Məktəbəqədər yaşlı uşaqların inkişafında irsiyyətin rolu.
İrsiyyət;İrsiyyət nəzəriyyəsi orta əsrlərdə yaranmışdır.Bu dövrdə uşağın inkişafında irsiyyət əsas götürülür və belə hesab edilirdi ki,uşaq hər bir qabiliyyət və xasiyyəti hazır şəkildə ata və anasından irsən götürür.Bu nəzəriyyə orta əsrlərdə hakim olan dini əqidələrlə əsaslandırılırdı.Belə bir misallar da var idi.” Quyuya su tökmələ dolmaz”,”Qurdun balası qurd olar.””Yazılanı pozmaq olmaz” və s. “İrsiyyət nəzəriyyəs” “Qismət “nəzəriyyəsi ilə birləşərək uşağı tərbiyə etmək işində tərbiyəçiyə və tərbiyə prosesinə yer saxlamırdı.
XVIII əsrdə ingilis pedaqoqu C.Lokk irsiyyət nəzəriyyəsinə qarşı çıxır və “Ağ lövhə “nəzəriyyəsini irəli sürür.Lokka görə uşaq döğularkən onun beyni ağ lövhə kimi
tərtəmiz our.Onda nə yazılırsa həyatda da elə olur.Con Lokk bu nəzəriyyəsi ilə ursiyyəti tamamilə inkar edərək,tərbiyənin vəzifəsini həddən artıq şişirdirdi.
Rus mütəfəkkiri Belinski C.Lokk nəzəriyyəsində irsiyyətin və təbii imkanların tam rədd edilməsinə qarşı çıxır və “Tərbiyə haqqında məqaləsində qeyd edir ki,uşaq doğularkən onun beyni “ağ lövhə deyil,orada orada təbii imkanlar mövcud olur.
Məsələn anadan doğulan uşaq nitq imkanı ilə doğulur.Yəni onun boğazının,dilinin,damağının quruluşu və eləcə də sinir sisteminin inkişaf səviyyəsi,danışmaq və danışığı başa düşmək imkanına malikdir.Uşaq doğularkən valideynlərdən zahiri fizioloji əlamətləri və psixoloji imkanları,yəni sinir sisteminin əlamətlərini,xüsusən temperamentə məxsus keyfiyyətlərini özü ilə gətirir.Lakin bu keyfiyyətlərin şəxsiyyət səviyyəsində formalaşması üçün sosial amillər,ictimai mühit və tərbiyə prosesi xüsusi həlledici qüvvəyə malikdir.Təbii imkanların inkişafı üçün əlverişli şərait yaratmaq və ləngidici təsir göstərə bilən səbəbləri aradan qaldırmaq tərbiyə prosesinin başlıca vəzifəsidir.
Şəxsiyyətin inkişafında mühitin rolu.
Şəxsiyyətin formalaşmasında mühitin rolu;Şəxsiyyətin formalaşmasında mühitin də xeyli rolu vardır.Əslində mühüt məfhumu xeyli genişdir.bu məfhum fərdin həyatı və inkişafın əlaqədar olduğu xarici şəraitin hamısını əhatə edir.Buraya təbii mühit də daxildir.Heyvan balasından fərqli olaraq,uşaq ictimai mühitdə dogulur və burada yaşayır, ictimai mühitdə aparıcı yeri insanlar tutur. Lakin uşaqlar fərdi xüsusiyyətlərindən asılı olaraq mühitin təsirinə müxtəlif formada məruz qalırlar. Yəni eyni mühit ayrı-ayrı uşaqlara müxtəlif şəkildə təsir edir. Qeyd etmək lazımdır ki, mühitin şəxsiyyətə təsiri haqqında məşhur pedaqoqların fikirlərində müəyyən fərqlər də vardir. Məş. C.Lokk “Tərbiyə haqqında fikirlər” əsərində yazmışdır ki, xeyirxahlıq və ya bədxahlıq kimi keyfiyyətlər adamların aldığı tərbiyənin məhsuludur. Fransız pedaqoqu J.J.Russo mühitin təsir gücünə müstəsna əhəmiyyət vermişdir. Onun fikrinə görə uşaqla uzun-uzadı söhbət aparmağın, önü öyüd nəsihətlə yormağın mənası yoxdur. Istənilən əxlaqi keyfiyyəti uşaqda görmək üçün onu müvafiq mühitə salmaq lazımdır. Həmin mühit istədiyini uşağa işıldayacaqdı. Azərbaycan filosofu Siracəddin Mahmud Əbubəkr oğlu Kürəvi (1198-1283)sübut edirdi ki, insanın xasiyyəti irsi deyil, həyatda formalaşır. Qeyd edirdi ki, “Atası xristian olan uşağı müsəlman tərbiyə etsə, müsəlman olar.