Dövlətin sağlam rəqabət mühitinin yaradılmasında rolu.
Hər bir ölkənin iqtisadi inkişafı bu ölkədə sağlam rəqabətin təmin olunmasından asılıdır. Azərbaycan Res- publikasının da Konstitusiyasında bu məsələ ilə bağlı inhisarçılıq və haqsız rəqabətə yol verilməməsi dövlət qarşısında bir vəzifə kimi təsbit olunmuşdur. Bundan əlavə ölkənin ali qanunvericilik orqanı tərəfindən sahibkarlıq fəaliyyəti, müəssisələr, antiinhisar fəaliyyəti, haqsız rəqabət və təbii inhisarlar haqqında qanunlar qəbul olunmuşdur. Qəbul olunmuş bu qanunlar ölkə daxilində sağlam rəqabətin yaranmasına imkan yaratmaqla bərabər, inhisarçılığın və haqsız rəqabətin qarşısının alınmasını təmin edir. “Müəssisələr haqqında” qanunda mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəs- sisələr üçün eyni şərait yaradılmasına dövlət təminatı verir.
Qəbul olunmuş qanunlar eyni zamanda istər fiziki, istər hüquqi, istərsə də vəzifəli şəxslərin antiinhisar qanu- nunun istənilən müddəasının pozulmasına görə məsuliyyət daşımasını bildirir. Təşkilati baxımdan sahibkarlar tərəfin-
dən rəqabət anlayışı antik surətdə mənimsənilmiş və onların davranış normalarının əsasına çevrilmişdir.
Yuxarıda qeyd olunanlarla bərabər dövlət müdafiəsi istiqamətində görülməli işlərin həcmi olduqca böyükdür. Birincisi, ən inkişaf etmiş ölkələrdə belə rəqabət mexaniz- mi tam yetkin bir vəziyyətə gəlib çatmamışdır. BMT tərə- findən beynəlxalq səviyyədə ədalətli rəqabətin təmin olun- ması ölkələrin strateji inkişaf proqramına daxil edilmişdir. Məsələnin belə qoyuluşu beynəlxalq və iqtisadi inteqrasi- yanın inkişafı və transmilli şirkətlərin fəaliyyət dairələri- nin genişlənməsi ilə bağlıdır.
İkincisi, iqtisadiyyatın inkişafı baxımından müxtəlif ölkələrin iqtisadi inkişaf səviyyəsi müxtəlif olduğundan, rəqabət səviyyələri də dövlət tərəfindən xarici ölkə sahib- karlarının yerli sahibkarlara nisbətən üstünlük qazanması- nın qarşısının alınması məqsədi ilə dövlət tərəfindən müx- təlif tədbirlərin aparılması vacibdir.
Üçüncü, rəqabətin formalaşması prosesində mərhə- ləlik prinsipi diqqətdən yayınmamalıdır. Bu baxımdan nis- bətən yumşaq antiinhisar siyasətinin ilk mərhələdə həyata keçirilməsi məqsədəuyğun olsa da, sonradan bu siyasətin sərtləşdirilməsi vacibdir. Ona görə ki, başlanğıc mərhələdə təcrübəsiz olunan sahibkarlara o qədər də təzyiq göstərmə- yə ehtiyac duyulmur. Lakin bir müddətdən sonra rəqabətin tənzimlənməsi hökmən lazımdır ki, inhisarçılıq baş alıb getməsin. Azərbaycanda artıq Antiinhisar Komitəsi yara- dılmışdır ki, inhisarçılıq fəaliyyətinin qarşısının alın- masında vacib olan 40-a yaxın məcburi göstəriş vermişdir. Dördüncüsü, keçid dövründə sahibkarlığın sti- mullaşdırılması məqsədi ilə güzəştli tədbirlərin həyata ke-
çirilməsi rəqabət mühitini pozmur və bu rəqabətin inkişa- fına köməklik göstərir. Ölkəmizdə güzəştlər əsasən kənd təsərrüfatı sahəsinə tətbiq olunur. Burada yeni təsərrüfatla- rın yaranması rəqabətin artmasına və kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına səbəb olur. Baxma- yaraq ki, burada stimullaşdırıcı tədbirlər qanuna zidd kimi də qarşılana bilər. Lakin Milli Məclis tərəfindən son dövrlərdə qəbul olunmuş “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” qanun bu istiqamətdə ciddi addım olsa da, bəzi qanun boşluqları hələ də mövcuddur.
Beşincisi, ölkə daxilində istehsal olunan məhsullar beynəlxalq əlaqələrin genişləndiyi bir vaxtda xarici ölkələrdən gətirilən əksər məhsullarla rəqabət aparmaq məcburiyyətindədir. Digər bir məsələ isə xarici ölkə sahibkarlarının Azərbaycanda yeni texnologiyalar tətbiq etməklə daha keyfiyyətli məhsul istehsalını təşkil etmələri də yerli sahibkarların rəqabətdə çətin vəziyyətə düşmələrinə səbəb olur. Bu məsələnin də yoluna qoyulması dövlətin üzərinə düşür. Problemin həlli yolu yerli sahibkarlara kredit verilməsi və onlara da ən son texnologiyaların əldə edilməsi üçün real şəraitin yaradılmasıdır.
Göründüyü kimi dövlətin ölkə ərazisində sağlam rəqabətin formalaşdırılmasında rolu olduqca böyükdür. Bu sahədə müəyyən işlər görülsə də, hələ görüləsi işlər də çoxdur.
Dostları ilə paylaş: |