13.2.5. 5-ci sinif yüklər
5-ci sinif təhlükəli yüklərə aiddir:
a) 5.1 yarımsinifinə aid olan yüklər—turşulaşdırıcı maddələr;
b) 5.1 yarımsinifinə aid olan yüklər—üzvi peroksidlər.
1) 5-ci sinif yüklərin saxlanılması üçün istifadə olunan, ümumi təyinatlı örtülü anbarların
və yaxud başqalarından yanğınaqarşı arakəsmələrlə (ayrılan) izolyasiya edilən anbar
bölmələrinin odadavamlılığı II dərəcədən aşağı olmamalıdır.
Anbarlarda havanın dəyişdirilməsi (ventilyasiya edilməsi) təmin olunmalıdır.
2) 5.1-ci sinifə aid olan ammonium-nitrat gübrələri, kütləsi 700 tondan artıq olmayan
qalaqlarda yerləşdirilməlidir. Qalaqların sərhədi divarlardan ən azı 1 metr, qızdırıcı
cihazlardan və digər istilik mənbələrindən isə ən azı 2 metr məsafədə keçməlidir.
3) 5-ci sinif yüklər yanan maddələrlə və materiallarla bir yerdə saxlanılmamalıdır,
onların qablaşdırılmasında istifadə olunan ara qatı materialları isə yanmayan olmalıdır. Bu
məqsəd üçün taxta materialdan istifadə olunursa, o quru və təmiz olmalıdır.
13.2.6. 6-cı sinif yüklər
6-cı sinif təhlükəli yüklərə aşağıdakılar aiddir:
a) 6.1 yarımsinifinə aid olan yüklər — zəhərli maddələr;
b) 6.2 yarımsinifinə aid olan yüklər — yoluxucu maddələr;
1) 6.1 yarımsinifinə aid olan yüklərin saxlanılması və yüklənməsi müvafiq təlimat üzrə
aparılmalıdır.
2) 6.1 yarımsinifinə aid olan yüklərin saxlanılması üçün istifadə olunan ümumi təyinatlı
örtülü anbarların II dərəcədən az olmayan odadavamlı və sorma-üfürmə ventilyasiyası
olmalıdır.
3) 6.1 yarımsinifinə aid olan qablarda ədədi və paketlənmiş yüklərin açıq anbarlarda və
anbar-talvarlarda saxlanılmasına yol verilmir.
4) Konteyner-sisternlərdə olan, yüksək təhlükə dərəcəli yüklər istisna olmaqla,
konteynerlərdə 6.1 yarımsinifinə aid olan yüklər, eləcə də güclü təsirə malik olan zəhərli
maddələr, istehsalat və yaşayış binalarından 50 metrdən az olmayan məsafəyə
uzaqlaşdırılmış açıq anbarlarda saxlanıla bilər.
5) Yüksək təsirə malik olan zəhərli maddələr saxlanılan anbarlar qorunmalıdır. Yükləmə-
boşaltma yerlərində buraxılış rejimi müəyyən olunmalıdır.
6) 6.1 yarımsinif yüklərin bağlamalarının körpülərdə və yükləmə-boşaltma sahələrində
təmirinə və yenidən qablaşdırılmasına yol verilmir.
Bağlamaların təmirinə, eləcə də 6.1 yarımsinifə aid olan bərk maddələrin və zəif təhlükə
dərəcəli məhlulların yenidən qablaşdırılmasına Fövqəladə Hallar Nazirliyinin və Dövlət
Sanitar Nəzarəti orqanları ilə razılaşdırılmış və onların nümayəndəsinin iştirakı ilə ayrılmış
xüsusi yerlərdə icazə verilir.
13.2.7. 7-ci sinif yüklər (radioaktiv materiallar)
1) Müstəsna şəraitdə daşınan, III nəqliyyat kateqoriyalı, radiasiya təhlükəli bağlamaların
ümumi təyinatlı anbarlarda saxlanılmasına yol verilmir.
III nəqliyyat kateqoriyalı radiasiya təhlükəli bağlamaların yalnız ümumi təyinatlı anbarın
xüsusi bölməsində saxlanılmasına icazə verilir.
I və II nəqliyyat kateqoriyalı radiasiya təhlükəli bağlamalar ümumi təyinatlı anbarda
saxlanmaq üçün qəbul edilir və xidmət otağından (idarə, istirahət otağından və s.)
maksimum uzaqlaşdırılmış bölmədə yerləşdirilir.
2) Anbarda 7-ci sinif yüklərin yerləşdirilməsi DTYD BM-nin 1-ci cildinin 1-ci hissəsinin
0105-ci səhifəsinin 7-ci qrafasında verilmiş tələblərə uyğun aparılmalıdır.
3) Bir qalaqda olan radiasiya təhlükəli bağlamanın nəqliyyat indeksinin cəmi 50-dən çox
olmamalıdır.
4) Yalnız «müstəsna istifadə» şərti ilə daşınan bağlama saxlanılarkən, şüalanma
dozasının gücü anbarın xarici səthində 200 mber/s-dən çox, onlardan 2 metr məsafədə isə 10
mber/s-dən artıq olmamalıdır. Dozanın gücünə mütləq nəzarət edən adamların daimi və ya
müvəqqəti olduğu yerlərdə şüalanma dozasının gücü 0,75 mber/s-dən çox olmamalıdır.
5) Limanın yükləmə-boşaltma istehsalat kompleksinə aid olmayan yaxınlıqdakı
binalarda və ərazidə olan şüalanma bu yerə məxsus olan fonddan 0,01 mber/s-dən artıq
olmamalıdır.
6) Radioaktiv materialların saxlanılması üçün nəzərdə tutulan anbarlar yanğının aşkar
edilməsi və söndürülməsi üzrə avtomatik sistemlərlə təchiz olunmalıdır.
7) Radiasiya nəzarəti aşağıda göstərilən qaydada həyata keçirilməlidir:
a) yükgöndərən tərəfindən — 7-ci sinif yükləri yükləməyə hazırlayarkən;
b) yükalan tərəfindən boşaldılarkən və qəbul edilərkən.
Fövqəladə Hallar Nazirliyinin müvafiq müfəttişliyi və Dövlət Sanitariya Nəzarəti
orqanları müəyyən olunmuş qaydada radiasiya təhlükəsizliyi normalarının tələblərinə əməl
olunmasına nəzarəti həyata keçirməlidir.
[20]
13.2.8. 8-ci sinif yüklər
8-ci sinif təhlükəli yüklər üç yarımsinifə bölünür:
a) 8.1, 8.2 yarımsinifləri — aşındırıcı və (yaxud) korroziyaedici maddələr, turşu
xüsusiyyətlərinə və canlı toxumaya krotizə təsirinə malik olmayan və (və ya) metallara
korroziya təsiri göstərən;
b) 8.3 yarımsinifi — 8.1 və yaxud 8.2 yarımsinifinə aid olmayan, canlı toxumaya krotizə
təsirinə malik olmayan və (və ya) metalı korroziya edən maddələr.
1) 8-ci sinif yüklərin saxlanılması üçün istifadə olunan ümumi təyinatlı örtülü anbarlar
ventilyasiya edilməli və onların odadavamlılığı III dərəcədən aşağı olmamalıdır. Tüstülənən
turşuları saxlamaq üçün anbarların (bölmələrin), otaqların hərtərəfli hava cərəyanının təmin
edilməsi üçün, binanın əks tərəflərində yerləşən iki çıxış olmalıdır.
2) Anbarların, o cümlədən açıq və talvar anbarların döşəmə örtüyü, turşulara və
qələvilərə davamlı, yanmayan materialdan düzəldilməlidir.
3) Şüşə, keramik və ya farfor tutumlar daxil olmaqla kombinasiya edilmiş qablaşdırmada
olan təhlükəli yüklər stellajlara və ya aralarında keçid 1 metrdən az olmamaqla, 100 ədəddən
artıq olmayan qrupla aralıq qatı ilə döşəməyə yığılır.
4) Maye turşular saxlanıldığı zaman, qablaşmanın kipliyi pozulduğu halda, onların taxta
və digər tez yanan materiallarla əlaqəsi olmamalıdır.
13.2.9. 9-cu sinif yüklər
1) Su ilə qarşılıqlı əlaqə zamanı, alışan qaz ifraz edən, yanan məhlulların və yüklərin
saxlanılması üçün istifadə olunan ümumi təyinatlı örtülü anbarlar ventilyasiya edilməli və
onların odadavamlılığı II dərəcədən aşağı olmamalıdır.
9-cu sinifə aid olan digər yüklərin saxlanılması üçün nəzərdə tutulan örtülü anbarların
odadavamlılığı IV dərəcədən aşağı olmamalıdır.
2) Örtülü anbarların bir bölməsində 1000 kub.metrdən artıq, bütövlükdə anbarda isə
6000 kub.metrdən çox olmamaq şərti ilə yanan məhlulların saxlanılmasına yol verilir.
3) Açıq anbarlarda və ya talvarlı anbarda altı qalaqdan çox olmamaq şərti ilə yanan
məhlullar ilə doldurulmuş qabların saxlanılmasına yol verilir. Qalağın uzunluğu 25 metrdən,
eni 15 metrdən artıq, qalaqlararası məsafələr (ayrılmalar) isə 5 metrdən az olmamalıdır.
13.3. Təhlükəli yüklərin konteynerlərdə və nəqliyyat vasitələrində yerləşdirilməsi
13.3.1. Konteynerlər və nəqliyyat vasitələri (NV) yüklənmədən əvvəl daşınan yüklərin
qalığından təmizlənməli, lazım gələn hallarda isə yuyulmalı və qurudulmalıdır.
13.3.2. Konteynerə və NV-yə zədələnmiş (içərisində olan mayenin axması izləri olan)
bağlamalarda yüklərin yığılmasına yol verilmir.
13.3.3. Yağış, qar, buz altında və ya şaxtada olan təhlükəli yük bağlamaları konteynerə və
ya NV-yə yüklənməzdən əvvəl təmizlənməli və qurudulmalıdır.
13.3.4. Eyni uyğunluq qrupuna aid olmayan təhlükəli yüklərin, eləcə də hər hansı
təhlükəli yükün, radioaktiv materiallarla, ərzaqla, çörək məmulatları ilə, parfümer-kosmetik
yüklərin isə paltarla və ev məişət əşyaları ilə birlikdə bir konteynerə və ya NV-yə
yığılmasına yol verilmir.
13.3.5. İstifadə olunan ayırıcı, aralıq və bərkidici materiallar, konteynerə və ya NV-yə
yüklənən yüklərlə təhlükəli reaksiyaya girən materialdan olmamalıdır.
13.3.6. 2.3 və 2.4 yarımsinif yüklər, eləcə də karbon-sulfidli bağlamalar bir-birindən,
konteynerin və ya NV-in metal hissələrindən ayrılmalıdır. Ayırıcı material qığılcım
yaratmamalıdır.
13.3.7. Təhlükəli yük bağlamaları konteynerin və NV-nin döşəməsinin bütün sahəsində
kip və bərabər səviyyədə yığılmalıdır və daxildə elə etibarlı bərkidilməlidir ki, yükləmə
əməliyyatı zamanı, eləcə də dəniz daşınması şəraitində tərpənməsin.
13.3.8. Konteynerlərin və NV-nin qapılarının yaxınlığına yığılan bağlamalar elə
bərkidilməlidir ki, qapı açılanda onlar düşməsin. Qapının yanında yerləşdirilmiş yüklərin
nişanları aydın görünməlidir.
13.3.9. Konteynerə və ya NV-yə təhlükəli və təhlükəsiz yüklərin yüklənməsi zamanı,
təhlükəli yük elə yığılmalıdır ki, konteynerin və NV-nin qapısı tərəfdən ona yol olsun.
13.3.10. Əgər konteynerdə və ya NV-də yükləmə əməliyyatının və daşınmanın gedişində
bağlamaların bərkidilməsinin etibarlılığını təmin edən xüsusi stellajlar nəzərdə
tutulmayıbsa, toxunma zənbillərə yığılmış böyük butulkalarda olan təhlükəli yüklərin və
sınan qablarda (şüşə, keramik) olan 8-ci sinif yüklərin yalnız bir yarusda yığılmasına icazə
verilir.
13.3.11. Təhlükəli yüklər dəmiryolu və avtomobil nəqliyyatı vasitələrində bərkidildikdə
və yığıldıqda, bu Qaydaların müddəaları ilə birlikdə müvafiq nəqliyyat vasitələri üzrə
qüvvədə olan qaydaların tələbləri də yerinə yetirilməlidir.
13.3.12. Konteyner-sisternlərin, avtosisternlərin və vaqon-sisternlərin doldurulma
dərəcəsi, DTYDBM-in 1-ci cildinin 1-ci hissəsinin 0105-ci səhifəsinin 7-ci sütununda
göstərilənlərdən artıq olmamalıdır.
13.3.13. Təhlükəli yüklərin konteynerlərdə və NV-də düzgün yığılmadığı və
bərkidilmədiyi səbəbdən baş verən hadisələrə görə cavadehliyi yükgöndərən və ya yükləmə
işləri aparan liman daşıyır.
13.4. Təhlükəli yüklərin yükləmə-boşaltma işlərinin təşkili
13.4.1. Təhlükəli yüklər gəmiyə, bir qayda olaraq, digər yüklərdən sonra yüklənir,
boşaldıldıqda isə birinci boşaldılır.
1-ci sinif təhlükəli yüklər və digər sinif ayrı yüklər qalan bütün yüklərdən sonra
yüklənir, boşaldıqda isə birinci boşaldılır.
Təhlükəli yüklərin daşınması zamanı gəminin yenidən yüklənməsi hallarında
aşağıdakılar nəzərə alınmalıdır:
a) təhlükəli yüklər elə yüklənib yerləşdirilməlidir ki, yenidən yükləmə zamanı və ya
yenidən yüklənmiş əşyaları boşaltdıqda, təhlükəli yüklərin yerdəyişməsi lazım gəlməsin;
b) təhlükəli yüklərin bağlanması və bərkidilməsi, təchizatları, onların tam daşınması
dövründə tərpənməz və saz qalmalıdır.
13.4.2. Təhlükəli yüklər, yükləyib-boşaltmazdan əvvəl nəqliyyat orqanlarının
nümayəndəsi və yükləmə-boşaltma işlərinin rəhbəri partlayış, yanğın və ya digər hadisə baş
verdikdə, vaqonların, avtomaşınların və gəminin cəld geri çəkilməsi imkanının mümkün
olması üçün əmlakın yerlərinin dəyişdirilmə qaydasını nəzərdə tutmağa borcludurlar.
13.4.3. Limana boşaldılmaq üçün gələn təhlükəli yüklü vaqonları açmazdan əvvəl liman
idarəsinin və dəmir yolunun nümayəndələri birlikdə onların kuzovunun, qapılarının,
lyuklarının, kilidlərinin və möhürlərinin sazlığını müəyyən etmək məqsədi ilə baxış
keçirməlidirlər.
[21]
13.4.4. Kordonyanı və arxa yollara boşaltmaq üçün o qədər yüklü vaqon verilməlidir ki,
onlar eyni vaxtda boşaldıla bilsin. Təhlükəli yüklə olan vaqonların növbəti partiyası
yükləmə-boşaltma yollarına yalnız bütün əvvəlki vaqonların boşaldılması qurtardıqdan
sonra verilə bilər. Bilavasitə boşaltma və arxa yollarda dayanan növbəti vaqon və ya vaqon
partiyasının yüklənməsinə yalnız təhlükəli yüklə yüklənmiş vaqonu və vaqon partiyasını
götürdükdən sonra başlamaq olar.
13.4.5. Lokomotivlərin manevri xüsusi ehtiyatla, təkansız və qəfildən saxlamamaqla
aparılmalıdır. Onların hərəkət sürəti saatda 10 km-dən artıq olmamalıdır. Təhlükəli yüklü
vaqonların əl ilə hərəkətə gətirilməsinə, yalnız yükləmə-boşaltma platformasının və ya
anbarın uzunluğu hüdudunda, yükləmə-boşaltmaya cavabdeh şəxsin nəzarəti altında icazə
verilir.
13.4.6. Təhlükəli yüklə yüklənmiş maşınların liman ərazisində hərəkət qaydası və
bilavasitə onların yükləmə-boşaltma yerində dayanması, liman idarəsi tərəfindən, təhlükəli
yükün növündən asılı olaraq tənzimlənir. Yükləmə və boşaltma zamanı gözləyən
avtonəqliyyat hətta qısa vaxtda belə sürücü tərəfindən nəzarətsiz qala bilməz.
[22]
13.4.7. Qatarın yanında adamların və böyük partiyada yükün yığılmasına, eləcə də kənar
şəxslərin təhlükəli yüklərin yükləmə-boşaltma yerinə buraxılmasına yol verilmir.
13.4.8. Şimşək çaxan vaxtı yanğın təhlükəli yüklərlə yükləmə-boşaltma işlərinin
aparılmasına yol verilmir.
13.5. Yükləmə avadanlığına olan tələblər
13.5.1. Təhlükəli yüklərin yüklənməsində və daşınmasında istifadə olunan yükləmə
vasitələri texniki cəhətdən tam saz olmalı və yanğından mühafizə tələblərinə cavab
verməlidir.
Kranların,
onların
qollarının
və
mancanaqlarının
yükqaldırma
qabiliyyəti Fövqəladə Hallar Nazirliyinin qaldırıcı qurğulara nəzarət edən müfəttişliyi
tərəfindən müvafiq sənədlərlə təsdiqlənməlidir.
13.5.2. Yükqaldırıcı maşınların yük qaldıran mancanağı, qollu kranlarda isə qolun
qaldırma mancanağı iki tormozla təchiz olunmalıdır. Belə yükqaldırıcı maşınlarla yüklənən
yükün ağırlığı texniki təhlükəsizlik üzrə sənədlərdə nəzərdə tutulmuş normalardan artıq
olmamalıdır. Yükqaldırıcının mancanağında bir tormoz olduqda, qollu kranlarda qolun
yükqaldırma mancanağı üçün müəyyən edilmiş yükqaldırma qabiliyyəti 75 faizdən artıq
olmamalıdır.
13.5.3. Qaz generatorlu avtomaşınların təhlükəli yüklərin aparılıb-gətirilməsi üçün
istifadə edilməsinə yol verilmir.
Maye yanacaqla işləyən avtomaşınlar və avtoyükləyicilər odsöndürənlərlə təmin
olunmalıdır.
1, 3, 4-cü sinif, 2.3, 2.4 yarımsiniflərə aid olan təhlükəli yüklərlə, partlayış təhlükəli
tezalışan və digər siniflərə aid olan yanan yüklərlə işləyən avtoyükləyicilərin
qığılcımsöndürənləri olmalıdır.
Səsboğucularında qığılcımsöndürənləri olmayan, şamları ətrafında qığılcım yaranan,
eləcə də benzin bakının və benzin nəql edən borularda axıntısı, bərkidilməmiş hissələri və
digər nasazlıqları olan avtomaşınlar və avtoyükləyicilər təhlükəli yüklərin daşınmasına
buraxılmır.
13.5.4. 1, 3, 4-cü sinif və 2.3, 2.4 yarımsinif və digər partlayış təhlükəli, tezalışan və yanan
yüklərin başqa sinifləri ilə işlədikdə, təhlükəli yüklərin yüklənməsi üçün ayrılmış
avtokranların tüstü borusunun mütləq etibarlı qığılcımsöndürəni, elektrik kranlarının isə
etibarlı torpaqlama vasitəsi olmalıdır.
13.5.5. Teplovozlara və elektrovozlara ümumi normadan başqa, yanğından mühafizə
üçün əlavə avadanlıq verilmir.
13.5.6. Təhlükəli yüklərin yüklənməsi üçün elə yükləmə-boşaltma inventarı istifadə
olunmalıdır ki, onun ölçüsü, növü, möhkəmliyi və materialının keyfiyyəti təhlükəsizlik
texnikasının tələblərinə cavab versin.
13.5.7. Bütün növlü yükləmə və qaldırıcı vasitələrin (xərəklərin, arabaların, kirşələrin,
rolqanqların, transportyorların, mancanaqların və s.) yükün düşməsinin qarşısını alan
etibarlı çəpərləri olmalıdır.
13.6. Yükləmə-boşaltma əməliyyatlarının əl ilə yerinə yetirilməsi
13.6.1. Təhlükəli yüklərlə yükləmə-boşaltma əməliyyatları əl ilə yerinə yetirilən zaman,
məsələn, yükün gəminin anbarına, vaqona, avtomaşına, konteynerə, altlıq üzərinə və s.
yığılması, yükün zədələnmədən qorunması və iş vaxtı şəxsi təhlükəsizlik tələblərinə ciddi
əməl etmək şərti ilə böyük ehtiyatla yerinə yetirilməlidir.
13.6.2. İşçilər yük yerlərindəki xəbərdaredici yazılarla tələb olunan şərtləri ciddi şəkildə
yerinə yetirməlidirlər.
13.6.3. Kisədə olan 9-cu sinif yüklər istisna olmaqla, təhlükəli yükün çiyindən atılması,
taranı zədələyə bilən qarmaqların istifadə olunması, yüklərin çevrilməsi və sürünməsi, eləcə
də yük yerlərinin (qablarının) vurulması qəti qadağan olunur.
13.6.4. Təhlükəli yüklə doldurulmuş çəlləklərin yerinin dəyişdirilməsinə, yalnız xüsusi
quraşdırılmış altlıq, trap, döşəmə üzərində sürüşdürmək yolu ilə icazə verilir.
13.6.5. Tezalışan mayelərlə, turşularla, qələvilərlə və başqa təhlükəli yüklərlə
doldurulmuş böyük şüşə qablar xüsusi arabalarda daşınmalıdır. Böyük şüşə qabların
dəstəkli səbətdə daşınmasına, səbətin dəstəyinin və dibinin möhkəmliyini yoxladıqdan sonra
icazə verilir. Göstərilmiş yüklərlə böyük şüşə qabların kürəkdə, çiyində və ya qucaqda
aparılmasına qəti yol verilmir.
13.6.6. Turşuların, qələvilərin və başqa yeyici və zəhərli yüklərin boş qabları (taraları) ilə
çox ehtiyatla rəftar olunmalıdır.
13.6.7. Buz bağlama vaxtı işçilərin sürüşməməsi üçün təhlükəli yüklərin yükləmə-
boşaltma yerlərinin ərazisinə mütləq qum səpilməlidir.
13.6.8. Təhlükəli yüklərin gəminin anbarında və göyərtəsində bərkidilməsi ilə əlaqədar
olan işlər böyük ehtiyatla, qığılcım törətməyən alətlərin köməyi ilə (latın, mis, bürünc və s.)
zərbə, təkan vurmadan və qaba hədsiz təzyiq göstərmədən aparılır.
13.7. Yanğın təhlükəli yüklərlə yükləmə və boşaltma işləri
13.7.1. Gəminin 20 t-dan artıq yanma təhlükəli yüklə yüklənməsi yalnız xüsusi ayrılmış
körpülərdə aparılır.
Yanğın təhlükəli yüklərlə yükləmə-boşaltma işləri aparılarkən zəruri olan əsas tələblər
yanğından mühafizənin təmin edilməsidir. Əsas diqqət yük qablarının zədələnməsinin,
maddələrin axmasının və dağılmasının, qığılcam və alışma mənbələrinin yaranmasının
qarşısının alınmasına yönəldilir.
13.7.2. Təhlükəli yüklər yüklənilərkən və boşaldılarkən, avtomobillər və mexaniki
arabacıqlar iş yerinə bir-bir yaxınlaşmalıdır. Yüklənməni gözləyən və yüklənmiş
avtomobillər və mexaniki arabacıqlar gəmidən kənarda, yüklərin saxlanması və yüklənib-
boşaldılması yerindən 25 metrdən az olmayaraq qoyulur.
13.7.3. Yanğın təhlükəli yüklərlə olan yük yerləri anbarın, yarımvaqonun döşəməsində
bərabər yerləşdirilir və elə etibarlı bərkidilir ki, təkan və yırğalanma baş verdikdə yerlərini
dəyişə bilməsin və yaxud bir-birilərinə, eləcə də gəminin və vaqonun divarlarına dəyməsin.
13.8. Təhlükəli maddələrin zərərsizləşdirilməsi
13.8.1. Çirklənmə və qəza nəticəsində yararsız hala düşmüş və yükalan tərəfindən qəbul
edilməyən təhlükəli maddələr zərərsizləşdirilir və (və ya) limanın ərazisindən və
akvatoriyasından kənarda xüsusi təyinatlı yerlərdə (məntəqələrdə) ləğv edilir (basdırılır).
[23]
Təhlükəli maddələrin yenidən qablaşdırılması və onların emala göndərilməsinə qədər
müvəqqəti saxlanması və neytrallaşdırılması limanda xüsusi yerlərdə həyata keçirilə bilər.
13.8.2. Təhlükəli maddələrin zərərsizləşdirilmə metodları yükgöndərən və yükalan
tərəfindən hazırlanmış təlimatla təyin olunur.
13.8.3. Təhlükəli maddələrin ləğv olunması (basdırılması) üzrə təlimatda aşağıdakılar öz
əksini tapmalıdır:
a) bağlamaları zədələnmiş olan, zərərsizləşdirilmiş maddələrin təhlükəliliyinin təyin
olunması və onların ləğv olunması və basdırılması yerlərinə nəql olunması qaydaları;
b) təhlükəli maddələrin yenidən qablaşdırılması və müvəqqəti saxlanılma yerlərinə
göndərilməsinin təşkili və nəql olunması qaydaları;
c) dezinfeksiya edilmiş maddələrin ləğv edilməsi və (və ya) neytrallaşdırılması qaydaları;
ç) təhlükəli maddələrin, körpülərin, anbarların, nəqliyyat vasitələrinin, konteynerlərin,
qabların və ya qurğuların dezinfeksiya edilmə və zərərsizləşdirmə üsulları;
d) təhlükəli yüklərlə işləyən zaman texniki təhlükəsizlik və istehsalat sanitariyası
qaydaları;
e) təhlükəli yüklərlə iş aparılarkən ətraf mühitin və obyektlərin çirklənməsinin qarşısının
alınmasının təşkili və nəzarət qaydaları.
13.8.4. Təhlükəli maddələrin körpülərdə, yükləmə-boşaltma meydançalarında,
anbarlarda, eləcə də nəqliyyat vasitələrində və konteynerlərdə səpələnib dağılması və
tökülməsi vaxtı onlar qablara yığılmalı və zərərsizləşdirmə (basdırılma) yerinə daşınana
qədər limanın ərazisində xüsusi ayrılmış yerdə yerləşdirilməlidir.
13.8.5. Zərərli maddələrlə çirklənməsi, təhlükəli maddələrin səpələnməsi və ya tökülməsi
yerləri, nəqliyyat vasitələri, yük vahidləri, qurğuları, inventarlar, qablar, qoruyucu qurğular
və alətlər, sonda zərərsizləşdirməklə, mexaniki üsulla əsaslı surətdə təmizlənməlidir.
13.8.6. maddələrin və ya onların birləşmələrinin səpilmə, dağılma və tökülmə yerlərinin
zərərsizləşdirilməsi aşağıdakı tərkiblərlə aparılır:
Civə və onun birləşmələri:
a) Xlorlu dəmirin 20 faizli sulu məhlulu ilə;
b) Xlor turşusu ilə turşulaşdırılmış kalium permanqanatın 10 faizli məhlulu ilə;
c) «Perequda» pastası ilə (iki çəki hissəsi 5 faizli xlor turşusu, bir çəki hissəsi marqans
oksidi);
Sianlı birləşmələr:
a) Sulfat dəmir kuporosunun iki həcm 10 faizli məhlulu və bir həcm 10 faizli sönmüş
əhəng məhlulu ilə;
b) Arsen və onun birləşməsi — mis kuporosunun 10 faizli məhlulu, sonra isə sodanın və
ammonium sulfid turşusunun 2 faiz qarışıq məhlulu ilə;
c) Xlorpikrin — natrium sulfid turşusunun 10 faizli su ilə qarışıq məhlulu və 5 faizli
susuzlaşdırılmış 1:1 nisbətində soda məhlulu ilə;
ç) Karbamidlər — kalium permanqanatın xlor turşusu ilə turşulaşdırılmış 1 faizli
məhlulu ilə;
d) Karbon sulfid — susuzlaşdırılmış sodanın 5 faizli məhlulu ilə;
e) etilləşdirilmiş neft məhsulları — xlor əhənginin sıyığı, qeyri-metal səthlərin 30 dəqiqə
ərzində təzyiq altında su ilə yuyulub təmizlənməsi, metal səthləri səliqə ilə iki dəfə əski ilə
silmək və etilsiz benzində və ya ağ neftdə isladılmış əski ilə silməklə, ardınca su ilə yuyub
təmizləmək yolu ilə zərərsizləşdirmək;
Zəhərli kimyəvi preparatlar — ilkin olaraq qum və ya ağac kəpəyi səpmək, sonra
təmizləmək və zərərsizləşdirmək.
13.8.7. Təhlükəli maddələr olan qabları aşağıdakı üsullarla təmizləyirlər:
a) üzvi xlorlu və üzvi fosforlu zəhərli kimyəvi birləşmələr — mexaniki təmizlənmədən
sonra qaba onun həcminin 5—10 faizi miqdarında kaustik sodanın 5 faizli qələvi (natrium
hidrooksidi) məhlulunu tökürlər, 5—6 saat ərzində bütün daxili səthini yuyurlar, məhlulu
xaric edirlər, qabı isə bir neçə dəfə təmiz su ilə yuyurlar;
b) suda həll olunan zəhərli kimyəvi preparatları — isti su ilə yuyurlar;
c) üzvi civə zəhərli kimyəvi preparatları — 0,2 faizli kalium permanqanatlı, yüksək
qatılıqlı xlorid turşusunun (1 litr məhlulda — 5 ml turşu) məhlulu ilə yuyurlar;
ç) sink fosfidi — 2 faizli sulfat turşusunun məhlulu ilə yuyurlar;
d) sianplav — dəmir kuporosunun 10 faizli suspensiyası ilə və əhəngin 2:1 nisbətinin
qarışığı ilə yuyurlar.
1-ci və 2-ci sinif partlayıcı və zəhərləyici maddələr (dixloretan, metilxlorid, metilbromid
— buxarla) yüksək temperaturlu buxardan istifadə etmək yolu ilə zərərsizləşdirilir.
13.8.8. 13.8.6 və 13.8.7 yarımbəndlərində göstərilməyən təhlükəli maddələr olan qabların
təmizlənməsi, səpələnmə və ya tökülmə yerlərinin zərərsizləşdirilməsi aşağıdakı məhlullarla
aparılır:
a) natrium hidrooksidinin 3 faizli məhlulu ilə;
b) kalsium hidrooksid sodasının 5 faizli məhlulu ilə;
c) yeni sönmüş əhəngin 10 faizli məhlulu ilə;
d) xlorlu əhəngin sıyığı ilə (suyun birin üçə nisbətində qarışığı ilə).
Dostları ilə paylaş: |