2. Əhalinin təbii artımı, iqtisadi fəal əhali, inkişaf və problemlər
Planetimizdə əhalinin artımı, təzələnməsi, hərəkəti və s. problemləri həmişə
diqqət mərkəzində olmuş və bu sahə ilə məşğul olan demoqrafiya elmi sürətlə inkişaf
edərək müstəqil elm sahəsinə çevrilmişdir. Bu gün planetimizin mənimsənilməsi,
təbii şəraitin formalaşması, inkişafı əhalinin inkişafı, artımı və sair xüsusiyyətləri ilə
çox əlaqəlidir.
Əhalinin artımı barədə istər dünya, istərsə də respublikamızın qabaqcıl
alimlərinin fikirləri müxtəlif olsa da onların gəldiyi qənaət odur ki, əhali təzələnməsi,
yəni doğum bir-biri ilə əlaqəli şəkildə üç mühüm amillə bağlıdır:
-birincisi təbii – bioloji amildir, belə ki, ayrı-ayrı regionlarda, ölkələrdə təbii şəraitin
müxtəlifliyi (isti və soyuq iqlim) cinsi yetginliyə təsir edir:
-ikincisi demoqrafik amildir, əsasən də kişi və qadınların sayının bərabərliyi, yaxud
da birinin digərindən çoxluğu, həmçinin də əhalinin yaş strukturunun da böyük rolu
danılmazdır. Təbii ki, o regionda ki, gənclərin sayı üstünlük təşkil edir, orada artım
da yüksək olur:
- 59 -
-üçüncüsü sosial – iqtisadi, mədəni və psixoloji amildir. Hər bir ölkənin, regionun
sosial-iqtisadi inkişafı əhalinin təzələnməsində mühüm rol oynayır. Bunu bu gün
regionların inkişafı ilə əlaqələndirmək daha düzgün olardı. Belə ki, yüksək sosial-
iqtisadi inkişaf səviyyəsinə çatmış Qərbi və Şərqi Avropa, Şimali Amerika
regionlarında, əhalinin həyat səviyyəsinin yüksək olduğu ölkələrdə doğumun
səviyyəsi heç də qənaətbəxş deyildir. Belə ölkələrdə əgər qadın yüksək təhsil ala
bilirsə, onun işlə təmin olunma ehtimalı da yüksək olur və yüksək maaş alır, övladını
bahalı və yüksək keyfiyyətli məktəblərdə oxuda bilirsə, ona baha başa gələn övlad
böyüdürsə, deməli çox uşağı olmağa o qədər də marağı olmur. Bu isə son nəticədə
doğumun və təbii artımın aşağı düşməsinə təsir edir.
Sosial – iqtisadi amillər içərisində ölkənin demoqrafik siyasətinin, urbanizasiya
səviyyəsinin də təsiri böyükdür. Kənd yaşayış məntəqələrində təsərrüfatın
çoxcəhətliliyi, valideynlərə uşaq köməkliyi (odun tədarükü, meyvə-tərəvəz
toplanması, müxtəlif məişət xidmətləri və s.) doğumun yüksək olmasına təsir etdiyi
halda şəhər yaşayış məntəqələrində isə əksinə, uşağa çəkilən xərclərin artması,
valideynlərin əmək fəaliyyətinə intensiv qoşulması, təhsil almaq və təsərrüfatın
mürəkkəb və gəlirli sahələrinə meyl etmək doğuma mane olur. Eyni zamanda son
illər sürətlə artan boşanmalar, ailə vəziyyəti, nigah problemləri də doğumun
azalmasına təsir edir. Bir çox hallarda doğumun artmasına gec evlənmələrin də mənfi
təsiri vardır.
Son zamanlar alimləri daha çox narahat edən amillər içərisində regional və
məhəlli milli münaqişələr, dini-etnik qarşıdurmalarla yanaşı ekoloji tarazlığın
pozulması ilə yaranan problemlərdir. Elm və texnikanın sürətli inkişafı, atmosferə və
geosferin müxtəlif təbəqələrinə zərərli və zəhərli, çirkli maddələrin təsiri nəticəsində
iqlim dəyişiklikləri, havanın, suyun, torpağın, bitki və heyvanlar aləminin
korlanması, təbii kataklizmlər insanların ölüm hallarını artırmış, təbii fəlakətlərin sayı
artmışdır. Təbiətlə cəmiyyət arasında münasibətlərin formalaşması, təbiətdən
səmərəli istifadə olunması sözsüz ki, təbii artımın xarakterindən müəyyən qədər
asılıdır. Təbii artım doğumla ölümün nisbətidir. Bu nisbət regionlarda olduqca
- 60 -
müxtəlifdir. Asiya, Afrika və Latın Amerikası ölkələrində təbii artım yüksək,
Şm.Amerika, Avropa, Avstraliya və Okeaniyada nisbətən aşağıdır. Bu müxtəliflik
regionlarda cəmiyyətin formalaşması, cəmiyyətlə təbiətin münasibəti və təbiətdən
istifadənin xarakteri ilə müəyyənləşir. Belə ki, regionlarda və bütövlükdə dünyada
cəmiyyətin varlığı üç mühüm mərhələni əhatə etmişdir – iqtisadi mənimsəmə, aqrar
və sənaye iqtisadiyyatı mərhələləri ki, bunların da hər birində özünəməxsus təbii
artımın tipi formalaşmışdır: qədim, ənənəvi və müasir.
Təbii ki, müasir dövrün formalaşması uzun tarixi prosesin nəticəsidir, amma
elmin, texnikanın inkişafı cəmiyyətin formalaşması ilə nəticələnmiş, sabit təbii artım
prosesi yaranmışdır.
Ayrı-ayrı dövrlərdə təbii artımın müxtəlifliyi bunu bir daha sübut edir.
Məsələn, insanın yarandığı gündən 1820-ci ilədək dünya əhalisinin sayı cəmi 1
mlrd. nəfər idisə, növbəti milyardların yaranması üçün müvafiq olaraq 107, 33, 14,
13, 12 il sərf olunmuşdur. Dünya üzrə təbii artımın yüksələn xətt üzrə getməsində
regionlar arasında böyük fərq yaranmışdır. Alimlər bunu əsasən iki amillə izah
edirlər. Birincisi, inkişaf etməkdə olan ölkələrin əksəriyyəti siyasi müstəqillik əldə
etdikdən sonra elmin, xüsusilə də, tibb elminin nailiyyətlərindən səmərəli istifadə
etməklə uşaq ölümünün qarşısını müəyyən qədər almış, iqtisadi cəhətdən inkişaf
etdikcə əhalinin həyat səviyyəsini artırmış, erkən ölümü azaltmış, yuxarı yaş həddini
artırmaqla təbii artımı yüksəltməyə nail olmuşlar.
Ikincisi, ölümün azalması ilə yanaşı olaraq hələ də əksər inkişaf etməkdə olan
ölkələrdə ənənəvi təbii artım prosesi davam etməkdədir. Əgər dünyada hər il orta
hesabla 145 mln. uşaq dünyaya gəlirsə, bunun 125 mln. inkişaf etməkdə olan
ölkələrin payına düşür. Təbii artımın üstün olduğu ölkə və regionlarda əmək
ehtiyatları artıqlığı yaranmaqda və işsizliyin üstün olması nəzərə çarpır. Əmək
resursları dedikdə əmək qabiliyyətli insanlar nəzərdə tutulur. İşləməyən təqaüdçülər
və uşaqlar istisna olmaqla bütün əmək qabiliyyətli insanlar (işləyən təqaüdçülər və
işləyən 16 yaşınadək uşaqlar da daxil olmaqla) bura daxildir. Əgər 1990-cı ildə dünya
üzrə əmək resursları 3.2 mlrd. nəfər idisə, bunun da 2.4 mlrd. nəfəri iqtisadi fəal əhali
- 61 -
idi. İqtisadi fəal əhali işlə təmin olunmuş, yəni işləyən əmək resurslarına deyilir. Bu
kateqoriya insanların getdikcə artımı müşahidə edilir, belə ki, 1995-ci ildə onların
sayı 2.7 mlrd. nəfər, 2000-ci ildə 3 mlrd. nəfəri ötüb keçmişdir. Analizlər göstərir ki,
inkişaf etmiş ölkələrdə iqtisadi fəal əhalinin sayı əmək resurslarının azalmasına
baxmayaraq artmaqdadır. Bu ilk növbədə onunla izah edilir ki, bu tip ölkələrdə təbii
artımın azalması, yaşlı nəslin çoxalması, təqaüdçülərin və 16 yaşadək uşaqların
işləməsidir. Digər tərəfdən ayrı-ayrı regionlarda və ölkələrdə əmək resursları arasında
da fərqli cəhətlər vardır. Bu ilk növbədə əmək məşğulluğu ilə əlaqədardır. Bir sıra
inkişaf etməkdə olan ölkələrdə, məsələn, Çin, Braziliya, Hindistan, İndoneziya,
Banqladeşdə mütləq məşğulluq üstünlük təşkil edir. İnkişaf etmiş ölkələrdən daha
çox fərqlənəni ABŞ, Yaponiya, Almaniya, B.Britaniya və Rusiyadır. Ümumi əhalinin
sayına nisbətdə iqtisadi fəal əhalinin sayı inkişaf etməkdə olan ölkələrdə az olması
eyni zamanda əhalinin yaş-cins tərkibindən də asılıdır. Məsələn, Yaxın və Orta Şərq
ölkələrində, habelə ərəb ölkələrinin əksəriyyətində qadınların ictimai istehsala zəif
cəlb edilməsi ilə də bağlıdır. Əksinə, ictimai fəal əhalinin üstün olduğu inkişaf etmiş
ölkələrdə və Çində qadınlar ümumi iqtisadi fəal əhalinin 50-55%-ni təşkil edirlər.
Bütün bu göstəricilərə baxmayaraq inkişaf etmiş ölkələrdə, xüsusilə də, Almaniya və
İtaliyada təbii artımın zəifliyi, yaşlı əhalinin üstünlüyü tədricən iqtisadi fəal əhalinin
qıtlığına səbəb olur ki, bu da yaxın gələcəkdə işləyən əhalinin yuxarı yaş həddinin
artmasına gətirib çıxaracaqdır. Bu ölkələrdə, bütövlükdə inkişaf etmiş ölkələrdə
əhalinin yaşlanması, orta yaş həddinin yüksəlməsi sosial şəraitin yaxşılaşması,
uzunömürlülüyün üstün olması nəzərə daha çox çarpır. Alimlərin qənaətinə görə
insan həyatı 110-140 il müəyyən edilmişdir. Tək-tək hallarda daha yüksək hədd də
ola bilər. Belə uzunömürlülük bioloji sosial-iqtisadi, genetik və digər amillərlə izah
olunur və heç nə ümumi xarakterik hal deyildir. Qədim dövrlərdə orta yaş həddi 25-
30 il, sonralar 35-40 il olmuşdur. XX əsrin ortalarından sonra elmin sürətli inkişafı
uşaq ölümünün qarşısını almış, insanların sosial-iqtisadi durumu yaxşılaşmış, orta yaş
həddi də artmağa başlamışdır. Hesablamalar göstərir ki, 2006-cı ildən sonra ən az
orta yaş həddi Afrikada 53 yaş, ən çox isə Şimali Amerikada 78 yaş olmuşdur. 2005-
- 62 -
ci ilin məlumatına əsasən ən çox orta yaş həddinə malik 10 ölkə və ən aşağı yaş
həddinə malik 10 ölkə aşağıdakı kimidir:
Cədvəl 1.8
¹
Ölkələr
Orta yaş
həddi
Ölkələr
Orta yaş
həddi
1
Yaponiya
82
Botsvana
35
2
Isveç
81
Lesoto
35
3
Islandiya
81
Zimbabve
36
4
Isveçrə
81
Zambiya
38
5
Ispaniya
81
Mərkəzi Afrika Respub.
39
6
Cənubi Koreya
81
Anqola
41
7
Avstraliya
81
Malavi
41
8
Fransa
80
Syerra-Leone
41
9
İtaliya
80
Liberiya
42
10 Norveç
80
Mozambik
42
Asiya, Afrika və Latın Amerikasının iri dövlətlərində orta ömür həddinin artım
tempi inkişaf etmiş ölkələrdən daha çox fərqlənir. Məsələn, 1960-cı ildən 2006-cı ilə
kimi bu ölkələrdə əhalinin orta yaş həddinin müqayisəli inkişafı aşağıdakı kimidir:
Çin 40-dan 72-dək, Hindistan 43-dən 64-dək, İndoneziya 41-dən 68-dək, Nigeriya
39-dan 48-dək, Misir 46-dan 71-dək, Braziliya 37-dən 71-dək, Meksika 57-dən 75-
dək.
Məhsuldar
qüvvələrin
inkişafı
ilk
növbədə
əmək
resurslarının
ixtisaslaşmasından asılıdır. Bu ixtisaslaşma isə əhalinin savadlanmağınan, əmək
vərdişlərindən, istehsala cəlb olunma səviyyəsindən və digər amillərdən asılıdır. Bu
xüsusiyyətlərin cəmləşməsi sosial-iqtisadi inkişafın təməlini qoyur, istehsal
münasibətlərini rentabelləşdirir, istehsalın ərazi təşkilini və inkişafını stimullaşdırır.
Əmək resurslarının yüksək səviyyədə ixtisaslaşması daha çox ETİ-nin müasir dövrü
üçün daha xarakterik hal olmuşdur. Müasirləşən və sürətlə inkişaf edən cəmiyyət
yaratdığı texnologiyanı qabaqlayır, daha yaxşısını yaratmağa meyillənir. XX əsrin
sonlarından başlayan sürətli ixtisaslaşma əsasən əmək resurslarında ciddi rəqabətlilik
- 63 -
yaratmışdır. Müasir dövrdə yüksək ixtisaslı əmək resursları üç əsas mərhələdən
keçməlidir: ilk növbədə əhalinin ümumi orta təhsilə malik olması, ikincisi, xüsusi
peşə hazırlığına, magistratura təhsili alması, üçüncüsü, aldığı biliyi və peşəni əmək
fəaliyyətinə bacarıqla tətbiq etməli, təhsilini daim təkmilləşdirməlidir.
Dünyanın qabaqcıl ölkələrində ümumi orta təhsil, pilləli təhsil geniş tətbiq
edilir, əmək resurslarının tərkibi 80-90% orta və peşə təhsilinə, 50-55%-i isə
natamam ali və ali təhsillidir. Respublikamızda da pilləli təhsil sistemi tətbiq olunur –
bakalavr, magistr və doktorantura sistemi yaradılmış, müasir tipli peşə məktəbləri
fəaliyyətə başlamışdır ki, bu da yaxın gələcəkdə ölkənin yüksək ixtisaslı kadrlara
olan ehtiyacını ödəyə biləcəkdir.
3. Təbii sosial-ekoloji problemlər və onlarla mübarizə formaları
Dünya əhalisinin artım dinamikası göstərir ki, onun sayı artdıqca təbii mühit
daha sürətlə dəyişir, insanların bir çox regionlarda həyat səviyyəsi aşağı düşür, təbii
katavlizmlər özünü göstərməkdə davam edir. Regionlar sürətlə inkişaf etdikcə, elm-
texnika insanların həyatına daha çox daxil olursa, təbiətdən çox da istifadə edilir,
insanın təbiətə təsiri də artır. Əgər XX əsrin sonlarına yaxın əhali üçün həlli müşkül
ola biləcək problem sürətlə silahlanma və müharibə təhlükəsi idisə, indi bəşər
cəmiyyəti qlobal ekoloji problemlərdən daha çox ehtiyat etməyə başlamış, il-ildən
vəziyyətin daha kritik həddə yaxınlaşdığını hiss edirlər. Təbii mühitin sürətlə
dəyişməsi, biosferdə baş verən dəyişikliklər olduqca təhlükəli sosial həddə çatır,
elmin-texnikanın böyük imkanları, ətraf mühitin davam gətirə bilmək imkanları,
təsərrüfata cəlb olunan resursların istifadəsi yükünün artmasının dözüm həddi nəzərə
alınmamışdır. Ayrı-ayrı ölkə alimlərinin həyəcan təbili ciddi təzadlardan xəbər verir.
ABŞ-ın ümumdünya müşahidə institutunun illik hesabatında ekoloji situasiyanın
qorxunc həddə çatdığı bildirilir. Buna bir çox ölkə alimlərinin əsərlərində, beynəlxalq
simpoziumun materiallarında da rast gəlmək mümkündür. Bu gün istər ölkəmizin,
istərsə də, əksər dünya ölkə alimlərinin gəldiyi nəticə ondan ibarətdir ki, müasir insan
sivilizasiyası üçün xarakterik cəhət qlobal ekoloji krizisin artmasıdır. Bunu onlar
- 64 -
insanlarla təbiət arasındakı münasibətlərlə, xüsusilə də məhsuldar qüvvələrin inkişafı
ilə istehsal münasibətləri arasındakı, həmçinin də biosferdə gedən proseslərin
uyğunsuzluğu ilə izah edirlər. Son illərin hadisələri göstərir ki, təkcə insanların
təbiətə təsiri yox, eyni zamanda insanlar tərəfindən çox dəyişdirilmiş təbiətin
insanlara olan təsiri qlobal ekoloji krizisin başlanğıcından xəbər verir. Əgər nəzərə
alsaq ki, bu problemin əsas yaradıcısı insandır, deməli o, eyni zamanda onun qarşısını
ala biləcək bir qüvvədir.
Ekoloji situasiyanın dəyişməsi, krizis həddinə çatması və qarşısının alınması
bütün dövrlərdə baş vermişdir. Alimlər belə hesab edir ki, ilkin neolitdə, hələ
insanların yığıcılıq və ibtidai sənətkarlıq dövründə krizis halı olmuşdur. Son
buzlaşma dövründə ov məhsullarının kəskin azalması, iri gövdəli heyvanların,
xüsusilə də mamontların məhv olması ikinci belə krizisdən xəbər vermişdir. Sonralar
torpaqların şoranlaşması, meşələrin kütləvi şəkildə yaranması və məhvi, böyük
coğrafi kəşflər zamanı daha da bu proseslərin sürətlənməsi olmuş, lakin tədricən belə
krizislər aradan qaldırılmış, təbii mühit bərpa olunmuşdur. Düzdür, o dövrlərin krizisi
regional xarakter almış, bütün bəşəriyyəti əhatə etməmişdir, hər halda inkişaf edən
cəmiyyət belə hallara qarşı ciddi mübarizə aparmışlar. Müasir dövrün ekoloji krizisi
qlobal xarakter daşıyır, əvvəlkilərə nisbətən daha qorxuludur. Bu problemin
yaranması XX əsrin əvvəllərinə aid olsa da, əsrin sonunda artıq qorxulu xarakter
almışdır. Bu qloballaşmanı iki əsas səbəblərə bölmək düzgün olardı: a) təbiətdən
istifadənin düzgün aparılmaması hesabına yaranan təbii mühit pozulması; b) insan
fəaliyyəti nəticəsində ətraf mühitin çirklənməsi nəticəsindəki pozulmalar.
Təbiətdən istifadənin düzgün həyata keçirilməməsi barədə əvvəlki fəsillərdə
söhbət açmışdıq, lakin bir daha qeyd edək ki, təbii resurslardan rasional istifadə
etməmək təbiətdəki tarazlığın pozulmasına gətirib çıxarır. Yəni tükənən və
tükənməyən resursların varlığı şübhə altına alına bilir. Burada xüsusilə nəzərə çarpanı
mineral resursların bəzilərinin müəyyən regionlarda tükənməsi, yerüstü sərvətlərin
korlanması və bərpa olunma çətinliyi və ya baha başa gəlməsi, səhralaşma,
bataqlıqlaşma, duzlaşma, meşəsizləşmə və sairə.
- 65 -
Ekoloji sistemin ikinci pozulma səbəbi insanın istehsal və qeyri-istehsal
fəaliyyətinin nəticəsidir. Bu fəaliyyət nəticəsində təbiətə təsir o həddə çatıb ki, müasir
sivilizasiyanın mövcud olduğu təhlükə altındadır.
Təbii mühitə antropogen təsir onun bütün fəaliyyətinin kompleks şəkildə canlı
aləm üçün təhlükəli olan müxtəlif maddələrin cəmləşməsidir. Bu komponentlərin
müəyyən miqdarda cəmləşməsi insan cəmiyyətinin fəaliyyətini məhdudlaşdırır.
Bütövlükdə, antropogen çirklənməni miqdar və keyfiyyət kateqoriyasına ayırmaqla
təhlil edək. Miqdar aspektində çirklənmədə ətraf təbii mühitə təbiətdə
mövcudluğundan daha çox maddə və ya elementlərin daxil olması başa düşülməlidir.
Məsələn, müxtəlif filizlərin və ya filiz birləşmələrinin həddən artıq istehsalı ətraf
mühitin normadan dəfələrlə çoxalıb, ətraf mühiti metallaşdırması, yaxud, insan
fəaliyyəti nəticəsində atmosferə karbon və digər birləşmələrin atılması istixana
effektinin və qlobal istiləşmənin yaranmasına səbəb olur ki, bu da bəşər cəmiyyəti
üçün olduqca təhlükəlidir. Bu gün dünyanın ayrı-ayrı regionlarında leysan yağışların,
quraqlığın, torpaq sürüşmələrinin, havanın orta temperaturundakı fərqli artımların
hansı fəsadları yaratması aydın şəkildə özünü büruzə verir.
Insan cəmiyyəti üçün daha təhlükəli çirklənmə aspekti keyfiyyət çirklənməsidir
ki, bu zaman ətraf mühitə təbiətdə mövcud olmayan maddələrin daxil olmasıdır. Üzvi
sintez nəticəsində müxtəif maddələr və kimyəvi elementlər daha mühüm rol oynayır.
Bu maddələrin sayı artıq yüz mini keçmişdir, 5000 çoxu isə kütləvi şəkildə istehsal
olunur. Son illər alimləri daha çox narahat edən və tamamilə insan fəaliyyətinin
nəticəsi olan xlorftor birləşmələridir ki, məişətdə soyuducu, kondensioner kimi
cihazlardan istifadə etməklə ətraf mühitə bu qazlar atılır.
Bu xlorlu birləşmələrin ozon qatına təsiri hələ XX əsrin 70-ci illərində məlum
idi və elə də qorxulu həddə çatmamışdır. Lakin sonradan istehsalın sürətli inkişafı bu
qazların həcmini artırmış, ozon qatı sürətlə deqradasiyaya uğramağa başladı. Ozon
qatının yer səthində mühüm əhəmiyyəti məlumur. Onun son 25-30 ildə havaya atılan
freon qazı hesabına atmosferdə onun miqdarı 2-5% azalmışdır. Bu ilk baxışda çox az
görünür, lakin nəzərə almaq lazımdır ki, ozon qatının 1% azalması ultra bənövşəyi
- 66 -
şüaların həcmini 2% artırır. Artıq şimal yarımkürəsində ozon qatının həcmi 3%
azalmışdır ki, bu da qış dövrünün soyuq hava şəraitində freon qazının təsiri ilə 5%-
dək azalma müşahidə edilir. ABŞ və Avropa alimlərinin apardığı tədqiqatlar zamanı
məlum olmuşdur ki, şimal yarımkürəsində ozon “dəliyinin” shəsi 2 mln. kvadrat
kilometrə çatmışdır və bu olduqca təhlükəli vəziyyətin yaranmasından xəbər verir. Bu
artımı onunla izah etmək olar ki, freon qazının 31%-ni ABŞ, 30%-ni Qərbi Avropa,
12%-ni Yaponiya, 10%-ni MDB ölkələri istehsal edir. Bir cəhəti də nəzərə almaq
lazımdır ki, planetimizin ayrı-ayrı regionlarında vaxtaşırı “ozon dəliyi” yaranır ki, bu
ozon qatının daha sürətlə parçalanmasına şərait yaradır.
Təbii mühitin çirklənməsində radioaktiv şüaların təsiri danılmazdır. Radiaktiv
çirklənmə daha çox nüvə silahlarının sınaqdan keçirilməsi və AES-də baş verən
qəzalar zamanı daha çox müşahidə edilir. Son vaxtlar AES-lərdə baş verən texniki
nasazlıq, qəzalar, Yaponiyada yeraltı təkan və sunami nəticəsində baş verən hadisə
nəinki təbiətə, həm də iqtisadiyyata ciddi zərbələrdir.
Təbiətdə baş verən təhlükəli, dağıdıcı və bədbəxtlik gətirən hadisələr təbii və
təbii-antropogen xarakterli olub, əsasən lokal, regional və qlobal xarakter ala bilir.
Bir çox qərb alimlərinin məlumatlarına əsasən təkcə 1965-1992-ci illərdə təbii
hadisələrlə dünyada ölənlərin sayı 3.6 mln. nəfər olmuş, 3 mlrd. nəfərdən çoxu isə
zərər çəkmişdir, 2005-ci ildə dünya üzrə 220 mlrd. ABŞ dolları həcmində ziyan
dəymişdir. Bu təbii hadisələr içərisində ən tez-tez baş verəni daşqınlar, zəlzələlər,
quraqlıqlar və tropik qasırğalardır. 2002-ci ildə daşqınlar 17 mln. əhalini evsiz-eşiksiz
qoymuş, 80-dən çox ölkənin 3 min nəfəri həlak olmuşdur. Zəlzələlər hər il 10
minlərlə insanı məhv edir, 500 mlrd. dollardan çox zərər yetirir. Sunamilər sahilyanı
ölkələrdə daha böyük xətalar törədir. 2004-cü ildə Hind okeanında baş vermiş sunami
Sumatra, həmçinin Cənub-Şərqi və Cənubi Asiyada 220 min nəfər həlak olmuş,
2011-ci il Yaponiyada isə minlərlə insan həyatını itirmiş, ölkə iqtisadiyyatına külli
miqdarda ziyan dəymişdir. Dəniz qasırğaları sahilyanı ölkələri, xüsusilə də ABŞ-
dövlətini ciddi sınaqdan keçirir. Belə ki, 2005-ci ildə “Katrina” qasırğası Yeni Orlean
şəhərini dağıtmış, 100 mlrd. dollardan çox zərər yetirmiş, Meksika körfəzində
- 67 -
minlərlə neft kəmərlərini, platformaları dağıtmışdır. Təbii El-Ninio cərəyanı nəinki
sahilyanı ölkələrə ciddi ziyan vurur, hətta havanın temperaturunu dəyişir, okean
canlılarının həyatını təhlükə altına qoyur. Son 150 ildə bu cərəyan 20 dəfədən çox,
XX əsrin ikinci yarısından sonra 9 dəfə ciddi xətalar törətmişdir. Onun yaratdığı
quraqlıq və tropik leysanlar Mərkəzi Amerikanın kofe plantasiyalarına, xüsusilə də
Kolumbiya, Braziliya, İndoneziya plantasiyalarına ciddi ziyan vurmuş, dünya
bazarında kofenin qiyməti qalxmış, Kot-d`İvuarda kakao, Hindistan və Keniyada çay,
Vest-Hind ölkələrində şəkər qamışı yığımına ciddi ziyan vurmuşdur. Amazoniyada,
cənubi Meksikada, ABŞ-ın Texas, Florida ştatlarında, İndoneziyada böyük meşə
yanğınları törənmişdir.
Sosial, sosial-iqtisadi obyektlərdə baş verən hadisələr, yəni təbii-antropogen
hadisələr də əhaliyə, onun təsərrüfat fəaliyyətinə, bütövlükdə isə dünya
iqtisadiyyatına ciddi zərər yetirir. Texnogen qəzalar və katastrofik bədbəxt hadisələr
əsasən aşağıdakı kimi qruplaşdırılır: 1) nəqliyyatda; 2) zərərli kimyəvi maddələrin
tullantıları; 3) radioaktiv maddələrin tullantıları; 4) zəhərli döyüş sursatları
tullantıları; 5) elektroenergetika sistemlərində; 6) kommunal-yaşayış sistemlərində; 7)
təmizləyici qurğularda; 8) bəndlərdə; 9) partlayış və yanğınlarda baş verən hadisələr.
Bunlardan əlavə sərnişin daşınmaları, neft, qaz kəmərlərində, şaxtalarda və digər
texniki qurğularda ciddi fəsadlar ekoloji gərginliyin artmasında, cəmiyyətə dəyən
ziyanlarda özünü son vaxtlar daha çox göstərməkdədir.
Müasir dövrdə dünyada, ayrı-ayrı regionlarda baş verən təbii və antropogen
dağıdıcı hadisələrlə mübarizə aparmaq nəinki ayrı-ayrı fərdlərin, müəssisələrin, şəhər,
dövlət və regionların, bütövlükdə bəşər cəmiyyətinin ən ümdə məsələsi olmalıdır.
Buna nail olmaq üçün birgə müşahidələr aparılmalı, proqnozlar verilməli və birgə
mübarizə tədbirləri hazırlanmalıdır. Bu tədbirlər sisteminin əsasını ekoloji siyasətin
dəqiq yerinə yetirilməsi təşkil etməlidir. Belə olan halda dəyəcək ziyanı azaltmaq,
ölüm hallarının qabağını nisbətən almaq, vurulan ziyanı birgə həll etmək mümkündür.
Ekoloji siyasətin əsas istiqamətlərini aşağıdakı kimi təsbir edirlər:
1) ictimai istehsalda təbii resurslardan istifadənin optimallaşdırılması;
- 68 -
2) təbii mühiti insan fəaliyyətinin neqativ nəticələrindən qorumaq;
3) əhalinin ekoloji təhlükəsizliyi.
Bu siyasi istiqamətlərin həyata keçirilməsi, sözsüz ki, hər bir ölkədə əhalinin
dünyagörüşündən, sosial-iqtisadi inkişaf səviyyəsindən və bu inkişafı təmin edən
şəraitdən çox şey asılıdır. Ərazi baxımından ekoloji siyasəti milli və qlobal xarakterli
hesab etmək olar.
Qlobal ekoloji siyasətin formalaşması üçün bir neçə mərhələni keçmək lazım
gəlmişdir. Belə ki, BMT 1972, 1992 və 2002-ci illərdə üç mühüm beynəlxalq
konfrans keçirilmişdir. 1972-ci ildə Stokholmda keçirilən birinci beynəlxalq konfrans
çox əhəmiyyətli olmuş, bir neçə beynəlxalq təbii-ekoloji mühafizə təşkilatlarının
yaranmasının əsasını qoymuşdur. Məhz bu konfransdan sonra bir neçə ətraf mühitin
mühafizəsi üçün iri proqramların həyata keçirilməsinə başlanılmışdır. Bunlardan
“İnsan və biosfer”, “Beynəlxalq iqlim proqramı”, “Beynəlxalq geosfer-biosfer
proqramı” xüsusi fəallığı ilə seçilmiş, ətraf mühitin vəziyyətinə dair müntəzəm
hesabatlar tərtib etmişdir. 1980-ci ildə YUNEP-in nəzdində “Ətraf mühitin
mühafizəsinin ümumdünya strategiyası” adlı sənəd qəbul edildi ki, 1982-ci ildə buna
əsasən BMT-ni Baş Assambleyası “Ümumdünya təbiəti mühafizə partiyası”nın
yaradılmasını elan etdi. Son illərdə təbii mühitin mühafizəsi sahəsində bir çox ölkələr
arasında razılaşma protokolları imzalanmış, atmosferin birgə mühafizəsi üçün
beynəlxalq qeyri-hökumət təşkilatları yaranmışdır. 1987-ci ildə Monreal protokoluna
əsasən dünya üzrə freon qazının azaldılması, yaxın gələcəkdə isə tam ləğv edilməsi
nəzərdə tutulmuşdur. 1997-ci ildə Kioto protokolu müasir dövrün ən iri ekoloji sənədi
sayılır. Bu protokola əsasən əksər dünya ölkələrini zəhərli qazların atmosferə
buraxılmasını qadağan edir ki, bu da iqlimin istiləşməsinin qarşısını almaqla uğurlu
addım sayılır.
BMT-nin ikinci iki konfransı 1992-ci ildə Rio-de-Janeyroda keçirilmişdir. Bu
konfransda 179 ölkədən 114 dövlət və hökümət rəhbərləri, 1600-dən çox qeyri-
hökumət təşkilatı iştirak etmişdir. Bu konfransda beş əsas sənəd qəbul olunmuşdur.
Birincisi, “ətraf mühit və inkişaf” adlanır. Bu sənəddə deyilir ki, 1972-ci il Stokholm
- 69 -
konfransının deklarasiyası təsdiq edilir, dövlətlərarası müasir sazişləri bəyənir,
inkişaf üçün yeni-yeni səviyyələrin yaranmasını və inkişaf etdirilməsini dəstəkləyir.
Bütün dövlətlərə davamlı inkişaf üzrə öz milli strategiyasını hazırlayıb qəbul etmək
tövsiyyə olunmuşdur. İkincisi Strategiya, gələcək nəsillərin səadəti üçün ətraf mühitin
və resurs bazasının qorunması ilə yanaşı, sosial yonümlü iqtisadi inkişafın təmin
edilməsinə istiqamətləndirilməlidir. Strategiya hökumət, ictimaiyyət və işgüzar
dairələr daxil olmaqla əhalinin geniş iştirakı ilə işlənib hazırlanmışdır.
Üçüncüsü, meşələrə münasibətin olduqca vacibliyi qeyd olunur, bu münasibət
ekoloji tarazlığın qorunub saxlanmasında, enerjiyə, müxtəlif növ xammala, istehlak
mallarına, kənd təsərrüfatının inkişafına diqqətin yetirilməsinin vacibliyini qəbul edir.
Burada meşələrin qırılması, səhralaşma, qiymətli oduncaqların beynəlxalq səviyyədə
ticarətə qarşı birgə mübarizənin vacibliyini təsbit edir. Dördüncüsü, biomüxtəliflik
konvensiyadır ki, təbii və süni şəraitdə bioresurslardan səmərəli istifadə etməyi, növ
tərkibinin təbiətdə müxtəlifliyinin qorunub saxlanmasına yönələn tədbirlərin
genişləndirilməsi tövsiyyə olunur. Beşincisi, iqlim dəyişikliyi konvensiyasıdır.
Burada geniş ictimaiyyətin və dövlətlərin birgə səmərəli əməkdaşlığının artırılması,
inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr qarşısında ayrı-ayrılıqda tələblərin
qoyulması nəzərdə tutulmuşdur.
Təbii ki, bu tədbirlərin həyata keçirilməsi özünün müsbət nəticələrini vermişdir.
Lakin təbii mühitin tam qorunması sahəsində gözlənilən ciddi və əsaslı dönüş
olmamışdır. Ona görə də BMT-nin 1997-ci il XIX sessiyasında Rio-de-Janeyro
konfransından sonrakı dövr müzakirə edilərək qərara alınmışdır ki, bütün üzv dövlət
öz səylərini davam etdirsinlər.
2002-ci ildə BMT Yoxanesburqda növbəti beynəlxalq konfrans keçirərək
“Siyasi deklarasiya” və “Hərəkat planını” qəbul etdi. Konfransda keçən 30 il ərzində
təbii mühitin getdikcə daha da pozulmalarının davam etdiyini qeyd edib ölkələri
səfərbərliyə çağırdı. Təbii ki, hər bir ölkədə təbiətə, təbii mühitin qorunmasına və
davamlı inkişafa dair milli proqramların qəbul edilməsi və yerinə yetirilməsi
vəziyyəti eyni deyildir. Bu sahədə inkişaf etmiş ölkələrdə aparılan iş nisbətən
- 70 -
məqsədəuyğundur. Yüksək inkişaf etmiş Şimal ölkələrində təbiətin qorunması və
davamlı inkişaf barədə qanunlara ciddi əməletmə vardır. Yeni sənayeləşmiş bir sıra
ölkələrdə də ciddi irəliləyişlər vardır. 1990-cı illərdən sonra ciddi dönüşə malik
ölkələrə Sinqapur, İrlandiya, Y.Zelandiya, Portuqaliya, Norveç, Malayziya, İsveç,
Finlandiya, Çin, həmçinin Fransa, B.Britaniya, İsveçrə, İspaniya və Yaponiya
daxildirlər.
Ətraf mühitin getdikcə daha çox antropogen təsirlə pozulması şəraitində
müəyyən ərazilərin qorunması, onların qoruq, yasaq və ya milli parklara çevrilməsi
aktuallaşır. 1992-ci ildə Rio-de-Janeyroda keçirilən “Ətraf mühitin mühafizəsi
xartiyasında” belə ərazilərin yaradılması ideyası önə çəkilmişdir. Burada yer səthinin
təbii komponentlərinin, suyun, torpağın, meşənin, çəmənliyin və onun üzərindəki
hava məkanının təsərrüfatdan azad edilməsi, mövcud təbii kompleksin elm, təbii
mühafizə, rekreasiya, mədəni, estetik, sağlamlıq məqsədilə dövlət orqanları
tərəfindən himayə edilməsi nəzərdə tutulur. Dövlət tərəfindən qorunan belə ərazilər,
xüsusilə iri ərazilər daha çox ABŞ, Avstraliya, Kanada, Almaniya, Çin, İndoneziya,
Braziliya, CAR, İspaniya, İsveç, Rusiya, B.Britaniya kimi ölkələrindədir. Bir çox
ölkələrdə xüsusi qorunan ərazilər ölkə ərazisinə nisbətinə görə fərqlənir. Məsələn,
inkişaf etməkdə olan Ekvadorda bu ölkə ərazisinin 45%-ni, Venesuelada 36%-ni,
Danimarkada 32, Norveçdə 31, Avstraliyada 28, Almaniyada 27, Dominikan
Respublikasında 25, Y.Zellandiyada isə 24%-ni təşkil edir. Ölkəmizdə də bu sahədə
ciddi addımlar atılır.
- 71 -
IV F Ə S İ L
AZƏRBAYCAN RESPUBLİKASINDA TƏBİƏTDƏN
İSTİFADƏNİN ƏSAS İSTİQAMƏTLƏRİ
Respublikamızın olduqca əlverişli iqtisadi – coğrafi, təbii-ekoloji mövqeyi,
zəngin təbiəti, müxtəlif və çoxcəhətli təsərrüfat sahələrini yaratmaq və inkişaf
etdirmək imkanları vardır. Ölkə ərazisinin geoloji quruluşu, süxurların yatım
müxtəlifliyi, endogen və ekzogen proseslərin davamlılığı yeraltı və yerüstü təbii
sərvətlərin müxtəlifliyini formalaşdırmışdır. Bu rəngarənglik müxtəlif təsərrüfat
sahələrinin inkişaf etdirilməsini şərtləndirir. Müasir ərazi-istehsal kompleksləri yerli
təbii şərait və resurslarla sıx əlaqəli şəkildə formalaşmış və inkişaf etmişdir. İndiki
şəraitdə cəmiyyətin maddi - texniki bazasının yaradılması vəzifəsinin
müvəffəqiyyətlə həll edilməsi bilavasitə ölkəmizdə və onun ayrı-ayrı regionlarında
təbii şəraitin, təbii resursların və ətraf mühitin ətraflı öyrənilməsi, onların düzgün
qiymətləndirilməsindən asılıdır. Bunun üçün respublikanın təbii resurs potensialından
səmərəli istifadə olunması və onun hər bir elementinin mühafizə edilməsi çox
vacibdir.
Ölkəmizdə təbii sərvətlərdən səmərəli istifadə etməklə davamlı sosial-iqtisadi
inkişafa nail olmaq üçün 2001-ci ildə “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi
inkişafa dair Milli proqram” qəbul edilmişdir. Bu proqrama əsasən təbii resurslardan
səmərəli istifadə etməklə ətraf mühitin mühafizə istiqamətləri aşağıdakı kimi
müəyyənləşdirilmişdir:
-su ehtiyatlarının səmərəli istifadə edilməsi və həyata keçirilməsi, bu ehtiyatlardan
səmərli istifadənin stimullaşdırılması, içməli suyun keyfiyyətinin yaxşılaşdırılması və
müvafiq standartlara uyğunlaşdırılması, su ekosistemlərinin fəaliyyətini tənzimləyən
müvafiq qanunların təkmilləşdirilməsi, transsərhəd çayların çirklənmədən mühafizəsi
və onların hövzəsində yerləşən dövlətlər tərəfindən su ehtiyatlarından səmərəli
istifadə edilməsi məqsədilə regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi;
- 72 -
-sənaye müəssisələrindəki qaz-toz tutucu qurğuların əsaslı təmir edilməsi və ya
yeniləri ilə əvəz edilməsi, nəqliyyatda qurğuşunsuz benzindən istifadə olunması,
tələblərə cavab verməyən köhnə nəqliyyat vasitələrinin istismarının qadağan
edilməsi, ekoloji təmiz sərnişin nəqliyyat növlərinin tətbiqi, şəhər daxilində piyada
zonalarının genişləndirilməsi, şəhər yaşıllıqlarının artırılması yolu ilə atmosfer
havasının keyfiyyətinin yaxşılaşdırılması, kənd təsərrüfatına yararlı torpaq
ehtiyatlarının mühafizə edilməsi və münbitliyin artırılması məqsədilə milli fəaliyyət
planının hazırlanması, eroziya və şoranlaşma proseslərinin qarşısının alınması üçün
müvafiq tədbirlərin həyata keçirilməsi, neftlə çirklənmiş torpaqlarda rekultivasiya
işlərinin davam etdirilməsi, mövcud drenaj-kollektor və suvarma şəbəkələrinin yararlı
vəziyyətə gətirilməsi, meliorativ işlərin düzgün aparılmaması nəticəsində əmələ
gəlmiş süni gölməçə və bataqlıqların qurudulması yolu ilə torpaq sahələrinin
münbitləşdirilməsi:
- meşələrdə qanunsuz ağac tədarükü ilə əlaqədar fəaliyyətin qadağan edilməsi, bərpa
olunan ehtiyatlardan (meyvə, dərman və digər bitkilər) səmərəli istifadəsinin təşkili,
rekreasiya əhəmiyyətli meşə sahələrinin müəyyən edilməsi, onlara yol verilən təzyiq
həcminin müəyyənləşdirilməsi və bunun əsasında turizm və rekreasiya potensialının
təyin edilməsi, təsərrüfat əhəmiyyətli yeni meşə - bağların layihələşdirilməsi və
salınması, meşələrin müxtəlif xəstəliklərdən və zərərvericilərdən qorunması üçün
müvafiq tədbirlərin mütəmadi olaraq həyata keçirilməsi, meşə ərazilərində yerləşən
yaşayış məntəqələrində yaşayan əhalinin məşğulluq probleminin həlli və təbii meşə
ehtiyatları ilə əlaqədar olmayan məşğulluq sahələrinin yaradılması, inşaat və mebel
sənayesi üçün yararlı oduncaq istehsal etmək üçün müvafiq keyfiyyətə malik olan və
tez böyüyən ağacların becərilməsi, meşələrdə yanğın hadisələrinin qabağının alınması
məqsədilə xüsusiləşdirilmiş operativ kimyəvi – yanğınsöndürmə stansiyasının
yaradılması;
- Xəzər dənizində nərəkimilərin ehtiyatlarının qiymətləndirilməsi, balıq ehtiyatlarının
artırılmasının idarə edilməsi (bu ehtiyatların istismarı sahəsində beynəlxalq
əməkdaşlıq), daxili su hövzələrində balıq ehtiyatlarının çoxladılması və
- 73 -
yetişdirilməsi, təhlükəli sənaye tullantılarının yerləşdirilməsi üçün yeni poliqonların
yaradılması, məişət tullantılarının çeşidlənməsi və təkrar emalının təşkili məqsədilə
mütərəqqi təcrübənin istifadə olunması, tullantılardan bioqazın alınması üçün
müvafiq üsulların tətbiq edilməsi;
- istilik elektrik stansiyalarında yüksək effektli texnologiyaların tətbiqi və enerji
sistemi strukturunun optimallaşdırılması, kiçik hidroenergetika obyektləri sxeminin
yaradılması və tətbiqi, istehsalat və qeyri – istehsalat sahələrində enerjiyə qənaət edən
müasir texnologiyaların istifadəsinin stimullaşdırılması, məişətdə enerji qoruyucu
vasitələrin istifadəsinin geniş tətbiqinə yönəldilmiş milli və regional proqramların
hazırlanması və həyata keçirilməsi, günəş və külək enerjisinin istifadəsinə dair milli
fəaliyyət planının hazırlanması, külək enerjisinin istifadə edilməsi və müvafiq
qurğuların quraşdırılması, fərdi və bələdiyyə obyektlərində bioqazın istehsalı və
istifadəsi və s.
Proqramın əsas məqsədi regionlarda mövcud potensialdan səmərəli istifadə
etməklə istehsal müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, ixrac yönümlü
məhsul istehsalının stimullaşdırılması, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin
həyat səviyyəsinin yaxşılaşdırılması, məşğulluğun artırılması və ölkə iqtisadiyyatının
davamlı inkişafının təmin edilməsidir.
Dostları ilə paylaş: |