Tədris planı üzrə fənnin auditoriya saatı: 150 İxtisas: Məktəbəqədər təlim və tərbiyə Təhsil ILI: 2021/22


Şəxsiyyətin inkişafında tərbiyənin rolu



Yüklə 183,53 Kb.
səhifə5/86
tarix21.06.2022
ölçüsü183,53 Kb.
#62015
növüTədris planı
1   2   3   4   5   6   7   8   9   ...   86
İmtahan suallarının cavabları 2

Şəxsiyyətin inkişafında tərbiyənin rolu.

Şəxsiyyətin inkişafında tərbiyənin rolu. Bəşər tarixi praktik olaraq sübut etmişdir ki, şəxsiyyətin inkişafında tərbiyənin rolu əvəzsizdir. Əvvəlcədən düşünülmüş,planlaşdırılmış,məqsədyönlü təşkil edilmiş tərbiyə işi güclü təsir qüvvəsinə malikdir.Tərbiyə işi tələb edir ki,əvvəlcə uşağın inkişafının konkret layıhəsi hazırlansın,bütün təsirlər bu layihənin reallaşmasına döğru yönəlsin.
Məhəmməd Peyğəmbər Əleyhissalam hədislərinin birində deyir:Heç bir ata övladına gözəl tərbiyədən qiymətli hədiyyə verə bilməz.Peyğəmbərimizin bu fikrində insan üçün tərbiyənin yüksək əhəmiyyət kəsb etdiyi izah olunur.
Azərbaycan maarifçilərindən A.A.Bakıxanov,M.F.Axundov,S.Ə.Şirvani,M.Ə.Sabir və baş.şəxsiyyətin inkişafında təlimə,xüsusən tərbiyəyə daha böyük üstünlük vermişdir.
Dialektik qanunlardan bəhrələnən A.S.Makarenko yazırdı:Mən tərbiyəvi işin hədsiz qüdrətinə sonsuz tükənməz bir inam bəsləyirəm.
Uşaq şəxsiyyətinin inkişafı müxtəlif mərhələlərdən keçir.Hər bir mərhələ əvvəlki ilə sıx əlaqədə olub sonrakı nailiyyətlər üçün əsas rolu oynayır.Tərbiyənin varisliyi əvvəlki zəmində tərbiyə keyfiyyətlərinin qazanılması ilə əlaqələndirilir.Eyni zamanda tərbiyə heç də uşağın inkifanı süni formada sürətləndirməməlidir.Buna görə də məktəbəqədər pedaqogika bu yaşlı uşaqların hərtərəfli inkişafını təmin etmək üçün yaş xüsusiyyətlərini nəzərə alər və onun həyat haqqında anlayışlarını tədricən zənginləşdirir.Uşaq şəxsiyyətinin inkişafında,xarakter xüsusiyyətlərinin formalaşmasında tərbiyə elmi aparıcı qüvvəyə malikdir.

  1. Əqli tərbiyə haqqında anlayış.



Əqli tərbiyə
Elmi dünyagörüşünün formalaşması insanın elmi biliklərə yiyələnməsindən, əqli tərbiyədən başlayır. Əqli tərbiyə dedikdə, insanın elmi biliklərə, zehni qabiliyyətlərə yiyələnməsi, yaradıcı düşünmə bacarığının inkişafına yönələn təlim-tərbiyə prosesi və onun nəticəsi başa düşülür.
Hazırda cəmiyyətdə elmi-texniki tərəqqinin sürətlə inkişaf etdiyi, əməkdə zehni işin rolunun xeyli artdığı bir dövrdə gənc nəslin əqli təhsil və tərbiyəsinə böyük tələblər verilir. Müasir istehsalatda, elm və mədəniyyətin müxtəlif sahələrində yüksək səviyyədə işləmək, yeni texnika və texnologiyalardan baş açmaq üçün dərin bilik, müstəqil düşünmə bacarığı, yaradıcı təfəkkür tələb olunur. Bu isə, öz növbəsində, böyüyən nəslin ümumtəhsil və intellektual səviyyəsini yüksəltməyi nəzərdə tutur.
Əqli tərbiyə qarşısında bir sıra vəzifələr durur:
a) insanı bilik, bacarıq və vərdişlərlə silahlandırmaq;
b) təlim əməyi bacarıqları və zehni əmək mədəniyyəti formalaşdırmaq;
c) zehni qabiliyyətləri, yaradıcı təfəkkürü, psixi prosesləri inkişaf etdirmək;
ç) yüksək ideya-mənəvi keyfiyyətlər, nəcib hisslər aşılamaq, elmi dünya-görüşünün formalaşmasına kömək göstərmək.
Bu vəzifələrin həlli üçün müxtəlif yol və vasitələrdən istifadə edilir. Məktəbdə əqli tərbiyə üçün iki yoldan - təlim prosesindən və sinifdənxaric tədbirlərdən istifadə olunur. Təlim əqli tərbiyənin başlıca vasitəsidir. Müxtəlif fənlərdən keçilən dərslərdə şagirdlər elmlərin əsaslarına dair biliklərə, zəruri bacarıq və vərdişlərə yiyələnirlər. Bacarıq və vərdişlər xüsusi və ümumi olmaqla iki qrupa bölünür. Xüsusi bacarıq və vərdişlər ayrı-ayrı fənlərdə tətbiq olunan, hər hansı qayda ilə bağlı olan bacarıq və vərdişlərdir. Məsələn, qrammatikadan müxtəlif təhlillər (fonetik, leksik, qrammatik) aparılması, riyaziyyatdan məsələ və misal həlli, coğrafiyadan qlobus, kompas və xəritə üzrə iş, biologiyadan bitki becərmək, heyvanlara qulluq etmək; kimyadan təcrübələr aparmaq və s. xüsusi bacarıqlara aiddir. Ümumi bacarıq və vərdişlər isə müxtəlif fənlərdə tətbiq olunur. Buraya kitab üzərində müstəqil iş, oxu və yazı vərdişləri, öz fikrini ifadə etmək, planlaşdırma, özünənəzarət və özünüyoxlama bacarıq və vərdişləri daxildir.
Müəllim təlim prosesində xüsusi bacarıq və vərdişlərlə yanaşı, ümumi bacarıq və vərdişlərin də formalaşması qeydinə qalmalıdır. Mənimsəmənin səmərəsi şagirdlərin bu bacarıqlara nə dərəcədə yiyələnmələrindən asılıdır. Bu bacarıqlar isə öz-özünə yaranmır. Bunun üçün təlimi xüsusi istiqamətləndirmək lazımdır. Müəllim dərslərdə şagirdləri kitab üzərində müstəqil işə cəlb etməli, onun səmərəli priyomlarını öyrətmək qeydinə qalmalıdır. Buraya diqqətlə işləmək, təfəkkür əməliyyatlarına (təhlil-tərkib, müqayisə, təsnifetmə, sistemləşdirmə və ümumiləşdirmə), hafizə priyomlarına yiyələnmək, müşahidəçilik bacarıqları və s. daxildir. Müəllim zehni iş bacarıqlarına təlimdə geniş yer verməklə şagirdlərin müstəqil düşünmə bacarığının inkişafına nail olmalıdır. Bu məqsədlə inkişafetdirici təlim vəziyyətinin yaradılması mühüm şərtdir. Müəllim şagirdləri zehni və həyati problemlərin həllinə, tədqiqatçılıq fəaliyyətinə, evristik müsahibəyə, diskussiyalara, düşündürücü sual və tapşırıqların həllinə cəlb etməklə onların zehni inkişafını, müstəqil düşünmə bacarığının formalaşmasını stimullaşdıra bilər.

Uşaq əməyinin növləri.


Uşaq əməyinin dörd növünə bunlar aiddi:
Özünəxidmət (gündəlik və şəxsi məmnuniyyətə yönəldilmiş iş) əməyi;
Məişət əməyi (qrup otağı, həyətyanı sahəni sahmana salmaq);
Təbiətdə iş (təbiət guşəsi, çiçəklik və bağda iş, bitki və heyvanlara qulluq və s.);



Yüklə 183,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin