Tədris ILI: 2(2020/2021) Qrup: kmb1903b fənn



Yüklə 30,76 Kb.
tarix02.01.2022
ölçüsü30,76 Kb.
#37303
İsmayılNezerlipedi


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət Pedaqoji Universiteti

 

Fakültə:Kimya və Biologiya



İxtisas:kimya və biologiya müəllimliyi

Tədris ili:2(2020/2021)

Qrup:KMB1903B

Fənn:Botanika

Fənn müəllimi:Dos.K.Məmmədova

Tələbə:Nəzərli İsmayıl

 


 

 

İmtahan sualı:Gülçiçəyikimilər fəsiləsi, xarakteristikası,itburnukimilər yarımfəsiləsi,əsas cinsləri

  Bildiyimiz kimi Gülçiçəyikimilər fəsiləsinin nümayəndələri həmişəyaşıl və yarpağını tökən ağac,kol,çoxillik,birillik ot bitkiləridir.Yarpaqları sadə və ya mürəkkəb olur qarşı-qarşıya bəzən də növbəli düzülür.Bunlarda yarpaqaltığı bəzi növlərdə olur bəzilərində isə olmur.Çiçəkyanlığı ikiqatdır,tac bəzən reduksiyaya uğramış olur. Kasa yarpaqları və ləçəklər adətən 5 olur bəzi hallarda isə 3,4,6,8 və daha çox olur.Çiçəklərinə gəldikdə isə tək-tək,qrup halında yerləşir.İkicinsli və bəzi hallarda da bircinsli olurlar.Meyvələri çalomeyvə,çox çəyirdəkli,fındıqca və nadir hallarda da qutucuqmeyvə olur.Demək olar ki,bütün yer kürəsində yayılmışdır. Gülçiçəklilər fəsiləsi təkamülcə sadədən mürəkkəbə inkişaf etdikcə bu fəsilə 4 yarımfəsiləyə ayrılır:

1.Topulqakimilər

2.İtburnukimilər

3.Almakimilər

4.Gavalıkimilər 

İtburnukimilər (Rosoideae) yarımfəsiləsi. İtburnukimilər yarımfəsiləsinin nümayəndələri formalarına görə kol,yarımkol və otşəkilli bitkilərdir. Gövdə və budaqların üzərində qopar tikanları vardır. Yar­paqları növbəli düzülür, əsasən tək lələkvarıdırlar. Çiçəkyanlığı iki cərgə yarpaqdan kasa yarpaqları vələçəklərdən, bəzi növlərdə isə kasa altlığı olduğundançiçəkyanlığı üç cərgə yarpaqdan təşkil olunub. Yarımfəsilənin növlərində çiçək yatağının quruluşuqabarıq (böyürtkən, moruq, çiyələkdə), düz və ya azcaçuxur (quşqonmaz), qədəhəbənzər çuxur (itburnuda) kimi müxtəlif formalarda olur. Çiçək yatağınınçuxurlaşması ilə bağlı olaraq meyvə yarpaqlarının sayıtədricən azalmışdır, əsasən beşüzvlüdür. Erkəkciklərinsayı çox, ginesey çoxlu meyvə yarpağından əmələgəlmiş apokarpdır. Hər yumurtalıq 1, nadir hallarda isə2 yumurtacıqlır.Yumurtalıq çılpaq və ya tüklüdür.   Çiçəyin formulu: K5C5AG¥. 

Meyvə fındıqca və yaçəyirdək meyvə yığımıdır.

İtburnu yarımfəsiləsi üçün çiçəkyanlığı yarpaqları, meyvə yarpaqları və yumurtacıqların sayının azalması, çiçək yatağının tədricən çuxurlaşması, birtoxumluaçılmayan meyvənin əmələ gəlməsi səciyyəviəlamətlərdir.

Yarımfəsilənin böyürtkən (Rubus) cinsinə Yerkürəsinin bütün ərazilərində, əsasən də Şimalyarımkürəsinin mülayim iqlimli yerlərində yayılmış250 növ daxildir. Azərbaycanda 20ə qədər növü var.Bunlar həyati formalarına görə kol, kolcuqvə ya çoxilliklərdir. Böyürtkən cinsində növlərindənasılı olaraq çiçəklər çətir, salxım, qalxan tipli çiçəkqrupuna yığılır və 1-2 çiçək olmaqla yarpaqların qoltuq hissəsində yerləşir.Çiçəkləri saplaqlı kasa yarpaqları, ləçəkləri 5 ədəd, erkəkcik və dişicikləri isə çoxdur. 

Yumurtalığın üzəri çılpaq (ağımtılböyürtkən R.canadenisis)və ya tüklərlə (buş moruğu-R.buschii) örtülü olur. Yumurtalıq bir yu­murtacıqlıdır. Meyvə qabarıq, şirəli çiçək yatağı üzərində yığılan çəyirdəkli meyvədir.

Cinsin məşhur növü dadlı meyvələri olan Buşmoruğudur (Rubus buschii). Bu moruğa Azərbaycanflorasında orta və ya yuxarı dağ meşələrində rast gəlinir.

Cinsin qırmızı və ya açıqsarı meyvəli sortları becərilir.Bu sortlar qiymətli qida və bal verən dərman bitkiləridir.Bozumtul böyürtkən (R.caesius) digər yaxın növlərdən olan göy-qaramtıl və ya qara meyvələri ilə fərqlənir.Onun çəyirdək meyvələri çiçək yatağınamöhkəm birləşmişdir və moruqdakı kimi asanayrılmırlar. Dəli böyürtkən (R.nessensis) kolu dabozumtul böyürtkənə yaxındır. Ancaq onun vegetativzoğları üzərindəki yarpaqlar üçər yox, beşərdirlər. Meşələrdə geniş yayılmış bərktoxum böyürtkən(R.saxatilis) uzun vegetativ zoğlu və ya çox da uzunolmayan çiçəkli zoğlu, çoxillik bitkidir. Çiçək qrupu 2-10 ağ çiçəkdən ibarətdir. Çəyirdək meyvələr 1-6 ədədolub, al-qırmızı 

rəngdədir.

Qaytarma (Potentilla) cinsinin, demək olar ki, bütündünyada əsasən də Şimal yarımkürəsinin soyuq və mülayim  iqlimli ərazilərində yayılmış 500-ə qədər növünə rast gələ bilərik.Respublikamızda 35-ə qədər növü vardır. Bu növlər ot, yarımkol və kol bitkiləridir. Yarpaqları barmaqvarı, lələkvarıdır. Sarı və ağçiçəklərə malikdirlər. Kasacıq və kasa altlığına malikolub, onların sayı 5, bəzən 4 ədəd olur (məsələn, düzqalxan qaytarma P.erecta), çiçək yatağının üzəritüklərlə örtü­lüdür. Meyvə qabarıq çiçək yatağı üzərində toplanmış fındıqca meyvədir.Düzənlərdə,səhralarda alçaq qaytarma (P.supina) növünə rastgəlinir. Bu bitkinin təklələkvarı yarpaqları və iri, təktək yerləşmiş sarı çiçəkləri vardır. İşıqlı meşələrdə vəquru düzənliklərdə gümüşü qaytarma (P.argentea) növü yayılmışdır.

Düzqalxan qaytarma digər növlərdən dörd üzvlüçiçəkyanlığına, oturaq, üçər gövdə yarpaqlarına, soyuqdəymə və mədə bagırsaq xəstəliklərində istifadə olan kökümsov gövdəsinə görə fərqlənir. Erkəkcikləri çox olub, çiçək yatağının kənarına üçcərgə üzrə bitişir. Çiçək yatağının orta hissəsi qabarıqdır,üzərində dişicik yerləşir. Çiçəyinformulu:  K4C4
Ağ qaytarma (P.alba) növümürəkkəb barmaqvarı yarpaqları, qısa zoğlar üzərində ağ çiçəkləri olan bitkidir.

Çiyələk (Fragaria) cinsinin Amerika və Avrasiyada yayılan  15 növü vardır. Respublikamızda yabanı halda 3 növü yayılmışdır. Qaytarmaya oxşardır, ancaq meyvəsiçiçək yatağı üzərində toplanmış şirəli toxumcayığımıdır. Vegetativ çoxalma uzun sürünən zoğlar – bığcıqlar vasitəsilədir.  Meşəçiyələyi (F.vesca) həryerdə, göy çiyələk (F.viridis) isə düzənliklərdə bitir. İkiCənubi Amerika növlərinin  hibridləşməsi nəticəsində alınan bağçiyələyi (F.ananassa) Azərbaycanda geniş becərilir.

Bu cinsin növlərinin yarpaqları üçərdir. Çiçəkləriikicinslidir, qalxan çiçək qrupuna yığılır. Kasayarpaqları və kasa altı yarpaqları 5, ləçək yarpaqlarıtərs yumurtaşəkilli, ağ rəngli olub,5 ədəddir.Erkəkcik sayı çox,ginesey çoxlu  meyvə yarpağından təşkilmolunub və apokarpdır.Yumurtalıq üst vəziyyətdədir. C vitamini, dəmir, fosfor və müxtəlifşəkərlərlə zəngindir.

Çınqılotu (Geum) cinsinin mü­layim və soyuq iqlimliərazilərdə yayılmış 40-a yaxın növü var. Azərbaycanda3 növü yayılmışdır. Bu növlərin kökətrafı yarpaqlarılələkvarıdır, çoxillik bitkilərdir. Əsas əlaməti buğumlustilodilərdir. Yuxarı buğum lələkvarıdır və meyvə yetişəndə düşür, aşağı buğum qarmaqşəkilli­dirvə uc hissədən burulmuşdur (erizooxoriyayauyğunlaşma).

Quşqonmaz (Filipendula) cinsinin Şimalyarımkürəsində 10-a qədər, Azərbaycan florasında isə2 növü yayılmışdır. Onlar qalxanşəkilli, süpürgəvarıçiçək qrupuna malik çoxillik bitkilərdir. Hər dişicikdə2 yumurtacıq olsa da, yalnız 1-i inkişaf edir və meyvəfındıqca yığımıdır. Azərbaycanın aran­dan başlamışyuxarı dağ qurşağınadək zonalarında yoğun, əlavəköklü, çiçəkləri 6 üzvlü olan altıləçək quşqonmaza(F.hexapetala) təsadüf olunur. Orta dağ qurşağındarast gələn çəmənlərdə qarağacyarpaq quşqonmaz(F.ulmaria) bitir. Quşqonmaz cinsinin növlərindənqida kimi salatlar hazırlanır, çay əvəzinə içki kimiistifadə olunur, balverən və aşı maddəsi ilə zən­gindir.

İtburnu və ya qızılgül (Rosa) cinsinin Şimalyarımkürəsinin mülayim və isti iqlimli ərazilərində, həm də, tropik ölkələrin dağlarında 250 növü vardır.  İtburnu cinsinin növlərikol və bəzi dekorativ əhəmiyyətli növləri dırmaşanbitkilərdir. Gövdə və budaqlarının üzərində qopartikanlar olur. Təklələkvarı yarpaqları 5-7 yarpaqcıqdantəşkil olunmuşdur. Yarpaq saplağına bitişmiş yarpaqaltlıqları müxtəlif formalarda olurlar. Tək-təkyerləşmiş çiçəkləri azçiçəkli qalxan və yasüpürgəyəbənzər çiçək qrupuna yığılır. Çiçəkdə çiçəkyatağı və hipanti qədəhə bənzər çuxur əmələ gətirir. Onun da kənarına 5 kasa yarpağı, 5 ləçək və çoxlu erkəkciklər, daxildən isə çoxlu sərbəst dişiciklərbirləşir. Yumurtalıq çiçək yatağında sərbəst yerləşir. Ləçək yarpaqları növündən asılı olaraq ağ, çəhrayı, sarı rəngdə olur. Meyvələri rəngli və dəricikli ətliqədəhlə əhatə olunmuş fındıqca meyvədir. Meyvəciklər yetişəndə çiçək yatağının (hipantinin) divarı lətləşir və meyvəcikləri əhatə edir. Növün­dənasılı olaraq lətləşmiş çiçək yatağı (qırmızı, tünd-sarı, narıncı) müxtəlif rəngli olur.



İtburnunun meyvələri bir sıra vitaminlərin, əsasəndə, C vitamininin qiy­mətli mənbəyidir. Kosmetikada, ətriyyatda və tibb­də yüksək qiymətləndirilən gül ya­­­ğınıkazanlıq qızılgülünün (R.da­­mascena) ləçəklərindənalırlar.

Şehduran (Alchimilla) apomiksis çoxalma üsulunun üstünlük təşkil etdiyi və sistematik cəhətdən mürəkkəbolan cinsdir. Bu cins 400-dən çox növü birləşdirir. Həyati formalarına görə əsasən, kökümsovlu çoxillikot bitkiləri olsalar da, onlar arasında kollara da təsadüfolunur. Çiçəkləri ləçəksiz, zəngşəkilli hipantilidir, kasacıq və kasa altlığına malikdirlər. Erkəkcikləri 4, nadir hallarda 2 ədəddir. Bir dişicikli, bir yumurtacıqlı və yan stiloidilidirlər. Meyvələri fındıqcadır.
Yüklə 30,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin