VII. Müəllimin tələbləri Müəllimin tələblərinə aşağıdakı meyarlar daxildir:
Dərslərdə tələbələrin müntəzəm iştirak etmələri;
Mühazirə və laboratoriya dərslərində keçilmiş materialları müntəzəm öyrənmək;
Təklif olunan ədəbiyyatlarla sərbəst işləmək;
Dərslərdə fəal iştirak etmək, aydın olmayan məsələlərlə bağlı müəllimə suallar vermək;
Fənnin tədrisinə ayrılmış ümumi saatın 75%-ni auditoriyadan kənar sərbəst işləmək üçün fəaliyyət göstərmək və onun 45% -ni müəllimlə birgə işləmək;
Semestr ərzində hər dərsdə cari biliyin yoxlanılmasının aparılması və nəticəsinin qrup jurnalında qeyd olunması;
Laboratoriya dərslərində fəal iştirak etmək, aparılan təcrübələrin nəticələri barədə hesabatları vaxtında təhvil vermək, təqdimatı vaxtında tələb olunan səviyyədə hazırlamaq;
Fənnin dərindən mənimsənilməsi ilə bağlı müəllimə qarşı tələbkarlıq göstərmək;
Tələbələr tərəfindən semestr ərzində fənnin mənimsənilməsi ilə bağlı nəzərdə tutulmuş maksimum 50 balın qazanılması üçün ciddi cəhd göstərmək.
VIII. Cari biliyin qiymətləndirmə meyarları, aralıq qiymətləndirmə cədvəli Tələbələr tərəfindən fənnin mənimsənilməsi səviyyəsini müəyyən etmək məqsədilə mühazirə və laboratoriya dərslərində cari biliyin qiymətləndirilməsi aparılır. Bunlardan əlavə semestr ərzində 3 dəfə monitorinq mexanizmi əsasında sessiyalararası yoxlamalar keçirilir. Yoxlamalar 5, 10 və 14-cü həftələrdə aparılır. Aparılan yoxlamaların nəticələri qrup jurnalında 0-10 rəqəmləri ilə qeyd olunur, semestr ərzində fənni mənimsəmə qiyməti müəyyənləşdirilir və tələbələrin semestr ərzində fənn üzrə qazandığı balların tərkibinə daxil edilir.
Biliyin qiymətləndirilməsi çoxballı sistem əsasında aparılır. Fənn üzrə tələbələrin topladığı maksimum balın həddi 100-dür. Bunun 50 balı imtahanda, 50 balı isə semestr müddətində qazanılır.
Semestr ərzində toplanılacaq maksimum 50 balın tədris göstəriciləri üzrə paylanması “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında” ADNA-nın 02/1396 saylı 03.10.2008-ci il tarixli əmrinə əsasən aparılır.