Tədris planı üzrə fənnin auditoriya saatı: 150 İxtisas: Məktəbəqədər təlim və tərbiyə Təhsil ILI: 2021/22


Pedaqogikada diferensasiya (pedaqoji elmlər sistemi)



Yüklə 183,53 Kb.
səhifə3/86
tarix21.06.2022
ölçüsü183,53 Kb.
#62015
növüTədris planı
1   2   3   4   5   6   7   8   9   ...   86
İmtahan suallarının cavabları 2

Pedaqogikada diferensasiya (pedaqoji elmlər sistemi).

Diferensiasiya və inteqrasiya yunan sözləridir. Birinci söz vahidin, bütövün fikrən hissələrə ayrılması, ikinci söz isə əksinə, hissələr arasında qarşılıqlı əlaqə sayəsində tama, bütövə çevrilməsi prosesidir. Bu hadisə pedaqoji prosesə də xasdır. Milli pedaqogikada dörd pedaqoji kateqoriya: təlim, tərbiyə, təhsil və psixoloji inkişaf vahid olan pedaqoji prosesdə birləşir, yəni inteqrasiya edir. Milli pedaqogikada müəyyənləşdirilmişdir ki, diferensiasiya və inteqrasiya hadisəsi nəinki pedaqoji kateqoriyalar arasında,hətta kateqoriyalar daxilində də mümkündür. Nisbi mənada müstəqil olan hər bir kateqoriyada digər kateqoriyaların əlamətləri bu və ya digər dərəcədə iştirak edir


. Məsən, təlim kateqoriyasında təhsilin də, tərbiyənin də, psixoloji inkişafın da əlamətlərini sezmək mümkündür, yaxud təhsil kateqoriyasında təlim, tərbiyə və psixoloji inkişaf əlamətlərini və ya tərbiyə kateqoriyasında təlim, təhsil və psixoloji inkişaf əlamətlərini görmək çətin deyil.Pedaqoji elmin 200 ildən artıq inkişaf tarixində pedaqoji proses kateqoriyasında gedən diferensiasiya və inteqrasiya hadisələri, ən dialektik proseslər bu elmə məlum olmamışdır. O səbəbdən də tərbiyə kateqoriyası uzun müddət pedaqoji elmin tədqiqat mövzusu hesab edilmişdir.
Bir çox yeniliklərin, o cümlədən də pedaqoji proses kateqoriyasının pedaqoji elmin tədqiqat sahəsi hesab edilməsi, orada cərəyan edən dialektik hadisələrin açılması və s. yeniliklər, demək olar ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi ilə bağlıdır. Müstəqillik Azərbaycan vətəndaşlarına imkan yaratmışdır ki, düşündüklərini sərbəst ifadə etsinlər. Sərbəst formalaşdırılmış fikirlərdən biri məhz pedaqoji prosesin tamlığı ilə, onun tərkib hissələrinin inteqrasiyası və diferensiasiyası ilə əlaqədar olmuşdur
Təhsildə müəllimin yüksək göstəricilərə nail olması üçün isə təlimdə psixoloji qüvvələrin müəyyən dərəcədə iştirakı Milli pedaqogikada qətiyyən qənaətbəxş hesab edilmir. Milli pedaqogikada sübut olunmuşdur ki, psixoloji qüvvələri təlimdə inkişaf etdirmək nəinki mümkündür, hətta son dərəcə faydalıdır. Psixoloji qüvvələr deyəndə diqqət, iradə, hafizə, təfəkkür, təxəyyül və s. nəzərdə tutulur. Təlimdən ayrılmaz olan həmin psixoloji qüvvələr müəllimin qayğısına çevrildikdə, dərsboyu müəllim şagirdlərdə (tələbələrdə) diqqətin yayınmasını, iradə zəifliyini və s. psixoloji nöqsanları səbrlə, dözümlə aradan qaldırdıqca psixoloji qüvvələr inkişaf edir, gah təlimin nəticəsinə, gah da onun əsasına çevrilir; təhsildə uğurun etibarlı amili olur. Bu səbəbdən psixoloji inkişaf Milli pedaqogikada pedaqoji prosesin dörd kateqoriyasından biri kimi müəyyənləşmişdir.
Soruşmaq olar: pedaqoji prosesdə təlim, tərbiyə, təhsil və psixoloji inkişaf kateqoriyalarının cəmləşdiyini, yəni inteqrasiya etdiyini, bəzən də onun diferensiasiyaya uğradığını, yəni müstəqil kateqoriyalar kimi fəaliyyət göstərdiyini bilmək müəllimə nə verir? Hər şeydən əvvəl müəllimin pedaqoji ustalığının artmasına səbəb olur; bu da şagirdlərdə (tələbələrdə) mənimsəmənin səviyyəsini əhəmiyyətli dərəcədə artırır.




  1. Yüklə 183,53 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin