məməli, 357 növ quş, 100-ə qədər balıq, 360
xərçəngkimilər, 1250 növ yosun, 563 mamır, 774 şibyə, 5000-ə qədər göbələk növü
yayılmışdır. Ayrı-ayrı təbii iqtisadi rayonların fauna və flora nümunələri arasında
oxşar və fərqli nümunələrinin olması, təbii ki, iqlim – relyef müxtəlifliyi ilə bağlıdır.
Belə ki, Abşeron iqtisadi rayonunda bitki və torpaq örtüyünün formalaşmasında
ərazsinin iqlim şəraitinin uyğun şəkildə zonallıq üzrə dəyişməsi müşahidə olunur.
Burada yarımsəhra, quruçöl, efemer bitki örtüyü, dağətəyi və orta dağlıq ərazilərdə
çöl, meşə-çöl və meşə zolağı yaranmışdır. Bir çox tərəvəz bitkilərinin açıq şəraitdə
inkişafı üçün real aqroiqlim şəraiti vardır. Rayonda dənli, paxlalı bitkilərin, müxtəlif
tərəvəz və çoxillik əkmələrin yetişdirilməsi mümkündür. Əsasən quru subtropik
bitkiçilik, meyvə-tərəvəz və bostan bitkiləri, o cümlədən zeytun, zəfəran, badam,
püstə, ağ şam, qara şam, sarıgilər kimi meyvəçilik inkişaf etmişdir.
Gəncə-Qazax iqtisadi rayonunun iqlim şəraitinin müxtəlifliyi fauna və flora
nümunələrinin də müxtəlifliyinə səbəb olmuşdur. Rayonun torpaq ehtiyatları yüksək
dərəcədə mənimsənildiyindən təbii bitki örtüyü məhdud şəkildə qorunub
saxlanılmışdır. Buna baxmayaraq bitki örtüyü olduqca müxtəlifdir. Yarımsəhra və
quru çöl bitkiləri üstünlük təşkil edir. Dağlıq və dağətəyi ərazilərdə meşə, meşə-çöl
landşaftı yayılmışdır. Düzənlik ərazilər taxılkimilər fəsiləsinə mənsub bitkilərdən
ibarətdir. Ceyrançöl qış otlağı geniş ərazini əhatə edir, əsasən efemer bitkilər üstünlük
təşkil edir. Dağətəyi düzənliyin yuxarı sərhəddində və orta dağlıq qurşaqda bozqır
bitki örtüyü əsasən çoxillik yabanı taxıl bitkilərindən ibarətdir. Bu ot örtüyü sıx olub,
yüksək məhsuldarlığı ilə fərqlənir. Düzən ərazilərin bəzi yerlərində tala şəklində
şoran və bataqlıq bitkilərinə də rast gəlinir. Kiçik Qafqaz antropogen təsirlərə daha
çox məruz qalmış, fauna və floraya ciddi ziyan vurulmuş, kiçik sahələrdə palıd və
fısdıq ağaclarından ibarət meşəlik qalmışdır. Bir çox meşəsizləşmiş ərazilərdə təbii
meşə örtüyünün yerində bozqır və kserofilmeşə-kolluqlar formalaşmışdır. Maldarlıq
və əkinçiliyin inkişaf etməsi nəticəsində meşə örtüyü pozulmuş, subalp meşə örtüyü
- 101 -
tamamilə sıradan çıxmış, onu dağ çəmənləri, meşə-kolluqlar, çılpaq sahələr əvəz
etmişdir. Bununla əlaqədar regionda meşə ilə örtülü sahələrin faizi xüsusilə son 15-20
ildə əsaslı şəkildə aşağı düşmüşdür. Kür çayı boyu tuqay meşələrinə az-az rast
gəlinir. Bu meşələr yulğun kolları, söyüdlük, qamışlıq və bataqlıq bitkiləri ilə əvəz
olunmuşdur.
Şəki-Zaqatala iqtisadi rayonunda relyef və iqlim şəraitindən asılı olaraq
müxtəlif bitki örtüyü formalaşmışdır. Alazan-Həftəran vadisinin cənubunda yerləşən
Acınohur bozqır ön dağlığı quru çöl və yarımsəhra bitkiləri, kserofit kolluqlar
yayılmışdır. Qax və Şəki rayonları ərazisini əhatə edən Acınohur çölü qış otlaqları
kimi istifadə olunur. Alazan-Həftəran vadisinin bitki örtüyü kol və çəmən
bitkilərindən təşkil olunmuşdur. Meşələrdə cır yabanı bitkilər yetişir. Vadinin ərazisi
kənd təsərrüfatında istifadə olunduğundan təbii bitki örtüyü zəif inkişaf etmişdir.
Vaxtıilə vadidə geniş yayılmış və keçilməz aran meşələri zaman keçdikcə antropogen
təsirlərə məruz qalmış, ağaclar qırılaraq kənd təsərrüfatına cəlb edilmişdir. Böyük
Qafqazın bu hissəsinin dağ yamaclarında enliyarpaq meşələr yayılmışdır. Dəniz
səviyyəsindən 500–1000-ə qədər yüksəklikdə aşağı meşə qurşağı yerləşir.
Seyrəkağaclı meşələrə antropogen təsir böyükdür və burada vələs, palıd ağacları ilə
yanaşı kol bitkiləri, yemişan, əzgil, qaramurdarça, zoğal, alça, fındıq və s.
yayılmışdır. Orta dağlıq qurşaqda kollar azalır, fıstıq ağacının xüsusi çəkisi artır,
Qafqaz vələsi və cökə ağaclarının bəzi növlərinə rast gəlinir. 1700-2400 metr
yüksəkliklərdə yuxarı dağ meşələri formalaşmışdır. Bu meşəliklər seyrək, alçaq boylu
və ot örtüyünün yaxşı inkişaf etməsi ilə seçilir. Cənub yamaclarda palıd, şimal
yamaclarda isə palıd-fısdıq qarışığı olan meşələr yayılmışdır. Dağ meşələrində böyük
təsərrüfat əhəmiyyəti olan ağac növləri ilə yanaşı alma, armud, qoz, fındıq, şabalıd,
zoğal, əzgil, alça, yemişan və s. yabanı meyvə ağacları da geniş yayılmışdır. Yüksək
dağlıq ərazilər alp və subalp çəmənliklərdən ibarətdir. Subalp çəmənlikləri növ etibarı
ilə zəngin, hündürboylu və əsasən çoxillik bitkilərdən ibarətdir. Bu qurşağın nəmli
şimal yamaclarında müəyyən sahələrdə həmişəyaşıl Qafqaz rododondronuna rast
gəlinir. Bitki növləri başlıca olaraq hündürboylu yabanı taxıl və otlaqlardan ibarət
- 102 -
subalp çəmənlikləri 2500-2600 m yüksəklikdə əsl alp bitkiləri ilə əvəz olunur. Alp
çəmənlikləri qoyun sürüləri üçün ən qiymətli və yararlı otlaq hesab olunur. Lakin
məlum səbəblərə görə bu zonada yay otlağı kimi işğal olunmuş ərazilərə məxsus
qoyun sürülərinin də bura cəlb olunması ilbəil vəziyyətin gərginləşməsinə, otlaq
sahələrin eroziyaya uğramasına, məhsuldarlığın aşağı düşməsinə səbəb olmuşdur.
Lənkəran rayonu ərazisinin bitki örtüyündəki özünəməxsus zəngin
biomüxtəliflik diqqəti cəlb edir. Dağlıq ərazilərin meşə örtüyü üstünlük təşkil edir.
Son yarım əsr ərzində güclü antropogen təsirlərə məruz qalan meşə örtüyü dağlıq və
dağətəyi hissədə qırılaraq kənd təsərrüfatı bitkiləri əkininə cəlb olunmuşdur. Meşə ilə
örtülü digər ərazilər yerli əhali tərəfindən müxtəlif məqsədlər üçün istifadə
olunduğundan xeyli seyrəlmişdir. Yarımsəhra bitkiləri ilə örtülmüş şimal hissədə,
xüsusilə də Masallı və Cəlilabad rayonları ərazisində, orta dağlıq və dağətəyi
ərazilərdə vaxtilə geniş meşə örtüyü olmuşdur. Ərazinin cənubunda, Lənkəran və
Astara rayonları ərazisində üçüncü dövrün Hirkan tipli meşələri xeyli əraziləri əhatə
etmişdir. Hazırda bu meşə az bir sahədə saxlanılmış və milli parka çevrilmişdir.
Alçaq və orta dağlıq ərazilərdə də meşə örtüyü az miqdarda saxlanılmışdır. Meşəsiz
sahələrin çox hissəsi alçaq boylu kolluqlarla əvəz olunmuşdur. Subtropik zonanın
meşələri, şabalıdyarpaq palıd, dəmirağacı, vələs, fısdıq, qismən azat, qafqaz xurması,
məxməri ağcaqayın, güləbrişim, çökə, zoğal, alça, dəmirqara, yemişan, itburnu
kollarından ibatrədir. Dağətəyi və dənizsahili düzənliklər bozqır, yarımsəhra və
bataqlıq bitki qruplarının yayılma zənginliyi ilə fərqlənir.
Quba-Xaçmaz iqtisadi rayonunun bitki və heyvanat aləmi çox müxtəlifdir və
şaquli zonallıq daha aydın nəzərə çarpır. Yüksək dağlıq ərazilər qayalıq, subalp və
alp çəmən və bəzi ərazilərdə və bozqır çəmən bitkiləri formalaşmışdır. Orta dağlıq və
qismən də alçaq dağlıq ərazilərdə enliyarpaq meşələr yayılmışdır. Bu meşələrdə
palıd, fısdıq, vələs və digər ağac növləri üstünlük təşkil edir. Bir qədər aşağı qurşaqda
bozqır-ot bitkiləri, seyrək meşə və kserofil meşə-kolluqlar yayılmışdır. Maili Qusar
düzənliyində bozqır bitkilər üstünlük təşkil edir. Burada yarımsəhra bitkilərlə yanaşı
yabanı taxıl fəsiləsinə mənsub bitki növləri də geniş yayılmışdır. Dənizsahili
- 103 -
düzənlikdə əsasən şoran və qum bitkiləri, qismən isə yarımsəhra və bataqlıq bitkiləri
seyrək örtük əmələ gətirmişdir.
Nabran-Yalama istiqamətində düzənlik meşə zolağı formalaşmışdır ki,
dənizsahili mövqeyi, əsrarəngiz iqliməmələgətirici funksiyası buranı iri rekreasiya
bölgəsinə çevrilmişdir.
Aran iqtisadi rayonunun flora və faunası özünəməxsusluğu ilə seçilir. Rayon
torpaqlarının əmələ gəlməsində fəal iştirak edən yovşanlıq-şoranlı, şoranlı-kəvənli
yarımsəhra bitkiəri, kənar dağətəyi ərazilərdə quru çöl bitkiləri üstünlük təşkil edir.
Kür və Araz su qovşağından şərqə doğru efemerli-şorangəli səhra bitki qrupları da
geniş yayılmışdır. Burada qaraşoran və sarıbaşın üstünlük təşkil etdiyi nəm şoran
səhra bitkilərinə də rast gəlinir. Akkumlyativ dənizsahili ərazilərdə ləkələr şəklində
düzən çəmən bitki örtüyü, qamışlıq, çilli qamışlıq, kalışlı-qamışlıq, cil bataqlığı və
müxtəlif otlu bataqlıqlar mövcuddur. Kür və Araz çaylarının subasarında aran palıdı,
qovaq, söyüd, iydə, yulğun, çaytikanı, yabanı nar, itburnu və digər meşə, meşə-kol
ağac növlərindən təşkil olunmuş kiçik talalar şəklində tuqay meşələri yayılmışdır.
Qarabağ düzündə saqqızağacı, aran palıdı, qarağac və başqa ağac və kol növlərinə
rast gəlinir.
Yuxarı Qarabağ iqtisadi rayonunda bitki örtüyü şaquli zonallığı əks etdirir.
Düzənlik ərazilərdə quraqlığa davamlı yovşan, yovşanlı şoranotu yarımsəhra,
dağətəyi düzənlikdə daşdağan, şibyə, yovşanalı – daraqotlu, quru çöl və yarımçöl,
dağ yamaclarında isə kserofit kolluqlar, enliyarpaq meşələr formalaşmışdır. Orta və
yüksək dağlıq ərazilərdə alp və subalp çəmənliklərində yay otlaqları mühüm
təsərrüfat əhəmiyyətlidir. Ərazilər işğal altında olduğundan meşələr qırılmaqda
davam edir və onun bərpa edilməsinə xeyli vaxt tələb olunacaqdır.
Dağlıq Şirvan iqtisadi rayonunun flora və fauna nümunələri digər dağlıq
ərazilərdə olduğu kimi şaquli zonallığı özündə aydın təcəssüm etdirir. Belə ki,
dağətəyi düzənlikdə yovşanlı və yovşanlı – şoranlı yarımsəhra bitkiləri, dağlıq
ərazilərdə meşə, meşə-kol kserofit, bozqır otlar, yüksək dağlıq zonada subalp, alp
çəmənləri, daha yüksəkliklərdə çılpaq, qayalıq və ovuntu bitkiliyi üstünlük təşkil edir.
- 104 -
Ərazinin cənub-şərq hissəsində dağ-kserofit bitkiliyi, alçaq boylu tikanlı
kserofit kolluq; ağot, topallı – müxtəlif otlu və xırda kollu bozqırlarla yanaşı,
yovşanlı – şoranlı şorakətli yarımsəhra bitkiləri ilə əvəz olunur. Palıd və vələs
meşələri ilə yanaşı, mezofil fıstıq meşələri də geniş yayılmışdır.
Kəlbəcər – Qubadlı iqtisadi rayonu ərazisində bitki örtüyü mərkəzi və şimal
hissədə enliyarpaqlı meşələr, yüksək dağlıqda alp və subalp çəmənlikləri, orta
dağlıqda bozqır ot bitkiləri, alçaq dağlıq ərazilərdə quru çöl, kserofit kolluqlar və
seyrək meşəli bozqır sahələr geniş yayılmışdır. Respublikanın əsas yay otlaqları olan
bu bölgə işğal altında olduğundan fauna və flora ehtiyatları ciddi pozulmalara səbəb
olmuşdur.
Naxçıvan iqtisadi rayonunu kontinental iqlim şəraiti müvafiq fauna və flora
nümunələrinin formalaşmasına səbəb olmuşdur və əsasən də kserofit bitkilər geniş
yayılmışdır. Orta dağlıq ərazilərdə kiçik sahələrdə palıd, göyrüş, yemişan, ağcaqayın,
ardıc və sair ağac və müxtəlif kol bitkiləri yayılmışdır. Yüksək dağlıq ərazilərdə dağ
bozqır ot bitkiləri ilə yanaşı alp və subalp çəmən ot örtüyü də vardır.
Respublikamızın zəngin bioresurslarının qorunması və gələcək nəslə çatdırılması
sahəsində ciddi tədbirlərin görülməsini tələb edir. Bildiyimiz kimi, respublika
ərazisinin cəmi 11%-ə qədəri meşə ilə örtülüdür. Onun Kiçik Qafqaz hissəsi erməni
təcavüzünə məruz qalmış, talan edilmiş, böhran vəziyyətindədir. Digər regionlarda
qalan hissənin qorunması olduqca labüddür, çünki bu meşələr ilk növbədə iqlimin
tənzimlənməsində, torpaq, su qoruyucu funksiyası ilə yanaşı zəngin heyvanat
aləminin də qorunmasını həyata keçirir. Onların yerli əhali tərəfindən kor-koranə
oduncaq kimi istifadə etməsinin qarşısını almaq, tuqay meşələrini bərpa etmək,
sanitar rolunu oynayan şəhərətrafı yaşıl zonanın artırılmasına nail olmaq, küçə və
parkların genişləndirilməsini təmin etmək olduqca vacibdir.
Ölkəmizin çayları, gölləri, xüsusilə də Xəzər dənizi müxtəlif fauna nümunələri
ilə zəngindir. Onun balıq ehtiyatı sənaye əhəmiyyətlidir. Belə ki, Xəzər dünya nərə
balıq ehtiyatının 70-80%-nə malikdir. Xəzər ətrafı rayonlarda, xüsusilə, Şabran, Bakı,
Lənkəran, Neftçala və digər məntəqələrdə balıq ovu, emalı müəssisələri fəaliyyət
- 105 -
göstərir. Kür və Araz çaylarının sahil zonalarında, müxtəlif göllərdə balıqçılıq
təsərrüfatları yayılmışdır.
Xəzər dənizində nərəkimilərin ehtiyatının qiymətləndirilməsi, balıq ehtiyatının
artırılmasının, eyni zamanda daxili su hövzələrində balıq ehtiyatlarının çoxaldılması
və yetişdirilməsi qayğısını artırmaq bu gün prioritet sahələrdən biridir. Fauna və flora
nümunələrinin qorunması, nəsli kəsilməkdə olanların ciddi mühafizəsini təşkil etmək
vacibdir. Bunun üçün xüsusi mühafizə olunan təbii ərazilərin sahəsini
genişləndirmək, onların elmi-tədqiqat işləri üçün istifadəsini genişləndirmək
məqsədəuyğundur.
- 106 -
Ə D Ə B İ Y Y A T
1. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”. Bakı. 2004.
2. Azərbaycan Respublikasında kurortların 2007-2017-ci illərdə inkişafının
sürətləndirilmsi tədbirləri haqqında. Bakı.2007.
3. Azərbaycanın regionları. Bakı. DSK. 2001-2007.
4. Azərbaycanın statistik göstəriciləri. DSK. 2009.
5. Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair
Dövlət Proqramı, Bakı, 2010.
6. N.Ə.Paşayev, N.H.Əyyubov, Z.N.Eminov, Azərbaycan Respublikasının
iqtisadi, sosial və siyasi coğrafiyası, Bakı, 2010.
7. Babayeva N. Ekologiya və müasir hidrosfer. Bakı. 2007.
8. Bayramov A.A. Ətraf mühitin, təbii ehtiyatların öyrənilməsində aerokosmik
üsullar, Bakı, 2006
9. Quliyev T. Təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin iqtisadiyyatı.
Bakı, 2008.
10. Qurbanzadə A.A. Ekologiya: sosial və iqtisadi əsasları. Bakı, 2010.
11. Sadıqov A., Xəlilov İ. Ekologiya və ətraf mühitin mühafizəsi. Bakı, 2009.
12. Mahmudov N.İ. Azərbaycanın mineral xammal sərvətləri və ətraf mühit.
Bakı. 2000.
13. Q.Ş.Məmmədov, Azərbaycanın torpaq ehtiyatlarından səmərəli istifadənin
sosial-iqtisadi və ekoloji əsasları, Bakı, 2007.
14. R.M.Məmmədov, Azərbaycanda landşaft planlaşdırılması, Bakı, 2009.
15. R.M.Məmmədov,
Гидрометеорологическая
изменчивость
и
экогеографические проблемы Каспийского моря. Баку, 2007.
16. В.П.Максаковский, Географическая картина мира. Москва. 2009.
17. M.X.Məmmədov. Dünya təsərrüfatının coğrafiyası, Bakı, 2011.
18. Q.Ş.Məmmədov, Azərbaycanın torpaq ehtiyatları, Bakı, 2002.
- 107 -
19. Dərgahov V.S. Azərbaycanın Xəzərsahili bölgələrinin rekreasiya turizm
ehtiyatları. Bakı.2003
20. N.Ə.Nəbiyev, N.A.Vəliyev, Təbii sərvətlər və ekoloji mühit. Bakı, 1987.
21. Nadirov A.A. Müstəqil Azərbaycan iqtisadiyyatının inkişaf məsələləri, Bakı,
2001.
22. Nəbiyev N.Ə. İqtisadiyyat, cəmiyyət və ekoloji mühit, Bakı, 2000.
23. Göyçaylı Ş, Mikayılov H., Xəlilov A., Abdullayev R., Ətraf mühiti mühafizə
və təbii sərvətlərdən səmərəli istifadə. Bakı. 1996.
24. Göyçaylı Ş. Coğrafiya və coğrafi ekologiyanın problemləri. Bakı, 2004.
25. Ələkbərov A.N. Sənaye istehsalında təkrar xammal ehtiyatlarından səmərəli
istifadə edilməsi və ətraf mühitin mühafizəsi. Bakı, 1991.
26. Müseyibov M.A. Azərbaycanın fiziki coğrafiyası, Bakı, 1998.
27. V.Ə.Əfəndiyev və b. “Azərbaycanın iqtisadi və sosial coğrafiyası”,
Bakı.2010.
28. Kərimov R.N., Süleymanov T.Q. Təbiətdən istifadənin iqtisadiyyatı. Bakı,
1999.
29. Yusifov E.F., Təhməzov B.H. Ətraf mühit, iqtisadiyyat, Bakı, 2004.
30. İsmayılov T. Azərbaycanda təbiətdən istifadə və ekoloji problemlər. Bakı.
2009.
31. Zərbəliyev M.S., Musayev Z.S., Məmmədov K.M. Azərbaycanda su
ehtiyatlarının inteqrasiyalı istifadə olunması. Bakı, 2009.
32. Xəlilov T. Ekologiya və ətraf mühiti mühafizənin əsasları. Bakı, 2009.
33. Cəlilov M.F. Alternativ və regenerativ enerji sistemləri. Bakı, 2009.
34. Q.Ş.Məmmədov, Azərbaycanın torpaq ehtiyatlarından səmərəli istifadənin
sosial-iqtisadi və ekoloji əsasları. Bakı. 2007.
35. R.M.Məmmədov, Azərbaycanda landşaft planlaşdırılması, Bakı, 2009.
36. R.M.Məmmədov,
Гидрометеорологическая
изменчивость
и
экогеографические проблемы Каспийского моря. Баку, 2007.
37. V.Əfəndiyev, S.Nağıyev: Əhali coğrafiyası, 2006.
- 108 -
Dostları ilə paylaş: |