14. YANĞINDAN MÜHAFİZƏ
14.1. Yanğının profilaktikası
14.1.1. Gəmilərdə və limanlarda təhlükəli yüklərin bir yerdən başqa yerə köçürülməsi
(yerdəyişməsi), habelə onların daşınması dövründə gəmilərdə:
a) adamların təhlükəsizliyinin təmin edilməsinə;
b) yanğının qarşısının alınmasına;
c) yanğın əmələ gələrkən, onun yayılmasının məhdudlaşdırılmasına;
ç) yanğının söndürülməsinə yönəldilmiş, təşkilati-texniki tədbirlər işlənib hazırlanmalı
və yerinə yetirilməlidir.
14.1.2. Təşkilati-texniki tədbirlər bu Qaydaların və aşağıdakı sənədlərin əsasında
hazırlanmalıdır:
gəmilər üçün — Gəmilərin dözümlülüyü uğrunda mübarizəyə dair Təlimatın (GDMT)
31-60-14-81 nömrəli RS;
limanlar üçün — Dəniz və balıq limanlarının ümumi qaydalarının, sənaye
müəssisələrinin yanğından mühafizəsinin nümunəvi qaydalarının və liman üzrə məcburi
qaydaların.
[24]
14.1.3. Yanğının profilaktikasına dair təşkilati-texniki tədbirlər:
gəmidən — kapitanın əmrləri, həyəcan siqnalı cədvəli və konkret təhlükəli yüklərin
xassələri, qarşıdakı səfərin (reysin) şərtləri nəzərə alınmaqla, yanğına qarşı mübarizəyə dair
əməli planlarla müəyyənləşdirilir;
limanlarda — hərbiləşdirilmiş mühafizə dəstələrinin, yanğın əleyhinə texniki xidməti
(HMDYTX) ilə razılaşdırılmış və liman idarəsi tərəfindən təsdiq edilmiş liman körpülərinin və
anbarlarının yanğından mühafizəsi və yanğınaqarşı rejim təlimatları ilə müəyyənləşdirilir.
[25]
14.1.4. Yanğının profilaktikasına dair təşkilati-texniki tədbirlərin işlənib-hazırlanmasına
görə cavabdehlik gəmilərdə — gəmi kapitanının, limanlarda — limanın istehsalat, yükləmə-
boşaltma komplekslərinin və texnoloji şöbəsinin rəislərinin üzərinə qoyulur.
14.1.5. Yanğına qarşı rejimə riayət olunmasına cavabdehlik gəmilərdə — kapitanların,
limanlarda — liman və yükləmə-boşaltma kompleksləri rəislərinin üzərinə qoyulur.
Yanğına qarşı rejimə riayət olunmasına nəzarəti HMDYTX həyata keçirir.
14.1.6. Yanğın təhlükəli yüklərin limana gətirilməsi və onlarla yükləmə əməliyyatlarının
aparılması HMDYTX ilə razılaşdırılmaqla yalnız liman idarəsinin icazəsi ilə həyata keçirilir.
[26]
14.1.7. Təhlükəli yükləri qısa müddətdə saxlamaq üçün limana gətirməzdən əvvəl,
HMDYTX-nin işçiləri müəyyən edilmiş qaydada anbarların yanğınsöndürmə qurğularının
siqnalizasiya və rabitə sistemlərinin texniki vəziyyətini, sazlığını və işə hazır olmasını, eləcə
də tələb olunan qədər odsöndürən vasitələrlə təmin edilməsini, habelə onların yaşayış
istehsalat binalarından və qurğularından təhlükəsiz məsafədə yerləşdirilməsini, eləcə də
yerləşdiriləcəkləri anbarlarda yüklərin uyğunsuzluq şərtlərinə görə ayrılmasına riayət
olunmasını yoxlamalıdırlar.
14.1.8. Yanğın təhlükəli yüklərlə yükləmə əməliyyatlarının aparılmasında iştirak edən
liman işçiləri və qəza briqadası bu yüklərin təhlükəlilik xassələri və yanğın əleyhinə rejim
barədə təlimatlandırılmalıdırlar.
Zəruri hallarda limanın qəza briqadası gəminin heyəti və limanın müvafiq xidmətləri ilə
birgə yanğının ləğvi ilə əlaqədar fəaliyyət üzrə məsələləri müfəssəl surətdə işləməlidirlər.
14.1.9. Yanğın təhlükəli yüklərlə yük əməliyyatlarına başlamazdan əvvəl gəminin
rəhbərliyi gəmi üzrə əmrdə aşağıda göstərilən təşkilati-texniki tədbirləri elan etməlidir:
a) yanğın əmələ gələrkən, zəruri hallarda limanın müvafiq xidmətləri ilə qarşılıqlı
fəaliyyət göstərilməsinin razılaşdırılmasını və işlənilməsini (məşq edilməsini);
b) yanğına qarşı su xətlərində beynəlxalq nümunəli hidrokranların və digər birləşmələrin
olmasının yoxlanmasını və onlardan istifadə edilməsi qaydalarının qəza partiyası ilə
işlənməsini (məşq edilməsini);
c) yanğın əleyhinə mübarizəyə dair əməli planın, düzəlişlər edilmiş xəritəsinin işlənib-
hazırlanmasını;
ç) gəmidə təhlükə zonası sərhədlərinin və onun hüdudlarında təhlükəsiz rejim
tədbirlərinin müəyyənləşdirilməsini;
d) siqaret çəkmək yerinin müəyyənləşdirilməsini;
e) yanğın əleyhinə rejimə riayət olunmasına və nəzarət edilməsinə cavabdeh şəxslərin
təyin edilməsini.
14.1.10. 1-ci sinif, 2.3, 2.4, 3.1, 3.2, 4.3-cü yarımsinif yüklər, digər sinifli tezalışan mayelər
gəmiyə yüklənməzdən əvvəl odsöndürücü vasitələrin lazımi miqdarda və tələb edilən
intensivliklə yerləşdirilməsini müəyyən etmək məqsədi ilə, odsöndürmə sistemlərinin
hesablanması həyata keçirilməlidir.
Odsöndürücü maddələrin verilməsi üçün hesablamaya müvafiq surətdə, lazım gəldikdə,
gəmi əlavə odsöndürmə vasitələri və yaxud qurğuları ilə təchiz edilməlidir, ya da gəmidəki
(yaxud yük anbarlarının birindəki) yanğın təhlükəli yüklərin miqdarı azaldılmalıdır.
14.1.11. Tövsiyə edilən eyni odsöndürmə vasitələrindən heç olmazsa birinə malik
olmayan gəminin yük anbarına (yük yerinə) müxtəlif təhlükəli yüklərin yüklənməsi
qadağandır.
14.1.12. 13-cü bənddə göstərilən və ayrı-ayrı siniflərə aid olan yanğın təhlükəli yüklərin
daşınması və yükləmə əməliyyatları dövründə alışmaya səbəb ola bilən mənbələrin
olmaması üçün ölçü götürülməlidir.
14.1.13. Ayrı-ayrı siniflərə mənsub olan təhlükəli yüklərin daşınması və yükləmə
əməliyyatları dövründə 12-ci və 13-cü bəndlərdə müəyyən olunmuş yanğından xüsusi
mühafizə tədbirləri də yerinə yetirilməlidir.
14.1.14.
Yanğın
təhlükəli
yüklərin
yükləmə
əməliyyatı
dövründə
(örtülü
konteynerlərdəki, örtülü nəqliyyat vasitələrindəki və lixterlərdəki yüklərdən başqa) daxili
yanğın mühərrikləri (DYM) və qazanların işlənmiş qaz borularının qığılcımsöndürənləri
fəaliyyətdə olmalıdır. Qığılcımsöndürənlər olmadıqda, qığılcımların düşə biləcəyi zonada
yerləşən yük anbarına yük vurulması əlavə təhlükəsizlik tədbirlərinə riayət edilməklə,
xüsusi ayrılmış növbətçinin (növbətçilərin) müşahidəsi altında həyata keçirilməlidir.
14.1.15. Gəmilərdə yanğın təhlükəli yüklərin yerləşdirilməsi elə qaydada həyata
keçirilməlidir ki, yanğınsöndürmə qurğularına və vasitələrinə maneəsiz yanaşma, habelə
adamların təxliyə edilməsi (çıxarılması) yolları tutulmasın.
14.1.16. Gəmilərdə və limanlarda yanğın təhlükəli yüklərin yüklənməsi əməliyyatına
başlamazdan əvvəl təhlükəsizlik nişanları qoyulmalıdır.
Təhlükəsizlik nişanlarından başqa, 1.1—1.3, 2.3, 2.4 və 5.2 yarımsiniflərə aid olan
təhlükəli yüklərin yükləmə-boşaltma əməliyyatı dövründə üzərində «DİQQƏT! PARTLAYIŞ
TƏHLÜKƏLİDİR!» sözləri yazılmış plakatlar qoyulmalıdır.
5-ci sinif yüklərin, eləcə də oksidləşdirici xassələrə malik olan digər yarımsinif (2.1, 6.1,
8.1, 8.3) yüklərin yüklənməsi ilə əlaqədar əməliyyat dövründə — üzərində «DİQQƏT!
GÜCLÜ OKSİDLƏŞDİRİCİ(və ya «OKSİDLƏŞDİRİCİ») sözləri yazılmış plakatlar
qoyulmalıdır.
Plakatlar işıqlı fonda səliqəli hərflərlə yazılmış, 600x400 mm ölçülərdə olan lövhələr
şəklində hazırlanırlar.
Plakatlar təhlükəli zonanın sərhədlərinin, habelə gəminin trapının (aparelinin) yük
anbarına (yerinə) girişin yanında, nəzəri cəlb edən yerlərdə qoyulur.
Günün qaranlıq vaxtlarında təhlükəsizlik nişanları və plakatlar işıqlandırılmalı, ya da
yazılara qaranlıqda işıldayan boya (rəng) çəkilməlidir.
14.1.17. Yanğın təhlükəli yüklərin yüklənməsi əməliyyatları dövründə gəminin yük
lyukları və ya apareli rayonunda siqaret çəkilməsinin qadağan edilməsi barədə Azərbaycan
və ingilis dillərində yazılmış xəbərdarlıq lövhələri qoyulmalıdır.
Xəbərdarlıq lövhələri ilə yanaşı qadağanedici təhlükəsizlik nişanları da qoyulmalıdır.
14.1.18. Gəminin rəhbərliyi gəmidə daşınan təhlükəli yüklər üçün qadağan edilən
odsöndürücü vasitələrin təsadüfi tətbiqini istisna etmək məqsədi ilə lazımi tədbirlər həyata
keçirməlidir. Bu məqsədlə qadağan edilən odsöndürücü vasitələrə malik olan yanğın
əleyhinə sistemlərin işə salma armaturuna, onların tətbiq olunmasını qadağan edən qeydlər
yazılmış lövhəciklər asılmalıdır, zəruri hallarda isə flanslarda və ya yanğın əleyhinə
borucuqlarda tıxaclar qoyulmalıdır. Təhlükəli yüklərin yaxınlığında qoyulmuş və qadağan
olunmuş odsöndürücü vasitələrlə doldurulmuş əl odsöndürənləri müvafiq toz, karbon qazı
və ya xladonlarla doldurulmuş odsöndürənlərlə əvəz edilməlidir.
14.1.19. Yanğın təhlükəli yüklərlə işləyən zaman gəminin radiotranslasiya qovşağı ilə
gündə azı 2 dəfə gəmi üzrə yanğın əleyhinə rejimə riayət olunmasının zəruriliyi barədə
əmrdən çıxarış səsləndirilməlidir.
14.1.20. Yükləmə əməliyyatları dövründə və yanğın təhlükəli yüklərə malik keçidlərdə
siqaret çəkmək və yük anbarlarında (yerlərində), habelə onlara bitişik bölmələrdə alovdan
istifadə etməyə yol verilmir.
14.2. Yanğın əleyhinə mübarizəyə dair operativ plan
14.2.1. Gəmi heyətinin yanğın əleyhinə mübarizəyə dair fəaliyyəti «Gəminin dözümlüyü
uğrunda mübarizəyə dair Təlimata» (GDMT) müvafiq qaydada işlənib-hazırlanmış əməli
planlarla müəyyənləşdirilməlidir.
Təhlükəli yüklərin daşınması zamanı gəmilərdə yanğın əleyhinə xüsusi mübarizə
şəraitinin əks etdirilməsi üçün müvafiq yük anbarının (yerinin) operativ planı xəritəsində 9
nömrəli əlavədə verilmiş forma üzrə düzəlişlər edilməlidir.
Operativ planın düzəlişlər xəritəsi gəminin yük planı təsdiq edildikdən sonra işlənib
hazırlanmalıdır.
14.3. Odsöndürücü vasitələr
14.3.1. Yanma prosesinə təsir prinsipindən asılı olaraq, odsöndürücü vasitələr
aşağıdakılara bölünürlər:
a) yanma zonasını soyudanlar və yanacaq maddələrinin qızma dərəcəsini yanma prosesi
üçün zəruri olan minimum qızma dərəcəsindən aşağı endirənlər (su, sulu duz məhlulları,
bərk karbon oksidi);
b) yanma zonasında qaz mühitini zəifləşdirənlər, daha doğrusu, yanma zonasında
oksidləşdiricinin qatılığını yanma prosesi üçün lazımi səviyyədən aşağı endirənlər (karbon
dioksidi, azot, təsirsiz qazlar, tərkibində oksigenin qatılığının həcmi aşağı, 9 faizdən də az
olan, yanacağın yanma məhsulları, nazik şırnaq şəklində püskürmüş su da müəyyən
dərəcədə belə xassələrə malikdir);
c) yanacaq maddələrini yanma zonasından izolyasiya edənlər (bütün növdən olan
köpüklər, toz məhlulları, qum, yanmayan təbəqə materialları (brezent, keçə);
ç) yanma reaksiyasını zəiflədənlər (halloidləşdirilmiş karbohidrogenxladonlar 114V2,
13VI və b.).
14.3.2. Gəmilərdə tətbiq olunan odsöndürücü vasitələrin əksəriyyəti yanma prosesinə
kombinasiya edilmiş şəkildə təsir göstərir:
a) su — yanan maddəni soyudur, bu zaman əmələ gələn su buxarı isə yanma zonasında
oksidləşdiricini zəiflədir;
b) köpük — yanma zonasını izolyasiya edir və soyudur;
c) toz məhlulları — yanma zonasını izolyasiya edir, alovu xırda hissələrə bölərək, onun
təsirini zəiflədir və yanma reaksiyasını dayandırır.
14.3.3. Təhlükəli yüklərin hər biri üçün tövsiyə edilən və qadağan olunan odsöndürücü
vasitələr DTYDBM-in tələblərinə uyğun olaraq verilməlidir.
DTYDBM-in tələbləri ilə tövsiyə olunan odsöndürücü vasitələr həmin yükün
söndürülməsi zamanı onların səmərəliliyinin azlığı meyarı ilə göstərilməlidir.
14.3.4. Yanmayan bəzi təhlükəli yüklər bu və ya digər odsöndürücü vasitələrlə
işlədilərkən təhlükə törədə bilər.
Belə yüklər üçün müvafiq odsöndürücü vasitələr DTYDBM-in əlavələrində qadağan
edilmiş vasitələr kimi bu yüklərin gəmidə yerləşdirilməsi və yanğının söndürülməsi zamanı
nəzərə alınmalıdır.
14.3.5. Yanğının söndürülməsi zamanı müxtəlif odsöndürücü vasitələrdən birinin təsiri
digərinin səmərəliliyini azaltmasa, onların birgə tətbiq edilməsinə icazə verilir.
Eyni vaxtda köpük və su ilə söndürmənin tətbiq edilməsinə yol verilmir.
Eyni vaxtda karbon qazı və köpüklə söndürmə səmərəli surətdə tətbiq edilə bilər.
14.3.6. Bu Qaydalarla tövsiyə edilən odsöndürücü vasitələr tükənmişsə, konkret yük
üçün qadağan olunmayan və tövsiyə edilməyən vasitələr kimi göstərilmiş odsöndürücü
vasitələrin tətbiq edilməsinə icazə verilir.
14.3.7. Gəmiçiliyin malik olmadığı xüsusi odsöndürücü vasitələr tələb edən yüklərin
daşınması zamanı gəmini icarəyə götürən hüquqi şəxs belə vasitələri öz hesabına zəruri
miqdarda verməlidir.
15. TƏHLÜKƏLİ YÜKLƏRİN DAŞINMASI, YÜKLƏNİB-BOŞALDILMASI VƏ
SAXLANILMASINDA TEXNİKİ TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİ
15.1. Təlim və təlimatlandırma
15.1.1. Təhlükəli yüklərlə işləməyə peşəsi üzrə iş stajı bir ildən az olmayan, təlim keçmiş
və təhlükəli yüklərlə işləmək metod və üsullarına, qəza şəraitdə fəaliyyətə və bədbəxt
hadisələrdə zərər çəkənlərə ilkin köməyin göstərilməsinə aid iş yerlərində təlimatlandırılan,
illik bilik və tibbi yoxlamalardan keçən gəmi heyəti üzvlərinə icazə verilir.
Gəmi qəza partiyasının və limanın qəza briqadasının üzvləri, qəza şəraitində fəaliyyət
göstərmələri, qəzanın ləğvi üsulları, sıxılmış hava ilə işləyən avtonom tənəffüs aparatlarının
və hava qaz mühitinin nəzarət vasitələrinin tətbiqi üzrə əlavə təlim və təlimat keçməlidirlər.
Təlim qaydası haqqında şəhadətnamələrin (vəsiqələrin) verilməsi:
a) gəmi heyəti üçün — gəmiçiliyin rəisinin əmri ilə;
b) liman işçiləri üçün — liman idarəsi tərəfindən müəyyən olunur.
[27]
Təlimin, biliklərin yoxlanılmasının və təlimatlandırılmanın vaxtında həyata keçirilməsinə
nəzarət gəmilərin kapitanları və limanların yükləmə əməliyyatları istehsalat komplekslərinin
rəisləri tərəfindən həyata keçirilir.
15.1.2. İş yerində yükləmə-boşaltma əməliyyatına başlamazdan əvvəl gəminin rəhbərliyi
tərəfindən — gəmilərin heyəti üçün, işlərə rəhbərlik edən tərəfindən isə doker-
mexanizatorlar üçün təlimatlandırılma aparılır.
Zəruri hallarda təlimatlandırma işlərinə limanın texniki təhlükəsizlik üzrə xidmətin
(TTX), yanğın əleyhinə texniki xidmətin (YTX) işçiləri, dövlət sanitar nəzarəti orqanları və
gəmi həkimləri də cəlb oluna bilər.
Təlimatlandırılanlar aşağıdakılarla tanış edilməlidir:
a) gəmi ilə daşınacaq və limanda yüklənəcək (saxlanılacaq) yüklərin adları,
xüsusiyyətləri, növləri, təhlükəlilik dərəcəsi, qablaşdırma və nişanlanmalarla;
b) adi iş rejimində və qəza hallarında (yanğın, yükün tökülüb-yayılması və səpələnməsi
zamanı) tövsiyə olunmuş fərdi mühafizə vasitələri ilə;
c) göstərilmiş yüklər üçün tövsiyə edilmiş və qadağan olunmuş odsöndürücü vasitələrlə;
ç) yüklərin daşınmasında, yükləmə-boşaltma əməliyyatlarında və saxlanmasında
təhlükəsizlik texnikasının və yanğın əleyhinə rejimin tələbləri ilə;
d) zərərçəkənlərə ilkin və tibbi yardımın göstərilməsi tədbirləri ilə.
Təlimatlandırma işçinin şəxsi təlimat vərəqəsində və təhlükəsizlik texnikası üzrə
təlimatlandırma jurnalında ayın tarixi göstərilməklə qeyd olunmalı və imzalanmalıdır.
15.2. Yükləmə əməliyyatları
15.2.1. Təhlükəli yüklər üçün ixtisaslaşdırılmış sahələr və körpülər stasionar
çəpərlənməyə malik olmalıdır. Digər hallarda, eləcə də gəminin göyərtəsində müvəqqəti
çəpərlər qoyulur.
Stasionar və müvəqqəti çəpərlərin içəri və çöl tərəflərində 10—12 metr arası olmaqla
təhlükəsizlik nişanları qoyulmalıdır.
Aşağı dərəcəli təhlükəliliyə malik olan yüklərin yüklənməsi bir növbədən az davam
etdikdə, müvəqqəti çəpərlənmənin əvəzinə dayaqlara bərkidilmiş təhlükəsizlik nişanlarının
qoyulmasına icazə verilir.
Təhlükəsizlik nişanları yüklərin yükləmə-boşaltma yerlərinin girişlərinə də qoyulmalıdır.
15.2.2. Təhlükəli yüklərlə yükləmə əməliyyatları aparılarkən, onların yükləmə-boşaltma
yerlərinə buraxılış rejiminə riayət olunmalıdır.
Təhlükəli yüklərin yükləmə-boşaltma işlərinin aparılmasında iştirak etməyən şəxslərin
yük yerləşən sahənin ərazisində olmasına yol verilmir.
15.2.3. İşə rəhbərlik edən şəxslər və yaxud onların göstərişi ilə TTX işə başlamazdan
əvvəl, bütün iş iştirakçılarının fərdi mühafizə vasitələrinin, təhlükəli yüklərlə işləməyə
hüquq verən şəhadətnamə və ya vəsiqələrin olmasını, limanın qəza briqadasının və gəminin
qəza partiyasının üzvlərinin isə qəza haqqında qarşılıqlı məlumatlandırmanın və onun birgə
aradan qaldırılması qaydaları üzrə biliklərini yoxlamalıdır.
15.2.4. Qəza partiyasının (qəza briqadasının) üzvü müvafiq olaraq (daşımadan və ya
yükləmə əməliyyatlarından əvvəl) zəhərləyici, aşılayıcı və ya alışan buxar ifraz etməyə malik
olan təhlükəli yüklərlə yüklənmiş gəmi anbarlarına, limanın anbarına, nəqliyyat vasitəsinə
və yaxud konteynerə girməmişdən əvvəl onların qaz-hava tərkibini yoxlamalıdır.
15.2.5. Mühitin qaz-hava tərkibi:
a) gəminin (limanın) anbarlarının, bir-birindən ən azı 10 metr üfqi məsafədə yerləşən 2
nöqtəsində;
b) konteynerin və yaxud nəqliyyat vasitəsinin ən azı bir nöqtəsində (mərkəzi hissədə)
yoxlanılmalıdır.
Ölçü nöqtəsini (nümunə götürülən yeri) seçərkən, yükün yük anbarındakı yerini və
yükün ifraz etdiyi buxarın konsentrasiyasını (qatılıq dərəcəsini) nəzərə almaq lazımdır.
Resirkulyasiya rejimində işləyə bilən, ventilyasiya sistemi ilə təmin olunan gəmilərdə
nümunəvi ventilyasiya kanallarından götürməklə qaz-hava tərkibinə nəzarətin həyata
keçirilməsinə icazə verilir.
Nümunə götürülməzdən əvvəl ventilyasiya sistemi resirkulyasiya rejimində ən azı 0,5
saat işləməlidir.
15.2.6. Qaz-hava tərkibinin nümunəsinin götürülməsi:
a) gəminin stasionar qaz analizi sistemi vasitəsi ilə;
b) bir ucu yük anbarından (yerindən) çıxarılan, müvəqqəti qoyulmuş (rezin, polietilen və
s.) borular vasitəsi ilə;
c) birbaşa yük anbarından (yerindən) həyata keçirilə bilər.
Qaz nümunəsinin götürülməsini törədən səbəb qazın tərkibini təyin edən cihaz və yaxud
avtonom qurğunun (membranlı kompressor, aspirator və s.) və ya siqnalizasiya sisteminin
işə düşməsi ola bilər.
15.2.7. Yük anbarına (yerlərinə) daşına bilən qazın tərkibini təyin edən cihazların köməyi
ilə qaz-hava qarışığının konsentrasiyasını yoxlamaq üçün yalnız tənəffüs orqanlarının
qorunması üzrə fərdi mühafizə vasitələrindən istifadə etdikdə icazə verilir.
Zəhərləyici buxarlar (qazlar) ifraz etməyə qabil olan yüklərin daşınmasında
saxlanılmasında), sıxılmış hava ilə işləyən avtonom nəfəsalma aparatları və yaxud şlanqlı
əleyhiqazlardan istifadə edilməlidir.
İlkin yoxlama vaxtı anbara (yük yerinə) daxil olan şəxs qoruyucu kəndirlə təmin
olunmuş mühafizə kəməri bağlamalıdır və kəndirin bir ucu müşahidəçidə olmalıdır.
15.2.8. Tənəffüs orqanlarının qorunması üzrə fərdi mühafizə vasitələri tətbiq edilmədən,
gəminin yük anbarlarına, liman anbarlarına, konteynerlərə və yaxud nəqliyyat vasitəsinə
girməyə və orada iş görməyə yol verilmir.
15.2.9. Zəhərləyici, aşılayıcı və yaxud alışan buxar (qaz) ifraz edən təhlükəli yüklərlə
yüklənmiş gəmi və liman yük anbarları, nəqliyyat vasitələri, konteynerlər yükləmə-boşaltma
işlərinə başlamazdan əvvəl qarışıq həddinin 15.2.8-ci yırımbənddə göstərilən normaya enənə
qədər havanın dəyişdirilməsi üçün ventilyasiya edilməlidir.
Havada zərərli qarışıqlar aşkar olunmadığı hallarda da anbarlar (yük yerləri)
ventilyasiya olunmalıdır. Ventilyasiya edilmənin minimum vaxtı 2 saat, hava dəyişməsinin
isə vaxtı 1 saatdan az olmamalıdır.
15.2.10. İş rəhbəri adamların (işçilərin) gəminin və limanın yük anbarlarına, nəqliyyat
vasitəsinə, yaxud konteynerlərə girməsindən əvvəl, təhlükəli yükü açıq qapıdan və ya
lyukdan nəzərdən keçirməli, onun qabının zədələnməməsi və yükün dağılmaması və yaxud
səpələnmə izlərinin olmamasına əmin olmalıdır.
Əgər baxış zamanı qabların zədələnməsi, yükün dağılması və ya səpələnmə izləri aşkar
edilibsə, iş rəhbəri adamları (işçiləri) təhlükəsiz məsafəyə uzaqlaşdırmalı və texniki
təhlükəsizlik xidmətini və qəza briqadasını (partiyasını) qəzanı aradan qaldırmaq üçün
çağırmalıdır.
15.2.11. 2, 3, 6, 8 sinifli, eləcə də 3.6 və ya 8-ci siniflərin əlavə təhlükəlilik növlərinə malik
olan digər yüklərin yüklənməsi və yaxud boşaldılması zamanı gəmi və liman yük anbarları
(yerləri) fasiləsiz ventilyasiya olunmalıdır.
15.2.12. 1,2,3,6,7 və 8 sinifli yüklərlə yüklənmiş qablar, zəhərli və yaxud aşılayıcı
maddələrə malik olan başqa siniflərin, eləcə də şüşə, saxsı qablara doldurulmuş bütün
mayelərin kürəkdə və çiyində daşınmasına yol verilmir.
15.2.13. Yük əməliyyatları zamanı yaranan qəza vəziyyətinin (yükün dağılması,
tökülməsi, alışması və s.) aradan qaldırılması üçün:
a) gəmilərdə — limanın texniki təhlükəsizlik üzrə xidməti, qəza briqadası və gəmi qəza
partiyası tərəfindən;
b) limanda — limanın texniki təhlükəsizlik üzrə xidməti və qəza briqadası tərəfindən
müvafiq tədbirlər həyata keçirilməlidir.
Qəza briqadası liman idarəsinin əmri ilə təhlükəli yüklərlə iş təcrübəsi olan təcrübəli
doker-mexanizatorlardan təşkil olunur.
[28]
Qəza briqadasına rəhbərliyi yükləmə-boşaltma əməliyyatlarına başçılıq edən şəxs həyata
keçirir.
15.2.14. Gəminin müdiriyyəti qəza vəziyyətinin yarandığı barədə aşağıda göstərilənlərə
təcili olaraq məlumat verməlidir:
a) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə;
b) HMDYTX-nə — hadisə 1, 2, 3 və 4 sinif, eləcə də digər yanğın təhlükəli yüklərlə bağlı
olduqda;
Sanitar nəzarəti orqanlarına — hadisə 6, 7 və 8 sinif, eləcə də digər zəhərli və aşılayıcı
(yeyici) maddələrlə baş verdikdə.
15.2.15. Təhlükəli yüklərin, eləcə də zədələnmiş qablarda olan yüklərin qalıqlarının
yığılması, zərərsizləşdirilməsi və ləğv edilməsində, 12-ci bənddə müəyyənləşdirilən tələblər
rəhbər tutulmalıdır.
15.2.16. Yükləmə əməliyyatları altında olan və ya 1-ci sinif, 2.3. 2.4 yarımsinif yüklər
daşıyan gəmilərdə açıq od mənbəyinin istifadəsi ilə təmir işlərinin (bu məqsədlə xüsusi
təchiz olunmuş yerlərdə aparılan işlərdən başqa) aparılmasına yol verilmir.
Gəminin bortunda alışma temperaturu 23
0
C olan tezalışan maye olduqda, təmir işləri
kapitanın icazəsi ilə təhlükəsizliyin təmin olunması üzrə zəruri tədbirlərin həyata keçirilməsi
şərti ilə işlərin bilavasitə kapitanın köməkçisinin və yaxud mexanikin rəhbərliyi və nəzarəti
altında yerinə yetirildikdə maşın bölməsində və ya digər təhlükəsiz məsafədə olan yerlərdə
(otaqlarda) aparıla bilər.
Dostları ilə paylaş: |