Tədris planı üzrə fənnin auditoriya saatı: 150 İxtisas: Məktəbəqədər təlim və tərbiyə Təhsil ILI: 2021/22


Azərbaycanda məktəbəqədər tərbiyənin inkişaf tarixi



Yüklə 183,53 Kb.
səhifə12/86
tarix21.06.2022
ölçüsü183,53 Kb.
#62015
növüTədris planı
1   ...   8   9   10   11   12   13   14   15   ...   86
İmtahan suallarının cavabları 2

Azərbaycanda məktəbəqədər tərbiyənin inkişaf tarixi.

Cəmiyyətin inkişafı və təkmilləşməsi ilə əlaqədar uşaqların məktəbəqədər tərbiyə müəssisələrində tərbiyəyə böyük ehtiyac duyulmuş və bu haqda ilk fikri utopik sosialistlər söyləmişlər.İctimai tərbiyənin lazımı nəticə verməsi üçün uşaqların erkən yaşdan tərbiyə ocaqlarına cəlb edilməsi lazım bilinmişdir.İnsan hüquqlarının pozulması və əməyin istismarı dövründən qadının ümumi normadan artıq işlıməsi onun analıq hissiyatını tapdalayır,qayğısını məhdudlaşdırır,onu fiziki cəhətdən şikəst edir.Buna gorə də bu dövrdə demokratik əhval-ruhiyyədə yazılmış qərar və göstərişlərdə qadınların ağır və orqanizm üçün zərərli iş obyektlərində işləməsi qadağan edilir.Bütün iş yerlərində körpə və kiçik yaşlı uşaqlar üçün körpələr evi acılması zəruri sayılır.


Məktəbəqədər tərbiyənin elementləri hələ bəşəriyyətin başlanğıc mərhələsi olan ibtidai icma quruluşu dövrünə təsadüf edir.İbtidai icma cəmiyyətində uşaqları həyata hazırlamaq üçün əmək və ovçuluğu əks etdirən primitiv oyunlardan istifadə ediblər.
Qədim Yunanıstanda meydana gələn pedaqoji nəzəriyyələrəd məktəbəqədər yaşlı uşaqların ailə tərbiyəsindən də bəhs edilib.Afina və Sparta tərbiyə sistemindən daha geniş istifadə olunub.Sparta tərbiyəsində hərbiləşdirmə geniş yer tutur.Qul sahiblərinin uşaqları kiçik yaşlardan qullara qarşı amansızlıq ruhunda tərbiyə olunurdular.Qədim yunan filosofları Platon və Aristotel də bu haqda öz fikirlərini söyləmişlər.Platon mühüm pedaqoji anlayışları,xüsusilə dini tərbiyə,ictimai quruluşun təlim-tərbiyə ilə əlaqəsi və s. Anlayışları müəyyən edib.O erkən yaşlı uşaqların vətəndaş kimi mövcud quruluş ilə bağlı olduğunu əsaslandırıb. Aristotel şəxsiyyətin inkişafı anlayışını yaradıb, bura fiziki, əqli və əxlaq tərbiyəsini daxil edir.
Böyük slavyan pedaqoqu Y.A.Komenski elmi pedaqogikanın təməlini qoymuş,məktəbəqədər tərbiyəyə xüsusi əhəmiyyət vermişdir.O insanı daim inkişaf edən varlıq kimi qiymətləndirmişdir.Komenskinin ―Ana qucağı məktəbi‖ əsəri

dünyada məktəbəqədər tərbiyə üçün ilk proqram və metodik vəsait olmuşdur.Komenski oyunu uşağın həyatı sayırdı.Komenski məktəbəqədər tərbiyəyə gələcəkdə məktəbə hazırlıq kimi baxmışdır.O Hələ ana qucağında uşaqlara ilkin bilik,müəyyən elementar xarakter daşıyan anlayışlar verməyi irəli sürür.Komenskiye görə 7 yaşlı uşaq bilməlidir ki,od,su,hava,dəmir və s. Nədir.O analara məsləhətində uşağın hafizəsinin,duyğularının və şüurunun inkişafı qayğısına qalmağı tövsiyyə edir.





  1. Yüklə 183,53 Kb.

    Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin