19) Zəlzələ vaxtı insan tələfatının sayı hansı amillərdən asılıdır ?
Zəlzələ vaxtı insan tələfatının sayı bir sıra amillərdən asılıdır və onlara aiddir: zəlzələnin başlanması vaxtı, maqnituda, zəlzələ ocağının dərinliyi, yaşayış məntəqələrinin uzaqlığı, tikintilərin növü və onların keyfiyyəti, zəlzələ zonasında partlayış – və yanğın təhlükləli obyektlərin mövcudluğu, su anbarları və bəndlər və s. Zəlzələ vaxtı insan itkisinin əsas səbəbi binaların uçmasıdır.
20) Zəlzələdən sonra başlıca məsələ nədir ?
Zəlzələdən sonra başlıca məsələ - zəlzələ ocağnda zərər çəkmiş insanların çox qısa müddətdə xilas edilməsidir. Belə ki, zəlzələdən bir gündən sonra 40%, üç gündən sonra 60%, altı gündən sonra 95% zərər çəkmiş, ağır yaralanmış insanlar əvəzsiz (ölümcül) itkilərə aid edilir.
Dostları ilə paylaş: |