Ölkə
Ehtiyat mlrd. t.
Filizdə dəmirin orta həcmi, %
Rusiya
33.2
36
Braziliya
21.0
58
Avstraliya İttifaqı
18.0
62
Ukrayna
15.4
35
Çin
15.0
33
ABŞ
6.9
26
Hindistan
6.6
61
Qazaxıstan
4.2
35
İsveç
3.5
53
Kuba
2.6
42
Dəmir filizinin istehsalı ilk növbədə ona olan tələbatla bağlıdır, onun iqtisadi
və ekoloji səmərəliliyi bu gün həlledicidir. Belə ki, əgər XX əsrin 50-60-cı illərində
dəmir filizinin əsas istehsalçıları ABŞ, Kanada, SSRİ, Qərbi Avropa ölkələri idisə,
sonradan bu “çirkli” sahə kimi inkişaf etməkdə olan ölkələrə miqrasiya etmişdir. Bu
gün dünyanın inkişaf etmiş ölkələri öz ərazilərindəki istehsalı dayandırmış, ABŞ,
Kanada sabitləşdirmiş, gətirilmə xammala üstünlük vermişlər. Ona görə də hal-
hazırda dəmir filizinin əsas istehsalçıları Avstraliya, Braziliya, Hindistan və
Venesueladır. Dəmir filizinin əsas ixracatçıları Avstraliya, Braziliya, Hindistan,
Ukrayna, Kanada, CAR, İsveç, idxalçıları isə Çin, Yaponiya, Koreya Respublikası,
Almaniya, Fransa, B.Britaniya, İtaliya, ABŞ kimi ölkələrdir.
XX əsrin 70-80-ci illərinə kimi qara metallurgiyanın inkişafı ölkənin iqtisadi
qüdrətindən xəbər verirdi. Lakin ETİ inkişafı müasir dövrdə bu sahəni bir növ “xəstə”
sahəyə çevirmişdir. Bu ilk növbədə yeni texnoloji irəliləmələr, yeni material istehsalı,
- 36 -
rəqabətdə üstünlük təşkil edən alüminium, plastmass və digər konstruksiya
materiallarından istifadə imkanlarının artması ilə izah edilir. Nə qədər köhnə, ekoloji
cəhətdən istehsalı əlverişsiz olsa da polad istehsalı müasir dövrdə daha çox inkişaf
etmiş, istehsal həcmi 420 mln. tonu keçmişdir. Qeyd etdiyimiz kimi bunun bir neçə
səbəbi vardır. Ilk növbədə bu sahə “çirkli” sahə kimi olduğu üçün inkişaf etmiş
ölkələrdən inkişaf etməkdə olan ölkələrə miqrasiya etmişdir. Digər tərəfdən dəmir
filizinin ehtiyatı zəngin olan ölkələrdə onun emal sənayesi yaradılmışdır. Bu gün
Asiya, Afrika və Latın Amerikasında iqtisadi cəhətdən sürətlə inkişaf edən yeni
sənayeləşmiş ölkələr formalaşmışdır. Eyni zamanda ekoloji vəziyyətin gərgin olduğu
Qərb ölkələri metallurgiyanın həmin region ölkələrinə köçürmələri, ucuz xammal
əldə etmək istəyi bu inkişafa təkan vermişdir.
Hal-hazırda polad istehsalına görə fərqlənən ölkələrə daxildir – Çin (420
mln.t), Yaponiya (116 mln.t), ABŞ (98 mln.t), Rusiya (71 mln.t), Cənubi Koreya (48
mln.t), Almaniya (47 mln.t), Hindistan (44 mln.t), Ukrayna (41 mln.t), İtaliya (32
mln.t), Braziliya (31 mln.t). Təbii ki, dünyanın 90 ölkəsində polad istehsal olunursa,
bu onluq ölkələri dəyişkəndir.
Yer qabığında ən geniş yayılmış metal alüminiumdur. XIX əsrin əvvəllərində
Fransanın cənub-şərqində Boks adlanan ərazidə alüminium xammalı istehsal
olunmağa başlamış və xammal da boksit adlanmışdır. Düzdür ilkin vaxtlarda ondan
qismən az istifadə olunurdusa, sonralar istehsalçıların sayı artaraq 30-a çatmışdır. Bu
metalın istehsalı və emalı digər metallara nisbətən daha çox yerdəyişmələrə məruz
qalmışdır. Belə ki, ilkin dövrlərdə, yəni XX əsrin əvvəllərində əsas istehsalçılar Qərbi
Avropa və Şimali Amerika ölkələri idisə, artıq XX əsrin ortalarında Şərqi Avropa,
SSRİ, Latın Amerikası xüsusi ilə fərqlənmişdi. Latın Amerikasında Yamayka,
Surinam, Qayana kimi ölkələrdə onun istehsalı daha sürətli olmuşdur. Əsrin 80-90-cı
illərində Afrikanın Qvineya dövlətlərində Avstraliyada və paralel olaraq Latın
Amerikasında istehsal həcmi sürətlə artmağa başlamışdır. 2000-ci ildən sonra boksit
istehsalında 10 aşağıdakı dövlət liderlik səviyyəsinə çatmışdır: Avstraliya (61 mln.t),
Braziliya (21 mln.t), Çin (20 mln.t), Qvineya (18 mln.t), Yamayka (15 mln.t),
- 37 -
Hindistan (15 mln.t), Rusiya (6 mln.t), Surinam (5 mln.t), Venesuela (4mln.t),
Yunanıstan (3 mln.t).
Aparılan tədqiqatlar göstərir ki, son illər Asiya, Afrika və Latın Amerikası
ölkələrində məhsulun istehsal həcmi getdikcə artmaqda, ABŞ, Qərbi və Şərqi Avropa
ölkələrində isə azalma və dayanmalar davam etməkdədir. Bunun səbəbini boksitin
tərkibinin ağır əlvan metallara nisbətən çox olması (50%) ilə izah edirlər, dəmir
filizindən fərqlənmir, nəqliyyat əhəmiyyəti yüksəkdir. Ona görə inkişaf etmiş ölkələr
bu filizin idxalının ucuz başa gəlməsinə üstünlük verirlər.
Yer qabığı, onun quru hissəsi təbii sərvətlərlə zəngin olsa da, mineralların
tərkibində kimyəvi elementlərin müxtəlifliyi də çoxdur. Buna görə bu gün cəmiyyət
qarşısında duran ən vacib məsələ mövcud tərkibdən kompleks şəkildə istifadə
etməkdir. Sənaye əhəmiyyətli xammaldan istifadə zamanı qənaətcilliyə, tullantısız
texnoloji proseslərə üstünlüyün verilməsi önə çəkilməli, nadir elementlərdən
istifadəni artırmaqla davamlılığı artırmaq, enerjidaşıyıcılarından yanacaq kimi az,
kimya xammalı kimi daha çox istifadəyə üstünlük verilməlidir. Müasir dövrdə
geoloji, geokimyəvi tamlıq təşkil edən regionların resurslarından kompleks istifadə
etmək böyük əhəmiyyət kəsb edir. Təsərrüfatların ərazi təşkilini təkmilləşdirmək
üçün ərazinin relyef xüsusiyyətlərini nəzərə almaq çox vacibdir.
2. İqlim və rekreasiya resursları və onlardan istifadənin
iqtisadi – ekoloji xüsusiyyətləri.
İqlim resursları tükənməyən təbii resurslar qrupuna daxil olub, insanın
təsərrüfat fəaliyyətinin tərkib hissəsi kimi çirkləndirilə və ya saflaşdırıla bilir. Iqlim
cəmiyyətin formalaşdığı tarixi dövrlərdə həmişə dəyişkən olmuşdur. Bu dəyişkənliyə
baxmayaraq insanlar daim təsərrüfat sahələrini təkmilləşdirmiş, məhsuldar qüvvələr
daim inkişaf etmişdir. Düzdür insanlar qədim buzlaşmanı görmüş, ondan sonrakı
dövrlərdə də iqlimdə baş verən dəyişikliklərin şahidi olmuşlar və dəyişmələr
təsərrüfatın müxtəlif sahələrinə təsir etmişdir. Belə ki, buzlaşmadan sonra baş verən
istiləşmə nəticəsində okean və dənizlərdə buzların əriməsi, suyun temperaturunun
- 38 -
artması, xüsusilə də Şimal Buzlu okeanında buzların əriməsi dəniz nəqliyyatının
inkişafına müsbət təsir etmiş, istilik sevən balıqların daha yüksək enliklərində
artmasına, bu isə balıqçılığın, balıq ətindən istifadənin miqyasının genişlənməsinə
şərait yaratmışdır. Yağıntıların miqdarının dəyişməsi, quraqlığın baş verməsi, bir
sözlə iqlim fərqləri qlobal və ya lokal şəkildə də özünü göstərir. Yağıntıların
dəyişməsi çaylarda su rejiminə, bu isə su elektrik stansiyalarının işinə, suvarma
sisteminə təsir edir. İqlim fərqləri təsərrüfata, xüsusilə də nəqliyyata və kənd
təsərrüfatına daha çox təsir edir.
İqlim şəraitinin müxtəlifliyi özünü kənd təsərrüfatında daha qabarıq göstərir.
Burada istiliklə rütubətin əlaqələnməsindən çox şey asılıdır. Kənd təsərrüfatı
bitkilərinin fəal temperatur cəmindən asılılığı, vegetasiyası üçün orta illik
temperaturunun və yağıntıların miqdarı mühüm rol oynayır. Bu təbii bitkilərin
inkişafına və onların vasitəsilə torpaq əmələ gəlməyə təsir edir, insanlar tərəfindən
mədəni bitkilərin becərilməsinə, əkinçilik məhsullarının kimyəvi tərkibinə böyük
təsir göstərir.
Iqlim tiplərinin bitkilərin inkişafına təsiri məsələləri Y.Q.Sauşkin tərəfindən
geniş təhlil edilmiş (... 213-320), kənd təsərrüfatı bitkilərinin proporsiyaları
verilmişdir. O, qeyd etmişdir ki, bu proporsiyalar ölkələrin iqtisadi inkişaf
xüsusiyyətləri ilə müəyyən edilir. Yer kürəsində ən iri enerji mənbəyi günəş
enerjisidir. Elmi ədəbiyyatlarda bu enerjinin miqdarı 1.7
·10
13
kvt-a bərabər tutulur.
Günəşin bu tükənməyən enerjisindən istifadə bütün canlılar, xüsusən də kənd
təsərrüfatının inkişafını təmin edən bitki və heyvanlar üçün əvəzedilməzdir.
Bitkiçiliyin inkişafında iqlim resurslarından istifadə, xüsusilə də aqloiqlim
resurslarından istifadə mühüm əhəmiyyət kəsb edir. Aqroiqlim resursları dedikdə
bitkilərin inkişafını təmin edən amillərə hava, işıq, istilik, rütubət və qidalanma
maddələri nəzərdə tutulur.
Hava atmosferdə olan qazların qarışığıdır və bunun 78%-i azotun, 21%-i –
oksigenin payına düşür. Canlılar üçün vacib olanı azot, oksigen və karbon qazlarıdır
- 39 -
ki, bunlar tükənməyən resurslara aiddir. Lakin son illər ərzində elmi ədəbiyyatlarda
bu barədə olan problemlər geniş müzakirələrə səbəb olmuşdur. Təbii ki, elm, texnika
inkişaf etdikcə havaya zəhərli qazların tullantısı da artmaqdadır. Insanlar daha çox
avtomobildən, təyyarədən istifadə etdikcə onu çirkləndirir, oksigenin miqdarını
azaldır. Görkəmli alim-iqlimşünas F.F.Davitayanın hesablamalarına görə ildə 1%
istifadənin azalması ümumi oksigen ehtiyatının üçdə iki hissəsi 700 il, 5%-lə itkisi isə
180 ilə itə bilər. Bir sıra alimlər isə atmosferdə oksigenin azlığının insan üçün o qədər
də qorxulu olmaması fikrindədirlər.
Yer kürəsində bütün fiziki-coğrafi proseslərin əsasını işıq enerjisi təşkil edir.
Günəş radiasiyası bitkilərdə aqroiqlim resursunun əsasını təşkil edən fotosintez
prosesini yaradır. Bu da həm bitkinin inkişafını həm də havada qaz mübadiləsini
fəallaşdırır. Yer kürəsində bir çox bitkilər, xüsusən də kənd təsərrüfatı bitkiləri
işıqlanma müddətinə iuyğunlaşmışlar. Alimlər kənd təsərrüfatı bitkilərini günün
uzunluğu baxımından üç kateqoriyaya bölürlər. Qısa günsevər bitkilərə pambıq,
qarğıdalı, uzun günsevər bitkilərə buğda, arpa, darı və günün uzunluğundan asılı olan
bitkilərdən günəbaxanı göstərmək olar.
Bütün bitkilər vegetasiya dövründə müəyən qədər istilik alır. Bu müddət
ərzində aldığı temperaturların cəminə fəal temperatur cəmi deyilir ki, elmi əbədiyyata
XX əsrin 30-cu illərində məşhur rus aqroiqlimşünası Q.T.Selyaninov gətirmişdir.
Həmçinin bitkilərin vegetasiyasında temperaturla yanaşı rütubətin də rolu böyükdür.
O, həm fotosintez prosesində, həm də bitki orqanizmində qida maddələrinin
daşınmasında fəal iştirak edir. Bütövlükdə kənd təsərrüfatı məhsullarının inkişafı
aqroiqlim resurslarından asılıdır. Aqroiqlim resursları dedikdə iqlimin kənd
təsərrüfatı istehsalını təmin edən xüsusiyyətləri, imkanları başa düşülür. Aydındır ki,
hər bir bitki müxtəlif vegetasiya dövrünə malikdir, bu vaxt müəyyən miqdar istilik və
rütubət tələb edir. Odur ki, aqroiqlim resursları bir sıra göstəriciləri özündə
birləşdirir.
Aqroiqlim
resurslarının
coğrafi
öyrənilməsində
aqroiqlim
rayonlaşdırılmasını V.P.Maksakovski aşağıdakı kimi təklif etmişdir. Bu bölgünün
əsasını bitkilərin istiliksevməsi təşkil edir:
- 40 -
1) qısa vegetasiya dövrü ilə xarakterizə olunan soyuq qurşaq, burada fəal temperatur
cəmi 1000
0
S-dən az, açıq qruntda əkinçilik mümkün deyildir;
2) fəal temperatur cəmi şimalda 1000
0
S-dən çox, cənubda 2000
0
S-dək olan sərin
qurşaq, istilik sevməyən bəzi bitkilərin əkilməsi mümkündür.
3) fəal temperatur cəmi 2000-4000
0
S arasında olan mülayim qurşaq, bitkilərin
vegetasiya dövrü 60 gündən 200 günədəkdir və bu enlikdə kütləvi əkinçiliyin həyata
keçirilməsi mümkündür.
4) fəal temperatur cəmi 4000-8000
0
S arasında olan isti qurşaq, istilik sevər subtropik
bitkiçiliyin həyata keçirilməsi mümkündür.
5) fəal temperatur cəmi 8000-10000
0
S arasında olan isti qurşaq, il ərzində tropik və
ekvatorial bitkiçiliyin inkişafı mümkündür.
İnsanların fiziki və əqli yorğunluğunu aradan qaldırmaq, onun sağlamlığını və
işgörmə qabiliyyətini bərpa etmək üçün istifadə olunan resurslara rekreasiya
resursları deyilir. Latınca recreation – bərpa mənasını verir. Rekreasiya resurslarına
bol günəş şüası, günəşli günlərin çoxluğu, qumlu sahil, müalicəvi termal sular, gözəl
landşaft, xizəksürmə üçün qar örtüyünə malik əlverişli relyef və sairə aiddir.
Antropogen obyektlər, yəni muzeylər, tarixi abidələr, parklar, sanatoriyalar, idman
meydançaları, estetik cəhətdən insanları cəlb edən bütün vasitələr rekreasiya
resurslarıdır. Bu gün dünya əhalisinin böyük bir hissəsi bu resurslardan istifadə edir.
Təbii ki, dünyanın aparıcı ölkələri bu resurslardan istifadə etməklə daha çox gəlir
əldə etməyə çalışır. Belə ölkələrdən ABŞ, Kanada, Fransa, AFR, İtaliya, Yunanıstan,
Türkiyə, İsrail, İspaniya, Portuqaliya, İngiltərə və başqalarını qeyd etmək olar.
Insanların orqanizminə təsirinə görə təbii rekreasiya resurslarını şərti olaraq üç növə
bölmək olar. 1-iqlim şəraitinin üstünlüyü ilə bağlı tibbi-bioloji resurslar; 2- təbii
landşaftların, onun ayrı-ayrı komponentlərinin insanın psixo-estetik resurslar; 3 –
insan fəaliyyətinin nəticəsi kimi antropogen resurslar.
Istər iqlim, istərsə də rekreasiya resursları istifadə olunursa, qorunur və təbliğ
edilirsə, o insan cəmiyyətinə daha yararlıdır və daha cəlbedicidir. Ona görə də bu
- 41 -
resurslardan maksimum və qənaətlə istifadə etmək, onu gələcək nəslə ötürmək
olduqca vacibdir.
3. Su resursları, onun iqtisadi – coğrafi
qiymətləndirilməsi və mühafizəsi
Planetimizin su təbəqəsində suyun ümumi həcmi 1390 mln. km
3
-dır, yəni orta
hesabla adambaşına 210 mln. m
3
su düşür. Bu suların 361 mln. km
2
dünya okeanında,
20 mln. km
2
buzlaq, bataqlıq, çay, su anbarlarındadır. Əgər onların coğrafi
yayılmasına diqqət yetirsək – hidrosferdə olan suyun 96.4% dünya okeanında,
3.54%-i quru sularında, qalanı isə havada buxar şəklindədir. Təbii ki, insanlar üçün
ən əhəmiyyət kəsb edəni sudan istifadə problemidir. Dünya okeanı, onun tərkib
hissələri olan dənizlər tarixən insanlar üçün həyat əhəmiyyətli olmuş, böyük coğrafi
kəşflərin həyata keçirilməsində, ölkələrarası iqtisadi – siyasi əlaqələrin yaranmasında,
dənizin ərzaq məhsullarından istifadə edilməsində, son illərdə qabarma-çəkilmə
dalğalarından enerji istehsalında, suyunun rekreasiya resursu kimi istifadəsində
mühüm rol oynamışdır. Bir sıra arid iqlimli ölkələrdə dəniz suyunu şirinləşdirməklə
istifadə olunması həyata keçirilir.
Dünya okeanı zəngin mineral resurslara malikdir. Bu resurslar əsasən suda həll
olunmuş və okean altında yerləşən litosfer qatındadır. Bir çox alimlər bu mineral
resursları üç qrupa ayırırlar: a) maye, qaz və həll olunmuş tərkibdə; b) bərk, lakin
səpinti halında; c) bərk, litosfer qatının tərkibində olanlar. Birinci qrupa daxil olan
minerallara neft, təbii qaz, müxtəlif növ duz, kükürd və digərləri, ikinci qrupa
metallogen qırıntılar, lil və digər birləşmələr formasında, üçüncü qrupa isə mədən
üsulu ilə çıxarılan metallar, kömür və s. metal birləşmələri daxildir.
L.A.Zenkeviçin hesablamalarına görə 1 km
3
dəniz suyunda 37.5 mln. t. və ya
1.2 mlrd. dollar qiyməti olan xörək duzu, maqnezium, kalium, kalsium, brom, yod,
ftor, manqan, kükürd və s. vardır.
- 42 -
Dünya okeanının ümumi sahəsinin 8.6%-ni təşkil edən onun şelf hissəsi
mineral resurslarla, xüsusilə də karbohidrogenlərlə zəngindir. Hələ XX əsrin 80-ci
illərində dünya okeanının şelfində 330 hövzədə perspektivli neft və qaz ehtiyatları
aşkar edilmişdir. Müxtəlif mənbələrdə onun ehtiyatı müxtəlif rəqəmlərlə təsbit edilir.
Məsələn, neftin ümumi ehtiyatı 80-150 mlrd. t, təbii qazın ehtiyatı isə 40-150 trln. m
3
həcmində olduğu bildirilir və bunun da təxminən üçdə iki hissəsi Atlantik Okeanının
akvatoriyasına aid edilir. Burada Şimal dənizi, Qvineya, Karib körfəzləri, Kanada,
ABŞ, Braziliya sahilləri, Aralıq dənizi, Sakit okeanın hövzəsində, xüsusilə də Şimali
və Cənubi Amerika, Asiya və Avstraliya sahilləri, Hind okeanında İran körfəzi,
Hindistan, İndoneziya, Avstraliya sahilləri, Şimal Buzlu okeanında Alyaska, Kanada,
Rusiya sahilləri, Xəzər dənizi ehtiyatlarına görə xüsusi fərqlənən ərazilərdir. Aparılan
tədqiqat işləri göstərir ki, neft və təbii qazın çox hissəsi okeanın materik yamacında
və okean çökəkliklərindədir.
Dünya okeanı resurslarından neft və təbii qazla yanaşı səpinti halında və qazma
üsulu ilə çıxarıla bilən bərk halda olan mineral resursların da ehtiyatı çoxdur.
Səpinti halında minerallardan ən geniş yayılmışı qurğuşundur. Onun ehtiyatları
daha çox Malayziya, İndoneziya, Tailand sahillərində təxminən sahildən 10-15 km
məsafədə 35 m dərinliyədək, dəmir tərkibli minerallara Yaponiya, Kanada, Yeni
Zellandiya, qızıl tərkibli qumlar ABŞ, Kanada, boksit isə Avstraliya sahillərində
nisbətən üstünlük təşkil edir. Ağır minerallardan ilmenit, sirkon, rutil, monasit
Avstraliya, ilmenit, monasit, sirkan Hindistan, Şri-Lanka, ilmenit, monasit ABŞ,
monasit Braziliya, almaz Namibiya və Anqola sahillərində daha çox rast gəlinir.
Fosforitlərin böyük ehtiyatları ABŞ-ın qərb və şərq sahillərində, Afrikanın Atlantik
okeanı sahillərində, Cənubi Amerikanın Sakit okean sahillərində, son illər isə
okeanların materik yamaclarında vulkanik qalxma ərazilərində aşkar edilmişdir.
Okean və dənizlərin qabarma enerjisindən istifadə etmək olduqca sərfəlidir. Bu
sahədə Rusiya, Fransa, Kanada enerji istehsalında xeyli təcrübə əldə etmişlər. Dünya
okeanı qədimdən insanların həyatında mühüm rol oynamışdır. Onun dənizləri,
körfəzləri, boğrazları, kanalları qədim dövrdən gəmiçilik sahəsi olmuşdur. Bu gün də
- 43 -
dənizlə yük və sərnişin daşınması prioritet sahələrdəndir. Daşınan yüklər içərisində
neft və təbii qazın xüsusi çəkisi daha böyükdür. Dənizlə yüklərin daşınmasının
inkişaf dinamikasını müəyyənləşdirən əsas amil məhsul istehsalı ilə istehlakı ölkələri
arasında məsafə fərqlərinin böyük olmasıdır. Belə ki, B.Britaniya və Yaponiya xarici
ticarətinin 98%-i, ABŞ-ın isə 90%-i, dünya ölkələri arasında iqtisadi əlaqələrin 80%-i
dəniz nəqliyyatının payına düşür.
Okeanlar arasında yükdaşımalar, bütövlükdə ticarət əlaqələrində Atlantik
okeanının xüsusi çəkisi daha böyükdür. Belə ki, iqtisadi əlaqələrin beşdə üçü onun
payına düşür. Bunu onun ətrafında yerləşən ölkələrin təbii şəraiti, ehtiyatları, tarixi,
iqtisadi və mədəni əlaqələrinin bolluğu ilə əlaqələndirmək, eyni zamanda sahil
xətlərinin girintili-çıxıntılı olması, gəmiçilik üçün daha əlverişli olması ilə
əlaqələndirmək olar. Ikinci yerdə Sakit okean durur. Onun əlaqələri artırmaq üçün
potensialı daha böyükdür. Burada əhalisinin ümumi sayı 3 mlrd. nəfərdən çox 30 ölkə
yerləşir, okean sahilində iri limanlar mövcuddur. Hind okeanı ümumi yük
daşınmasına görə üçüncü yerdə dursa da nəhəng neft-qaz ehtiyatlarına malik İran
körfəzi ölkələrinin məhsullarının ixrac həcminə görə müqayisə edilməzdir. Şimal
Buzlu okeanının iştirakı nisbətən azdır, burada naviqasiya dövründə xarici iqtisadi
əlaqələri həyata keçirmək nisbətən əlverişlidir. Təbiətdə quru suları əsasən
Antarktida, Qrenlandiya, Arktika, yüksək dağ zirvələri və yeraltında toplanmış sular
şəklindədir. Bunlar ümumi hidrosfer çəkisinin cəmi 6%-ni təşkil edir. Lakin heç də
bunun hamısı istifadə oluna bilən şirin su ehtiyatı deyildir. Alimlərin hesablamalarına
görə təbiətdə istifadə oluna biləcək şirin su resursları ümumi hidrosfer çəkisinin
2.5%-ni əhatə edir. Burada istifadə oluna biləcək şirin axan çayların payına düşür ki,
onun da həcmi 2.1 min kub kilometrdir. Hesablamalara görə çaylarda şərti olaraq
rütubət dövriyyəsi 16 sutkadır və il ərzində çay suyu 23 dəfə öz suyunu bərpa edə
bilir, ona görə də ildə çayın su sərfi 48 min kub kilometrə bərabər olur. Yadda
saxlamaq lazımdır ki, çaylara 15 dəfədən çox çirkab suları axıdılır və o da işi bir
qədər mürəkkəbləşdirir.
- 44 -
Regionlar üzrə çaylarda şirin su sərfinin təmin olunması olduqca qeyri-
bərabərdir. Belə ki, xarici Asiyada onun həcmi 3.1 min m
3
, xarici Avropada 4.1min
m
3
, Afrikada 5.7 min m
3
, Şimali Amerikada 15 min m
3
, MDB məkanında 15 min m
3
,
Cənubi Amerikada 32 min m
3
, Avstraliya və Okeaniyada 83 min m
3
, dünya üzrə isə 8
min m
3
-dir.
Çayların tam su sərfi bir qədər fərqlidir. Məsələn, Asiyada bu rəqəm 11 min
km
3
, Cənubi Amerikada 10.5, Şimali Amerikada 7, MDB məkanında 5.3, Afrikada
4.2, Avstraliya və Okeaniyada 1.6, Avropada 1.4 min km
3
-dir. Bu onunla izah olunur
ki, həmin regionların su ehtiyatı bol sulu çayların hesabınadır. Məsələn, Braziliya,
Rusiya, Kanada, Çin, İndoneziya, ABŞ, Banqladeş, Hindistan, Venesuela, Myanma
kimi ölkələrdə belə çaylar kifayət qədərdir. Lakin bildiyimiz kimi, şirin su ehtiyatının
çox olması heç də tam təmin olunmanı göstərmir, çünki təmin olunma ya hər
adambaşına düşən suyun miqdarı ilə, ya dahər km
2
-ə düşən miqdarla
müəyyənləşdirilir. Biz yuxarıda bunu göstərmişdik, belə ki, ən çox təmin olunma
quru və isti Avstraliya və Okeaniyaya, ən az xarici Asiyaya şamil edilmişdir.
Ölkələrin su ehtiyatlarına baxsaq, bunu bir daha göstərə bilərik. Şirin su ilə ən çox
təmin olunmuş ölkələrə Surinam, Konqo Demokratik Respublikası, Qayana, Papua-
Yeni Qvineya, Qabon, Kanada, ən az isə Misir, Burundi, Əlcəzair, Tunis, İsrail,
Yəmən, İordaniya, S.Ərəbistanı, Liviya və Küveyti göstərmək olar.
İlbəil sudan istifadənin həcmi də artmaqdadır. Burada da müəyyən fərqli
cəhətlər vardır. Belə ki, şirin su ehtiyatının 70%-i kənd təsərrüfatında, 20% -
sənayedə, 10%-i məişətdə istifadə olunur. Kənd təsərrüfatında çox istifadə olunur və
əksəriyyəti də bərpa olunmadan itkiyə gedir, sənaye və məişətdə istifadəni bərpa edib
təkrar istifadə mümkündür. İsti ölkələrdə, suvarma əkinçiliyinin üstünlük təşkil etdiyi
ölkələrdə həmişə içməli suya da ehtiyac çoxdur və burada qıtlıq hiss edilir. Bu
baxımdan Respublikamızda da içməli su qıtlığı mövcuddur. Bunun qarşısını almaq
üçün ölkəmizdə bir sıra tədbirlər həyata keçirilir. Məsələn, suvarma sistemləri
yenidən qurulur, yeni su anbarları yaradılır, məişətdə istifadəni artırmaq məqsədilə
Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilmişdir. Bu kəmər vasitəsilə Oğuz və
- 45 -
Qəbələdən yeraltı suların istifadəsi müəyyən qədər qıtlığın aradan qaldırılmasına
xidmət edir. Çaylar nəinki içməli su mənbəyidir, o həmçinin çox fəal bir nəqliyyat –
naviqasiya sistemidir. İri çaylar yük və sərnişin daşımada, bir sıra ölkələrdə isə meşə
materialları (oduncaq) daşınmasında geniş istifadə olunur. Təsadüfi deyildir ki,
çayları təbiət tərəfindən istiqaməti müəyyən edilmiş mühüm nəqliyyat arteriyası
adlandırmamışlar. Bu gün dünyanın bir çox ölkələri ucuz çay nəqliyyatından istifadə
etməklə ağac, neft, filiz, duz, taxıl, maşın və avadanlıqların daşınmasında istifadə
edir. Gəmiçilik üçün əlverişli olmayan bir çox çaylardan meşə materialları axıtmaq
üçün istifadə edilir.
Çaylar böyük enerji mənbəyidir. Çayların hidroenerji potensialını üç
kateqoriyaya ayırırlar: nəzəri, texniki, iqtisadi. Nəzəri potensiala dünya çaylarının
ümumi su sərfi aid edilir. Bu il ərzində 48 min km
3
-dir. Əgər qurunun orta
hündürlüyünü nəzərə alsaq ki, 800 m-dir, onda çayların nəzəri olaraq hidroenerji
potensialını 1000 mln. kvt miqdarındadır. Bu da il ərzində 35 trln. kvt/saat enerji
istehsalı deməkdir. Texniki potensial nəzəri potensialın bir hissəsi olub, illik və
mövsümi su sərfinin hesabına SES-nin quraşdırıla bilməsini göstərir. Dünya üzrə
texniki hidropotensial 15 trln/saat həcminə qiymətləndirilir.
Iqtisadi potensial texniki potensialın müəyyən vaxt ərzində müvafiq ərazinin
hidroenerji potensialından istifadənin iqtisadi cəhətdən əlverişli olmasını müəyyən
etməyə imkan verir. Onun göstəricisi texniki potensialdan azdır, təxminən 8-10 trln.
kvt/il, yəni gücü 2340 mln. kvt-dır. Nəzəri potensiala görə regionların imkanları
belədir: Asiya (42%), Afrika (21%), Şimali Amerika (12%), Cənubi Amerika (13%),
Avropa (9%), Avstraliya və Okeaniya (3%). Müəyyən edilmişdir ki, dünya çaylarının
su sərfinin təxminən yarısı hövzəsinin sahəsi qurunun 40%-ni örtən 50 iri çayın
payına düşür. Bu çaylardan 15-nin orta su sərfi 10 min m
3
/saniyədir. Su sərfi heç də
hidropotensial demək deyildir. Elə çaylar vardır ki, su sərfi çox böyük, amma
hidropotensialı azdır. Məsələn, Amazon çayı Konqoya nisbətən 5 dəfə çox su axıdır,
amma Konqonun hidroenerji potensialı ondan çoxdur.
- 46 -
Dünya üzrə iqtisadi hidropotensial iş və ondan istifadə
Cədvəl 1.6
Regionlar
İqtisadi hidropotensial
Bütün potensiala
nisbətdə istifadə %-lə
mlrd. kvt/saat
%-lə
MDB
1100
11.2
20
Avropa
710
7.3
70
Asiya
3670
27.3
14
Afrika
1600
16.4
3
Şm.Amerika
1600
16.4
38
Latın Amerikası
1900
19.4
16
Avstraliya
və
Okeaniya
200
2.0
18
Dostları ilə paylaş: |