Tədris planı üzrə fənnin auditoriya saatı: 150 İxtisas: Məktəbəqədər təlim və tərbiyə Təhsil ILI: 2021/22


-6 ayında hecalar tələffüz edir, 9-10 ayında böyüklərin təklifi ilə sadə sözləri deməyə başlayır. 1 yaşına kimi uşaq ən azı 10 sözü tələffüz etməyi öyrənməlidir



Yüklə 183,53 Kb.
səhifə14/86
tarix21.06.2022
ölçüsü183,53 Kb.
#62015
növüTədris planı
1   ...   10   11   12   13   14   15   16   17   ...   86
İmtahan suallarının cavabları 2

5-6 ayında hecalar tələffüz edir, 9-10 ayında böyüklərin təklifi ilə sadə sözləri deməyə başlayır. 1 yaşına kimi uşaq ən azı 10 sözü tələffüz etməyi öyrənməlidir.
Uşağın təbii yolla – ana südü ilə qidalandırılması həmişə təhlükəsiz olmuşdur. Körpə ana südü ilə qidalandıqda onlarda xəstəliklərə qarşı immunitet yaranır, mədə-bağırsağı sağlam olur və yaxşı inkişaf edir. Erkən yaşda uşağa su verilməsi çox vacibdir. Uşağa gün ərzində bir nüçə dəfə su vermək olar, uşağa ancaq qaynadılmış su vermək lazımdır. Uşağın normal inkişafı onun düzgün qidalandırılmasından çox asılıdır. Uşağa gündə 3 dəfə, səhər, nahar və axşam yeməyi verilməli, hər gün yedizdirmə arası meyvə şirəsi verilməlidir.
Adətən, uşağı yedizdirmədən əvvəl çimdirmək lazımdır. Suyun istiliyi 32-38 dərəcə arasında ola bilər. Bir yaşa qədər uşağı 5-7 dəqiqə müddətində çimdirib qurtarmaq lazımdır. Uşaqların normal inkişafı üçün təmiz havada olması çox vacibdir. . Uşağın həyatının ikinci ili fiziki inkişafın sürətlə getdiyi dövrdür. Bu dövrdə sinir sisteminin iş qabiliyyətinin həddi genişlənir. Uşaq yaş yarıma yaxın 3-3,5 saat, ikinci ilin sonuna yaxın 5 saat oyaq qala bilir, orqanizmin müqavimət göstərmək qabiliyyəti xeyli artır. Bu da xəstəliklərin azalmasına səbəb olur.
Skelet hələ bərkimədiyindən uşağın müxtəlif hərəkətlərini sakit oyunla əvəz etmək lazımdır. Oynamaq üçün uşağa müxtəlif ölçülü toplar, arabacıqlar və s. vermək olar. Bu dövrdə uşaqlarda öyrənmə həvəsi artır, müşahidəçilik qabiliyyəti güclənir, görmə həssaslığı xeyli çoxalır. İkinci ilin sonuna yaxın uşaq əvvəlki hərəkətlərini daha da təkmilləşdirir. Onlar ailə üzvlərinin hərəkətlərini oyunlarında təqlid etməyə başlayırlar. Oyun bu yaşda uşaqların həyatında yüksək əhəmiyyət kəsb edir. Oyun komplektlərinə didaktik oyucaqlardan başqa, süjetli oyuncaqlar: gəlinciklər, pişik, xoruz, oyuncaq qaşıqlar, boşqablar və s. daxil edilir.
Həyatın ikinci ilində uşağın nitqi daha da təkmilləşir. 1,5 yaş dövrü ərzində uşaq cəmi 30-40 söz öyrənir. İki yaşın sonuna yaxın uşaq 300-ə qədər söz işlədir ki, bunlardan bəziləri hətta əşyaların keyfiyyətinə aid olur.
Bu dövrdə uşağa cisim və hadisələrin məzmununu anlatmaqla yanaşı, anladıqlarına aid danışmağı da öyrətmək lazımdır. Onun nitqində qısa cümlələr get-gedə geniş yer tutmalıdır. Bu dövrdə eyni zamanda uşağın müstəqilliyi artır. Yemək və geyindirmə zamanı buna geniş yer vermək lazımdır. Bu yaş dövründə olan uşaqlarla hər gün məşğələ və ya xüsusi təşkil olunmuş oyunlar keçirilir: 1. nitqin inkişafı və mühitə bələdliyi genişləndirmək üçün; 2. hərəkətin inkişafı üzrə; 3. əşya ilə hərəkətin inkişafı üzrə; 4. oyunlar-əyləncələr; 5. musiqi məşğələləri. Bu dövrdə uşaqlara əşyaların adlarını deməklə göstərilməsi, bu adların düzgün tələffüzü nitqin inkişafına müsbət təsir göstərir. Hərəkətlərin inkişafı üzrə məşğələ-oyunlar, gimnastik və mütəhərrik oyunlar şəklində aparılır.



  1. Yüklə 183,53 Kb.

    Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin