TƏBİƏTDƏN İSTİfadəNİN İQTİsadi VƏ ekoloji problemləRİ


Təbii şəraitlə ictimai mənimsəmənin qarşılıqlı münasibətlərİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə3/8
tarix04.12.2019
ölçüsü1,07 Mb.
#29797
1   2   3   4   5   6   7   8
K.B.Bayramov Tebietden istifadenin idtisadi ve ekoloji problemleri


3.Təbii şəraitlə ictimai mənimsəmənin qarşılıqlı münasibətlərİ 
 
Yer  səthinin  təbiəti  tarixən  öz-özünə  və  insan  fəaliyyəti  ilə  dəyişən,  bütün 
canlıların,o  cümlədən  də  insanın  həyatının,  ictimai  istehsalın  mənbəyidir. 
Yaşadığımız planet daxilində və xaricində baş verən təbii proseslər nəticəsində xeyli 
dəyişmiş,  getdikcə  soyuyaraq  bərkimiş,  səthində  müxtəlif  relyef  formaları 

 
- 25 - 
yaranmışdır.  Canlı  orqanizmlər  meydana  gəlmiş,  inkişaf  edərək,  hər  tərəfə 
yayılmışdır.  Onların  ali  və  yüksək  şüurlu  nümayəndəsi  olan  insan  gözü  qarşısında 
böyük dəyişikliklər baş vermişdir. Insanlar böyük buzlaşmanı görmüş, indiki quru ilə 
dənizlərin  yerdəyişməsinin şahidi  olmuşlar. Milyon illər ərzində  gedən bu dəyişiklik 
tədricən,  insan  cəmiyyətinin  tarixi  inkişaf  prosesi  isə  daha  sürətlə  getmişdir.  Insan 
təbii mühiti ona görə dəyişir ki, özünün daim artan tələbatını ödəyə bilsin. Məhsuldar 
qüvvələrin artması və inkişafı ilə insanın fəaliyyəti və təbii mühit də dəyişir ki, bu da 
təbiətin mənimsənilməsini və quruluşunun dəyişilməsini labüd edir. Təbii şərait insan 
fəaliyyətinin  təsiri  ilə  daha  məhsuldar,  insanın  həyatı  üçün  daha  əlverişli  olur. 
Aparılan arxeoloji tədqiqatlar göstərir ki, hələ paleolit dövründə sürü halında yaşayan 
pitekantroplar  təbiətdən  yığıcı  kimi  istifadə  etmiş,  hətta  bəzən  iri  heyvan  da  ovlaya 
bilmişlər. Çox da iri olmayan bu qədim insanların yığını əsasən isti iqlim şəraitində 
Cənubi  Avropada,  Afrika,  Asiya  və  Amerika  qitəsində  yaşamışlar.  Onların  təbiətə 
təsiri  heyvanların  təsirindən  heç  də  artıq  olmamışdır.  Yığın  halından  sadə 
məskunlaşmış  formaya  keçdikdən  sonra  onların  iri  məskənlərinin  ətrafında  ilkin 
antropogen  təsirlərə  rast  gəlinmişdir.  Sinantropların  yaşayış  yerlərinin  yaxınlığında 
aparılan  qazıntı  işlərindən  sonra  qalın  kül  təbəqəsi  aşkar  edilmişdir.  Odun  üzərində 
əsrlər ərzində saxlanılması göstərir ki, o dövrlərdə ot, xırda odun və ağac budaqlarını 
toplamaq, yandıraraq fasiləsiz ocaq qalamaq böyük zəhmət hesabına başa gəlmişdir. 
Neondartallar  artıq  daş  alətlər  düzəltməyi,  od  əldə  etməyi  və  iri  vəhşi  heyvanları 
ovlamağı bacarırdılar. Bütün paleolit dövründə insan özünün kollektivdən asılılığını 
hiss  etməyə  başlamış,  lakin  təbiətə  münasibəti  bir  tərəfli  olmuşdur.  Iri  heyvanların 
sayının  getdikcə  azalması  insanı  nisbətən  kiçik  heyvanların,  xüsusilə  də,  quş  və 
balığın ovunu artırmağa məcbur edir. Üst paleolitdən sonra kiçik həcmli heyvanların 
kütləvi  ovlanması  üçün  ov  alətləri  aşkar  edilmişdir.  Belə  ki,  qazıntılar  nəticəsində 
kaman və ox, tor, ağacdan hazırlanmış tələ və s. tapılmışdır. 
 
İlkin ibtidai icma şəklində yaşayan insanlar yığıcılıq, ovçuluqla yanaşı tədricən 
əkinçilik  və  heyvanlardıqla  da  məşğul  olmağa  başlamışlar.  Burada  enlik  zonallığı 
daha  aydın  nəzərə  çarpır,  çünki  insanlar  artıq  təbiətdən  istifadənin  sadə  yollarını 

 
- 26 - 
öyrənməyə  başlamışdılar.  Ovçuluq,  yığıcılıq  və  balıqçılıq  tayqa  zonasında  uzun 
müddət  saxlanmışdır.  Meşə  -  çöl  zonası  o  dövrün  insanlarını  daha  çox  cəlb  edirdi, 
çünki  vegetasiya  dövrünün  uzunluğu,  meyvə  və  heyvanların  bolluğu,  məhsuldar 
torpaq  daha  əhəmiyyətli  idi.  Çöl  zonasında  quraqlıq  baş  verirdi.  Lakin  ot  bitkisinin 
bolluğu heyvandarlığın inkişafı üçün stimul idi. Burada köçəri həyat hökm sürürdü. 
İnsanların  tədricən  təbii  proseslərə  uyğunlaşması  onları  daha  çətin  mənimsənilən 
ərazilərə də yayılmağa vadar edirdi. Odun uzun müddət saxlanması və ondan istifadə 
edilməsi  geniş  meşəliklərin  yandırılması  ilə  nəticələnirdi.  Ağaclardan  təmizlənmiş 
ərazilər  əkinçilik  üçün  istifadə  edilir,  atılmış  ərazilər  isə  sonradan  daha  sıx  və  iri 
gövdəli  ağaclarla  əvəz  olunurdu.  Bütövlükdə  təbiət  tədricən  dəyişir,  insanların 
təsərrüfat  fəaliyyətlərində  irəliləmələr  baş  verirdi.  Tədricən  kiçik  heyvanların, 
xüsusilə  də  qoyun,  keçi,  it,  at  və  quşlar  əhliləşdirilir,  ev  heyvanlarının  yavaş-yavaş 
növ tərkibi formalaşırdı.  
Əmək  vasitələrinin  inkişafı,  quldarlıq  cəmiyyətinin  formalaşması  əmək 
bölgüsünün  yeni  formasını  yaradır,  təbiətə  münasibət  və  təbiətdən  istifadə  yeni 
məzmun  kəsb  etməyə  başlayırdı.  Quldarların  fiziki  əməkdən  imtina  etmələri  onları 
elmi  və  mücərrəd  təfəkkür  və  incəsənətlə  məşğul  olmağa  vadar  edir,  təsərrüfata 
nəzarət  etməkdən  uzaqlaşdırırdı.  Zorla  gətirilib,  fiziki  əməyə  məcbur  edilən  qullar 
üçün təbiətdən səmərəli istifadə etmək o qədər də maraqlı deyildi. Təbii resurslardan 
kor-koranə  istifadə  qul  sahiblərini  sürətlə  varlandırır,  ətraf  mühitə  vurulan  zərər  isə 
sanki nəzərə çarpmırdı.       
İcma  dövrünün  müsbət  nəticələri  tədricən  aradan  qalxırdı.  Belə  ki,  icma 
dövründə təbiətdən istifadə zamanı əgər başçının şəxsi nümunəsi, təcrübəsi və əmək 
qabiliyyəti həlledici və səmərəli nəticə verirdisə, kor-koranə münasibət özünün mənfi 
təsirinin bəhrəsini verirdi. Hakim zümrə elə siyasi vəziyyət yaradırvə həyata keçirirdi 
ki, bütün imkanlar daxili təbii resurslardan səmərəli istifadəyə yox, daha çox qul əldə 
etməyə,  nisbətən  zəif  qonşu  dövlətləri  talan  etməklə  daxili  tələbatı  ödəməyə 
istiqamətlənirdi.  ərazisi  və  təbiəti  viran  edilən  ölkə  əhalisi  başqa  ərazilərə  aparılır, 
onların  isə  yeni  ərazilərə  və  yeni  istehsal  münasibətlərinə  öyrəşməkləri  çətinləşir, 

 
- 27 - 
qazandıqları əmək vərdişləri itirdi. Uzun-uzadı davam edən müharibə və çəkişmələr 
Mesopotamiya, Kiçik Asiya və Aralıq dənizi ətrafında torpaqların gücdən düşməsinə, 
korlanaraq səhralaşmasına səbəb olurdu. 
Patriarxal  dövrünün  təbiətdən  istifadə  metodları  sonrakı  ictimai  –  iqtisadi 
formasiya  olan  feodalizmdə  də  təkrarlanırdı.  Ayrı-ayrı  kəndlilərin  nəzərində 
olmayan,  iri  feodallara  məxsus  torpaqlardan  istifadə  o  qədər  də  iqtisadi  səmərəli 
deyildi, o daha çox qorunur, yüksək təbəqənin ovdanı rolunu oynayırdı. Nəticə etibarı 
ilə  ilkin  qoruqlar  da  yasaqlıqlar  yaranmağa  başlayırdı.  Çünki  ova  başı  bərk  qarışan 
zadəgənlər bəzi heyvan və quş nəslinin kəsilmə təhlükəsini hiss etməyə başlamışdılar. 
Bu dövrdə sadə əmək alətləri, formalaşmaqda olan məhsuldar qüvvələr təbiəti eninə 
istiqamətdə mənimsəməyə daha çox meyilli idi. 
Elmin  sürətli  inkişafı  sonrakı  mərhələdə  -  kapitalist  istehsal  münasibətlərinin 
formalaşdığı  bir  şəraitdə  təbiətdən  istifadə  yeni  məzmun  kəsb  etməyə  başladı.  Yeni 
texnikanın  tətbiq  edilməsi  sayəsində  təbiətə  təsir  daha  da  güclənir,daha  çox  gəlir 
gətirən  sahələr  sürətlə  inkişaf  edirdi.  Iri,  varlı,  hərbi-siyasi  durumu  yüksək  olan 
ölkələrdə  gətirilmə  xammala  meyl  yaranırdı.  Bu  dünyada  baş  verən  qüvvələr 
mərkəzləri  arasında  bir  növ  rəqabətə  də  çevrilirdi.  əgər  XX  əsrin  əvvəllərində 
kauçukun əsas istehsalçısı və ixracatçısı Braziliya idisə, həmin əsrin 20-ci illərindən 
sonra Cənubi-Şərqi Asiya ölkələrinin iri plantasiyalarından əldə etmək daha səmərəli 
olmuşdu.  İkinci  dünya  müharibəsi  zamanı  bu  əraziləri  Yaponiyanın  zəbt  etməsi 
yenidənBraziliyanın  atılmış,  kor-koranə  qalmış  ərazilərində  kauçuk  istehsalına 
marağı  artırmağa  başladı.  Müharibədən  sonra  yenə  də  bu  ərazilərə  maraq  azaldı, 
halbuki  bu  dövrdə  kauçuk  istehsalında  irəliləyiş  əldə  etmək  üçün  50  mindən  çox 
işçiqüvvəsi  gətirilmişdi.  İstehsalın  dayanması,  təbiətə  vurulan  zərbə,  insanların 
acınacaqlı həyat tərzi getdikcə artmağa, dözülməz hal almağa başladı.  
Elmi  –  texniki  nailiyyətlər  qazanmış  Qərbi  Avropa  ölkələrindətəbiətdən 
istifadə  böyük  vüsət  almışdı.  Yeraltı  təbii  sərvətlər  sürətlə  istifadə  edilir,  meşələr 
qırılır, əkin sahələri artırılırdı. XX əsrin 60-cı illərindən sonra artıq bu regionda təbii 
resursların  tükənməsi,  bəzilərinin  isə  iqtisadi  –  səmərəli  olmaması  meydana  çıxdı. 

 
- 28 - 
Buna baxmayaraq təbiətdən daha səmərəli istifadə etmək, onu qorumaq getdikcə daha 
da aktuallaşmağa başladı. Təsadüfi deyildir ki, bu gün bu regionun bəzi ölkələrində 
hər  hektardan  toplanan  buğda  maksimum  həddə  -  70-80  sentnerə  çatmışdır.  Təbii 
meşəliklər milli parklara çevrilmiş, yerli sənayenin artan tələbatını ödəmək üçün təbii 
sərvətləri  zəngin  olan  ölkələrdə  hasilat  –  ilkin  emal  sahələri  yaradılmış,  alınan 
yarımfabrikatlar  son  emal  üçün  ölkə  ərazisinə  gətirilərək  ekoloji  tarazlığı  saxlamaq 
ön plana çəkilmişdir.   
Aparılan  çoxsaylı  tədqiqat  işləri  göstərir  ki,  müasir  dövrdə  təbiətlə  cəmiyyət, 
təbii  mühitlə  ictimai  mənimsəmə  arasında  həm  dialektik,  həm  də  antaqonik 
münasibətlər  mövcuddur  və  bu  münasibətlər  ayrı-ayrı  ölkələrdə  müxtəlif 
səviyyədədir.  Bir  an  təsəvvür  edin  ki,  sənayecə  yüksək  inkişaf  etmiş  Qərbi  Avropa 
ölkələrindən birində hər hansı bir iqtisadi fəal insan ildə bir dəfə istirahət etmək üçün 
məzuniyyət götürür. İqtisadi durumu yüksək olan ingilis, fransız, alman və ya qeyrisi 
istirahət  üçün  haranı  nəzərdə  tutur  ?  Əlbətdə  ki,  təbii  mühiti  daha  sağlam,  təbiəti 
olduqca  rəngarəng,  təbiətinə  texnogen  təsir  olmamış  ölkələrə.  Deməli,  elmin, 
texnikanın  sürətli  inkişafı  haradasa  insanın  bəzən  özünə,  onun  maddi  və  mənəvi 
sağlamlığına  da  ciddi  zərbə  vurur.  Əhalinin  sağlamlığının  korlanması  təbiimühitin 
dəyişməsi  ilə  sıx  əlaqəlidir.  Təbiətə  təsirin,  təbii  mühitdən  istifadənin  güclənməsi 
əhali  arasında  xərçəng,  ürək-damar  xəstəliklərinin  də  artmasına,  ölənlərin  sayının 
sürətlənməsinə  səbəb  olur.  Əgər  inkişaf  etməkdə  olan  ölkələrdə  mədə-bağırsaq, 
epidomioloji  və  uşaqlar  arasında  erkən  ölüm  üstünlüyü  nəzərə  çarpırsa  və  bu  hallar 
ölkədə  sanitar  –  gigiyena  şəraitinin  pis  təşkili  ilə  izah  olunursa,  inkişaf  etmiş 
ölkələrdə  əsəb  -  sinir  sisteminin,  qan-damar  və  veneroloji  pozuntuların  artması  ilə 
izah edilir.   
 
 
 
 
 

 
- 29 - 
II    F Ə S İ L 
TƏBİƏTDƏN İSTİFADƏNİN ƏSAS İSTİQAMƏTLƏRİ 
 
İnsan  cəmiyyəti  yarandığı  gündən  daim  təbiətlə  təmasda  olmuş,  onun 
nemətlərindən  bəhrələnmiş,  öz  tələbatını  ödəməyə,  bir  sözlə  ondan  istifadə  etməyə 
başlamışdır.  Təbii  ki,  təbiətdən  istifadə  hər  bir  ictimai-iqtisadi  formasiyada 
özünəməxsusluğu ilə seçilmişdir. Əgər ilkin formasiyalarda, xüsusilə də ibtidai-icma, 
quldarlıq  və  feodalizmdə,  qismən  də  kapitalizm  dövründə  daha  çox  “eninə” 
mənimsəmə  üstünlük  təşkil  edirdisə,  XX  əsrin  60-cı  illərindən  sonra  “dərininə” 
mənimsəməyə    xüsusi  fikir  verməyə  başlanılmışdır.  Belə  ki,  iqtisadi  inkişafın 
sürətlənməsi,  müasir  texnoloji  avadanlıqarın  getdikcə  təkmilləşdirilməsi  və  fəal 
surədə  tətbiqi  təbiətə,  təbii  sərvətlərdən  istifadəyə  təsirini  artırmış,  bir  çox  inkişaf 
etmiş Avropa ölkələrində təbii sərvətərin tükənməsi təhlükəsi yaranmış və ya ondan 
istifadə  iqtisadi  cəhətdən  səmərəsini  itirmişdir.  XIX  əsrin  ikinci  yarısından  sonra 
sənayenin sürətli inkişafı, yeni texnoloji avadanlıqların tətbiqi, əhalinin getdikcə artan 
tələbatı,  yeni  növ  məhsullara    marağın  üstünlüyü  daha  çox  və  rəngarəng    təbii 
sərvətlərdən  istifadəyə  təkan  verməyə  başlamışdır.  Müasir  dövrdə  əhalini  daha  çox 
maraqlandıran  yeni  növ  məhsullardır  ki,  elm  inkişaf  etdikcə,  yeni  texnoloji 
avadanlıqlar yarandıqca təbiətdən istifadə də yeni məzmun və xarakter almaqdadır. 
 
1.  Qurunun təsərrüfata cəlb edilməsinin iqtisadi-coğrafi problemlər. 
Planetimizin  mənimsənilməsi  uzun  tarixi  proses  olub,  bütün  ictimai-iqtisadi 
formasiyalarda  diqqət  mərkəzində  olmuş,  ciddi  antropogen  dəyişikliklərə  məruz 
qalmışdır. Yer səthinin 30%-ə qədərini təşkil edən quru sahəsinin də yalnız 30%-dən 
fəal  istifadəyə  başlanılmışdır.  Təbii  ki,  planetin  quru  hissəsi  çox  böyükdür,  lakin 
cəmiyyətin tədqiq edə bildiyi üst qatından istifadəyə hələlik üstünlük verilir. Burada 
kimyəvi  elementlərin  coğrafi  yayılması,  onlardan  istifadə  olduqca  müxtəlifdir. 
Alimlərin  uzun  illər  ərzində  apardıqları  tədqiqat  işləri  göstərir  ki,  yerin  təki  hələ 
nisbətən  az  öyrənimiş,  bir  sıra  sərvətlərdən  istifadə  kifayət  qədər  deyildir,  bəzi 

 
- 30 - 
ərazilərin  mənimsənilməsinə  isə  başlamaq  hələlik  mümkün  deyil.  Belə  ərazilərə 
daimi donuşluqlar, sərt təbiəti ilə seçilən ada  və  yarımadalar, geniş səhralar, uca və 
cavan dağlar, geniş bataqlıqlar və s. 
Təcrübə göstərir ki, təbii ehtiyatlardan səmərəli istifadə edə bilmək üçün onların 
miqdarını müəyyənləşdirmək çox vacibdir. Müasir dövrdə təsərrüfat sahələrini daha 
çox  maraqlandıran  təbii  resursların  geoloji  ehtiyatlarıdır.  Ümumilikdə  geoloji 
ehtiyatları  –  sənaye  ehtiyatlarına,  öyrənilmiş  və  ehtimal  olunan  ehtiyatlara  bölürlər. 
A.E.Fersman yer qabığını 3 şaquli zonaya bölür: 
1.Üst  zona  –  qranitli,  turşulu  olub  hidrogen,  helium,  litium,  berillium,  bor,  oksigen, 
ftor,  natrium,  alüminium,  fosfor,  silisium,  xlor,  kalium,  titan,  rubidium,  ittrium, 
sirkonium,  niobium,  molibden,  qalay,  sezium,  lantanoidlər,  tantal,  volfram,  qızıl, 
radium, radon, torium, uran; 
2.Orta zona – bazaltlı, əsaslı olub, karbon, oksigen, natrium, magnezium, alüminium, 
silisium, fosfor, kükürd, xlor, kalsium, brom, yod, barium, stronsium; 
3.Dərinlik zonası – peridotlu olub, titan, vanadium, xrom, dəmir, kobalt, nikel, ruteni 
– palladium, osmiplatin kimi səciyyəvi elementlərdən ibarətdir. 
Təbii  ki,  heç  də  yer  qabığının  hər  yerində  belə  qanunauyğunluq  hökm  sürmür. 
Bu bir növ yer qabığının formalaşmasından, yerin daxlindən gedən proseslərdən, yer 
qabığını  əmələ  gətirən  dağ  süxurlarının  endogen  proseslər  nəticəsində  şaquli 
yerdəyişməsindən, 
bu  prosesin  sürətindən  və  davamlılığından  asılıdır. 
Dağəmələgəlmə prosesinin ilkin dövrlərində, xüsusilə də kembridən qabaqkı dövrdə 
dəmirin,  manqanın,  misin,  kobaltın,  xromitin,  uranın,  nikelin,  mikanın,  qızılın  və 
platinin toplanması prosesi daha xarakterikdir. Paleozoy daş kömürün, neftin, kalium, 
maqnezium  duzunun,  polimetal  filizlərin,  mezozoy  neftin,  kömürün,  volframın, 
kaynazoy  isə  boksit,  kükürd,  bor,  gümüş,  polimetal  filizlərin  toplanması,  əvvəlki 
elementlərin əmələ gəlmə prosesinin davam etməsi ilə seçilir. 
Yerin təkindən hasil olunan təbii resurslar müasir ədəbiyyatlarda mineral resurs 
kimi  qeyd  edilir.  Elmi  ədəbiyyatlarda  mineral  resursların  təsnifatı  arasında  elə  də 
ciddi  fərq  yoxdur,  lakin  bəzi  mütəxəssislər,  o  cümlədən  V.P.Maksakovski  onları 

 
- 31 - 
texniki  istifadəsinə  görə  yanacaq,  metal,  texniki  və  tikinti  materialları  kimi  təsnif 
etmişdir (15. səh.34). 
Bu  gün  dünya  iqtisadiyyatını  daha  çox  düşündürən  və  narahat  edən,  elmə, 
texniki  tərəqqiyə,  onun  nailiyyətlərindən  istifadəyə  əsaslanan  sahə  yanacaq 
resurslarından istifadədir. Bu resursların coğrafi yayılması və ehtiyatının toplanması 
olduqca  müxtəlifdir.  Hələlik  elmə  məlum  olan  və  ya  istifadə  edilmə  imkanlarının 
mövcudluğuna  görə  Müstəqil  Dövlətlər  Birliyi  ilə  Asiya  –  avstraliya  regionu  daha 
çox diqqəti cəlb edir. Həmçinin son illər Şm.Amerika, Yaxın və Orta Şərq, Avropa, 
Afrika  və  Cənubi  Amerika  regionlarında  tədqiqat  işləri  genişləndirilmiş,  istifadə 
olunma imkanları artmışdır. Yanacaq resurslarının coğrafi yayılmasında olduğu kimi, 
strukturunda  da  fərqli  cəhətlər  vardır.  Bu  gün  şərti  yanacaq  kimi  kömürün  regional 
yayılması  və  ehtiyatı  digər  yanacaq  növlərinə  nisbətən  daha  genişdir.  Burada  da 
regional fərqləri bəzən qabarıq şəkildədir. Məsələn, Avropada kömürün xüsusi çəkisi, 
Yaxın  və  Orta  Şərqdə,  Xəzər  hövzəsində  neft-qaz  ehtiyatları  daha  çoxdur.  Bu  gün 
kömürün  dünyada  öyrənilmiş  ehtiyatı  14.8  trln.  tondur.  Bunun  9.4  trln.  tonu  daş 
kömürün,  5.4  trln.  tonu  qonur  kömürün  payına  düşür.  Lakin  elmi,  tədris  və  kütləvi 
informasiya  mərkəzlərində  bu  rəqəm  5.5  trln.  ton  kimi  yayılmışdır  ki,  burada  da 
nisbət daş kömürün xeyrinə, 4.3-ün 1.2 trln. tonadır. 
  Aparılan  araşdırmalar  göstərir  ki,  kömür  ehtiyatlarının  öyrənilmiş  miqdarına 
görə ABŞ (250 mlrd. t), Rusiya (195 mlrd. t), Çin (115 mlrd. t), Hindistan (85 trln.t), 
Avstraliya  (82  trln.  t),  AFR  (56  trln.  t),  CAR  (50  trln.t)  daha  çox  fərqlənir.  MDB 
ölkələri  içərisində  Rusiya,  Ukrayna,  Qazaxıstan  fərqlənir.  Bu  ölkələrin  Kansk-
Açinsk, Lena, Tunqus, Peçora, Karaqanda, Minusinsk, Ekibastuz, Donbas və s. kimi 
iri hövzələrində zəngin kömür ehtiyatları toplanmışdır.  
Neftin  coğrafi  yayılması  kömürə  nisbətən  geniş  əraziləri  əhatə  etsə  də  miqdarı 
nisbətən azdır. Təxmini ehtiyatı 800 mlrd. tondur. Lakin bunun heç də hamısı sənaye 
əhəmiyyətli  deyildir,  müxtəlif  qarışıqlıqların  tərkibindədir.  Tədqiq  olunan  ehtiyatı 
təxminən  165  mlrd.  ton  kimi  qeyd  olunur.  Ehtiyatına  görə  ölkələr  arasında  fərqlər 
müxtəlifdir, belə ki, Səudiyyə Ərəbistanı (36.1 mlrd. t), İran (18.0 mlrd. t), İrak (15.5 

 
- 32 - 
mlrd.  t),  Rusiya  (15.1  mlrd.  t),  Küveyt  (13.3  mlrd.  t),  B.Ə.Ə.  (13.0  mlrd.  t), 
Venesuela (11.2 mlrd. t), Liviya (4.7 mlrd. t.), Nigeriya (4.6 mlrd. t), ABŞ (4.2 mlrd. 
t)  ehtiyata  malikdir.  Regionlar  üzrə  tədqiq  olunmuş  neft  ehtiyatları  aşağıdakı 
cədvəldəki kimidir: 
Cədvəl – 1.3   
 
REGİONLAR 
Tədqiq olunmuş ehtiyat 
Mlrd. t. 

MDB 
17.3 
10.7 
Xarici Avropa 
2.5 
1.5 
Xarici Asiya 
105.0 
64.8 
Afrika 
13.4 
8.3 
Şm.Amerika 
8.7 
5.4 
Latın Amerikası 
14.5 
8.9 
Avstraliyavə Okeaniya 
0.6 
0.4 
Dünya üzrə 
162.0 
100.0 
 
 
Neft  -  qaz  yataqları  içərisində  dünyada  daha  məşhur  olanı  İran  körfəzi 
regionudur.  Təxmini  hesablamalara  görə  burada  dünya  neft  ehtiyatının  3/5  hissəsi 
cəmləşmişdir. Bundan başqa Mərkəzi Amerika, Şimal dənizi, Xəzər hövzəsi, Q.Sibir, 
Volqaboyu  və  s.  kimi  zəngin  ehtiyata  malik  regionlar  da  vardır.  MDB  ölkələri 
arasında  Rusiya,  Qazaxıstan,  Türkmənistan,  Azərbaycan  neft-qaz  ehtiyatlarına  görə 
fərqlənirlər.  Respublikamızda  Xəzərin  şelf  hissəsi  neft-qaz  ehtiyatlarına  görə 
fərqlənir  və  bir  çox  xarici  neft  şirkətlərinin  diqqətini  cəlb  etmişdir.  Düzdür,  neft 
ehtiyatları 102 ölkədə tədqiq olunsa da, 10 ölkədə olan ehtiyat daha çox diqqəti cəlb 
edir. 
 
Təbii  qazın  coğrafi  yayılması  neftə  oxşardır.  Bu  resurslar  ayrı-ayrılıqda  və 
birgə halda rast gəlinir. Adətən, neftli bölgələrdə təbii qaz örtüyü mövcud olur. Neft 
yataqları  ilə  yanaşı  kömür  yataqlarında  da  təbii  qaz  ehtiyatlarına  rast  gəlinir  və 
istifadə olunur.  

 
- 33 - 
 
Təbii  qaz  ehtiyatlarının  regionlar  üzrə  ehtiyatlarının  cəmləşməsi  aşağıdakı 
kimidir: 
Cədvəl 1.4 
REGİONLAR 
Kəşf olunmuş ehtiyat 
Trln. m
3
 

MDB 
56.0 
32.0 
Avropa 
6.0 
3.4 
Asiya 
82.5 
47.2 
Afrika 
13.0 
7.4 
Şm.Amerika 
7.0 
4.0 
Latın Amerikası 
7.5 
4.3 
Avstraliya və Okeaniya 
3.0 
1.7 
Dünya üzrə 
175.0 
100.0 
 
 
Kəşf olunmuş təbii qazın ölkələr üzrə təminatı da müxtəlifdir. Ehtiyatına görə 
10  qabaqcıl  ölkədən  Rusiya  (48.1),  İran  (26.7),  Qətər  (25.8),  Səudiyyə  Ərəbistanı 
(6.7),  BƏƏ.  (6.1),  ABŞ  (5.2),  Nigeriya  (5.0),  Əlcəzair  (4.5),  Venesuela  (4.2),  İraq 
(3.1)  trln.  m
3
  daha  çox  fərqlənir.  Təbii  qazın  ən  iri  yataqları  ölkələr  üzrə  aşağıdakı 
kimidir:  Rusiyada  Qərbi  Sibir  regionu  üzrə,  Urenqoy,  Yamburq,  Bovanen, 
Zapolyarnı,  Medvejye,  Xarasov,  Volqa-Ural  regionunda  Orenburq  yatağı,  Qətərdə 
Mesopotamiya  regionunda  Qətər-Nord,  İranın  Mesopotamiya  regionunda  Kanqan, 
Pars,  Pazenun,  Murqab  regionunda  Xangirən  yataqları,  Qazaxıstanın  Xəzərsahili 
regionunda Qaraçağanaq, Türkmənistanın Amudərya  regionunda Damudabad  yatağı 
və s. 
 
Getdikcə  istifadəsi  artan  enerjidaşıyıcısı  uranın  coğrafi  yayılması  daha 
müxtəlifdir.  Yer  qabığında  uranın  yayılması  çox  genişdir.  Dünyanın  45-dən  çox 
ölkəsində  uranın  kəşf  olunmuş  ehtiyatları  vardır.  Avstraliya  İttifaqı  kəşf  olunmuş 
uran  ehtiyatına  görə  fərqlənir.  Qazaxıstan  və  Kanada  ərazisində  də  uranın  böyük 
ehtiyatı  aşkar  edilmişdir.  Bu  hər  üç  ölkədə  olan  uranın  ümumi  ehtiyatı  ümumdünya 

 
- 34 - 
ehtiyatının  yarısına  bərabərdir.  Uranın  iri  yataqları  həmçinin  də  CAR,  Braziliya, 
Namibiya,  Rusiya,  Özbəkistan,  ABŞ  və  Niger  ərazisindədir.  Beynəlxalq  atom 
agentliyinin  məlumatına  görə  əsrimizin  əvvəlinədək  uranın  kəşf  olunmuş  ehtiyatı 
təxminən 3.3 mln. tondur.   
 
Elmin,  texnikanın  sürətli  inkişafı  enerjidaşıyıcılarına  olan  tələbatı  artırmışdır. 
Bununla  yanaşı  ayrı-ayrı  dövrlərdə  onlardan  istifadənin  miqdarı  və  forması  da 
dəyişməkdədir. 
 
Belə  ki,  əgər  XX  əsrin  altmışıncı  illərinə  kimi  dünyada  enerji  istehsalında 
kömürün xüsusi çəkisi yüksək idisə, 60-cı illərdən sonra neftin, sonra da təbii qazın 
çəkisi artmağa başlamışdır. Sonralar neftin kimya sənayesi üçün əsas xammal rolunu 
oynaması  ondan  enerji  istehsalında  miqdarını  azaltmış,  əksinə  kömürün  xüsusi 
çəkisinin  artmasına  imkan  vermişdir.  Bu  gün  dünyanın  aparıcı  dövlətləri  enerji 
istehsalında  urandan  istifadəyə  üstünlük  verirlər.  Baxmayaraq  ki,  1  kq  uran 
konsentratı  almaq  üçün  80  ABŞ  dolları  sərf  olunur.  AES-lərdən  istifadəyə  görə 
Fransa, Yaponiya, ABŞ, B.Britaniya, AFR və b. fərqlənir. 
 
Yer  qabığında  metal  resurslarının  coğrafi  yayılması  daha  genişdir.    Ayrı-ayrı 
ədəbiyyatlarda  bu  terminin  müxtəlifliyi  vardır:  metallogen  qurşaq,  sipər  və 
platformalar,  metallogen  əyalətlər  və  s.  Biz  bunları  istifadəsinə  görə  faydalı  filiz 
qurşaqları kimi də qeyd edə bilərik. Yer kürəsinin ən böyük filiz qurşağı Sakit okeanı 
əhatə  edir.  Alp-Himalay,  And,  Kordilyer,  Ural,  Aralıq  dənizi  və  s.  qurşaqlar  da  öz 
zənginliyi  ilə  fərqlənir.  Bir  sıra  dağ  sistemləri  üçün  faydalı  qazıntıların  dağ 
sistemlərinin  oxuna paralel şəkildə  yerləşməsi qanunu  səciyyəvidir.  Bütövlükdə filiz 
və  qeyri-filiz  faydalı  qazıntıların  coğrafi  yerləşməsi  qanunauyğunluğu  bu  ölkənin 
tektonikasına əsaslanır.  
Yer  qabığında  ən  geniş  yayılmış  metal  resurslarından  dəmir  filizi  və 
alüminiumu misal göstərmək olar.  
Təxmini hesablamalara görə dəmir filizinin geoloji ehtiyatı 350 mlrd. ton kimi 
qeyd  edilir,  lakin  tədqiq  olunmuş  ehtiyat;  150  mlrd.  tondur.  Dünyanın  100-dən  çox 

 
- 35 - 
ölkəsində  dəmir  filizi  ehtiyatı  vardır,  lakin  bu  siyahıda  ilk  onluğu  aşağıdakı  ölkələr 
təşkil edir (15. səh.38). 
 
Cədvəl 1.5 
Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin