Tədris planı üzrə fənnin auditoriya saatı: 150 İxtisas: Məktəbəqədər təlim və tərbiyə Təhsil ILI: 2021/22



Yüklə 183,53 Kb.
səhifə9/86
tarix21.06.2022
ölçüsü183,53 Kb.
#62015
növüTədris planı
1   ...   5   6   7   8   9   10   11   12   ...   86
İmtahan suallarının cavabları 2

Fiziki tərbiyənin əhəmiyyəti.

Fiziki tərbiyə – tərbiyənin tərkib hissəsi olmaqla, fiziki hərəkətlərin, təbii amillərin və
gigiyena tədbirlərinin köməyi ilə fiziki inkişafı, fiziki hazırlığı və s. təlimini idarəetmə prosesidir. O, tədris-pedaqoji anlayışlar sırasına daxil olub, mütəşəkkil pedaqoji proses kimi müəllim-tərbiyəçivə valideynlərin rəhbərliyi və nəzarəti altında uşaqların bilavasitə iştirakı ilə cəmiyyətin tələbatına
müvafiq dərs -məşğələ formasında həyata keçirilir. Fiziki tərbiyə şagirdlərin (tələbələrin) və
uşaqların hərtərəfli və ahəngdar inkişafına müsbət təsir göstərməklə, onların fiziki cəhətdən
normal inkişafına, fiziki təhsilinə, onun düzgün idarə edilməsinə yönəldilir. Fiziki tərbiyə bundan əlavə, cəmiyyətin bədən tərbiyəsi və idman sahəsində toplanmış bilik, bacarıq və vərdişlər üzrə təcrübəsini gənc nəslə öyrətməklə, onların sağlamlığını möhkəmləndirir, insan orqanizminin morfoloji və funksional inkişafına və təkmilləşməsinə istiqamətləndirilir, əmək və hərbi müdafiə fəaliyyətinə hazırlanması məqsədini daşıyır. Fiziki tərbiyə insanları Vətəni müdafiə etməyə hazırlayır. Bu­nun üçün təlim müəssisələri xüsusi proqram əsasında fəaliyyət gös­tərir. Fiziki tərbiyə həmçinin əqli inkişaf vasitəsidir. Belə ki, fiziki cəhətdən zəif və nöqsanlı insanların əqli inkişafında da çatışmazlıq və ya nöqsanlar mövcud olur. Bu nöqteyi nəzərdən H. Zərdabi fiziki tərbiyəni hərtərəfli və harmonik şəxsiyyət formalaşdırmanın əsas şərtlərindən biri hesab edirdi. Onun fikrincə, fiziki tərbiyə əqli və əxlaq tərbiyəsinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün mühüm əhəmiyyətə malikdir.Fiziki tərbiyə insanın əxlaqi-iradi inkişafının da mühüm vasi­təsidir: o, iradəni möhkəmlədir, insanda dözümlülük, intizam, kol­lek­tivçilik, yoldaşlıq və dostluq kimi keyfiyyətlər tərbiyə edir.Görkəmli fizioloq P.F. Lesqaft fiziki tərbiyəni yüksək qiy-mətləndirmiş, onu iradə və xarakterin formalaşmasında, əxlaq tərbi­yə­sində, əqli qabiliyyətlərin, fikri fəallığın, bədii zövqün inkşafında mühüm amil, vasitə hesab etmişdir.Göründüyü kimi, fiziki tərbiyə şəxsiyyətin formalaşmasında böyük rol oynayır. Buna görə də gənc nəslin fiziki tərbiyəsinə xüsusi diqqət yetirmək lazımdır.Fiziki tərbiyənin əsas məqsədi fiziki cəhətdən sağlam, gümrah nəsil tərbiyə etməkdən, onları əməyə və fəal ictimai həyata hazır­la­maq­dan ibarətdir. Bu ümumi məqsədə nail olmaq üçün fiziki tərbiyə qarşısında aşağıdakı konkret vəzifələr durur:
1) gənc nəslin normal fiziki inkişafını və sağlamlığını təmin etmək;
2) məktəblilərə həyat üçün zəruri olan bacarıq və vərdişlər (düzgün yeriş, qaçış, tullanmaq, üzmək və s.) aşılamaq;
3) uşaq və gənclərdə bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olmağa, öz bədənini möhkəmlətməyə tələbat yaratmaq;
4) fiziki mədəniyyətə, gigiyena və təbabətə aid bilik və vərdişlər aşılamaq;
5) böyüyən nəsildə təlim, əmək və vətən müdafiəsi üçün zəruri olan iradi-mənəvi keyfiyyətlər (dözümlülük, çeviklik, cəldlik, qüvvə) tərbiyə etmək, onlarda qorxu, inamsızlıq, səbirsizlik və s. ki­mi mənfi keyfiyyətləri aradan qaldırmaq əzmi formalaşdırmaq.
Məktəbdə fiziki tərbiyə müxtəlif vasitə və formalarla həyata keçirilir.Fiziki tərbiyənin vasitələrinə təbii amillər, fiziki təmrinlər, gigiyenik amillər daxildir.
Fiziki tərbiyənin mühüm bir vasitəsi təbii amillərdən istifadə etməkdir. Təbii amillər təbiətin sağlamlaşdırıcı qüvvələridir. Bura günəş, hava, su daxildir. İnsan orqanizminin təmiz havaya (oksi­ge­nə), suya, günəş şüasına böyük ehtiyacı vardır. Təmiz hava insan or­­qanizmi, beyin, ciyər və ürəyin fəaliyyəti üçün zəruridir. Çirkli ha­va (karbon qazı) beyni yorur, orqanizmin müqavimət gücünü zəiflədir, belə havada mikrob çox olur.


  1. Yüklə 183,53 Kb.

    Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin