1. Faydalı qazıntılar, istifadə və problemlər.
Faydalı qazıntılardan və ilkin xammaldan kompleks şəkildə istifadə olunması
təsərrüfat sahələrinin müxtəlif məhsullara tələbatının ödənilməsi, əhalinin müxtəlif
tələbat mallarına ehtiyacını ödəmək zərurətindən irəli gəlir.
Elm və texnikanın sürətli inkişafı müxtəlif xammal və məhsula olan tələbatını
da artırır. Bu isə öz növbəsində ilkin xammalın emalında tam və kompleks yanaşmanı
tələb edir ki, bu iqtisadi, sosial, ekoloji və təbiəti mühafizə nöqteyi-nəzərincə daha
önəmlidir. Təbii resurslara kompleks istifadə nöqteyi-nəzərincə yanaşma sənayenin
ərazi təşkilini asanlaşdırır və stimullaşdırır. Təbii sərvətlərdən kompleks istifadə
hələlik ölkəmizdə neft və təbii qaza münasibətdə formalaşmışdır və onun iqtisadi
- 74 -
qiymətləndirilməsi, stimullaşdırılması tam olaraq həyata keçirilir. Respublikamız
dünyada neft və təbii qaz resursları ilə zəngin ölkələrdən biridir və ərazinin 70%-i
perspektivli süxurlara malikdir. Xarici şirkətlərlə aparılan tədqiqat işləri göstərir ki,
bu resursların böyük ehtiyatı Xəzərin şelf hissəsindədir. Hesablamalar göstərir ki, ildə
20-30 mln. ton həcmində neft istehsal olunarsa, bu 100 il neft hasilatına imkan verər.
Abşeron yarımadasında 1878-ci ildən sənaye üsulu ilə neft istehsal olunur. Indi
Xəzərin şelfində, xüsusilə də Bakı və Abşeron arxipelaqlarında çox zəngin neft-qaz
yataqları kəşf olunmuşdur və axtarış – layihə işləri davam etməkdədir. Bununla
yanaşı Qobustan, Cənub-Şərqi Şirvan, Muğan ərazilərində iri neft yataqları
mövcuddur. Gəncə-Qazax iqtisadi rayonunun Qazanbulaq, Dəliməmmədli, Borsunlu,
Tərsdəllər, Kəmaləddin və Ceyrançöl ərazilərində neft-qaz yataqları kəşf edilərək
istismara verilmişdir. Hazırda ölkədə 70-dən çox neft və təbii qaz yataqlarından
istifadə olunur. Keçən dövr ərzində potensial neft ehtiyatının 40%-i, qaz ehtiyatının
20%-i istifadə olunmuşdur. Son illər aparılan kəşfiyyat işləri göstərir ki, ölkənin qaz
ehtiyatı yaxın illərdə ixrac əhəmiyətini daha da artıracaqdır.
Respublika ərazisində neft və qazla yanaşı çoxlu miqdarda tikinti materialları,
mineral, termal, yodlu-bromlu sular, filiz, qeyri-filiz, kimya və digər növ xammallarla
zəngindir. Böyük və Kiçik Qafqaz, Naxçıvan əraziləri xüsusilə də filiz resirsları ilə
zəngindir. Şəki-Zaqatala rayonunda Filizçay polimetal, Daşkəsən rayonunda dəmir
filizi ehtiyatları iri yataqlarda yerləşir. Daşkəsənin dəmir filiz ehtiyatı təxminən 280
mln. ton olub cənubi Qafqazda ən iri yataq hesab edilir. Dəmir filizinin müəyyən
qədər ehtiyatı Gədəbəy, Ordubad, Şəmkir rayonunun ərazilərində də aşkar edilmişdir.
Kiçik Qafqazın şimal yamacında kobalt, kükürd kolçedanı, mis filizi, qranit, mərmər,
fülüslü əhəng daşları, barit və digər resurslarla zəngindir. Mis filizinin iri yataqları
həmçinin Gədəbəylə yanaşı Tovuz, Qazax, Daşkəsən, Ordubadda, Şəki-Zaqatalanın
Filizçay, Kasdağ və Katex yataqlarında da var. Respublikamızda əlvan metallardan
alunit, polimetal qarışığı, mis, qızıl, qurğuşun, sink, molibden, civə, sürmə, kobalt,
seolit ehtiyatları sənaye əhəmiyyətlidir. Zəylik yatağının aluniti kompleks xammaldır,
ondan alüminium oksidi, sulfat turşusu, kükürd qazı, kalium gübrəsi və kalium duzu
- 75 -
alınır. Ölkə ərazisində polimetal filiz ehtiyatı geniş yayılmışdır. Qarabağda
Mehmana, Naxçıvanda Gümüşlü, Parağaçay, Qapıcıq, Balakəndə Filizçay
yataqlarında onun ehtiyatı çox olsa da, hələlik sənaye üsulu ilə istismar edilmir. Son
illər respublika ərazisindəki polimetal yataqlarında 2500 ton gümüş, 400 ton qızıl, 1.5
mln. ton misin ehtiyatı aşkarlanmışdır. Ekspertlərin rəyinə əsasən qızılın ehtiyatı
Kəlbəcərdə kvars-qızıl, Ağdərə mis-kvars-qızıl, Gədəbəydə qızıl-mis-kolçedan,
Zəngilanda kvars-qızıl, Qazax və Tovuzda qızıl-sulfid qarışıqlı olmaqla 1000 tondan
çoxdur. Lakin qızılın kəşf olunmuş ehtiyatı 50 ton, təsdiq olunmuş ehtiyatı isə 10 ton
qiymətləndirilir. Civə ehtiyatı 50-dən artıq yataqda müəyyən edilmişdir. Kəlbəcər-
Laçın iqtisadi rayonu ərazisində 6 civə yatağı aşkar edilmişdir və bunların içərisində
Şorbulaq, Ağyataq və Löhçay yataqları daha perspektivli sayılır. Bütövlükdə
qurğuşunun ehtiyatı 1.7 mln. ton hesablanmışdır ki, metal tutumluğu 1.54% təşkil
edir.
Gəncə-Qazax iqtisadi rayonu bir çox təbii resurslarla, o cümlədən sənayenin
müxtəlif sahələrində, xüsusilə də, neft sənayesində geniş istifadə olunan bentonit gil
ehtiyatı ilə də zəngindir. Qazax rayonunun Daş Salahlı bentonit gil yatağından
müxtəlif sahələrə tətbiq olunan xammal ehtiyatı vardır. Bu xammaldan qara
metallurgiyada metallaşdırılmış dəmir filizi diyircəkləri istehsalında, neft hasilatında,
tikinti-materialları sənayesində, irriqasiya qurğularının tikintisində, şərabçılıqda geniş
istifadə edilir.
Ölkə ərazisində kimya sənayesinin inkişafını təmin etmək üçün qeyri-metal
xammal ehtiyatları da kifayət qədərdir. Belə ki, Neftçala, Babazənən, Xıllı,
Mişovdağ, Muğan, Şirvan, Böyükşor yodlu-bromlu suları kimya sənayesinin inkişafı
üçün böyük ehtiyatlara malikdir. Cənub-Şərqi Şirvanda yerləşən yodlu-bromlu
suların ehtiyatı sutkada 250 min kub km-ə bərabərdir. Kəşf olunmuş ehtiyatına və
yüksək keyfiyyətinə görə onun başqa xammal mənbələrindən xeyli fərqi var. Hazırda
Neftçala və Xıllı yataqları əsasında Neftçala, Abşeron mədən suları əsasında isə
Suraxanı yod-brom zavodları fəaliyyət göstərir. Abşeron və Qobustandakı çöküntü
duz ehtiyatları, Göygöl rayonu ərazisində Başqışlaq və Çovdardakı barit, Balakən,
- 76 -
Gədəbəy, Toğanalı və Çıraqdərədəki kükürd kolçedanı, Laçın rayonundakı Qorçu
yatağında və Yuxarı Ağca kəndindəki kopal, Nehrəmdə dolomit, Göygöldəki Çovdar
və Mirzin mineral boyalar və piqmentlər, Naxçıvanın daş duz yataqları kimya
sənayesi üçün əsas xammal mənbəyidir.
Ölkə ərazisi tikinti materialları ilə tam təmin olunmuşdur. Sənaye ehtiyatı 126
mln. ton olan Zəngilan rayonunda əhəng daşı yatağı vardır. Ölkə ərazisində 400-ə
qədər müxtəlif növ qeyri-filiz və tikinti materialları yataqları kəşf edilmişdir. Bura
ümumi ehtiyatı 403.5 mln. ton olan 10 sement istehsalına yararlı əhəng daşı, 477 mln
kub. km olan 44 divar daşı, 55 mln. kub. km olan 22 üzlük daşı, 3.7 mln. kub km
ehtiyata malik dekorativ qırma daş ehtiyatı 16 mln. kub km olan 2 keramika xammalı,
ehtiyatı 204.4 mln. kub. km 24 inşaat daşı, 160.7 mln. kub. km 73 gil, 1.03 mlrd. kub.
km 61 qum-çınqıl, 48.4 mln. kub. km qum, 13 kub km ehtiyatla 11 mln. 2 perlit və
pemza yataqları daxildir (E.Yusifov. səh.88). Yuxarı Ağcakənd yüksək keyfiyyətli
yataq digərləri ilə birlikdə ildə 500 min ton gips verir ki, bu da sənayedə və kənd
təsərrüfatında geniş istifadə olunur. Gipsə olan tələbatın getdikcə artması onun
istehsal və emalını təmin edən yeni müəssisələrin yaradılmasını tələb edir. Digər
tikinti materiallarından kvars, tikinti qumu, əhəng daşı, qumdaşı, mişar daşı, mərmər,
mərmərəbənzər əhəng daşı, travertin, tikinti daşı, kərpic, keramit gili, çınqıl və s.
böyük ehtiyatları ölkə ərazisində kifayət qədərdir. Böyük Qafqaz, Kiçik Qafqaz,
Naxçıvan təbii vilayətləri, Lənkəran-Masallı regionu mineral və termal sularla
zəngindir.
Ölkəmizdə təbii resurslardan istifadə, xüsusilə onun daha dinamik, iqtisadi
cəhətdən daha əlverişli resursu sayılan neftin hasilatı tarixi hələ eramızdan əvvəl VII-
VI əsrlərə aid edilir. Tarixi mənbələrdə ölkə ərazisində XV əsrdə 500-dən çox
quyunun olması barədə məlumatlar vardır. Balaxanı mədənlərində aşkarlanan köhnə
neft quyusu ətrafındakı daş kitabədə quyunun dərinliyinin 64 metr olduğu göstərilir.
1871-ci ildə Balaxanı kəndi yaxınlığında 42 metr dərinliyi olan mexaniki üsulla
qazılan quyudan neft fontan verir və bu tarix Azərbaycanda neftin sənaye üsulu ilə
hasil edilməsinin başlanğıcı hesab edilir. Artıq XIX əsrin sonlarında Balaxanı-
- 77 -
Sabunçu-Ramana sahəsində çıxarılan neftin həcmi dünya ilə müqayisədə 44% - təşkil
edirdi. 1901-ci ilin hesabatında göstərilir ki, Bakı dünya neft hasilatının 50%-ni,
Rusiyada istehsalın isə 95%-ni vermişdir. Dünyada ilk neft quyularının quruda
fontanla neft verdiyi Azərbaycan həmçinin dənizdə ilk neft hasilatının da Vətəninə
çevrilmişdir. Tarixə “Yeddi gəmi adası” adı ilə başlayan və 1949-cu ildə fontan verən
neft hasilatı sonralar “Neft Daşları” kimi məşhurlaşmış və bu gün nəhəng yaşayış və
istehsal kompleksinə çevrilmişdir.
XX əsrin 90-cı illərinin əvvəlində sosializm sisteminin, eyni zamanda SSRİ-nin
dağılması bütün postsovet məkanında bir çox sahələr kimi neft hasilatı və emalına da
ciddi təsir göstərmişdir. Bu illərdə neft hasilatının azalması, eyni zamanda da neftə,
neft məhsullarına tələbatın artması müstəqil Azərbaycanın neft sənayesini inkişaf
etdirmək, bu məhsulu dünya bazarına çıxarma, zəif iqtisadiyyatı möhkəmləndirmək,
dünyanın aparıcı neft şirkətlərini ölkəmizə cəlb etmək imkanı yaratdı. Bu dövrlərdə
ölkənin neft strategiyasını düzgün həyata keçirmək, ölkə iqtisadiyyatını dirçəltmək,
beynəlxalq nüfuz sahibi olmaq, dünyanın aparıcı və qüdrətli dövlətlərindən birinə
çevrilmək imkanı yarandı. Hələ 1782-ci ildə ingilis səyyahı Forster haqlı olaraq
yazırdı ki, Bakıda gələcək üçün böyük bir xəzinə vardır. Həqiqətən də Azərbaycanın
məqsədyönlü iqtisadi-siyasi strategiyası əməli işində bunu bir daha sübut etdi. 20
sentyabr 1994-cü ildə dünyanın ən iri transmilli neft şirkətləri ilə birgə “Əsrin
müqaviləsi” imzalandı. Bu müqaviləyə əsasən 30 il müddətində “Azəri”, “Günəşli”,
“Çıraq” yataqlarından 511 mln. ton neft, 55 mlrd. kub. metr qazın çıxarılması nəzərdə
tutulmuşdur. Bu müqavilə nəinki respublikamızın, hətta bütövlükdə Cənubi Qafqazın
iqtisadiyyatında böyük bir mərhələnin başlanğıcını qoydu. Bakı-Tiflis-Ceyhan neft
kəməri Azərbaycan neftini dünya bazarına çıxarmaqla ölkənin beynəlxalq imicini
yüksəklərə qaldırdı, ölkə büdcəsini, ehtiyat valyuta fondunun yüksək səviyyədə
tənzimlədi.
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ölkənin neft və qaz istehsalını
artırmaq üçün aşağıdakı müqavilələri imzalamışdır:
- 78 -
1. 1994-cü il sentyabrın 20-də “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarını birgə
işləmək üçün “Əsrin müqaviləsi” imzalanmışdır. Bu müqavilədə dünyanın
aparıcı şirkətləri olan ABŞ-ın “AMOKO”, “Mak Dermot”, “Yunoka”,
B.Britaniyanın “Britiş Petrolium”, “Remko”, Norveçin “Statoyl”, “Türk
petrolları”, S.Ərəbistanının “Delta” iştirak edir.
2. 1995-ci il noyabrın 10-da Qarabağ yatağının “Likoyl”, “Penzoyl”, “ACYP”,
Rusiya və İtaliyanın “LUKACİP” neft şirkətlərinin birgə hasil etməsi üçün
müqavilə imzalamışdır. Lakin istismar olunacaq yataqda neftin miqdarının az
olması müəyyənləşdikdən sonra 21 yanvar 1999-cu ildə müqavilənin fəaliyyəti
dayandırılmışdır.
3. 1996-cı il iyulun 4-də Bakıda “Şahdəniz” yatağının istismarı üçün “Britiş
Petrolium”, “Statoyl”, “Lukoyl”, “Türk petrolları”, Fransanın “Elf Akiten” və
İran neft şirkəti ilə birgə müqavilə imzalanmışdır. 1999-cu ildə bu yataqda
təbii qazın ehtiyatının 0.7-1.5 trln. kub metr olduğu müəyyənləşdiyindən yaxın
illərdə qaz hasilatını artırıb ixrac etmək nəzərdə tutulmuşdur.
4. 1996-cı il dekabrın 14-də Bakıda “Dan ulduzu” və “Əşrəfi” neft yataqlarının
birgə istismarı üçün ABŞ-ın “AMOKO”, “YUNOKAL”, Yaponiyanın “İtoçu”,
Səudiyyə Ərəbistanının “Delta” neft şirkətləri ilə müqavilə imzalanmışdır.
Lakin sonradan bu yataqlarda qazılan kəşfiyyat quyuları nəticəsində lazımi
qədər neft ehtiyatları olmadığı müəyyənləşdirilmişdir.
5. 1997-ci il yanvarın 13-də Parisdə “Lənkəran-dəniz” və “Talış-dəniz”
yataqlarından neft hasilatı üçün Fransanın “Elf Akiten” və “Total”,
Almaniyanın “Deminenks”, İtaliyanın “ACYP” və İranın neft şirkəti ilə
müqavilə imzalanmışdır.
6. 1997-ci ilin iyulun 4-də Moskvada Rusiyanın “Lukoyl” və “Rosnet” şirkətləri
ilə birgə hasilatı nəzərdə tutulan “Kəpəz” və “Yalama” neft yataqlarının
istismarı haqqında 2 illik müqavilə imzalanmışdır.
7. 1997-ci ilin avqustun 1-də Vaşinqtonda “Abşeron”, “Naxçıvan”, “Oğuz” və
“İnam” yataqlarının birgə istismarı üçün ABŞ-ın “Şirvan”, “AMOKO”,
- 79 -
“EKSSON”, “Mobil” və Fransanın “Total” neft şirkətləri ilə müqavilə
imzalanmışdır.
8. 1997-ci il sentyabrın 25-də İtaliyada “Kürdaşı”, “Araz” və “Hirkan”
yataqlarının istismarı üçün İtaliyanın “Eni ACYP”, İspaniyanın “Repsol” və
Türkiyənin “Türk petrolları” şirkətləri ilə müqavilə imzalanmışdır.
9. 1998-ci il iyunun 2-də Bakıda “Kürdaşı” (1940-cı ildə kəşf olunmuş) yatağının
birgə işlənməsi üçün Yaponiyanın “Mitsui” bə Türkiyənin “Türk petrolları”
neft şirkətləri ilə müqavilə imzalanmışdır.
10. 1998-ci il iyulun 2-də Lindonda “Araz”, “Alov” və “Şərq” yataqlarının birgə
istismarı üçün B.Britaniyanın Norveç müştərək şirkəti olan “Bi-Pi-Statoyl” ilə
“İnam” yatağının qalan hissəsinin ABŞ-ın “AMOKO”, B.Britaniyanın
“Monument oil and gaz” və Rusiyanın Mərkəzi Yanacaq şirkəti ilə müqavilə
bağlanmışdır.
11. 1998-ci ilin dekabrın 25-də “Yanan tava”, “Atəşgah” və “Muğan-dəniz”
yataqlarının birgə istismarı üçün Yaponiyanın “Capanpetrolium”, “İndoneziya
petrolium”, “İtoçu”, “Teykoku oyl” neft şirkətləri ilə müqavilə imzalanmışdır.
12. 1999-cu il aprelin 27-də Vaşinqtonda “Zəfər” və “Məşəl” yataqlarından ABŞ-
ın “Eksson”, “Savalan”, “Dalğa”, “Lerik-dəniz” və “Cənub” neft yataqlarından
“Mobil” şirkətləri ilə müqavilə imzalanmışdır.
Eyni zamanda quruda olan köhnə və yeni quyuların xarici ölkə şirkətləri ilə
yenidən qurulması, bərpası və istismarı ilə bağlı bir neçə müqavilə də imzalanmışdır:
1. 1998-ci il iyunun 2-də Cənub-Qərbi Qobustana aid olan sahələrin ABŞ-ın
“Yunion Teksas”, B.Britaniya və Kanadanın “Komonvels oyl ənd qaz”,
“Kürsəngi-Qarabağlı” yatağının ABŞ-ın “Amirada Hess”, Səudiyyə
Ərəbistanının “Delta” və ABŞ-ın “Frontera Resorses Korporeyşn” neft
şirkətlərinin birgə işlənməsi barədə müqavilə imzalanmışdır.
2. 1998-ci il iyulun 21-də Londonda “Muradxanlı”, “Cəfərli” və “Zərdab”
yataqlarının B.Britaniyanın “Remko” şirkəti ilə istismarı barədə müqavilə
imzalanmışdır.
- 80 -
3. 1999-cu il aprelin 27-də Vaşinqtonda Şamaxı və Hacıqabul rayonları
ərazisində yerləşən “Padar”, “Böyük və Kiçik Hərəmi”, “Qırlıq” yataqlarının
hasilatı barədə ABŞ-ın “Monikrif” neft şirkəti ilə müqavilə imzalanmışdır.
Dünyanın aparıcı neft şirkətləri ilə bağlanan bu müqavilələrin nəinki iqtisadi
inkişafın, həmçinin siyasi müstəqilliyin əldə olunmasına, Dağlıq Qarabağ
probleminin həllinə də ciddi köməyi danılmazdır.
Cədvəl 1.9
Şirkətlər
İnvestisiya payı
Britiş Petrolium (B.Britaniya)
17.12%
AMOKO (ABŞ)
17.01%
LUKoyl (Rusiya)
10%
Penzoil (ABŞ)
4.81%
Eksson (ABŞ)
8.00 %
Statoyl (Norveç)
8.56%
İtoçu Sladzi (Yaponiya)
3.92%
Remko Enerji: Qrup (B.Britamiya)
2.08%
Yunokal (ABŞ)
10.05%
Turkiş Petrolium Cor. (Türkiyə)
6.75%
Delta Nimir Xəzər (S.Ərəbistanı)
1.68%
ARDNŞ (Azərbaycan)
10%
Ölkəmizin sənaye istehsalının sahə strukturunda neft-qaz sənayesinin payı ili-
ildən sürətlə artmaqdadır. Neft-qaz sənayesinə investisiyaların cəlb edilməsi dövlət
siyasətinin prioritet istiqamətlərindən biri kimi qiymətləndirilir. Son illərdə xarici
şirkətlərlə birgə aparılan geoloji – kəşfiyyat işlərinin nəticələrinə əsaslanaraq qeyd
etmək olar ki, ölkəmiz nəinki təbii qaza olan daxili tələbatı ödəməyə qadirdir, hətta
NABUKO və digər beynəlxalq layihələrdə iştirak etməklə iri təbii qaz ixracatçısı
rolunu da oynayacaqdır.
- 81 -
Neft və təbii qaz hasilatı ölkəmizdə elektroenergetika sənayesinin yaranmasına,
inkişaf edib təsərrüfatın ayrı-ayrı sahələrinin formalaşmasına öz töhfəsini vermişdir.
Hal-hazırda respublikamızın energetika sisteminə ümumi istehsal gücləri 5000 mvt-
dan artıq olar 10 istilik elektrik stansiyası və 7 su elektrik stansiyası daxildir ki, il
ərzində bu stansiyalarda 20 mlrd. kvt/saatdan artıq elektrik enerjisi istehsal edilir.
Azərbaycanda yerli təbii resurslar əsasında qismən inkişaf etmiş sənaye
sahələrindən biri qara metallurgiyadır. Bu sənaye sahəsini xammalla təmin edən
dəmir filizi əsasən Daşkəsən rayonu ərazisində cəmləşmişdir. Burada Daşkəsən,
Cənubi Daşkəsən, Dəmir və Dardərə yataqları, müəyyən qədər Gədəbəy rayonunun
Novo-İvanovka kəndi yaxınlığında və Ordubad rayonunun Başyurd sahəsində aşkar
edilmişdir. Eyni zamanda Alabaşlı, Çardaxlı, Atabəy, Aşağı Morul, Mansurlu,
Təknəli, Lənkəran-Astara sahili boyu ərazilərdə (çökmə mənşəli) dəmir filizi
yataqları yayılmışdır. Xromitin iri yataqları Göydərə, Zaidərə, Nikolayev,
Kəzimbinin, Xotovəng, Qarilov və İpək qrupu ərazilərindədir. Xromit filizi ilə yanaşı
filiz saxlayan alunit süxurları odadavamlı xammal kimi, maqnium metalı və nikel
almaq, eləcə də turş torpaqları neytrallaşdırmaq üçün istifadəyə yararlıdır.
Molla Cəlilli, Eldar və Daşsalahlı manqan yataqları sənaye əhəmiyyətlidir.
Ölkəmizdə qara metallurgiya natamam silsiləli inkişaf etməklə Daşkəsən
filizsaflaşdırma kombinatı, Sumqayıt boru-prokat zavodu, “Bakı Steel Company” və
digər müəssisələrlə təmsil olunur. Daşkəsən filizsaflaşdırma kombinatı 1954-cü ildə
istifadəyə verilmişdir. Burada filiz çıxarıldıqdan sonra süxurlardan təmizlənir,
baraban tipli yuyucu maşınlara doldurulur, baraban fırlandıqca dəmir filizi suyun
köməyilə süxurlardan azad olur, barabanın daxilindəki güclü elektrik-maqnit qurğusu
dəmiri torpaqdan ayırır, filiz xırdalandıqdan sonra domna sobasına daxil olur.
Sumqayıt boru-prokat zavodu 1952-ci ildə istifadəyə verilmiş, çuquna xrom,
nikel, ferroərinti qatmaqla sobalarda polad əridilir.
Ölkəmizdə əlvan metallurgiya sənayesi mis, qurğuşun, sink, kobalt, alunit,
molibden, civə, boksit, volfram, arsen, sürmə, qızıl, bismut və s. metallar, Gəncə və
Sumqayıt alüminium zavodları ilə təmsil olunur. Alüminium sənayesindən başqa
- 82 -
digər sahələr tam dövriyyəli deyildir. Daşkəsənin Zəylik alunit xammalı əsasında
1965-ci ildə Gəncə alüminium gili zavodu istifadəyə verilmiş, ilk dəfə olaraq
alunitdən alüminium oksidi yarımfabrikatı istehsalı yaradılmışdır. Bu yarımfabrikatın
əsasında isə Sumqayıt alüminium zavodu fəaliyyət göstərir. Hal-hazırda əlvan
metallurgiyanın, eləcə də qara metallurgiyanın kompleks inkişafı üçün dövlət
proqramı qəbul olunmuşdur.
Yerli gətirmə xammala əsaslanan kimya sənayesi vaxtıilə respublikamızın ən
inkişaf etmiş sahələrindən biri olmuş, MDB məkanını müəyyən məhsullarla təmin
etmişdir. Kimya sənayesini inkişaf etdirən neftayırma zavodlarının propan, piroqaz,
butan-butilen və benzin kimi məhsullardan və dağ-mədən sənayesinin məhsullarıdır.
Naxçıvanın Nehrəm və Duzdağ duz yataqları, Goranboy və Göygöl rayonlarının
Başqışlaq və Çovdar mis yataqlarının tərkibində olan barit, Toğanalı və Çıraqdərə
yataqlarında olan kükürd kolçedanı, Gədəbəy rayonu və Balakən kükürd kolçedanı
yataqları, Naxçıvançayın yuxarı axarında yerləşən Gömür yatağının kükürd, Laçın
rayonunun Qorçu və Yuxarı Ağcakənddə kopal, dolomit, mineral boyalar ehtiyatları
kimya sənayesi üçün perspektivli ehtiyatlardır. Kür çayının aşağı axarlarında, Muğan
düzündə, Abşeronun Böyükşor, Masazır göllərində toplanmış xörək duzu, Şamaxıda
Pirsaat çayının hövzəsində, Qobustan şəhəri yaxınlığında olan mirabilit kimi
xammallar mühüm əhəmiyyətlidir. Şəmkirin Zəyəm qəsəbəsi yaxınlığında,
Naxçıvanda, Arazçayı boyu, Abşeron yarımadası və Laçın rayonu ərazisində Çili
şorası ehtiyatı vardır.
Naxçıvanın Nehrəmçay yatağında epsomit və molanterit, Şamaxı, Gədəbəy və
Göygöl rayonlarında umbra, surik, siena, brekçiya kimi boyalar istifadəyə yararlıdır.
Əsas kimya sənayesinin məhsulu kimi yod və brom istehsalı üçün kifayət qədər
xammal ehtiyatı vardır. Abşeron göllərində, xüsusilə də Böyükşor, Pirallahı adasının
kiçik gölməçələrində, Neftçala, Xıllının mədən sularında ehtiyatı daha çoxdur.
Seolit neft-kimya sənayesində, neftayırmada, kimya sənayesində, kənd
təsərrüfatında, metallurgiyada geniş istifadə olunur. Seolitin iri yataqları Qazaxda,
Tovuzda, Naxçıvanda, Talış dağlarında, Kiçik Qafqazda mövcuddur.
- 83 -
Son illər kimya sənayesində edilən sahəvi və ərazi strukturundakı dəyişiklik,
kiçik və orta həcmli müəssisələrə, xüsusilə də özəl müəssisələrə üstünlüyün verilməsi
təsərrüfatın və əhalinin artan tələbatının ödənilməsinə, ətraf mühitin mühafizəsinə,
xammal ehtiyatlarından səmərəli istifadəyə yönəldilmişdir ki, bu da özünü iqtisadi-
ekoloji baxımdan doğrultmaqdadır.
Respublikada
tikinti
sənayesi
çoxsahəli olub, sement, dəmir-beton
konstruksiyalar və panellər, sanatoriya-texnika məmulatları, mişar daşı, pəncərə və
tikinti şüşəsi, şifer, asbest-sement borular, istilik izolyasiya, polimer tikinti
materialları, polivinilxlor, linelium, aqloporit, perlit tipli yüngül doldurucu mineral
tikinti materialları sahələrini əhatə edir. Sement sənayesi və dəmir-beton məmulatları
istehsalının özəyini təşkil edən təbii-tikinti xammalı hasilatına mişar daşı, but daşı,
mərmərəbənzər əhəngdaşı, mərmər, pemza, travertin kimi bəzək və üz daşları,
müxtəlif tikinti gilləri, çınqıl, tikinti, şüşə və qəlb qumu, gips, gəc, perlit kimi yüngül
suvaq və məsaməli doldurucu xammalı daxildir.
Yerli tikinti materialları istehsalı müəssisələri arasında əsasən yerli sənaye
kombinatlarının nəzdində fəaliyyət göstərən bişmiş kərpic, kirəmit və saxsı məmulatı
hazırlayan 90-dan artıq müəssisə vardır. Kərpic istehsalı müəssisələrində həmçinin
oda, turşuya davamlı materiallar, meliorasiya küngləri də istehsal olunur. Ölkəmizin
tikinti materialları sənayesinin əsasını sement istehsalı təşkil edir. Bu sahə dəmir-
beton və iri panel istehsalını xammalla, tikintini isə suvaq və hörgü materialı ilə
təmin edir, müxtəlif sənaye sahələrinin texnoloji tələbatını ödəyir.
Son illər respublikada aparılan məqsədyönlü iqtisadi islahatlar, özəlləşdirmə,
özəl müəssisələrə və sahibkarlara dövlət qayğısı digər sənaye sahələrində olduğu
kimi tikinti sənayesinə də öz təsirini göstərmiş, müəssisələrin yeni standartlara uyğun
materiallar istehsalını artırmış, keyfiyyətini yüksəltmiş, ətraf mühitin mühafizəsində
mühüm rol oynamışdır.
- 84 -
2. Torpaq, su və rekreasiya resurslarından istifadə və problemlər
Respublikada
iqtisadi
inkişafın
davamlı
olması,
artan
tələbatını
müvəffəqiyyətlə ödəmək üçün torpaq, su, rekreasiya və digər resurslardan səmərəli
istifadə etmək olduqca vacibdir. Burada torpaq ehtiyatlarından düzgün istifadənin
təşkili və elmi-təcrübi əsaslara söykənən xüsusi proqramın olması böyük əhəmiyyət
kəsb edir. Bu məqsədlə ilk və sonradan qəbul olunmuş regionların sosial-iqtisadi
inkişafına dair dövlət proqramları yeni iqtisadi siyasət strategiyasının əsasını təşkil
etməklə ölkənin torpaq ehtiyatlarının davamlı və dayanıqlı istifadəsi ön plana
çəkilmiş, kənd təsərrüfatının dinamik inkişaf etməsi, kənd əhalisinin sosial həyat
səviyyəsinin yüksəldilməsi, xüsusilə insanların yerlərdə məşğulluğunun təmin
edilməsi əsas kimi şərtlənmişdir. Respublikamızın ümumi torpaq fondu 8.6 mln. ha-
dır ki, bunun da 78%-dən müxtəlif məqsədlər üçün istifadə edilir. Ümumi torpaq
fondunun 6.5%-i dağ-çəmən, 4.8%-i qonur dağ-meşə,14%-i qəhvəyi dağ-meşə, 1%-ə
qədəri dağ-qara, 25.5%-i şabalıdı, 1.8%-i sarı, 28.9%-i boz və boz-qonur, 12.2%-i
çəmən, 5.5%-i şoranlıq və digər torpaqların payına düşür. Torpaq fondunun
quruluşunda kənd təsərrüfatında istifadə edilən sahələr 4.5 mln. ha təşkil edir ki,
bunun da 1.6 mln.ha və ya 19%-i əkinlər, 2.7 mln.ha və ya 30%-i örüş və otlaqlar,
4%-i əkmələr, biçənək və dincə qoyulmuş torpaqlar təşkil edir. Dövlət tərəfindən
aparılan özəlləşdirmə nəticəsində ümumi torpaq fondunun 57%-i dövlət, 24%-i
bələdiyyə, 19%-i xüsusi mülkiyyətə verilmişdir.
Təsərrüfatın inkişafı və yerləşdirilməsində su resursları mühüm yer tutur. Su
ehtiyatlarına çaylar, göllər, su anbarları, yeraltı sular, həmçinin sənayedə istifadə
edilə bilən dəniz suları aiddir. İl ərzində orta hesabla təsərrüfat sahələrinə 12.5 kub.
km təzə su işlədilir ki, bunun da 75%-dən çoxu suvarmaya, kənd təsərrüfatının
müxtəlif sahələrinə, 3 kub km-i sənaye ehtiyatlarına, bunun da 75%-i Bakı-Sumqayıt
aqlomerasiyası müəssisələrinin payına düşür.
Çayların respublika təsərrüfatının inkişafında, əhalinin suya olan tələbatının
təmin olunmasında əhəmiyyəti böyükdür. Ümumi su ehtiyatının 65%-ni tranzit Kür,
- 85 -
Araz, Samur, Qanıx, Qabırrı və digər çaylar təşkil edir. Hündürlüyü 1000-1500 m
olan orta dağlıq zonanın çay şəbəkəsi daha sıx inkişaf etmişdir. Bu göstərici Lənkəran
zonasında daha çox olub 0.84 km/kv.km, Abşeron-Qobustanda 0.20, Arazboyu
rayonlardan isə 0.28 km/kv.km-dir. MDB məkanında su ehtiyatları zəif təmin
olunmuş ölkələrdən biri də Azərbaycandır. Respublikada su qıtlığı probleminin
aradan qaldırılması üçün ölkədə su ehtiyatlarından düzgün və səmərəli istifadə
edilməsinin və başqa hövzələrdən Azərbaycana çay axarlarının yönəldilməsinə böyük
ehtiyac duyulur. Çaylar əsasən Kür hövzəsinə aid olduqlarından buradakı su
çatışmazlığını aradan qaldırmaq üçün dövlət səviyyəsində Qərbi Gürcüstan və Şimali
Qafqazdan buraya ildə 3-5 kub km su axıdılması layihəsinin sxemi hazırlanmışdır.
Çayların su rejiminin tənzim edilməsində yeni su qovşaqları və anbarlarının, suvarma
sistemlərinin yaradılmasının əhəmiyyəti böyükdür. Hazırda Mingəçevir, Şəmkir,
Araz, Sərsəng, Ceyranbatan, Xanbulançay, Ağstafaçay, Arpaçay, Varvara, Aşıq
Bayramlı, Cavanşir və s. kimi 34 su anbarı fəaliyyət göstərir. Azərbaycanda su və
elektrik enerjisinə olan tələbatı ödəmək məqsədilə Kür və Araz çayları üzərində
kaskad su qovşaqlarının, sel təhlükəsi az olan dağ çayları üzərində kiçik SES-in
tikintisini artırmaq məqsədəuyğundur. Suvarmaya ehtiyacı olan ərazilərin su
təminatını yaxşılaşdırmaq, yeni dəryaça, sututarların yaradılması, suvarma-drenaj
sisteminin təkmilləşdirilməsinə ehtiyac böyükdür. Xəzər dənizinin respublika
iqtisadiyyatında rolu böyükdür. Bura ölkənin əsas neft-qaz bazası rolunu oynaması ilə
yanaşı, iqlimin formalaşmasında, bioresursları və rekreasiya resurslarının
istifadəsində də əhəmiyyəti böyükdür. Respublika ərazisində çoxlu sayda regional və
dünya səviyyəli tarixi-mədəni obyektlər, müqəddəs yerlər, nadir təbiət abidələri,
ekoloji muzeylər, yaşlı nadir ağaclar, balneoloji-mineral sular, ovçuluq təsərrüfatları,
milli parklar, müxtəlif turizm obyektləri, istirahət bazaları, əsrarəngiz təbiətə malik
landşaftlar vardır. Bu təkrarolunmaz resurslardan səmərəli istifadə etmək, turizm-
sənaye kompleksini formalaşdırmaq, bu resursların iqtisadi əhəmiyyətini artırmaq
olduqca vacib məsələlərdəndir.
- 86 -
Ölkəmizin sürətli və davamlı inkişaf strategiyası, regionların sosial-iqtisadi
inkişaf problemlərinin uğurlu həyata keçirilməsi, neft-qaz sənayesindən əldə olunan
gəlirlərin qeyri-neft sektoruna cəlb edilməsi yerüstü təbii sərvətlərdən, xüsusilə də
torpaq, su, rekreasiya resurslarının potensial ehtiyatlarından səmərəli istifadə etməyi
tələb edir. Bu məqsədlə də ayrı-ayrı regionların, iqtisadi rayonların potensial
ehtiyatlarının müəyyənləşdirilərək təhlil edilməsinə ehtiyac vardır.
Abşeron iqtisadi rayonu (Bakı şəhəri də daxil olmaqla) Xəzərsahili
düzənlikdən 2200 metr yüksəkliyədək bir ərazini əhatə etdiyindən burda torpaq
əmələgətirici amillərin təsiri ilə səhra, yarımsəhra, bozqır, meşə, meşə-kolluq, çəmən
və çəmən-bataqlıq bitki örtüyü hündürlük zonallığını yaratmış, üçüncü və dördüncü
dövr və Xəzər dənizinin qədim çöküntülərindən ibarət çuxurlar üzərində boz və boz-
qonur torpaqların tip və yarımtipləri əmələ gəlmiş və geniş yayılmışdır. Bu torpaqlar
yaşca cavan olub, genetik qatların zəif istifadə olunması ilə səciyyələnir. Boz və boz-
qonur torpaqların özünəməxsus xüsusiyyətlərindən biri də onların müxtəlif dərəcədə
şorakətli və şoranlı olmasıdır. Odur ki, bu torpaqlarda kənd təsərrüfatı bitkiləri
yetişdirməzdən əvvəl əsaslı meliorativ tədbirlər həyata keçiriliməlidir. Ərazidə
keyfiyyət göstəricilərinə və təsərrüfat əhəmiyyətinə görə geniş yayılmış torpaq
tiplərindən biri də dağ-şabalıdı və şabalıdı torpaqlardır. Arid şəraitdə əmələ gələn bu
torpaqlarda şorlaşma və şorakətləşmə hallarının baş verməsi geniş yayılmışdır.
Şabalıdı torpaqların əmələgəlməsində və inkişafında antropogen amillərin rolu
böyükdür. Rayon ərazisinin relyefi, iqlimi, həmçinin şabalıdı torpaqların fiziki-
kimyəvi xüsusiyyətləri kənd təsərrüfatı bitkilərinin əkilməsi üçün əlverişlidir.
Rayonun kənd təsərrüfatında qismən istifadə olunan çimli dağ-çəmən, tipik qəhvəyi
dağ-meşə, karbonatlı və bozqırlaşmış qəhvəyi dağ-meşə, dağ-qara və dağ boz-
qəhvəyi torpaqlar ümumi torpaq sahəsinin 7.4%-ni təşkil edir. Əsasən biçənək,
kəndyanı örüş və otlaq sahələri kimi istifadə olunur. Meşə və meşə-kolluqların
qəhvəyi torpaqları ərazidə ekoloji durumun dayanıqlı olmasında, xüsusilə
torpaqqoruyucu, su tənzimləyici və iqlimmülayimləşdirici əhəmiyyəti vardır. Başlıca
olaraq dənizsahili düzənlik və qismən dağətəyi düzənlikdə lokal şəraitdə yayılmış
- 87 -
subasar allüvial-çəmən torpaqlar, şoranlar, takir və takirabənzər, dyunlu-təpəcikli
qumlar, habelə çılpaq qayalıqlar və səthə çıxmış gilli süxurlar ümumi torpaqların
19.4%-ni təşkil edir. Bu torpaqlardan yalnız subasar – allüvial çəmən torpaqların az
bir hissəsi kənd təsərrüfatına yararlıdır, bostan və tərəvəz, qismən də meyvə əkini
üçün istifadə edilir.
Aparılan tədqiqatlar göstərir ki, Abşeron iqtisadi rayonunun ümumi torpaq
fondunun 46.0%-i kənd təsərrüfatına yararlı torpaqlardır. Bu torpaqların 82%-ni örüş
və otlaq sahələri əhatə edir. Əkinə yararlı torpaqlarda meliorativ tədbirlərin
genişləndirilməsinə böyük ehtiyac vardır. Belə ki, suvarılan torpaqlarda şoranlaşma
güclənmiş, qrunt sularının səviyyəsi artmışdır. Torpaq fondunun eroziyadan
qorunmasına qarşı bir sıra tədbirlər görülsə də, yetərli deyildir. Regionun sosial-
iqtisadi inkişafına dair Dövlət Proqramında rayonda su və külək eroziyalarının
qarşısının alınması, su rejiminin qorunub saxlanması və ətraf mühitin tənzimlənməsi
məsələlərinin yerinə yetirilməsi nəzərdə tutulmuşdur.
Gəcnə-Qazax iqtisadi rayonunda torpaqəmələgətirən süxurlar labüd qırıntılı
prölüvial və alüüvial-prölüvial gilli və gillicəli çöküntülərdən təşkil olunmuşdur.
Formalaşmış torpaq örtüyünün tərkibində dağətəyi və düzən ərazilərində əkinçilik və
heyvandarlığın əsas dayağı sayılan tünd, adi, açıq şabalıdı və çəmən şabalıdı, boz,
boz-çəmən və subasar – allüvial çəmən torpaqları geniş yayılmışdır. Bu tip və
yarımtip torpaqlar ümumi torpaq fondunun 48.3%-ni təşkil edir. Qismən qalıq
şorlaşmış açıq şabalıdı yarımtip torpaqlar geniş ərazi tutması və meliorativ cəhətdən
qeyri-kafi vəziyyətdə olması ilə səciyyələnir.
Yüksək potensial təbii münbitliyi və nisbətən əlverişli meliorativ durumu ilə
seçilən və kənd təsərrüfatında geniş istifadə edilən dağ-şabalıdı torpaqlar dağlıq
ərazidə yayılmış və ümumi ehtiyatın 9.6%-ni təşkil edir. Dağlıq ərazilərdə istifadə
arealına görə üstünlük təşkil edən boz-qəhvəyi torpaqlar ehtiyatın 18.8%-ni təşkil
edir, dağ-qara və dağ-şabalıdı torpaqlar dağlıq ərazi torpaqlarının 33.8%-ni təşkil
edir. Heyvandarlığın təbii yem mənbəyi olan alp və subalp çəmən torpaqları dağ-
çəmən torpaqlarının 7.5%-ni təşkil edir. Rayonun ümumi torpaq ehtiyatının 63.2%-i
- 88 -
kənd təsərrüfatına yararlıdır. Kənd təsərrüfatına yararlı torpaqların 25%-i əkin və
dincə qoyulmuş torpaqlardır. Ən geniş yayılmış torpaqlar örüş və otlaq torpaqlarıdır
(64.5%). Həyətyanı torpaqlar yararlı torpaqların 5.6%-nə, 9.7%-i meşə torpaqlarına,
23.6%-i suvarılan torpaqların payına düşür. Uzunmüddətli təbii və antropogen
təsirlərə məruz qalmış rayonun kənd təsərrüfatına yararlı torpaq sahələrinin keyfiyyət
göstəricilərinin əsaslı şəkildə dəyişməsi onların müxtəlif keyfiyyət qruplarında yer
tutmasına səbəb olmuşdur. Belə ki, rayonun kənd təsərrüfatında istifadə olunan əkin
və dincə qoyulmuş torpaqlar təbii münbitlik xassəsini qoruyub saxlaya bilmişdir.
Regionda torpaqların kənd təsərrüfatında uzunmüddətli istismar edilməsi və burada
heç bir zaman kompleks torpaqyaxşılaşdırma tədbirlərinin həyata keçirilməməsi
şaquli istiqamətdə bütün növ torpaqlara mənfi təsirini göstərmişdir. Suvarılan
torpaqların keyfiyyət dəyişikliyi də aydın nəzərə çarpır. Qrunt sularının dərinliyə və
minerallaşma dərəcəsinə görə suvarılan torpaqların 55.6%-i yaxşı, qalanı kafi və
qeyri-kafi vəziyyətdədir. Rayonun torpaq örtüyündə münbitliyin itirilməsinə və
məhsuldarlığın azalmasına, torpaqların ekoloji meliorativ vəziyyətinin pisləşməsinə
səbəb olan təbii amillərdən biri də torpaqlarda eroziya prosesinin baş verməsidir. Bu
təbii amillə antropogen amil, yəni örüş və otlaq sahələrin intensiv şəkildə otarılması,
meşə və kolluqların kütləvi şəkildə qırılması, həmin sahələrin şumlanması da eroziya
prosesinin sürətlənməsinə səbəb olur.
Şəki-Zaqatala iqtisadi rayonunun torpaq fondu 883.5 min ha-dır. Bunun 54%-i
dağlıq ərazidə, 46%-i Alazan - Həftəran vadisində yayılmışdır. Ümumi torpaq
fondunun 30%-i dağ-meşə torpaqlarından ibarətdir. Yayılma arealına görə qonur dağ-
meşə torpaq tip və yarımtipləri daha geniş əraziləri tutur. Çəmənləşmiş dağ-meşə
torpaqları ilə birlikdə qonur meşə torpaqlarının sahəsi ümumi dağlıq ərazi
torpaqlarının 52.3%-ni təşkil edir. Kənd təsərrüfatında, xüsusilə qoyunçuluğun
inkişafında mühüm rol oynayan yüksək dağlıq ərazilərdə yayılmış subalp və alp
çəmənliklərinin müxtlif tip və yarımtip çəmən torpaqları dağ torpaqlarının 10.3%-ni
təşkil edir. Rayon ərazisində meyvəçiliyin, taxılçılığın, baramaçılığın, heyvandarlığın
və digər kənd təsərrüfatı sahələrinin inkişafında geniş istifadə olunan və potensial
- 89 -
münbitliyi ilə seçilən dağ-qara, dağ-boz-qəhvəyi və dağ-şabalıdı torpaqların tip və
yarımtipləri ümumi dağ torpaqlarının 7%-ni təşkil edir. Böyük təsərrüfat əhəmiyyəti
olan düzən torpaqları ümumi torpaq fondunun 46%-ni təşkil edir. Bu zonanın çəmən-
qəhvəyi, şabalıdı, boz, boz-qonur, allüvial-çəmən, çəmən-bataqlıq torpaqları kənd
təsərrüfatında geniş istifadə olunur. Bu torpaqların bir hissəsi fəal antropogen
fəaliyyət nəticəsində şoranlaşmış, bataqlıqlaşmış və meliorativ tədbirlərin həyata
keçirilməsini tələb edir. Qış otlaqları kimi istifadə olunan Acınohur çölünün şabalıdı,
boz, boz-qonur torpaqlarının şoran, şorakətli, qobu və yarğan eroziyasına məruz
qalmış sahələri xeyli genişlənmişdir. Rayonun ümumi torpaq fondunun 45.7%-i kənd
təsərrüfatına yararlıdır və bunun da 39.8%-ni örüş və otlaqlar təşkil edir. Meşə altında
qalan torpaqlar ümumi torpaq fondunun 30.9%-ni, istifadəsi mümkün olmayan
torpaqlar isə 23.4%-ni təşkil edir. Rayonun suvarılan əkin sahələrində şoranlaşmaya
meyl getdikcə artır. Burada mövcud aqroekoloji durum kənd təsərrüfatında istifadə
olunan torpaqlarda əsaslı meliorativ işlərin aparılmasına ciddi ehtiyacın olduğunu
göstərir. Ərazinin xeyli hissəsinin dağlıq və dağətəyi sahələrdə yerləşdiyindən ümumi
torpaq ehtiyatı su eroziyasına məruz qalır. Bu sahələrdə səthi, xətti, qobu, yarğan və
suvarma eroziya növləri formalaşmışdır. Yüksək dağlıq qurşağın alp, subalp və
bozqır çəmənliklərində yayılmış dağ-çəmən və qaratorpaqlarında səthi eroziya inkişaf
etmişdir. Səthi eroziya prosesi yay otlaqlarından düzgün istifadə edilməməsi
nəticəsində baş verir. Ərazidə şabalıdı və boz torpaqların yayıldığı Acınohur çölündə
eroziya prosesi daha intensiv gedir. Bitki örtüyü zəif inkişaf etdiyindən burada külək
eroziyası ilə yanaşı, su eroziyası, xüsusilə şabalıdı və boz torpaqların üst yuxa qatını
dağıdaraq daşlı-çınqıllı, bəzi sahələrdə isə gilli süxurların üzə çıxmasına səbəb
olmuşdur. Rayonda eroziya prosesinə qarşı mütəşəkkil mübarizə aparmaq üçün
ərazinin relyef şəraiti, torpaqların aqroistehsal xüsusiyyətləri, eləcə də müəyyən
ərazidə baş verən eroziyanın növü nəzərə alınmaqla kompleks tədbirlər planı işləyib
həyata keçirilməlidir.
Lənkəran-Astara iqtisadi rayonunun torpaq fondu 607 min ha-dır. Bunun 408.8
min ha-ı alçaq və orta dağlıq ərazilərdə yayılmışdır. Bunun 49.6%-i meşə mənşəli
- 90 -
çəmənləşmiş dağ-meşə, bozqırlaşmış qonur dağ-meşə, sarı dağ-meşə, qəhvəyi-dağ-
meşə və dağ boz-qəhvəyi tip və yarımtip torpaqlardan ibarətdir. Çimli dağ-çəmən və
bozqır dağ-çəmən torpaqları əsasən Astara, Lerik və Yardımlı rayonları ərazilərində
yayılmışdır. Çimli dağ-çəmən torpaqları əsasən yay otlaq sahələri olub, təbii yem
mənbəyi kimi qoyunçuluğun inkişafında istifadə olunur. Bozqır – çəmən torpaqları
əsasən kartof və dənli bitkilərin əkinləri altında və qismən isə biçənək sahələri kimi
istifadə olunur. Meşə torpaqları rayonun hidroloji rejiminin tənzimlənməsi rol
oynayır, ot örtüyü və meşələr torpaqqoruyucu, iqlim mülayimləşdirici funksiyanı
yerinə yetirir. Meşə örtüyü altındakı torpaqlarda qeyri-kapilyarlığın yüksək olması
əraziyə düşən yağıntıların torpağa hopmasına böyük təsir edir, su axımının əmələ
gəlməsinin qarşısını alır, onun dağıdıcı təsirini zəiflədir. Bozqırlaşmış meşə talalar
əsasən otlaq və biçənək sahələri kimi yerli əhali tərəfindən geniş istifadə edilir.
Dağlıq ərazilərdə vaxtıilə bir çox yaşayış məntəqələrinin ətrafı sıx meşələrlə örtülü
olduğu halda, hazırda həmin meşələr qırılmış, əkin və örüş sahələrinə çevrilmişdir.
Meşəsizləşmiş ərazilərin genişlənməsi eroziya, sel və sürüşmə hadisələrinin geniş
yayılmasına səbəb olmuşdur. Dağətəyi düzənliklərdə geniş yayılmış boz qəhvəyi
torpaqlar rayonun şimal hissəsində Cəlilabad, qismən də Masallı rayonları ərazisində
yayılmışdır. Əsasən, üzümçülüyün və taxılçılığın inkişaf etdirilməsi üçün əlverişlidir.
Astara, Lənkəran, qismən də Masallı rayonları ərazisində yayılmış podzollu sarı
torpaqlar çayçılığın və digər subtropik bitkiçiliyin yetişdirilməsi üçün çox əlverişlidir.
Lənkəran ovalığında geniş yayılmış şabalıdı, boz, çəmən-boz, allüvial-çəmən və
bataqlıq torpaqlar müxtəlif kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi üçün istifadə
olunur. Rayonun ümumi torpaq fondunun 47.5%-i kənd təsərrüfatına yararlıdır və
istehsal dövriyyəsinə daxildir. Bu torpaqların 47.3%-i əkin və dincə qoyulmuş
torpaqlardır, 3.3%-i çoxillik bitkilərin altındadır, biçənəklər isə cəmi 5.3%-i təşkil
edir. Kənd təsərrüfatına yararlı həyətyanı torpaqların sahəsi çoxillik əkmələr
becərilən və biçənək torpaqlarına nisbətən çoxdur və 8.6% təşkil edir. Örüş və otlaq
torpaqları yararlı torpaqların 35.5%-ni təşkil edir.
- 91 -
Kənd təsərrüfatında istifadə olunmayan torpaqların bir hissəsi Qızılağac,
Hirkan, Züvand qoruq və yasaqlıqlardandır.
İqtisadi rayonda ən az torpaq ehtiyatı Astara inzibati rayonundadır (cəmi
10.2%), ən çox isə Lənkəran rayonunun (25.4%) payına düşür. Lakin Cəlilabad
rayonunda bu göstərici Lənkərana nisbətən aşağı olsa da yararlılıq səviyyəsi 4 dəfə
yüksəkdir. Rayonun kənd təsərrüfatında uzunmüddət istifadə olunan yararlı
torpaqların münbitlik xassələrini səciyyələndirən və mövcud durumunu əks etdirən
keyfiyyət göstəriciləri müxtəlifdir.
Iqtisadi rayonun torpaq ehtiyatı çoxillik istismara məruz qaldığından həm
suvarma, həm də eroziya proseslərinə məruz qalmışdır. Lerik və Yardımlı
rayonlarında torpaqların zəif mühafizə edilməsi eroziya prosesinin şiddətlənməsinə
səbəb olmuşdur. Torpaq ehtiyatlarının 60-65%-ni dağlıq əraziləri əhatə edən Astara
və Lənkəran rayonlarında torpaq eroziyasının qarşısı meşə massivlərinin hesabına
xeyli zəifləmişdir. Cəlilabad rayonunun torpaq ehtiyatı digər rayonların torpaq
sahələrinə nisbətən az eroziyaya uğramışdır. Eroziyaya məruz qalmış sahələrə əsasən
rayonun alçaq dağlıq və təpəli-dalğavari girintili-çıxıntılı relyef şəraitində yayılmış
boz-qəhvəyi, dağ-çəmən, qəhvəyi dağ-meşə və şabalıdı torpaqlarda rast gəlinir.
Rayonun oxşar ərazilərində olduğu kimi burada da torpaq örtüyündə baş verən
dağıdıcı eroziyanın fəaliyyəti bilavasitə təbii və antropogen proseslərin təsiri ilə
əlaqədardır. Bu baxımdan regionların inkişafına dair dövlət proqramlarında iqtisadi
rayonda Astaraçay suətrafı sahələrdə yayılmış münbit torpaqların sel sularının
yuyulma təhlükəsini məhdudlaşdırmaq məqsədilə sahilbərkidici işlərin icrası nəzərdə
tutulmuşdur.
Regionda çəltik istehsalının inkişaf etdirilməsi ilə əlaqədar kənd təsərrüfatına
yararlı ətraf torpaq sahələrində baş verə biləcək bataqlaşmanın qarşısının alınması
üçün kompleks meliorativ tədbirlərin həyata keçirilməsinə ehtiyac yaranmışdır.
Dağlıq ərazilərdə mərmər və digər tikinti materiallarının istehsalının inkişaf
etdirilməsi ilə əlaqədar ərazinin torpaq-ekoloji durumuna təsir göstərə biləcək halların
- 92 -
qarşısının alınmasına dair tədbirlərin işlənib hazırlanması və onların həyata
keçirilməsi vacibdir.
Quba-Xaçmaz iqtisadi rayonunun torpaq fondu 696.5 min hektardır. Bunun
462.6 min ha – yəni 66.4%-i dağlıq relyef şəraitində yayılmışdır ki, bunların da
əsasını meşə mənşəli torpaqlar təşkil edir. Meşə torpaqları dağ-torpaq ehtiyatlarının
63.6%-ni əhatə edir. Burada qəhvəyi dağ-meşə və bozqırlaşmış qəhvəyi dağ-meşə
torpaqları meşə fondu torpaqlarının 61.3%-ni, qonur dağ-meşə torpaqları 37.3%-ni,
çimli karbonatlı dağ-meşə torpaqları isə 1.4%-ni təşkil edir. Ərazidə yayılmış dağ-
boz qəhvəyi torpaqlar ümumi dağ-torpaq fondunun 3.6%-ni təşkil edir. Bu torpaqlar
kənd təsərrüfatında meyvəçilik, heyvandarlıq, taxılçılıq və s. sahələrdə istifadə edilir.
Ərazinin maili dağətəyi düzənliyində geniş sahələri tutan çəmən-qəhvəyi və şabalıdı
torpaq tipləri ümumi torpaq ehtiyatının 15.6% əhatə edir. Meyvəçilik və dənli
bitkilərin əkinləri altında geniş istifadə edilir. Qismən qış otaqları və kəndyanı örüş
sahələri kimi heyvandarlığı yem bazası kimi təmin edir.
Rayonun torpaq örtüyünün tərkib hissəsini təşkil edən kənd təsərrüfatına
yararlı torpaqlar ümumi torpaq fondunun 55.5%-ni təşkil edir ki, bunun da 32.9%-i
əkin və dincə qoyulmuş torpaqlardır. Kənd təsərrüfatına yararlı torpaqlardan ən geniş
sahəni örüş və otlaq torpaqları təşkil edir. Meşə fondu torpaqları ümumi torpaq
ehtiyatının 29.7%-ni, istifadə olunmayan torpaqlar 26.8%-ni təşkil edir.
Kənd təsərrüfatına yararlı torpaqların 33.9%-ni suvarılan torpaqlar təşkil edir
ki, bunun da 70.5%-i əkin və dincə qoyulmuş, 17.6%-ni çoxillik əkmələr təşkil edir.
Rayonun kənd təsərrüfatına yararlı torpaq sahəsinin miqdarı müxtəlif olduğu kimi,
onların təyinatı üzrə istifadəsi də müxtəlifdir. Torpaq istifadəçiliyinin miqyası geniş
olduğundan onun bugünki aqroekoloji durumu da xeyli fərqlidir. Müxtəlif təsərrüfat
təyinatlı sahələrin uzunmüddətli istismarının nəticəsi olaraq torpağın təbii
münbitliyinin kəskin şəkildə pisləşməsi onu hazırki vəziyyətə salmışdır. Belə ki, kənd
təsərrüfatı dövriyyəsində olan 386.5 min ha torpaq sahəsinin yalnız 113 min ha-ı I
aqroistehsal qrupunda, yəni yüksək keyfiyyət qrupunda yer tutmuşdur.
- 93 -
Respublikanın digər rayonlarında olduğu kimi, burada da torpaqdan
uzunmüddətli səmərəsiz istifadə torpaqların deqradasiyasına səbəb olmuşdur. Təbii
ki, yaxın gələcəkdə kənd təsərrüfatında istifadə olunan torpaqların münbitlik
xassələrinə, eləcə də meliorativ durumuna əsasən konkret tədbirlər planı işlənib
hazırlanmasa onların təsərrüfat dövriyyəsinə cəlb olunması çətinləşəcəkdir.
Kənd təsərrüfatına yararlı torpaqların 131.2 min hektarı suvarılan torpaqlardır.
Bu torpaqların ifrat dərəcədə suvarılması bir çox düzənlik ərazilərdə qrunt sularının
həm səviyyəsini qaldırmış, həm də minerallaşma dərəcəsini yüksəltmişdir. Təhlilləri
göstərir ki, suvarılan torpaqların 45.6%-nin meliorativ durumu qrunt sularının
dərinliyinə və minerallaşma dərəcəsinə görə ərazidə yayılması yaxşı, 35.3%-i kafi,
19.1%-i qeyri-kafi vəziyyətindədir. Digər rayonlarda olduğu kimi burada da torpaq
örtüyündə baş verən eroziya proseslərinə qarşı kompleks mübarizə tədbirləri
hazırlanıb həyata keçirilməlidir. Qəbul olunmuş dövlət proqramlarında rayonun
suvarılan torpaq sahələrinin genişləndirilməsi, onların davamlı su təminatının
yaxşılışdırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulumuşdur.
Aran iqtisadi rayonu digər rayonlara nisbətən böyükdür, torpaq ehtiyatı 2 mln
115179 min ha-dır. Bu torpaqların 95.2%-i ovalıq, 4.8%-i alçaq dağlıq ərazilərdə
formalamışdır. Ovalıq torpaqlarının 66.1%-i boz və boz-çəmən, Mil düzününü
qərbindəki dağətəyi düzənlikdə isə şabalıdı torpaqlardır. Şoranlı boz-qonur torpaqlar
daxil olmaqla çəmən-bataqlıq, bataqlıq, şoran-şorakətli, təpəckli qumlar, daşlı-çınqıllı
çay yataqları, çılpaq qayalıqlar və səthə çəxmış süxurlar əhatə etdiyi kənd
təsərrüfatına az yararlı və şərti yararsız sahələrin ölçüsü isə ümumi torpaq fondunun
11.6%-ni təşkil edir. Ovalığın şimal və şimal-qərbində yerləşən alçaq dağlıq
ərazilərdə dağ-qəhvəyi və dağ-şabalıdı torpaqlar yayılmışdır. Bütövlükdə rayonun
ümumi torpaq fondunun 67.1%-i kənd təsərrüfatına yararlı torpaqlardır. Bunun
42.2%-i əkin və dincə qoyulmuş torpaqlar, 0.9%-i çoxillik əkmələr, 0.2%-i biçənək,
5.6%-i həyətyanı torpaqlar, 51.1%-i isə örüş və otlaq sahələridir. Kənd təsərrüfatı
istehsalına cəlb olunmuş torpaqların 46.8%-i suvarılan torpaqlardır ki, bunun da
84.9%-i əkin sahələridir. Çoxillik əkmələrin 1.7%-i, örüş və otlaq torpaqlarının 3.1%-
- 94 -
i, həyətyanı torpaqların 10.1%-i, meşə fondu torpaqlarının 0.9%-i suvarılır. Kənd
təsərrüfatında istifadə olunmayan torpaqlar ümumi torpaq fondunun 31.3%-ni təşkil
edir. Bunun əsas hissəsi kənd təsərrüfatına az yararlı və ya şərti yararsız torpaqlardan
ibarətdir. Rayonun kənd təsərrüfatına yararlı torpaq ehtiyatları tükəndiyindən
gələcəkdə bu torpaqların əsaslı şəkildə yaxşılaşdırılması yolu ilə əkin dövriyyəsinə
cəlb edilməsi gündəmdə duran məsələlərdəndir. Iqtsadi rayonda İmişli, Ağcabədi,
Hacıqabul, Kürdəmir, Salyan, Yevlax, Neftçala, Saatlı və Biləsuvarın kənd
təsərrüfatına yararlı torpaq sahələri daha çoxdur və əsasən də örüş və otlaqlardan
ibarətdir. Qış otlaq torpaqları kimi istifadə olunan bu saəhələr həm iqtisadi rayonun,
həm də respublikanın digər rayonlarının köçəri qoyunçuluğunda geniş istifadə olunur.
Kənd təsərrüfatı sahələri içərisində istifadəyə görə əkin və dincə qoyulmuş torpaqlar
üstünlük təşkil edir və suvarılan torpaqların əsasını təşkil edir. Örüş və otlaq
torpaqların az bir hissəsi suvarılır.
Rayonun torpaq ehtiyatlarının çoxəsirlik istismarı nəticəsində onun təbii
münbitlik xassələrinin əsaslı şəkildə dəyişməsi baş vermişdir. Belə ki, kənd
təsərrüfatı dövriyyəsində olan torpaq ehtiyatının yalnız 6.3%-i yüksək keyfiyyətli
torpaqlardır ki, bu da əsasən əhalinin həyətyanı torpaqlarıdır. Əkin sahələrinin
düzgün becərmə və uzunmüddətli aqromeliorativ tədbirləri tətbiq etməklə
keyfiyyətlərini yüksəltmək mümkündür. Rayonlarda suvarılan torpaqların meliorativ
durumunun qiymətlndirilməsi və suvarma sistemlərinin texniki vəziyyətinə dair
kodastr məlumatlarına əsasən ərazidə suvarılan torpaqların qrunt sularının dərinliyinə
və minerallaşma dərəcəsinə görə paylanması müxtəlifdir. Belə ki, ümumi suvarılan
torpaqların 29.3%-i qeyri-kafi, 60.5%-i kafi, 10.2%-i isə yaxşı vəziyyətdədir.
Yuxarı Qarabağ iqtisadi rayonunda torpaq əmələgətirən süxurlar dağlıq və
dağətəyi ərazilərdə əsasən vulkanogen mənşəli andizit, andizit-bazalt və digərləri əsas
süxurların aşınmış allüvial, delüvial, düzənliklərdə isə lossobənzər allüvial, qumsal
gillicəli və qismən isə gilli çöküntülərdən ibarətdir. Burada təbii komplekslərin
qarşılıqlı əlaqəsi nəticəsində özünəməxsus torpaq örtüyünün tərkibi formalaşmışdır.
Formalaşan və inkişaf edən bölgənin mövcud torpaq örtüyündə əsasən çimli dağ-
- 95 -
çəmən, bozqır dağ-çəmən, qonur dağ-meşə, qəhvəyi dağ-meşə, dağ-qara, boz-
qəhvəyi, dağ-şabalıdı, boz, çəmən-meşə və subasar allüvial-çəmən torpaq tipləri
yayılmışdır. Torpaq ehtiyatının (834166 ha) 29.6%-ni təşkil edən dağ-şabalıdı
torpaqlar bağçılıq, taxılçılıq və heyvandarlıqda geniş istifadə olunur. Torpaq
ehtiyatının 25.1%-ni təşkil edən dağ-meşə torpaqları heyvandarlıqda geniş istifadə
olunmaqla qiymətli biçənək sahəsi də sayılır. Torpaqların 14.7%-ni təşkil edən
dağətəyi düzənlikdə formalaşmış şabalıdı torpqlar əkib-becərilən sahələrin əsasını
təşkil edir.
Rayoun ümumi torpaq fondunun 60.1%-ni kənd təsərrüfatına cəlb edilmiş
torpaq tipləri təşkil edir. Bu torpaqların da 48.9%-ni otlaq və örüş sahələri, 38.3%-ni
əkin və dincə qoyulmuş, 9.1%-ni çoxillik əkmələr təşkil edir. Xocalı, Şuşa və Ağdərə
rayonları ərazisində yerləşən biçənək torpaqları 4.2 min ha, kənd təsərrüfatına yararlı
həyətyanı torpaqlar isə 2.8%-ə bərabərdir. Kənd təsərrüfatında istifadə olunmayan və
ətraf mühitdə qoruyucu əhəmiyyət kəsb edən meşə torpaqları ümumi torpaq
fondunun 18.5%-ni əhatə edir. Əsasən dağ yamaclarında canlı örtük yaratmış meşə
sahələri bir çox yerlərdə qismən də olsa meşəsizləşdirilərək bozqır çəmənliklərinə
çevrilmişdir. Ərazinin erməni işğalından sonra vəziyyəti bir qədər də ağırlaşmışdır.
Kənd təsərrüfatına yararlı torpaq sahələrinin 34.8%-i suvarılan sahələrdir.
Bunun da 67.8%-i əkin və dincə qoyulmuş torpaqların payına düşür. Suvarlan
torpaqların 81.7%-i çoxillik əkmələrin altındadır. Həyətyanı torpaqların 71.8%-nə
suvarma tətbiq olunur. Düzənlik ərazilərdə yarımsəhra və quru çöl-bozqır şəraitdə
yerləşən örüş və otlaqlar 2.4% təşkil edir. Ən çox suvarılan torpaqlar Ağdam və
Füzuli rayonlarındadır. Rayonda kənd təsərrüfatı bitkiləri əsasən dəmyə şəraitində
yetişdirildiyindən suvarma əkinçiliyi zəif inkişaf etmişdir.
Kənd təsərrüfatı dövriyyəsində olan torpaqların 11%-i yüksək münbitlik
keyfiyyətinə, 53%-i yaxşı keyfiyyət, 31.4%-i orta keyfiyyət, 4.3%-i aşağı keyfiyyət
göstəricisinə uyğundur.
Torpaq münbitliyinin pisləşməsinə təsir göstərən səbəblərdən biri suvarılan
torpaqların meliorativ durumunun pisləşməsidir. Belə ki, suvarılan torpaqların cəmi
- 96 -
2%-nin qrunt sularının səthə yaxın, yəni 1 metrdən az dərinlikdə yerləşməsi, 31.1%-
nin isə 3 metrədək dərinlikdə yerləşməsi qeydə alınmışdır. Suvarılan torpaqların
66.9%-i şorlaşma təhlükəsi olmayan ərazilərdədir. Rayon torpaq fondunun 45.9%-i
müxtəlif dərəcədə eroziyaya uğramışdır. Ərazinin çox hissəsinin dağlıq və dağətəyi
sahələrdən ibarət olması eroziya prosesinin geniş yayılmasına səbəb olmuşdur.
Burada səthi, xətti, külək və suvarm eroziya növləri geniş yayılmışdır, qobu və
yarğan formaları da vardır. Ərazinin dağ-çəmən və bozqır dağ-çəmən torpaqlarında
səthi eroziya üstünlük tşkil edir. Bu otlaq sahələrindən düzgün istifadə edilməməsinin
hesabına yaranmışdır. Dağ-çəmən zonasının otlaq torpaqlarında otarma yükünün
ildən-ilə artması eroziya prosesini sürətləndirməklə yanaşı yem bitkilərin bioloji
məhsuldarlığının da kəskin şəkildə azalmasına və tədricən az məhsuldar və
keyfiyyətsiz bitki qrupları ilə əvəz olunmasına səbəb olmuşdur. Dağ-meşə zonasında
yayılmış torpaqlarda eroziya prosesinin baş verməsi və onun arealının
genişlənməsinin əsas səbəbi təbii proseslərlə yanaşı, insanların təbiətə qarşı fəal təsiri
ilə əlaqəlidir. Dağ-bozqır zonasında yayılmış qaratorpaq, boz-qəhvəyi və şabalıdı
torpaqlar kənd təsərrüfatında taxıl, üzüm və meyvə bağları altında və heyvandarlıqda
intensiv istifadə edilir.
Dağlıq Şirvan iqtisadi rayonunun torpaq fondu 613026 ha-dır, onun 69.8%-i
dağlıq, 30.2%-i dağətəyi düzənliklərdə yayılmışdır. Bu torpaqların 28.4%-i dağ
şabalıdı, 20.6%-i meşə torpaqları, 5.7%-i dağ-çəmən, 4.7%-i dağ-qara, 8.1%-i boz,
8.0%-i allüvial-çəmən torpaqların payına düşür. Rayonda ümumi torpaq fondunun
61.5%-i kənd təsərrüfatına yararlıdır. Bunun 37.5%-i əkin və dincə qoyulmuş, 2.5%-i
çoxillik əkinlər becərilən torpaqlardır. Yararlı torpaqların 57.1%-i örüş və otlaqlardan
ibarətdir. Həyətyanı təsərrüfatlarda 2.5% - torpaq ehtiyatı vardır. Suvarılan torpaqlar
isə istifadə olunan torpaqların 14.2%-i təşkil edir. Suvarılan torpaqların 15.3%-i qrunt
sularının dərinliyinə və minerallaşma dərəcəsinə görə yaxşı, 60.1%-i kafi, 24.6%-i
qeyri-kafi vəziyyətdədir. Ərazidə suvarılan torpaqların 52.4%-i şorlaşmaya məruz
qalmışdır. Bu torpaqların da çox hissəsi Ağsu rayonu ərazisindədir. Burada suvarılan
sahələrin 67.0%-i şorlaşmışdır. Bunun 16.1%-i yüksək, 34.7%-i orta, 49.2%-i zəif
- 97 -
şorlaşmış torpaqlardır. Ağsu rayonunda suvarılan torpaqların 54%-nin
drenləşdirilməsinə baxmayaraq, orta və yüksək şorlaşmış torpaqların çəkisi çox
böyükdür, onların bir qisminin əsaslı yuyulması, digər hissəsində təsirli suvarmanın
aparılması drenkollektor şəbəkələrinin texniki vəziyyətinin yaxşılaşdırılması tələb
olunur. Kənd təsərrüfatında istifadə olunan torpaqlarda təbii münbitliyin pisləşməsinə
təsir göstərən və böyük dağıdıcı gücə malik olan eroziya prosesidir. Regionda torpaq
fondunun 63%-i müxtəlif dərəcədə eroziyaya uğramış sahələrdir və ən çox da
Qobustan rayonundadır.
Kəlbcər – Laçın iqtisadi rayonunda torpaq örtüyü əsasən vulkan mənşəli
süxurların aşınmış allüvial-dellüvial çöküntüləri üzərində əmələ gəlmişdir. Rayonun
torpaq fondu 530787 ha-dır. Bütün torpaq ehtiyatları dağlıq ərazidə yerləşir. Yüksək
dağlıq hissədə yayılmış ibtidai, torflu və çimli dağ-çəmən torpaqları torpaq
ehtiyatının 24.6%-ni təşkil edir. Orta dağlıq ərazidə qaramtıl və bozqır dağ-çəmən
torpaqlar 10.4%-ni, meşə altı torpaqlar 42.2%, alçaq dağlıq və dağətəyi düzənlik
zonada boz-qəhvəyi, şabalıdı və allüvial-çəmən torpaqlar 15.8%-ni əhatə edir. Torpaq
fondunun 45.0%-i kənd təsərrüfatına cəlb olunmuşdur. Bunun 18.5%-i əkin və dincə
qoyulmuş, 1.6%-i çox illik əkin sahələridir. Örüş və otlaqlar ümumi torpaq fondunun
73.4%-ni, həyətyanı torpaqlar 1%-ni, 5.5%-i biçənək sahələri kimi istifadə olunur.
Ərazidə suvarılan torpaqların sahəsi 13.5 min ha-dır, bunun 75.6%-i əkin sahələrinin
payına düşür.
Naxçıvan iqtisadi–coğrafi rayonunun torpaq fondu 536300 hektardır. Bunun
23.4%-i əkin və dincə qoyulmuş, 0.4%-i çoxillik əkmələr, 1.9%-i biçənək, 67.0%-i
örüş və otlaqlar, 7.3%-i həyətyanı torpaqların, 66.5%-i meşə və kənd təsərrüfatında
istifadə olunmayan torpaqların payına düşür.
Əsasən vulkanogen və antropogen mənşəli müasir dördüncü dövrün elüvial,
elüvial-delüvial və allüvial çöküntüləri üzərində formalaşıb inkişaf edən Arazboyu
düzənliklərdə və alçaq dağlıq sahələrdə boz, boz-çəmən, çəmən-boz, allüvial-çəmən,
şoranlı, şorakətli, şabalıdı və s. torpaq tipləri və yarımtipləri yayılmışdır. Orta dağlıq
sahələrdə dağ-şabalıdı, qəhvəyi dağ-meşə torpaqları, yüksək dağlıq ərazilərdə isə
- 98 -
bozqır dağ-çəmən, çimli dağ-çəmən, ibtidai və torflu dağ-çəmən torpaqları
formalaşmışdır. Əsasən düzənlik və dağətəyi ərazilərin torpaqları kənd təsərrüfatında
geniş istifadə edilir. Bu becərilən torpaqlarda taxılçılıq, tərəvəzçilik, üzümçülük,
bağçılıq, kartofçuluq və s. kimi təsərrüfat sahələri inkişaf etmişdir.
Rayonda torpaq sahələrinin antropogen və təbii dağıdıcı fəaliyyətin təsirinə
məruz qalmış hissələrinin bərpa edilməsi olduqca vacibdir. Belə ki, düzənlik
ərazilərdə şoranlaşma, dağlıq və dağətəyi ərazilərdə isə külək və iqlim eroziyaları
üstünlük təşkil edir ki, buna qarşı aqlomerativ tədbirlərin həyata keçirilməsi, suvarma
sisteminin təkmilləşdirilməsi vacibdir.
Respublika ərazisinin əlverişli coğrafi mövqeyi, təbiəti, təbii şəraiti, əhalinin
çoxillik təsərrüfat fəaliyyəti, dünya təsərrüfatında iştirak səviyyəsi, tarixi-etnoqrafik
strukturu, ümumi sosial-iqtisadi inkişafı dünya ölkələrinin getdikcə marağını
artırmaqdadır. Belə ki, iki iqlim qurşağının qovşağı, özünəməxsus və təkrarolunmaz
landşaft quruluşu müxtəlif növ rekreasiya resurslarını formalaşdırmışdır. Əsrarəngiz
təbii rekreasiya resurslarının böyük potensialı vardır. Mənzərəli landşaft, dağların
ekspozisiyası, göllər, alp-subalp çəmənliklər, dağ və düzən meşəliklər, sıldırım
qayalıqlar, şəlalə və sututarlar, mineral va balneoloji sular turistlərin diqqətindən
kənarda qala bilməzdi. Xəzər dənizinin, sahil qumlarının, bol günış enerjisinin
müalicəvi əhəmiyyəti, Abşeron, Quba-Xaçmaz, Lənkəran–Astara sahillərinin mineral
və termal suları olduqca məşhurdur. Göygöl, Maralgöl və ora dxil olan göllər sistemi,
Batabat, Hacıqabul, Böyükşor, Masazır göllərinin ətrafı, suları və onların mikroiqlim
şəraiti böyük rekreasiya potensialına malikdir. Böyük Qafqaz, Kiçik Qafqaz, Talış
dağları, Naxçıvan ərazisi zəngin və çoxşaxəli mineral və termal sulara malikdir. Belə
ki, Naxçıvanda Badamlı, Sirab, Vayxır, Darıdağ, Kəlbəcərdə İstisu, Bağırsaq,
Xaçında Qoturlu, Minkənd, Şuşada Turşsu, Şırlan, Gədəbəydə Slavyanka, Şəki-
Zaqatalada İlisu, Xalxal, Bum, Şamaxıda Çuxuryurd, Quba-Xaçmazda Cimi, Xaltan,
Qalaaltı, Abşeronda Qala, Bilgəh, Şıx, Lənkəranda Ərkivan, Orva, Meşəsu, Biləsər,
Aşağı Ağkörpü, Qızılca, Taxtakaran, Qoturlusu, İstisu, Astara kimi mineral və termal
sular vardır. Abşeronda Böyükşor, Masazır, Binəqədi və digər göllərin minerallaşmış
- 99 -
suları və palçıqları müalicəvi əhəmiyyətlidir. Uzun tarixi inkişaf yolu keçən ölkəmiz
çox zəngin antropogen resurslara – möhtəşəm qalalara, arxeoloji abidələrə, qayaüstü
rəsmlərə, mağaralara, qədim insan məskənlərinə malikdir. Qobustan və Gəmiqayanın
qayaüstü rəsm və təsvirləri, Azıx, Tağlar, Damcılı mağaraları, Əlincə, Çıraq,
Cavanşir, Ərkivan, Ramana qalaları, Bakıda Şirvanşahlar sarayı, Qız qalası, Qala
divarları, İçərişəhər, Mərdəkan qalası, Atəşgah, Şəkidə Xan sarayı, Gəncədə,
Naxçıvanda, Ordubadda, Şamaxıda, Qubada, Lənkəranda və s. regionlarda müxtəlif
tarixi abidələr mühüm rekreasiya resurslarıdır.
Təbii və antropogen resurslardan fəal istifadə etməklə əhalinin sağlamlığını
qorumaq, bu potensialdan səmərəli istifadə etmək, turizmin yüksək inkişaf
səviyyəsinə nail olmaq məqsədilə 2010-cu ildə “Azərbaycan Respublikasında 2010-
2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” qəbul etmişdir. Eyni
zamanda ölkəmizdə davamlı inkişafı təmin etmək üçün ətraf mühitin mühafizəsi və
təbii resurslardan səmərəli istifadə etmək üçün bir sıra tədbirlərin həyata keçirilməsi
olduqca vacibdir. Bura su ehtiyatlarının səmərəli istifadəsinin stimullaşdırılması,
içməli suyun keyfiyyətinin yaxşılaşdırılması, müvafiq standartlara uyğunlaşdırılması,
transərhəd çayların çirklənmədən mühafizəsi, səhralaşma prosesinin qarşısının
alınması üçün torpaqların inventarlaşdırılması, məhsuldar və rekreasiya əhəmiyyətli
torpaqların inşaat üçün istifadəsinin qadağan edilməsi, milli turizm proqramının
hazırlanmasında davamlı inkişaf prinsiplərinin nəzərə alınması, hər cür zona üçün
ətraf mühitə maksimum yol veriləsi turist təzyiqinin müəyyənləşdirilməsi, ekoloji
turizm və turizmin digər yeni formalarının inkişaf etdirilməsi aiddir.
Dostları ilə paylaş: |