3.Təbii şəraitlə ictimai mənimsəmənin qarşılıqlı münasibətlərİ
Yer səthinin təbiəti tarixən öz-özünə və insan fəaliyyəti ilə dəyişən, bütün
canlıların,o cümlədən də insanın həyatının, ictimai istehsalın mənbəyidir.
Yaşadığımız planet daxilində və xaricində baş verən təbii proseslər nəticəsində xeyli
dəyişmiş, getdikcə soyuyaraq bərkimiş, səthində müxtəlif relyef formaları
- 25 -
yaranmışdır. Canlı orqanizmlər meydana gəlmiş, inkişaf edərək, hər tərəfə
yayılmışdır. Onların ali və yüksək şüurlu nümayəndəsi olan insan gözü qarşısında
böyük dəyişikliklər baş vermişdir. Insanlar böyük buzlaşmanı görmüş, indiki quru ilə
dənizlərin yerdəyişməsinin şahidi olmuşlar. Milyon illər ərzində gedən bu dəyişiklik
tədricən, insan cəmiyyətinin tarixi inkişaf prosesi isə daha sürətlə getmişdir. Insan
təbii mühiti ona görə dəyişir ki, özünün daim artan tələbatını ödəyə bilsin. Məhsuldar
qüvvələrin artması və inkişafı ilə insanın fəaliyyəti və təbii mühit də dəyişir ki, bu da
təbiətin mənimsənilməsini və quruluşunun dəyişilməsini labüd edir. Təbii şərait insan
fəaliyyətinin təsiri ilə daha məhsuldar, insanın həyatı üçün daha əlverişli olur.
Aparılan arxeoloji tədqiqatlar göstərir ki, hələ paleolit dövründə sürü halında yaşayan
pitekantroplar təbiətdən yığıcı kimi istifadə etmiş, hətta bəzən iri heyvan da ovlaya
bilmişlər. Çox da iri olmayan bu qədim insanların yığını əsasən isti iqlim şəraitində
Cənubi Avropada, Afrika, Asiya və Amerika qitəsində yaşamışlar. Onların təbiətə
təsiri heyvanların təsirindən heç də artıq olmamışdır. Yığın halından sadə
məskunlaşmış formaya keçdikdən sonra onların iri məskənlərinin ətrafında ilkin
antropogen təsirlərə rast gəlinmişdir. Sinantropların yaşayış yerlərinin yaxınlığında
aparılan qazıntı işlərindən sonra qalın kül təbəqəsi aşkar edilmişdir. Odun üzərində
əsrlər ərzində saxlanılması göstərir ki, o dövrlərdə ot, xırda odun və ağac budaqlarını
toplamaq, yandıraraq fasiləsiz ocaq qalamaq böyük zəhmət hesabına başa gəlmişdir.
Neondartallar artıq daş alətlər düzəltməyi, od əldə etməyi və iri vəhşi heyvanları
ovlamağı bacarırdılar. Bütün paleolit dövründə insan özünün kollektivdən asılılığını
hiss etməyə başlamış, lakin təbiətə münasibəti bir tərəfli olmuşdur. Iri heyvanların
sayının getdikcə azalması insanı nisbətən kiçik heyvanların, xüsusilə də, quş və
balığın ovunu artırmağa məcbur edir. Üst paleolitdən sonra kiçik həcmli heyvanların
kütləvi ovlanması üçün ov alətləri aşkar edilmişdir. Belə ki, qazıntılar nəticəsində
kaman və ox, tor, ağacdan hazırlanmış tələ və s. tapılmışdır.
İlkin ibtidai icma şəklində yaşayan insanlar yığıcılıq, ovçuluqla yanaşı tədricən
əkinçilik və heyvanlardıqla da məşğul olmağa başlamışlar. Burada enlik zonallığı
daha aydın nəzərə çarpır, çünki insanlar artıq təbiətdən istifadənin sadə yollarını
- 26 -
öyrənməyə başlamışdılar. Ovçuluq, yığıcılıq və balıqçılıq tayqa zonasında uzun
müddət saxlanmışdır. Meşə - çöl zonası o dövrün insanlarını daha çox cəlb edirdi,
çünki vegetasiya dövrünün uzunluğu, meyvə və heyvanların bolluğu, məhsuldar
torpaq daha əhəmiyyətli idi. Çöl zonasında quraqlıq baş verirdi. Lakin ot bitkisinin
bolluğu heyvandarlığın inkişafı üçün stimul idi. Burada köçəri həyat hökm sürürdü.
İnsanların tədricən təbii proseslərə uyğunlaşması onları daha çətin mənimsənilən
ərazilərə də yayılmağa vadar edirdi. Odun uzun müddət saxlanması və ondan istifadə
edilməsi geniş meşəliklərin yandırılması ilə nəticələnirdi. Ağaclardan təmizlənmiş
ərazilər əkinçilik üçün istifadə edilir, atılmış ərazilər isə sonradan daha sıx və iri
gövdəli ağaclarla əvəz olunurdu. Bütövlükdə təbiət tədricən dəyişir, insanların
təsərrüfat fəaliyyətlərində irəliləmələr baş verirdi. Tədricən kiçik heyvanların,
xüsusilə də qoyun, keçi, it, at və quşlar əhliləşdirilir, ev heyvanlarının yavaş-yavaş
növ tərkibi formalaşırdı.
Əmək vasitələrinin inkişafı, quldarlıq cəmiyyətinin formalaşması əmək
bölgüsünün yeni formasını yaradır, təbiətə münasibət və təbiətdən istifadə yeni
məzmun kəsb etməyə başlayırdı. Quldarların fiziki əməkdən imtina etmələri onları
elmi və mücərrəd təfəkkür və incəsənətlə məşğul olmağa vadar edir, təsərrüfata
nəzarət etməkdən uzaqlaşdırırdı. Zorla gətirilib, fiziki əməyə məcbur edilən qullar
üçün təbiətdən səmərəli istifadə etmək o qədər də maraqlı deyildi. Təbii resurslardan
kor-koranə istifadə qul sahiblərini sürətlə varlandırır, ətraf mühitə vurulan zərər isə
sanki nəzərə çarpmırdı.
İcma dövrünün müsbət nəticələri tədricən aradan qalxırdı. Belə ki, icma
dövründə təbiətdən istifadə zamanı əgər başçının şəxsi nümunəsi, təcrübəsi və əmək
qabiliyyəti həlledici və səmərəli nəticə verirdisə, kor-koranə münasibət özünün mənfi
təsirinin bəhrəsini verirdi. Hakim zümrə elə siyasi vəziyyət yaradırvə həyata keçirirdi
ki, bütün imkanlar daxili təbii resurslardan səmərəli istifadəyə yox, daha çox qul əldə
etməyə, nisbətən zəif qonşu dövlətləri talan etməklə daxili tələbatı ödəməyə
istiqamətlənirdi. ərazisi və təbiəti viran edilən ölkə əhalisi başqa ərazilərə aparılır,
onların isə yeni ərazilərə və yeni istehsal münasibətlərinə öyrəşməkləri çətinləşir,
- 27 -
qazandıqları əmək vərdişləri itirdi. Uzun-uzadı davam edən müharibə və çəkişmələr
Mesopotamiya, Kiçik Asiya və Aralıq dənizi ətrafında torpaqların gücdən düşməsinə,
korlanaraq səhralaşmasına səbəb olurdu.
Patriarxal dövrünün təbiətdən istifadə metodları sonrakı ictimai – iqtisadi
formasiya olan feodalizmdə də təkrarlanırdı. Ayrı-ayrı kəndlilərin nəzərində
olmayan, iri feodallara məxsus torpaqlardan istifadə o qədər də iqtisadi səmərəli
deyildi, o daha çox qorunur, yüksək təbəqənin ovdanı rolunu oynayırdı. Nəticə etibarı
ilə ilkin qoruqlar da yasaqlıqlar yaranmağa başlayırdı. Çünki ova başı bərk qarışan
zadəgənlər bəzi heyvan və quş nəslinin kəsilmə təhlükəsini hiss etməyə başlamışdılar.
Bu dövrdə sadə əmək alətləri, formalaşmaqda olan məhsuldar qüvvələr təbiəti eninə
istiqamətdə mənimsəməyə daha çox meyilli idi.
Elmin sürətli inkişafı sonrakı mərhələdə - kapitalist istehsal münasibətlərinin
formalaşdığı bir şəraitdə təbiətdən istifadə yeni məzmun kəsb etməyə başladı. Yeni
texnikanın tətbiq edilməsi sayəsində təbiətə təsir daha da güclənir,daha çox gəlir
gətirən sahələr sürətlə inkişaf edirdi. Iri, varlı, hərbi-siyasi durumu yüksək olan
ölkələrdə gətirilmə xammala meyl yaranırdı. Bu dünyada baş verən qüvvələr
mərkəzləri arasında bir növ rəqabətə də çevrilirdi. əgər XX əsrin əvvəllərində
kauçukun əsas istehsalçısı və ixracatçısı Braziliya idisə, həmin əsrin 20-ci illərindən
sonra Cənubi-Şərqi Asiya ölkələrinin iri plantasiyalarından əldə etmək daha səmərəli
olmuşdu. İkinci dünya müharibəsi zamanı bu əraziləri Yaponiyanın zəbt etməsi
yenidənBraziliyanın atılmış, kor-koranə qalmış ərazilərində kauçuk istehsalına
marağı artırmağa başladı. Müharibədən sonra yenə də bu ərazilərə maraq azaldı,
halbuki bu dövrdə kauçuk istehsalında irəliləyiş əldə etmək üçün 50 mindən çox
işçiqüvvəsi gətirilmişdi. İstehsalın dayanması, təbiətə vurulan zərbə, insanların
acınacaqlı həyat tərzi getdikcə artmağa, dözülməz hal almağa başladı.
Elmi – texniki nailiyyətlər qazanmış Qərbi Avropa ölkələrindətəbiətdən
istifadə böyük vüsət almışdı. Yeraltı təbii sərvətlər sürətlə istifadə edilir, meşələr
qırılır, əkin sahələri artırılırdı. XX əsrin 60-cı illərindən sonra artıq bu regionda təbii
resursların tükənməsi, bəzilərinin isə iqtisadi – səmərəli olmaması meydana çıxdı.
- 28 -
Buna baxmayaraq təbiətdən daha səmərəli istifadə etmək, onu qorumaq getdikcə daha
da aktuallaşmağa başladı. Təsadüfi deyildir ki, bu gün bu regionun bəzi ölkələrində
hər hektardan toplanan buğda maksimum həddə - 70-80 sentnerə çatmışdır. Təbii
meşəliklər milli parklara çevrilmiş, yerli sənayenin artan tələbatını ödəmək üçün təbii
sərvətləri zəngin olan ölkələrdə hasilat – ilkin emal sahələri yaradılmış, alınan
yarımfabrikatlar son emal üçün ölkə ərazisinə gətirilərək ekoloji tarazlığı saxlamaq
ön plana çəkilmişdir.
Aparılan çoxsaylı tədqiqat işləri göstərir ki, müasir dövrdə təbiətlə cəmiyyət,
təbii mühitlə ictimai mənimsəmə arasında həm dialektik, həm də antaqonik
münasibətlər mövcuddur və bu münasibətlər ayrı-ayrı ölkələrdə müxtəlif
səviyyədədir. Bir an təsəvvür edin ki, sənayecə yüksək inkişaf etmiş Qərbi Avropa
ölkələrindən birində hər hansı bir iqtisadi fəal insan ildə bir dəfə istirahət etmək üçün
məzuniyyət götürür. İqtisadi durumu yüksək olan ingilis, fransız, alman və ya qeyrisi
istirahət üçün haranı nəzərdə tutur ? Əlbətdə ki, təbii mühiti daha sağlam, təbiəti
olduqca rəngarəng, təbiətinə texnogen təsir olmamış ölkələrə. Deməli, elmin,
texnikanın sürətli inkişafı haradasa insanın bəzən özünə, onun maddi və mənəvi
sağlamlığına da ciddi zərbə vurur. Əhalinin sağlamlığının korlanması təbiimühitin
dəyişməsi ilə sıx əlaqəlidir. Təbiətə təsirin, təbii mühitdən istifadənin güclənməsi
əhali arasında xərçəng, ürək-damar xəstəliklərinin də artmasına, ölənlərin sayının
sürətlənməsinə səbəb olur. Əgər inkişaf etməkdə olan ölkələrdə mədə-bağırsaq,
epidomioloji və uşaqlar arasında erkən ölüm üstünlüyü nəzərə çarpırsa və bu hallar
ölkədə sanitar – gigiyena şəraitinin pis təşkili ilə izah olunursa, inkişaf etmiş
ölkələrdə əsəb - sinir sisteminin, qan-damar və veneroloji pozuntuların artması ilə
izah edilir.
- 29 -
II F Ə S İ L
TƏBİƏTDƏN İSTİFADƏNİN ƏSAS İSTİQAMƏTLƏRİ
İnsan cəmiyyəti yarandığı gündən daim təbiətlə təmasda olmuş, onun
nemətlərindən bəhrələnmiş, öz tələbatını ödəməyə, bir sözlə ondan istifadə etməyə
başlamışdır. Təbii ki, təbiətdən istifadə hər bir ictimai-iqtisadi formasiyada
özünəməxsusluğu ilə seçilmişdir. Əgər ilkin formasiyalarda, xüsusilə də ibtidai-icma,
quldarlıq və feodalizmdə, qismən də kapitalizm dövründə daha çox “eninə”
mənimsəmə üstünlük təşkil edirdisə, XX əsrin 60-cı illərindən sonra “dərininə”
mənimsəməyə xüsusi fikir verməyə başlanılmışdır. Belə ki, iqtisadi inkişafın
sürətlənməsi, müasir texnoloji avadanlıqarın getdikcə təkmilləşdirilməsi və fəal
surədə tətbiqi təbiətə, təbii sərvətlərdən istifadəyə təsirini artırmış, bir çox inkişaf
etmiş Avropa ölkələrində təbii sərvətərin tükənməsi təhlükəsi yaranmış və ya ondan
istifadə iqtisadi cəhətdən səmərəsini itirmişdir. XIX əsrin ikinci yarısından sonra
sənayenin sürətli inkişafı, yeni texnoloji avadanlıqların tətbiqi, əhalinin getdikcə artan
tələbatı, yeni növ məhsullara marağın üstünlüyü daha çox və rəngarəng təbii
sərvətlərdən istifadəyə təkan verməyə başlamışdır. Müasir dövrdə əhalini daha çox
maraqlandıran yeni növ məhsullardır ki, elm inkişaf etdikcə, yeni texnoloji
avadanlıqlar yarandıqca təbiətdən istifadə də yeni məzmun və xarakter almaqdadır.
1. Qurunun təsərrüfata cəlb edilməsinin iqtisadi-coğrafi problemlər.
Planetimizin mənimsənilməsi uzun tarixi proses olub, bütün ictimai-iqtisadi
formasiyalarda diqqət mərkəzində olmuş, ciddi antropogen dəyişikliklərə məruz
qalmışdır. Yer səthinin 30%-ə qədərini təşkil edən quru sahəsinin də yalnız 30%-dən
fəal istifadəyə başlanılmışdır. Təbii ki, planetin quru hissəsi çox böyükdür, lakin
cəmiyyətin tədqiq edə bildiyi üst qatından istifadəyə hələlik üstünlük verilir. Burada
kimyəvi elementlərin coğrafi yayılması, onlardan istifadə olduqca müxtəlifdir.
Alimlərin uzun illər ərzində apardıqları tədqiqat işləri göstərir ki, yerin təki hələ
nisbətən az öyrənimiş, bir sıra sərvətlərdən istifadə kifayət qədər deyildir, bəzi
- 30 -
ərazilərin mənimsənilməsinə isə başlamaq hələlik mümkün deyil. Belə ərazilərə
daimi donuşluqlar, sərt təbiəti ilə seçilən ada və yarımadalar, geniş səhralar, uca və
cavan dağlar, geniş bataqlıqlar və s.
Təcrübə göstərir ki, təbii ehtiyatlardan səmərəli istifadə edə bilmək üçün onların
miqdarını müəyyənləşdirmək çox vacibdir. Müasir dövrdə təsərrüfat sahələrini daha
çox maraqlandıran təbii resursların geoloji ehtiyatlarıdır. Ümumilikdə geoloji
ehtiyatları – sənaye ehtiyatlarına, öyrənilmiş və ehtimal olunan ehtiyatlara bölürlər.
A.E.Fersman yer qabığını 3 şaquli zonaya bölür:
1.Üst zona – qranitli, turşulu olub hidrogen, helium, litium, berillium, bor, oksigen,
ftor, natrium, alüminium, fosfor, silisium, xlor, kalium, titan, rubidium, ittrium,
sirkonium, niobium, molibden, qalay, sezium, lantanoidlər, tantal, volfram, qızıl,
radium, radon, torium, uran;
2.Orta zona – bazaltlı, əsaslı olub, karbon, oksigen, natrium, magnezium, alüminium,
silisium, fosfor, kükürd, xlor, kalsium, brom, yod, barium, stronsium;
3.Dərinlik zonası – peridotlu olub, titan, vanadium, xrom, dəmir, kobalt, nikel, ruteni
– palladium, osmiplatin kimi səciyyəvi elementlərdən ibarətdir.
Təbii ki, heç də yer qabığının hər yerində belə qanunauyğunluq hökm sürmür.
Bu bir növ yer qabığının formalaşmasından, yerin daxlindən gedən proseslərdən, yer
qabığını əmələ gətirən dağ süxurlarının endogen proseslər nəticəsində şaquli
yerdəyişməsindən,
bu prosesin sürətindən və davamlılığından asılıdır.
Dağəmələgəlmə prosesinin ilkin dövrlərində, xüsusilə də kembridən qabaqkı dövrdə
dəmirin, manqanın, misin, kobaltın, xromitin, uranın, nikelin, mikanın, qızılın və
platinin toplanması prosesi daha xarakterikdir. Paleozoy daş kömürün, neftin, kalium,
maqnezium duzunun, polimetal filizlərin, mezozoy neftin, kömürün, volframın,
kaynazoy isə boksit, kükürd, bor, gümüş, polimetal filizlərin toplanması, əvvəlki
elementlərin əmələ gəlmə prosesinin davam etməsi ilə seçilir.
Yerin təkindən hasil olunan təbii resurslar müasir ədəbiyyatlarda mineral resurs
kimi qeyd edilir. Elmi ədəbiyyatlarda mineral resursların təsnifatı arasında elə də
ciddi fərq yoxdur, lakin bəzi mütəxəssislər, o cümlədən V.P.Maksakovski onları
- 31 -
texniki istifadəsinə görə yanacaq, metal, texniki və tikinti materialları kimi təsnif
etmişdir (15. səh.34).
Bu gün dünya iqtisadiyyatını daha çox düşündürən və narahat edən, elmə,
texniki tərəqqiyə, onun nailiyyətlərindən istifadəyə əsaslanan sahə yanacaq
resurslarından istifadədir. Bu resursların coğrafi yayılması və ehtiyatının toplanması
olduqca müxtəlifdir. Hələlik elmə məlum olan və ya istifadə edilmə imkanlarının
mövcudluğuna görə Müstəqil Dövlətlər Birliyi ilə Asiya – avstraliya regionu daha
çox diqqəti cəlb edir. Həmçinin son illər Şm.Amerika, Yaxın və Orta Şərq, Avropa,
Afrika və Cənubi Amerika regionlarında tədqiqat işləri genişləndirilmiş, istifadə
olunma imkanları artmışdır. Yanacaq resurslarının coğrafi yayılmasında olduğu kimi,
strukturunda da fərqli cəhətlər vardır. Bu gün şərti yanacaq kimi kömürün regional
yayılması və ehtiyatı digər yanacaq növlərinə nisbətən daha genişdir. Burada da
regional fərqləri bəzən qabarıq şəkildədir. Məsələn, Avropada kömürün xüsusi çəkisi,
Yaxın və Orta Şərqdə, Xəzər hövzəsində neft-qaz ehtiyatları daha çoxdur. Bu gün
kömürün dünyada öyrənilmiş ehtiyatı 14.8 trln. tondur. Bunun 9.4 trln. tonu daş
kömürün, 5.4 trln. tonu qonur kömürün payına düşür. Lakin elmi, tədris və kütləvi
informasiya mərkəzlərində bu rəqəm 5.5 trln. ton kimi yayılmışdır ki, burada da
nisbət daş kömürün xeyrinə, 4.3-ün 1.2 trln. tonadır.
Aparılan araşdırmalar göstərir ki, kömür ehtiyatlarının öyrənilmiş miqdarına
görə ABŞ (250 mlrd. t), Rusiya (195 mlrd. t), Çin (115 mlrd. t), Hindistan (85 trln.t),
Avstraliya (82 trln. t), AFR (56 trln. t), CAR (50 trln.t) daha çox fərqlənir. MDB
ölkələri içərisində Rusiya, Ukrayna, Qazaxıstan fərqlənir. Bu ölkələrin Kansk-
Açinsk, Lena, Tunqus, Peçora, Karaqanda, Minusinsk, Ekibastuz, Donbas və s. kimi
iri hövzələrində zəngin kömür ehtiyatları toplanmışdır.
Neftin coğrafi yayılması kömürə nisbətən geniş əraziləri əhatə etsə də miqdarı
nisbətən azdır. Təxmini ehtiyatı 800 mlrd. tondur. Lakin bunun heç də hamısı sənaye
əhəmiyyətli deyildir, müxtəlif qarışıqlıqların tərkibindədir. Tədqiq olunan ehtiyatı
təxminən 165 mlrd. ton kimi qeyd olunur. Ehtiyatına görə ölkələr arasında fərqlər
müxtəlifdir, belə ki, Səudiyyə Ərəbistanı (36.1 mlrd. t), İran (18.0 mlrd. t), İrak (15.5
- 32 -
mlrd. t), Rusiya (15.1 mlrd. t), Küveyt (13.3 mlrd. t), B.Ə.Ə. (13.0 mlrd. t),
Venesuela (11.2 mlrd. t), Liviya (4.7 mlrd. t.), Nigeriya (4.6 mlrd. t), ABŞ (4.2 mlrd.
t) ehtiyata malikdir. Regionlar üzrə tədqiq olunmuş neft ehtiyatları aşağıdakı
cədvəldəki kimidir:
Cədvəl – 1.3
REGİONLAR
Tədqiq olunmuş ehtiyat
Mlrd. t.
%
MDB
17.3
10.7
Xarici Avropa
2.5
1.5
Xarici Asiya
105.0
64.8
Afrika
13.4
8.3
Şm.Amerika
8.7
5.4
Latın Amerikası
14.5
8.9
Avstraliyavə Okeaniya
0.6
0.4
Dünya üzrə
162.0
100.0
Neft - qaz yataqları içərisində dünyada daha məşhur olanı İran körfəzi
regionudur. Təxmini hesablamalara görə burada dünya neft ehtiyatının 3/5 hissəsi
cəmləşmişdir. Bundan başqa Mərkəzi Amerika, Şimal dənizi, Xəzər hövzəsi, Q.Sibir,
Volqaboyu və s. kimi zəngin ehtiyata malik regionlar da vardır. MDB ölkələri
arasında Rusiya, Qazaxıstan, Türkmənistan, Azərbaycan neft-qaz ehtiyatlarına görə
fərqlənirlər. Respublikamızda Xəzərin şelf hissəsi neft-qaz ehtiyatlarına görə
fərqlənir və bir çox xarici neft şirkətlərinin diqqətini cəlb etmişdir. Düzdür, neft
ehtiyatları 102 ölkədə tədqiq olunsa da, 10 ölkədə olan ehtiyat daha çox diqqəti cəlb
edir.
Təbii qazın coğrafi yayılması neftə oxşardır. Bu resurslar ayrı-ayrılıqda və
birgə halda rast gəlinir. Adətən, neftli bölgələrdə təbii qaz örtüyü mövcud olur. Neft
yataqları ilə yanaşı kömür yataqlarında da təbii qaz ehtiyatlarına rast gəlinir və
istifadə olunur.
- 33 -
Təbii qaz ehtiyatlarının regionlar üzrə ehtiyatlarının cəmləşməsi aşağıdakı
kimidir:
Cədvəl 1.4
REGİONLAR
Kəşf olunmuş ehtiyat
Trln. m
3
%
MDB
56.0
32.0
Avropa
6.0
3.4
Asiya
82.5
47.2
Afrika
13.0
7.4
Şm.Amerika
7.0
4.0
Latın Amerikası
7.5
4.3
Avstraliya və Okeaniya
3.0
1.7
Dünya üzrə
175.0
100.0
Kəşf olunmuş təbii qazın ölkələr üzrə təminatı da müxtəlifdir. Ehtiyatına görə
10 qabaqcıl ölkədən Rusiya (48.1), İran (26.7), Qətər (25.8), Səudiyyə Ərəbistanı
(6.7), BƏƏ. (6.1), ABŞ (5.2), Nigeriya (5.0), Əlcəzair (4.5), Venesuela (4.2), İraq
(3.1) trln. m
3
daha çox fərqlənir. Təbii qazın ən iri yataqları ölkələr üzrə aşağıdakı
kimidir: Rusiyada Qərbi Sibir regionu üzrə, Urenqoy, Yamburq, Bovanen,
Zapolyarnı, Medvejye, Xarasov, Volqa-Ural regionunda Orenburq yatağı, Qətərdə
Mesopotamiya regionunda Qətər-Nord, İranın Mesopotamiya regionunda Kanqan,
Pars, Pazenun, Murqab regionunda Xangirən yataqları, Qazaxıstanın Xəzərsahili
regionunda Qaraçağanaq, Türkmənistanın Amudərya regionunda Damudabad yatağı
və s.
Getdikcə istifadəsi artan enerjidaşıyıcısı uranın coğrafi yayılması daha
müxtəlifdir. Yer qabığında uranın yayılması çox genişdir. Dünyanın 45-dən çox
ölkəsində uranın kəşf olunmuş ehtiyatları vardır. Avstraliya İttifaqı kəşf olunmuş
uran ehtiyatına görə fərqlənir. Qazaxıstan və Kanada ərazisində də uranın böyük
ehtiyatı aşkar edilmişdir. Bu hər üç ölkədə olan uranın ümumi ehtiyatı ümumdünya
- 34 -
ehtiyatının yarısına bərabərdir. Uranın iri yataqları həmçinin də CAR, Braziliya,
Namibiya, Rusiya, Özbəkistan, ABŞ və Niger ərazisindədir. Beynəlxalq atom
agentliyinin məlumatına görə əsrimizin əvvəlinədək uranın kəşf olunmuş ehtiyatı
təxminən 3.3 mln. tondur.
Elmin, texnikanın sürətli inkişafı enerjidaşıyıcılarına olan tələbatı artırmışdır.
Bununla yanaşı ayrı-ayrı dövrlərdə onlardan istifadənin miqdarı və forması da
dəyişməkdədir.
Belə ki, əgər XX əsrin altmışıncı illərinə kimi dünyada enerji istehsalında
kömürün xüsusi çəkisi yüksək idisə, 60-cı illərdən sonra neftin, sonra da təbii qazın
çəkisi artmağa başlamışdır. Sonralar neftin kimya sənayesi üçün əsas xammal rolunu
oynaması ondan enerji istehsalında miqdarını azaltmış, əksinə kömürün xüsusi
çəkisinin artmasına imkan vermişdir. Bu gün dünyanın aparıcı dövlətləri enerji
istehsalında urandan istifadəyə üstünlük verirlər. Baxmayaraq ki, 1 kq uran
konsentratı almaq üçün 80 ABŞ dolları sərf olunur. AES-lərdən istifadəyə görə
Fransa, Yaponiya, ABŞ, B.Britaniya, AFR və b. fərqlənir.
Yer qabığında metal resurslarının coğrafi yayılması daha genişdir. Ayrı-ayrı
ədəbiyyatlarda bu terminin müxtəlifliyi vardır: metallogen qurşaq, sipər və
platformalar, metallogen əyalətlər və s. Biz bunları istifadəsinə görə faydalı filiz
qurşaqları kimi də qeyd edə bilərik. Yer kürəsinin ən böyük filiz qurşağı Sakit okeanı
əhatə edir. Alp-Himalay, And, Kordilyer, Ural, Aralıq dənizi və s. qurşaqlar da öz
zənginliyi ilə fərqlənir. Bir sıra dağ sistemləri üçün faydalı qazıntıların dağ
sistemlərinin oxuna paralel şəkildə yerləşməsi qanunu səciyyəvidir. Bütövlükdə filiz
və qeyri-filiz faydalı qazıntıların coğrafi yerləşməsi qanunauyğunluğu bu ölkənin
tektonikasına əsaslanır.
Yer qabığında ən geniş yayılmış metal resurslarından dəmir filizi və
alüminiumu misal göstərmək olar.
Təxmini hesablamalara görə dəmir filizinin geoloji ehtiyatı 350 mlrd. ton kimi
qeyd edilir, lakin tədqiq olunmuş ehtiyat; 150 mlrd. tondur. Dünyanın 100-dən çox
- 35 -
ölkəsində dəmir filizi ehtiyatı vardır, lakin bu siyahıda ilk onluğu aşağıdakı ölkələr
təşkil edir (15. səh.38).
Cədvəl 1.5
Dostları ilə paylaş: |