3.2. Turizm məhsulunun satışının yeni kanalları .
Turməhsulun reklamının, geniş əhali kütləsinə tanıdılmasının davamı-- satış yollarıdır. Turoperator hazırladığı məhsulu satmaq üçün satış kanallarını müəyyən edir. Turoperator məhsulunu ilk növbədə öz ofisindən istehlakçılara satır. Birbaşa satış müştəriyə müxtəlif növ məhsulları təklif etməyə inkan verir, əgər müştəri hər hansı bir müəssisə və ya bir qrup istehlakçıdırsa, təklif olunan tur proqramında müştərinin istəyi ilə müəyyən dəyişikliklər etmək olar (məs., hotel kotteclə, bir ekskursiya başqası əvəzlənə bilər, qidalanma restoranda deyil təbiət qoynunda verilə bilər və s.). Bu elastiklik, müştərini itirməmək üçün edilir.
Məhsulu satmaq məqsədilə, iri müəssisələrin məsul şəxsləri üçün infoturlar keçirmək məqsədəuyğundur. Iri müəssisələrlə xidmət müqavilələri bağlamaq, onların işçilərinə güzəştli qiymətlərlə turlar təklif etmək olar.
Müasir zamanda informasiya-kommunikasiya texnologiyaları çox sürətlə inkişaf etməkdədir. Lakin, onun cəmiyyətə və iqtisadiyyatın inkişafı üçün təklif etdiyi imkanlardan yalnız son illərdə geniş istifadə olunur. Öz inkişafının müasir mərhələsində İnternetin əsas məqsədlərindən biri biznes şəriklərinin, əməkdaşların və istehsal vasitələrinin axtarışında insanlara yardımçı olmaqdan ibarətdir. Son zamanlar hətta ən kiçik bir təşkilat belə internet nümayəndəliyənə malikdir. Bir sıra şirkətlər məhsul və xidmətlərin İnternet vasitəsilə sifarişi imkanlarını təklif edirlər. Müasir dövrdə cəmiyyəti “Web-sayt”, “Çat”, “E-mail” kimi terminlərsiz təsəvvür etmək mümkün deyil.Son zamanlar aparılan tədqiqatların nəticələri göstərilmişdir ki, internet texnologiyalarının marketinqə tətbiqi real iqtisadi əhəmiyyətə malikdir. Bu şirkətlərə bir tərəfdən öz xərclərini azaltmağa, digər tərəfdən isə mənfəətlilik səviyyəsini artırmağa imkan verir. İnformasiya cəmiyyəti quruculuğunun müasir vəziyyətində internet-marketinqin rolu getdikcə artmaqdadır. Internet-texnologiyaların iqtisadiyyata tətbiqi yalnız ayrı-ayrı müəssisələr səviyyəsində deyil, makroiqtisadi səviyyədə də çox böyük imkanlar açdı. Yeni iqtisadiyyatın yaranması tendensiyası yalnız mikroiqtisadiyyatda deyil, bütünlükdə iqtisadi münasibətlərin yenidən qurulması və təkmilləşdirilməsində müşahidə olunmağa başladı.Internetin müəssisələrə verdiyi üstünlüklər aşağıdakılardan ibarətdir:
1. Ucuz kommunikasiya vasitəsi. 2. Maraqlı informasiyalar. 3. Müəssisədaxili texniki və inzibati xərclərin azaldılması imkanı. 4. İnternetdə firmanın cəlbedici obrazının yaradılmasına imkan verən informasiya sistemlərinin qurulmasının əlverişliliyi. 5. İnformasiya axtarışına sərf olunan vaxta xeyli qənaət edilməsi.
Turfirma tərəfindən satış, elektron versiyası ilə həyata keçirilə bilər. Elektron satış internet şəbəkəsi xarici ölkələrdə xüsusilə geniş yayılıb. Müştərilə üz-üzə görüşmədən İCQ sistemi ilə əlaqə yaratmaqla təkliflər vermək və sifarişi qəbul etmək olur. Turfirmanın əməkdaşı sifarişi alan kimi qısa müddət ərzində sifarişi ya təsdiq edir, ya da alternativ təkliflər verməklə müştəri ilə əlaqə yaradır. Müştəri turfirmadan təsdiq alan kimi, müəyyən edilmiş müddətdə turun ödənişini etməlidir. Eyni zamanda on-line sistemi ilə turları birbaşa bron etmək, sifarişi ödəmək və turizm vauçerini əldə etmək imkanı yaranır. Əgər ödəniş müəyyən edilmiş müddətdə edilməzsə, vauçer qüvvədən düşmüş hesab olunur. Yalnız müştəri üçün viza tələb olunduğu halda müəyyən gecikmələr ola bilir.
Turizm məhsullarının elektron şəkildə satışı son zamanlar geniş vüsət almışdır. Xüsusilə də Avropa ölkələrində bu göstərici xeyli yaxsılaşmışdır.Avropanın ən böyük səyahət bazarlarından biri olan Almaniyada evlərin demək olar ki ,hər yüzdə 70 evdə PC ( Personal Komputer)var .2011 –ci ildə almanlar internetden 25 milyon dəfə otellərdə yer , təyyarə biletləri və paket turlar əldə etmişlər.Bu gedişlə onlar bu sahədə İngiltərə və Skandinaviya ölkələrini də geridə qoyacaqlar.Müasir dövrdə bütün tanınmış zəncir otellər və təyyarə şirkətləri internet satışlarını artırmaq üçün böyük vəsait sərf edirlər.Belə ki , burada əlavə üstünlüklər və bonuslar təklif olunur.
Bronlaşdırma proqramlarının təkmilləşdirilməsi, məhsul və ayrı-ayrı xidmətlərin satışının tezləşdirilməsinə imkan yaradır. Bu səbəbdən bazara yeni çıxan kompüter proqramları barədə turfirmanın məlumatlı olmalıdır, hotel otaqlarının bronlaşdırılması şəbəkəsinin iştirakçısı olmalıdır. Ən məhur proqramlardan biri Amadeus proqramıdır. Amadeus bronlaşdırma sisteminin əsası Avropanın iri aviaşirkətlərindən olan “Air France”, “İberia” və “ Lufthansa”, həmçinin 25 kiçik aviaşirkətləri tərəfindən 1987-ci ildə qoyulmuşdur. Hazırda dünyanın ən iri bronlaşdırma sistemi hesab edilir və onun mərkəzi Almaniyanın Erdinq şəhərində yerləşdirilmişdir. Marketinq şöbəsi Madrid və Nisse şəhərlərində yerləşir. Amadeus bir neçə il öncə “System One” kompyuter bronlaşdırma sistemini əldə etməklə Amerika bazarında təşəkkül tapmışdır. Bundan başqa Amadeus sistemi cənubi Afrika ölkələrində də liderlik edir. Hazırda isə cənubi-şərqi Asiya mövqelərini də cəlb etmək kimi səylər göstərir. Amadeus sistemi Rusiya bazarında 1994-cü ildən fəaliyyət göstərir. Rusiyada artıq 2000 –dən çox terminal bu sistemə qoşulmuşdur. Moskvada və Sank-Peterburq və 70 regional mərkəzdə 800 turfirma ofislərində qurulmuşdur.Belə ki , bu proqramda Avia , Avtomobillər , Otellər , Siğorta kimi bölmələr nəzərdə tutulmuşdur.Bu zaman müştəriyə aviaşirkətlərin uçuş relslərinin qrafiklərini öyrənmək , avia biletlərin bronlaşdırılması , otellər və qonaq evlərində yerlərin bronlaşdırılması və s. kimi mühüm informasiyaların əldə edilməsi imkanaları verilir.
Turməhsul satışını turoperator (TO) şəhərin və ölkənin müxtəlif bölgələrində yerləşən nümayəndəlikləri vasitəsilə həyata keçirə bilər. Lakin bu cür şəbəkənin saxlanması yalnız iri TO-lar üçün mümkün ola bilər, çünki, böyük xərclər tələb edir və nəzarət etmək müəyyən çətinliklərə səbəb olur. Buna görə də, məhsulun turagentlər tərəfindən pərakəndə və hətta xırda topdansatışla realizə edilməsi daha sərfəlidir. Turagentlər (TA) aldıqları komisyon haqqları müqabilində, müxtəlif TO-larla işbirliyi yaradaraq, satış fəaliyyətini həyata keçirirlər.
Müştəriləri cəlb etməklə satış həcmini artırmaq məqsədilə, TO təklif etdiyi turlara fərqləndirici əlavələr edə bilər: daha komfortlu yeləşmə obyekti, daha cəbedici ekskursiya proqramı, teatr və ya idman yarışlarına getmək təklifi və s.
Bir marşrutun bir-neçə variantını tərtib etmək məqsədəuyğundur: tur müddətini artırmaq və ya azaltmaq, hotel əvəzinə evlərdə (ailələrdə) yerləşdirmək, pikniklərin keçirilməsi, Bundan başqa, xüsusi turmarşrutlar hazırlayıb təklif etmək olar: “Xalça turu” – xalça sexlərinə, xalça muzeyinə gedişlər, xalçaçılıq mütəxəssisləri ilə görüşlər təşkil etmək, turistlərə “Şərab Yolu” marşrutu təklif etməklə şərab istehsalı zavodlarına, üzüm sahələrinə, şərab satışı dükanlarına gedişlər, dequstasiyalar; “Aleksandr Düma” marşrutunu təklif etməklə məşhur fransız yazıçısının Azərbaycanda keçdiyi ərazilərlər və olduğu yerlərlə turistləri tanış etmək, yerli kulinariyanı dadmaq imkanı və s.
Satışın genişləndirilməsi məqsədilə infoturların keçirilməsi geniş miqyas alıb.Yeni marşrut üzrə turların kütləvi satışını tez bir zamanda təşkil etmək məqsədilə infoturlar keçirilir. Hər turizm forması üzrə ayrıca infotur təşkil etmək olar. Xarici ölkəyə infotur təşkil etməklə, həmin ölkə ilə işləməyən və ya həmin ölkənin bu ərazisi ilə işləməyən bizim ölkənin turfirmalarını bu işə cəlb etmək olar. Daxili infotura isə həm yerli və həm də xarici turfirmaları dəvət etməklə Azərbaycanın turizm bölgələrinin təbliğ etmək olar.
Tur operator infoturlara turagentlərini dəvət edərək marşrutun imkanları onlara göstərilir. İnfotur zamanı əsasən yerləşmə obyektləri iştirakçılara göstərilir. İştirakçılar bir gün ərzində yaxın ərazidə 4-5 yerləşdirmə obyekti ilə tanış olur. Növbəti gün başqa əraziyə gedərək (adətən avtonəqliyyatla) yenidən burada yerləşən müxtəlif kateqoriyalı yerləşdirmə obyektləri ilə tanış olurlar. Infotur zamanı destinasiyanın turizm ehtiyatları da göstərilir.
Ərazinin imkanları ilə birbaşa tanış olan infotur iştirakçıları bu istiqamətdə müştərilərə turməhsul satışını həyata keçirilirlər. Əksər hallarda iştirakçı turfirmalar bu istiqamətə göndərdikləri müştərilərdən əldə etdikləri gəlirin bir hissəsini əvvəldən əldə olunmuş razılaşmaya görə infoturun təşkilatçısı olan turfirmaya ödəyir.
Infoturun təşkilatçısı yeni açılmış istirahət kompleksi və yerləşmə obyektlərinin müvəqəti birliyi də ola bilər. Məqsəd yeni destinasiya ilə turfirmaların əməkdaşlığını təşkil etməkdir.
İnfoturların keçirilməsində məqsəd, qazanc əldə etmək deyil. İnfoturların təşkili zamanı iştirakçılar tam qidalanma və güzəştli yeləşdirmə tarifləri ilə təmin olunmalıdırlar. Bu cür infoturlara çox zaman KİV nümayəndələri də dəvət olunurlar. Məqsəd KİV səhifələrində yeni destinasiyalar, onlardakı istirahət şəraitləri və imkanları barədə ətraflı məlumatların verilməsidir. Azərbaycan Pespublikası Mədəniyyət və Turizm Nazirliyi daxili turizmin inkişaf etdirilməsi məqsədilə infoturların hazırlanıb keçirilməsinə yardımçı olur.
Infoturlar kimi famturlar da geniş yayılmışdır. Famturların başlıca məqsədi – digər turoperatorların famturu təşkil edən xarici inkam turoperatorla irəlidə əməkdaşlıq fəaliyyətinə marağını oyatmaqdır.Bununla bağlı famturların əsas vəzifələri aşağıdakılardır:
Maksimum səmərəliliklə öz ölkəsini xarici qonaqlara təmsil etmək (marşrutların , ekskursiya bürolarının , kurortların tanıdilması ).
Yerli turist xidməti təşkilatçılarının imkanlarının tanıdılması .
Famtur təşkilatçısı ilə əməkdaşlığın imkanları və üstünlüklərinin təqdimatı
Səyahətin iştirakçılarının bir –birilə ünsiyyət və tanışlığı üçün imkanların yaradılması.
Həm infotur, həm də famturları marşruta daxil olan ziyarət obyektlərindən və marşrutun özündən asılı olaraq reklam və tanışlıq məqsədli turlara bölmək olar. Bu zaman reklam xarakterli infoturlar və famturlar regionların turizm bazarlarında geniş yayılmış istiqamətlərdə tətbiq olunur. Onların əsas məqsədi ildən ilə dəyişən turist xidməti təşkilatçılarının imkanlarının prezentasiyasıdır. Tanışlıq xarakterli turlar əksər hallarda turoperatorların yeni istiqamətdə və yeni növ hazırlanması zamanı tətbiq olunur. Tanışlıq xarakterli infotur və famturlarda əsas məqsəd təklif olunan kurortlarda istirahətin xüsusiyyətlərinin öyrənilməsinə ( kurortun turizm potensialı ) istiqamətlənir .Bununla da əlaqədar olaraq tanışlıq xarakterli turlarda daha çox sayda ekskursiyalar , turist xidməti iştirakçıları ilə işgüzar görüşlər olur.
Bazarda olan məhsulla bərabər, yeni turist məhsulunun hazırlanmasının həddən artıq çox böyük əhəmiyyəti var. Bunu, hamıdan əvvəl alıcılar gözləyirlər. Yeni məhsul həmişə insanları sevindirir. Ona görə ki, insanların zövqü tez− tez dəyişir, yeni texnologiya və yeni imkanlar yeni məhsulun yaranmasına ehtiyac yaradır. Turistlər dərketmə səviyyəsi yüksək olan, maraqlı və bəzən də unikal və ya qeyri− adi turist məhsulları gözləyirlər. Əlbəttə, rəqabət aparanlar bazardan kənar qalmamaq üçün çalışırlar ki, belə məhsulları yaratsınlar. Məhsulda yenilik yaradıcılıq fəaliyyətidir və özü özülüyündə kommersiya mənasında yüksək qiymətləndirilir. Bazar iqtisadiyyatının məntiqi belədir : “ rəqabətdə yenilikləri tez mənimsəyən, yeni məhsulu hazırlayıb rəqiblərindən qabaq bazara çıxardan qalib gəlir ”. Yeni məhsulu bazara çıxararkən savadlı informasiya− reklam kompaniyası aparmaq lazımdır. Bu cür kompaniyanın aparılması məhsulun tezliklə bazarda tanınmasına səbəb olacaqdır. Alıcıları yeni məhsuıla cəlb etmək üçün maraqlandırıcı tədbirlər görürlər. Bu tədbirlər müxtəlif ola bilər.Məsələn, çox da bahalı olmayan hədiyyələr təqdim olunması. Hədiyyə qismində balaca selafan torbacıqda siğorta, səfərin təsnifatı, planı, firmanın kataloqu, müztəlif marşrutlar haqqında məlumatlar və bloknot avtokarandaşla birgə turistə təqdim olunur. Hər bir hədiyyənin qiyməti 10 $− dan çox olmur, effekti isə məhsulu almaq istəyən yeni turistlər olur. Bəzi firmalar hədiyyə qismində turistlərə firmanın embleması olan yol çantası təqdim edirlər. Turist məhsulunu almağın müştəriyə xeyirli olmasını inandırmaqda və bu məhsulu almağa təkid etməkdə şəxsi görüşlər əvəzsizdir. Ehtiyac olarsa, bu cür görüşləri məqsədyönlü auditoriyalarda da keçirmək olar. Turistlər hərəkət edən zaman bütün vətəndaşlar firmanın embleması olan çantaya həsrətlə baxıb səyahət haqqında düşünür və firmanı yada salırlar.
Beləliklə, yeni turist məhsulunu hazırlayanda və bazara çıxardanda elmi− praktiki arqumentlərə və marketinq tədqiqatlarının nəticələrinə əsaslanmaq lazımdır. Fərdi görüşlər və söhbət zamanı turist məhsulunun satılması praktikada geniş yayılmışdır. Müştəri ilə ünsiyyətdə satıcı rolunda firmanın bütün işçiləri iştirak edirlər. Bu ünsiyyət telefon vasitəsilə, poçt ilə və şəxsi görüş zamanı mümkün olur. Turist məhsulunun abstrakt xarakter daşıması, onun çətin təsəvvür olunması personaldan xüsusi davranış tələb edir. Personal müştəridə xüsusi inam yaratmağı, inandırmağı və ağıllı məsləhətlər verməyi bacarmalıdır. Müştəri qəbulu böyük ustalıq tələb edir. Onun sonrakı səmimiliyi və açıq ünsiyyətə başlaması bu qəbuldan asılıdır. Müştərinin özünü sərbəst aparmasından və satıcının ona diqqətini ələ almaq bacarığından asılı olaraq səmimi ünsiyyət forması yaranır. Söhbət zamanı satıcı özünü şən və təkəbbürlü aparmalıdır. Satıcının tək optimistliyi yox, onun xarici görünüşü də çox vacibdir. Onun təmiz və eleqant geyinməsi də alıcıya təsir göstərir. Satıcı diqqətli və söhbət sevər olmalıdır. Turist məhsulunu satan satıcı və alıcı turist bazarının iştirakçılarıdır.Lakin onların məqsədləri müxtəlifdir : yəni satıcının məqsədi öz məhsulunu baha qiymətə satmaq və çoxlu gəlir götürmək , alıcının məqsədi isə turizm məhsulunu imkan daxilində daha ucuz almaq və səyahətə olan təlabatını ödəməkdir.Bütün bunlar bazarın tələb və təklif qanunları əsasında tarazlaşır. Turizm məhsulunun inkişafı proqramının tərtib olunması turizmin dövlət tənzimlənmələrindən biridir. Turizmin planlaşdırılması onun xaotik inkişafının qarşısını almaqdan və onun iqtisadi səmərəliliyini təyin etməkdən ötrü aparılır. Məlumdur ki, turizm iqtisadiyyata güclü təsir göstərir. Lakin turizm bütün “ dərdlərə “ dərman deyildir. Məsələn, külli miqdarda sərmayə qoyub müasir tələblərə uyğun istirahət mərkəzi tikilmişdir, lakin ora istirahətə gələn yoxdur. Deməli, tikilən mərkəz yaxşı planlaşdırılmamışdır. Ola bilsin ki, istirahət mərkəzi turist bazarlarından çox kənardadır, istirahətin o növü turistləri maraqlandırmır və ya istirahətin qiyməti turistlərin imkanına uyğun gəlmir. Ya da ola bilsin ki, reklam− informasiya işi yaxşı qurulmamışdır. Turist məhsulunun inkişaf etdirilməsi zamanı alıcılarla əlaqə saxlamaqdan ötrü turist firması reklam informasiya məcmuələri hazırlamalıdır. Onlardan ən vacibi turoperatorun kataloqudur. Bu kataloqda turlar haqqında bütün məlumatlar çap olunur. Kompüter texnikası olmayan agentliklərdə və müştərilər üçün də buklet və kataloqlardan istifadə etmək çox əlverişlidir. Turoperator əməkdaşlıq etdiyi agentliklərə vaxtında və lazımi miqdarda tərtib etdiyi kataloqları göndərməlidir. Böyük həcmli turoperatorlar hər il öz turları haqqında ətraflı kataloqlar hazırlayırlar. Bu kataloqlar iki cür hazırlanır : biri ümumi formada, rəngli foto şəkillərlə , o biri isə ancaq turagentlər üçün iş zamanı istifadə etməkdən ötrü olur.Bu axırıncılarda rəngli şəkillər və illutrasiyalar olur. Ümumi formada hazırlanan rəngli kataloqların həcmi böyük olur, onda çoxlu reklam, informasiya, foto şəkillər və çoxlu təsviri materiallar da olur. Agentliklər üçün hazırlanan iş kataloqlarında belə materiallar da olmur. Orada turların qrafiki, qiyməti, nəqliyyatın iş cədvəli, topdansatış güzəştlər, turagentlər üçün təyin olunan kommisionların miqdarı və başqa turların təşkili ilə əlaqədar məlumatlar çap olunur. Bəzən turistlər tələb edirlər ki, bu məlumatlar daha ətraflı verilsin və əlavə lazım olan məlumatları hansı ünvandan axtarıb tapa bilmələri kataloqda göstərilsin. Kataloqlarda çap olunan materiallara çox ciddi yanaşmaq lazımdır. Hər şeydən əvvəl bu materiallar çox savadlı və professional səviyyədə hazırlanmalıdırlar. Turist kataloqunu uzaqdan tanımaq üçün onun və firmanın adını böyük hərflərlə birinci və axırıncı səhifələrdə verirlər. Burada ölkənin adı da olmalıdır.
Marketinqin əsas vəzifəsi də elə odur ki, insanlara lazım olan malları və xidmətləri lazım olan vaxtda, lazım olan yerdə və lazım olan keyfiyyətdə ( qiymətdə ) təşkil etsin. Turist müəssisələri hazırladığı məhsulların alıcılıq qabiliyyətini diqqətlə öyrənməlidirlər. Xüsusilə məhsulun üstünlüklərini diqqət mərkəzində saxlamalıdırlar. Məlumdur ki, təcrübədə əsas və əlavə turist anlayışı var. Əsas turist məhsulu standart turist xidmətlərinin toplusu olur, bu toplu “ pekidj tur “ kimi bir paketdə turistlərə satılır.Adi malların satışında olduğu kimi turist məhsulu üç səviyyədə olur : ümimi ideyası olan məhsul, real hazırlanmış və keyfiyyətli məhsul. Turist müəssisəsi öz müştəriləri ilə səmimi dostluq münasibətləri yaratmaq üçün onlara hərtərəfli yardımçı olmalı və az da olsa onlara xeyir verməyə çalışmalıdır. Bu cür dostluq münasibətlərini yaratmaq üçün müştərilərə keyfiyyətli və operativ xidmətlər göstərmək, onlara vaxtlı vaxtında operativ məlumatları çatdırmaq, məsləhətlər vermək və qeyri− formal ünsiyyət münasibətləri yaratmaq lazımdır. Turist məhsulunun mövqeyinin möhkəmləndirilməsi, müştərilərin davranışını diqqətlə izləməyi və ona uyğun hərəkət etməyi tələb edir. Rəqabət nöqteyi− nəzərindən bu cür hərəkətlər, turist müəssisəsinə öz məhsulunun mövqeyini möhkəmlətmək və onun imicini yaratmaq üçün yeni imkanlar yaradır.
Hər şey addan başlayır. Firmanın adı, satış markası və embleması cazibədardırsa, müştərilər ona etibarla yanaşırlar. Yaxşı satış markası istifadə etməklə və ya tərtib etməklə turist firmalarının çoxu yaxşı ad qazanır və çoxlu gəlir götürürlər. Sanballı firmaların sərgi fəaliyyətində yüksək imicin qorunub saxlanılması rekalamın vacib məsələlərindən biridir. O firmalar sərgilərdə üsyünlük qazanır ki, onlar məşhur və sabballı partnyorlarla əməkdaşlıq edirlər.
Alıcıları cəlb etmək və bazarın müəyyən seqmentinin tələblərini tam ödəmək turizm marketinqinin əsaslı konsepsiyasıdır. Turist məhsulunun imicinin yaradılması müştərilərin təsəvvüründə turist məhsulu haqqında rəqiblərin məhsulundan fərqli müsbət rəy yaratmaq məqsədini güdür. Bu yaradıcı proses zamanı alıcının şüuruna təsir göstərilir ki, bu məhsul onun çoxdan axtardığı və ona münasib məhsuldur. Hər turist müəssisəsi hazırladığı məhsulun mənfi və müsbət cəhətlərini yaxşı bilir. Bazarda hər hansı bir məhsulun qiyməti 2 cür olur : həqiqi və ona bazarda verilən qiymət. Real qiymət, məhsula əvvəlki satış mərhələlərində verilən qiymətdir. Bazar qiynəti isə, firmanın öz məhsuluna təsəvvüründə verdiyi qiymətdir. Bu qiymət məhsulun bazarda tutduğu mövqedən asılıdır. Turist məhsulunun qiyməti bazarın bir seqmentində, o birisinə nisbətən fərqlənə bilər. Ona görə də, məhsulun bazarda mövqeyi bazarın seqmentlərə bölünməsi ilə sıx bağlıdır.
Nəticə
Beləliklə, turizm müəssisələri hər hansı bir turizm məhsulunu yaratmaq üçün birgə işləməlidirlər .Burada məhsulun hazırlanmasında iştirak edən bütün müəssisələr sanki bir zəncir kimi çixış edir .Hər hansı bir müəssisənin kiçik bir nüansı gözdən qaçırtması ümmumiyyətlə məhsulun inkişafına və satışına əngəllər yarada bilər . Turizm müəssisələri turistin ehtiyacını təkbaşına qarşılaya bilməzlər. Bir otel , bir qatar , və ya bir təyyarə təklikdə turizm məhsulu yarada bilməz .Bu səbəbdən turizmin marketinqi müxtəlif ünsürləri bir yereə gətirərək turizm məhsulu yaratmalıdır.Hər hansı bir turizm məhsulunun reallaşması üçün informasiya və reklam amillərini xüsusilə araşdırmaq lazım gəlir.Bu zaman turistlərə təklif olunacaq məhsulun bazar tutumluluğu, onun müştəriləri cəlb etmə imkanları araşdırılarsa bu məhsulun uzun müddətli satışını təmin etmək olar .Ancaq belə bir nüansı da qeyd etmək lazımdır ki , turistlərin tələbinin hər zaman nəzərə alınması vacibdir. Çünki bu tələb turizm məhsullarının alınmasında əsas rol oynanyır.Hər hansı bir turist bir əraziyə səyahət etdikdə ikinci dəfə bu məhsul onun üçün maraqsız görünə bilər .Ona görə də məhsulun yeniləşdirilməsi siyasətindən istifadə etmək lazımdır.
Turizmin inkişaf etdirilməsi üçün turistlərə təklif olunan turizm məhsullarının da inkişaf etdirilməsi vacibdir.Çünki turizmdə uğurlu fəaliyyət xidmətlərin və turizm məhsulunun keyfiyyətindən olduqca asılıdır.Bu zaman turizm məhsulunun qiymətinin düzgün qoyulması və istər yerli , istərsə də xarici turistlər üçün cəlbedici olması , məhsulun keyfiyyəti ilə onun qiyməti arasında uyğunluğun olmasını təmin etmək lazımdır.
Buraxılş işində belə bir nəticəyə gəlirik ki , Azərbaycanın mövcud rekreasiya- turizm potensialı , əlverişli iqlimi , çayları , zəngin təbiəti , tarixi –mədəni abidələri burada turizm məhsulu kimi turistlərə təklif olunan xidmətlərin olmasından xəbər verir .Lakin turizm məhsulu olaraq təklif olunan xidmətlər son dərəcə turistlərin tələbinə uyğun olmalı və reklamı düzgün təşkil olunmalıdır.Azərbaycanda turizmin əksər növlərinin inkişaf etdirilməsi üçün xeyli imkanlar var. Azərbaycanın dünyada yaşayan insanlar üçün yeni maraq sahəsi olmasını xüsusi ilə vurğulamaq yerinə düşər. Ölkənin həm tarixi, həm də mədəni abidələrlə zəngin olması, eyni zamanda istirahət mərkəzlərinin zənginliyi Azərbaycanın turizm ölkəsinə çevrilməsində əsas meyar kimi önə çəkilməlidir.Burada əsas məsələ turizm məhsulu ola biləcək amillərin komplektləşdirilməsi və ən əsası onların reklamının düzgün təmin olunmasıdır.
Məsələn , Azərbaycanda tarixi dövrlərdən bugünümüzə kimi qorunub saxlanılan və qeyd olunan Novruz bayramı ilə bağlı yeni turizm məhsulu yaratmaq olar.Belə ki bu bayram bir çox türkdilli ölkələrdə də qeyd olunur.Bu məqsədlə Novruz bayramı ilə əlaqədar xidmətlər təklif oluna bilər .Bu zaman turistlərə milli suvenirlər satılması , milli mətbəx nümunələri ilə tanışlıq təklif olumnası ölkəmizə xeyli gəlir gətirə bilər.
Bundan əlavə son illər Azərbaycanda turizmin inkişaf etdirilməsi istiqamətində atılan addımlardan xüsusilə qış turizminin inkişafına yönəldilən siyasəti vurğulamaq yerinə düşər. Hesab edirəm ki , son illər şimal zonasında Qusar rayonu ərazisində qış idman turizm mərkəzinin yaradılması , regionda olan çimərliklər meşələr və dağlar buraya xarici turistlərin xüsusilə rusiyalı turistlərin cəlb olunmasına geniş töhfə verə bilər .Belə ki , xidmətlərin bir qədərdə yüksəldilməsinə nail olsaq bu turistlərin Türkiyə turizm bazarına deyil, daha yaxın məsafədə olan Azərbaycana turizm məqsədi ilə gəlməsinə nail olmaq olar.
Beləliklə buraxılış işində belə nəticəyə gəlirik ki ,bir çox ölkələrdə olduğu kimi ölkəmizdə də turizm məhsulunun önəmi gündən –günə artmaqdadır . Azərbaycan iqtisadiyyatının hərtərəfli inkişafına nail olmaq üçün neft-qaz sənayesi ilə rəqabət apara bilən turizm sənayesini inkişaf etdirmək mümkündür.Bunun üçün ölkəmizdə hər cür imkanlar vardır.Bu səbəbdən ölkəmizdə dini turizm , qış turizmi , çimərlik turizmi və digər turizm sahələrini inkişaf etdirərək turistlərə turizm məhsulu kimi təqdim etmək olar.
Dostları ilə paylaş: |