3.
ALQORİTM metodu
1. T
əlimçi tərəfindən hadisə seçilir.
2. T
əlimçi nəzərdən keçirilən problemə dair situativ praktikumu hazırlayır. O, müzakirə
üçün hər bir problemli vəziyyətə dair məqsədyönlü sualları öncədən düşünür və hazırlayır.
3. V
əziyyətlərdən hər biri ayrıca kartda yazılır.
4. Dinl
əyicilər hər biri 4-5 nəfərdən ibarət qruplara bölünür. Hər qrup təklif edilən
v
əziyyətlərdən birini müzakirə edir.
5. Dinl
əyicilər hadisəni tədqiq edir və öz münasibətini bildirir. Dinləyicilərə kömək etmək
üçün aşağıdakı sualları verilir: Nə baş verdi? Kim iştirak edirdi? Mühüm elementlər hansılar idi?
Faktların təqdimatında çatışmayan bir şey var idimi? Nə üçün maraqlı tərəflər bu cür hərəkət
edirl
ər?
6. Bu m
ərhələdə iştirakçılar öz şəxsi və subyektiv qavrayışlarına əsasən həll yollarını ifadə
edirl
ər. Dinləyicilərdən ilk təəssüratlarını söyləmələrini xahiş edin. Hər dinləyici hadisənin həlli
yolla
rını göstərir. Bu həll yollarına hadisənin bütün elementləri daxil olmur. Bu səbəbdən də
fikirl
ər müxtəlif və bir-birinə zidd ola bilər.
7. T
əlimçi konkret hadisəyə yenidən qayıdır, problemlə bağlı bütün məlumatları nəzərdən
keçirir, onu ümumiləşdirir, qaydaya salır və sistemləşdirir. Hadisənin həlli yolunda meydana
çıxan lehinə/əleyhinə olan arqumentlərə münasibəti aydınlaşdırılır. Təlimçi belə suallar verə
bil
ər: lehinə və əleyhinə olan cəhətlər hansılardır? Siz hansı arqumentləri dəstəkləyirsiniz?
9
Dig
ərinin nəticəsi nə ola bilər? Alternativlər hansılardır? Dinləyicilər öz arqumentlərini gətirərək
konkret hadis
əyə istinad edir.
8. Dinl
əyicilər konkret hadisə ilə bağlı son qərarı verməlidirlər. Əgər onların qərarı rəsmi
h
əll ilə üst-üstə düşmürsə, eybi yoxdur.
9. Qruplar öz işlərini bitirdikdən sonra auditoriyada ümumi müzakirə başlanır. Bu
m
ərhələdə müzakirələr aşağıdakı istiqamətlərə yönəldilməlidir:
- Konkret hadis
ənin şəraiti və məzmunu ilə bağlı «arxaya baxmaq»;
-
Ümumiləşdirilə biləcək əməliyyat prinsipləri üçün «aşağı baxmaq»;
-
Başqa oxşar situasiyalar üçün «ətrafa baxmaq»;
-
Bu cür hadisələri səmərəli şəkildə həll etmək istəyiriksə, öz şəxsi münasibətimizi
d
əyişmək üçün «irəli baxmalıyıq».
10. Sonda dinl
əyicilər hadisənin həlli üzrə son qərar verirlər, başqa situasiyalar üçün də
yararlı olan nəticələrə gəlirlər.
Dostları ilə paylaş: |