TəHLÜKƏLƏr və bu təHLÜKƏLƏRƏ qarġi döVLƏt təDBĠRLƏRĠ


Ġnhisarçılıq və ona qarĢı dövlət tədbirləri



Yüklə 32,96 Kb.
səhifə4/5
tarix08.01.2023
ölçüsü32,96 Kb.
#78740
1   2   3   4   5
rəqabətdən yaranan təhlükə

Ġnhisarçılıq və ona qarĢı dövlət tədbirləri.


Biznes fəaliyyətinə təhlükə yaradan amillərdən biri də inhisarçılıqdır. İnhisarçılıq siyasəti firmaların müəyyən bir iqtisadi, istehsal, ticarət sahəsində rəqiblərin müxtəlif yollarla sıxışdırılıb aradan çıxarılması yolu ilə sahənin və yaxud bazarın tamamilə bir firma tərəfindən ələ keçirilmə- sidir.


İnhisarçılıq adətən iri və maliyyə imkanları digər- lərindən dəfələrlə üstün olan firmalar tərəfindən aparılır. Bu firmalar bazarı tamamilə ələ keçirmək üçün bir müddət istehsal etdikləri və yaxud satdıqları məhsulun qiymətini maya dəyəri səviyyəsinə qədər aşağı salıb heç bir gəlir əldə etmədən satırlar. Maliyyə imkanları böyük olduğundan bu vəziyyəti uzun müddət davam etdirmək imkanları olur. Lakin rəqib firmalar bu qaydada fəaliyyət göstərə bilmədiklərindən, yəni məhsulu aşağı qiymətə satdıqda istehsal xərclərini və digər xərcləri ödəyə bilmədiyindən sahədən çəkilmək məcburiyyətində qalıb, fəaliyyətlərini dayandırmalı olurlar. İnhisarçı firma bazarda tək qaldıqdan sonra məhsulun qiymətini istədiyi səviyyəyə qaldırır və bazarı tamamilə ələ keçirmiş olur.
Onu da qeyd etmək lazımdır ki, inhisarçılıq siyasəti adətən zəif inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə baş verir. Bu zaman firma rəhbərləri bəzi dövlət məmurlarını da ələ alaraq müəyyən üstünlükləri əldə etmiş olurlar.
İnkişaf etmiş ölkələrdə inhisarçılıq siyasətinin aparılması praktiki olaraq mümkün deyil. Çünki bu ölkə-
lərdə antiinhisar qanunları dəqiq mexanizmə malikdir və bu qanunlar işlək vəziyyətdədir.
Antiinhisar siyasəti uzun tarixi yol keçmişdir. Bu siyasət sənaye istehsalının bir hissəsinin ələ keçirilməsi, bazarların bölüşdürülməsi və qiymətin səviyyəsi haqqında gizli danışıqların aparılması, süni mal qıtlığı yaradılması kimi halların qarşısının alınmasına yönəlmişdir. Antiinhisar qanunçuluğu 1890-cı il Şerman, 1914-cü il Kleyton, 1936-cı il Robinson-Potman qanunu, 1947-ci ildə isə Yaponiyada inhisarı qadağan edən qanunlarla müşayiət olunmuşdur. İngiltərədə isə 1948-1980-ci illərdə qəbul olunmuş aktlarda öz əksini tapmışdır.
Şermar qanunu təkbaşına nəzarəti, qiymətlərin səviyyəsi barədə hər cür razılaşmanı qadağan etdi. Kleyton qanunu təchizat sahəsində və qiymət razılaşmalarına qadağalar qoydu. Robinson-Potman qanununda isə ticarət sahəsinə inhisarçılığı qadağan edirdi. Antiinhisar qanunları səmərəli rəqabəti pozan fəaliyyətlərin qarşısının alınmasına yönəlirdi.
Azərbaycanda isə “Antiinhisar fəaliyyəti haqqında” qanun 4 mart 1993-cü ildə qəbul olunmuşdur. Bu qanunda inhisarçılığın qarşısının alınması ilə bərabər, inhisarçılığın növləri, dövlət inhisarçılığı, sahə inhisarçılığı, yerli inhi- sarçılıq, maliyyə-kredit inhisarçılığı, təbii inhisarçılıq anlayışları aydınlaşdırmaqla bərabər inhisarçılıq fəaliy- yətinin aradan qaldırılması və dövlətin inhisarçılığa nəza- rət funksiyası da öz əksini tapmışdır.

    1. Yüklə 32,96 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin