Tədris planı üzrə fənnin auditoriya saatı: 150 İxtisas: Məktəbəqədər təlim və tərbiyə Təhsil ILI: 2021/22


Şagirdlərin əxlaq tərbiyyəsinin psixoloji əsasları



Yüklə 183,53 Kb.
səhifə68/86
tarix21.06.2022
ölçüsü183,53 Kb.
#62015
növüTədris planı
1   ...   64   65   66   67   68   69   70   71   ...   86
İmtahan suallarının cavabları 2


38. Şagirdlərin əxlaq tərbiyyəsinin psixoloji əsasları
Hər bir cəmiyyətdə tərbiyə həmin cəmiyyətin başlıca vəzifələrindən birini təşkil edir. Müasir dövrdə gənc nəslin elmi dünyagörüşünə, yüksək əxlaqi keyfiyyətlərə malik olan, mənəvi zənginliyi, əxlaqi saflığı və fiziki kamilliyi özündəbirləşdirən şəxsiyyət kimi tərbiyə olunması, formalaşdırılmasıən vacib, təxirəsalınmaz bir vəzifə kimi qarşıda durur. Bu mühüm vəzifənin həyata keçirilməsində məktəb və müəllimlərimiz həlledici mövqe tutur.
Məktəblərimizin, müəllim və tərbiyəçilərimizin buvəzifəni müvəffəqiyyətlə yerinə yetirmələri tərbiyə prosesinin psixologiyası, psixoloji əsasları, qanunauyğunluqları haqqında biliklərdən çox asılıdır. Təsadüfi deyildir ki, şəxsiyyətin formalaşmasının psixoloji mexanizminin öyrənilməsi tərbiyə psixologiyasının başlıca vəzifəsi hesab olunur.
Şəxsiyyətin əxlaqi iradi sahəsinin, əxlaqi şüurunun, əxlaqi təsəvvür, anlayış, prinsip və inamının, əxlaqi hisslərinin, adətlərinin, başqa adamlara, cəmiyyətə, əməyə münasibətdəifadə olunan davranış tərzlərinin formalaşmasının psixoloji mexanizmlərini açmaqla, tərbiyə psixologiyası böyüyən gənc nəslin şəxsiyyətinin fəal şəkildə istiqamətləndirilməsi üçün imkan verir.Şagirdlərin tərbiyəvi təsir şəraitində psixi fəaliyyətlərininqanunauyğunluqlarını, məktəblilərin özünütərbiyəsinin psixoloji əsaslarını aşkara çıxarmaqla, tərbiyə psixologiyası şəxsiyyətin keyfiyyətlərinin formalaşmasına imkan yaradan həmin təsirlərin mexanizmlərini də öyrənir.Tərbiyə şəxsiyyətin formalaşmasına yönəldilmiş xüsusi
fəaliyyət sahəsidir. Bu prosesdə daha yaşlı nəsl özününtəcrübəsini, ehtiraslarını, inamını kiçik nəslə verir. Tərbiyəşəxsiyyətin daxili və xarici amillərin təsiri altında baş verəninkişafının idarə olunmasıdır. Ona görə də şəxsiyyətin necəformalaşması, bu prosesə təsir edən amillər diqqəti birincinövbədə cəlb edən cəhətlərdəndir. Bu baxımdan ilk növbədənəyi tərbiyə etmək məsələsi, başqa sözlə şəxsiyyətin strukturu, əlamət və keyfiyyətləri, xassələrini dəqiqləşdirmək lazım gəlir. Məlum olduğu kimi, şəxsiyyət hər bir keyfiyyəti bir-biri iləayrılmaz şəkildə bağlı olan bir vahiddir. Ona görə də şəxsiyyətin hər bir əlaməti başqa əlamətləri ilə əlaqəsindən asılıolaraq çox vaxt tamamilə fərqli xarakter daşıyır, özünəməxsusəhəmiyyət kəsb edir. Ona görə də tərbiyə prosesindəşəxsiyyətin formalaşmasının bu cür cəhətlərinin nəzərəalınması zəruridir. Başqa sözlə, insanı hissə-hissə deyil, birşəxsiyyət kimi tam halında tərbiyə etmək lazımdır. Şəxsiyyətinəlamət və keyfiyyətlərinin əlaqəsini, qarşılıqlı təsir imkanlarınınəzərə almadan onun düzgün, məqsədəuyğun formalaşmasına
nail olmaq mümkün deyildir.



Yüklə 183,53 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin